Etiket arxivi: ŞEİR

XALİQ AZADİ MƏMMƏDOV YAZIR

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI

YAZIÇI SÖZÜ – VƏTƏNDAŞ MÖVQEYİ

MİLLİ XARAKTER, yaxud, MİLLİ MENTALİTET?

 Mentalitet sözündən xoşum gəlmir.

 Bu söz doğma deyil bizə, yadellidir. Əvəzinə özümüzün gözəl sözümüz var: milli xasiyyət (xarakter), yaxud, azərbaycanlılıq.

Bu ifadəni həm də ona görə sevmirəm ki, hansısa səhvlərin, düz yerdə etdiyimiz əyrinin üstünü malalamaq, haqq qazandırmaq üçün çıxarırıq “mentalitet” sözünü ortaya. Harada uduzuruq, adını qoyuruq mentalitet. Rüşvət alırıq-veririk, özümüzə haqq qazandırırıq ki, günah bizdə deyil, mentalitet günahkardır. Tikanlı məftillərdən çəkilmiş çərçivəyə döndərmişik bu mentaliteti. Yaxşılı-pisli nəyimiz var, doldurmuşuq o çərçivəyə. Və hələ də o çərçivəni doldurmaqda davam edirik.

Əsrlərdən keçib gəlmiş gözəl və doğma adət-ənənələrimizlə yanaşı bu günün tələbinə tam əks olan və bəzən də bizə yad olmalı olan xüsusiyyətləri doğma mentalitet amilləri tək qəbul edirik.

Ən qədim tarixi, kökü olan xalqdır bizim xalq. Öz gözəl adətləri ilə, ənənələri ilə, milli xarakteri ilə! Xalqımızın bu milli xasiyyəti müsəlmançılığa keçməzdən min illər qabaq formalaşıb. Tariximizin, keçmişimizin və gələcəyimizin keşiyində həmin milli xasiyyətimiz durub. Bizim xalq bu milli xasiyyətin təzahürü olan dövlətçilik və müstəqillik atributlarını öz əlində cəmlədiyi qədim vaxtlarda sərbəst dövlətçiliyi olan xalqları barmaqla saymaq olardı.

Lakin buna baxmayaraq, 20-ci əsrin 90-ndan başlayaraq bu günəcən davam edən ictimai-siyasi  böhranlar xalqın mentalitetində, milli mənəvi dəyər anlamında təəssüf doğuracaq dərəcədə izlər buraxdı. 20 Yanvar hadisələri xalqın özünüdərk hisslərini gücləndirsə də, sonrakı illərdə mənəvi dəyər anlamı cılızlaşaraq başa düşülməyi çətin olan fenomenə çevrildi. Sanki, Vətənin tacı sayılmalı olan Qarabağı uduzan xalq Qarabağın qarğışına tuş oldu. Bu Qarabağ rüsvayçılığının ağır yükü etnik dəyəri böhranlı bir vəziyyətə gətirib çıxartdı.

Bizim emosional aləmimizdə, davranışımızda, təfəkkürümüzdə sürətli dəyişikliklər baş verirdi. Tarixdən bu günə gəlib çıxmış gözəl keyfiyyətlərə məxsus etnik xüsusiyyətlərimiz özünü ən çox mənfi mənada göstərməyə başladı. Sadəlik, kənar şəxsə hörmət, təmənnasız xeyirxahlıq, səmimilik, ədalət kimi dəyərlər yalançılıq, yaltaqlıq, “əl-əl yuyar” kimi prinsiplərin cilovuna düşdü. Nisbi bərabərçiliyə öyrənmiş və sadə, şəffaf mənəviyyata məxsus xalq sonu görünməyən, məqsədi bilinməyən total məkrliyin caynağına düşdü. Sanki, heç tariximiz olmayıb, yeni formalaşan xalqıq biz.

Qədimliyimizə, azadlıqsevər olduğumuza şübhə ilə yanaşanlara dünyanın məşhur kitabxanalarında – arxivlərində saxlanılan Azərbaycan oğuzlarının “Kitabi-Dədə Qorqud” dastanını oxumağı məsləhət edirəm.

Azərbaycanımızın ərəblər tərəfindən qanlı-qadalı işğalından, qılıncdan keçirildiyi dövrdən əvvəl yazılmağa başlamış bu dastanda xalqımızın yadellilərə qarşı qəhrəmanlıq mübarizəsi, ellərin-obaların birləşməsi, xalqda vahid dövlətçilik ideyasının gücü tərənnüm olunur.

“Kitabi-Dədə Qorqud” təkcə unikal bədii ədəbiyyat nişanəsi yox, həm də min illiklərə üz tutmuş gözəl adət-ənənələrimizi özündə toplayıb saxlayan  çox gözəl tarixi abidədir.

 Əgər mənim ixtiyarım, gücüm yetsəydi, inanın ki, bütün imkanlı şəxslərə, hərbçilərə, vəzifəlilərə, ziyalılara bu dastanı oxudardım və imtahan edərdim. Bəlkə onda, Oğuz bəylərinin Vətən uğrunda ölümə asanca gedə bilməklərini oxuyanda, bu günkü Qarabağ dərdinin ləyaqətə təsirinin nə qədər olduğunu düşünərdilər.

Milli xasiyyət (xarakter) sosial-fəlsəfi anlayışdır. Əxlaqi bacarığımızın, adətlərimizin, dini etiqad dərəcəmizin, Vətənə münasibətimizin, ictimai şəraitdə (suallarda) özümüzü necə aparmağımızın daxil olduğu bir toplumdur.

Milli xarakter öz növbəsində iki istiqamətdən ibarətdir: milli ideologiya, milli-siyasi şüur.

Çox vaxt milli xarakteri təşkil edən bu “ikiliyi” elə “milli mentalitet” tək qəbul edirlər. Mən bu fikri yanlış sayıram.

Milli ideologiya nə olan şeydir?

Müstəqilliyimizdən 30 il keçməsinə baxmayaraq, hələ də bu anlayış bizdə çətin başa düşülən, var-yoxluğu, mahiyyəti tam dərk edilməyən bir varlıq sayılır.

Milli ideologiya hər xalqa məxsus olan ictimai istəkdir: dünya xalqları (dövlətləri) sırasında özünə münasib yeri tutmaq, təbiətin və Yaradanın verdiyi imkanlardan gözəl yaşayış naminə istifadə etmək deməkdir, vahid arzudur. Eyni zamanda, milli ideologiya hər bir vətəndaş üçün yaşadığı cəmiyyətdə hansı yeri tutmağa çalışmaq yolunda göstəricidir. Dövlətin xalqa münasibətini, xalqınsa dövlətə, Vətənə, onun müdafiəsinə, rifahi naminə çalışmasına olan həvəs-istəyini qidalandıran, nizamlandıran amildir. Bu fenomen hər xalqın öz gözəl gələcəyi uğrunda yaxşı mənada seçdiyi mübarizə yoludur.

Milli ideologiyanın əsas daşıyıcısı xalqdır və xalqın ifadəçisi olan Dövlətdir. Bu fenomenin güclülüyünə Dövlət  cavabdehdir. Milli ideologiya o vaxt zəfər çala bilər ki, Xalqın və Dövlətin marağı üst-üstə düşsün.

Bu gün Azərbaycanda milli ideologiyaya, onun hər bir vətəndaşa aşılanmasına, onun təbliğinə qarşı çox soyuq münasibətərə yol verilir. Əfsuslar olsun ki, milli ideologiyaya göstərilən bu laqeydliyin nəticəsində xalqla xalqın ifadəçisi olmalı dövlət arasında sanki, nəhəng boşluq yaranıb.

Milli ideologiyamızın zəif və çətin qəbul edilməsinin bir səbəbini mən Azərbaycanda vətəndaş cəmiyyətinin tam formalaşa bilməməsində görürəm. Güclü vətəndaş cəmiyyətinin və milli  ideologiyanın olduğu yerdə hər bir vətəndaş vətən qarşısında, onun bütövlüyü, ingişafı qarşısında öz üstünə düşdüyü məsuliyyəti gözəl hiss edir. Vətəndaşlıq hüququnun başa düşüldüyü yerdə, şah olduğu yerdə fərdi cavabdehlik yüksəkdə olur. Bizdə isə,  vəziyyət tam fərqlidir.

Başqa səbəb də tapmaq olar.

Gələcək naminə atılacaq addımların bünövrəsində Tariximiz və tariximizə hörmət dayanmalıdır. Milli ideologiya həmin bu bünövrəyə əsaslanmalıdır. Tarix müqəddəsdir, hansı səhifələrdən ibarət olmasından asılı olmayaraq. Əfsuslar, bu günlərdə tariximizin çox səhifələri, o cümlədən, milli ideologiyamızın başlanğıc təkan qüvvəsi ola biləcək səhifələr unudulur. Elə səhifələr ki, mili siyasi şüurun, milli kimliyimizin oyanmasında əvəzsiz rol oynamışlar. Bir xalq daxilində, bir xalqın həyatında yol etmiş tarixi “mənim tarixim” və “mənim olmayan tarix” prinsipi ilə bölmək olmaz.

Bu gün böyük təbliğat imkanları olan radio-televiziya, digər kütləvi informasiya vasitələri xalqımıza xas olan  gözəl adətlərin, mənəvi dəyərlərimizin, milli ideyanın təbliği yolunda bütün bacarıqlarından istifadə etmirlər. Xüsusən də, bəzi televizia kanallarına baxanda belə qərara gəlmək olar ki, bu kanallarda kimsə çalışır ki, xalqın yaddaşını yuyub tarixdən bu günə gəlib çıxan yaxşı nə varsa yox etsinlər.

Elə görünür ki, fərdi vətəndaşından tutmuş, infomasiya (xüsusən, TV-lər) vasitələrinə kimi, institutlar parakəndə maraq daxilində yaşayırlar, hərə öz marağı daxilində mübarizə aparır. Buna görədir ki, ümumi mənafe, milli maraqlar toplusu olan milli ideologiya, qalır anlaşılmaz vəziyyətdə.

MİLLİ SİYASİ ŞÜUR –  bu bölməni ikicə sözlə də adlandırmaq olar, MİLLİ ŞÜUR. Amma, bu fenomenin siyasi baxımdan dəyəri əvəz olunmazdır. Həyat tərzi, psixaloji vəziyyət, milli qürur kimi istiqamətlərdən ibarət olan ŞÜUR anlamı o dərəcədə geniş əhatəlidir ki, istər-istəməz siyasiləşir, syasi tənqidə, təhlilə məruz qalır.

Etnik mənsubluq, el-oba qayğısı, böyük-kiçiklik, ədəb-ərkan – bütün bunlar milli siyasi şüurumuzun qızıldan yoğrulmuş parçalarıdır. Milli siyasi şüurun bütün anları məsuliyyətə çağırışdır, vicdana üz tutmaqdır. Hüququn varlığı və dərk edilməsi, fikir azadlığı kimi amillər də milli siyasi şüurun beyinlərdə varlığından asılıdır.

Milli siyasi şüurun daşıyıcısı vətəndaşdır. Söhbət təkcə ziyalı-savadlı təbəqədən getmir. Hər bir şəxs doğulub yaşadığı torpaq qarşısında şüurlu olmaq borcundadır. Və burada, milli siyasi şüurun ən vacib mərhələsi çıxır ortaya.

Vətən qeyrəti. Bu anlayış Vətəni sevmək, onu qorumaq, Vətənə, Anaya olan qədər münasibət bəsləmək deməkdir.

Bəs bizdə bu məsələdə işlər nə yerdədir?

20% torpaqlarımız əsarət altında olduğu bir vaxtda biz milli şüurdan, milli qürurdan danışmağa nə qədər haqqlıyıq?  Milli siyasi şüuru – milli qüruru, Vətən qeyrəti yüksəklikdə olan vətəndaş hər qarış torpağı göz bəbəyi tək sevməlidir, vətən torpağının azadlığı yolunda qurban verməyə hazır olmalıdır. Vətən torpağı bağçalarda bitmir, əvəz olunmur. Vətən torpağı tarixlərdən keçib gələn, babalarımızın bizə etibar etdiyi vahid ərazidir. Nə qədər itirə-itirə gəlmişik son illərdə! Və kimlərə uduzmuşuq!

Onu qeyd etmək istəyirəm ki, milli şüurumuzun ən parlaq biruzə verdiyi dövrlər – Çar Rusiyası dövründən bu yana – 20-ci əsrin ikinci on illiyi və 1990-cı ildən sonraya aiddir. Qalan dövrlərdə, Çar Rusiyasının türk anlayışına düşmənçiliyi, sovet sisteminin sərt beynəlmiləlçiliyi milli şüurumuzu tam iflic vəziyyətə salmışdır, etnik (türkçülük) mənsubluğumuzu, azərbaycanlılığımızı (vətəndaşlıq anlayışımızı) şüurumuzdan az qala silməyə çalışmışlar. Bu işdə molla-fars rejimi də əlindən gələni etmişdir. Bi iki rejimə köməkçi isə erməni faktoru olmuşdur. Bu gün isə antiazərbaycan, antitürk qüvvələr erməni faktoruna Vətənimizdə yaşayan digər azərbaycanlıları – etnik qrupları qoşmağa çalışırlar.

Real baxışlarla baxmaq lazımdır bu günə. Düşmən tərəfindən atılan daşların dalınca qaçanları ifşa etmək lazımdır. Bu el, bu oba, bu Vətən bizimdir, bölünməzdir! Biz bir yerdə güclüyük, heç kim bizi məğlub edə bilməz ağzıbirlik, doğruçuluq olsa!

Milli şüur – etnik mənsubluğundan asılı olmayaraq, azərbaycanlılıq şüuru – idarə etməlidir bizi.

Və sonda: bizim bu gün özümüzə kənarda dayanıb “seyr etmək” kimi seçdiyimiz yoldan əlavə ikinci bir yolumuz da var: Vətən qeyrəti yolunda, Vətən uğurunda, Qarabağ uğrunda ölümə getmək yolu! Dədə Qorqudun, Oğuz igidlərinin seçdiyi yol!

Müəllif: XALİQ AZADİ MƏMMƏDOV

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Musa Ələkbərli – Zəfər ünvanlı şəhidim…

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

ŞƏHİDİM
Öyünc, qürur yerimizdi,
Sənin tökülən qanın.
Torpağımı xilas etdi
Torpağa dönən canın.
Namusu, şərəfisən
Bu gün Azərbaycanın.
Şəhidim, şanlı şəhidim,
Zəfər ünvanlı şəhidim.
* * *
Sən zülməti qova-qova
Dan yeritək söküldün.
Ölü yurda nəfəs verib
Bayrağıma büküldün.
Otuz ilin yarasını
Sağaltdın otuz günə.
Sadiq oldun bu vətənin
Hər əmrinə, hökmünə.
Qarabağın qara bəxti
Şükür çıxır ağ günə.
Şəhidim, şanlı şəhidim,
Zəfər ünvanlı şəhidim.
* * *
Keçdin cavan həyatından
Həyat verdin yurduna.
Qələbəni qanla yazdın,
Ənam etdin orduna.
“Hücum” deyib qanadlandın,
Öndə oldun həmişə.
Qorxu-hürkü bilmədiyin
Gündə oldun həmişə.
Qartal kimi qanadlanıb
Kəsdin yağı üstünü.
Qoy pir deyib qucaqlayım
Heykəlini, büstünü!
Şəhidim, şanlı şəhidim,
Zəfər ünvanlı şəhidim.
* * *
Dilimizdə ən yaralı
Bayatısan, ağısan.
Anaların göz yaşısan,
Sinələrin dağısan.
Ayın bulud örtüyüsən,
Günün qürub çağısan.
O müqəddəs pak ruhunla
Qovuşmusan Allaha.
Vətənini çıxartmısan
Bir işıqlı sabaha.
Şəhidim, şanlı şəhidim,
Zəfər ünvanlı şəhidim.
* * *
Bu torpağın yarasına
Sarğı olub bədənin.
Sən ən uca məqamısan,
And yerisən Vətənin.
Hüzurunda baş əyirəm,
Diz çökürəm mən sənin.
Bütöv əsər yazmalıyıq
Yarımçıq ömrün haqda.
Ruhun Tanrı qucağında,
Nəşin qara torpaqda.
Torpaq qədər əbədisən
Şəhidim, şanlı şəhidim.
Yurdun paklıq məbədisən
Zəfər ünvanlı şəhidim!!!

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XALİQ AZADİ. “COVİD”in “öpüş” variantı.

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI

“COVİD”in “öpüş” variantı

Dünən bir yaxın dostum söhbət etdi: “Filankəslər xəstələniblər. Bilirsən də, adətimizi. Düşüblər balaca bir məclisə. Orada da, adətə uyğun “març-murç”. Sən demə, birisi viruslu imiş. Nəticədə hamı xəstələnib…” Allahdan onlara şəfa diləyirəm!

Bizim xalqı bütün dünyadan fərqləndirən, unikallaşdıran bir neçə adətlərimiz var ki, onlardan da birisi öpüşmək adətidir. Yox, yox, demirəm ki, bizim xalqdan çox öpüşən yoxdur! Bizim xalq bəlkə də, ən az öpüşəndir! Söhbət ondan gedir ki, hansı “öpüş”dən danışırıq. Azərbaycan öpüşü unikal və heç bir xalqın düşünə bilməyəcəyi formadır, SOSİAL ADƏTDİR.

Əvvəlcə, xeyrindən yazım ki, bilinsin – öpüşməyin əlehinə deyiləm.

İnsanın ürəyinə sevincgətirən, bədənə, ruha əvəzsiz xeyri olan 3-4 fiziki hərəkət vardırsa, bunlardan birisi öpüşməkdir. O öpüşmək ki, iki əks cinsli insanın arasında olsun. Uzun həsrətdən sonra yaxınların öpüşməyi də gözəl effekti ilə fərqlənir. Belənçi “öpüşmək” sözünün özü, artıq müsbət emosiyadır. Öpüşə hazırlıq özü sevincdir və ürəyə oksigen axınıdır.

Öpüşün birinci yaratdığı oksitosindir, onu “sevgi hormonu” da adlandırırlar. Fiziki təmasdan yaranan bu ferment bir-birinə bağlılığı, ürəkdə sevinci, fəxri hissləri artırır.

Öpüşmək sevinci ürək döyünməsini gücləndirir, nəfəs tezləşir, damarlarda qan axımı sürətlənir, hüceyrələr oksigenlə daha yaxşı təmin olunurlar.  Döyünmə 110/dəqiqə çatır, bu da ki, infarct riskin azaldılması və bəzən, qarşısını almaq deməkdir. Maraqlı burasıdır ki, ürəkdən gələn öpüş zamanı qan dövranı və ürək döyüntüsü nə qədər güclənsə də, təzyiq bircə məqsədə üz tutur – normallaşmağa!

Eyni zamanda, öpüşmək idmandır. Alimlərin araşdırmasına görə, öpüşmədə üzün 30-dan çox əzələsi iştirak edir. Bir dəfəlik öpüşdə 5 kalori yanır, 1-1.5 dəqiqə öpüşdə isə 40 kalori xərclənir. Ona görə də, kalori xərcləmək istəyənlərə 10-15 dəqiqə öpüşmək heç də yersiz olmaz ilin sonu üçün bir neçə kilo “itirməyə”.

Dünya neyrobioloqların jurnalı “Physiology & Behavior” maraqlı bir yazı dərc edib. Yapon alimləri atopikekzema –  atopikdermatit və onun gələcək “yoldaşı” ola bilən allerqikrinit – burun gicişməsi xəstələrini musiqi altında 30 dəqiqə sevdikləri ilə öpüşməyə məcbur etmişlər. Siptomlar olduqca azalmış, ümumi vəziyyət xeyli yaxşılaşmışdır.

Öpüş yolu ilə böyrəküstü vəzilərin ifrazetdiyi və hirsin – stressin requlyatoru olan kartizolun miqdarını azaltma qolur.

İşdə yaranmış stressin ürəyə təsirini evə gəldikdə həyat yoldaşı ilə ikicə dəqiqəlik ürəkdən gələn öpüşlə heçə endirə bilərik. – (Tobias Esch, George B. Stefano: “Məhəbbətin neyrobialogiyası, İng. d.)

İndi isə, daha maraqlı açıqlamalar.

Öpüşməyin digər təzahürü – təkrar edim ki, söhbət əks cinslərin təmasından gedir – ağız suyunun öpüşənlər arasında mübadiləsidir.

Nə qədər tez-tez öpüşmə – ağız suyu mübadiləsi olarsa, orqanizm bir elə viruslara qarşı tez immunitet yaradar. Öpüş zamanı öpdüyümüz insanla ağız suyunda olan bakteriyalar mübadiləsi gedir. Sadə izahı: Tibb elminə çoxdan məlumdur ki, hər birimizdə bizimlə yaşayan bakteriyaların 20%-i unikaldırlar, digər bədəndə təkrar olunmurlar. Elə həmin bu 20% bakteriyalarımızdır ki, immune sistemimizi məcbur edirlər viruslarla müharibə aparan antitel yaratmağa.  Bütün bunların hesabına bədən məşq edir, özünümüdafiə qabiliyyəti güçlənir. Bax beləcə, öpüşməyin bədənə, hissiyat orqanlarına sevinc içərisində sağlam yaşamaq üçün bəxş etdiyi əvəzolunmaz əlamətlər bunlardır.

Bu qeyd etdiklərim yalnız Sevgidən, Məhəbbətdən Doğan Öpüşlərə aiddir. Azərbaycanda hökm sürən “març-març” – “öpüşmə” social adətin (xəstəliyin) sağlam öpüşməyə heç bir dəxli yoxdur, ya da, azdır. Azərbaycan öpüşünü iki qrupa bölürəm özlüyümdə. 1).Lazımsız; 2)Əcaib və başa düşülməyi mümkün olmayan Pis. 1)- Qocalarımız az-maz tanış olan, qonaq kimi görünən bütün böyük – kiçikləri qucaqlayıb öpürlər. Qadınlarsa biri birilərini və biri birinin uşaqlarını. Əksər vaxtda uşaqlar bu öpüşdən qaçmağa çalışırlar. Yox, qaçıb tuturlar, məcbur öpərək (çox vaxt) yalançı məhəbbəti izhar edirlər. Nə mənim uşaqlıq vaxtımdan bu günəcən, nə də mənim uşaqlarımın xoşumuz gəlmir kənar şəxsin öpüşünə. Yaxşı, xala-bibi bir dəfə öpsün və əzizləsin. Qonşuya qonaq gedir uşaq, marçıltı düşür, qohuma qonaq gedir – marçıltı düşür. Bu 1-ci qrupu yenə çətinliklə də olsa qəbul etmək olar. Ən dəhşəti ikinci qrupdur.

Kişilərin öpüşməyi! Bilmirəm, dünyada ikinci bir xalq varmı, belə lazımsız kütləvi vərdişli? Ata oğulla görüşər – nə olar, öpüşərlər, qardaş qardaşla həmçinin. Daha, iki gün qabaq ayrıldığın dost-tanış niyə səni bağrına basıb öpməlidir ki? Sən də etiket xatirinə məcbursan, öpüşə cavab “viziti” edəsən, öpəsən! Kimsə səni öpür, sənsə öpməsən, deyəcək hörmət etmir. Və yaxud, dünən dostumun söhbət etdiyi şərait: dörd nəfər qonaq yaxınlaşırlar yaxın bir tanışın 5-6 nəfərlə oturduğu stola. Uzun müddətdir görüşməyiblər guya, düz BİR HƏFTƏ keçib son görüşdən, öpməlidir! Durur ayağa, març-murç dördünü də öpür! Qalan yoldaşlar da hörmət-izzət əlaməti olaraq öpüşməyi təkrar edirlər. Nəticədə o dörd nəfərin ailə üzvləri də daxil olmaqla 5-6 xəstə ailə çıxır ortaya!

Belə adətin müsəlmançılığa heç bir dəxli yoxdur. Heç türkçülüyə də dəxli yoxdur.

Nə özbək xalqında (üzü-üzə yaxınlaşdırmaq, ya da çiyini çiyinə söykəmək), nə qırğızda (özbəklə oxşar adət), nə türkdə belə adət yoxdur. İnquş, çeçen adəti çiyini çiyinə vurmaqdır. Digər xalqlarda adət əl verib görüşməkdir.

Heç olmasa, bu qorxulu bir zamanda, COVİD-n hücum etdiyi dövrdə bu lazımsız (pis) adəti qoyun qırağa. Özünüzə yazığınız gəlmirsə, qabağınızdakına qayğı göstərin, uzaq durum ondan!

Ən başlıcası isə unutmayın: Sevdalı öpüş dərmandır min dərdə! Sevin, sevilin və yalnız Sevdiklərinizi öpün! Dünəndən görmədiyiniz yolla keçən tanışı, yaxud, köhnə iş yoldaşınızı yox!

Müəllif: XALİQ AZADİ MƏMMƏDOV

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN AZƏR TURANIN DOĞUM GÜNÜDÜR!

AZƏR TURANIN YAZILARI

Bu gün gözəl insan, əsl ziyalı, dəyərli alim, tənqidçi, publisist, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın doğum günüdür! Şad günü münasibəti ilə onu təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!


AZƏR TURANIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VƏTƏN VƏ ŞƏHİDLƏR

MÜSABİQƏ ELAN OLUNDU 

ŞƏHİD, ALLAH AMANATI
Bizdən ayrılıb gedirsən,
Şəhid, Allah amanatı!
Güllü, bayraqlı gedirsən,
Şəhid, Allah amanatı!
* * *
Dava günü davalanan,
Nərə çəkib havalanan.
Daş-qayada yomalanan,
Şəhid, Allah amanatı!
* * *
Yorulmusan dincəl, yavrum,
Qaşı çatma, teli qıvrım,
Paltar cırıq, üz-baş sıyrım,
Şəhid, Allah amanatı!
* * *
Ağacda bubbular qaldı,
Göl qurudu qular qaldı,
Silah dostun ular qaldı,
Şəhid, Allah amanatı!
* * *
Eşqdi Vətən həvəsi,
Qanın yurda su əvəzi
Harda verdin son nəfəsi?!
Şəhid, Allah amanatı!
14.09.2022.
Müəllif: İlham QƏHRƏMAN

VƏTƏN
Güllələrdi, mərmilərdi,
Külək deyil burda ötən.
Nərəsindən dağ titrəyir,
İgidindi yurda yetən.
Çağla Vətən, çağla Vətən!
* * *
O ölməzdi, yenilməzdi,
Yağılardı ölən, itən.
Uğurunda şəhid düşən,
Bir layladı burda bitən,
Ağla Vətən, ağla Vətən!
* * *
Bax, səmanda qara bulud,
Ağır- ağır, çətən- çətən.
Al göyündən, götür birin,
Sar alnına, sarı, lütfən,
Bağla Vətən, bağla Vətən!
15. 09. 2022.
Müəllif: Təvəkkül GORUSLU

ŞƏHİD
Qurban boyuna, şəhid,
Düşdük oyuna, şəhid.
Dörd bacı həsrət qaldı,
Qardaş toyuna, şəhid.
* * *
Qələbə acı – şəhid,
Qeyrət ağacı – şəhid.
Gözü yaşlı bacının
Başının tacı – şəhid.
* * *
Ananın nəri – şəhid,
Bacının şiri – şəhid.
Bir gözəlin xəyalı –
Pəhləvan əri – şəhid.
* * *
Ata qüruru – şəhid,
Məzarın nuru – şəhid.
Tezliklə göstərərik,
Yağıya zoru, şəhid.
* * *
Elin and yeri – şəhid,
Ocağı, piri – şəhid.
Qisası alacağıq,
Yol yoxdu geri, şəhid.
* * *
Zəfər andı verənlər,
Dərdə sinə gərənlər,
Şəhid qanlı torpaqda
Doğulacaq ərənlər.
14.09.2022.
Müəllif: Vaqif OSMANOV

AY VƏTƏN
Bu boyda şəhid yükünə
Dözürsə qəddin, ay Vətən.
Mütləq bir gün bütövləşər
Sərhədin, səddin, ay Vətən!
* * *
Kəsilməyib səsi, ünü,
Tarix olan qırx dörd günün…
Yağılara öz gücünü
Yaxşı göstərdin, ay Vətən.
* * *
Qabağında ağır yasın,
Şah vüqarın qoy sınmasın.
Sən tapda ki… tapdanmasın
Cığırın, rəddin, ay Vətən.
* * *
Başdan-başa düşmən şərdi,
Şəri boğmaq bir hünərdi.
Alovlara sinə gərdi,
İgidin, mərdin, ay Vətən.
* * *
Yaxındadır Turan turu,
Yenilməzdir türkün zoru.
Dəhliz edər Zəngəzuru
Bu qalib həddin, ay Vətən!
14.09.2022.
Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qələndər Xaçınçaylı – “Əliş və Anna” kitabı bizi 700 il bundan əvvələ apardı

QƏLƏNDƏR XAÇINÇAYLININ YAZILARI

“Əliş və Anna” kitabı bizi 700 il bundan əvvələ apardı
Söz hikmətdir, Tanrının yaratdığı gözə görünməyən bir varlıqdır. O varlığı hər adam görüb, onu dərk edə bilmir. Söz də Quran kimi müqəddəs, bayraq kimi ucadır. Sözün ucalığını söz sahibləri, sözdən qala tikənlər, çələng hörənlər bilər. Söz əsl yazarların, söz ustadlarının əlində mum kimi mütəhərrik bir şeydir.
Hansı yana, hansı mərtəbəyə istəsə, onu o istəqamətə yönəldə bilər. Sözlə tarixi keçmişimizi, vətən-torpaq yolunda canlarından keçən igid oğuların əfsanəvi qəhrəmanlığını, eləcə də gözəl sənət adamlarını qələmə alır, sözlə tarixə çevirib onu yaşadır. Bədii obrazlarla onu nağıllaşdırır… Bu tarixi qəhrəmanlar, tarixi şəxsiyyətlər poetik dillə gəlıcək nəsilərə çatdırılır. Tanınmış şair və publisist Zaur Ustac da məhz söz qədrini bilən ziyalılarımızdan. Söz sahiblərindən biridir. Onu qısa vaxtlarda tanısam da, amma yaradıcılığına çöxdan bələdəm. Zaur Ustacın özünə məxsus poetik düşüncəsi, yaradıcılığı var. Nənələrimiz milli ənənəllərimizi ilmə-ilmə xalçalarda toxuduğu kimi, şairlərimiz də hər bir sözü ilmə edib öz gözəl əsərlərini yazıb ortaya qoyurlar. Zaurun bir şair kimi digərlərindən fərqləndirən cəhət onun sözə qənaətlə yanaşmasıdır. Vətənə, torpağa olan hədsiz məhəbbətini sözə, poetik obraza çevirib qələmə almasıdır. O ən çox tarixi hadisələrə müraciət edir. Onun 18 kitabı nəşr olunub. Əsərləri Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olan Mübariz İbrahimov kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yollarından və Qarabağ ağrılarından bəhs edir. Eləcə də Azərbaycanın tanınmış tarixi şəxsiyyətlərinin, incəsənət adamlarının və memarlarının keçdiyi həyat yolunu bədii obraza çevirib sadə dillə oxuculara çatdıra bilir.
Qeyd edim ki, təzəcə işıq üzü görmüş ”Əliş və Anna” poeması da şairin 19-cu kitabıdır. Xatırladım ki, adıçəkilən kitab görkəmli memar Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınıb. Kitab yubley tədbirləri çərçivəsində nəşr olunub. Qısa şəkildə desək, bu kitab memarın keçdiyi həyat yolundan, Moskvanın, Kremilin tikintisindən və eləcə də Əliş bəylə Annanın arasında mövcud olmuş nakam məhəbbətindən bəhs edir.9 fəsildən ibarət olan bu kitab iki dildə Azərbaycan və fars dilərində çap olunub. Bu əsər tamamilə klasik fikirlərə, Ulu Yaradanın böyüklüyünə, Insani dəyərlərə söykənir. Bir memarın əl işləri, yaratdığı Kreml kimi böyük bir sənət əsəri poemada geniş yer alır. Memar Əliş bəy bir Azərbaycanlı balasının böyük sənətkarlığından, yüksək memarlığından xəbər verir. Əsərdə Əliş bəylə Annanın saf məhəbbəti. onların nakam sevgiləri ustalıqla qələmə alınıb. Bu əsərdə sevginin böyüklüyü, heyrətəmizliyi, sevgi müqəddəsliyi Tanrı zirvəsinə qədər yüksəlir. Elə şairin yaradıcılığındakı üstün cəhət, böyüklük ondadır ki, dahi Nizaminin, Füzulinin, Xətainin yaradıcılığından bəhrələnməklə böyük bir sənət yolu keçməsidir, bir sözlə çağdaş ədəbiyyatımızın memarına çevrilməsidir. Bir müqqəddəs şəxsiyyət. söz adamı kimi onlara daim sitayiş edib, sözün böyüklüyü qarşısında baş əyir, ən əsası odur ki, müqəddəsliyi qoruyub saxlaya bilib. İnanıram ki, bu kitab neçə-neçə oxucunun qəlbinə yol tapacaq.
Yeri gəlmişkən qeyd edim ki, Zaur Ustac həm də xeyriyyəçiliklə məşğul olur. Ona görə də Zaur Ustac bu il Milli Qəhrəman Mübariz İbrahimovun 30 yaşı tamam olması ilə əlaqədar fevral ayında “Mübariz” anım-tanıtım xeyriyyə tədbirləri çərçivəsində biri cəbhə bölgəsində, biri rayon mərkəzlərinin birində, digəri isə paytaxtın tanınmış məktəblərinin birində olmaqla- 3 məktəbdə tədbirlər keçirəcək. Tədbirlər çərçivəsində Zaur Ustacın bizi Qarabağa səsləyən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi döyüş yolundan yazdığı “Oriyentir ulduzu” kitabının 5-ci nəşrin əsasında təkrarən nəşr olunmuş kitabı şagirdlərə. tədbir iştirakçılarına və həmin məktəblərin kitabxanasına hədiyyə ediləcək.
İlkin mənbə: Həftə içi.- 2019.- 30 yanvar.- S.8

Müəllif: Qələndər XAÇINÇAYLI

QƏLƏNDƏR XAÇINÇAYLININ YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əvəz Lələdağ – YURD HƏSRƏTLİ POEZİYA

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

YURD HƏSRƏTLİ POEZİYA

Rafiq Yusifоğlunu çoxdan tanıyıram. O da Sumqayıt kimi gözlərim önündə kərpic-kərpic, pöhrə-pöhrə böyüyüb, böyüdükcə Sumqayıta sığmayıb. Zəngin söz dünyası olan Rafiq Yusifоğlu yurd həsrətli, lirık şairdir. O, yaşadığı aləmi daima təbii, saf, gözəl görmək istəyir. Onun şeirlərini oxuyarkən çox sadəliyin içində bir müşkül mürəkkəblik görürsən. Düşünürsən ki, bundan asan nə var ki? Amma dərk edəndə ki, onun ləngərli misraları ürək qanı, göz yaşı, sevgi həvəsi, gül qönçəsi, çiçək zərifliyi, çəmən gözəlliyi, dərə dərinliyi, bulaq sərinliyi və dağ ucalığından qidalanıb, ecazkar möcüzələr qarşısında acizləşirsən. Bir qədər sonar bu ilahi sözlər güc, qüdrət, ilham verir, qanadlanırsan, əngin səmanı dolaşırsan, göylərdə süzür şirin xəyalın…

Şair cəmiyyətdə gedən prosesləri diqqətlə izləyir, əzəznləri, əzilənləri, güclüləri, zəifləri, zülmkarları, qurbanları görür, çıxış yolu axtararkən ağzı qayaya dirənir, cəmiyyətdə bircə qanun olduğu qənaətinə gəlir: kim güclüdürsə, o da haqlıdır. Güclülər puluna, silahına güvənir. Şair haray çəkir, haqsızlığa qarşı asi çıxır, lakin sonar təəssüflə deyir:

Sağmal inəyimiz qısır qalıbdır,

Sarı sünbül olub qızıldan baha.

Bizim dəyirmanlar insan üyüdür,

Gərəyimiz deyil qızıl dən daha!

Şair başımızı ağardan “çax-çax”ları, dələduzları, para, mənsəb, şöhrət və vəzifə düşkünlərini “üyütmək” üçün xeyirxah, səmimi, doğruçu adamlara arxalanır, güvənir.

Çax-çax başımızı yaman ağrıdır,

Çoxdan həsrət qalıb dəyirman una.

Gəlsin siyasətin Donkixotları

Bizim məmləkətin dəyirmanına…

Rafiq Yusifоğlu dogma yurd-yuvasına, el-obasına, dağına – dərəsinə, çölünə-çəməninə, yalına-yamacına, yoluna-irizinə ürəkdən bağlı olduğu üçün vətənin hər qarış torpağını hədsiz məhəbbətlə sevir.

Mistan, Qızılqaya, Səngər, Yazı düzü, Üçtəpə, Həkəri, Bərgüşad, müqəddəs ziyarətgahlarımız dilindən düşmür şairin.

Rafiq Yusifоğlunun “Həsrət köçü” kitabı oucularla yeni görüşüdü. Kitabın bölmələri – “Yurd həsrəti”, “Alnıma yazılan yazı”, “Bu dünya bir nağıldı”, “Torpaq nəğməsi”, “Əsgər nəğmələri” çox mətləblərdən xəbər verir, oxucunu səfərbər olmağa, işğal altında qalan torpaqlarımızı azad etməyə ruhlandırır. Şair yarımçıq, köntöy, vaxtı-vədəni bilməyən, dünyadan gözü doymayan adamlara sərrast söz qamçısı vurur.

Camaat duzdan qayıdır,

Sən hələ duza gedirsən.

“Həsrət köçü” kitabının bir uğuru da odur ki, kəndçiliyimiz, ilkinliyimiz, qorunub saxlanıb. Şairin bütün kitab boyu sezilən vüqarı sınmır, əyilmir. Əksinə, özünü dərk edən vüqarlı oxucuda minnətdarlıq hissi oyadır.

Şair tərəqqinin tərəfdarıdır, lakin orda milliliyimizə xələl gətirən element görəndə üsyan edir. O tərəqqi ki, məni sazımdan, tütəyimdən, balabanımdan, qara zurnamdan, milliliyimdən ayrı salıb uzaqlaşdırır, mənə belə tərəqqi lazım deyil, – deyir.

Mən kitabı oxuyanda özümdə bir gümrahlıq, yüngüllük və təsəlli hiss etdim. Mən şair dostuma, qardaşıma möhkəm cansağlığı, iti qələm, mənalı ömür, coşqun ilham arzulayıram. Gün o gün olsun ki, həsrət körpüsündən qələbə bayrağı ilə keçək, ulu Zəngəzurda görüşək…

İlkin mənbə: “Sumqayıt” qəzeti, 16 yanvar 1999-cu il.

Müəllif: Əvəz LƏLƏDAĞ

ƏVƏZ LƏLƏDAĞIN YAZILARI


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hikmət Məlikzadə – “QƏM YAĞIŞI”NIN VİDA SOYUĞU

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI

“QƏM YAĞIŞI”NIN VİDA SOYUĞU

(Xaliq Azadinin romanı haqqında qeydlər)

Əslində, romançılıq da ədəbi tədqiqat işidir. Bunu bir ehtimal sanmayaq, çünki nəsrin ədəbi situasiyaları (geniş anlamda) bir roman xisləti yaradır və bu rakurs öz miqyaslarını əhatəli baxış bucaqları vasitəsilə xarakterizə edir. Doğrudan da, romançılıq təkcə bədii xarakteri ilə deyil, həm də ictimai zərurəti ilə ehtiva olunur. İstedadlı qələm sahibi Xaliq Azadinin romana, ümumiyyətlə, nəsrə münasibətindəki qabarıq aspektləri də bu zərurətin bir səciyyəsi kimi mənalandırmaq olar. Açığı, onun 2020-ci il tarixdə fitrətli yazar Əli bəy Azərinin redaktorluğu ilə «Zəngəzurda çap evi» nəşriyyatında işıq üzü görmüş «Qəm yağışı» (nəsr) kitabı da bu xarakterə zəruri əsas verir. Bəri başdan deyək ki, duyğusal tərənnümlə başlayan, pünhan məcralarda təlatümə uğrayan və sonra da bir anın içində daşlaşan məhəbbətə ithaf kimi səciyyələnən bu kitab müasir baxışlıdır, burada zəruri-effektiv və ədəbi məna ürəkyaxıcıdır, hadisələr oxucuda isti könül çırpıntıları yaradır, müəllif əsər boyu ictimai zərurətlərə (öz şəxsi fonunda) bir təsnifat verir, əsas da səmimi-konkret fikirlərin kompozisiya və bədii-ictimai məğzini maraqlı statuslar kimi təqdim edir.

Bir özbək qızının bir azərbaycanlı oğlanla pünhan çevrələrdə qurduğu və qısa zamanda qəm yağışına çevrilən sevda yanğıları müəllifin təhkiyəvi zəmini olsa da, mövcud ədəbi reallıq tamamilə başqa münasibətlərdən qaynaqlanır: o mənada ki, yeniyetməlik və gənclik hüdudlarında çırpınan, ikitərəfli milli dəyərlərə aludə paradok yaradan İnqa və Azadın könül xoşluğu (bəlkə də) içlərində qəfil kükrəyən ötəri hissdir, fəqət zaman komponenti bu hissin qaynar bir sevgi olduğuna dəlalət edir və oxucu olaraq müəllifi saran odun-atəşin kövrək çınqılarına baxış ötürük.

Bir növ, fəlsəfi-modern əhatə cızan “Qəm yağışı”nda mətn özünüdərk yaradır, mövzu bitkin məntiqlidir, müəllifin fikirtəqdimetmə dürüstlüyü həyatabaxışın sivil tərzləri kimi xarakterizə edir. Lakin fərdi mülahizədəki pessimistlik ovqata bir qədər əks təsir bağışlayır. Bu da şübhəsiz, müəllifin (ictimai ampulada) modern çək-çevirə məruz qalmasından irəli gəlir. Çünki buradakı məhəbbət də, o məhəbbətə müntəzir surətlər də (başqa əsərlərdəki kimi) eyni və oxşardır, fərqli olan xoşovqat zaman uçqununda fövqəl izdivaclara eyhamlı eniş etməkdir. Və səmimi deyək, müəllifin ədəbi ismarıcı vahiməlidir, qorxulu hislər yaradır. O mənada ki, “Qəm yağışı”nda məhəbbət bir kodeks olaraq təlatümlü həyat zərurətidir, müəllif eşqanə nüansları (nəticə etibarilə) bir kod altında sistemləşdirib.

Romanı duyğusal edən təkcə sevgi hücrələri deyil, həm də milli duyğulardır. İnqanın da, Azadın da aludə olduqları məhəbbət onları (dərhal) təsir altına almır, əksinə, bu isti baxışlar ruhsal quruluşludur deyə, baş obrazlar vətən proseslərini sevgidən irəlidə görür, bu səmimiyyətə sanki bir büst qoyurlar. Elə əsər boyu duyğusallığın ictimai-ədəbi təsir miqyaslarını böyüyən və artan həddə gətirən də məhz bu mənalardır.

«Qəm yağışı»nda milli heysiyyətə ünvan verən dramatik zərurətlər çoxluq təşkil edir. Baş obrazlardakı cürət, mübarizə məğzləri qabarıqdır, ən başlıcası, hər iki tərəf üçün (dediyimiz kimi) Vətən obrazı daha müfəssəldir.

Müəllif (belə deyək) əsər boyu sevgini fərqli xarakterizə edir; sovet dövrünün sevda çınqıları ilə müasirliyin gətirdiyi çılpaq sevgilərə yerlə-göy uzaqlığında fərq qoyur, elə İnqa və Azadın çabaladığı nakam məhəbbəti də məhz bu paklıqda cilalayır. Təəssüf ki, sonradan bu saf sevgini vahimə dolu anların yaradacağı dəhşətlər müşayiət edir, ardınca da hər iki obraz nakam acıların içində bir səcdəlik haqqı tapır.

«Qəm yağışı»nda adi hislərin məhəbbət qəlibində kükrəməsi – təcəllası mistik-ictimai səciyyə kəsb etsə də, ruhsallıq epik məğzi romançılıq qatlarına yüksəldir, müəllif sanki oxusunu əzabın dadına baxmaq şərəfinə nail edir, fəlsəfi ovqat yaradır. Maraqlıdır ki, bu ədəbi kreativlik təkcə İnqa və Azadın durğun baxışlarında məna vermir, həm də müəllifi bu fövqəl zərurətə (ciddi) sövq edir.

Qeyd etdiyimiz kimi, romanda əvvəlki illərin ənənəvi ovqatları, insan-mühit və tale seyrçiliyi də diqqətdən kənarda deyil. Sosial qayə, ictimai həssaslıq və bu zəmində ehtiva edən həyat reallığı da oxucunu düşündürən əsas ədəbi elementlərdir. Bəlli ki, müəllif bu prosesdə fəal tərəfdir, əsas etibarilə ruhi istismarı qətiyyətlə pisləyir, etinasızlıq və diqqətsizlik hallarını xeyirxahlıqla tənqid edir.

Bu rakursda romanda iç titrədən son səhnəni təqdim edək:

«İlk əvvəl kiçik damcılardan başlayan yağış aramsız və gur yağan leysana çevrilmişdi. Azad gözətçinin daxmasının divarına söykənərək İnqanın yatdığı yerə zilləmişdi gözünü. Birdən düşündü ki, doğrudan da bu yağış indi boş-boşuna yağmır. Bu lesanı yağdıran İnqanın ruhudur. Nakam arzuların çağırışıdır. İnqa istəmir ki, Azad tez vidalaşıb getsin. Tək qalacağını bilir…»

Bu epik parçada vida çığırtısı var. Müəllifi labirintə salan hislər onu ərzinə çatmaq istədiyi fikrin mahiyyətini tapmağa sövq edir. Və sonra da bu kodeks daha mürəkkəb əhatəli olur: oxucu da, müəllif də, elə baş obrazları nakam hücrədə sıxan epik təlatüm də çiliklənmiş güzgüdəki insan əksi kimi təsir verir. Bu mənada, «Qəm yağışı»nın sistem hüdudunda acı bir üzüntü, çılğın bir qəm şehi var. Baxışlarımız bu şehə bulandıqca hislərimiz fəza qatına qalxır, orada sanki Azadı təklik girdabına itələyən sevdasızlığın rəngini, İnqanın nakam eşqin tufanında yoxluğa atan həyatın fövqünü görmək istəyirik. (Müəllifin də dediyi kimi) bu, mümkünmü?

…Bütövlükdə isə tale və həyat gedişatı maraq doğuran «Qəm yağışı»nı Xaliq Azadinin uğuru hesab etmək olar.

Müəllif: Hikmət MƏLİKZADƏ,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səma Muğanna – Göy üzünün əmanəti

SƏMA MUĞANNANIN YAZILARI

               Göy üzünün əmanəti

O, sonuncu qatarın gəlişini gözləmədən qaçıb getdi. Bu gedişin sonunda müəmmalı qalan hadisə də onun qara paltarı idi. O şəxs heç vaxt kimliyini söyləməzdi. Simasını bir-iki dəfə gördüyümü xatırlayıram,amma o da lap uzaqdan. Yadımdadır, onun simasına diqqətlə baxanda qorxu və vahimə içində qara paltarlı libasını yerdən sürükləyərək qaçıb getmişdi. Bu gediş də indiki kimi səssiz-səmirsiz, yalanlarla dolu, bəlkə də xəyanət qarışıq son əlvida mesajı idi. Kimliyini bildiyim vaxt artıq çox gec idi. Onun kimliyi indi mənə lazım deyil.

    “Onun kimliyi indi mənə lazım deyil”  dediyim an gözlərim məndən oğurlandı. Sanki o vaxt anladım ki, gözlərimin şahid olduğu bu dəli-dolu fırtına alıb gizlətmişdi ən gizli evində…

   Bu gün təbiət yuxudan oyanmışdı. Artıq əvvəlki kimi müharibə, dava, insanların ətrafa təlaşla qaçması, hətta çoxlarının qorxudan evindən belə çıxmaması kimi faciəvi günlər yox idi. Aylar sonra yenidən həyata qayıtdığımı hiss etdim. Oyanıb yerimdən qalxanda gecədən açıq qalan pəncərəmin önünə keçdim və dərin nəfəs aldım. Bir az pəncərənin qabağında hava alım, sonra havaya çıxacam -deyə düşündüm. Saçlarıma yavaş-yavaş sığal çəkir və köhnə xatirələri yada salırdım. Bu köhnə xatirələri yada salmışkən, isti çayımı və şokoladımı alım və bu gün üçün dəftərçəmə qeyd yazım.

    Havalar soyumadan müharibənin gəlişi bizi yad küçələrdən alıb evimizə sürükləmişdi.Aylar sonra pəncərədən mavi Səmanı, qatar kimi süzən quşları, bülbüllərin nəğməsini eşitmək yuxu kimi idi…

    Adətim üzrə hər səhər yuxudan oyananda nə xörək-çörək, nə də şirin çay içərdim. İsti qaynar çayımla şokoladım mütləq olmalı idi. Onları alıb gəldikdən sonra masa arxasına keçib dəftərçəmə kiçik qeydlər apardım.

 -Xoş gəldin, yaz Günəşi! Bu gün təbiəti yuxudan oyandırdığın üçün təşəkkürlər! Köhnə xatirələrimi də çay kimi dəmləyib kağızın üstünə qoyub getmişəm. Bax, şəkillər ordan mənə baxır. Axı sən sübh tezdən doğula bilərsən, bəs yaxşı niyə doğulmursan? Cavabını söylərkən mən yuxuda olarsam, məni mütləq oyandır.

   Elə deyəsən, dediyim də oldu. O gündən sonra bədənimi deyil, sanki gözlərimi çarmıxa çəkdilər. Ətrafımdakı bütün gözəlliklərdən məhrum edildiyimi hiss etdim.

    Dəftərçəmi kənara qoyduqdan sonra isti çayımı içə-içə köhnə xatirələrin toplandığı albomu əlimə alıb vərəqlədim. Gözümün önündə film lenti kimi canlanan bu səssiz kadrlar anidən itdi. Qəfildən qapının döyüldüyünü, hətta bir ara pəncərəyə yağış damlalarının töküldüyünü də hiss etdim. Ayağa qalxıb qapıya tərəf getdikdə qapının deşiyindən baxdım, ancaq heç kəs yox idi. Ayağımı bir addım otağıma atırdım ki, qapı yenə tıqqıldadı. Öz-özümdən ürpənsəm də, tez panikaya düşmədən qapıya yaxınlaşıb: – “kimdir?” deyə səsləndim. Səs eşidilmədi, amma 5 dəqiqədən sonra yaşlı, qoca bir kişinin səsinə bənzər bir şəxsin danışdığını eşitdim:

-Siz kimsiniz? Məndən nə istəyirsiniz? Hər dəfə qapını vurub çalırsınız. Bu nə deməkdir?

-Günel, bayaqki sözünü xatırlayırsan? “köhnə xatirələrim də çay kimi dəmlənib, gəl, yaz Günəşi!”

   Bir anlıq qorxuya düşdüm. Bəlkə mən dəli olurdum? Yox,  yox! Mən nədəsə səhv edirəm, axı bu doğru ola bilməz!

-Öz-özünə danışmağı kəs, Günel!

-Bir dəqiqə, axı siz mənim adımı hardan bilirsiniz? Siz ümumiyyətlə kimsiniz?

-Qapını açma. Bax, qətiyyən deyirəm, əgər qapını açarsan…

    Yarıda kəsilən bu danışıqdan sonra dözməyib qapını açdım. Ətrafda heç kəs yox idi. Qəribədir, yoxsa mən dəli olurdum? Deyəsən, mən dəliliyə doğru addımlayırdım. Həkimə getsəm yaxşı olar.

     Bu sözü deyib qapını bağladıqdan beş dəqiqə sonra qapı yenə tıqqıldadı və bu dəfə məndən dəhşətli qışqırtı qopdu. Necə qışqırdımsa, qonşular səsimə toplandı. Qapını açıb “hər şey qaydasındadır, narahat olmayın” -deyib hamını evinə yola saldım. Gözüm yerə sərilmiş xalçanın üzərindəki məktuba sataşdı. Bu məktub bura necə gəlmişdi? Kim gətirmişdi? Kimdən idi? Eh, Günel, danışana kimi açıb oxusan.

     Məktubu yavaşca açdım. Əllərim titrədiyindən içəri keçib qapını iki dəfə içəridən bağladım. Məktubu yazı masamın üstünə qoyub oxumağa başladım:

   Qatar gecikəndə insanlar tələsir. İşə gecikəndə də insanlar tələsir. Bəs yaxşı, Günel, sənin həyatda tələsdiyin hansı məqamlar olub? Həyatındakı bütün gizli qalan sirrlərin hamısını bilirəm. Necə bildiyimi, yaxud hardan bildiyimi heç soruşma, çünki cavablamayacam. Sən heç mənim kim olduğumu da bilməyəcəksən. Bayaq qapını tıqqıldadıb gedən mən idim. Narahat olma, sən dəli deyilsən və heç həkimə görünməyin də lazım deyil. Sən hər şeyin fərqindəsən, eynən mənim kimi. Sən məni görmürsən, ancaq mən səni görürəm. Beyninə informasiya deyil, siqnal göndərməyə çalış. Xatırla, iki il bundan öncə qara paltarlı bir şəxslə tanış olmuşdun? Yenə xatırla, o şəxslə danışarkən nə hiss etmişdin? Heç nə. Elə deyilmi? Qızğın, soyuq qış fəslində qar, çovğun vaxtı dəhşətli müharibə idi. Bunları xatırlaya bilirsən? Müharibədə neçə-neçə şəhid verdik. Neçə-neçə igidimiz itgin düşdü. Sən də bax o insanın itgin düşməsinin səbəbkarısan! O insan səni özündən belə çox sevsə də, sən bunu heç vaxt bilmədin. Zamanı geriyə ala bilməyi heç düşünmüsən, Günel? Bax, bir məktubda sənə gör nə qədər sual ünvanladım. İndi sən söylə, bu sualları cavab verməyə hazırsan,ya da qadirsən? Mən deyim? Yox! Bilirsən niyə?! Çünki sən qorxularınla, keçmişinlə üzləşməyi bacarmırsan! O insanın sevgisini bu gün qazansaydın, bəlkə də göz yaşların o boş, saralan kağızlara tökülməzdi. İndi sənə əmr edirəm ki, illər öncə qaynar çay tökülən və sonra saralan o bomboz kağıza diqqətlə bax. Saxladığın yeri də bilirəm. Masanın künc tərəfindəki siyirmədə hamıdan gizlədirsən. Niyə gizlədirsən? Çünki etiraf mesajıdır. Bəlkə çoxları üçün etiraf mesajı, amma sənin ömür yoldaşın, dostun, sirdaşındır bu kağız parçası. Məktubu alıb oxuduğunda mən səni yenə izləyəcəyəm. Bəlkə də mənim kimliyimi  sorğulayacaqsan, amma zamanı gəldiyində biləcəksən. Səni bu vicdan əzabıyla baş-başa buraxıram, çünki sevdiyin şəxsin ölümünə səbəbkar sən oldun!

    Unutmadan deyim, bəlkə hardasa o insan qarşına çıxa bilər, bu normaldır. Ancaq o səndən həmişə simasını gizlədəcək. Əgər bir gün qovuşsanız, bil ki, tilsim qırılıb. Vaxtını bilmirəm, amma səni dərin yuxu gözləyir. Yaşayacağın kabuslara indidən hazır ol. Gözlərin olmayacaq.

   “Gözlərin olmayacaq” sözünü oxuduqda ürpənib kağızı kənara atdım. İçimdən dəhşətli hönkürtü qopdu. Bu an dəli dərəcəsinə gəldiyimi hiss edirdim, çünki əllərimdə başımdan yolub çıxardığım saçlarım vardı. O gün dedim ki, kaş müharibə yenidən qayıtsa, o müharibəyə qanlı-canlı girib onu tapardım! Kaş onun sağ olduğunu bilib, uzaqdan da olsa, sakitcə izləyərdim. Artıq çox gec idi.

   Təbiətin yuxusu bitsə də, məni dərin yuxu gözləyirdi. İndi əllərimdə yolduğum saçlarım, kəsdiyim qollarım, boynumdan asılan ipə bağlı olan Günel idim. İpi boğazımdan assam da, görün nə qədər qorxaq idim ki, onunla da özümü boğa bilmirdim. İnsan boğulanda iki duyğusunu itirmir: göz yaşlarının gözlərdəki ağrısını və ürəyindəki parça-parça olan xatirələri.

  Mənim xatirələrim çaynikdə qalan köhnə dəm kimi saralıb solmuş, saçlarım isə büküb kənara atdığım kağızlar kimi artıq ölü idi.

   Boynumdan ipi assam da, son xatırladığım qara paltarlı şəxsin köməyimə çatmağı oldu. İndi hardayam? Zaman məni hara aparır? Bu sualların cavabını tapmağa çalışsam da, son xatırladığım gözlərimin kiminsə bağladığıdır. Sonrası yalnız qaranlıq…

  2 il sonra…

   Artıq bu gün vaxt gəlib çatmışdı. 2019-cu ilin mart ayında intihara əl atdığımda yalnız xatırladığım qara paltarlı şəxs idi. Aylarca komada yatdım, çünki ip boğazımda sıxılmışdı. Onunla yanaşı gözlərimdəki göz yaşları qurumadan mənim gözlərim kor oldu. Ətrafımda heç kəsi görmürdüm. Bu gün o gün idi ki, gözlərim əməliyyat olunacaq və mən yenidən həyata geri dönəcəkdim. İndi mən təəccüb və heyrət içindəyəm ki, məktubu yazan şəxsin dedikləri necə ola bilərdi? Bəs müharibə?

   Bəli, bu danışdığım hadisəni mən yaşadığım an yenidən müharibə başladı. Cəbhə bölgəsində yüzlərlə şəhid torpağa verdik. Gözlərim kor olduğundan aylarca evə məhbus qalan mən, müharibədəki tank səslərini eşidirmişəm kimi kor gözlərimlə televizordakı xəbərləri dinləyirdim. Həkimim qollarımdakı izləri, əslində, döyüldüyüm üçün olduğunu zənn etmişdi. Ancaq elə bir hal yaşanmamışdı. Mənim gözlərim görməsə də, ürəyim sızıltını ,ağrını hiss edirdi axı! Nə qədər söyləsəm də mən öz canıma özüm qəsd etmişəm, amma həkimim inanmadı.

  Son dəfə bir şəxsin yanıma gəldiyini xatırlayıram. Mənə oxuduğum məktubu təkrarən oxudu və çıxıb getdi. Adını soruşduqda isə cavab vermədən çıxıb getdi.

    Bəli, 2 ildən sonra yenidən müharibə bitdi və yaz Günəşi doğuldu! Mənim gözlərim əməliyyat olunmuşdu. Artıq yenə evimdə isti çayım və şokoladımla birgə yazı masamın arxasında qələmimlə söhbətləşirdim.

    O gün, yəni evimə gəldiyim gün siyirməni açıb saralmış kağızı əlimə götürüb diqqətlə baxdım. Baxdıqdan sonra dedim:

-Əgər yaşayırsansa, sən Günelini qoyub getməyəcəksən, İlham, geri dön…

    Bu sözdən sonra yenə masa arxasına keçib qələmimlə söhbətləşərkən qapı tıqqıldadı. “Kimdir o?”deyə səsləndiyimdə yenə səs gəlmədi. Bu dəfə qapını açdığımda qara paltarlı şəxs ilə qarşı-qarşıya idim. Onun simasını görməsəm də, hiss edirdim. Bu, İlham idi! Mən elə iki il bundan öncə də zamanın mənə yaşatdığı hadisələri film lenti kimi izləmişdim. Sadəcə zaman qaçıb gedəndə mən ona bir az laqeyd yanaşdım.

    Anidən gözlərimdən yaş axdığında qara əlcəklərini çıxarıb göz yaşlarımı sildi və dedi:

-Sən mənim simamı görmək istəməzsən, əziz Günel…

-Yox, bu… Bu sənsənsə, mənə simanı göstərməlisən!

    Son sözümü qətiyyətlə dedim. Çox həyəcanlı idim. Gözlərim əməliyyat olunmuşdu və iki ildən sonra İlham qarşımda idi.

-Aç, gizlətmə!

– Günel, mənə söz ver!

-Nə sözü? Nə desən edərəm, İlham, təki sən simanı göstər!

 -Gözlərindən bir damla belə axmayacaq. Əgər axarsa, məni heç vaxt görə bilməyəcəksən danışırsan?

-Söz verirsən?!

-Yaxşı, İlham, söz verirəm!

    Simasını açarkən dəhşətli görüntüylə qarşı-qarşıya idim. Müharibə zamanı simasında yaranan yanıq izləri,çapıqlar və kor olan gözlərindən biri…

-Bəs..

-Günel, sənin əməliyyat olunmağın üçün gözümü sənə qurban verdim, sevdiyim! Gözüm sənin ürəyin, mənim ürəyimsə, sənin yaşamağındır! Sən nəfəs aldıqca mən də yaşayacam! İndi istəyirsən, məni bu halımla qəbul et, ya da..

   Son cümləsini tamamlamağa izn vermədən boynuna sarıldım,  amma onun yanında ağlamadım. Masa arxasında qələmimin şahid olduğu, kağızların isə göz yaşlarımla söhbətləşdiyini heç kim bilmədi.

    Barmaqlarımla simasındakı yara izlərinə toxunanda, sanki canımdan bir can qopub düşdüyünü hiss etdim. Mən ağrılarımı heç vaxt heç kimə söyləməzdim, ancaq bu dəfə ağrılarım o qədər şiddətli idi ki, dözməyib İlhamın qollarındaca hönkürtü çəkdim.

 Vətən mənə İlhamımı geri verdi, çox şükür, Tanrım, çox şükür! Bəlkə İlham qayıtmaya bilərdi, bəlkə də iki il deyil, hələ çox gözləyəcəkdim yolunu. Vətən, sənə heç vaxt üsyan etmədim, amma göz yaşlarımı saya bilmədiyimdən xatırlaya bilmirəm ki, göz yaşlarım səni incidib? Əgər sənin yurduna bir damla göz yaşı töküb incitmişəmsə, məni bağışla! Sənin qoynunda igid əsgərlərimizin qanı var! Torpaqda onların ruhu nəfəs alır! Şükürlər olsun ki, İlhamımın torpağını bağrıma basıb fəryad deyil, ürəyini, canını, mərdliyini, and yerini bağrıma basdım!

  Müharibə bitmişdi. Bu gün çiçəklər saçlarıma ləçəklərini, göy üzü gözlərimə şahidliyi bəxş etmişdi. Bir dəfə çalınan bu gözlər indi mənə göy üzünün əmanəti idi…

                  

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

                                

ARZU HEYDƏROVA XALİQ AZADİNİN ROMANINDAN YAZIR


XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI

ÜRƏKLƏRƏ QƏM GƏTİRƏN “QƏM YAĞIŞI”

Xaliq Azadinin “Qəm yağışı” romanı ilə tanışlıqdan sonra

İmzası ilə ilk dəfə tanış olduğum Xaliq Azadinin “Qəm yağışı” adlı romanını oxuduqdan sonra hələ də əsərdə baş verən hadisələrin təsiri altındayam. Romanı göz yaşlarıyla bitirdim. Bu, kiməsə qəribə görünə bilər, amma bir həqiqət var ki, onu müəllifin öz sözləri ilə anlatmaq istərdim: “Bəzən ürəkdə olan ən dərin və aramsız sızlayan yaranın da gücü yetmir həmin ürəyi tam ixtiyarında saxlamağa”.

Məncə bu mövzuda müəllifin nə qədər haqlı olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki insan heç də bütün hallarda hisslərinə qalib gəlməyi bacàrmır. Bu, aksiomadır… Beləcə ürəyimə hökm edə bilmədim mən də.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, “Məhəbbətin gözü kor deyil” və “Qəm yağışı” başlıqları altında nəşr olunmuş iki hissədən ibarət bu romanı ilə müəllif oxucunu kifayət qədər maraqlandıra bilmiş və sonda qəm yağışına qərq etməyi bacarmışdır.

Böyük Nizami Gəncəvinin:

Dumanla doldurub dünya üzünü,

Yatırtdım eşq ilə ağlın gücünü. – misraları ilə başlanan əsərdə müəllif Yaradanın bizə bəxş etdiyi ölçüyəgəlməz dəyərə malik olan sevgi mövzusuna müraciət etməklə, oxucusuna bu İlahi hissin nələrə qadir olduğunu anlatmaq niyyətində olduğunu bəyan edir.

Birinci hissə əsərin baş qəhrəmanlarından biri olan Azadın, ikinci hissə isə müəllifin dililə nəql edilir. Əvvəldən sona qədər oxucu əsərin sevimli qəhrəmanı olan İnqanın taleyinə görə narahat olur və buna görə də romanı fasiləsiz oxumaq, sonunun nə ilə bitəcəyini öyrənmək istəyi onu bir an belə tərk etmir.

Bəzən adama elə gəlir ki, bütün hekayələrin əvvəli gözəl başlanır və çox zaman beləcə davam edir. Sonu isə təbii ki, bəlli olmur. Romanda təsvir olunan azərbaycanlı Azadla özbək qızı İnqanın həyat hekayəsi də gözəl başlamışdı. Onlar ali təhsil aldıqları institutda, dekanatlığın qarşısında tanış olmuşdular. Milliyyətcə alman olan İnqa Özbəkistanda böyümüşdü və onun həyata baxışları yaşadığı ölkədə aldığı tərbiyə üzərində qurulmuşdu. O, özbək adət‐ənənələrinə əməl edən və bu xalqın milli‐mənəvi dəyərlərini xarakterində əks etdirən gözəl və ağıllı bir xanımdır. Özbəkistandan Krasnoyarsk şəhərinə ali təhsil almaq üçün gəlmişdi. Oxumaqla bərabər həm də ipək kombinatında çalışırdı. Eyni zamanda Azad da bu şəhərə Azərbaycandan gəlmiş, o da İnqa ilə birlikdə Politexnik İnstitutunda təhsil alır, eyni zamanda şəhərarası nəqliyyatda sürücü işləyirdi. Ümümiyyətlə, onlarla birlikdə bu qrupda doqquz millətin nümayəndəsi təhsil alırdı.

Hadisələr sovet dönəmində baş verir və hamımız bilirik ki, yaşadığımız zamandan fərqli olaraq o dövr internetin mövcud olmadığı dövr idi. Ayrı‐ayrı rayonlarda yaşayan insanlar bir‐birindən yalnız sahibinə bir həftə, yaxud on gün ərzində yetişən məktublar vasitəsilə xəbər tuturdular.

Aralarında əvvəlcə qrup yoldaşı, sonra dostluq, daha sonra isə sevgi münasibətləri başlayan Azad və İnqa dastanı, məhz belə bir dövrə təsadüf etmişdi. Orta məktəb məhəbbəti olan Solmazı bir daha görə bilməyəcəyinə əmin olan Azad onun şəkli və xəyalı ilə yaşayır, hadisələrin onun əleyhinə cərəyan etməsi ilə barışa bilmir və İnqaya qarşı ürəyində baş qaldıran sevgi hissini yaxına buraxmamaq üçün cəhdlər edirdisə də, bunları etməklə özünə və İnqaya qarşı nə qədər böyük haqsızlıq etdiyinin fərqində deyildi. İnqa isə onu saf və sonsuz bir məhəbbətlə sevirdi. Əsəri oxuduqca Azadın İnqaya qarşı etdikləri oxucuda qəzəb doğurur. Oxucu bütün qrup tələbələrinin qarşısında İnqaya gözəl sözlər söyləyib onu özünə bağlayan, onu dahi bir rəssamın bənzərsiz bir rəsm əsərinə bənzədən və bununla da aralarındakı sevgi münasibətlərinin yüksələn xətlə inkişaf etməsinə səbəb olan Azadın digər tərəfdən də təkəbbür və soyuqluq göstərərək məsum qızı özündən uzaqlaşdırdığına qəzəblənir. Eyni zamanda İnqanı da tələsik qərar qəbul etməsinə görə qınayan oxucu bütün bu anlaşılmazlıqların səbəbini çox sonralar anlayır. Çünki yazıçı əsərdə baş verən bəzi sualları ikinci hissədə açıqlayır.

Yalnız ikinci hissədə məlum olur ki, bütün varlığıyla Azada qəlbən bağlı olan və onu yüksək məhəbbətlə sevən İnqanın ailə qurmaq haqda tez qərar qəbul etməsinə məcbur edən səbəblər varmış və bu əsassız səbəblər ucbatından qəbul edilən qərar sonda onun məhvinə səbəb olur.

Azadın Qazaxıstanın Çimkənd vilayətindən gələn və onunla eyni yataqxanada qalan, digər bir institutda ‐ İnşaat İnstitutunda oxuyan Baysal adlı dostu hadisələrin üçüncü əsas iştirakçısıdır. Azadla Baysalın oxuduğu institutlar arasında cəmi 200‐300 metr məsafə olduğuna və dərslərinin tez başa çatmasına görə Baysal tez‐tez Azadın oxuduğu instituta gəlir, Azadı orada gözləyir və birlikdə yola çıxardılar. Bütün qrup tələbələri, o cümlədən İnqa da Baysalı artıq tanıyırdı, hətta Baysala qrup yoldaşları kimi baxırdılar. Azad Baysalı İnqa ilə tanış etməklə gələcək həyatını zərbə altında qoymasından xəbərsiz idi.

Bəzi insanlar üçün sevgi ötəri, keçici bir anlayışdır. Amma elə insanlar var ki, onlar ömründə yalnız bir dəfə sevirlər ‐ İnqa kimi. İnqa sevgisi yolunda hər cür fədakarlıq etməyə hazır olsa da, taleyin təklif etdiyi İnqa adlı gözəlliyi və səadəti qiymətləndirməyi bacarmayan, bu sevgi payında ona düşən imkandan istifadə edə bilməyən Azad bu məsələdə qətiyyətsizlik göstərir. Ən pisi o idi ki, baş verənlərin onun əleyhinə işlədiyini görən Azad bütün bunları qismətlə bağlayır, hadisələrə ehtimallar mövqeyindən yanaşır, bir tədbir görmək lazım olduğu barədə düşünmür. İnqa‐Baysal münasibətlərinin getdikcə finala doğru yüksəldiyinin şahidi olduğu gün o, onlardan qaçmaq, onların gözünə görünməmək fikri ilə şəhəri gəzib‐dolaşır, fikrini dağıtmaq üçün parka gəlir və parkda bir sərçənin quru çörəklə mücadilə etməsi və uduzması səhnəsinin şahidi olur. “Qabağımda bir sərçə böyük bir çörək parçasını dimdikləyirdi. Deyəsən çörək elə daşlaşmışdı ki, sərçənin etdiyi cəhdlər heç bir nəticə vermirdi. Az qala duracaqdım ayağa ki, götürüm sındırım çörək parçasını. Amma düşündüm ki, ayağa qalxsam, sərçə uçub gedə bilər. Təbiətin yaratdığı kiçikdən kiçik bir mübarizəyə qarışmaq ixtiyarım vardımı? Sərçə xeyli əlləşdi, bu quru çörək parçasını dimdiklədi, axırda başa düşdü ki, bu daşa dönmüş çörək parçası onun üçün deyil. Qisməti olmadğını bildiyi üçün uçub getdi”.

Rastlaşdığı bu mənzərədə özünü sərçə obrazında görən Azada şahidi olduğu bu məqamlar dərs olur, “faktı qəbul etmək lazımdır, artıq İnqa mövzusu bağlıdır mənim üçün”, deyə düşünərək, özlüyündə bir qərar qəbul edir və o gündən hər şeyə ‐ insanlara, hadisələrə, faktlara başqa nəzərlə baxmağa, “hər insan yolunu özü seçir, mən də özüm seçməliyəm” prinsipi ilə yaşamağa, İnqaya qarşı biganə olmağa başlayır. Əslində o, bu səhv qərarı qəbul etməklə, İnqanı öz əlləri ilə başqasına təslim etmiş kimiydi. Bu, əhəmiyyətli həyat məsələsi idi və bu məsələdə Azadın soyuqluğu, ondan uzaqlaşmaq istəyi, bu mövzuda etdiyi digər hərəkərlər İnqanın gözündən yayınmamışdı. O, Azadla son dəfə bu mövzuda danışmaq, onun qəti fikrini öyrənmək istəsə də, alınmamış, bütün bunlar İnqanın da ondan uzaqlaşmasına səbəb olmuşdu.

Azad İnqanı unudacağını, bu mövzuda güclü olacağını, sevgisinin üstündən xətt çəkmək kimi çətin bir işin öhdəsindən asanlıqla gələcəyini düşünmüşdüsə də, onun bu yöndə etdiyi cəhdlərin gücü yalnız bir, və ya iki aya zorla çatmışdı. Həyatının ən böyük səhvlərindən birini etdiyini düşündüyündə belə, qüruru onun başqa bir addım atmasına yol vermirdi.

Oxucu yalnız əsərin sonuna yaxın İnqanın səhv addım atmasının səbəbinin Azada acıq vermək, qısqandırmaq, ən çox da onu dilləndirmək, onun dilindən sevgi etirafını eşitmək məqsədilə edildiyini, həm də bütün bunlarda onun rəfiqəsi Loranın əsas rol oynadığını öyrənir.

Baysal ilə İnqa artıq nişanlı olsalar belə, İnqa Azadın ona sarı bir addım atacağını, sevgisini etiraf edəcəyini, hər şeyin dəyişəcəyini gözləyirdi. Amma bu gözlənti gerçəkləşmir. Azad İnqanın bu arzularının üstündən xətt çəkməklə özünün mənəvi, İnqanın isə hərtərəfli məhvinə imza atmış olur.

Baysalla İnqanın nişanlı olduğu vaxtda dəhşətli Çernobıl faciəsi baş verir. Bu, 1986-cı ilin 26 aprel tarixində Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda baş vermiş fəlakətli nüvə qəzası idi və əsrin böyük faciələrindən biri hesab olunurdu.

İnstitutdan Çernobıla kömək məqsədilə göndərilən iyirmi beş tələbə arasında Baysal da var idi. Vaxtilə Çernobılda hərbi xidmət keçmiş Baysal özünün qrupa daxil edilmə səbəbini bununla bağlayırdı.

Baysalın Çernobıla yola düşməsi ilə bağlı “bəlkə də fələyin bəxt yazan qələmi sabahdan başlayır bu iki gənc üçün taleyi qaralamağa” yazan müəllif nə qədər haqlıydı…

Bir ay müddətinə bir‐birindən ayrı qalan cütlük, Baysalın Çernobıldan qayıtdığı günün səhərisi VVAQ-a gedib nigah ərizəsi verdilər, otaq kirayələdilər, keçmiş qaydalara uyğun olaraq yalnız tələbə yoldaşlarının iştirak etdiyi komsomol toyu etdilər.

Lakin tale Baysalın üzünə gülmədi. Çernobıl qəzasının fəsadları ondan da yan keçməmiş, radiaktiv şüalanmanın güclü təsiri onun daxili orqanlarını sıradan çıxarmışdı. Toydan çox keçmədən o, ağır xəstəliyə mübtəla olmuşdu.

Romanın ilk səhifələrində biz Azadın dostu Baysal haqda fikirlərini oxumuşduq. Baysal xaricən yaraşıqlı olmasa da, gülər üzlü, mərd və nəcib, zarafatcıl və dürüst olması ilə dostlarının məhəbbətini qazanmış biriydi. Güclü və cəsur, hundürboylu, hədsiz böyük fiziki gücə malik olan pəhləvan cüssəli bir gənç idi. İdman onun ən sevimli xobbisi olduğundan, o, xəstə halda belə idmandan əl çəkmir, bu yolla sağalmağa çalışırdı. Xəstəliyin ondan bədəninin bütün enerjisini aldığını qəbul edə bilmirdi. Əvvəlki ağırlıqda ştanqları qaldıra bilmədiyinə görə məyus olur, əvvəlki həyatına qayıtmağa cəhd edirdi. Belə cəhdlərin biri ‐ ştanqa qaldıra biləcəyindən daha ağır yük qoyması onun belinin sınmasına səbəb oldu ki, bu halda radiaktiv şüalanmanın təsirinə məruz qalmış bədən bu zərbədən sonra sağalmaq şansını sıfıra endirir. Bütün bunlar çox keçmədən onun həyatla vidalaşmasına səbəb olur.

Birtərəfli məhəbbət əsasında qurulmuş bu ailədə xoşbəxt günlər yaşandımı? Bu sualın da cavabını əsərin ikinci hissəsində oxuyuruq. İnqanın Azada dediklərindən məlum olur ki, o, Baysaldan elə ilk günlərdən başlayaraq qısqanclıq və aqressiya görmüş, bütün bunlara rəğmən onu sevmədiyini heç vaxt hiss etdirməmiş, Baysalın həyatının son günlərinə qədər ondan qayğı və nəvazişini əsirgəməmişdi. Baysalın bu şəkildə ölümü, eyni zamanda yeganə ümid yeri sandığı bətnindəki körpənin də dünyaya gəlmədən tələf olması İnqanı çox sarsıdır, qəlbindəki bütün ümidləri məhv edir, gənc yaşda həyatdan aldığı ağır zərbələrə davam gətirə bilmir və bu faciələr onun psixologiyasının dəyişilməsinə, karyerasına, institut həyatına belə son qoyur. Bütün bu hadisələr zamanı Azad nə dostu Baysaldan, nə də İnqadan köməyini əsirgəmir, Baysalın ölümündən əvvəl də, sonra da İnqaya həmişə mənəvi dəstək olur.

“Qəm yağışı” romanının hər səhifəsini oxuduqca düşünürdüm ki, buradakı baş qəhrəman elə müəllifin özüdür. O, baş verən hadisələri düz otuz ildən sonra qələmə aldığını qeyd edir, hadisələrin içindəymiş kimi davranır, Azadın hisslərini təbii şəkildə çatdırır və nəticə etibarilə bir fikrə gəlir ki: “insan həyatda bir səhvə yol verdisə, bu səhvlərin davamı da gəlmiş kimi olur”.

Oxucu yazıçının bu fikrinin doğruluğuna ən çox İnqanın həyat hekayəsini oxuyarkən şahid olur. Onun başına gələn zəncirvari faciələrin baş verməsi də, etdiyi bir səhvin acı nəticələridir. Çox təəssüf ki, bu zəncirvari faciələrin əsas və sonuncu qurbanı da romanın sevimli qəhrəmanı, anoreksiya xəstəliyinə tutulmuş İnqanın özü olur. Anoreksiya xəstəliyinə qalib gəlmək əsərin qəhrəmanı üçün çox çətin olur. Sağalmaq üçün ilk növbədə İnqa özünün ruhi vəziyyətini dəyişməyə çalışmalıydı, lakin kədərinin sonsuzluğu gənc və çarəsiz İnqaya bu imkanı yaratmırdı. Bütün günü xəstə yatağında uzanan İnqa Azadın ona bağışladığı, Amerika yazıçısı Teodor Drayzerin “Kerri bacı” romanını təkrar‐təkrar oxumaqla gün keçirirdi.

“Qəm yağışı” nı oxumağa davam etdikcə oxucu İnqanın ömür‐gün məsələsini həll etmək yolunda verdiyi qərarlara nə qədər “qəzəblənirsə”, sonunda xəstəlik müddətində ona duaçı olur, əsərin pozitiv notlarla bitməsini arzulayır, eyni zamanda İnqanın sağalması üçün Azadın atdığı hər bir addımın, etdiyi misilsiz yaxşılıqların boşa getməsinə üzülür.

Hadisələrə tam giriş etməzdən əvvəl sevgisini vaxtında etiraf etməməklə, bu sevgini zarafata çevirməklə çox böyük səhvə yol verdiyini və bu səhvin ağır bir yük kimi son nəfəsinə qədər onun boynundan asılı qaldığını etiraf edən Azad, yalnız İnqanın ölümünə az zaman qaldığı bir məqamda onları əbədilik bir‐birindən ayıran səbəblərin nədən ibarət olduğunu öyrənib çox sarsılır… Zamanı geri qaytarmaq isə mümkünsüzdür.

İnqanın və Azadın həyat hekayəsi ağıllı oxucunu nəticə çıxarmağa vadar edir. Söhbət gənc oxuculardan gedirsə, onlar anlamalıdırlar ki, “Qəm yağışı” yalnız nakam bir sevgi hekayəti deyil, ibrətamiz bir əsərdir. Biz həmişə şahidi olmuşuq ki, bəlalar tək gəlmir. 19 yaşlı gənc bir qızın ‐ İnqanın ali təhsilini başa vurmadan nişanlanmasının, hər bir insan üçün həyati əhəmiyyət kəsb edən ailə qurmaq kimi böyük bir məsələdə tələsik və təkbaşına qərar qəbul etməsinin qarşısıalınmaz fəsadları və həyatının faciə ilə bitməsi onun doğru addım atmaması səbəbindən baş verir.

Romanın sonluğu ürək parçalayan səhnə ilə bitir… Azad Daşkəndə, ömrünün son günlərində vidalaşa bilmədiyi İnqanın məzarına gedir… Bu, dəhşətli bir səhnə idi. Saatlarla İnqanın məzarı üstə diz çöküb ürək sözlərini söyləyən Azad onun sağlığında dilinə gətirə bilmədiklərini söyləyirdi… Onun göz yaşları yağan qəm yağışına qarışmışdı. Sanki, yer də, göy də İnqa adlı nakam mələyin ölümünə ağlayırdı… və bu qəm yağışı kəsmək bilmir, aramsız yağırdı ‐ Azadın qəlbinə, arzularına, fikir və duyğularına, gələcək taleyinə, İnqanın isə hazırda Azad üçün dünyanın ən müqəddəs məkanı olan məzarına yağırdı… Bu qəm yağışının yaratdığı acı səhnənin təsvir etdiyi kədərin böyüklüyünü min kilometrlərlə məsafədən oxucu da hiss etməmiş deyildi. Sevimli qəhrəmanının nakam taleyinə üzülən oxucunun gözlərindən yağan qəm yağışı isə “Qəm yağışı” kitabının müəllifinin uğurudur!

MÜƏLLİF: ARZU HEYDƏROVA


XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru