Etiket arxivi: PROZA

200-dən artıq ziyalı
Milli Məclisin Sədri
Sahibə Qafarovaya müraciət edib


Milli Məclisin Sədri Sahibə Qafarovaya

MÜRACİƏT

Hörmətli Sahibə xanım!

İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə müraciət edirik. Xalqımızın mənəvi sərvəti, dövlət müstəqilliyinin başlıca rəmzlərindən olan Azərbaycan dilinin öz ana yurdunda hörmətsizliyə məruz qaldığını artıq görməmək olmur. Bakının küçə və prospektləri əcnəbi dillər tərəfindən “işğal olunub”.  “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin keçirdiyi monitorinq zamanı məlum olub ki, paytaxtın mərkəzi küçə və prospektlərdə ticarət və xidmət obyektlərinin 70-80 faizində dövlət dilindən istifadə edilmir. Bəzi yerlərdə vəziyyət daha acınacaqlıdır. Məsələn, Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da (!) Azərbaycan dilindən istifadə edilməyib. Ötən illərdə məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri  Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə eyni məzmunlu müraciətlər edilmişdir.

Bu məktublar ən yaxşı halda Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə  (ADRA) göndərilir. ADRA nümayəndələri isə sahibkarlıq subyektlərindən problemi aradan qaldırmaq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əməl edilməsini tələb etmək əvəzinə, bütün bu pozuntuların qanuni olduğunu izah etməyə çalışırlar. Belə görünür, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər.

Hörmətli Sahibə xanım!

1. Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur. Bakı küçələrində müşahidə edilən dil mənzərəsi qeyd-şərtsiz mədəni-linqvistik ekspansiyadır və əsas məqsəd xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir. Bunun qarşısı alınmalıdır.

2. “Dövlət dili haqqında” qanuna əməl edilməməsi, Bakının, eləcə də artıq digər şəhərlərimizin millilik elementlərinin get-gedə yoxa çıxması, ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan dilimizi sıxışdırması təkcə ədəbi dilə qarşı hörmətsizlik deyil, həm də dövlətimizin rəsmi azərbaycançılıq ideologiyası ilə daban-dabana ziddir. Sanki bu təhdid nəzərə alınaraq hələ 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.

3. Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması təsbit edilib (maddə 21). Bu, o deməkdir ki, istər dövlət, hökumət strukturları, istərsə də özəl sektor subyektləri vətəndaşlarla ünsiyyəti bu dildə qurmalıdır. Ticarət və xidmət obyektləri vətəndaşlara xidmət edir, həmin obyektlərin üzərindəki yazı vətəndaşlarla ünsiyyət üçündür və bu ünsiyyət dövlət dilində olmalıdır.

4. Azərbaycan dilinin dövlət dili kimi ölkənin siyasi, ictimai, iqtisadi (ticarət və digər xidmətlər iqtisadi fəaliyyət sahəsidir), elmi və mədəni həyatının bütün sahələrində işlədilməsi qanunun tələbidir (“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 1.2. maddəsi)

5. Yenə həmin Qanunda (maddə 17) dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının…” adında işlədilməsi tələb edilir. Eləcə də qanunda qeyd edilir: “…göstərilən təsisatların adını əks etdirən lövhələr… dövlət dilində tərtib olunur”.

6. Yenə həmin Qanuna görə, “… bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır” (maddə 18.1.).

7. Bakının küçələrində Azərbaycan dilində yazılan lövhələrdə hətta orta məktəb şagirdlərinin tuta biləcəyi minlərlə (!) leksik, orfoqrafik, qrammatik və punktuasiya səhvləri var. Belə kobud səhvlər dövlət orqanlarının nüfuzuna ağır zərbə vurmurmu?

Hörmətli Sahibə xanım!

Deyilənləri nəzərə alaraq, dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi səlahiyyətlərinizdən istifadə edərək müvafiq tədbirlər görməyinizi xahiş edirik. Həmçinin istərdik ki, bir sıra əlavə məqamlara aydınlıq gətirmək üçün müraciəti imzalayanlardan bir neçə nəfəri şəxsən qəbul edəsiniz.

Hörmətlə

1.         Solmaz Rüstəmova-Tohidi, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor
2.         Xəlil Yusifli, Əməkdar elm xadimi, professor
3.         Fəxrəddin Veysəlli, filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru
4.         Qəzənfər Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, professor
5.         Aida Qasımova, Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor
6.         Zümrüd Dadaşzadə, Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, professor
7.         Fazil Mustafa, millət vəkili
8.         Mənsim Məmmədov, fizika-riyaziyyat elmləri namizədi, BAAU-nun professoru
9.         Mayıl Əsgərov, filologiya elmləri doktoru, professor
10.       Ədalət Tahirzadə, Bakı Avrasiya Universiteti, professor
11.       Gülzar İbrahimova, siyasi elmlər doktoru, professor
12.       Tərlan Quliyev, filologiya elmlər doktoru, Bakı Musiqi Akademiyası, professor
13.       Seyfəddin Rzasoy, AMEA Folklor İnstitutunda şöbə müdiri, filologiya elmləri doktoru, professor
14.       Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü, Amerika Fəlsəfə Assosiasiyasının və UNESCO nəzdində Filosof Qadınlar Cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti
15.       Qorxmaz Quliyev, filologiya üzrə elmlər doktoru, professor
16.       Məzahir Ertuğ Avşar, Antalya Ağdəniz Universiteti, professor, rəssam
17.       Toğrul İsmayıl, Kahramanmaraş Şütcü İmam Üniversiteti, professor
18.       Tahirə Allahyarova, professor.
19.       Rafiq Yusifoğlu, şair, ədəbiyyatşünas, professor
20.       Kamil Bəşirov, filologiya elmləri doktoru, ADPU, professor
21.       Xaləddin İbrahimli, professor
22.       Esmira Fuad, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsini aparıcı elmi işçisi, dosent
23.       Əkrəm Bağırov, AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
24.       Səidə Qafarova, ADU, dosent
25.       Aygün Kərimova, Bakı Dövlət Universiteti, fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru
26.       Şəkər Orucova, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, dosent
27.       Səadət Şıxıyeva, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent
28.       Elmira Məmmədova-Kekeç, AMEA Şərqşünaslıq İnstitutu, dosent
29.       Könül Hacıyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
30.       Aybəniz Rəhimova, filologiya üzrə fəlsəfə doktoru, dosent
31.       Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru, dosent
32.       Güldəniz Qocayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
33.       Afina Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent
34.       Mütəllim Rəhimov, fəlsəfə elmləri namizədi, dosent
35.       Əjdər Yunusov, tarix elmləri namizədi, dosent
36.       Seyfəddin Altaylı, dosent
37.       Ədalət Abbasov, filologiya üzrə fəlsəfə doktoru, dosent
38.       Pərvanə Məmmədli, fəlsəfə doktoru, dosent, ədəbiyyatşünas
39.       Aybəniz Kəngərli, filologiya elmləri doktoru
40.       Natella Quliyeva, Bakı Avrasiya Universitetində dekan müavini, dosent
41.       Salman Süleymanov, filologiya üzrə fəlsəfə doktoru, dosent
42.       Zəhra Allahverdiyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, dosent
43.       Dilşad Veysəlova, filologiya üzrə fəlsəfə doktoru, dosent
44.       Alı Balayev, AMEA Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent
45.       Kəmalə Qəhrəman, BDU, dosent
46.       Əlövsət Allahverdiyev, hüquq üzrə fəlsəfə doktoru, dosent
47.       Elza Mollayeva, BDU, “Pedaqogika” kafedrasının dosenti
48.       Məmmədəli Babaşlı, AMEA Şərqşqnaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, dosent
49.       Səadət Kərimi, İsveç Umea Universitetində elmi işçi və lektor/dosent
50.       Nuridə Novruzova, Bskı Slavyan Universitetinin dosenti
51.       Şəhla Məcidova, filologiya üzrə fəlsəfə doktoru
52.       Şəlalə Mahmudova, ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru
53.       Ramazan Qafarlı, filologiya elmləri doktoru
54.       Şükür Mustafa, kimya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
55.       Dilrüba Cəfərova, filologiya üzrə fəlsəfə doktoru
56.       Aygün Həsənoğlu. Yazıçı-dramaturq, filologiya üzrə fəlsəfə doktoru
57.       Ruslan Abdullayev, dosent, filologiya üzrə fəlsəfə doktoru
58.       Yeganə Hüseynova, Gəncə Dövlət Universiteti, müəllim, filologiya üzrə fəlsəfə doktoru
59.       Hafiz Rüstəm, şair-publisist, şərqşünas
60.       Araz Qurbanov, jurnalist
61.       Səhər Əhməd, şair
62.       Qurban Yaquboğlu, yazıçı, AYB üzvü
63.       Sevinc Nəzərli, İsveç Azərbaycan Dram Teatrının bədii rəhbəri
64.       Sona Cabbarzadə. AMEA Əlyazmalar İnstitutunun əməkdaşı
65.       Yeganə Məmmədova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü
66.       Jalə İsmayıl, redaktor
67.       Vasif Sadıqlı, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri
68.       Çiçək Hüseynova, Bakı Avrasiya Universiteti, müəllim
69.       Mirzə Ənsərli, AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi
70.       Aynurə Əliyeva, ADPU-da müəllim
71.       Şəfayət Avılbəyli, Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi
72.       Rəna Bağırova, Müdafiə Sənayesi Nazirliyi, Aerokosmik agentlikdə aparıcı elmi işçi
73.       Zəminə Rüstəmbəyli, türkoloq
74.       Turanə Zeynalova, Bakı Avrasiya Universitetində müəllim
75.       Sevinc Talıbova, Bakı Avrasiya Universitetində müəllim
76.       Əlirza Balayev, əməkdar jurnalist
77.       Əlövsət Əmirbəyli, Xəzər universiteti, İctimai əlaqələr və media üzrə direktor
78.       Mehriban Sərdarova, ADPU, Elmi-Tədqiqat Mərkəzinin kiçik elmi işçisi
79.       Nəriman Əbdülrəhmanlı, yazıçı
80.       Sülhiyyə Musaqızı, yazıçı-jurnalist
81.       Natəvan Bağırova, filoloq
82.       Gülyaz Əliyeva, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədr müavini
83.       Pərvanə Bayramqızı, yazıçı
84.       Afiq Muxtaroğlu, AYB üzvü, Niderland Krallığı
85.       Ayaz İmranoğlu, “İnamın gəlişi” qəzetinin baş redaktoru
86.       İlqar Türkoğlu, AYB və Dünya Türk Yazarlar Birliyinin üzvü
87.       Mahir Qafarov, rejissor
88.       Şeyda Nəsibli, jurnalist
89.       Rəsul Mirhəşimli, “avropa.info” saytının baş redaktoru
90.       Rəfael Tağızadə, şair-publisist
91.       Gülnarə Rəfiq – “Konservatoriya” elmi jurnalının məsul katibi, “Tərəqqi” medalı laureatı
92.       İsmayıl Tanrıverdi, BDU-nun Erməni Araşdırmaları Mərkəzinin direktoru
93.       Zaur Ustac, yazıçı
94.       Nadir Qocabəyli, yazıçı
95.       Aygün Mirzəyeva, ingilis dili müəllimi
96.       Pərvanə Qədirsoy, müəllim
97.       Həcər Paşayeva, müəllim
98.       Cahan Quliyeva
99.       Könül Aydın, filoloq
100.     Məhsəti Şərif, jurnalist
101.     Fizzə Heydərova, jurnalist
102.     Elmira Cəfərqızı, filoloq
103.     Vüsalə Məmmədli, müəllim
104.     Etibar Sadiqov
105.     Ismayıl Məmmədov, Lerik Rayon Mədəniyyət Mərkəzinin metodisti
106.     Vəfa Ibrahimli, Azərbaycan dili və ədəbiyyat müəllimi
107.     Sevil Gültən, tərcüməçi
108.     Gulnar İbadova. AMEA dissertant. Ərəb dili müəllimi və tərcüməçi
109.     İlyas Babaşzadə, mühəndis
110.     Aynur Bəşirova, Azərbaycan dili və ədəbiyyat müəllimi
111.     Səbinə İmanova, müəllim
112.     Nabat Abdullayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
113.     Məleykə Əliyeva, müəllim
114.     Xanımgül Həsənova, müəllim
115.     Vaqif Osmanov, hidrometeoroloq
116.     Nərmın Qasımova, müəllım
117.     Gülçöhrə Xəlilova, Azərbaycan dili və ədəbiyyat müəllimi
118.     Səadət İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
119.     Mustafakamal İslamov, mühəndis
120.     Firuz Cəfərli, iş adamı
121.     Aida İskəndərova, Azərbaycan dili və ədəbiyyat müəllimi, “Tərəqqi”medalı laureatı
122.     Esmira İsmayılova, jurnalist
123.     Sürəyya Zeynalova, Azərbaycan dili və ədəbiyyat müəllimi
124.     Əminə Mərdanova, təqaüddə olan həkim
125.     Zahir Cövziyev, mühəndis
126.     Sürəyya Allahverdiyeva, təqaüdçü
127.     Asif Abbaslı, Azərbaycan dili və ədəbiyyat müəllimi
128.     Famil Cəfərli, jurnalist
129.     Aygül Şərifova, Azərbaycan dili və ədəbiyyat müəllimi
130.     Anar Mahmudov, tərcüməçi
131.     Zeynəb Qurbanlı, tələbə
132.     Zümrüd Məmmədzadə, Quba ş. H. Əliyev adına 1 saylı tam orta məktəb, Azərbaycan dili və ədəbiyyat müəllimi
133.     Mətanət Paşayeva, Elmi Kardiologiya İnstitutunda elmi işçi, dissertant həkim, kardioloq-reanimatoloq
134.     Zoya Məmmədova, pensiyaçı müəllim
135.     Sima Cəfərova, Bakı Avrasiya Universitetində kitabxana və informasiya mərkəzinin müdiri
136.     Rafiz Kərimov, mühəndis, təqaüdçü
137.     İsa Mehralıyev, “Kriogen” MMC-də baş mühəndis
138.     Zakir Cəfərov, mühəndis, təqaüdçü
139.     Məftunə Kərimova, orta məktəbdə direktor müavini
140.     Sahirə Məmmədova, Füzuli rayon 27 nömrəli orta məktəbin direktoru
141.     Şəfiqə Əhmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
142.     Sakitə Qulamova, Azərbaycan dili və ədəbiyyat müəllimi
143.     Elsevər Hüseynoğlu, materilaşünas mühəndis
144.     Təravət Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
145.     Elxan Ağayev, Azərbaycan dili və ədəbiyyat müəllimi
146.     Siddiqə Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
147.     Aynur Ələkbərova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
148.     Həsən Əliyev, təqaüdçü müəllim
149.     Aybəniz Zeynalova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
150.     Gülnar Xəlilova, təqaüdçü həkim-pediatr
151.     Rəmzi Sadıqlı, mühəndis
152.     Haşım Əkbətov, həkim
153.     Şakira Bədəlova, təlim-tərbiyə üzrə direktor müavini
154.     Leyli İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
155.     Şəhla Soltanova, Azərbaycan dili və ədəbiyyat müəllimi
156.     Aytəkin Axundzadə, Azərbaycan dili və ədəbiyyat müəllimi
157.     Səkinə Novruzova, Azərbaycan dili və ədəbiyyat müəllimi
158.     Validə Məmmədova, müəllim
159.     Təhminə Əsgərli, Azərbaycan dili və ədəbiyyat müəllimi
160.     Aysel Xanaliyeva, Təhsil İnstitutunun aparıcı mütəxəssisi, filoloq
161.     Firəngiz Əsgərzadə, təqaüdçü
162.     Səhlədar Hidayətoğlu
163.     İbrahim Babayev, iqtisadçı-mühəndis
164.     Əbilov Təmşiət, Azərbaycan dili və ədəbiyyat müəllimi
165.     Röyadə Musayeva, ibtidai sinif müəllimi
166.     Qaraş Əkbərov, Azərbaycan dili və ədəbiyyat müəllimi
167.     Xatirə Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
168.     Rəvanə Sadıqlı, Azərbaycan dili və ədəbiyyat müəllimi
169.     Aygün Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
170.     Aynur Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
171.     Vəfa Hətəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
172.     Məmməd Məhəmmədov, riyaziyyat müəllimi
173.     Məmmədağa Nuriyev Azərbaycan dili və ədəbiyyat müəllimi
174.     Ramil Tanrıverdi, tarix müəllimi
175.     Azər Quliyev, Azərbaycan dili və ədəbiyyat müəllimi
176.     Mir Nazim Mirişov, politoloq
177.     Aytac Əliyarlı, Azərbaycan dili və ədəbiyyat müəllimi
178.     Aysel Tahirzadə, tarix müəllimi
179.     Şəmsiyyə İbadova, fizika müəllimi
180.     Zümrüd Quliyeva, riyaziyyat müəllimi
181.     Məleykə Mehdiyeva, informatika müəllimi
182.     Ülviyyə Hüseynova, müəllimi
183.     Vüsalə Musayeva, ingilis dili müəllimi
184.     Gülnar Əzimova, informatika müəllimi
185.     Gülşən Hüseynova, rus dili müəllimi
186.     Gülgün Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
187.     Aygül Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
188.     Nuriyyə İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
189.     Böyükxanım Qarayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
190.     Bahar Ağayeva, filoloq
191.     Natəvan Rzayeva, filoloq
192.     Məlahət Mustafayeva, filoloq
193.     Rasimə Ağamalıyeva, filoloq
194.     Məryəm Quliyeva, ingilis dili müəllimi
195.     Sevda Mustafayeva, filoloq
196.     Töhfə Bilalova, kimya müəllimi
197.     Mahirə Məmmədova, ingilis dili müəllimi
198.     Nərminə Məmmədova, filoloq
199.     Səadət Ələsgərova, filoloq
200.     Firəngiz İmanova, filoloq
201.     İradə Əmrahova, filoloq
202.     Zinyət Ağaşirinova, filoloq
203.     Xurşud Rüstəmova, ingilis dili müəllimi
204.     Şamaxı Cəbiyeva, ibtidai sinif müəllimi
205.     Əntiqə Həsənova, ingilis dili müəllimi
206.     Aida Rzayeva, ibtidai sinif müəllimi
207.     Tünzalə Mahmudova, filoloq
208.     Sədaqət Salayeva, fizika müəllimi
209.     Arzu Məcidova, riyaziyyat müəllimi
210.     Şükufə Cəbiyeva, riyaziyyat müəllimi
211.     Mətanət Əliyeva, tarix müəllimi
212.     Xalidə Həsənova, əmək müəllimi
213.     Pəri Mehrani, filoloq
214.     Səidə Sideifzadə, filoloq
215.     Afaq Qəmbərova, jurnalist
216.     Səxavət Tağlar, Azərbaycan dili və ədəbiyyat müəllimi
217.     Ruslan İbayev, Azərbaycan dili və ədəbiyyat müəllimi
218.     Könül Aydın (Mingəçevir), Azərbaycan dili və ədəbiyyat müəllimi
219.     Alagöz Əlizadə, mühasib

Müraciətin mətninin adları yuxarıda qeyd edilən şəxslər tərəfindən müzakirə olunaraq qəbul edildiyini imzamla təsdiq edirəm:                                    Vasif Sadıqlı

Əlaqə telefonu: 055 735 43 90
e-poçt:eyokamil@gmail.com                                    


6 aprel 2022-ci il.


ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMƏD VURĞUNUN ŞEİRLƏRİ

SƏMƏD VURĞUNUN YAZILARI

ANA

Pək cocuğdum, yerə gömdülər səni,
Həyata qanadsız atdılar məni.
Bax, necə pozulub ömür gülşəni,
Həyat sənsiz mənə zindandır, ana!

Qoynunda bəslənir gözəl diləklər,
Layiqdir səcdəyə sənə mələklər,
Nerdəsən, gözlərim həp səni bəklər,
Bax evladın nasıl giryandır, ana!

Sən bir günəş idin, doğdum da, batdın,
Yazıq evladını qəmlərə atdın.
Bir cavab ver, hanki murada çatdın
Torpaqlarda neçə zamandır, ana!

Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
Əzizim anacan, gözüm anacan!
Yumuq gözlərini aç da bir oyan,
Şimdi zaman başqa zamandır, ana!

Yıxılıb payinə öpmək istərəm,
Analıq mehrini görmək istərəm,
Səni görmək üçün ölmək istərəm,
Təsəlim ah ilə fəğandır, ana!

DAĞLAR

Binələri çadır- çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!

Maral gəzər asta – asta,
Enib gələr çeşmə üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?

Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı;
Dolaylarda bahar çağı:
Bir doyunca gəzim, dağlar!

Qayaları baş – başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!

Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada;
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar

ŞAİR, NƏ TEZ QOCALDIN SƏN!

Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!

CEYRAN

erdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?

Əzəldən meylini salıb çöllərə,
Bəxtini tapşırdın bizim ellərə,
O qara gözlərin düşdü dillərə.
Dişlərin oxşayır mərcana, ceyran!

Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin yayılıb hər yana, ceyran!

Sükuta qərq olmuş ürəyimlə mən
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran!

Elə ki, son bahar min büsat qurur,
Kolları-kosları yıxıb uçurur,
Sıxlaşıb bir yerə baş-başa durur
Düşəndə çovğuna, borana ceyran.

On addım kənarda yatmayır təkə,
Gəzinir, oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!

Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, –
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!

AZƏRBAYCAN

Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı…

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.

Dağlarının başı qardır,
Ağ örpəyın buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə,
Nəhs aylara, nəhs illərə.
Nəsillərdən nəslərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır…

Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza…

Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş? sonalar gəzər;
Xəyalım dolanar gəzər
Gah Muğanı, gah Eldarı,
Mənzil uzaq, ömür yarı!

Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr…
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.

Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar…

Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlaraının dümağ qarı
Yaranmışdır qarlı qışdan,
Bir səngərdir yaranışdan.

Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini!
Yadlara açma əlini.

Sarı sünbül bizim çörək,
Pambığımız çiçək-çiçək,
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.

Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!..

Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!
Bizim xalı-xalçalardan
Sar çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Gözəl Vətən! Mənan dərin,
Beşiyisən gözəllərin
Aşıq deyər sərin-sərin,
Son günəşin qucağısan
Şeir, sənət ocağısan.

Ölməz könül, ölməz əsər
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.

Bir dön bizım Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çollərə,
İşıqlanır hər dağ, dərə.

Nazlandıqca sərin külək
Sahillərə sinə gərək,
Bizim Bakı – bizim ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.

Gözəl Vətən! O gün ki, sən
Al bayraqlı bir səhərdən
İlham aldın…yarandım mən.
Gülür torpaq, gülür insan
Qoca Şərqin qapısısan.

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrilarmı könül candan?
Azərbaycan, Azərbaycan!

ALA GÖZLƏR

Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə,
Qələm qaş altında piyala gözlər.

Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi bütün aləmi.
Bu dustaq könlümü, deyin, yenəmi
Çəkdiniz sorğuya, suala, gözlər?

Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir can sirdaşımdan;
Dağıdır huşumu alır başımdan
Süzülüb gedəndə xəyala gözlər.

Gərdənin minadır, boyun tamaşa,
Ay da həsəd çəkir o qələm qaşa.
Bir cüt ulduz kimi verib baş-başa,
Yanıb şölə salır camala gözlər.

Mənim sevgilimdir o gözəl pəri,
Qoy üzə vurmasın keçən günləri.
Mən qədirbilənəm əzəldən bəri,
Sizinlə yetmişəm kamala, gözlər.

Cahanda hər hökmü bir zaman verir,
Dünən dövran sürən bu gün can verir.
İllər xəstəsiyəm, yaram qan verir,
Siz məni saldınız bu hala, gözlər.

YADA SAL MƏNİ

Aşıq Şəmşir, Dəlidağdan keçəndə,
Kəklikli dağlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə,
Saz tutub, söz qoşub yada sal, məni.

Hay vurub, qıy vurub, səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara.
Mənim bu dərdimi de oylaqlara –
Sinəmdən oxladı bir maral məni.

O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan.
Yüz il də dolanıb keçsə o vaxtdan,
Unutmaz aləmdə əhli-dil məni.

Gəlmişəm gəzməyə sizin dağları,
Baxım yaylaqlara doyunca
barı…
Bu yerə şairin düşdü güzarı,
Gözəl qarşıladı xoş iqbal məni.

Bəxt məni bu yerə qonaq göndərdi,
Gedirəm,
yamandır ayrılıq dərdi.
Demə, Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni…

DAĞLAR

Üstündən karvan yeriməz
Sıxdı dumanların, dağlar.
Yazda-yayda heç əriməz
Quzeylərdə qarın, dağlar.

Laçınların göydən enməz,
Qayaların baxar, dinməz,
Yaman gündə üzün dönməz,
Pozulmaz ilqarın, dağlar.

O qız yaldan tək aşanda,
Saç kəmərə dolaşanda,
Atdan enib yol çaşanda
Mən olum zəvvarın, dağlar.

Ovçuların gəzər oğrun,
Maralların düşər yorğun.
Qonaq gəldi sizə Vurğun,
Sevinsin gülzarın, dağlar.

Müəllif: Səməd VURĞUN

SƏMƏD VURĞUNUN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QƏLƏMDAR – 2

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – MƏZARSIZ ŞƏHİDLƏR

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

MÜQƏDDƏSLƏR
(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)
Səngəri məzarı olan qardaşım,
Hələ də bilinmir əhvalın sənin…
Dəfndən Məada Bərzəx deyirlər,
Məchuldur durumun, məqamın sənin…
* * *
Silahın pas tutub, daha heç atmaz,
Dəbilqən gəzsə də, çəkmən köç etməz,
Kəmər yox olsa da, toqqan heç itməz,
Qumquman olubdu kimliyin sənin…
* * *
Üç rəngli bayrağım süsləyən dağlar,
Hər zirvə minlərlə şəhidi ağlar,
Bənövşə çiçəyi qəlbimi dağlar,
Dağların ağ qarı kəfənin sənin…
* * *
Zaur buz bulaqdan içəmməz daha,
Bənövşə müqəddəs, dərəmməz daha,
Ağ qarı tapdayıb, gəzəmməz daha,
Bu yurdun nəyi var, ünvanın sənin…
09.05.2021. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALI

“YAZARLAR” PDF

“Yazarlar” jurnalının baş redaktoru – Zaur USTAC

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞƏHİDLƏR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA…
(Poladla, İlqarın məzarı başında)
Hanı qoşun, hanı ləşkər?
Tək qalbdı iki Paşa…
Baiskarı kimdi, bilməm,
Kaş dönəydi özü daşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Əlim üzümdə qalıbdı,
Sözüm ağzımda qalıbdı,
Arzum gözümdə qalıbdı,
Qanım gözdə dönüb yaşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Ustacam, artıb ələmim,
Ta yazmır, sınıb qələmim,
Hər gün də artır sələmim,
Eşqim düzdə dönüb quşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
17.07.2020. II FX. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

ŞƏRİT ŞAHİD…
Müharibə,
Şərit şahid…
Pandemiya,
Şərit şahid…
* * *
Doğulursan,
Döyülürsən,
Böyüyürsən,
Şərit şahid…
* * *
Toy-büsat var,
Ziyafət var,
Şücaət var,
Şərit şahid…
* * *
Oldun əsgər,
Dəydi xətər,
Verər xəbər,
Şərit şahid…
* * *
Tək bir dəfə,
Etməz vəfa,
Çəkməz cəfa,
Susar şahid…
*Şərit- zivə, paltar ipi.
17.09.2020. Bakı.

YER CƏZA YERİDİR!
Ey insan, unutma;
Almanı xatırla,
Adəmi xatırla,
Həvvanı xatırla!
* * *
Ey insan, unutma;
Əzanı xatırla,
Qəzanı xatırla,
Cəzanı xatırla!
* * *
Ey insan, unutma;
Yer cəza yeridir!
Yer cəza yeridir!
Yer cəza yeridir!
14.09.2020. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yazarlar jurnalının 4 (16) Aprel-2022-ci il sayı ışıq üzü görüb

“YAZARLAR” PDF

Yazarlar jurnalının 4 (16) Aprel-2022-ci il sayı ışıq üzü görüb. Bütün yer alan yazarlarımızı təbrik edirəm! Uğurlarınız bol olsun! pdf:>>>>

Click to access yazarlar-16.pdf

“Yazarlar” jurnalının baş redaktoru – Zaur USTAC

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR

“YAZARLAR” PDF

“Yazarlar” jurnalının baş redaktoru – Zaur USTAC

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – TORPAQ BİZİ GÖZLƏYİR

ZAUR USTAC “QƏLƏMDAR-2”

TORPAQ BİZİ GÖZLƏYİR

İYİRMİ SƏKKİZİNCİ YAZI

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha. Hər ötən an, hər saat, hər gün üçün min dəfə şükürlər olsun! Sizlərlə yeni bir görüşə imkan verib, zaman tanıdığına görə nə qədər minnətdar olsaq da yenə çox azdır, çox az… Necə deyərlər, dəryada damcı qədər.

1993-cü ilin fevral ayının 24-ü Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində qış imtahan sessiyasını yola verib orduya yollanandan sonra bir də 12 mart 2002-ci ildə ordudan ayrıldıqdan sonra yenidən Bakı şəhərinə yerləşdim. Subay vaxtı tək, evləndikdən sonra uşaqlarla həmişə bütün 20 Yanvar, 26 fevral,  Məhərrəmlik ayında Aşura günləri Hüseynin qəbrini ziyarət etməklə qeyd edirdim (indi də belədir, sadəcə olaraq İlqar, Vüqar, Şükür, Həmdəm, Qərib, Hikmət, Polad da bu siyahıya əlavə olunub…– 20.02.2022).

Hüseyn kimdir? – Hüseyn mənim ana tərəfdən (Əfkarlı-Əfkərli) qohumum, Qara Hüseynin nəvəsi, anamın dili ilə desəm doğmaca Əkbər dayımın oğludur.  Ağdam rayonu Yusifcanlı kənd orta məktəbində də məndən bir sinif yuxarı oxuyub. (Rəhmətlik adı çəkilən məktəbi 1990-cı ildə, mən isə 1991-ci ildə bitirmişik)

QISA ARAYIŞ

Hüseynov Hüseyn Əkbər oğlu (Əfkərli) 18.09.1973-cü ildə Ağdam rayonunun Yusifcanlı (“Sufcannı”) kəndində Əfkərli Qara Hüseynin ocağında ziyalı ailəsində dünyaya göz açıb. Anasının adı Məleykə, atasının adı isə Əkbərdir (Allah hər ikisinə rəhmət eləsin). Atası Əkbər dayı (ana tərəfdən Əfkərlilərdən qohum olduğumuza görə dayı deyirdik, əslində anamın dayısı oğlu idi (Əfkərli Qara Hüseynin oğlu)). Hüseyn evin sonbeşiyi idi. Ona  babası Qara Hüseynin adını qoymuşdular. Hüseyngil üç qardaş (Misir, Məhəmmədəli, Hüseyn) və bir bacı (Arzu – uzun illər Bakı ş. A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə müəllim işləyib) olmaqla ailədə dörd uşaq olublar. Hüseyndən başqa hamısı ali təhsil alıb, müxtəlif sahələrdə ixtisaslarına uyğun fəaliyyət göstəriblər. Hüseyn də yaxşı oxuyurdu. Ağdam rayon, Yusifcanlı kənd tam orta məktəbində tarix-coğrafiya müəllimi olmuş Əkbərov Yusifin onun haqqında qeydlərindən: “…Balaca Hüseyn, (babası Qara Hüseynə görə belə yazıb. Burada “Qara” sözü barədə bir neçə kəlmə yazmağa ehtiyac duydum. Ümumiyyətlə, bizdə ana tətəfdə qara adam yoxdur. Əksinə hamı ağbəniz (sarıyanız yox), göygöz (ala-yaşılaçalan) insanlar olub. Elə Balaca Hüseyn, onun qardaşları Məhəmmədəli, Misir, ataları Əkbər dayı, Babası Böyük – Qara Hüseyn də ağsifət, bədəncə iri cüssəli, zəhmli, sayılıb-seçilən, istər hakimiyyət orqanları, istərsə də əhali arasında xüsusi çəkiyə malik şəxs olublar. Yusif müəllimin burada nəvə Hüseyni “Balaca Hüseyn” kimi təqdim etməsi, əslində ağ bənizli, iri bədənli sözün bütün mənalarında böyük kişini niyə Qara Hüseyn adlandırdıqlarını ortaya qoyur. Burada ləqəb, ayama kimi işlənən “Qara” sözü rəng deyil, böyük mənasında işlənib. Təxminən yüz il əvvəl “Qara Hüseyn” ifadəsi “Böyük  Hüseyn” anlamına gəlirdi. (Ağdam rayonu, Yusifcanlı kəndi. Qarabağ bölgəsi, Qarqar çayının dağlara tərəf sahili, Əfkərlilər.)) sən axı əlaçı oxuyurdun…  …hər hansı bir sənətin kamil bilicisi olasan. Lakin çərxi-fələk tərsinə dövran etdi. Sən universitet əvəzinə cəbhəyə getdin…. Öz-özünə söz verdin ki, yalnız Vətən (Yurd) azad olandan sonra, qələbədən sonra təhsil alacaqsan…” Yusif Əkbərov, Şahin Qasımov. “Qarabağda bir kənd var -Yusifcanlı” kitabından, s.93.

Hüseyn 1980-ci ildə Ağdam rayon Yusifcanlı kənd tam orta məktəbinin birinci sinfinə getmiş, bütün təhsil illəri boyu dərs əlaçısı olmuş, tarix fənnindən olimpiadalarda iştirak etmişdi. 1990-ci ildə elə həmin məktəbdə təhsilini baş vurduqdan sonra (bu 20 yanvar hadisələrindən sonrakı ən qarışıq dövrlərə, xüsusi ilə gənclər üçün qəbuledilməz hadisələrin cərəyan etdiyi bir vaxta təsadüf edirdi) Yusif müəllimin də qeyd etdiyi kimi hamı onun da ali məktəbə sənəd verəcəyini gözləsə də o bütün oxuyub öyrəndiyi tarix kitablarını  (“SSRİ tarixi” kitablarını) yandıraraq, Azərbaycanın yeni yaranmaqda olan Milli Ordusunun ilk əsgərlərindən biri oldu…

Hüseynov Hüseyn Əkbər oğlu 09.07.1994-cü ildə (atəşkəsdən sonra) Ağdam rayonu, Yusifcanlı kəndi istiqamətindəki cəbhə xəttində həm əraziyə yaxşı bələd olan, həm də təcrübəli döyüşçü kimi kiçik kəşfiyyat qrupu ilə düşmənin dərinliyində yerləşdiyi mövqeləri dəqiqləşdirmək məqsədi ilə yerinə yetirməyə getdiyi döyüş tapşırığını icra edən zaman qrup üzvlərindən biri düşmən tələsinə – minaya düşür. Qrup üzvlərinin hamısı yaralansa da təkcə Hüseyn şəhid olur. Onun daha çox qəlpə yarası almasının əsas səbəblərindən biri həm bədəncə digər qrup üzvlərindən çox böyük olması, həm də partlayış anında digər qrup üzvlərini sanki qucaqlayırmış kimi özünü onlarla partlayışın arasına atması olub…

Hüseyn Bakı şəhəri, İkinci Fəxri xiyabanda dəfn olunub. Allah rəhmət eləsin. Ruhu şad olsun. Ruhuna Fatihə (oxuyun):

Bu qeydləri təsədüfən və ya nəyinsə xatirinə buraya yazmıram. Belə geniş girişin öz səbəbi var. Deməli, yuxarıda qeyd etdiyim kimi, Hüseynin məzarı Bakı şəhəri, İkinci Fəxri Xiyabanda (Vətən Müharibəsi şəhidlərimizin uyuduğu yeni – İkinci Fəxri Xiyabanın davamına tərəf – indi köhnə hasar qalsa da aranı tağvari keçidlə açıb birləşdiriblər) hərbçilərin dəfn olunduğu yerdədir. Hər dəfə Hüseyni ziyarət etdikdən sonra, digər sıraları da gəzir, bütün şəhidlərimizin ruhuna dualar oxuyurduq. 2010-cu ildə Mübarizi də orada dəfn etdilər. Hər dəfə ziyarətə getdikdə müxtəlif səbəblərdən həyatını itirmiş hərbçilərin yeni məzarlarının olduğunu görməyə adət etmişdik…

Nəhayət xiyabanın qonşuluğunda, İkinci Fəxri Xiyabanla qəbiristanlığın arasında Yasamala tərəf ayrıca hasarın içərisində yerləşmiş  sovet dönəmindən qalma köhnə anbarların sökülərək  yerində  yeni xiyaban salınmasına şahidlik etdik. İlk vaxtlar bu işləri adi hazırlıq, tikinti-abadlaşdırma işləri kimi qəbul etmişdim. Ancaq 2020-ci ilin yazında pandemiya səbəbindən karantin günlərində məhdud vaxt çərçivəsində bu yerləri məsafədən ziyarətim mənə tamam başqa təsir bağışlamışdı… Həmin gün oradan gəzə-gəzə M.Müşfiq küçəsi ilə üzüaşağı düşəndə artıq qeyri-iradi dilimdən ey dili-qafil “Torpaq bizi gözləyir” ifadəsi çıxmışdı…

Bir də həmin gün – İlqarla Poladı (Azərbaycanın Milli Qəhrəmanları şəhid polkovnik İlqar Mİrzəyev – BABKM–da bölük komandirim olub, şəhid general-mayor Polad Həşimov – onu özüm kimi yaxından tanısam da şəxsi tanışlığımız olmayıb) orada, yeni salınmış İkinci Fəxri Xiyabanda dəfn etdikləri gün çox heyrətlənmişdim. Mənzərə çox dəhşətli görünürdü mənə. Döyüş sahəsində saman bağları kimi cərgə ilə düzülü qalmış cəsədləri görmüş bir şəxsdə boş məzar yerlərinin niyə, hansı səbəbdən bu qədər heyrət doğurduğunu hələ də özüm üçün tam aydınlaşdıra bilməmişəm. İlk vaxtlar pandemiya ilə əlaqədar karantinə  və xiyabanda aparılan təmir işləri ilə bağlı müxtəlif səbəblərə görə uzun müddət ziyarətə icazə vermirdilər… Neçə dəfə elə darvazadan və ya Hüseyni ziyarət etdikdən sonra hasarın üstündən heyrətlə boş məzar yerlərini seyr edərək, “Torpaq bizi gözləyir”i dəfələrlə təkrarlamışdım…  “…Tək qalıbdı, iki paşa, Hanı qoşun, hanı ləşkər!?…” demişdim… Nəhayət, o gün yetişdi – 27 sentyabr 2020-ci il oldu. Bu tarixdən sonra digər mərd vətən övladları da İlqarın, Poladın yanında özlərinə yer qazandılar… Yavaş-yavaş məni bürümüş heyrət hissi şeirlərə çevrilməyə başladı…

Burada geniş bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ

DƏSTƏGÜLDƏ GÖRDÜKLƏRİM

(…əsgər gündəliyindən sətirlər…)

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun böyük Allaha! Daha bir vəsilə ilə sizlərlə görüşmək qismət oldu. Ötən günlərdə  televiziya kanallarının birindən ötəri olaraq “Dəstəgül” kəlməsini eşitməyim və son günlər baş verən hadisələr bu yazının yaranmasına, sonucda görüşümüzə səbəb oldu.

“Dəstəgül”lə bağlı eşitdiyim cümlə tam olaraq belə idi:- “…onun son döyüş yeri Dəstəgül olub…”  Dəstəgül, Dəstəgül… Dəstəgül sözün əsl mənasında neçə-neçə igid -ər oğullarımızın son döyüş yeri, son mənzili, son ünvanı olub və uzun illərdir bu belə qalmaqdadır. . .  Məlumunuz olsun  ki, son günlər  hələ I Qarabağ müharibəsində itkin düşmüş və o vaxt  tanınmadığı üçün  “Naməlum” adı ilə dəfn olunmuş döyüşçülərimizin siyahısının bir daha dəqiqləşdirilməsi, “naməlum”ların tanınması yolunda mühüm işlər görülür. Mənim qulaq müsafiri olduğum söhbət də məhz bu məsələ ilə bağlı idi. 

Dəstəgül (40°19′14″ şm. e. 46°41′29″ ş. u.) istər 2016 –cı il Aprel döyüşləri, istərsə də II Qarbağ – Vətən müharibəsi zamanı adı daha çox hallanan Çaylı, Talış, Suqovuşan  istiqamətində, onlardan sonra Təpəkəndə  deyil, Gülüstan, Ballıqaya – Murova tərəf, yəni Suqovuşandan sonra çayqırağı getdikdə sağ (Goranboy) tərəfdə sıx meşə örtüklü dağlıq ərazidə yerləşmiş kiçik bir yaşayış məntəqəsidir. Daha çox yaylaq yerinə oxşayır. Buna baxmayaraq bir neçə qəbirdən ibarət olan qəbirstanlığı da var. Evlər əsasən “finski” dediyimiz taxta evlərdən ibarətdir. (Bəlkə də bu məlumatlar artıq keçmiş zamanda qəbul edilməlidir.) Tale elə gətirib ki, bu yerləri  həm yayda (iyul 1993), həm də qışın oğlan çağında (fevral 1994) ziyarət etmək mənə qismət olub. 1994-cü ilin fevral ayında bu kiçik yaşayış məntəqəsini (Dəstəgül və ya Dəstəgir) kəşfiyyatçılardan təhvil alıb, motoatıcı bölmələr gələnə qədər qoruyub  saxlamış bölmənin tərkibində qulluq etmişəm. Olduqca keşməkeşli həyatımın bu hissəsinin  müəyyən məqamları yaradıcılığımda həm nəsrdə, həm də nəzmdə özünü zaman-zaman göstərib və yəqin ki, hələ çox göstərəcək. Məsələn elə bu yazı…

Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimov haqqında olan (son günlərdə bədxahlar tərəfindən məqaləsi vikipediyadan silinmiş) “Oriyentir Ulduzu” kitabından bir hissəni sizlərə təqdim edib, sonra söhbətimizə davam etmək istəyirəm: – “Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu dağlara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü… Halbuki o, heç Çaylıda da olmamışdı, amma postdakı bütün əsgərlər kimi o, da bilirdi ki, dərədə, daşı daş üstə qalmayan, bu kənd Çaylıdı. Adından da göründüyü kimi vaxtında çox səfalı, axarlı-baxarlı kənd olub. Dərə boyunca dağlara – Talışa tətəf – qalxanda, Gülüstan, birinci görünən dağı aşdıqdan sonra Madagiz, sonra hər yerdə gölqırağı, çayqırağı üzü Günbatana sağ tayla, dağ cığırı ilə gedib çıxırsan yol ayrıcına, ayrıc dərədədi, köhnə ferma binası da var dərədə. Fermanın yanında dağ yolu ilə təxminən iki saat dolama yollarla sağ tərəfə qalxsan, Dəstəgüldü. Dəstəgüldə qışda qar dizdən olsa da dərədəki bulağın başında artıq Fevral ayının ortalarında qarın, buzun içində bənövşələr açır. O, bənövşələrin qurusu indi də postdakı köhnə dəftər- kitabların arasında durur, təzələrini dərməyincə uşaqlar atmaq istəmirlər.”

Sonra yenə Mübarizə həsr olunmuş “Şəhid haqqı” adlı bir şeirdə;

Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,

İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,

Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,

Bu qədər bivec ata, ya da ki, qardaş olmaz…

Vallah, atam-qardaşım bundan vacib iş olmaz…

* * *

Hər şeyi yükləmişik, Lazım bəyin belinə,

Zalım oğlu zalım da qüvvət verib dilinə,

Heç kimsə razı olmaz, bir quş səkə gülünə,

Bəs bu dağlarda yatan gül balalar kimindi?!

Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!

* * *

Dəstəklərə yazılı, neçə-neçə adımız,

Qundaqlara qazılı, sezilməyən ay-ulduz,

Nişan durub, gözləyir; birdən düşər yolumuz,

Gəlin, o nişanların gözün yolda qoymayaq…

Bu işi, bu gün görək, sabaha saxlamayaq…

* * *

Bu işin bir yolu var, göstəribdi Mübariz!

Torpaq bizim Vətənsə,  düşməlidi izimiz.

Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.

Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!

Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!

* * *

Dəli bilirlər bizi, doğruldaq adımızı,

Dost özün göstərəcək, tanıyaq yadımızı,

İllərdir su vermişik, püskürək odumuzu,

Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!

Mübariz gedən yolu, getməliyik hamımız!!!

03.08.2019. Bakı.

Daha sonra isə ümumilikdə bütün məzarsız şəhidlərimizə ithaf etdiyim “Müqəddəslər” şeirində;

MÜQƏDDƏSLƏR

(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)

Səngəri məzarı olan qardaşım,

Hələ də bilinmir əhvalın sənin…

Dəfndən Məada Bərzəx deyirlər,

Məchuldur durumun, məqamın sənin…

* * *

Silahın pas tutub, daha heç atmaz,

Dəbilqən gəzsə də, çəkmən köç etməz,

Kəmər yox olsa da, toqqan heç itməz,

Qumquman olubdu kimliyin sənin…

* * *

Üç rəngli bayrağım süsləyən dağlar,

Hər zirvə minlərlə şəhidi ağlar,

Bənövşə çiçəyi qəlbimi dağlar,

Dağların ağ qarı kəfənin sənin…

* * *

Zaur buz bulaqdan içəmməz daha,

Bənövşə müqəddəs, dərəmməz daha,

Ağ qarı tapdayıb, gəzəmməz daha,

Bu yurdun nəyi var, ünvanın sənin…

09.05.2021. – Bakı.

Dəstəgüldə gördüklərim zaman-zaman özünü xatırlatmış, müxtəlif təzahürlər  şəklində biruzə verərək, kağız üzərinə köçmüşdür. Bütün bunlardan əlavə həmin dövrdə  baş verənlər “Bir parça taxta və ya ağ mələfə səfası” əsərində ətraflı öz əksini tapıb.

Yuxarıda təqdim etdiyim nümunələrin yaranmasında əsas bir epizodun rolu olub ki, o da bugünkü vəziyyətlə səsləşdiyinə görə bu yazını yazmağı özümə borc bildim. Deməli, necə deyərlər quşbaşı qar yağa-yağa gecədən xeyli keçmiş  təyin olunmuş yerə  çatıb mövqeyi kəşfiyyatçılardan təhvil aldıq. Komandir hamını düzüb postları, kimin harada duracağını, istirahət növbəsinin harada dincələcəyini, postda dayanma müddətini elan etdikdən sonra hamı təyin olunmuş yerlərə getdi. Mən istirahət edən heyətə düşmüşdüm. Tez istirahət edən növbə üçün təyin olunmuş evə (Kiçik girişdən və iki pəncərəli bir otaqdan ibarət olan taxta ev idi, pəncərələr Goranboy tərəfə, sıldırım dərəyə baxırdı.) daxil olduq. Pəncərələri özümüzlə  gətirdiyimiz odeyallarla tutduq. Bir odun sobası tapıb qurduq və turbanın başına  vedrə keçirdik ki, yananda qığılcımlar çıxmasın. Seçdiyimiz ev dağın düşmən tərəfindən görünməyən sıldırım yamacında yerləşməsinə rəğmən bildiyimiz bütün maskalanmak və gizlilik tələblərinə riayət etməyə çalışırdıq. Artıq zaman olaraq, gecədən xeyli  keçsə də hər yan dümağappaq qar olduğuna və qara buludluq olmadığına görə görünüş demək olar ki, gündüz kimi idi. İstirahət otağı  tam hazır idi. Hətta çaydan da qaynadıb, həm posta gedənlər, həm də postdan gələnlər üçün isti şirin su hazırlamışdıq. Biz elə posta çıxmağa hazırlaşırdıq ki, uşaqlardan (əsgər R.E.-ni) birini halı pisləşmiş vəziyyətdə içəri gətirdilər. Nə baş verdiyi ilə marqalandıqda məlum oldu ki,  əsgər  digər post -növbə yoldaşları ilə təyin olunduqları  səngəri qardan təmizləyən zaman lapatkası nəyəsə ilişir və bu da lapatkanı qaldıranda gördüyü mənzərədən sarsılır… Halı pisləşir… Səngəri  təmizləyən əsgərin lapatkası bizdən əvvəl o mövqedə olub, şəhid olmuş digər Azərbaycan əsgərinin kəmərinə ilişibmiş. Lapatkanı qaldıran zaman isə bədən ortadan bükülmüş vəziyyətdə yuxarı qalxmışdı. O vaxtlar, bizim əsgərlərə verilən yaşıl rəngli, ay ulduzlu aliminium toqqa və dəriəvəzedicidən olan qəhvəyi kəmər aydın bilinirdi. Bundan əlavə bayraqlı “bakinski” forma və çəkmələr də bizim əsgər olduğunu təsdiqləyirdi…

Biz əvəz olunana  qədər itkisiz-filansız  nizam-intizamla, bütün qayda-qanunlara əməl edərək (Hələ bu müddətdə xüsusi tapşırıqla bir-neçə dəfə kəşfiyyata ketmək, bundan əlavə bənövşələri dərdiyim – maraqlıdır ki, fevral ayında buzun içində bənövşələr açmışdı – bulağa suya getmək, ərzaq gətirməyə gedən uşaqların  (əsgərlərin) qarşısına çıxmaq üçün aşağı düşmək kimi tapşırıqları da yerinə yetirirdik) sağ-salamat demək olar ki, Dəstəgüldə əməllibaşlı dincəldik. Vaxtı çatanda gəlib bizi əvəz etdilər…

GÜNDƏLİKDƏN SƏTİRLƏR:

08.02.1994 – axşam saat 11-də(23:00) komandir məni postdan çağırtdırdı. 6 nəfərlə Təpəkəndə kəşfiyyata getdik. Tapşırığı yerinə yetirib,( 09.02. 1994) səhər saat 4 –də Dəstəgülə qayıtdıq.

Biz əvəz olunduqdan  3-4 gün sonra (bu hadisənin öz obyektiv və subyektiv səbəbləri olub) qəfil hücumla demək olar ki, bir-iki yaralı olaraq min-bir müsibətlə qurtulan və qaçanlardan başqa  bizi əvəz edən bölmənin bütün şəxsi heyətinin hamısını öldürmüşdülər…

Deməli, təkcə bu balaca (heç  yanda adı, xəritələrdə izi-tozu olmayan) Dəstəgüldə həm ikinci dəfə biz alana qədər  90-cı illərdə şəhid olmuş əsgərlərimizin, həm də 1994-cü ilin fevral ayında qısa bir müddət ərzində bizdə olan vaxt şəhid olanlarla birlikdə xeyli şəhidimizin nəşi qalmaqdadır…

Görün indi nə qədər belə Dəstəgüllər var…

Xidmət müddətimdə sözün əsl mənasında başıma gəlməyən iş qalmasa da Dəstəgül mənim də yaddaşıma xüsusi olaraq yazılıb.  Gözümün önündən getməyən altında  gizlətdikləri  məlum olan qarla dolu səngərlər  və  bir də istədiyim zaman baxıb, toxuna bildiyim, hətta yeri gələndə söhbət etdiyim gündəliklərin vərəqlərinə qopub itmək qorxusu ilə bərk-bərk yapışmış  1994 – cü ilin fevral ayında Dəstəgüldə Gülüstan, Ballıqaya istiqamətində dərədəki bulqdan  qarın- buzun içindən  yığdığım bənövşələrin qurusu  mənim üçün istənilən zaman astral səyahətlə reallıq arasında mövcud olan bir dünya qurur. Həmişə bir istək olub, qəlbimin dərinliyində. Bir gün mütləq qışın oğlan çağında dincəldiyim bu səfalı məkanı may ayının sonlarında görmək, əsrlərdir şəhidlərimizn qanını ilə qidalanıb, Babəkin azadlıq sancağı kimi zühur edən alqırmızı lalərdən dərib, igid-ər oğullarımızın məzarı olmuş səngərlərin üzərinə sərmək, dərədə hüzünlü bir səslə zümzümə edən “Bənövşəli bulağ”a baş çəkmək istəmişəm. İnanıram ki, bütün digər arzularım kimi bu istəyim də vaxtı gələndə gerçəkləşəcək!

Allah bütün məzarlı və məzarsız şəhidlərimizə rəhmət eləsin. Siz də sona qədər həmsöhbət olduğunuz üçün çox sağ olun.

Haşiyəyə daxil olan bu sətrlər 16.08.2021 –ci ildə qələmə alınınb…

Əlavə çox söhbətlə yazılar oldu…

Görüşlər keçrildi…

“Torpaq bizi gözləyir” adlı şeir də yazdım…

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

Əlavə olaraq İlqara və digər şəhidlərimizə həsr olunmuş silsilə şeirlər yazdım… Ancaq günü bu gün də (20.02.2022) hələ o istədiyim sözü deyə bilməmişəm. O söz, o yazı hələ doğulmayıb. “Torpaq bizi gözləyir”.

Bu baxımdan İyirmi səkkizinci yazım hələ də  tam sayıla bilməz…

17.07.2020 – 20.02.2022. Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ SƏKKİZİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

31 MART – Azərbaycanlıların Soyqırımı Günü

AKİF ABBASOVUN YAZILARI

“ASLANIN ERKƏYİ, DİŞİSİ OLMAZ….”
(“Aldanma sözlərə” romanından)

Fatma ilə Gözəl yorulub əldən düşmüşdülər. Bərk qaça bil¬mədiklərindən uzağa getmək mümkün olmadı. Maşınlarda gələnlər meşəyə dağılışdılar. Az sonra qaçqınların izinə düşüb Nizam kişini yaraladılar. Sonra hər üçünü əsr götürdülər. İki pəzəvəng erməni Nizam kişinin ayaqlarından yapışıb sürüyə-sürüyə gətirib ağaca sarıdı. Qolu sarıqlı Sergey yaxınlaşıb onun üzünə tüpürdü:
– Ara, qoca tülkü, sənə adam kimi söz dedik, qulaq asmadın. Elə bilirdin əlimizdən qurtaracaqsan?! Ay sən öləsən! Sən bir ermənini öldürmüsən, məni də yaralamısan. Cəzan ağır olacaq. Özün fikirləş, sənə nə cəza verək?.
Sonra Sergey Gözələ yaxınlaşdı:
– Ay qancıq, sən niyə bu ağılsızlara qoşulub qaçırdın? Çətin idi səninçin?
Sergey bunu deyərək dartıb zorla gəlinin plaşını əynindən çıxartdı. Donunu parçalayıb döşlərinə əl atdı. Qayınatasının gözləri qarşısında döşləri açıq qalmış Gözəl dəli nərə çəkdi. Hələ indiyədək o, evdə corabsız, yaylıqsız belə gəzməmişdi. Gözəl həyasından qıpqırmızı qızarmışdı. O, Sergeyin əlini cırmaqlamağa, dişləməyə başladı. Ermənilər hərəsi bir tərəfdən gəlinə yaxınlaşdılar. Fatmanın fəryadı qalxdı. Nizamın bağırtısı meşəni götürdü:
– Alçaqlar! Binamuslar! Əclaflar Heç olmasa, məni öldürün sonra. Onu eşidən olmadı. Gözəli yerə yıxdılar. Kim isə özünü onun üstünə saldı. Fatma arvadın ürəyi gedib yerə sərildi. Nizam kişi gözlərini yumub, başını ağacın gövdəsinə çırpmağa başladı.
Gözəl çırpınır, ermənilərin əlindən qurtulmağa çalışırdı. Bir¬dən o, əlində tutduğu lezvanı ermənilərdən birinin – Surenin üzünə çəkdi. Suren əli ilə sifətini tutub bağırdı və ayağa qalxdı. Aşot təpiklə Gözəlin əlindən vurdu, lezva yerə düşdü, gəlin ağrıdan qıvrıldı.
– Qancıq!
Bunu Suren dedi.
Ermənilər qalan paltarlarını da dartıb əynindən çıxarmaq istə¬yəndə Gözəl imkan tapıb birtəhər ayağa qalxdı. Geri çəkilib əlində olan balaca şüşədəki mayeni başına çəkdi:
– Alçaqlar, əclaflar! Bizim ismətimiz yox, meyitimiz sizə qis¬mət olar! – deyib yerə yıxıldı və ilan kimi qıvrılmağa başladı. Ser¬gey təpiyi ilə şüşəni vurub kənara atdı:
– Qancıq sirkə içdi…
Fatma özünə gəlmişdi. Yerdə uzanıqlı qalıb, Gözəlin meyitinə key-key baxırdı. Sonra saçlarını yolmağa başladı:

Bala dağı,
Göy dağı, Bala dağı.
Oy, xain. Balan ölsün,
Yamandır bala dağı.

Eləmi, üzüm, fələk
Sızıldar üyüm, fələk
Çəkdin sinəm üstünə,
Çal-çarpaz düyün fələk.

Nizam kişi için-için ağlayırdı. Sergeylə yoldaşları ona yanaş¬dılar. Sergey üzünü Nizam kişiyə tutaraq dedi: – dincəldin, Nizam? Bunu istəyirdin? Öz əlinlə gəlini verdin güdaza… sonra: rişxəndlə soruşdu:
– Ara, dinmirsən? İndi pikirləş indi sənə hansı cəzanı verək?… Dilin yoxdur?… Onda özümüz seçərik… Deyin, görək, ay uşaqlar…
– Başını kəsək.
– Yandıraq.
– Gözlərini çıxardaq.
– Dilini, qulaqlarını, burnunu kəsək, ovub gözlərini çıxaraq, sonra buraxaq, getsin…
– Qollarını, qıçlarını baltalayaq…
– Diri-diri yerə basdıraq.
– Ağaca mismarlayaq.
– Qarnını yaraq…
Ermənilər saydıqca Fatma fəryad qoparır, ağı deyir, göz yaşı axıdırdı. Suren ona acıqlandı:
– Səsini kəs qancıq! Bu gündən sizin hamınız üçün var. Növbənizi gözləyin.
Sergey:
– Mənim fikrimdə tutduğun heç birinizin ağlına gəlməyib. Bu əclaf erməni qanı axıdıb, ən ağır cəzaya layiqdir.
Sergey ağacın aşağıya enən budağına müştəri gözü ilə baxıb qımışdı:
– Ara, Nizam, sən məni yaraladın, Samveli öldürdün. Adamı elə öldürməzlər. Sənə elə cəza verəcəyəm ki, bu, tarixə düşsün. Açın onu… Vazgen, Albert, yapışın bu murdar oğlu murdarın ayaq¬larından. Aqambek, Zori, siz də qollarından yapışın. İndi ar¬xası üstə atın bunu ağacın üstünə.
Ermənilər Nizamın çabalamasına məhəl qoymayıb onu bu¬da¬ğın üstünə aşırdılar. İki nəfər ayaqlarından, iki nəfər qolla¬rın¬dan yapışıb növbəti əmri gözlədilər. Sergey qaliblərə məxsus əda ilə:
– İndi isə sındırın bu əbləhin belini…
Əmr yerinə yetirildi. Qırılan belin xırçıltısı aydın eşidildi və eyni zamanda dəhşətli ağrıya tablaşa bilməyən Nizam kişinin bağırtısı bütün meşəni başına götürdü, yeri-göyü lərzəyə gətirdi. Fatma arvad çığıraraq bayıldı. Bir erməni yaxın gəlib ayağı ilə onu o tərəf, bu tərəfə itələdi, tərpənmədiyini görüb:
– Bu da mundar oldu, – dedi.
Sergey irəli yeriyib ayağı ilə yoxladı:
– Düz deyirsən, gəbərib.
Sergey dəstəni başına yığıb təntənə ilə:
– Samvelin qanını aldıq, – dedi. – Qoy bu türklər görsünlər ki, erməniyə əl qaldırmaq olmaz. İndi isə, haydı, gedək.
Ermənilər hay-küylə, düşmən ordusu üzərində zəfər çalmış adamlar kimi maşınlara doluşdular. Sergey də maşına sarı addım¬ladı. Birdən Nizam kişinin sözlərini yadına salaraq ayaq saxladı: “Bütün kənd bilir ki, Samvel arvadın Siranuşun aşnasıdır”.
Sergey sanki yatmışdı, ayıldı. Bayaqkı, şən əhval-ruhiyyə yoxa çıxdı, qanı qaraldı: “Mənim qancığımı görürsən?! İndi yadıma düşür. Hərdən bəzənib-düzənib yekə dalını yelləyə-yelləyə hara isə gedirdi. Məni də aldadıb. “Bir dükan-bazara dəyim” deyirdi. Samvelin artıq öldüyünü xatırlayıb yenidən kefi kökəldi: “Amma Nizam Samvelin anasını yaman ağlatdı. Yoxsa, gərək onunla mən haqq-hesab çürüdəydim. Bu da başağrısı olacaqdı. Bu gün iki düşmənimin dalından dəydim”

MüəllifAkif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru