Yazalarla görüş

Yazalarla görüş

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi, Mingəçevir şəhər şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzində, Yaradıcı şəxs və kollektivlərin peşəkar inkişafının dəstəklənməsi məqsədi ilə “Söz, sənət işığında” başlığı altında Mingəçevir yazarları ilə görüş təşkil edilmişdi.
Görüşü Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Qurbanova açdı. O, görüşə gələn yazarları salamlayandan sonra şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi. K. Qurbanova sözü Mingəçevir yazarlarına verdi.
Yazarlar adından çıxış edən şair-publisist Məmməd Mərzili AYB-nin Mingəçevir bölməsinin sədri, çağdaş poeziyamızın görkəmli nümayəndələrindən biri, tanınmış şair, publisist İsmayıl İmanzadənin salamlarını görüş iştirakçılarına çatdırdı. Görüşə gəlmiş hüquqşünas, şair AYB-nin üzvü Bəhmən Gülövşəlini, şair, AYB-nin üzvü Əhməd Əfsunu, musiqi müəlliməsi, şairə Minarə İsgəndərlini, MDU-nin magistratura tələbədi, şair Əfqan Dönməzi və şair, publisist, AJB-nin üzvü Məmməd Mərzilini tədbir iştirakçılarına təqdim etdi.
Şairlər ayrı-ayrılıqda özləri haqqında qısa məlumat verdikdən sonra vətən haqqında, erməni işğalçıları üzərindəki zəfərimizə, şəhidlərimizə həsr etdikləri şeirlərini oxudular. Müxtəlif janrlarda oxunan poeziya nümunələrin mədəniyyət işçiləri alqışlarla qarşıladılar.
Mədəniyyət işçilərindən Mənzərə Rəhimova, Kəmalə Kərimova, Gülmira Bəşirova və başqaları şairlərimizin şeirlərindən səsləndirməyi özlərinə borc bildilər. Görüşdə mədəniyyət işçilərindən: Əliyusif Kazımov, Mənzərə Rəhimova, Kəmalə Kərimova, Abbas Məmmədov, Gülmira Bəşirova, Natəvan Alxasova, Firdovsi Məsimov, Güldəstə Məmmədova, Aynur Aslanova, Sevda Təhməzova, İradə Bəkirova, Yeganə Məmmədova, Cavad Hüseynov, Söhrab Məmmədov və başqaları iştirak edirdilər.
“Söz, sənət işığı”na yığılanlar yazarların gələcək yaradıcılıqları ilə maraqlandılar. Görüşə gələn yazarlara təşəkkür etdilər. Belə tədbirlərin tez-tez keçirilməsini arzuladılar.


Yazarlar da bu görüşdən məmnun olduqlarını dilə gətirdilər. Mədəniyyət işçilərinə özlərinin yeni çapdan çıxmış kitablarını hədiyyə verdilər. Bu görüşü təşkil edən, sözə, yazarlara dəyər verən Mərkəsi Aran Regional Mədəniyyət İdarəsinə təşəkkürlərini bildirdilər.
Sonda tədbir iştirakçıları ilə yazarlar xatirə şəkilləri çəkdirdilər.

MƏMMƏD MƏRZİLİ,

Şair, publisist AJB-nin üzvü

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir