Gelinliği kefen olan Hocalım Beşikleri mezar olan Hocalım 26 Şubat 1992 Tarihin kara sayfası Ömrümün yara sayfası… O gece dünya kördü, sağırdı O gece Azerbaycan “Hocalı’ya adalet” diye bağırdı… Kaç çocuğun yaşı doğum günü pastasına değil Mezar taşına yazıldı, Kaç oyuncak sahipsiz kaldı, Bu kez büyükler oyun oynadılar, Ama bebekler oyuncak değil, gerçekti… Nice düşmanlar, nice zulümler gördük Nice hainler, nice zalimler gömdük Fakat kardeş sevgisi şifamız oldu Vatana kısas andımız Ahde vefamız oldu… 31 sene sonra kavuşdurana şükürler olsun Artık gözlerimiz sevinçten dolsun… Yaralı sulh kuşum – Can Hocalım, Özgürlüğün kutlu olsun Bir millet iki devlet Daima mutlu olsun…
Ey kanayan sol yanım, dağlar şahidim olsun… Karabağ’ımın incisi, Can Hocalım, ferman yazmak istemiş bir tutam çakal. Bir zamanlar yiğitlerine git diyenler, Mazlum kanı dökenler Ve anayı oğlundan ayırmak isteyenler ferman yazamaz… Alnı açık, yüzü ak yazdım bahtımı, kimse bozamaz. Lalelerim şifa olsun, Al kanım kurban Sana… Sulhun payitahtı olan vatan, Allah’ın sevgili milleti! Ey benim asil Hocalı’m, sen eşsizsin, sen sultansın, sen yüreğim! Toprağımı yurt yapan gönül ustam! Ağaç kovuğundan çıkmadın! Binlerce yıllık medeniyet kurdun, yeri geldi adaletle kısas aldın, Anaların ağıtları yüreğini delmesin, Ey benim yurdumun asil Gazisi, Bayrağımı şerefinle taşıyan ellerin dert görmesin… Şahit olsun toprağın altında uyuyan şehitlerim, Bülbül, Natevan, Hacıbeyov… Duysun dünya! Hocalı can içre candır Karabağ Azerbaycan’dır!
Mən təkcə sənin yanında uşaq kimi olurdum şıltaq və xoşbəxt…
Elə sevirdim ki, kənardan mənə baxıb gülə-gülə “sən də məni kimi dəlisən” deməyini
Elə sevirdim ki, içimdəki “uşağı” görməyini Amma sən böyüməyimi istədin, İkimizə yetmədi bu məhəbbət…
“Gözdən uzaq olan könüldən də iraq olar” deyirlər… Bəs niyə unuda bilmirəm səni, Ay gözdən uzaq olanım? Bəs niyə darıxıram sığal-sığal, qucaq-qucaq?
Mən bu ömrü böyük adamlar kimi ağıllı- ağıllı yaşamaq istəmirəm axı… Yenə sənsiz darıxır axı, “İçimdəki dəcəl uşaq”
Qırmızı alma kimi
Nağılların sonunda Göydən düşən qırmızı alma kimi Toz- duman ömrümün sonuna necə düşdün axı?
Sən payız ömrümün qızılgülüsən… Qoxusunu duymadığım Sən kitabda gördüyüm Şəkil kimisən, Gülüşünə doymadığım Sən xəyallarımdakı adam kimisən, Sevgimlə “zəhləsini töküb” yormadığım…
Sən bu ömrün sonuna necə düşdün axı?! Nağıllarda göydən düşən qırmızı alma kimi…
Deyəsən
Deyəsən yolu yarılamışam axı, Elə bil bu ömrü mən yaşamadım, Elə bil gözümə yuxu gedibmiş… Bir də ayıldım ki, Sən demə ömrün Yarısı, yarıdan çoxu gedibmiş…
Bir asma körpünün ən ortasında, Döyüş meydanının tən ortasında Əlləri silahsız əsgər kimiyəm… Qana qəltan olmuş səngər kimiyəm…
Yenidən başlamaqçün gec, Boş durmaq üçün də tezdir, Bilirəm… Nə edək, Tanrı, Bəlkə məni də yanına aparasan, Hər şeyi yenidən yazaq… Bəlkə ürəyimi köksümdən sökəsən, Bütün yuxuları Xeyirə yozaq…
Daş adam
Eh! Ürəyi daş adam, Sən hardan biləsən ki, daş mənim alın yazımdı… Sən hardan biləsən ki, Hər işim daşdan keçir, Çörəyim daşdan çıxır, Sən hardan biləsən ki, Hər səfərə çıxanda elə bil, Ayaqlarımdan daş asılır…
Bu dünyada düz deyənlər daşa basılır…
Sən hardan biləsən ki, Sənin günahın deyil, Sevgi payımı seçəndə Fələyin oxu daşa dəyib…
Eh! Ürəyi daş adam, Daş mənim alın yazımdı, Taleyimdəki son daş, Gecə rəngli mərmərdən, Sinəsi gülllü- çiçəkli məzar daşımdı.
Eh! Ürəyi daş adam, Daş mənim alın yazımdı…
Qızıl balıq
Sən bir qürub çağı Sahildəki balıqçıların Torlarını boş gördükləri Ən qəmgin anlarında Düz qarşımda Dalğaların arasından boylanıb Qızıl balıq kimi Məni salamlayıb Üç arzumu soruşsan Mən düz üç dəfə “Sən, sən və yenə sən” deyərdim…
Qəzetçi
Xatirələr dumanlı, gözlərimiz yuxulu, Həyat köşkə bənzəyir, ömür qəzet qoxulu Suallarla, nidalar sətirə naxış olsun Gəl, görüşək, əzizim, Öpüşün yağış olsun
Bax, qapını döyürəm, qulaqardına vurma Daşı tök ətəyindən, belə deyingən olma Gəl, yaşayaq bu ömrü bir gün qəzetçi kimi, bir gün simitçi kimi Gəl, yaşayaq bu ömrü, qalma seyirci kimi Nəyi pisdi dünyanın, yağışı var, qarı var Sən yanımda olanda dünya da cənnət olar Gəl, yaşayaq bu ömrü, zamanı çox daralmış iki kəpənək kimi Yenə aç qollarını Əəlvan çərpələng kimi Yenə yazda görüşək, yayda günaha bataq Sən qəm yemə, əzizim Nə də olsa payızın o leysan yağışları günahları yuyacaq Nə dalıbsan dəryaya tənha balıqlar kimi Çıxaq göyün üzünə qoşa buludlar kimi Gəl, barışaq, əzizim, məni sənsiz qoyma, gəl, Bilirsən, darıxıram, göz yaşıma qıyma, gəl Sən ki, özün deyirdin, hər şey yaxşı olacaq Aylar, illər keçəcək Köhnə qəzetlər kimi Ömrümüzə yazılan xatirələr qalacaq…
Baharım
Mən qar altında qalan Sırsırası salxımlanan tənha torpaq kimiydim Gündüzləri qış günəşi gözlərimi dalayardı Gecələri zülmət olar varlığımı talayardı Üşüyərdim… Hardan gəldin? Qarlı qışa sinə gərdin, nərgizim, Ləçək – ləçək nur ələdin köksümə… Budağından ayrı düşən yarpaq idim Buludlara qonaq edən Yel oldun… Ürəyim elə dolmuşdu ki, Gözyaşıma yoldaş olan sel oldun… Ruhumu sazaq vurmuşdu Sən könlümü isidən Alov oldun, od oldun Nə yaxşı ki, boz ömrümə cəmrə oldun, baharım Naxışıma ilmə oldun, nübarım…
Sevirəm
Mən Səni sevirəm Lal sular kimi Səssiz- səmirsiz Mən səni sevirəm Sönmüş ocaq tək İstisiz, hənirsiz… Mən səni sevirəm Boş qucaq kimi, Ağaca sancılmış Bir oraq kimi, Divardan asılmış Yiyəsiz yaraq kimi… Mən səni sevirəm; cızma-qara yazılmış, Əzilib, yumarlanmış Yerdəki varaq kimi… Varlığın yoxluğumu Nə duyur, nə eşidir Bu sahibsiz sevgim qar kimi, buz kimi İçimi üşüdür…
Mənim üçün laylalar həm də Ananın öz qorxularını, nigarançılıqlarını balasından gizlətmək üçün ən gözəl vasitədir. Ana öz nəğməsiylə körpəsinə hüzur, güvən bəxş edir. Mən bu üç laylanı İkinci Qarabağ Müharibəsi dövründə Qazaxda olarkən yazmışdım. Tale elə gətirdi ki, pandemiyada karantində qaldıq və Atamın ikimərtəbəli evində on altı gün oğlum, qızım və mən, üçümüz birlikdə ailəmizdən uzaqda yaşadıq. Nəsə bir səs güllə səsi falan eşidəndə evin birinci mərtəbəsindəki arxa otağa yığışardıq, eyni qisməti yaşayaq deyə. Və mən uşaqların fikirlərini dağıtmaq üçün onlara nağıl danışardım. Elə bu ninnilər də o günlərdə yazdığım o çətin günlərinimin həzin xatirəsidir.
Asena’nın Ninnisi
Gel dağlara çıkalım, Asena’yı bulalım Bize ninni söylesin, Dağlarda uyuyalım.
Ormanlara gidelim, Anne geyik bulalım, Bize ninni söylesin Ormanda uyuyalım.
Denizlere dalalım, Siyah inci bulalım, Denizkızı bir masal Anlatsın uyuyalım.
Gökyüzüne varalım, Ay yıldızı bulalım, Tomris Hatun ninniler Söylesin uyuyalım.
Hadi, yum gözlerini, güzel bebeğim, Şimdi masal başlıyor Toz pembe bulutlarda Bir gece Ay kocaman Karahindibağıymış Gök Tanrı’nın minik kızı Üfleyince dolunayı Tohumcuklar birer birer Saçılmış, yıldız olmuş
Uyu, tatlı kelebeğim, Senin için dualarım, Hayallerim umutlarda… Yağmur ninni söylüyor Çisil çisil, narin narin Pencerenden dolan rüzgar
Saçlarını okşuyor Usul usul, hazin hazin. Hadi, yum gözlerini Güzel bebeğim Uyu, minik kelebeğim…
Mən təkcə sənin yanında uşaq kimi olurdum şıltaq və xoşbəxt…
Elə sevirdim ki, kənardan mənə baxıb gülə-gülə “sən də məni kimi dəlisən” deməyini
Elə sevirdim ki, içimdəki “uşağı” görməyini Amma sən böyüməyimi istədin, İkimizə yetmədi bu məhəbbət…
“Gözdən uzaq olan könüldən də iraq olar” deyirlər… Bəs niyə unuda bilmirəm səni, Ay gözdən uzaq olanım? Bəs niyə darıxıram sığal-sığal, qucaq-qucaq?
Mən bu ömrü böyük adamlar kimi ağıllı- ağıllı yaşamaq istəmirəm axı… Yenə sənsiz darıxır axı, “İçimdəki dəcəl uşaq”
Qırmızı alma kimi
Nağılların sonunda Göydən düşən qırmızı alma kimi Toz- duman ömrümün sonuna necə düşdün axı?
Sən payız ömrümün qızılgülüsən… Qoxusunu duymadığım Sən kitabda gördüyüm Şəkil kimisən, Gülüşünə doymadığım Sən xəyallarımdakı adam kimisən, Sevgimlə “zəhləsini töküb” yormadığım…
Sən bu ömrün sonuna necə düşdün axı?! Nağıllarda göydən düşən qırmızı alma kimi…
Deyəsən
Deyəsən yolu yarılamışam axı, Elə bil bu ömrü mən yaşamadım, Elə bil gözümə yuxu gedibmiş… Bir də ayıldım ki, Sən demə ömrün Yarısı, yarıdan çoxu gedibmiş…
Bir asma körpünün ən ortasında, Döyüş meydanının tən ortasında Əlləri silahsız əsgər kimiyəm… Qana qəltan olmuş səngər kimiyəm…
Yenidən başlamaqçün gec, Boş durmaq üçün də tezdir, Bilirəm… Nə edək, Tanrı, Bəlkə məni də yanına aparasan, Hər şeyi yenidən yazaq… Bəlkə ürəyimi köksümdən sökəsən, Bütün yuxuları Xeyirə yozaq…
Daş adam
Eh! Ürəyi daş adam, Sən hardan biləsən ki, daş mənim alın yazımdı… Sən hardan biləsən ki, Hər işim daşdan keçir, Çörəyim daşdan çıxır, Sən hardan biləsən ki, Hər səfərə çıxanda elə bil, Ayaqlarımdan daş asılır…
Bu dünyada düz deyənlər daşa basılır…
Sən hardan biləsən ki, Sənin günahın deyil, Sevgi payımı seçəndə Fələyin oxu daşa dəyib…
Eh! Ürəyi daş adam, Daş mənim alın yazımdı, Taleyimdəki son daş, Gecə rəngli mərmərdən, Sinəsi gülllü- çiçəkli məzar daşımdı.
Eh! Ürəyi daş adam, Daş mənim alın yazımdı…
Qızıl balıq
Sən bir qürub çağı Sahildəki balıqçıların Torlarını boş gördükləri Ən qəmgin anlarında Düz qarşımda Dalğaların arasından boylanıb Qızıl balıq kimi Məni salamlayıb Üç arzumu soruşsan Mən düz üç dəfə “Sən, sən və yenə sən” deyərdim…
Qəzetçi
Xatirələr dumanlı, gözlərimiz yuxulu, Həyat köşkə bənzəyir, ömür qəzet qoxulu Suallarla, nidalar sətirə naxış olsun Gəl, görüşək, əzizim, Öpüşün yağış olsun
Bax, qapını döyürəm, qulaqardına vurma Daşı tök ətəyindən, belə deyingən olma Gəl, yaşayaq bu ömrü bir gün qəzetçi kimi, bir gün simitçi kimi Gəl, yaşayaq bu ömrü, qalma seyirci kimi Nəyi pisdi dünyanın, yağışı var, qarı var Sən yanımda olanda dünya da cənnət olar Gəl, yaşayaq bu ömrü, zamanı çox daralmış iki kəpənək kimi Yenə aç qollarını Əəlvan çərpələng kimi Yenə yazda görüşək, yayda günaha bataq Sən qəm yemə, əzizim Nə də olsa payızın o leysan yağışları günahları yuyacaq Nə dalıbsan dəryaya tənha balıqlar kimi Çıxaq göyün üzünə qoşa buludlar kimi Gəl, barışaq, əzizim, məni sənsiz qoyma, gəl, Bilirsən, darıxıram, göz yaşıma qıyma, gəl Sən ki, özün deyirdin, hər şey yaxşı olacaq Aylar, illər keçəcək Köhnə qəzetlər kimi Ömrümüzə yazılan xatirələr qalacaq…
Baharım
Mən qar altında qalan Sırsırası salxımlanan tənha torpaq kimiydim Gündüzləri qış günəşi gözlərimi dalayardı Gecələri zülmət olar varlığımı talayardı Üşüyərdim… Hardan gəldin? Qarlı qışa sinə gərdin, nərgizim, Ləçək – ləçək nur ələdin köksümə… Budağından ayrı düşən yarpaq idim Buludlara qonaq edən Yel oldun… Ürəyim elə dolmuşdu ki, Gözyaşıma yoldaş olan sel oldun… Ruhumu sazaq vurmuşdu Sən könlümü isidən Alov oldun, od oldun Nə yaxşı ki, boz ömrümə cəmrə oldun, baharım Naxışıma ilmə oldun, nübarım…
Sevirəm
Mən Səni sevirəm Lal sular kimi Səssiz- səmirsiz Mən səni sevirəm Sönmüş ocaq tək İstisiz, hənirsiz… Mən səni sevirəm Boş qucaq kimi, Ağaca sancılmış Bir oraq kimi, Divardan asılmış Yiyəsiz yaraq kimi… Mən səni sevirəm Cızma-qara yazılmış, Əzilib, yumarlanmış Yerdəki varaq kimi… Varlığın yoxluğumu Nə duyur, nə eşidir Bu sahibsiz sevgim qar kimi, buz kimi İçimi üşüdür…
Sen ömür kitabımın Aşk kokulu sayfası Masal Şatomun prensesi Annesinin su sesi, Canım kızım… Dünya kendisi efsane, İyisiyle, kötüsüyle Duasıyla, büyüsüyle… Sen Anka kuşunun Yavrususun, unutma, Masalın güzel olsun, Kınalı kuzum…
Sen her masalın sonunda Gökten düşen Kırmızı elma misalı Girdin kalbime, Alın yazım… Sen, yavru Asenam Arkadaşım, ninem, anam, Baharların bol çiçekli Yolların uğurböcekli olsun Canım kızım, kalbin hep Aşk ve mutlulukla dolsun…
Fransanın Yesenini – Yusuf Demirağın “Uzaklardan Mektub”u
Eskişehirin mənə qazandırdığı dəyərli qələm dostum, əziz qardaşım Yusuf Demirağ şeirlerindəki ruhu, gözəl qələmi ilə Fransanın Yeseninidir. Eskişehirde universitedi bitirib geri dönmək hər bir tələbə üçün çətin olduğu kimi bizim üçün də asan olmadı. Bu şeirlər də möhtəşəm və unudulmaz Eskişehirin xatirəsi oldu bizlərə. Gənc qələm dostuma yeni- yeni yaradıcılıq uğurları arzulayıram.
Uzaklardan Mektup
Kalbin yuvamdır, Ben ise kalbinde bir damar. “Çirkin ördek yavrusu” annesini aradığı gibi özlemimdesin, Unutmam seni Eskişehir’im. Neden rüyama girmiyorsun? Bana mı küstün? Neden gurbetin ne olduğunu kavrayamadım. Sendeydim özlerdim doğduğum yeri, Paris’e gelir- gelmez, arar oldum seni. Boşluğun içine düştüm, can Eskişehir’im. Ulus Anıt’ının manzarası gitmiyor gözümün önünden. Akşamları çıkıp gezdiğim Adalar’ın ışıltılı çayı… Az mı çıkıp dolaştım şiir yazdım karşıda. Bir daha bulur muyum bilmiyorum dünyanın dört bir yanından gelen eski dostlarımı… Bir köprü olsun son sürat geçeyim o köprüden kavuşayım sana. Biraz maymun iştahlıyım, kusura bakma… Ne istediğini bilmeyen birisi gibi hissediyorum bazen… Ah! Hayır, hayır… Sadece, sadece her şey çok hızlı geçti, Uçaktan paraşütle atlar gibi, Aniden gelen bir kararla duygularımı bırakmış gibi oldum. Biliyorum ki, beni çeken bir yer varsa mutlaka bir şekilde kavuşacağım! Canım, az kaldı kavuşmaya…
Yusuf DEMİRAĞ 19/07/2025 Paris
Yusuf Demirağın “Uzaklardan Mektup” Şiirine Nazire.
Senin ki, damarlarında Akdeniz’in coşkun, köpüklü dalgaları… Ruhunda Paris’in pamuk şekeri tatlı bulutları, Göktanrı’nın altınkalpli çocuğu… Kalbin Eskişehir’in Masal Şatosu misali güzel anılarla dolu… Dünya Sana gurbet olur mu?! Nice çöllerde serap görmüş Nice zifiri karanlık kuyularda geceyi sabah eylemiş ruhun… Nice kıyılarda martılarla kanat çalmışsın Dünya Sana gurbet olur mu?! Sen Kapadokya’da Ağrı dağını özleyen Adalarda Sien nehrine şiir yazan, vefalı Yusuf, Dağ dağa kavuşmasa da Yer yüzünün bir tane gökyüzü var… Güneş her kes için doğar Ay her kesle dertleşir Hepimize yetecek kadar yıldız var gökyüzünde Yağmur hepimizi öper, rüzgar hepimize şarkı söyler… Dünya Sana hiç gurbet olur mu?! Tüm güzel anılar, sevdiğimiz şarkılar, arkadaşlar ruhumuzun bir parçasıdır Ayak bastığımız yollar kalbimizin yuvasıdır… Bizi özgürlüğe kavuşturan uçaklarda, Nehirlerin ninni söylediği kayıklarda Ankara’nın göğsünde Turna balığı misali yüzen hızlı trenlerde Bir gün mutlaka yeniden yolcu olacağız… Sen ey Göktürk’ün özgür ruhlu çocuğu Herkesin kalbinde kendine taht kurmuş, Laçının sevgili arkadaşı, güzel Yusuf, Dünya Sana hiç gurbet olur mu? 20.07.2025 Bakü
Sonra bir ses geldi Yedi kat semanın ardından : “Hiç şüphesiz her zorluktan sonra bir kolaylık vardır…” Ama dünya kötülere meydan, İyilere dardı… Sonra gece oldu, Ay zifiri karanlığı Gümüşü kılıcıyla yendi… Yusuf beşikteki yavru gibi Kuyunun bir köşesinde uykuya dalmıştı… Sabah olduğunda Güneş meleklerin aynası gibi ışık saçıyordu Mavi bulutların gözlerini kamaştırırcasına… Babasının en sevimlisi kimsesiz kalmıştı kuyuda, Çatlamış toprak misali dudakları kurudukça uykusu kaçıyordu… Sonra yağmur yağdı ellerine, yüzüne… Çiy düşmüş gül leçekleri misali dalgalı, kızılı saçlarına, nar yaprağı kirpiklerine… Avuçlarında ısındı yağmur damlaları, bir annenin göz yaşları gibi Narin-narin, usul-usul… Sonra başının üstündeki gökkuşağında Züleyhanın hayalini gördü Hangisi daha acımasızdı, Züleyhanın zindanı, yoksa Kardeşlerinin tuzağı? Kim idi, ne idi kutsal olan, Züleyhanın aşkı, yoksa Yusuf’un rüyası?.. Akar su gibi duru, Ay gibi güzel Yusuf, Elbet, önüne çok kuyular çıkacaktır… Sen hep önüne bak… Ama en büyük kötülüğü de kardeşlerinden gördüğünü unutma Olur mu? Gerçeği kendisinde aramayan Başkasında bulur mu?
Annem ismini “Halı” koydu Ayağımızın altına serdi dünyayı Adına “Kilim” dedi Gözümüzün önüne serdi dünyayı Dünyamız Pazırık halısı misaliydi Biz nakışlarını anlayıncaya kadar … “Baba” kelimesini kendi lisanında söyledi Annem… Kimisi anladı, kimileri de yüz sene sonra anlayacak… Her zaman hikmet vardır Annemin sözlerinde. Gizemli tarihim uyuyor Annemin her nakışında Her halısında Her kiliminde Her bakışında… “Baba” kelimesini …. dokudu Hurcunlara doldurdu Annem Evlatlarına armağan olsun diye … Nakış nakış….. Halı halı Annem, gözlerimizin önüne serdiği dünyanın İpliğinin, yününün insan olduğunu anlattı… Kimi anladı, kimisi yüz sene sonra anlayacak… Her zaman fayda vardır Annemin sözlerinde, Gizemli tarihim yatıyor; Annemin her ilmeğinde, Her deseninde, Her nakışında, Her halısında… Butalarını halılara dokudu Buğday tarlalarını hurcunlara doldurdu… Tohumları tarlalara savurdu Dünyayı yumak gibi sardı… İpin ucunu bileklerimize bağladı, Yolumuzu kaybetmeyelim diye Her kelimesini nakış gibi defalarca “dokudu” Kulağımıza küpe olsun diye Dünyayı türlü türlü halılar gibi tanıtdı bize Annem Nakış nakış, ilmek ilmek Annemin arğacından geçti dünya Babamın kemerinden Annemin kilimine göçtü dünya… Dünya her zaman gebedir yepyeni dünyalara…
“Torpaq adamlar”, “İki”, “Sirran” şeir kitablarının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü – dəyərli şairimiz Gülnarə İsrafilin yaradıcılığı haqqında günlərlə danışa bilərəm, şeirlərindən yazın nəfəsi, yayın nəfəskəsən istisi, payızın kədəri, qışın qırovu, dağların kəklikotusu, çəmənlərin kəpənək şıltaqlığı duyulan, insan ömrünün bir rəssam fırçası ilə çəkilib boyanmış əksi görünən imzamızın müasir ədəbiyyatımızdakı yeri təkrarsızdır. Azərbaycan ədəbiyyatının günəş ruhlu imzası Gülnarə İsrafildən bəhs edərkən amerikalı şair Emili Dikensonun yuxarıda qeyd etdiyim misralarını əbəs yerə xatırlamadım. Çünki Gülnarə İsrafilin göyqurşağı kimi rəngarəng və çoxşaxəli yaradıcılığının özəyi, kökü ruhun yalnızlığının təcəssümü oldu mənə görə. Eyni zamanda öz dövrünün oxucuları üçün E. Dikensonun da yazı dili Gülnarə İsrafilin şeir dili kimi qəliz gəlirmiş. Əslində bu “qəliz” sözünün gerçək anlamı odur ki, bu şeirləri anlamaq üçün oxucunun savadı, dünyagörüşü olmalıdır. Onun şeirlərindəki qəhrəmanlar ən xoşbəxt anlarında belə yalnızlıq larını unutmurlar. Eynilə “Tənha ağac” şeirindən olan bu misralar kimi : “Eyni mənim bənzərim Tənha ağac, tək ağac İki qola ayrılıb Yer üstünə yük ağac.”
Şairin yaradıcılığı həm də dilimizin zənginliyini, özəlliyini, gözəlliyini təcəssüm etdirir. Mənim fikrimcə dil də təbiətin özü kimi zamanla aşınmaya məruz qalır, Gülnarə İsrafilin şeirləri isə yarğanın çəmbərinə əkilmiş, kökləri dərinliklərə şaxələnmiş yamyaşıl ağaclar kimi dilimizi aşınmaqdan qoruyur, “Kəndimiz” şeirindən bu möhtəşəm misraları xatırladım :
“Cığırları soluxlanır Sərkərin, Dəyə quran dəyəsində yaşlanıb. Qaraçökək qoruq yeri əzəldən, Gül-çiçəyi kərəntəyə süslənib.”
Ruhumu oxşayan rəngarəngliyin çalarları arasında bir rəng gördüm, unutduğum adını xatırladım, bir söz məni sehirləyib uşaqlığıma götürdü. Uşaqlığımın mürəkkəb qabı olan qələmlərini özlədim,” Baryum buludu” şeirini bir başqa sevdim :
“Yeddi rəngin təpəgözü – Şimşəklərin qığılcımı, Bir qaztopu suyun şövqü halqalarda toz ilğımı sıçrayışa. Ev boyda qara qartopu, narıncı, sarı çir yeli. Yeddi rəngi yumurtladı yaşıl, hava, göy, çirneli anlayışa.”
Yaxşı bilirik ki, körpə ana bətnində olandan ananın əhval – ruhiyyəsini duyur, ananın sevinci, kədəri körpəyə də sirayət edir. Şairimizin qəhrəmanı anasının kədərli halından təsirlənib zamanı qabaqlayıb vaxtından əvvəl böyüdüyünü, ruhunun yaşlandığını dilə gətirir :
“Yaşadığım, yazmadığım köhnəlib, Atam deyir, iş – güc qalıb böyüyüb. Anamın da qımqıması susandan Yaddaşımda gizlənqaçım körüyüb.”
Şairin sazlı-sözlü keçmişimiz olan Aşıq ədəbiyyatının nəfəsi duyulan misraları da bir başqa gözəldir. “Qadan alım” şeirinin dilinin şirinliyi, axıcılığı ilə sazın sədası gəlir qulaqlarımıza :
“Gözəl yarım, göndərmişəm naməni, Götür, cavab söylə, al, qadan alım. Qəm üstündə köklənibdir” Kərəmi” Dilləndir sazını, çal, qadan alım. “
Şifahi xalq ədəbiyyatı nümunələrimizdən olan bayatıları da unutmayan şairin yaradıcılığında bayatılar da özünəməxsus yer tutur. Qəlbimi göynədən bayatılardan birində şair Qarabağ dərdimizin müharibəsiz sağalmayacağını, sülhün, ədalətin bərqərar olması aparılan danışıqların faydasızlığını vurğulayır. Və biz zamanla bu uzaqgörənliyin şahidi oluruq :
“Tar susub, dilə gəlməz, Bülbüllər gülə enməz, Əldən gedən Qarabağ Şəhidsiz ələ gəlməz.”
Türklüyümüzü, kimliyimizi xatırladan, Tengridən, şamandan bəhs edən, bir şeiri ilə tarix vərəqləyən şairimiz Ön Asiyadan Sibirədək kök salan, haramdan uzaq olan bəy dədələrimizi xatırladır, Van gölünü, Xəzəri, Urmiyanı, Kərkükü, Anadolunu, Etrüskləri, Arattanı anır :
“Qut tenqri, Göy tenqri, Şaman ayin, köç yeri. Tamğalı Qobustan qayaları. Huydum – hun dam. Yay düzəldən, ox atan. Günəş tanrı, Günəş adam, Hun atam!”
Deyirlər ki, öz ağrını duyursansa canlısan, başqalarının ağrısını duyursansa insansan. Şair insanın, ağacın, torpağın, daşın ağrısını dilə gətirir. Gülnarə İsrafil başqalarının ağrısını, acısını o qədər gözəl duyur ki, bu acı ilahiləşir, gözəlləşir, sözün əsl mənasında sevilir.” Kəndimiz “şeirindəki ağrının tərənnümünə, təsvirinə diqqət yetirək :
“Karxanaya döndəriblər Xalxalı, Yastı daşı kamaz-kamaz daşınır. Sinəsini ovuq-dəlik edəndən Göy çəmənin ağrıları qaşınır.”
Fransız yazıçısı Gi de Mopassanın “Bir yaz axşamında” hekayəsindəki Lozan xala obrazını çox sevirəm. Gülnarə İsrafil də Mopassan kimi qadınlardan yazanda çox maraqlı, adi vaxtlarda bəlkə heç kəsi cəlb etməyən məsələlərə toxunur, necə ki, Mopassanın “Bir yaz axşamında” hekayəsi cəmi bircə cümlə üzərində qurulub: “O, səndən soruşdu ki, “sənin qəşəng, pənbə ayaqcıqların üşümədi ki” heç kəs, heç vaxt… heç vaxt… mənə bu cür söz deməyib! Heç vaxt! Heç vaxt!” Heç vaxt ailə qurmamış Lozan xala nişanlı olan bacısı uşaqlarının söhbətini eşidir. Oğlanın qıza nəvaziş göstərməsi Lozan xalanı ağlamağa vadar edir. Çünki heç vaxt kimsə ona belə nəvazişli, xoş söz deməyib. Və Şairin “Bu qız” əsərini oxuyanda həmin Lozan xalanı xatırladım, ruhum yenidən göynədi :
“Mən də bilirəm ki, bu, o qız deyil. Saçları sığalsız qızdır. Hər gecə saçlarının dənini sayan qızdır Bu, tənha qızdır. … Bu qız yuvasız qızdır, laylasız qızdır. Bax, bu qız balasız qızdır. Heç böyümədi ki… Heç böyüdüyünü görmədim ki…”
Dəyərli şairimiz Gülnarə İsrafilin yaradıcılığı da eynən günəş kimidir. Bu günəş şairin misralarında gah sübh çağı səmadan boylanıb zərif işıq saçır, gah da istisi, alovu ilə nəfəsimi qarsıdır, gah da ki, axşamın qürub çağında yür üzündən küsüb, boynunu bükmüş kimi inzivaya çəkilir. Zülməti, ruhları nura boyayıb, hər kəsin içini isidən günəşin əslində özünün yalnız olduğunun fərqinə varan, həyatda yanlış etməməyə çalışan, başqalarının səhvlərini düzəltməkdən yorulmuş, lazım gələrsə arzularını, gələcəyini həqiqətə, öz doğrularına qurban verə biləcək qədər cəsur olan qəhrəman öz yalnızlığını Günəşin yalnızlığına bənzədir :
“Di get! Mən Günəş ömrü yaşayıram. Uşaq qəhqəhəsinə yarımyuxudan oyandım…”
Müasir ədəbiyyatımızın möhtəşəm imzası, Günəşi – dəyərli Gülnarə İsrafilə yeni – yeni yaradıcılıq uğurları arzulayıram. Janna Dark ruhlu bu vətənpərvər qızın “kralların paxıllığına” məruz qalmamağını, ədəbi mühitimizdən layiq olduğu dəyəri zamanında görməyini arzu edirəm. Və şairimizə özünün bu ecazkar misraları ilə xitab edirəm : “Sən Günəş ol, yer üzünü isindir, Yatır, oyat sabahları, diksindir! Yer əlifdir, yer əlmasdır, göy” sin”dir, Bir göy yarat, bir göy böyüt, göy sindir.”
Qardaş ölkə Türkiyə Cümhuriyyətində dəyərli ziyalılarımızdan olan Cavid Aydının qurucusu və rəhbəri olduğu Eskişəhər Azərbaycanlılar Dərnəyinin (ESAZDER) “Türk Dünyasında Nevruz” adlı Novruz bayramı şənliyində yazıçı Turan Novruzlunun rəhbərliyi ilə dahi Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” operettasının və Novruz adətlərinin motivləri əsasında musiqili tamaşa göstərilmişdir. İzləyicilər tərəfindən böyük maraqla qarşılanan tamaşada Eskişehirdə təhsil alan tələbələr Yusuf Demirağ, Ayan Süleymanova, Xəyalə Ağayeva, müəllimə Mələk Yıldız, orta məktəb şagirdi Yusuf Yıldız rol almışlar. Daha sonra şənlik maraqlı musiqi nömrələri ilə davam etmişdir. Türk Dünyasının Novruzu mübarək olsun! Fotolar:
“YAZARLAR” olaraq, yaradıcı heyəti təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Bayramınız mübarək olsun!