Özünün ixtiyarında olan qəzeti, jurnalı zəif, məzmunsuz yazan cızma-qaraçıların imzalarının tanınması üçün işlətməkləri azmış kimi üstəlik ədəbi orqanlardakı tanışlarının səlahiyyətindən də bu məqsədlə istifadə edirlər. Ədalətsiz əməlindən xəbərsiz olduğu yetmir, bir yandan da sosial şəbəkələr vasitəsilə şeirlərini, mətnlərini paylaşıb məşhurlaşan istedadlıları tənqid edirlər. Adam, sən istedad yox, baş əymək tələb edirsən, kimlə şəxsi münasibətin varsa, onu tanıtdırırsan, heç olmasa əl çək günahı yaxşı yazmaq olanlar bacardıqları formada yazdıqlarını ictimaiyyətə çatdırsınlar. Təbliğatını apardıqlarınızdan yaxşı yazanların qazancları həqiqi oxuculardır, bunun da adını kütlə qoyursunuz. Jurnalınızda şəklini, imzasını gözə soxduqlarınızın “yaradıcılığını” tədqiqatçılar təhlil edib kitaba salırlar da, bu yazıq yetimlərə niyə imkan vermirsiniz? Sizə yaltaqlanmalı, yalvarmalıdırlar ki, yazılarını dərc edəsiniz? Onlar öz işləri ilə məşğuldur, siz də öz işinizlə — xətir-hörmətə, tapşırığa, pula-filana görə imza tanıtmaqla məşğul olun. Mümkün olsaydı Marka tapşırardınız ki, onların şeirlərini “blokla”.
Yaxşıya pis desələr, pisə yaxşı desələr, Bunu görcək qəzəblənib, yaxşılar da pis olmaq istəsələr…
Əli Kərim
Bünövrəsi: “Mərdi qova-qova namərd etmək…”
Müasir forması: Zəif yazan müsabiqədə qalib çıxarılır, həyalını itələyib arxaya atırlar, savada qiymət verilmir, titulu əsas götürürlər.
Adamı pisliyə həvəsləndirməyin yollarını yaxşı bilirlər.
Ətrafımızda bəzi insanlar var ki, onların həyat yolu namus, əxlaq, alın təri və zəhmətlə hörülüb. Onların keçdikləri hər bir yol, atdıqları hər bir addım, gördükləri hər bir iş bizə ilham verir, ümidimizi artırır, təsəlli olur.
Bu insanlar həyatın çətinliklərinə, sınaqlarına və maneələrinə qarşı dayanıqlı durmağı bacarır, hər bir çətinlikdə iradələrini gücləndirir, səbrlərini artırır. Onlar namusla, əxlaqla işlər görüb, alın təri ilə uğurlar qazanır, zəhmətlə yüksəlirlər.
Bu insanlar ətraflarındakılara örnəkdir. Onların yaşadığı həyat hekayələri, çətinliklərə qarşı göstərdikləri iradə, sarsılmayan ruhları, səbrləri və zəhmətləri bizə öz yolumuzu seçməkdə ilham verir. Onların uğurlu karyeraları, həqiqətə və ədalətə olan inamları, bizə də öz işlərimizdə uğur qazanmaq üçün bir nümunə olur.
Onların həyatı bizə göstərir ki, bəli, zəhmətlə də yüksək uğurlar qazanmaq mümkündür. Bu insanlar sanki həyatı öz əlləri ilə yavaş-yavaş tikib qururlar. Onların hər zəhməti, hər damla alın təri, gələcəyin bünövrəsini möhkəmləndirir. Biz də onların yolunu izləyərək həyatımızı daha dəyərli, daha uğurlu edə bilərik.
Onlar bizə göstərir ki, səmimi zəhmət və əzmkarlıqla, heç bir zirvə əlçatmaz deyil!..
İlk növbədə özümə ünvanladığım bu suala yəqin ki bəziləri birmənalı şəkildə yanaşmayacaq. Sosial şəbəkənin (FB-un) iç qatlarına bələd olduqca anladım ki bu virtual aləm arxa qapısı hamının üzünə açıq olan bir məkandı. Ədəbi aləmin çox vaxt bağlı olan qapılarından içəri keçməyi haqq etməyənlər, dal qapıdan asanlıqla içəri sivişib, ürəkləri istədiyi qədər özlərinə tərəfdar toplaya bilirlər. Və onu da anladım ki virtual aləmdə hər kəsin yazı savadını, istedad sahibi olub-olmadığını, ədəbi zövqünü, iç dünyasını asanlıqla dərk etmək mümkünmüş… Hər şeydən qabaq bu aləm cızmaqaraçıların və onlara züy tutanların məkanıdır, burda şəxsi tanışlıq, yazı müəllifinin yaşı, cinsi, haralı olması vacib hesab edilir. Sizlər kimi mən də şahidəm ki, hansısa bölgədən olan bir “yazar”ın şeir adına ortaya qoyduğu “nəsnə”yə bəzi həmyerliləri nəzakət xatirinə dəstək verirlər. Yeri gəlmişkən, bu ilin əvvəllərində görkəmli bir alim eloğlumla çay süfrəsi arxasına əyləşib dərdləşəndə (Bizim tərəflərdə adətən bu ifadəni işlədirlər) dedim: “Qaqa, sən doğrudanmı o filankəs xanımın gün ərzində feysbukda nümayiş etdirdiyi ən azında iki-üç cızmaqaralarını şeir hesab edirsən?” Üzümə təbəssümlə baxıb dilləndi: “Neyləyim, öz kəndçimdi, vallah heç oxumadan “layk” edirəm…” Mənim şəxsi fikrimcə ən səmimi oxucu yüksək ədəbi zövqə sahib tərəfsiz oxuculardı. Ən istedadlı yazar dostlarımı da bu “qrafaya” əlavə edirəm. Ancaq bəzi qələm sahibləri incisə də deyəcəyəm, (çoxları bilir ki məndə heç əzəldən “zadnı skorus” yoxdu): “Bəziləri “bəyənmə” işarəsinə barmaq basanda, bunu “beh” hesab edir və qarşılığını gözləyirlər!” Yəni, “öy məni, öyüm səni” prinsipini əsas tuturlar. Ötən ilin sentyabr ayında üzləşdiyim göz əməliyyatından sonra bir müddət sosial şəbəkədən gendə dayanmağa məcbur oldum. Bəzi dırnaq arası “dostlar” üç-dörd həftənin içində qeybə çəkildilər. Həmin çətin günlərimdə yazı-pozu ilə məşğul olmayan, ancaq sözə dəyər verməyi bacaran söz sərrafları həmişə olduğu kimi məni yalqız buraxmadılar… Elə indinin özündə də rəhbərlik etdiyim AYB Mingəçevir bölməsinin 25 illik yubileyi ilə ilgili işlərim çox olsa da, əsl söz sərrafları məni tərk etməyiblər… P.S.Özümə söz vermişdim ki yalnız özümün və əhatəmdə olan yazarların qayğıları ilə ilgilənim, ancaq gec-tez yuxarıda dediklərimi üzə çıxarmalı idim. Mənim yazılarıma münasibət bildirən dostlara da, bilərəkdən gözardı edənlərə də cansağlığı arzulayıram. Tərif xəstəsi deyiləm ki yazılarımı oxuyanların sayı ilə qürrələnəm!..
Oxudum və kədərləndim. Bir alimin ölümündən böyük hansı itki ola bilər? Səbzəli Cavadov xaricdə vəfat edib. 64 yaşında. 1993-2003-cü illərdə Azad Mirzəcanzadə epoxasının Ali Attestasiya Komissiyasının sədr müavini olub. Tibb Universitetinin professoru, Tibb elmləri doktoru olub. Böyük Britaniya Kral Cəmiyyətinin üzvü seçilib. 2009-cu ildən ABŞ Puerto-Riko Universitetinin Tibb fakultəsinin professoru və labaratoriya direktoru olub. Onun Hirşa indeksi 50-dir, elmi əsərlərinə 9 min dəfədən çox istinad edilmişdir. Patentləri, elmi məqalələri nə qədər desən. Ruhu şad olsun. Amerikada uğurlu, Azərbaycanda uğursuz bir azərbaycanlıdan söhbət gedir. Şübhəsiz ki, Səbzəli müəllimin elmi əsərlərinə istinad edənlərin 95 faizi heç azərbaycanlı deyil. Qəribədir ki, bu torpaq uğursuz Səbzəli ilə yanaşı həm də uğurlu meyxana ustası Baləli yetişdirir. Əslində adlar meyxana qafiyyəsinə uyğun gəldiyinə görə belə bir müqayisəyə yönəlmiş oldum. Ötən gün təsadüfən qarşıma çıxdı ki, Baləlinin Trendyolun açılışına təşrif gətirdiyi və böyük qələbəlik yaradan milli selfiçəkdirən azərbaycanlıların sevgi görməmişliyindən qorumaların köməyi ilə qurtulduğu videoçarxı 1 milyon 999 min soydaşımız izləyib və bunların 900 mini rəy yazaraq öz sevgisini izhar edib. Bu o deməkdir ki, 1 milyon 999 min soydaşımız Baləlinin şifahi yaradıcılığına istinad edib. İstinad sayında Səbzəli açıq-aşkar Baləliyə uduzur. Sadəcə bir məqam düşündürücüdür: ABŞ-da uğurlu insan Səbzəli, Azərbaycanda isə Baləli obrazında göz önünə gəlir. Səbzəli müəllimə rəhmət, Baləli müəllimə də can sağlığı!
Əziz dostlar, Laçın şəhərinin bünövrəsinin qoyulmasının 100 illiyi şərəfinə hazırladığımız ədəbi antologiyanın çapa verilməsinə az qalıb. Poeziya və nəsr ayrı-ayrı mütəxəssislər tərəfindən korrektə edilmişdir (təbii ki, hər kəs gördüyü işin müqabilində zəhmət haqqını almışdır). Kitabımızda müəllif şəkilləri olmasından dolayı səhifələnmə həm çox pul (səhifə 0,50 qəpikdən), həm də həcmi böyük olduğu üçün xeyli zaman aparacaq. Kitabın 1 ədədinin çap xərci toplam 8 manatdan aşağı deyil (maya dəyəri bundan çoxdur – 1 ildi üzərində işləyirəm). Biz kitabı müəlliflərin özünün dəstəyi ilə 360 tirajla çap etmək imkanına malikik. Bundan əlavə kitab çap olunandan sonra kitab götürmək fikrində olan müəllif və müəllif qohumlarını da əlavə etdikdə 500 ədəd say düzəlir. Əlavə sayda 3 nəfər laçınlımız üst-üstə tirajı 70 ədəd artırıblar. Burdan həmin əmoğlulara təşəkkürümü bildirirəm. Elə müəllif var ki, kitabın tirajının 1ədəd belə artımında iştirak etmək istəmədi. 12 müəllif tiraja 1ədəd, 5 müəllif 2 ədəd, 2 müəllif 3 ədəd artım etdilər. Bu məlumatları paylaşmaqda fikrimiz ondan ibarətdir ki, kitab iri həcmli və dəyərli kitabdır. Təəssüf ki, tiraj məhduddur – yəni sabah bir laçınlımız istəsə, kitabdan əldə edə bilməyəcək. Çünki, tiraj belə demək mümkünsə bron olub. Amma, indi burdan bizə müraciət edib kitabdan almaq istədiyini bildirən hər bir şəxs üçün tirajı artırmaq imkanımız var. Kitab Laçının 400 illik yazılı söz xəritəsidir. Müasirlərlə bərabər Sarı Aşıq, Mir Həmzə Nigari, Aşıq Alı (Aşıq Abbasın atası), Aşıq Abbas, Qara Kərim, Aşıq Cəfərqulu, Şair Məmmədalı, Əmir bəy və s. kimi imzalarla zəngindir. Kitabın tirajını artırmaq həm də bizə onu Azərbaycanın bütün rayon Mərkəzi Kitabxanalarına göndərə bilmək imkanı verərdi. Hər kəs istəsə kitabdan sifariş edə bilər. Qabaqcadan ödəniş istəmirik. Sadəcə kim könüllü ədədi 10 manat olmaqla neçə kitaba yiyə durmaq istəyini yazsın, biz tirajı müəyyənləşdirək.
Dünənə qədər Həmid Herisçini özünə ustad bilənlər bu gün onu linç etməklə məşğuldurlar. Siz yazıçı nüfuzunun aşağı düşməsindən danışırsınız, oxucunun kitabdan üz döndərməsindən dəm vurursunuz. Amma öz qələm dostunuzun statuslarınızın altında təhqir olunduğuna göz yumursunuz! Onun “ölüm xəbəri”ni tirajlayıb bundan ləzzət alırsınız. Özünə “ədəbiyyat adamı” deyən kəs öz həmkarına qarşı axıdılan çirkab selinə kənardan durub baxa bilməz! HƏMİD HERİSÇİnin Azərbaycan Yazıçılar Birliyinin üzvü olmasında hansı qəbahət var? Bəlkə Aqronomlar Birliyinə ya Memarlar İttifaqına üzv olmalıydı?! Bu nə hay-həşirdir? Bir yazıçının Yazıçılar Birliyinə üzv olması niyə bu qədər ajiotaj doğurmalıdır? Bu, hər bir yaradıcı şəxsin öz seçimi, öz qərarıdır. Düşünürəm ki, Yazıçılar Birliyinə qarşı şəxsi ambisiyalar üzərində qurulan təmənnalı münasibət də dəyişməlidir. Narazılıqların kökündə də bu dayanır. Yazıçının işi mətn yazmaqdır. Həmid bəyin də Yazıçılar Birliyində təmsil olunması təbiidir. O, böyük yazıçıdır. Gəlin, dəyərlərimizin qədrini bilək.
Dilçilik İnstitutunun dilimizin başına açdığı dürlü-dürlü oyunlardan nə yazıq ki, doğma türk dilimiz itirir.Ancaq dostlarımızın bəxti yenə gətirmədi.Çünki “xoca” sözünün ərəbcə olmasına dair bir qənaət, bir versiya belə yoxdur.Farsca olması haqqında isə yetərincə mənbələr var, hərçənd 2 müəllif- Rəşidəddin və Fuad Köprülü “xoca” sözünün “koca”, yəni “qoca” sözündən, xalis türkcədən yarandığı variantını deyirlər.Amma böyük ehtimalla keçən dəfə yazdığım kimi “xoca” sözü Samanilər dövründə sıx-sıx işlənməyə başlayıb, əfəndi, böyük, bilgili mənasında.Səfəvilər dönəmində isə daha çox “tüccar” anlamında işlənib.Həmin vaxt “xoca” və “xacə” sözləri eyni kökdən ayrılıb müxtəlif məna çalarları ilə fərqləniblər.Əslində, hökmdar hərəmxanalarında da xacələr hörmətli və nüfuzlu sayıldığından bu sözün leksik mənasını bir o qədər itirməmiş saymaq olar.Son 200-300 ildə isə daha çox dini bilgilər verən, təlim edən, tərbiyə verən anlamında işlənib. O ki qaldı xocanın “hoca” kimi işlənməsinə, türk qardaşlarımız demiş: “Bu, heç sözkonusu deyildi axı!!!” Söhbət bu sözün dilimizdə işlənib- işlənməməsindən gedirdi, hərçənd elə “hocam” deyənlər bəlkə ən dürüst formada ifadə edirlər.Zira sözün kökü farscadan (təxminən 12 əsr öncə) hacə, hacəgan(cəmdə) kimi yaranıb. “H” hərfinin yeri gəldi-gəlmədi “x” hərfinə transferi “bizimkilər”in dilimizin başında dəlləkliyi deyil, bəs nədir?! Yeri gəlmişkən, ərəb-farsca mötəbər lüğətimi açdım. Demək olar ki, ərəbcə “h”-dan və “x” dan sonra “o” hərfinin işləndiyi söz tapmadım.Tək bir söz-“xof” sözündən başqa.Öz aramızdır, bu da türkcəmizdən xoflananlar üçün heç də xoş olmadı.
Adam belə şeyləri yazmağa utansa da, əslində, utanmalı heç nə yoxdur. Hərdən, lap elə ildə bir dəfə ad günündə özümüzü tərifləsək, dünya dağılmaz ki. Nə qədər siz tərifləyəcəksiniz, bu işi bir az da özümüz görüb yükünüzü azaldaq da. İndiyədək tanınmaq üçün heç nəyə can atmadım. Mükafat uğrunda əqidəmi dəyişib yaltaqlanmadım. Kimlərinsə yanında yer tutmağa görə xəbərçilik etməmişəm. Necə varamsa, o cür olmuşam. Ürəyimdən nə cür gəldisə, elə davrandım. Səhvimi ortalıqda buraxan deyiləm, etmişəmsə cəzasını da çəkməyə hazıram. Amma çalışıram həmişə haqlı olum. Kiməsə ədalətsizlik edib xəcalət çəkməyim, ağırlığını qaldıra bilmərəm. Diqqət çəkmək, sevilmək üçün yerimdən tərpənib bircə jest də göstərmədim. Bəzən “soyuq”, bəzən “zəhmlisən” deyən də oldu, amma ən çox da belə deyənlərlə mehriban olub dostlaşdıq. Vəzifəm, qılığım olmadan çox istədilər. Səbəbi sadədir – dürüst, ədalətli, təmkinli, ən əsas da təmənnasız oldum. Amma… istəklərim qapının arxasında qaldı, açsam keçə bilərəm. Açmaqsa mümkün deyil, cəftəsi tikanlıdır. Öz mühitimdə yaşamıram, dayazdüşüncəli, məişət təfəkkürlü cılız, paxıl, şöhrətpərəst yaltaqların arasında mənəvi yorğunluqla günləri ötürürəm. Saxtakarların içində bir üzlə yaşadıqca adamı quzğun kimi dimdikləyirlər. Onlar kimi olmadığım üçün çoxuna mane oluram. Boş söhbətlərə qoşulmadığım üçün hikkədən məni didmək istəyirlər. Rəftarları – “Əvvəl-axır bizi kimi olacaqsan, ya yox?” sualı kimi çıxır. Hamı hər şeyin özünə faydalı tərəfindən yanaşır. Sənə edilən pisliklər özünə edilənədək sakit durur, sənə də bunu tövsiyə edir. Adamların əsl üzü özünün xətrinə dəyilən məqamda ortaya çıxır. Ağıl öyrətməyi sevən ağılsızlar qərəzlə incikliyi ayıra bilmirlər. Ədəbi mühitdə baş verənləri məndən yaxşı bilirsiniz. Sizin məlumatınız daha çoxdur. Şəxsi münasibətlərə, tapşırılmalara görə mükafat vermək, yaltaqlıqla bir-birini tərifləmək, yaradıcılığı pula satmaq, pulla yaradıcılıq “yaratmaq”, eyni qayda ilə yazdıqları haqqında tərif yazdırmaq dəb halındadır. Uzun-uzadı məqalə oxuyursan, görürsən fikirlərin bir-birinə calanması üçün müəllif itin zülmünü çəkib, anlayırsan ki, nəyinsə xatirinə yazılıb. Tədbirlərdə, mətbuatda tərif, statuslarda saysız-hesabsız “layk” şəxsin sahib olduğu üstünlüklərə görədir. Bu cür vəziyyət dözülməz həddə çatıb. Bəzən adam qıcıqlanır. (Saf, əqidəli insanlar bu cür şeylərdən yorulublar) Bunu da məndən yaxşı bilirsiniz ki, sadaladığım xoşagəlməz halların heç biri mənə aid deyil. Nə mən kiməsə yaltaqlanıram, nə də kimsə mənə yaltaqlanır. Mənim yaltaqlanmamağımın səbəbi gözütoxluğum, əqidəli olmağım, mənə yaltaqlanmamağın səbəbi isə vəzifəmin olmamağı, kiminsə “amanatlamamağı”dır. Yəni tam sərbəst, müstəqil şəkildə yazıram. Burayadək yazdıqlarım burdan sonra yazacaqlarıma girişdir. Yazdığımı oxuyub qiymətləndirənlər, özümü tərifləyənlər var ha, ölkəmizin ən gözəl, saf adamlarıdır. Mənə diqqət göstərdikləri üçün bu fikirdə deyiləm. İnsanların həris olduqları vəzifəmin, pulumun və yaltaqlanmağa təhrik edən digər gözqamaşdırıcı heç nəyimin olmamağına baxmayaraq mənə dəyər verməkləri bunu göstərir. Bu qarışıq zamanda, hamının “insanlar korlanıb, yaxşıya dəyər verən yoxdur” dediyi məqamda onlar sübut edirlər ki, korlanmayanlar da var, təmənnasız yaşayanlar da. İndi yanımda olan dostlar, oxucular nə pula, nə də şöhrətə, vəzifəyə aldananlardır. Elə olsaydı, mənim yanımda yox, tanıdıqları “mötəbərlərin” ətrafında fırlanardılar. Görün ki həqiqətən təmiz insanlardılar. Özümü tərifləməyimi də başıma qaxmayın. Pul verib haqqımda kiməsə tərif yazdırmıram ki. Kimdənsə haqqımda xoş söz deməsini də xahiş etmirəm. İncidiyim, yaxud şad olduğum məqamlardan yazıb dostlarımla bölüşürəm. Nə vaxtsa (Allah eləməsin) vəzifəm olsa, indi mənə diqqət göstərənlərin hamısını başımda gəzdirəcəm.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!