Baxma mənim sən bu cavan yaşıma, Bilirsən ki, nələr gəlib başıma. Haqqı, ədaləti mən qorumuşam, Nəzər salarsanmı ömür yoluma. Buda bir taledi bilirsənmi sən, Vətən deyib yaşayıram hələdə. Demə ki, ağarıb başında saçın, Axı qar olubdu dağ zirvəsində. Bəs niyə qırışdı alnın deyirsən, Vətən həsrəti var axı qəlbimdə. Vətən deyib düşmənlə vuruşmuşam, Cavanlığım keçdi mənim səngərdə. Ömür sürdüm o soyuqda, şaxtada, Əyilmədim mən düşmənin önündə. Bunları bilirmisən, bir desənə, Yuxusuz olmuşam hər an səngərdə. Güllələr başımın üstündən gedib, Vahimə olardı o döyüşlərdə. De sən mənə, cavab verim mən sənə, Asanmıdı günlərlə yuxusuzluq. Baxma mənim sən bu cavan yaşıma, Bilirsən ki, nələr gəlib başıma. Gecə gündüz mən səngərdə olmuşam, Xəstələnmək nədi mən bilməmişəm. Mən bunlardan heç şikayət etmədim, Mən ömrümü bu vətənə vermişəm. Vətən azadlığın mən görmək üçün, Üç oğlumla səngərdə vuruşmuşam. Sənanımı şəhid verdim bu yolda, Kədər verdi bu ömrümə həyatda. Qorumuşuq müqəddəs yurd yerlərin, Amalımız oldu azad vətənin. Haqqı ədaləti düşmən itirdi, İşğal olan yurd yuvalar bizimdi. Car çəkdik ki, biz də bu haqsızlığı, Bəşəriyyət anlamadı dərdləri. Düşünürdük azad edək vətəni, Başa sala bilirəmmi mən səni. Vətən azadlığı amalım olub, Ömrüm bu yollarda saralıb solub. Görürsən yaşaram mən bu həyatda, Amalım olubdu ədalət haqda. Buda bir taledir ömür yolumda, Beləcə yaşaram mən bu həyatda. O günləri xatırladım yenədə, Bu gün Rəvan əsgərliyə gedəndə. Yolu açıq olsun, el əsgərinin, Ehtiyacı var bunlara vətənin. Babasıyam bu həyatda qururlu, Lazımdı ki, bu vətəni qorusun. Zəiflərə arxa olmaq peşəmdi, Güclü olub bu vətəni qorumaq. Yalançıyla aram olmayıb mənim, Haqq yolunda ucalıb mənim səsim. Abadlaşsın qoy həmişə ölkəmiz, Hər an zəfərlərdən gəlsin səsimiz. Mərhəmətdə sədaqətlə ölçülər, Vətən oğlu vətən üçün can verər. Haqq ədalət bizim şuarımızdır, Bu yol bizi səadətə aparır. İndi görürsənmi hələ cavanam, Ağarsada bu gün başımda saçım. Görürsən ki, ağır yollar keçmişəm, Vətən deyib bayrağa and içmişəm.
Bu gün Ağdam torpağının mərd oğlu, nur saçan ziyalısı, şəhid atası Hacı Əkbər müəllimin doğum günüdür! Hacı Vahid Çəmənlinin ona həsr etdiyi şeiri sizə təqdim edirik:
Yol aldın ömrünün zirvələrinə, Yetmişdən səksənə yol uzun deyil. Qarışdın zamanın zərrələrinə, Səksən də, doxsan da son yazın deyil.
Hələ Qarabağa həsrətik, heyhat, Hələ seyr edirik o yurdu gendən. Alın yazısıdır deyirlər həyat, Artır bir sətir də hər keçən gündən.
Demə, gündən günə azalır vədə, Nə boş ver, nə dərdlə ərit ömrünü. Hər günün qəm ilə gəlib keçsə də, Yaşat varlığında igid ömrünü!!!
1988-ci ildən başlayan əvvəl ixtişaş, sonra isə dəhşətli müharibənin əngəlləri görüşməyimizə mane olurdu. Nəhayət ki, 27 oktyabr 1993-cü il tarixində, Ağdam şəhəri və şəhərin ətrafındakı kəndlərin xeyli hissəsi işğal olunandan 5 ay sonra Ağdamın Cəvahirli kəndində səngərdə görüşdük. O, çox mərd, hazırcavab, cəsarətli insandır. Səngərdə görüşəndə həm sevindik, həm də kövrəldik. Müxtəlif vaxtlarda onun videoçəkilişlərinə, televiziya verilişlərinə həvəslə baxırdım, qəzetlərdə yazdığı məqalələri oxuyurdum. İndi isə səngərdə oturub üzbə-üz söhbət edirdik…
O, verilişlərini həmişə yurdsevərlik, vətənsevərlik ruhunda hazırlayırdı. Bu da çox effektli alınırdı. Onun sərrast sualları, suallarda sual doğuran məqamları tərəf müqabilini daha yaxşı danışmağa sövq edirdi. O, həm də əsgər və zabitlərimizlə çiyin-çiyinə səngər həyatı yaşamaqdan zövq alırdı. Onların döyüş və səngər həyatından aktual verilişlər hazırlamaq bacarığına malik bir şəxsiyyət idi.
Mən jurnalist və kinooperatorlardan Seyidağa Mövsümovla, Babək Quliyevlə, Ağasəf bəylə, Rəhbər Bəşiroğlu ilə, Türkiyənin “Zaman”qəzetinin müxbiri İrfan Sapmazla, Sarvan Şamiloğlu ilə, Salman Alıoğlu ilə, Allahverdi Əsədovla, İsa Dadaşoğlu ilə də səngərlərdə görüşüb dərdləşmişəm, söhbətləşmişəm. Ancaq onunla dərdləşib, söhbətləşməyin ayrı bir aləmi var. O, neçə-neçə döyüşçüdən, onların səngər həyatından, şəhidlərimizdən maraqlı, yaddaqalan veriliş hazırlamışdı və bu işini həvəslə davam etdirirdi. O, həm də yeri gələndə əlindəki qalın dəftərini, kamerasını səliqə ilə bir küncə qoyurdu və əsgərin avtomatını əlindən alıb düşmənlə özü vuruşurdu. Onun bu hərəkəti qəlbindən gəlirdi, bir əsgər kimi Vətənə vəfa borcu idi. Bütün bunları təmənnasız edirdi, Vətənə vətəndaş borcu bilirdi. O, təkcə jurnalist-operator deyil, o, həm də Vətənin hər qarışını sevib qoruyan şəxsiyyətli vətəndaşdır. Mən bu yazımı çox sonralar gündəliyimin içərisindən tapdım və yazını köçürüb təqdim etdim ki, siz də qürurlanasınız. Arzu edirəm ki, belə vətənpərvər, belə xalqsevər, millətsevər insanları unutmayasınız. Gələcək nəsillərə tanıtmaq üçün belə insanları axtarıb tapasınız, onların qayğıları ilə ilgilənəsiniz, onların haqqında maraqlı yazılar yazasınız, öz fikirlərinizi bildirəsiniz. Bağışla Adil İrşadoğlu. Gec də olsa gündəliyimdən bu yazını tapdım və onu sənə indi – Qarabağın, Ağdamın işğaldan azad edilməsindən sonra hədiyyə etdim. Var olasan səni gözəl insan !
Qarabağda baş verən olaylar, amansız qətllər və işğallar Adil İrşadoğlunun da həyat yolunu səngərlərdən keçirdi. O, cəbhədə baş verən hadisələri izləmək, məlumat toplamaq, öyrənmək, hadisələrin operativ videoçəkilişini etmək üçün ömrünün gənclik çağını cəbhənin müxtəlif bölgələrində keçirdi. Jurnalist Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində səngərlərə gəlir, döyüşən əsgərlərlə görüşür, bizə mənəvi dəstək və ruh verirdi. O, cəbhənin qaynar nöqtələrindən çəkdiyi süjetləri dövlətin televiziyasında göstərir, qəzetlərdə cəbhə ilə bağlı məqalələrlə çıxış edirdi. Döyüşən hərbi hissələrimizə, əsgər və zabitlərimizə, onların ailələrinə ehtiyac olduğu zaman yardımlar təşkil edirdi, heç vaxt cəbhəyə köməyini əsirgəmirdi…
Adil İrşadoğlunun fədakarlığını tək mən yox, çəkdiyi videokadrlar və verilişlər də sübut edir. Adil İrşadoğlu yorulmaz, son dərəcə çevik, dinamik, təhsil görmüş siyasətçi və jurnalistliyini bütün diplomatik istedadı ilə nümayiş etdirən, müsbət keyfiyyətlərə malik insandır.O, qaydalara sistemli riayət etməkdə bütün jurnalistlərə nümunədir.
Haşiyə: Son illərin birində 20 yanvar metrosunun yanında mərhum şair Fazil Fəxrinin yubiley gecəsini qeyd etməyə toplaşmışdıq. Adil İrşadoğlu ilə Mustafa Çəmənli də burada idilər. Vaxtilə Fazil Fəxrinin mənə yazdığı şeirdən 2 misranı Adil İrşadoğlu böyük hərflərlə vatman kağızına yazaraq məclisin baş tərəfində asmışdı :