Müəllimlər günü münasibəti ilə Bakı Reabilitasiya Mərkəzində oxucularla görüş keçirilib

05.10.2026-cı il tarixində Müəllimlər günü münasibəti ilə Bakı Reabilitasiya Mərkəzində oxucularla görüş keçirilib

Görüşdə Qabil Nabi ilə yanaşı gözəl şeirlər müəllifi Zirəddin Quliyev, tanınmış müğənni İsmayıl Rəcəbov, həvəskar müğənni Müşfiq Vəlizadə də iştirak edirdilər.

Tədbir iştirakçıları müəllimlərimiz haqda xoş sözlər deyib fikirlərini bildirdilər. Tədbir zamanl müxtəlif mövzulara aid şeirlər söylənildi, mahnılar ifa olundu, xəstə və həkim kollektinin sualları cavablandırıldı. Sonda oxuculara şairlərin imzası ilə kitablar təqdim olundu.

Mərkəzdə müalicə alan xəstələrin marağına səbəb olan bu tədbirin təşkilinə görə BRM-in baş həkimi Vüsalə xanıma, təşkilatçı Leyla xanıma, təşəbbüsçü Aida xanıma minnətdarlığımızı bildiririk.

“Yazarlar” olaraq, Qabil Nəbini , Zirəddin Quliyevi və tədbirdə iştirak etmiş digər yaradıcı insanları təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində onlara yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir