Etiket arxivi: POEZİYA

189-190 NÖMRƏLİ MƏKTƏBİN YAZAR ŞAGİRDİ

189-190 NÖMRƏLİ MƏKTƏBİN YAZAR ŞAGİRDİ

“Ot kökü üstə bitər”-deyərlər: məktəbimizin ( #189190nömrəliməktəb ) 10 “B” sinif şagirdi Səma Muğanna kimi. Bu kiçik fidan İsa Muğanna ocağını sönməyə qoymayan kiçik yazardır. Qələmini xəyallar dünyasının fırtınalarında sınmağa qoymayan, məsum ürəyində sevgi ilə nifrəti, xeyirlə şəri çarpışdıran Səma ədəbiyyat aləmində yeni doğan bir günəşdir. Bu Günəşin son zamanlardakı uğurları oxucularının gözünü qamaşdırır, ruhlarını oxşayır. Səma 3 kitab müəllifidir. Sonuncu kitabı “Adam və Papatyanın Tanrıyla görüşdüyü gün” kitabına görə bu günlərdə “Ziyadar” mükafatına layiq görülmüş və “Yazarlar” jurnalının redaksiya heyətinə üzv seçilmişdir. Onu bu münasibətlə təbrik edir, bu çətin, keşməkeşli yolda Səmamıza uğur diləyirik! #189190nömrəliməktəb

SƏMA MUĞANNANIN DİGƏR YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZI – YARAŞIR

MAHİRƏ NAĞIQIZININ ŞEİRLƏRİ

YARAŞIR
Özü çıxıb müjdə verdi millətə,
Müjdəsinə neçə qurban yaraşır.
Zülm edənin canı düşdü zillətə,
Uca millət, sənə ad-san yaraşır.
* * *
Həyan umduq gələn səsdən-səmirdən,
Tanrı verdi səbrimizi dəmirdən.
O illəri tale çıxsın ömürdən,
Nə cür desən, nə cür yazsan, yaraşır.
* * *
Elə bil ki, dünən burdan köçmüşəm,
Füzulidən, Cəbrayıldan keçmişəm.
Həsrətini zəhər bilib içmişəm,
Muradın al Zəngilandan, yaraşır.
* * *
Dolan yurdu, neçə ki, bu ömr var,
Ziyarətdir, kimdə belə dövr var…
Yanır bağrım, ürəyimdə qövr var,
Keç Laçına Qubadlıdan, yaraşır.
* * *
Toy-düyündür Mahirəyə vaxt, zaman,
Salnaməni özü yazsın anbaan.
Cabbar ilə Xan dayansın yanbayan,
Oxusunlar, olar dərman, yaraşır.
* * *
Türkə qurban, nə cür aldır bayrağı?!
Bədirlənmiş tək hilaldır bayrağı.
Xankəndində özün qaldır bayrağı,
Bayraq Sənə, Baş Komandan, yaraşır!

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Hər şey belə başladı…” – Şeirlər – Zaur USTAC

Zaur Ustacın şeirləri.

ZAUR USTAC BU GÜN ƏDƏBİYYAT QƏZETİNDƏ

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

O GÜN
(Milli Qəhrəman Polkovnok İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…

İlkin mənbə:edebiyyatqazeti.az

Arxiv: archive.vn

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADPU-nun Filologiya fakültəsində Anım günü

Mahirə Hüseynova – NAĞIQIZI, professor, ədəbiyyatçı, şair.

 ADPU-nun Filologiya fakültəsində professor Mahirə Nağıqızının təşkilatçılığı ilə fakültə nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərinin iştirakı ilə 27 Sentyabr Anım gününə həsr edilmiş tədbir keçirilib.

Müəllif: Aynura Aliyeva

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hacı Abbas Əli oğlu Bağırov- Sona xanım Abbasəliqızı haqqında

Hacı Abbas Əli oğlu Bağırov- tibb üzrə fəlsəfə doktoru

Sona xanım Abbasəliqızının məharətli təfəkkür tərzinin bədii söz ustadına məxsus potensiala malik olması sayəsində tarixi romanların yazılması istiqamətində orijinallıq nümunələri ortaya qoyan süjetlərlə dolu bir neçə nəzm əsərləri ərsəyə gəlmişdir. Həm nəzm, həm də nəsr əsərlərinin müəllifi olmaq onun  orijinal, səciyyəvi bədii-estetik xarakterləri ilə parlaqlaşan düşüncə tərzinə malik omlasının əyani göstəricisidir.

    Sona xanım Abbasəliqızı orijinal  dəlillərin  təhlil və təfsirləri ilə dolu olan maraqlı bir  sənət numunəsi yaradaraq  tariixi bir roman yazmışdır. Bu tarixi romanın Əfzələddin Xəqani Şirvaniyə məxsus olaması, hazırkı dövrdə demək olar ki, çoxlarının müraciət etmədiyi yanaşma tərzi kimi qəbul olunaraq, yüksək qiymətləndirilir. Əsərdə Xəqani Şirvani kimi əzəmətli söz usatdının sənət nümunələrini özünün fərdi ideallarına uyğunlaşdırmaqla  onun haqqında səciyyəvi müstəvidə daha çox ifadəlilik tutumuna malik obrazlı təsvirlər yaratmışdır.

  Sona xanım Abbasəliqızı iti qələminin, dərin yaddaşının, ibarəli və ifadəli təxəyyülünün sayəsində digər nəsr əsərində isə təzadlı həyat faktlarının dərin fəlsəfəsinə nüfuz edərək, hər bir oxucunun öz obrazını tapa biləcəyi  ikinci romanının da müəlliflik haqqını əldə etmişdir.

   Sona xanım Abbasəliqızı yüksək əyarlı qələmini dincəlməyə qoymamışdır, ideyaları hər yerdə, hər zaman təzə ilham üzərində pərvaz edərək yeni –yeni obyektlər seçmiş,  yeni yaradıcılıq nümunələri ortaya qoymuşdur. Bu xasiyyəti  ilə növbəti ədəbi janra müraciət edərərk, 4 ədəd  inci  dəyəri tapmış povestin müəllifi kimi yeni yaradıcılıq məkanına dalğalarından məharət səpilən ucalıq bayrağı sancmışdır.

   Sona xanım Abbasəliqızı uşaqlara bağlı insandır. Uşaq ədəbiyyatına uşaq şeirləri ilə bəzənmiş könül dünyasının töhfələrini nəfis bir kitab şəklində ərməğan etmişdir. Onun qələmə aldığın uşaq şeirləri çox incədir, azyaşlılar və yeniyetmələr tərəfindən çox sevilərək, böyüklərin təqdir etdiyi mənəvi-estetik, tərbiyəvi cəhətlərinə görə  müəllifə olan  rəğbəti daha da artırır. Hər kəsin övladını öz övladı kimi qəbul edən, ANA qəlbi yüklü olan- Sona xanım Abbasəliqızı aşağıdakı əsəri ilə valideynlik duyğularının parlaq nöqtələrini tərənnüm etmişdir.

Şükür sənə ULU TANRIM,

Dərgaha qalxıb qollarım.

Xoşbəxt olsun balalarım-

Biri nurum, biri günüm,

 Övladlarım!

Hərə evin bir çırağı,

Ağılları yaraşığı,

Alışdırır od-ocağı-

Biri nurum, biri günüm,

 Övladlarım!

Hər ikisi elə bağlı,

Bir qırılmaz telə bağlı,

Şirin-şəkər dilə bağlı-

Biri nurum, biri günüm,

 Övladlarım!

Mənim görən gözlərimdir,

Bükülməyən dizlərimdir,

Bu dünyada izlərimdir-

Biri nurum, biri günüm,

 Övladlarım!

Sona xanım öz  könül aləminin zənginliyi vətən şeirləri ilə ən önəmli mənzərələrini açır, onun poeziya dünyasına səyahət etdikdə yenilik, estetik fəlsəfi -mənəvi tutumun uğurlu yollarla formalaşıb, ahəngar şəkildə yeni bir zirvəyə istiqamətləniyinin şahidi oluruq.  Fəlsəfi -estetik tutumu əsil insan həyatının məziyyətlərini ifadə edən obrazlılıq əsasında səciyyələnmişdir, söz sənətinin alilik hüdudlarını müəyyənləşdirən parametrlərlə uzlaşmışdır.

  Ulu Yaradanımız yaratdıqlarının hər birinə öz fitrərtini verib. İnsana da insanlıq fitrəti içərisində saya gəlməyən istedadlar bəxş edib. Fəqət bu istedadlardan biri də poeziya, şeir mənasına vaqif olub, onu yazmaq, onu yaratmaq, onu yaşatmaqdır. Şeir şeir halındadırsa dolu başın məhsuludur demək, qəlbə yol açıbdemək , düşüncələrə təsir etmək imkanı yoxdursa heç nədir demək.  Sona xanım Abbasəliqızının poeziyasına baş vurduqca şox uzaqlara aparır səni, bəzən ən yaxını uzaq hiss edirsən. Həyatın və insanın çəkə bildiyi bütün yüklərin ölçü meyarları ilə dolu olan Sona xanım yaradıcılığı poeziya dünyamızın incə nümunələri ilə bəzənmişdir.      

  Poetiklik, estetiklik, fəlsəfilik Sona xanımın şeiriyyat aləminin zər -ziba ilə bəzənmiş çalarlarıdır. Sevgi yükü çəkməyən, sevgini bilməyən, sevgisini pəhrizliklə saxlayıb, mərhəm şəkildə qoruyub, bakir surətdə saxlamağı bacarmayan şair ola bilməz. Sözün yükünə dözməyən şair ola bilməz. Dərdə düşmək, dərd əlində talanmağa qabil ola bilməyən şair ola bilməz. Aşiq ola bilməyən şair ola bilməz. Sona xanım Abbasəliqızı bütün bu sədləri keçərək, məharət göstərib şairə adını ucaltdı , ucaltmağa nail oldu, sözü ilə, qəlb duyğusu ilə sevildi, könül əmanəti ilə könüllərdə təbərrükləşdi. İnsanı dərd şair edər deyirlər. Bəli dərdlə dolu sözlər sətirə küçürülməsə insanı ağladan  dərdin özü ağalayar insanı. Sona xanımı ilhamı bu notlara zənginləşərərk dərdin dillə təcəssümünü bədii konteks şəkildə təqdim edir. Onun ilham mənbəyi bu müstəvidə daha çox intensivlik nümayiş etdirir. Bəzən həyatın mürəkkəbliyini ağrı acısını elə parlaq və obrazlı şəkildə təcəssüm etdirir ki, əsərlərini daha mənalı daha oxunaqlı edərək könüllərə təsəlli mənbəyi kimi təbərrüek halına gəlir. Allah hikmət, bəsirət, fəsahət və fərasət verdi yazmağa, yaratmağa əzizimiz Sona xanıma. 

   Sona xanımı tanıdıqdan sonra hörmətlə qarşıladığım insanların sırasında onunla hər ünsiyyətdən məmunluq duymuşam, əsərlərinin motivi, kaloritliyi, ruha sirayət etməsi nəticəsində yaratdığı ovqat, onunla hər görüşümüz nədənsə yadımda aşağıdakı şeiri tərpədib. Bu müəmmalı, mübhəm hissin nədən qaynaqlandığı sirr olaraq açıla bilmədi mənə. 

Bu yerlərdə müşgül ənbər qoxuyur,

Nazlı dilbər gəzən yerdir  bu yerlər.

Aralıqda seyraqublar toxuyur,

Əlim yardan üzən yerdi bu yerlər.

Bizim yerdə ördək olar qazınan,

Sizin yerdə söhbət olar sazınan,

Dəstə -dəstə, bölük -bölük qızınan,

SONAm göldə üzən yerdir bu yerlər.

Mən Kərəməm Gəncə mənim dağlarım,

Xəzan vurdu, tez saraldı bağlarım,

Ağ kağız üstündə qəmli çağlarım,

Deyib dərdim yozan yerdir bu yerlər.

Bu şeirin ikinci bəndini hər dəfə söylədikdə, və yaxud yadıma saldıqda daim insanlıq simasının gerçək daşıyıcısı, amalı ilə əməli eyni olan Sona xanım Abbasəliqızının surəti gəlir gözlərimin önünə. Baxmayaraq ki, həyatda Sona adlı tanıdığım şəxslər bir neçə nəfərdir, məhz Sona xanım Abbasəliqızının xəyalı bürüyür düşündüklərimi.  Sona xanım Abbasəliqızının adı da şəxsiyyəti kimi nəcibdir. Fəqət bu nəcib insanın varlığına xurma lifləri tək incə tellərlə bağlana bildiyim digər əlamət də vardır ki, bu sövq ona yaxınlaşa bildiyim ikinci vəsilədir.  Bu həqiqətdir, həqiqət!

  Əziz və əbədi dostum, bəzən tay- tuş bəzən də ağsaqqal sandığım rəhmətlik Eldar İsmayıl Böyüktürkün keçirdiyi bütün tədbirlərdə, toplantılarda dərin hörmətlə baş tutan görüşlərimiz bizi Sona xanımla daha da  doğmalaşdırırdı. Mən Sona xanımı tanıdım, tanıdığım qədər də rəğbətlə könül dünyamın şərəf lövhələrindən birində ona yer ayırdım, aramızda olan ülfət və ünsiyyətlə, səmimiyət və hörmətlə get -gedə daha çox qürurlandım. Onun haqqında demək, yazmaq müşgül olduğu qədər də ilhamlıdır. O qədər saf niyyətə malik adamdır  ki, barəsində nəsə demək istədikdə sözlər sanki, çağlayır, qaynayır, aşıb -coşur. Amma, Sona xanımın varlığını, əzizliyini, şəxsiyyətinin dəyərini olduğu kimi əhatəli vəsf etməyə sözlərimin imkanı yetməyəcəyi qənaətindəyəm.

  Təbiətin ən gözəl harmoniyasının canlı mödelini əks etdirən, əxz etdirən Ulu Göyçə Gölünün gözəlliyinə nə qədər valeh olsaq belə, bəzən ritmik, bəzən çılğın, bəzən hirsli, bəzən də sakit su müstəvisi-güzgü yaradan dalğaları üzərində sonaların  azad, sanki dərdsiz, qayğısız üzməyi, sıralanmaqları, nizamlı davranışları başqa bir məftunluq yaradır insanda. Sonalar sıralanmağı ilə necə gözəl anlayırlar bir -birlərini. Təmkinli, ülfətli, rəvan, pasiban davranışları ilə kainatın səbrinə aramlıq dərsi keçirlər sanki. Su sonalarının bir- birinə və ana təbiətə sayğılı davranışlarını seyr etmək  insanın daxili dünyasından qaynaqlanan fikir və düşüncələri ilə onu yerlərdən götürüb ülvi xəyallar ağuşunda mövcud olduğu məkandan ağıla gəlməyən saf və müqəddəs məqamlara teyləyir, insan harada olduğunu unudur, nə düşündüyünü belə yada sala bilmir. Dağların yamacların sızqasından, yağışından, çayların sellərindən axıb gələn şəffaf sulardan Uca Yaradanın məxsusi gözəlliklərlə bəzədiyi bu mavi rəngli, sonalı  göllərin bir növü də insanın batini dünyasında  göz yaşlarından süzülərək əmələ gələn, dalğaları şahə qalxıb, gözə görünməyən ümmanların  təlatümümünü yaradan ‘’göllərə’’ bənzəyir, elə həmin batini məkanda da üzən sonalar ’’görürsən’’.  O göllərin dalğalarının yaratdığı meh dəyanətli qəlblərə, dözümlü ruhlara, təpərli ürəklərə  tumar çəkər,  ona nəfəs verər, insanı ucalığa yaxınlaşdırar.

Qayalardan öz atını çapıb gələn,

Qarşısına nə çıxıbsa yarıb gələn.

Toz-torpağı ora, bura yapıb gələn,

Xoş ətirli yellər üçün darıxmışam.

Sal daşları təbil kimi çalıb gedən,

Bənd-bərəni əsir kimi alıb gedən,

Dərələrdə haray- həşir salıb gedən,

Səsli, küylü sellər üçün darıxmışam.

Qucağında bu həyata göz açdığım,

Qədəm basıb, pərvazlanıb tez uçduğum.

Dönə-dönə xatırlayıb söz açdığım,

Qədirbilən ellər üçün darıxmışam.

Uca dağlar, qurbanınız olaram mən,

Zirvənizə bir gün yolu salaram mən.

Boyunuza qollarımı dolaram mən,

Sizlə keçən illər üçün darıxmışam.

 Bizim SONAMIZ da belədir. Sakit və gözəl suların əsrarəngiz peyzaj yaratdığı təbiətə gözəllik qatar varlığıyla. İnsanlıq tarixinin olaylarını yaddaşına köçürmüş mavi suları fəth etməklə onun yaddaşında olanları oxuyar, üzərində ‘’süzdükcə’’ bir çox sirrlərin bağlı qatlarına nüfuz etməklə fələfi dünyasını zənginləşdirərək əsil insan dəyəri qazanar.

Müqəddəs kiatbımızda mütəal Allah buyurur ki,’’ Bilin ki, bu dünya aldadıcı tələdən başqa bir şey deyil’’ Bu həmin dünyadır ki, görürə bilənlərə yük olar, həssas insanlarla oynayar, idrakı, təxəyyülü, düşüncəsi kamil insanları yarışa çəkər. Sona xanımın yazdığı bu şeirdə etibarın, sədaqətin,vəfanın dünyanın surətində təcəssümü aydın şəkildə gözümüzün önündə canlanır..

Mərdin süfrəsinə dadanıb namərd,

Yolumun ağzında bitib xəyanət.

Birinə işıqsan, birinə zülmət,

Bəlkə düz demirəm, bağışla, dünya.

Birinin vaxtı var, vaxta güvənir,

Birinin baxtı var, baxta güvənir.

Biri oturduğu taxta güvənir,

Bəlkə düz demirəm, bağışla, dünya.

 Söz verib durmursan sözünün üstə,

Deyən yox qaşın var gözünün üstə.

Olmusan çörəyi dizinin üstə,

Bəlkə düz demirəm, bağışla, dünya.

Qanqallar əkirsən gülün yerinə,

Danalar satırsan kəlin yerinə.

Qarılar verirsən gəlin yerinə,

Bəlkə düz demirəm, bağışla, dünya.

Yaxşı-yaman bir-birinə qarışır,

Bilən yoxdur kim-kim ilə yarışır.

Haram yeyən halallıqdan danışır,

Bəlkə düz demirəm, bağışla, dünya

  Bir ürəkdən qopan duyğu min ürəyə yol tapması ilahi vergidən başqa ayrı bir səciyyənin göstəricisi ola bİlməz. Bəli Sona xanımın şeiriyyəti ürəklərə yol açıb, qəlblərdə yuva qurub, istinad və obrazlı ifadə mənbələrinə çevrilib. Sevginin, insanlığın ən ali dəyərlərinin məhək daşına dönüb. Sözlər, fikirlər, sevdalar, sevgilər Sona xanımın şeirləri ilə ifadə olunduqca daha rəvan yola dönmüş olur. Ümidzilik çırağını oxunduğu, dinləndiyi andaca  söndürmüş olur. Sona xanım yaradıclığının mahiyyəti bəzən şübhənin, bəhanənin üzərinə elə bir sədd çəkir ki, reallıqdan, dünyanın gerçək üzündən və etbarısızlığından hali olmadan təsəlli aləminə düşmüş olursan.

   Nədənsə kişi qələmindən gələn sözlərin qəlbi bu qədər riqqətə gətirməyə gücü çatmır. Əgər bu fikirin səbəbini açıqlaya  bilsəydim səmimi deyirəm ki,  bu yazımda ifadə edərdim. Sona xanım duyğusundan axıb gələn nəzm nümunələri insanı kövrəldir, riqqətləndirir, heyrətləndirir, dinməyən hissləri dindirir. Çün o ana duyğularından, xanım ürəyinin döyüntülərindən, qadın hərarətindən, qız sevdasından, sevgili qəlbindən, şairə ilhamından, övlad cuşundan gəlir. Hər sətirin altını gözlərə dolan yaşlarla cızmalı olduğun halda bu dunyadan uzaqlaşırsan demək. Sona xanım qələmi adamı varlıqdan yoxluğa döndərə, göylərdən yerlərə endirə bilir. Yananı söndürə, dinməzi dindirə, qanmazı qandıra bilir. Elementar ifadələrin düzülüşündən yaranan, adamın qəlbinə köz qoyan, könül sazından qor qoparan mənalarla doludur onun şeiriyyəti.

   Duyğuları formalaşdıran böyüdüyün hava su təbiətdir. Qızıl suyu ilə böyüyüən insanların hissi, duyğusu, amalı, məfkurəsi, ilhamı, şövqü, zövqu, cuşu da qızıl kimi olur. İstər- istəməz bəşəriyyətin böyük dəyərlərə ehtiyac var deyilmi?  Odur ki, sözün gücü ilə aramlaşan bütün qəlblər Sona xanımın əsərlərinə ehtiyac içərisindədir. Sözü kimi də özüdür, dostluğudur, sədaqətidir, adam kimi adamlığıdır, adam sayılanların yanında sayılıb, seçilməyidir. Sona xanım Abbasəliqızı eşq və sədaqət fədaisi obrazında gördüyüm, həqiqət yollarında axtarışda olan, doğruluq dəryasının qəvvası olan bir şəxsiyyət kimi canlanır gözlərimin önündə. Söz düzümü, iz düzümü, yolu -ərkanı dolaylaşan düzlükdən ibarətdir bu əzəmətli şəxsiyyətin. Boyu kimi qəlbi, qəlbi kimi insanlıq imtahanlarının ödəvlərini yerinə yetirməyi var əzizimiz Sona xanımın.

Sona xanımın yaradıcılığı canlı bir axına bənzəyir, əsərlərinin tarixi xronoloji inkişafını nəzərədən keçirdikcə müsbət dinamika xarakterizə olunan inkişaf xətti aydın görsənir. Sənət ağacının lirik və fəlsəfi budaqlarının üzərindəki sənət incilərini təfəfkkürünün süzgəcindən keçirərək xəfifiləşdirmiş, zərifləşdirmiş, gözəl nümunələrlə ağırlaşdıraraq,  poeziyanın səlis imkanlarından sərrastlıqla istifadə etməklə öz poeziya toplumunu zənginləşddirmişdir.

   İnsan həyatının gerçək dəyərlərindən olan sədaqət, məhəbbət, aşiqlik, cəmiyyətə faydalılıq övladlıq, dostluq hisslərinin ən zəngin çalarlarını inikas etdirən elə meyarlarla bəzənmiş əsərləri var ki, opxuduqca müəllifin daha ali ölçülərlə nəzərə alına biləcək daha geniş aspekti müəyyənləşir, həqiqət axtarışı müəllifin duyğularının dünya hadisələrinin reallıqlarla əlaqələrinin əyanicələşdirilməsindən ibarət olmuşdur. Ədəbiyyatımızın ciddi qəbildən sayılan bütün ölçülərinə müvafiq olan şeir nümunələri Sona xanımın həyata vurğunluğu çərçivəsində həyat oyununu hər kəsin oynaya bilmədiyi fəlsəfəsini incələyərək oxucularına çatdırmış, nəcibliyinin incəliyinin zərifliyinin bir neçə meyarlarını ortaya qoymuşdur. Bəzən şeirlərinin içərisində həyatı proseslərin elə dramatik və gərgin hiss həyəcan dolu anlarının şahidi olusan ki, həmin mühitdə təzad və gerçək olayların inikasından başlayan mənəvi gözəlliklərin yaratdığı spektrlər göy qurşağı kimi əsararəngiz bir diapazonu əhatə edərək göz oxşayır. Bu poeziya aləmində Sona xanımın məxsusuiliyinin mənliyinin yükünü ortaya qoymuş bir təqdimat nümunəsi kimi canlanır və onu oxucuların sevdiyi müəlliflər sırasına qatımış olur.

Elə bil əzəldən torpağam, daşam,

Gözdə gilələnmiş bir ovuc yaşam.

Dərdin bacısıyam, qəmə qardaşam,

Mənim günahımı günaha yazma!

Yalan ayaq açıb sevgi yerinə,

Toz qonub cahanın sevgilərinə.

Səni and verirəm, söz güllərinə,

Mənim günahımı günaha yazma!

Gözlərim qəm dolu dərin quyudu,

İndiki sevgilər sərin quyudu.

Bəxtim dərd üstündə dərin uyudu,

Mənim günahımı günaha yazma!

Sözdən ilmə-ilmə belə söküldüm,

Dərdimlə oyanıb dərdimə güldüm,

Mən sözdə boğuldum, mən sözdə öldüm,

Mənim günahımı günaha yazma!

Sona xanım Abbasəliqızının əsərlərində elə təşxis, metafora , təşbih nümunələri yer almışdır ki, əsəri oxuyarkən sanki bir vokallıq seyrəngahına düşmüş olursan. Poetik fəlsəfə ruhunun təsviri kimi, onun daxili dünyasını şeirin batin strukturuna köçürərək mövzusunu zinətləndirir, poetik təfəkkürün həyatiliklə bağlılığı əhvalı- ruhiyəsini yaratmış olur. Poetik axının obrazlılığı fərqli konturlar cızıaraq yeni və fərqli duyuma bağlanaraq, təzadlı dövrümüzdə könllərə məlhəm olaraq qeyri adi dinamik assosiasiya əmələ gətirir.

Sona xanım Abbasəliqızının əsərlərinin poetik siması çox vaxt emosionallıqlıq, hiss- həyəcən duyğuları ilə çulğalaşır. Bu onun təbinin ilhamının insanı rahat buruxmayan, insanın çəkə biləcəyi ömür yükü içərisində kamilləşməsinin, dözümlülüyünün, tolerantlığının miqyasını cızır, bədiilik konteksini əhatələndirir.

 Göyçə dialektinin əsərlərinə sirayət etməsi poetik terminlərin, şeiriyyat ünsürlərinin hamısını hərəkətə gətirmiş olur. Üslubundan və janrından asılı olmayaraq bütün şeirlərinin ilkin məğzi daxili dünyasının mündəricatından giriş qapısından bəhrələrir.

Soyuq qış gecəsi,yol-iriz donub,

Yenə ac qurd kimi ulayır külək.

Havanın üz-gözü qırov bağlayıb,

Yenə çöl-bayırı bulayır külək.

Təbiət yuxuda ağ xəyal görür,

Körpə ağacları şaxta vurubdu,

Mənim də xəyalım, donmasın deyə

Sınıq pəncərəyə taxta vurubdu.

Üşüyür qəlbimin duyğuları da,

Ömrün sınağına hazıram, şükür.

Bu qış gecələri mənə xoş gəlir,

Sevgi nəğmələri yazıram şükür.

Sona xanım Abbasəliqızının şeirlərinin vəzninə, səslənməsinə, duyğusallığına, ahənginə görə, oxucuda həyəcanlanma, gərginlik yaratma imkanlarına görə, mətinin orjinallığına görə xalqın yaddaşında daim qalacağına heç bir şübhə yeri qalmır, poetik estetik fəlsəfi yükün ərsəyə gəlməsinə, oxucu dünyası ilə harmonik olmasına estetik cazibə yaranır. Soz axının obraza çevrilməsi idrakın dərin qatlarından sızıb gələn könüllərdə şahə qalxan fırtınalar yaradan emosiyalar fonu Sona xanım Abbasəliqızının şairəlik gücünə təkan varən amillər kimi ortaya çıxır. Bir şeirdə eyni duyğular təkrarlanmır, duyğu və hisslərin təkrarasızlığı poetik gücü stimullaşdırır. Məna laqkonikliyi, poetik ünsürlərə düşüncənin kamil təbəqələri ilə müdaxilə zamanın və qəlbin səsinin sintezindən fərqli bir məna hikmət yaratmışdır.

Sona xanım Abbasəliqızının qafiyə sistemi, ritmi, intonasiyası, şeiriyyətin bir çox aspektləri ilə məxsusi dəyərlərini özündə birləşdirməsi  beyində düşüncə istiqamətini dəyişdirmək imkanlarına malikdir, çünki bu kamil qələm sahibinin obrazları   sünilikdən uzaqdır, ürəkləri, beyinləri hərəkətə gətirir, insanın mənəviyyat dünyasının əks etdirir.

Sona xanım Abbasəliqızının bu nəzirəsində təbinin ruhi emosional vəziyyətə düçar olduğu görünür. Təbii, səmimi sözlərlə  deyilən fikirlər lirik hisslərə bir doqqaz yaradır.  Burada İnsan fikirlərinin hərarətindən qaynayan təravət hiss olunur.

Ənvər Rza, yolum haqda düşünmə,

Həsrətimi dağlamağa gəlmişəm.

Göyçə adlı istəyimi, eşqimi,

Gözüm üstə saxlamağa gəlmişəm.

El ah çəkir, qəm-kədəri biçəyin,

Hanı sarvan?Karvan gözlər, köçəyin.

Mən könlümə sırğa taxmış çiçəyin,

Ləçəyini qoxlamağa gəlmişəm.

Yaz ayları zirvələrdə öy çəni,

Səhər vaxtı yağış bilir, göy çəni.

Xəyalımda əzizləyib Göyçəni,

Ana yurdu yoxlamağa gəlmişəm.

Dağ eşidib, qaya duymaz sədamı,

Dərd öldürər, qəm yandırar adamı.

Xatırlayıb ömrü gödək atamı,

Anam üçün ağlamağa gəlmişəm

Əzizim, Sona xanım!

Xanımlar gülürsə həyat firavandır demək, qadınlar sevinirsə övladlar xoşbəxtdir demək, zərif cinsin nümayəndələrinin çöhrəsində təbəssüm varsa, Vətən əmniyyət içərisindədir demək!

Allah bunların heç birini sizdən əskik etməsin

60 illik zaman içrə  faniyə aldanmadınız, insan ömrü yaşadınız, varlığınızla insanlığı durultdunuz, insanlığa xidmət etdiniz!

 Qəlminiz, əliniz, diliniz, təfəkkürününz, təxəyyülünüz füsunkarlıq sistemi yaratdı, Sizdən qərinələrə, əsrlərə yadigar qalacaq böyük sənət numunələri ortaya qoydu!

  Odur ki, indidən sonra daha bir 40 il də yazıb- yaratmaq arzusu ilə 60 illik yubileyinizi təbrik etmək üçün bu yazımı Sizin əziz və mötəbər şəxsinizə ithaf etdim. Xahiş eirəm hörmətimi xoşhallıqla qəbul edəsiniz!

Qardaşınız, eloğlunuz Hacı Abbas Əli oğlu Bağırov- tibb üzrə fəlsəfə doktoru.

Müəllif: Hacı Abbas Əli oğlu Bağırov- tibb üzrə fəlsəfə doktoru.

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Onlar – Aytac İbrahim

Oğul var evdən gedər – Onlar…

Oğul var evdən gedər,
Oğul var eldən gedər.
Arzusu ürəyində,
Xəyalları nakam gedər.
* * *
Baxma qartal duruşuna
Sol yanı kədər gedər.
Evdən uzaq diyarlara,
Bir yolluq uçar gedər.
* * *
Gedər boğçasın yığıb,
üzü cənnətdə bitər.
Nazlı yarə xəbər edin,
Əğyarı göydə süzər.
* * *
Rəbbə imanınız yoxmudur?!
Sübhə gümanınız yoxmudur?!
Ağlamayın, mən şəhidəm…
Sözüm artıq burda bitər…

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZI – YAZAN

Mahirə Hüseynova – NAĞIQIZI, professor, ədəbiyyatçı, şair.

MAHİRƏ NAĞIQIZININ ŞEİRLƏRİ

Yazan
(Cəbhəyə məktub)
Oğul, sənin səfərini,
Göydə mələklərdi yazan.
Məlhəm kimi zəfərini,
Yetmiş diləklərdi yazan.
* * *
İstəyin haqlıdı, pakdı,
Məramın doğrudu, haqdı.
Ruhun ucalan bayraqdı,
Həsrət dirəklərdi yazan.
* * *
Tanrı dursun dayağında,
Gücü olsun yarağında.
Bu tarixdir varağında,
Dəmir biləklərdi yazan.
* * *
Belə saxla ahəngini,
Təzələ ömrüm rəngini.
Hördüm, zəfər çələngini
Güllər, çiçəklərdi yazan.
* * *
Alqış olsun Komandana,
Görsən, sözüm çatdır ona.
Nəğmələri Ərdoğana,
İsti ürəklərdi yazan.
* * *
Mahirədir mənim adım,
Dedim Qarabağ!-ağladım,
Qəlbim ilə qucaqladım,
Diləyi əllərdi yazan…

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RUHUMUZUN  AŞISI  “NƏSİHƏTLƏR” – ZAUR  USTAC

Zaur Ustac – şair, publisist.

RUHUMUZUN  AŞISI  “NƏSİHƏTLƏR” – ZAUR  USTAC

(Abbasquluağa Bakıxanov Qüdsinin  “Nəsihətlər”i  haqqında)

Salam olsun, çox  dəyərli oxucum! Bu  görüşə  görə  Böyük  Allaha  minnətdarlığım sonsuzdur!  Sizlərlə bu dəfə vacib bir məsələ barədə söhbət edəcəyik inşəAllah. Haqqında söhbət açacağım məsələ son illər onsuzda aktual olsa da, pandemiya səbəbindən təhsilin məlum məhdudiyyətli formada aparılması, ilkin dövrlərdə qəti evə qapanma tələbləri nəticəsində telefon, planşet, kompüter və s. internetə (olduqca müxtəlif saytlara) çıxışı olan vasitələrə aludəçiliyi olan uşaq, yeniyetmə və gəncləri limitsiz məlumatlar bazası olan bu sirli dünyaya daha da bağladı. Xoş o uşaq, yeniyetmə və gənclərin halına ki, bu fürsətdən müsbət tərəfə faydalana bilirlər. Ancaq həmişə belə olmur. Elə uşaq, yeniyetmə və gənclərimiz var ki, bu sirli dünyada doğru yol  tapmaqda çətinlik çəkir və bəzən hətta milli maraqlarımıza zidd olan istiqamət götürürlər. Bu hal çox vaxt gənc dostlarımızın təcrübəsizliyindən, əsl dünyadan, real həyatdan xəbərsizliyindən qaynaqlanır.

Xüsusi ilə son günlərdə hər çıxışda, hər görüşdə cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz  İlham Əliyevin  “Gənclər milli ruhda tərbiyə almalıdır!”, “Vətənpərvərlik hissləri ön planda olmalıdır!” kimi çağırışların fonunda ziyalılarımız, bu gün silahı əldə qələm olan yazarlar əllərindən gələni əsirgəməməlidirlər. Bu həqiqətən ciddi məsələdir. Vəziyyət o həddə çatıb ki, hətta rəzil düşmənin təəssübkeşliyini çəkən gənclərimiz peyda olub.  “Qloballaşma”, “kosmopolitizm”  kimi  bəzək-düzəkli  ibarələrlə beyinləri yuyulmuş hələlik kiçik qruplar şəkilində yeniyetmə-gənclər dəstələri formalaşmaqdadır. Bu hansı tərəfdən baxırsan, bax  mənfi haldır. Belə gənclər virtual dünyada hərəsi bir  cəngavər olsalar da, real həyatda tam əks keyfiyyətləri sərgiləyirlər. Belə kiçik qrupların gələcəkdə böyük manqurtlar ordusuna çevrilməməsi üçün cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin  “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına hər bir qələm adamı qoşulmalı, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.

Bu yöndə faydallı olmaq üçün  söhbətimizi dahi Azərbaycan mütəfəkkiri Abbasqulağa Bakıxanov Qüdsinin “Nəsihətlər” kitabı üzərində quracağıq. İlk öncə onu qeyd edim ki, böyük bir dünya olan bu kiçik həcmli kitabla mənim ilk tanışlığım ötən əsrin 80-ci illərinə təsadüf edir. 8-9 yaşım olanda uşaq kimi kiril əlifbası ilə nəsihətlərlə tanış olmuşam. Sonra təxminən 15-16 yaşlı yeniyetmə olanda əski əlifba ilə olan material kimi istifadə etdikdə hər nəsihəti həm kiril, həm də əski əlifba ilə dəfələrlə oxumuşam (kitabın formatı elədir ki, nəsihətlər paralel olaraq həm kiril, həm əski əlifba ilə verilib).  Son 1-2 ay ərzində isə Tuncayla (Tuncay Şəhrili) əski əlifba ilə olan material kimi istifadə etdiyimiz üçün yenə  hər nəsihəti həm kiril, həm də əski əlifba ilə dəfələrlə oxumuşuq. Müəllifin öz sözlərinə keçməzdən əvvəl bir daha onu xatırlatmaq istəyirəm ki, məsələ olduqca aktual, material, yəni Abbasquluağa Bakıxanov Qüdsinin “Nəsihətlər” kitabı olduqca qiymətli vasitədir. Bu kitab möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına tam cavab verir. Müəllifin öz qələmindən kitab haqqında qısa arayışa diqqət edək.

QISA ARAYIŞ

… Qüdsi təxəllüslü Abbasqulu ibn mərhum Mirzə Məhəmməd xan Bakui belə deyir:

-Elmlərdən xəbərdar olduğum zaman, mənə məlum oldu ki, uşaqlar bəzi kitabları öyrənmək istərkən, elə dolaşıq ibarələrə rast gəlirlər ki, hətta müəllimlərin özləri onları dərk elə bilmirlər.

  Bəzi kitablar isə o qədər uzun və pərakəndədir ki, onları anlamaq və mənimsəmək çox çətindir. Buna görə də “Uşaqlıqda öyrənilən elm daşda qazılmış şəkil kimdir” zərbül-məsəlin məzmunundan qəflət olunur. Əxlaq gözəlliyini  hər zamandan  artıq uşaq yaşlarında onlara öyrətmək lazımdır. Gözəl əxlaq təkrar olunduğu zaman adətə çevrilib insan təbiətinə daxil olaraq çətin anlaşılan elm və ədəb qaydaları onlara vərdiş olar. Beləliklə,  hicrətdən min iki yüz əlli iki il keçən bir zamanda nəsihətlər adı ilə aydın və sadə anlaşılan müxtərəs bir kitab yazdım…  Ümid edirəm ki, bu əsər uşaqlara faydalı olub onların tərbiyəsində getdikcə daha artıq təsir etsin.

Uşaqlara üz tutub belə nəsihət verirəm:

Ey mənim əzizim, sən insansan. Allah insanı dünyada hər şeydən yaxşı yaratmışıdır. Bu isə işi yaxşı bacarmaq səbəbindəndir .İnsanlar arasında da hər kəs çox biliki və işbilən olsa həmişə hörmətli olar. Deməli, gərək iş bilmək və yaxşılıq etmək o adamlardan öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmuşlar.

Belə adamların sözləri bizə nəsihətdir:

  1. Öz ata-ananı hamıdan artıq əziz tut və hər nə buyursalar əməl elə, onları heç vaxt incitmə … Sonra böyük qardaşına, bacı, əmi  və dayına da itaət elə!
  2. Hər kəs vəzifədə elmdə və yaşda səndən böyükdürsə ona hörmət elə, ta ki, səndən kiçiklər də sənə hörmət etsinlər.
  3. Dövlət başçılarına itaət eləməyi özünə vacb bil, əgər onlar olmasa, ölkədə nizam-intizam olmaz və adamlar biri birinin malına canına və namusuna qəsd edərlər.
  4. Hər ölkədə olsan o vilayətin qanununa zidd iş görmə ki, cəzaya düçar olmayasan.
  5. Xalqın xeyrinə olmayan bir işi eləmə və ya bir söz demə ki , sənə ondan zərər yetişər.
  6. Hər kəsə rast gələndə ona salam ver. Əgər o sənə bir söz söyləsə ədəblə dinlə və cavab ver ki, hamı səni sevsin.
  7. O adamlarla otur-dur ki, böyüklər onları yaxşı adam hesab edirlər, əclaf və hərzə danışanadamlardan kənar gəz ki, sən də onlar kimi olmayasan.

Və bu ardıcıllıqla nəsihətlər davam edir.  Cəmi 84 nəsihətdən ibarət olan bu kiçik həcmli kitab müasir uşaq, yeniyetmə, gəncin həyat kodeksinə çevrilərsə, onu ancaq uğur gözləyər! Gələcək şəxsiyyət kimi həyatda demək olar ki, heç bir çətinliyi olmaz! Bu nəsihətlər dahi söz adamı Abbasquluağa Bakıxanov Qüdsinin “Nəsihətlər”inin həmişə müasir və aktual olduğunu göstərməklə yanaşı, əsrlərin dəyişməsinə, vasitələrin yenilənməsinə rəğmən tərbiyədə olan problemlərin olduğu kimi qalması diqqət çəkən məqamlardan biridir. Övladının gələcəyini firavan görmək istəyən, vətənini, dövlətini sevən hər bir valideyn və gələcəkdə övlad sahibi olacaq hər bir gənc bu kitabla mütləq tanış olmalıdır. Bu qəti tələbin öz səbəbləri var. Səbəblər aşağıdakılardan ibarət ola bilər:

  1. Birinci əsas səbəb Abbasquluağa  Bakıxanov  Qüdsi sıradan bir adam deyildi. O  əsl dünyagörmüş ziyalı, ağayana əslzadə idi.
  2. O, bu nəsihətləri sadədən mürəkkəbə elə sıralayıb ki, ən müasir psixoloji və pedaqoji bütün tələblərə cavab verir.
  3. Dahi mütəfəkkir bu nəsihətləri tərtib edərkən özünün sahib olduğu bütün dini və dünyəvi bilklərin maksimum realizə imkanlarını nəzərə alaraq, tam praktik tövsiyələr hazırlayıb.
  4. Ən əsası yaşadığımız dövlətin başçısının, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına tam cavab verir.

Bu məqamda cəmi 84 nəsihətdən ibarət olan bu kitabdan  “Dövlət başçılarına itaət eləməyi özünə vacib bil, əgər onlar olmasa, ölkədə nizam-intizam olmaz və adamlar biri birinin malına canına və namusuna qəsd edərlər.” üçüncü  və  “Hər ölkədə olsan o vilayətin qanununa zidd iş görmə ki, cəzaya düçar olmayasan.”  dördüncü nəsihətləri xatırlatmaqla bu mövzuda olan birinci yazımı yekunlaşdırmaq istəyirəm. Dəyərli oxucum, bizim parlaq gələciyimiz, aydın sabahımız olan gənclər, bir məsələni unutmayaq ki, cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz  İlham Əliyevin  mövzu ilə əlaqəli bütün görüş və çıxışlarında dəfələrlə vurğuladığı  kimi  “Düşmənə nifrət hissi bizi qələbəyə apardı!”.  Bu qələbəni biz şəhidlərimizin (sizin yaşıdlarınızın) qanı, canı, yarımçıq qalmış həyatları hesabına əldə etmişik. Onlar bu dünyadan, öz arzularından ona görə vaz keçdilər ki, biz, siz daha firavan yaşayaq. Düşmən əsarətindən onların qurtardığı torpağı qoruyaq, inkişaf  etdirək, çiçəkləndirək. Burada “Dədə Qorqud” filmindən məşhur fraza – Dədə Qorqudun Torpağı qorumasanəkib-becərməyə dəyməzəkib-becərməyəcəksən – qorumağa dəyməz.” tövsiyəsi yada düşür. Bu torpağı qorumaq, əkib becərmək, onu qanı-canı bahasını yağı düşməndən alıb bizə ərmağan edən şəhidlərimizin ruhuna, qazi və döyüşçilərimizə hörmət etmək, ehtiram bəsləmək bizim başımızın borcudur. Bu belədir və nə qədər Azərbaycan var, belə də olacaqdır! Əksini düşünənlərin fikrinə hörmət edirəm, ancaq,  belələrinə aramızda yer yoxdur və heç vaxt olmayacaqdır!!!

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edir, həyatda uğurlarınız bol olsun  deyirəm. Hələlik. İnşəAllah bu mövzu davam edəcək. Yenidən  görüşmək ümidi ilə sizlərdən ayrılıram. Allah amanında.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Payız şeiri

Zaur Ustacın şeiri.

PAYIZ
(Fəridə xanıma)
Təbiiətin möcüzəsi,
Bizə olan sözdü payız…
Dağ-dərədə deyib-gülən,
Düzdə dolan gözdü payız…
* * *
Sarı yarpaq gör nə gözəl,
Kimə güldü, kimə xəzəl,
Həzin-həzin, gözəl-gözəl,
Cıbrıq olan qozdu payız…
* * *
Ustac dəyər verər sözə,
Qabda nə var, çıxar üzə,
Aram-aram, məzə-məzə,
Ömrə düşən izdi payız…
07.10.2016. Bakı.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏSGƏR ORDUBADLI – YENİ ŞEİRLƏR

Əsgər ORDUBADLI – şair, yazar.

Mənim Atəm kimi qəhrəmanım var

Söz verib üstündə dayanmışam mən.
Vətəni qanımla qazanmışam mən.
Vətən sevdasından yaranmışam mən
Bu elə, torpağa bağlı canım var.
Mənim Atəm kimi qəhrəmanım var!
* * *
Düşmənin başına od ələmişəm.
Məkirli niyyətin puç eləmişəm.
Qanımı bu yurda səpələmişəm.
Tarixə sığmayan şöhrət, şanım var.
Mənim Atəm kimi qəhrəmanım var!
* * *
Gülmədim vətənim darda olandan.
Hücuma başladım Murov dağından.
Vətənin uğrunda keçmişəm candan.
Bu torpaq üstünə düşən qanım var.
Mənim Atəm kimi qəhrəmanım var!
* * *
Fəxr edir bu adla qardaşın, bacın.
Anam ağlamasın, yolmasın saçın.
Azaddır Fizuli, Kəlbəcər, Laçın.
Azad Ağdamım var, Zəngilanım var.
Mənim Atəm kimi qəhrəmanım var!
* * *
Daima cəhd etdim bütöv olmağa.
Verdim öz eşqimi şanlı bayrağa.
Candan əziz olan bax bu torpağa.
Qanımla yazdığım bir dastanım var.
Mənim Atəm kimi qəhrəmanım var!

Olsun

Yaşa insan kimi yaşa dünyada.
Şöhrətin də olsun, varın da olsun.
Bir gün bir sənətə sahib olanda,
Adıntək namusun, arın da olsun.
* * *
Allahla başlasan yüksələcəksən.
Təkəbbür verməsin hər alqış, əhsən.
Əhdinə sadiq bir aşiq ol ki sən,
Bir zaman vəfalı yarın da olsun.
* * *
Ay Əsgər saçına darağı düz vur.
Yolma çiçəkləri, alağı düz vur.
Sevgi ağacına calağı düz vur.
Adına layiqli barın da olsun.

Nəfəsi boyda

Mən bu məhəbbətlə nəfəs almışam
Nəfəsim dünyanın nəfəsi boyda.
Olmasın həvəsin on beş yaşında
Bir qızın sevgiyə həvəsi boyda.
* * *
Bu dərdi ömrümə sən bağışladın.
Gülən gözlərimə nəm bağışladın.
Bir qucaq dolusu qəm bağışladın
Nə verim mən onun əvəzi boyda?
* * *
Yandım pərvanətək eşqin şamında.
Qalmadın əvvəlki ehtiramında.
Cırtdana dönmüşəm dərdin yanında
Şələm də Cırtdanın şələsi boyda.
Müəllif:Əsgər ORDUBADLI

ƏSGƏR ORDUBADLININ YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru