
ANA
Gecələr yatmayıb lay-lay demisən,
Sevincin yerinə kədər yemisən.
Sonradan bilmişəm, demə sən,
Gecəni gündüzə qatmısan, ana!
Baharın qış oldu, nələri çəkdin,
Övladlar böyüdüb ümidlər əkdin.
Canının ağrısın qəlbinə bükdün,
Demərəm arzuna çatmısan, ana!
Gözlərə baxanda duyub anladı,
Günahı gizlədib özü danladı.
Tutub ətəyindən səni yanladım,
Xeyirxah qədəmlər atmısan, ana!
Uşaqlıq illəri ərköyünmüşəm,
Bəlkə də xətrinə çoxlu dəymişəm.
Şəklini qəlbimə çəkib döymüşəm,
Nə olar acığın tutmasın, ana!
Ehtiyac içində yaşasan belə,
Demədin dərdini obaya, elə.
Ruhunla ruhumu almısan ələ,
Sanıram cənnətdə yatmısan, ana!
Ehtiramla, MƏMMƏD MƏRZİLİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru