Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi, Mingəçevir şəhər şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzində, Yaradıcı şəxs və kollektivlərin peşəkar inkişafının dəstəklənməsi məqsədi ilə “Söz, sənət işığında” başlığı altında Mingəçevir yazarları ilə görüş təşkil edilmişdi. Görüşü Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Qurbanova açdı. O, görüşə gələn yazarları salamlayandan sonra şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi. K. Qurbanova sözü Mingəçevir yazarlarına verdi. Yazarlar adından çıxış edən şair-publisist Məmməd Mərzili AYB-nin Mingəçevir bölməsinin sədri, çağdaş poeziyamızın görkəmli nümayəndələrindən biri, tanınmış şair, publisist İsmayıl İmanzadənin salamlarını görüş iştirakçılarına çatdırdı. Görüşə gəlmiş hüquqşünas, şair AYB-nin üzvü Bəhmən Gülövşəlini, şair, AYB-nin üzvü Əhməd Əfsunu, musiqi müəlliməsi, şairə Minarə İsgəndərlini, MDU-nin magistratura tələbədi, şair Əfqan Dönməzi və şair, publisist, AJB-nin üzvü Məmməd Mərzilini tədbir iştirakçılarına təqdim etdi. Şairlər ayrı-ayrılıqda özləri haqqında qısa məlumat verdikdən sonra vətən haqqında, erməni işğalçıları üzərindəki zəfərimizə, şəhidlərimizə həsr etdikləri şeirlərini oxudular. Müxtəlif janrlarda oxunan poeziya nümunələrin mədəniyyət işçiləri alqışlarla qarşıladılar. Mədəniyyət işçilərindən Mənzərə Rəhimova, Kəmalə Kərimova, Gülmira Bəşirova və başqaları şairlərimizin şeirlərindən səsləndirməyi özlərinə borc bildilər. Görüşdə mədəniyyət işçilərindən: Əliyusif Kazımov, Mənzərə Rəhimova, Kəmalə Kərimova, Abbas Məmmədov, Gülmira Bəşirova, Natəvan Alxasova, Firdovsi Məsimov, Güldəstə Məmmədova, Aynur Aslanova, Sevda Təhməzova, İradə Bəkirova, Yeganə Məmmədova, Cavad Hüseynov, Söhrab Məmmədov və başqaları iştirak edirdilər. “Söz, sənət işığı”na yığılanlar yazarların gələcək yaradıcılıqları ilə maraqlandılar. Görüşə gələn yazarlara təşəkkür etdilər. Belə tədbirlərin tez-tez keçirilməsini arzuladılar.
Yazarlar da bu görüşdən məmnun olduqlarını dilə gətirdilər. Mədəniyyət işçilərinə özlərinin yeni çapdan çıxmış kitablarını hədiyyə verdilər. Bu görüşü təşkil edən, sözə, yazarlara dəyər verən Mərkəsi Aran Regional Mədəniyyət İdarəsinə təşəkkürlərini bildirdilər. Sonda tədbir iştirakçıları ilə yazarlar xatirə şəkilləri çəkdirdilər.
Qarabağın işğaldan azad olmuş şəhərlərində, kəndlərində quruculuq, abadlıq və təmir işləri get-gedə artmaqdadı. Yaşayış binaları ilə bərabər, inzibati binalar da yenidən qurulur və təmir olunur. Yararsız binalar sökülərək daha abad, müasir tipli yaraşıqlı binalar inşa edilir. Xankəndi şəhərindəki bu quruculuq, təmir işləri ilə bir çox tikinti idarələri, o cümlədən podratçı təşkilatlar fəaliyyət göstərirlər. Onlardan biri də Çərkəz Yasinin podratçı təşkilatıdı. Bu təmir işləri ilə məşğul olan təşkilatln 25-dən artıq üzvü var. Hər birisi öz sənətinin ustası olan sənətkardılar. Onlar 4 aydı Xankəndi şəhərində inzibati binaların çardaqlarını, fasadlarını və daxili otaqlarını təmir edirlər. Bu yaxınlarda Zəngilan rayonunda bir məktəb binasını və Naftalan şəhərində bir sanatoriyanın da təmirinə başlayıblar. Xankəndi şəhərindəki inzibati binanın təmir işlərində çalışan dülgərlərdən-Zahir Əsədov, Etiram Dadaşov, suvaqçı və bənnalardan- Nadir Kərimov, İslam Qasımov, Rövşən Aslanov, İlqar Ağayev öz keyfiyyətli işləri ilə seçilirlər. İş icraçısı Çingiz Əliyev onları vaxtlı-vaxtında tikinti materialları ilə təmin edir. Çərkəz Yasin təşkilatın rəhbəri kimi işçilərin yatacaq yeri ilə təmin olunmalarını, əmək haqlarının vaxtında verilməsinə çalışır. Hörmətli prezidentimiz İlham Əliyevin daim nəzarəti altında işğaldan azad olmuş şəhərlərin, kəndlərin quruculuq, təmir, abadlıq işləri davam edir. Xankəndində yeni yollar salınır, binalar tikilir, küçələr abadlaşır.
Boran Əzizin “Ağdam rayonuun Mərzili və bəzi başqa kəndlərdən repressiya edilmişlər” kitabı
Arxiv materiallarından qaynaqlanan, tarixçi-alim Boran Əzizin bu kitabına ön söz Tarix Elmləri doktoru Nigar Rövşən qızı Gözəlova faktlara əsaslanan tarixi hadisələri oxuculara təqdim edir. Tarixi faktlardan göründüyü kimi Azərbaycan Dövlətinin parçalanması 1747-ci il, Nadir şah Əfşarın sui-qəstlə öldürülməsindən sonra başlayıb. Xanlıqlara bölünəndən sonra, 1813-cü ildən başlayaraq zaman-zaman Çar Rusuyasının işğalına məruz qalıbdı. Bununla kifayətlnməyən car Osmanlıdan, İrandan er-məniləri kpçürüb İrəvan, Qarabağ xanlığına yerləşdirib. Ermənilərə göstərilən qayğı onların dövlət orqanlarına yerləşdirilməsi ilə davam etdirilib…
***
Ağdam rayonunun Mərzili kəndindən və ətraf kəndlərdən olan represiya qurbanlarından yazılmış bu kitabda Boran müəllim erməni müstəntiqlərinin, Ağdam rayonunun polis rəisi (keçmiş milis rəisi) Camqarovun canfəşanlığını qabarıq şəkildə qələmə alıb. Erməni müstəntiq X.Qriqoryanın atasına yazdığı məktubu oxuyuruq:”… Yüz nəfər güllələtmişəm, beş yüz nəfər növbədədi…” Elə bu bəs edir ki, nə baş verdiyi haqqında təsəvvürümüz olsun. Zalımlığın, qəddarlığın dərəcəsinə bax.
Kitabdakı faktlardan, arxiv materiallarından göründüyü kimi, əksəriyyəti erməni və digər millətlərdən olan müstəntiqlər, represiya məruz qalmış insanlara işgəncə verərək, ən ağır döymə metodlarından istifadə edərək, istədikləri ifadəni sənədləşdiribdilər. Apardıqları şahidlərə də təzyiq göstərib qorxudaraq yalan söyləməyə məcbur ediblər. Hətta üzləşmə belə aparılmayıb.
Minlərlə insana ağır işgəncə verən keçmiş müstəntiq M.L.Şer yuxarı orqanlara yazdığı məktubdan:”Hən ərizə, həm də istintaq materialları həqiqəti əks etdirmir. Bunların hamsı mənim tərəfimdən yazılmışdır. Əvvəllər yazılan ərizə və bir protokol tamamilə yalandır. Mən yalan ifadəmi ona görə vermişəm ki, döyülməyə və incidilmə-yə dözə bilməmişəm”.
Boran Əziz öz əsərində represiya məruz qalanlara şa-hidlik edənlərin represiya dövrü və represiyadan sonrakı, 1953-cü ildən sonra verdikləri şahid dindirilmələrini qarşı-qarşıya qoyur. Represiya dövründə müstəntiqrin zorakılığından qoran şahidlər, 1953-cü ildən sonra əvvəlki ifadələrini təkzib edirlər.
Güllələnməyə məruz qalan, sürgün olan represiya qurbanları sonradan bəraət alsalar da, artıq gecdi. Təsəl-li isə bəraət almaqlarıdı.
Müəllif “Acı həqiqətlər, ağrılı faktlar” kitabında təkcə Mərzili kəndinin represiya qurbanlarından deyil, Ağdam rayonunun başqa kəndlərinin və ADU-dan olan represiya qurbanlarının həyatlarını da işıqlandırır. Bu da çox təqdirə layiqdir.
Erməni cəlladları çar Rusiyası dövründə, Sovet hakimiyyəti dövründə rus havadarlarına arxalanıb başımıza gətirdikləri göz önündədi. Xocalı tarixinin tədqiqatçısı, Tariz Elmləri namizədi, dosent Boran Əzizin bu kitabı tarixi düşmənlərimizin birləşib birlikdə millətimizə qarşı törətdikləri cinayətlərdən danışır. O, öz oxucularını ayıq olmağa çağırır. Ziyalılarımızı həmişə üz-üzə qoyan düşmənlər, bizim bir-birimizə ömürlük düşmən olmağımıza çalışırlar.
Yuxusuz gecələrin məhsulu olan bu əsəri ortaya qoyan Böran müəllim arxivdə işlədiyi müddətdə sağlamlığını təhlükə altına atdı. Çünki, hamı bu arxiv matertiallarının açılmasını, çap olunmasını gözləyirdilər. Arxiv tozuna bata-bata çəkilən gərgin əmək öz nəticəsini verdi.
Əsəri oxuyan oxucular represiya qurbanlarının haqsızlığa məruz qaldıqlarını, şahidlərin özlərinin də ora düşməklərindən qorxaraq yalan ifadə verməklərinin şahidi olurlar. Buna görə də əsər oxucular tərəfindən rəğbətlə qarşılanacaq və seviləcək.
Tarixçi-alim Boran Əzizə çoxlu uğurlar arzulayıram və növbəti tarixi əsərini gözləyirik!
Mətbuat aləmində usun illər işləyən görkəmli jurnalist dostum Ayətxan Ziyad İsgəndərovun «Qara məxmər gecələrim» («Hər yuxusuz gecənin öz rəngi») kitabı haqqında düşüncələrim. Kitab Türkiyədə işıq üzü görüb. Kitabı Ayətxan müəllimin göndərdiyi PDF- dən oxudum.
Kitabda-»Yasdığı qolu getdikcə tolazladı», «Kişilər ağlamaz, ağlasa da…», «Bir Novruz axşamı», «Ay səni dünya», «Mənim nağıllı dünyam», «Onlar S,Vurğunu görmüşlər» («Muğana Ceyran» və «Yadigar») adlı hekayələri, «Ata qarğışı», «Alın yazımız Tanrının» povestləri, «Ata qarğışı» kino ssenarisi, və şeirləri toplanıb. Bu hekayələrdə, povestlərdə taleyinin acısını yaşayan insanlar təsvir olunub.O, kənddən gəlib şəhərdə ali təhsil alan adamların başlarına gələn hadisələri, iztirabları ustalıqla qələmə alıb. Bəlkə də bu hadisələrin çoxu onun ətrafında baş verib.
A.Ziyad qəhrəmanlarının dili ilə milli adət-ənənələrimizi, atalar sözlərini yaşadır. İki gəncin bir-birinə sevgisinə, məhəbbətinə baxmayaraq valideynlərin övladlarına qarşı zorakılığını qabarıq verir. Zaman keçsə də bu keçmiş zorakılıq adətlərimiz hələ də yaşayır. Bu nöqteyi-nəzərdən, ailələrin dağılması, dağılan ailələrdə uşaqların kimsəsiz qalması, kimsəsiz uşaqların acı talehi müəllifin nəsr əsərlərinin əsas süjet xəttidir.
«İtirilmiş bəyazlıq» hekayəsində dağılmış ailənin ortalıqda qalan uşağın, nənə himayəsində böyüyən Möhübəli Əbilovun başına gələnlərlə tanış oluruq. Hekayəni oxuduqca göz önünə kimsəsiz möhübəlilər gəlir. Onlar nə qədər mərd olsalar da, maddi çətinlik, kimsəsizlik onların arzuların ürəklərində qoyur. Müəllif burda həm də cəmiyyəti günahlandırır. İstedadlı elm aramlarımıza sözü üzə dediyinə görə, haqqı tələb etdiyinə görə göstərilən münasibətləri, işdən azad edilmələrin, elmdən kənarlaşdırılmaların göstərir. Möhübəli kimlərəsə kömək etməyinə baxmayaraq, mövqeyini itirəndən sonra heç kim ona yaxınlaşıb qayğı göstərmək istəmir. Belələrindən çoxu kənar gəzir. Bu zamanın eybəcərlikləridi…
Ayətxan müəllimin güclü nəsr əsərlərində güclü bədii təsvirləri var. Bu bədii təsvirlər çox incəliklə işlənib. Möhübəli Tüncəlini gözləyəndə yarpaqlarla necə «sinif-sinif» oynamasını, əllərini torbalanmış ciblərinə qoymağını, kibrit çöplərini qırmağını çox gözəl verib.Oxucu bunu oxuduqca özünü orada hiss edir. Siqaretin əzilmiş kötüyün dişləri arasında sıxmağı sanki gözümüz önündə baş verir. Yağışın yağması, buludların hərəkəti və başqa təbiət hadisələrini özünəməxsus çalarlarla təsvir edir.Bu müəllifin təbiətə hədsiz vurğunluğundan irəli gəlir…
***
«Ata qarğışı» povestində Ayətxan Ziyadın yazıçı təxəyyülü ilə jurnalist peşəkarlığının vəhdətini görürük. Hadisələrin gedişini sadə dildə oxucusuna çatdırır. Ona görə də oxucu çalışır ki, povesti birnəfəsə oxuyub nəticəni öyrənsin.
Bu əsərdə tələbə həyatı da çox gözəl təsvir olunub. Sanki müəllif öz tələbəlik illərini yadına salır. Tələbəlik illəri gənclərin həyatının sevən, sevilən romantik dövrüdü. Tələbələr xoşbəxtliyi öz sevgilərində, məhəbbətlərində görürlər.Ancaq unudurlar ki, valideyn xeyir-duası da lazımdır ki, xoşbəxt olasan. Oğlu Rəşid atasının xeyir-duasın almamağı «ata qarğışı» kimi hesab olunur.
Elin milli adət-ənənələri ilə böyüyən A.İsgəndərov povestdə milliliyi qorumağa çalışıb.Bununla bərabər müasirliyin də əleyhinə deyil.Bu şərtlə ki, əhdə vəfalı olasan. Rəşidin Aygünə xəyanəti onu uçuruma aparırı.Xəyanət sayəsində ailəsini itirir. Təzadlı həyat keçirən Rəşid, Ayğünü də, özünü də bədbəxt edir.
Povest uğurlu alınıb.
Ayətxan Ziyadın nəsr əsərləri özünəməxsus çalarları ilə seçilir.Jurnalist peşəkarlığı da burada onun köməyinə çatır. Dilimizdəki sözlərin bədii yazılış qaqydasını gözləmək Ayətxan müəllimin yaradıcılığında öndədi.
***
Duyğuların poeziyası
Hər bir duyğulu, həssas insanda özünəməxsus poeziya var.Şeir əsasən qısa zaman kəsiyinin məhsuludu. O da Allah vergisidi. Allah onu kimə necə bəxş edirsə, elə də oxucusuna çatdırır.
Nəsri ilə tanış olduğumuz Ayətxan Ziyadın da poetik dünyasına nəzər salaq. «Ürəyim» adlı silsilə şeirlərində yazır:
Ağrini özün seçdin.
Hardan alım vüsalı,
Sənə bəxş etməkçün.
Hıçqırıb için-için,
Sən Ağrı bulağından,
Udum-udum su içdin…
Ağrı bulağından su içən ürəkdə yaranan ağrılardan lirik bir nəğmə yaradır.
…Bir ürək ağrı-səndə,
Bir ürək ağrı-məndə.
Mən çıxardım köksümdən, Sən çıxardın köksündən…
Yaydıq dünya üzünə,
Dünya-acı ağrıdan,
Dünya-şirin ağrıdan,
Hamiləymiş havaxtdan,
Xəbərimiz yox bizim.
Biz ürəyimizdəki ağrıları dünyaya ötürürük. Dünyanın da başı bu ağrılara qarışır, bizdən xəbəri olmur, deyir. O, ürəklə dünya arasında müqayisələr aparır.
Bu da işdi, a qaerdaş?-
Bir söz demək istədim,
Ağzımdan vurdilar,
Dodağım qanadı…
Ürəyim bir söz dedi,
dilim özgə.
Əlimi apardım dodağıma,
Əlim qana bələndi.
Gördüm dünyanın hər qarışı
bir özgə rəngdədi,
əlim özgə…
Yəni demək istəyir ki, haqq söz deyənin ağzından vurub qanadırlar. Dünya qan içində çalxalanır. Ürək bundan ağrı tapır. Bax, budur Ayətxan Ziyadın poeziyası. Onun nəsr dili başqadı, poetik dili başqa.
Ayətxan Ziyadın poetik dünyasında ithaflara çox rast gəlirik. Bu da ötən əsrin, illərin tarixi şəxsiyyətlərinə həsr olunmuş şeirlərdi. O, keçmişi unutmur, poeziyasında yaşadır.
İnsan dünyaya gələndən sevgi ilə, məhəbbətlə əhatə olunur. Ana, vətən məhəbbəti, sonra da gənclik eşqi insanın yaşamaq marağını artırır. İnsanda bu eşq, sevgi olmasa nəysə yarada bilməz. Şairi, yazıçını… yaradıcı adamları da bu məhəbbət əsərlər yaratmağa zövq elətdirir.
De bir yadındamı incədən-incə,
izlərim izində dolaşdı, gəzdi.
Atamız, anamız xəbər bilincə,
Görüşdü baxışlar xəfif, gizlicə…
Şairin qəlbindən süzülüb gələn bulaq suyu kimi saf lirika. Və ya «Qısqanıram» şeirində:
Öpüb xumar-xumar əsən gilavar, şıltaq saçlarını,
aldı əlimdən.
Dağınıq telləri yığıb birtəhər, oxşadı darağın.
Qıqanıram mən…
Oxucularına təqdim etdiyi bayatıları, rübailəri, uşaq şeirləri Ayətxan Ziyad yaradıcılığının bəzəidi. Onun işıq üzü görən «Qara məxmər gecələrim» kitabı oxucuların sevimli kitabına çevrilməsinə əminəm.
O, ədəbiyyat vurğunuydu. Onun damarlarından qanla birlikdə poeziya, nəsr axırdı.Ədəbiyyat fədaisi idi. Anası onu dünyaya gətirəndə göbəyin ədəbiyyata kəsmişdilər. Ədəbi düşüncələri ilə tənqidçi kimi öz yeri vardı. Şəmkirdən Bakıya gələndən sonra “Sahibkar və hüquq” qəzetini təsis edib baş redaktoru oldu. Publisistik məqalələri ilə doğma vətənə məhəbbətdən, ana dilimizə sevgidən yazardı. Ədəbi dil qaydalarına əməl etməyən yazarlara qarşı barışmaz idi. Dilimizin düzgün ədəbi yazılışına tələbkar yanaşardı. Çəkinmədən nöqsanı üzə deyərdi. Hekayələri, povestləri, aforizm deyimləri ilə oxucuların sevimlisi olmuşdu. Neçə-neçə kitalara ön sözlər yazmışdı. Nə qədər kitablara redaktorluq etmişdi. Həm də gözəl kitablar müəllifidi. Məhərrəm müəllimlə ilk tanışlığımızın tarixi yadımda deyil. Bir dəfə Minçəçevir yazarlarının çap olunmuş almanaxı haqqında saytda bir məqalə vermişdi. Bu məqalədə mənim şeirlərim haqqında da öz fikrini bildirmişdi. Bundan sonra sosial şəbəkədə bizim dostluğumuz başladı. Get-gedə bu şəxsi dostluğa çevrildi. Bir-birimizlə telefon vasitəsi ilə əlaqə saxladıq. Yaxından tanış olandan sonra onun təmiz qəlbli insan olduğunu gördüm. Bakıya gedəndə zəng edib görüşərdim. “845” adlı kitabımın Bakıda keçirilən təqdimatına dəvət etdim. Gəlib kitab haqqında ürək sözlərini dedi. Mingəçevir yazarları daim onun diqqət mərkəzində idi. Dostluğa sədaqətli olan dəyərli ədəbiyyat tənqidçisi Məhərrəm Şəmkirli 74 yaşına sanılı günlər qalmış bizi əbədi tərk etdi. Sabah 03.01.2025-ci il bizdən ayrıldığı 40 gündü. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin, ruhu şad olsun! Əzizlərinə Allah səbr versin!
Alpaqut Turan Döyüş Sənəti üzrə IX Azərbaycan Çempionatı və Birinciliyi uğurla başa çatdı
2024-cü il dekabrın 21-22-də Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə Alpaqut Turan Döyüş Sənəti üzrə IX Azərbaycan Çempionatı və Birinciliyi keçirildi.
Tədbir ölkənin müxtəlif bölgələrindən gələn 20 komandadan ibarət 435 idmançını bir araya gətirdi. Yarış iştirakçıları Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə öz bacarıqlarını nümayiş etdirdilər.
Açılış mərasimində Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Fuad Quliyev, I Vitse-prezidenti Mehman Səfərov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının Prezidenti Kazım Qurbanov, və Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov iştirak ediblər.
Fuad Quliyev açılış nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər və idman siyasəti çərçivəsində həyata keçirilən layihələrin idmanın inkişafına və milli dəyərlərin qorunub saxlanılmasına mühüm töhfə verdiyini vurğuladı. Çıxış edən digər rəsmi şəxslər də yarışın əhəmiyyətindən bəhs edərək, gənclərin milli idman irsinə marağını artırmaq üçün bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd etdilər.
Yarışın bədii hissəsi idmançılar və tamaşaçılar üçün xüsusi anlarla yadda qaldı. Azərbaycan Alpaqut Federasiyasının Suraxanı filialının müəllimi Elşən Məmmədov və onun tələbələri Kaçut sistemi üzrə nümunəvi çıxış edərək bu sistemin fəlsəfəsini və texniki bacarıqlarını əyani şəkildə təqdim etdilər. Bakı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Xuraman Şəms və onun tələbələri rəqs nümunələri ilə tədbirə rəng qatdılar. 13 yaşlı musiqiçi Özil İsmayılovun ifası isə tədbir iştirakçılarının qəlbində xoş təəssüratlar yaratdı.
Yarışın yüksək səviyyədə təşkil olunmasında yarışın direktoru Kutsan Vasif Namazov, baş katib Kürşad Rafiq Qasımov, Dünya Alpaqut Federasiyasının İctimaiyyətlə əlaqələr və mətbuat departamentinin sədri Firuzə Cəlilova, baş hakim Tegin Elsevər Puri, Apelyasiya şurasının sədri Qabil Hüseynov, texniki direktor Cəfər Cəfərsoy, nizam-intizam komitəsinin üzvü Ramil Mehdili, mətbuat katibi Zarina Hüseynova, Parad və mükafatlandırma işləri üzrə koordinator Natiq Eminov, yarışın komendantları Tegin Kənan Quliyev və Tegin Şahlar Vəliyev və Azərbaycan Maliyyə-İqtisad Kollecinin kollektivinin böyük əməyi olmuşdur.
Yarışın ümumi komanda üzrə nəticələri:
Ayça sistemi üzrə: 1-ci yer – Sabunçu 2-ci yer – Suraxanı 3-cü yer – Emil Şamilov D/K
Batur sistemi üzrə: 1-ci yer – Laçın 2-ci yer – Şəmkir 3-cü yer – Zərdab
Cahmaz sistemi üzrə: 1-ci yer – Beyləqan 2-ci yer – Ağdam 3-cü yer – Tovuz
Qurşaq sistemi üzrə: 1-ci yer – Şabran 2-ci yer – Yasamal 3-cü yer – Pantera
Bu tədbir yalnız yarış deyil, həm də Alpaqut Turan Döyüş Sənətinin fəlsəfəsinin, milli dəyərlərinin və idman irsinin gənclərə aşılanması məqsədini daşıyırdı. Tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürümüzü bildirir, idmançılara isə gələcəkdə daha böyük uğurlar arzulayırıq!
Alpaqut Turan döyüş sənəti üzrə IX Azərbaycan çempionatı Dekarbrın 21-22 -də Bakı Şəhər Xəzər rayonu “Şağan” İdman İompleksində keçirilir. İdmançılarımız bu yarışa çox inamla hazırlaşıblar. Alpaqut federatsiyasının təşkilat komitəsi çempionatın keçirilməsinə ciddi nəzarət edir. Alpaqut federatsiyasının vitse-prezidenti Kurşad Rafiq Qasımov çempionatı şəxsən izləyir. Fotolar:
Ağdam rayonunun İH-nin başçısı cənab Vaqif Həsənov Gürcüstan respublikasının Kutaisi şəhərində keçirilən Alpaqut üzrə Dünya Kubokunun qızıl medallarını qazanan rayon idmançılarını qəbul edib. Bu tədbirdə 16 saylı Regional Xəzinədarlıq idarəsinin rəis müavini Şahin Abışov, Azərbaycan respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlar Şurasının Ağdam şöbəsinin sədri Elşən Zeynalov və Qarabağ veteranları iştirak edirdilər. Tədbirdə çıxış edən cənab V.Həsənov göstərdikləri yüksək nəticəyə görə idmançıları təbrik edib. Onlara yeni uğurlar arzulayıb. Sonra çıxış edən Alpaqutun Ağdam filialının sədri, məşqçi Kənan Quliyev idmançıları belə ruhlandıran, onlara yüksək qiymət verən, onların həmişə qayğılarına qalan Ağdam rayon İH-nin başçısı cənab Vaqif Həsənova və Veteranlar Şurasının sədri Elşən Zeynalova minnətdarlığını bildirib. Tədbirin sonunda cənab Vaqif Həsənov və Elşən Zeynalov məşqçi Kənan Quliyevə, birinci yer tutan Qənbər Ağayevə, Rəşad Quluzadəyə və Fərid Sarıyevə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim ediblər. Fotolar:
Gürcüstan respublikasının Kutaisi şəhərində 6-8 dekabrda Alpaqut döyüş sənəti üzrə Dünya Kuboku uğrunda 14 ölkənin 465 idmançısı mübarizə apardı. Bu mötəbər yarışda iştirak edən Milli komandamızın üzvü Rövşən Əlı oğlu Həsənov 95 kq çəki dərəcəsində 41 yaşdan yuxarı olanlar arasında Caymaz sistemi üzrə Dünya Kubokunun gümüş mükafatçısı oldu. Rövşən Həsənov 27.08.1983-cü ildə Şəki şəhərində dünyaya gəlib. Şəki şəhər 4 saylı orta məktəbində oxuyub. Hələ 7 yaşından “Məhsul” ( o zaman rayonlarda. ” Məhsul” idman cəmiyyətləri fəaliyyət göstərirdi) Kənd Könüllü idman cəmiyyətinə gəlir. Burada peşəkar idmançı Tahir müəllimlə tanış olur. Tahir müəllimin rəhbərliyi altında Şotakan Karate Do şərq döyüş növünün sirlərini öyrənir. Orta məktəbi bitirdikdən sonra 2001-03-cü illərdə Milli ordumuzda vətənə hərbi xidmət borcunu yerinə yetirir. Burda da hissədaxili idman yarışlarında iştirak edib birincilərdən olur. Hərbi xidmətdən sonra 2004-06-cı illərdə Şəki Texniki peşə məktəbində “Turizm ağenti” peşəsinə yiyələnir. Bununla da kifayətlənməyib Şəki şəhər Mədəniyyət evində təşkil olunmuş “Jurnalist” kursunda təhsilini davam etdirib. Peşəkar idmançı Rövşən Həsənov dəfələrlə ölkə çempionatının, müxtəlif turnirlərin qalibi olub. Şəki şəhərindəki “Qafqaz” idman klubunun idarə heyətinin üzvüdü. Alpaqut Turan döyüş sənəti üzrə məşqçi, həm də Alpaqutun Şəki şəhəri üzrə mətbuat katibidi. Rövşən (yarğan) Kutaisi şəhərindəki Dünya Kubokunda ikinci yer tutsa da, məqsədi növbəti Alpaqut üzrə Dünya çempionatında birinci yer tutmaqdı. Uğurlar olsun Rövşən! Mətnlə əlaqəli fotolar: