Etiket arxivi: YUSİFCANLI

İLQAR – ZAUR USTAC

Azərbaycanın Milli Qəhrəmanı, Şəhid polkovnik İlqar Mirzəyev.

İLQAR

(İlqar Mirzəyevin əziz xatirəsinə)

Qəhrəman olmaq üçün
Gəlmişdi Yer üzünə.
Silahı sevgi idi,
Qonmuşdu nur üzünə.
*    *    *
Verdilər İlqar adın,
Böyüdü üzdə vüraq.
Fəxriydi dostun, yadın,
Əhdinə düzdü İlqar.
*    *    *
Ananın sevinciydi,
Obanın şan-şöhrəti.
Ziyası oldu xalqın,
Əritdi zin-zülməti.
*    *    *
Gətirdi gedişiylə
Şərəfi, şanı bizə.
Qollara qüvvət oldu,
Təpəri yetdi dizə.
*    *    *
Məzara düşən gün o,
And içdi mərd oğullar:
-“Bu qanı alacağıq,
Sən rahat uyu, İlqar!”
*    *    *
İgidlər tutdu sözün,
Bir gündə döndü zaman.
Göstəriş verildi ki,
Düşmənə yoxdur aman!
*    *    *
Çin oldu arzuları,
Qarabağ oldu azad.
Uyuyur rahat indi,
Şəhidim indi rahat…
21.06.2021. Bakı ş.

Müəllif: Zaur Ustac



Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİN – AZƏRBAYCAN ƏSGƏRİ – SİLSİLƏ YAZILAR

Şahnaz Şahinin kitabı.

Şəhid hüquqşünas Anar Süleymanov

…altıncı yazı…

      Böyük türk dünyasının lideri Mustafa Kamal Atatürk deyib ki, millətin həyatı təhlükəyə məruz qalmayıbsa, müharibə etmək cinayətdir. Azərbaycan xalqının timasalında da bu deyim öz təsdiqini tapır. Əsrlərcə xalqımız nankor erməni qonşularımızın əli ilə zorakılığa, torpaqlarımız isə işğala məruz qalmış, itirə-itirə gəldiyimiz torpaqların bir qarışını isə geri qaytarmaq  mümkünsüz olmamışdı. Bu az imiş kim xalqımıza layiq olmadığı məğlubiyyəti də zorla unutdurmağa çalışmışlar. Amma son otuz ildə başına gətirlən fəlakətlərdən, qanla yazılan və düşmənlərin sərhədlərini zorla dəyişdirilməyə çalışdıqları hadisələrdən xüsusi dərs alan Azərbaycan xalqı, bir millət olaraq indiyədək başına gətirilən haqsızlıqları öz yaddaşına həmişəlik möhürlədi və unutmadı…

     Azərbaycan xalqının belə bir məsəli var, ordum varsa, yurdum var. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və davamlı siyasət nəticəsində daha da inkişaf etdirilərək dövlətin dayağına və xalqın güvənc yerinə çevrilmişdir. Azərbaycan Ordusu regionun ən güclü və modern ordusu olmaqla, həm də ən inkişaf etmiş ölkələrin ordusunun ön sıralarında yer alır. Ordu sıaralarında vətənpərvər, sağıam düşüncəli, mənən zəngin, torpağını sevən, müasir silahlar və texnikadan məharətlə istifadə etməyi bacaran hərbçilər qulluq edir ki, bu da qələbənin əsas şərtlərindəndir…

    Xalqımızın zorən qatıldığı müqəddəs müharibədə Azərbaycan ordusu, onun hərbi qulluqçuları öz qabiliyyətini və üstünlüyünü dünyaya sübut etdi. Ali Baş Komandan İlham Əliyevin səfərbərliklə bağlı verdiyi əmrlə vətənpərvər oğullar doğma yurdun müdafiəsi uğrunda bir nəfər kimi ayağa qalxdı.. Həmin oğullardan biri də Bahadurov Anar Süleyman oğlu idi…

   Anar Bahadurov26 iyun 1992-ci ildə Sabirabad  rayonunda dünyaya gəlmişdi. Uşaqlıqdan öz fərqli dünyası olan bu oğlan, 1998-ci ildə N.Gəncəvi adına 5 saylı orta məktəbin birinci sinfinə getmiş və 7-ci sinfədək bu məktəbdə təhsil almışdır. Elmə, xüsusilə də humanitar fənlərə olan həvəsi onu şagird yoldaşlarının və müəllimlərin sevimlisinə çevirmişdi. 7-ci sinfi bitirəndən sonra imtahan verərək Əlibayramlı (indiki Şirvan)şəhər Özəl Türk Liseyinə qəbul olunur. Yüksək göstəricilərlə bu təhsil ocağını da başa vuran Anar, 2009-cu ildə Ali məktəblərə qəbul imtahanılarndan 645 bal toplayayaraq  Azərbaycan Dövlət universitetinin Hüquq fakültəsinə, 2013-cü ildə isə ali təhsilini başa vuraraq maqistraturaya daxil olur.  Lakin təhsilini donduraraq vətən borcunu verməkdən ötrü həqiqi hərbi xidmətə yollanır.

    Hərbi borcunu Tovuz rayonundakı “N” saylı hərbi hissədə yerinə yetirib geri dönən Anar, 2014-2016-cı illərdə Almanıyanın Köln şəhərində maqistratura  təhsili alır. O, bir neçə xarici dili də öyrənməyə nail olmuş, ingilis dilindən isə “İelts” proqramı üzrə sertifikat almışdı. Gələcəyin hüquq müdafiəçisi hərətrəfli bilik və bacarığa yiyəlnir, müasir Azərbaycanın gələcəyini daha gözəl, daha yüksək inkişaf səviyyəsində görür və bunun üçün özü də əlindən gələni edirdi. Lakin son illərdə sərhədyanı ərazilərimizdə baş verənlər, düşmənlərin bütün beynəlxalq razılaşmaları pozaraq dinc əhalini də hədəf seçməsi, daimi yeni ərazi iddiaları onun da gənc ürəyi düşmənə qarşı qəzəb və nifrət hissi ilə dolurdu…

      2020-ci il 27 sentyabr günü xalqımızın qaqlı savaşı başlanarkən Anar da vətən qarşısında borcunu vermək, mənfur düşmənləri müqəddəs torpaqlarımız olan Qarabğadan qovub çıxarmaq üçün əyninə hərbi forma geyinərək cəbhəyə yollanır. Anar Bahadurov Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və kəndləri uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmişdir. Döyüş meydanlarıda düşmənin yüzlərlə canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində xüsusi çeviklik və qəhrəmanlıq göstərmişdir. O, öz həyatını təhlükəyə ataraq yaralı yoldaşlarının döyüş meydanından təxliyyə olunmasını  təmin etmişdir. Noyabr ayının 8-də Qubadlı-Şuşa istiqamətində həlledici ağır döyüşlər isə Anarın sonuncu döyüşü olmuş, o, qələbənin bircə addımlığında ağır yaralanaraq ən uca məqam olan müqəddəs şəhidlik mərətbəsinə yüksəlmişdir…

…Göstər yaralarını, dünya görüb inansın,

Udduq haqq savaşını, ver sadağa, gəlmişik…

     Bahadurov Anar Süleyman oğlu Sabirabad rayonunda şəhidlər xiyabanında dəfn edilmiş, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir…

     Şəhidlər canlarından keçərək vətənin sərhədlərini qanları bahasına bərpa etdilər. Zülmət gecəyə işıq şəhid yaralarından düşər, zülm zəncirləri onların əlləri ilə qırılar, əbədiyyətə yol onların saldığı izlərdən keçər…Allah, vətən və millət yolunda canına qıyan insanların fəth etdiyi ən uca aləmdir şəhidlik… Hər gün tarixə yazılmaz, tarixə yazılan hər gün də yadda qalmaz. Günləri unudulmaz edən  qəhrəman şəhidlərimizdir, payına düşən ömür payını vətəninə qurban verən şəhidlər…




Müəllif:Şahnaz ŞAHİN

ŞAHNAZ ŞAHİNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİNİN KİTABI “AZƏRBAYCAN ƏSGƏRİ”

ŞAHNAZ ŞAHİNİN KİTABI “AZƏRBAYCAN ƏSGƏRİ”

ŞAHNAZ ŞAHİNİN KİTABI “AZƏRBAYCAN ƏSGƏRİ” PDF:




Müəllif:Şahnaz ŞAHİN

ŞAHNAZ ŞAHİNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ İYUN 2021 SAYI İŞIQ ÜZÜ GÖRÜB

BU  SAYIMIZDA

Baş  redaktordan………………………………………3

Sevindik Nəsiboğlu. Sən həmişə bizimləsən…4

Akif  Abbasov. Arzu…………………………………..9

Təranə  Məmməd.. Rəqibim……………………..13

Şahnaz Şahin. Ay işığına dönən əsgər……….15

Rahim Üçoğlanlı (Rzayev). Bir şeir…………….18

Səxavət Qarabağlı (Məmmədova). Şeirlər…..19

Zaur Ustac. Təranə Məmmədin “Tor”u………..22

Təbrik…………………………………………………….30

“YAZARLAR” JURNALININ İYUN SAYI

YAZARLAR JURNALININ İYUN NÖMRƏSİ

“YAZARLAR” JURNALININ DİGƏR SAYLARI

Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC və UŞAQLAR

Şair-publisist Zaur Ustac M. Hadi adına Şamaxı şəhər 9 saylı tam orta məktəbin ” I b” sinif şagirdləri ilə birlikdə “Məzəli Hərflər” müsabiqəsindən sonra. (25.05.2017. Şamaxı ş.)
Zaur Ustac Arif Hüseynzadə adına 20 N: li tam orta məktəb-liseyin şagirdləri ilə 9 may Qələbə Gününə həsr olunmuş tədbirdə. (08.05.2018. Bakı ş.)


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qrabağ azərbaycandır, Azərbaycan isə, dünyamız!

May ayının 30-u Qurban müəllimin ad günüdür!

QRABAĞ AZƏRBAYCANDIR, AZƏRBAYCAN İSƏ, DÜNYAMIZ!

…yubiley təbriki…

DƏYƏRLİ ALİM QURBAN BAYRAMOVUN 75 İLLİYİNƏ

Salam olsun, çox dəyərli oxucum! Bu kiçik yazımı dünyanı dərk eləməyə başladığım məkanı vəsf etməklə başlamaq istəyirəm ki, bu məsələnin söhbətimizə birbaşa dəxli var. 39°58″23″ şm. e. 47°03″08″ ş. u. nöqtəsi mənim üçün dünyanın mərkəzi olmaqla yanaşı, həm də dünyaya açılan bir pəncərə olub.

Elə bir pəncərə ki, elm deyiləndə ağlıma gələn iki şəxsdən biri evimdən üzü günbatana baxanda sağ qonşum Rafiq Əliyev (bu şəxsi hələ məktəbə getməzdən əvvəl anamdan eşitdiyim “dünyanın ən gənc alimi” kəlməsi ilə tanımışam), ikincisi isə sol qonşum Xudu Məmmədov (bu şəxsi isə özüm artıq məktəbə gedəndən sonra ötən əsrin səksəninci illərində buraxılmış “Azərbaycan” adlı kitabdan şəklini görüb tanımışam) olub. Ədəbiyyat kəlməsi eşidəndə “Marallarım”la dünyaya meydan oxuyan Əbdürrəhim bəy Haqverdiyevi, “Karvan yolu” ilə qəlbimə yol tapıb, “Cıdır düzü” ilə ruhuma hakim olmuş Bayram Bayramovu xatırlamamaq mümkün deyil. Musiqi, mədəniyyət və incəsənt sahəsində isə ad çəkməyə ehtiyac duymuram. Ağayana, bir az dikbaş və inadkar mərd oğullar vətəni Qarabağdadır bu məkan… Qarabağ Azərbaycandır, Azərbaycan isə bizim dünyamız. Bizlərə “Azərbaycan” adlı dünya bəxş etmiş, onu öz qələmi və şirin dili ilə dünyada tanıtmış bir dahi şəxs də var Səməd Vurğun… Azərbaycanı bizə və dünyaya tanıdan bu şəxsi bizlərə və cümlə-cahana tanıdan daha bir görkəmli şəxsiyyət, elm, ədəbiyyat fədaisi də var… O böyük insan dəyərli alimimiz, el ağsaqqalı Qurban Bayramovdur.

May ayının 30-u Qurban müəllimin ad günüdür! Bu il həm də onun 75 illik yubiley ilidir. Tam səmimi olaraq etiraf edirəm ki, 75 illiyi münasibəti ilə onun haqqında yazı yazmaq fikrim əvvəldən olmayıb. Özünə də demişdim ki, Allah qoysa, “hazırlaşım, 80-də belə bir məzmunlu yazı yazacam, Allah hər ikimizə ömür versin…” Bu məqsədlə də “Yazarlar” jurnalının may-2021 sayında (“YAZARLAR” – MAY 2021 SAYI) rəhmətlik Qələndər Xaçınçaylının düz bir il əvvəldən yazıb hazır qoyduğu yazı ilə təbrik etmişdim Qurban müəllimi.

YAZARLAR JURNALININ MAY -2021 BURAXILIŞI.

Ancaq iş elə gətirdi ki, yubiley tədbirləri çərçivəsində əvvəlcə onun nəşrə hazırladığımız “Vurğun poeziyası”, sonra isə “Lirik qəhrəman və zaman” kitablarını hərf-hərf diqqətlə oxumalı oldum. İşin gedişi ilə bağlı iki məqama diqqətinizi çəkmək istəyirəm. Əvvəllər də çox yerdə qeyd etmişəm, demişəm. İş-yazı masamın arxasına adətən sizlərin gecə dediyi, mənim isə yeni günün ilk anları kimi qəbul etdiyim vaxtda əyləşir və gün doğana qədər işləyirəm. Kitabların biri 100 səhifə, ikincisi isə 200 səhifə həcmində olmasına rəğmən, işləməyə də eyni vaxtlarda bağlamağıma baxmayaraq, hər ikisinin son sətirlərini sübh azanının sədaları altında oxuyub yekunlaşdırdım. Birinci gün birinci kitabda bunu təsadüf kimi qəbul etməyə çalışsam da, ikinci gün həcmcə iki dəfə birinci ktabdan çox olan kitab da eyni vəziyyətdə bitəndə bunun təsadüf olmadığını qəbul etdim. Söz əhli, sadiq qələm adamları bu fikrimi yəqin ki, qəbul edərlər… Bir yandan Səməd Vurğun fəğanı, bir yanda onu bizlərə anlatmağa çalışan Qurban Bayramovun diktəsi, digər yandan olduqca yaxından canlı eşidilən azan, quşların səsi, qəribə oyanış, sübh abu-havası… Bütün bunların təsirindən, bir az da soyuq sübh mehinin rolu olmuş olacaq ki, adam özü-özündən üşənir, qolunda tükləri elektriklənir, başında “vız duran” təkəm-seyrək saçlarında Lev Tolstoyun sığalını hiss edirsən… Özü şəxsən canlı-canlı deyir, yaz bala, yaz, bu adam Allah adamıdır… Allahın sevimli bəndəsidir… Yaz… Oxu…

Onu qeyd edim ki, Qurban Bayramovun hələ ötən əsrin 70-80-ci illərində kiril əlifbası ilə nəşr olunmuş, dahi Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığından bəhs edən “Vurğun poeziyası” (1976),

QURBAN BAYRAMOVUN KİTABI.

“Lirik qəhrəman və zaman” (1986)

QURBAN BAYRAMOVUN KİTABI.

kitabları yubiley tədbirləri çərçivəsində latın qrafikalı müasir Azərbaycan əlifbası ilə çap edilib. Bu kitabların elektron variantı bütün oxucular üçün əlçatandır. Bunun üçün müxtəlif axtarış sistemlərində (məsələn, bu, “Google” ola bilər) kitabların və müəllifin adını yazaraq axtarış vermək kifayətdir.

Ədəbiyyatşünas alim, tənqidçi Qurban Bayramov “Vurğun poeziyası” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb.

QURBAN BAYRAMOV N: 075 23.05.2021. – BAKI.

Sonda bu yazının ilk sözündən bura qədər yazdığım kəlmələri bir-bir yenə ruhumun süzgəcindən keçirərək bu qənatə gəlirəm ki, vallah, dost-doğru həqiqət elə bundan ibarətdir; Qarabağ Azərbaycandır, Azərbaycansa bizim dünyamız… Bu dünyanı bizlərə hərf-hərf, söz-söz anlatmağa çalışan, anlada bilmədiklərini gördükdə isə bəlkə gələcəkdə kimsə anlayar düşüncəsi ilə adını ədəbiyyat qoyub tarix yazan kişilərə Allah qəni-qəni rəhmət eləsin… Cabir Novruza rəhmət oxumadan bu yazını sonlandırmaq böyük qəbahət olardı:
 
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…

Ruhu şad olsun böyük şairimizin…

Bütün bu sadaladıqlarımı bizə xatırladan, ilmə-ilmə ruhumuza hopduran Qurban müəllim, ad gününüz mübarək olsun! Bu yazını, başda Rəşad Məcid olmaqla, qələmli və qələmsiz yazan bütün yazarlarımızın adından yazmağı özümə borc bildim. Bilirəm ki, hamısı Sizi çox sevir… Bu şad gününüzə sevinir… 80 illikdə də yazmağı söz vermişəm, o, öz yerində…

Allah Sizə uzun və sağlıqlı bir ömür nəsib etsin, Qurban müəllim! Yazın, yaradın, biz də oxuyub öyrənək…



Müəllif: Zaur USTAC

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ

1 iyun uşaqlar beynəlxalq müdafiəsi günü kimi qeyd olunur. Bu günü Bizdə uşaqlar beynəlxalq müdafiəsi günü kimi qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. “Ümumdünya Uşaqlar Günü” 1954 -cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956 cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub. Biz uşaqlar bu dünyanın gələcəyiyik.

Müəllif: Tuncay Shahrili

Müəllif:Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbinin məzunları 30 il sonra

AĞDAM RAYONU, YUSİFCANLI KƏND ORTA MƏKTƏBİNİN 1991 – ci il MƏZUNLARI

AĞDAM RAYONU, YUSİFCANLI KƏND ORTA MƏKTƏBİNİN MƏZUNLARI 30 İL SONRA BİR ARAYA GƏLDİLƏR – 25.05.2021.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ORXAN YUSİFCANLI MÜKAFATLANDIRILDI

Orxan Yusifcanlı – Məmmədov Orxan Fərasim oğlu.

Gənc xanəndə Orxan Yusifcanlı (Məmmədov Orxan Fərasim oğlu) Beynəlxalq “Altın Avaz” Mahnı Müsabiqəsində ikinci yer tutaraq diplomla mükafatlandırılıb. Orxanı təbrik edir, yeniyeni yaradıcılıq uğurları arzulayırıq. Uğurların bol olsun, Orxan! Yusifcanlıda toy oxuyasan İnşəaAllah!

Orxan Yusifcanlı – Məmmədov Orxan Fərasim oğlunun diplomu.

ORXAN YUSİFCANLININ DİGƏR UĞURLARI


Təqdim edir: Zaur USTAC

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru