17 iyun 2025-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi və Yazarlar. az saytının iştirakı ilə “Yeni Ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində İlham Əzizin “Şimşəkdən sonra” kitabının müzakirəsini keçirmişdir. (Tədbirdən fotolar)
11 mart 2025-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində Qurban Yaquboğlunun “Mən yoxam” romanının müzakirəsi keçirildi. Müzakirədə şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu; şöbənin əməkdaşları – aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid; böyük elmi işçi, yazıçı Mənzər Niyarlı; kiçik elmi işçi Hənifə Səlifova; doktorant Mirkamil Ağayev; yazıçılar Əli bəy Azəri, Tarverdi Abbasov, Asiman Eyniyev, filoloqlar Qəndab Əliyeva (moderator), İlahə Səfərzadə, oxucular Toğrul Salmanov, Qüdrət Kərimli və müəllif Qurban Yaquboğlu iştirak edirdilər. Tədbirdən fotolar:
8 yanvar 2025-ci il tarixində Bakı şəhəri Məmməd Rahim küçəsində yerləşən “Novella” kitab evində tanınmış yazıçı Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” kitabı müzakirə olunub. Müzakirədə yazıçı – tənqidci “Ədəbi ovqat” jurnalının baş redaktoru Vaqif Osmanov, folklor institutunun əməkdaşı yazıçı – şair Mahir Cavadlı, “Xəzan” jurnalının baş redaktoru, yazıçı – publisist Əli bəy Azəri, “Yazarlar” jurnalının baş redaktoru şair – publisist Zaur Ustac və “Novella” kitab evinin rəhbəri Səbinə xanım iştirak ediblər. Qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib.
Nigar xanım öz minnətdarlığını belə ifadə edib: “Bu gün çox dəyərli ədəbiyyat ustadları ilə Zaur bəyin vasitəsi ilə görüşümüz baş tutdu. “Novella” kitab evində baş tutan görüşdə Əli bəy Azəri, Mahir Cavadlı, Vaqif Osmanlı bəylə ünsiyyətdə olmaq imkanı əldə etmiş oldum. Mənimlə təcrübələrinizi bölüşdüyünüz üçün minnətdaram.
Bütün səmimiyyəti ilə qulluğumuzda duran “Novella” kitab evinin əməkdaşı dəyərli Səbinə xanıma da xüsusi təşəkkür edirəm.
Eyni zamanda bu gün, Zaur bəyin doğum günüdür. Sizi ürəkdən təbrik edir və daim uğurlar arzu edirəm.”
“YAZARLAR” kollektivi adından Nigar xanımı təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq!