Etiket arxivi: YUNİS QARAXANLI

Pərvanə Bayramqızının “Karantin zədəsi” kitabı haqqında

Jurnalist, şair Yunis Qaraxanlı yazır:

… “Açıq Kitabxana”ya keçir, buradakı açıq rəflərdə olan kitablara göz gəzdirirəm. Bu zaman gözlərimə “Karantin zədəsi” adlanan nəfis bir kitab sataşır.

“Karantin zədəsi” kitabı son illərdə ərsəyə gətirilmiş möhtəşəm sənət nümunələrindən biridir. Kitabın adını sosial şəbəkərdən tez-tez eşidirdim. Çevrəmdəki yoldaşlarımın bir-birinə ötürərək oxuduğu, ağız dolusu danışdığı kitablardan biri idi. Kitabın adı ilə ilk dəfə tanış olanda, sözün düzü, həmin dövrdəki işlərimin çoxluğu ilə əlaqədar olaraq, onu oxumağa tənbəllik göstərmişdim. Lakin indi qarşıma çıxanda kitab məni oxumağa sövq etdi. Yaxşı ki, oxudum…
Kitabı vərəqlədikcə mənə elə gəlir ki, müəllifin obrazı gözümdə get-gedə daha aydın görünür. Onun poetik varlığının uzaqdan, az tanışlıqdan yaxşı görünməyən cizgiləri aydınlaşır, qabarır, daha görkəmli olur. Elə bil ki, uzaqdan, kölgədən çıxıb yavaş-yavaş işıqlığa gələn bir adamı görürsən. Kitabın içindəki hekayələr, məqalələr, şeirlər təmkinlə, həvəslə, qürurla, nigaranlıqla yaxın bir insan qəlbinin gözəlliyindən xəbər verir.
Kitab haqqında müxtəlif səviyyələrdə dəyərli fikirlər söylənilib. Hər biri də öz tutumu, deyim tərzi, sanbalı ilə diqqəti çəkəndir.
Yazıları insan duyğularına məlhəm və məhrəm olan Pərvanə Bayramqızı yaradıcılığı haqqında və bu kitab haqqında hələ çox fikirlər söylənəcək və yazılacaq. Mənim yazdığım isə sadəcə dəryadan damla timsalında bir yazı idi.

12.01.2025.

Müəllif: Yunis QARAXANLI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yunis Qaraxanlı təqdim edir: Nuranə Rafailqızı

NURANƏ RAFAİLQIZININ YAZILARI

Yunis Qaraxanlı təqdim edir: Nuranə Rafailqızı

Təqdim edir: Yunis QARAXANLI

NURANƏ RAFAİLQIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru