Etiket arxivi: Səyavuş Sərxanlının şeirləri

Səyavuş Sərxanlının şeirləri

Bu görüş

Mənə yuxu kimi gəlir bu görüş…
Qurbanı olduğum həqiqətiylə,
Oduna yandığım qəm sərvətiylə,
Dadıyla-duzuyla hərarətiylə
Mənə yuxu kimi gəlir bu görüş.

Ayrılıq gözümü yaman qorxudub,
Könül – zülmət evi, sən ona işıq;
Bu şirin vüsalın əlindən tutub,
Ağrı-acıları tamam unudub,
Elə bil dünyadan oğurlanmışıq.

Mənə yuxu kimi gəlir, əzizim,
Sinəmə çay kimi axan bu saçlar;
Mənə yuxu kimi gəlir, əzizim,
Bu nurlu həyəcan, şirin təlaşlar,
Gözümdən gül kimi üzülən yaşlar.

Qoy yanım oduna, kül olum tamam;
O göy deyilən də, bu yer üzü də,
Ayrılıq, intizar, həsrət sözü də,
Eşqim də, qəlbim də, sənin özün də
Mənə yuxu kimi gəlir bu axşam…

Müəllif: SƏYAVUŞ SƏRXANLI

SƏYAVUŞ SƏRXANLININ YAZILARI

SƏYAVUŞ SƏRXANLININ ŞEİRLƏRİ

Hazırlayan: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səyavuş Sərxanlının doğum günüdür.

Anadan olduğu gündə şairi rəhmətlə anırıq:

Necəsən?

Günlərim leysandı, ürəyim çadır,
Döyülür aylarım, ilim, necəsən?
Nə əlim yetişir, nə ünüm çatır,
Mən kimdən öyrənim, bilim, necəsən?

Həsrətin keçilməz ormanlar təki…
Döyüldüm, sovruldum xırmanlar təki,
Gah yıxıb, gah da ki quranlar təki
Özümə dağ çəkir, külüm, necəsən?

Sənə inanmışam, yenə inanım,
Oda qalanmışam, yenə qalanım,
Necəsən, başına dönüm, dolanım,
Necəsən, küsənim, gülüm, necəsən?

Təkliyim dağ olar, çənə bürünər,
Döşündə yol azan eşqim sürünər,
Yataram, yanımda yerin görünər,
Özünə yetişməz əlim, necəsən?

Qalanar dumanım, çənim yolumda,
Ömrümə, sevgimə qənim yolumda,
Sən ey qurban olan, mənim yolumda,
Gəlim qabağında ölüm, necəsən?!

Müəllif: SƏYAVUŞ SƏRXANLI

SƏYAVUŞ SƏRXANLININ YAZILARI

SƏYAVUŞ SƏRXANLININ ŞEİRLƏRİ

Hazırlayan: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru