Etiket arxivi: ZAUR USTAC

Otən həftənin mədəni mənzərəsi

Salam olsun çox dəyərli oxucum! Son zamanlar dünyamızda  və təbiətdə baş verənlər dəyişikliklər ümumi həyat zəncirinin ən mühüm halqasını təşkil edən insanın da yaşam və düşüncə tərzindən yan keçmir. Sadəcə ötən həftələr ərzində baş vermis mədəni hadisələrə ötəri bir nəzər saldıqda belə biz bunun şahidi oluruq. “Tərəfsiz ədəbiyyat tarixdir!” şüarımıza sadiq qalaraq ötən günlərin mühüm mədəni (ədəbi-tarixi) hadisələrinə nəzər salaq. Bu yazımda iki mühüm hadisəyə toxunacam. Bu mühüm mədəni hadisələrdən biri gənc şair, publisist, Prezident təqaüdçüsü Tural Cəfərlinin “Elə ki darıxdın” adlı yeni şeirlər kitabının təqdimatı, digəri isə  gənc filoloq, rejissor, “Türkel Teatrı”n yaradıcısı və tamaşanın əsas ifaçılarından biri Aysu Türkelin təşəbbüskarlığı ilə antik yunan dramaturgiyasının görkəmli nümunələrindən olan Evripidin “Alkesta” əsərinin səhnə təqdimatı barədə olacaq:
-Darıxmağın fəlsəfəsi və sözün işığında yeni görüş
        Azərbaycanın mədəni həyatında ötən həftənin diqqətçəkən hadisələrindən biri gənc şair, publisist, Prezident təqaüdçüsü Tural Cəfərlinin “Elə ki darıxdın” adlı yeni şeirlər kitabının təqdimatı oldu.  “Litera” kitab mağazasında keçirilən tədbir ədəbi ictimaiyyətin, qələm adamlarının, media nümayəndələrinin və poeziyasevərlərin iştirak etdiyi əlamətdar görüşə çevrildi.
      Təqdimat mərasimində millət vəkili və yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və esseist Səlim Babullaoğlu, yazıçılar İlham Əziz və Nihat Pir, şair Vahid Əlioğlu, dosent Nəsir Xankişiyev çıxış edərək müəllifin yaradıcılığı, poeziyaya gətirdiyi fərqli baxış və yeni kitabın bədii məziyyətləri haqqında fikirlərini bölüşdülər.
Müasir Azərbaycan poeziyasında son illər müşahidə olunan əsas tendensiyalardan biri insanın daxili aləminə dönüş, fərdi duyğuların fəlsəfi təhlili və həyat hadisələrinə yeni baxış bucağının formalaşdırılmasıdır. Tural Cəfərlinin “Elə ki darıxdın” kitabı da məhz bu istiqamətin diqqətçəkən nümunələrindən biri kimi qiymətləndirilə bilər.
       Kitabın adından başlayaraq oxucu fərqli bir poetik məkanla qarşılaşır. Adətən mənfi emosional hal kimi qəbul olunan darıxmaq hissi müəllifin yaradıcılığında özünü tanımağın, daxili dünyaya qayıdışın və ruhun öz həqiqətini axtarmasının başlanğıc nöqtəsinə çevrilir:
“Elə ki darıxdın, heç kimə demə,
Bir az xəyal götür, özünlə danış.
Yığıb bir araya xatirələri,
Sahildə oturub dənizlə danış.”
Bu misralarda şair insanı təkliyə deyil, özünə qayıdışa çağırır. Müasir həyatın sürəti, informasiya bolluğu və gündəlik qayğılar fonunda insanın öz iç dünyasından uzaqlaşdığı bir dövrdə müəllif sadə, lakin dərin məna daşıyan bir yol göstərir: özünlə danışmaq.
Tural Cəfərlinin poeziyasında diqqəti çəkən əsas cəhətlərdən biri obrazların mürəkkəb metaforalarla deyil, sadə və anlaşıqlı dillə qurulmasıdır. Onun şeirlərində həyatın fəlsəfəsi gündəlik müşahidələrdən, təbiət hadisələrindən və insanın daxili təcrübəsindən doğur:
“Danış, ürəyini boşalt beləcə,
Ləpələr dərdini yuyub-aparsın.
İçində sızlayan yaralarını
Külək yarpaq kimi bir-bir qoparsın.”
Burada dəniz sadəcə təbiət obrazı deyil, insanın sirdaşına çevrilir. Külək yalnız meteoroloji hadisə deyil, ağrıları aparan mənəvi güc kimi təqdim olunur. Şair təbiətlə insan arasında görünməyən bir körpü yaradır.
      Kitabda tez-tez rast gəlinən mövzulardan biri də bağışlamaqdır. Müəllif bağışlamağı zəiflik deyil, mənəvi yüksəliş kimi təqdim edir:
“Uzaqdan əl edib özün-özünə,
Hamını bir axşam bağışla getsin.
Gözündən asılan yorğun baxışlar,
Son dəfə islanıb yağışla getsin.”
Bu misralarda həyatın yükündən qurtulmaq, keçmişlə barışmaq və ruhun azadlığına qovuşmaq arzusu hiss olunur. Şair insanı qisasın deyil, mərhəmətin və anlayışın tərəfinə dəvət edir.
     “Elə ki darıxdın” kitabında ölüm mövzusu da xüsusi yer tutur. Lakin müəllif ölümə qorxu ilə deyil, həyatın ayrılmaz hissəsi kimi yanaşır. “Mən də” şeirində bu fikir sadə, lakin təsirli şəkildə ifadə olunur:
“Gördüm ki, ağlayan yoxdur halıma,
Başladım halıma gülməyə mən də.
Əbədi deyiləm, arxayın olun,
Dünyaya gəlmişəm ölməyə mən də.”
Bu misralar oxucunu həyatın faniliyi haqqında düşünməyə vadar edir. Şair burada ümidsizlik yaratmır, əksinə, insanın yaşadığı anın dəyərini dərk etməsinin vacibliyini vurğulayır.
       Müəllifin yaradıcılığında diqqət çəkən başqa bir məqam çətinliklərə münasibətdir. Adətən maneə kimi qəbul olunan hadisələr onun poeziyasında inkişaf vasitəsinə çevrilir:
“Ay mənim yoluma daş düzən adam,
Nə gözəl etmisən, daşına şükür.
Ayağım bərkidi sənin sayəndə,
Düşünən beyninə, başına şükür.”
Bu misralar müasir insan üçün mühüm mesaj daşıyır. Şair həyatdakı əngəlləri bədbəxtlik deyil, möhkəmlənmək imkanı kimi qiymətləndirir. Çətinliklərin insanı böyütdüyünü və gücləndirdiyini xatırladır.
Şeirin davamında bu fəlsəfə daha aydın görünür:
“Sənin sağlığına, həmin daşları,
Yığıb mən özümə ev düzəltmişəm.”
Bu poetik fikir əslində bütöv bir həyat dərsidir. İnsan qarşılaşdığı problemlərdən dağıla da bilər, həmin problemlərin üzərində yeni həyat da qura bilər. Seçim onun öz əlindədir.
Tural Cəfərlinin poeziyası müasir Azərbaycan şeirində nikbin fəlsəfənin, sadə ifadə tərzinin və daxili səmimiyyətin uğurlu sintezidir. Onun şeirləri oxucunu yalnız hisslər dünyasına aparmır, eyni zamanda düşündürür, həyat hadisələrinə fərqli rakursdan baxmağa sövq edir.
     Təqdimat mərasimində müəllif yaradıcılıq prosesi, kitabın ərsəyə gəlməsi və gələcək planları haqqında danışdı, şeirləri qiraətçilər tərəfindən səsləndirildi, oxucuların sualları cavablandırıldı. Sonda müəllif kitablarını imzalayaraq oxucularla xatirə şəkilləri çəkdirdi.
On beş ildən sonra işıq üzü görən ikinci şeirlər kitabı olan “Elə ki darıxdın” göstərir ki, Tural Cəfərli zaman ərzində öz poetik dəst-xəttini qoruyub saxlamaqla yanaşı, onu daha da zənginləşdirə bilib. Kitabın səhifələrində həm həyatın ağrıları, həm insanın daxili axtarışları, həm də ümidin və inamın işığı yaşayır.
        Ötən həftənin mədəni mənzərəsinə nəzər salarkən demək olar ki, “Elə ki darıxdın” kitabının təqdimatı sadəcə yeni bir nəşrin oxucularla görüşü deyildi. Bu tədbir həm də müasir Azərbaycan poeziyasının yeni düşüncə istiqamətlərinin, insanın öz daxilinə qayıdış çağırışının və söz sənətinin yaşamaqda davam edən gücünün növbəti təzahürü idi.
-Ölümə meydan oxuyan sevgi – “Alkesta” tamaşası
       Azərbaycanın teatr həyatında ötən həftənin diqqətçəkən mədəni hadisələrindən biri antik yunan dramaturgiyasının görkəmli nümunələrindən olan Evripidin “Alkesta” əsərinin səhnə təqdimatı oldu. İyunun 2-də Şuşa Dövlət Musiqili Teatrının səhnəsində “Türkel Teatrı”n təqdim etdiyi tamaşa klassik irslə müasir teatr düşüncəsinin uğurlu vəhdəti kimi tamaşaçıların diqqətini cəlb etdi.
      Evripidin yaradıcılığında xüsusi yer tutan “Alkesta” təkcə qədim yunan dramaturgiyasının deyil, ümumilikdə dünya ədəbiyyatının ən maraqlı fəlsəfi-mənəvi nümunələrindən biri hesab edilir. Əsərin mərkəzində insan həyatının əbədi sualları dayanır: Sevgi ölümə qalib gələ bilərmi? Fədakarlığın sərhədi varmı? İnsan öz xoşbəxtliyi naminə başqasının həyatını qurban verməyə haqq qazanırmı?
      Mifoloji süjet əsasında qurulan əsərdə Fera hökmdarı Admet ölüm hökmündən yalnız o halda xilas ola bilər ki, kimsə onun yerinə ölməyə razı olsun. Nə valideynləri, nə də yaxınları bu ağır yükü üzərinə götürmək istəmir. Yalnız həyat yoldaşı Alkesta sevgisinin gücü ilə bu fədakarlığa hazır olur. Beləliklə, tamaşa sevgi, vəfa, vicdan, insanlıq və mənəvi məsuliyyət kimi anlayışları dərin fəlsəfi müstəvidə təqdim edir.
      Tamaşanın quruluşçu rejissoru Şəbnəm Xeyrullanın səhnə yozumu klassik mətnin əsas ideya yükünü qorumaqla yanaşı, onu müasir tamaşaçı üçün anlaşılan və təsirli formada təqdim etməyə imkan verib. Rejissorun əsərə yanaşmasında emosional gərginliklə fəlsəfi düşüncə arasında tarazlıq hiss olunur. Hadisələrin inkişafı boyunca tamaşaçı yalnız süjetin izləyicisi deyil, həm də qəhrəmanların mənəvi seçimlərinin şahidinə çevrilir.
     Alkesta obrazını canlandıran “Türkel Teatrı”n yaradıcısı və tamaşanın əsas ifaçılarından biri Aysu Türkel obrazın daxili aləmini uğurla nümayiş etdirə bilib. Onun ifasında Alkesta sadəcə özünü qurban verən qadın deyil, həm də sevginin, sədaqətin və mənəvi gücün simvolu kimi görünür. Aktrisanın emosional oyunu obrazın faciəvi mahiyyətini tamaşaçıya çatdırmağa kömək edir.
     Digər rolları ifa edən Əlibala Qasımov, Şövqi Əmiraslanov, Kənan Abdulov, Tural Orucov, İsa Səttarov, Allahverdi Ramazanov və Lətif Niyazov da tamaşanın ümumi bədii bütövlüyünün formalaşmasında mühüm rol oynayıblar. Aktyor ansamblının harmoniyası səhnədə kollektiv yaradıcılıq atmosferi yaradaraq əsərin ideya-estetik yükünün tamaşaçıya çatdırılmasına xidmət edib.
     “Alkesta”nın əsas uğurlarından biri onun zamandan və məkandan asılı olmayan mövzulara müraciət etməsidir. Minilliklər əvvəl yazılmış əsər bu gün də aktuallığını qoruyur. Çünki insanın sevgi, ölüm, itki və fədakarlıq qarşısında yaşadığı hisslər dəyişmir. Tamaşa bir daha göstərir ki, klassik əsərlər yalnız keçmişin yadigarı deyil, həm də müasir insanın mənəvi axtarışlarına cavab verən canlı sənət nümunələridir.
    “Türkel Teatrı”n təqdim etdiyi “Alkesta” tamaşası ötən həftənin mədəni mənzərəsində xüsusi yer tutan hadisələrdən biri kimi yadda qaldı. Bu səhnə əsəri tamaşaçıya yalnız estetik zövq bəxş etmir, həm də onu həyatın ən mühüm dəyərləri barədə düşünməyə sövq edir. Ölümün qaçılmazlığı fonunda sevginin gücünü nümayiş etdirən tamaşa insan ruhunun ən ali keyfiyyətlərini ön plana çıxararaq klassik dramaturgiyanın əbədi yaşarlığını bir daha təsdiqləyir.
     Beləliklə, “Alkesta” yalnız bir tamaşa deyil, sevginin, fədakarlığın və insanlıq idealının səhnədə təcəssümüdür. Məhz bu xüsusiyyətlərinə görə o, ötən həftənin mədəni həyatında diqqətəlayiq sənət hadisəsi kimi dəyərləndirilə bilər.  

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I
    

Zaur Ustac – Bilərəm

BİLƏRƏM
(Qəndab – Acılara alışmışam)
Gəl, bir olaq bu yürüşdə,
Acını acım bilərəm.
Çıxmaram bircə sözündən,
Sözünü tacım bilərəm.

Gücünə güc qatsın sözüm,
Sənə qurban iki gözüm,
Bir az taqət, bir az dözüm,
Gücünü gücüm bilərəm.

Adın Qəndab, özün nabat,
Deyirsən acıyam, heyhat…
O acından Ustaca qat,
Həyatdan bacım bilərəm.
08.06.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC – 39 GÖZƏL DƏQİQƏ

39 GÖZƏL DƏQİQƏ
(esse)
Bəzən insanın həyatında elə anlar olur ki, onların müddəti çox qısa olsa da, yaddaşda illərlə yaşayır. Həmin anlar nə böyük mərasimlər, nə də xüsusi planlaşdırılmış görüşlərlə bağlı olur. Onlar adi bir günün içində, gözlənilmədən, ard-arda baş verən hadisələrin yaratdığı mənəvi zənginlikdən doğur. Mənim üçün belə günlərdən biri 9 fevral 2024-cü il oldu. Cəmi otuz doqquz dəqiqə davam edən həmin zaman kəsiyi mənə kitabın, mütaliənin, sözün və insan münasibətlərinin nə qədər böyük dəyər olduğunu bir daha göstərdi.
Səhər saat düz 9:00-da Bakı şəhərinin mənim üçün ən doğma və yaşamalı guşələrindən birində yerləşən mənzilimin qapısını bağlayıb küçəyə çıxdım. Hava sanki şəhərin adi günlərindən fərqlənmirdi. Küçələr öz axarında idi, insanlar gündəlik qayğıları ilə məşğul olurdular. Lakin mən bilmirdim ki, qarşıdakı otuz doqquz dəqiqə mənim yaddaşıma xüsusi bir gün kimi həkk olunacaq.
Yolum prospekt üzərində yerləşən Azərbaycan Texniki Universitetinin tinindən keçirdi. Burada yazıçı Kəramət Böyükçölün yeni fəaliyyətə başlayan “Kerazon” kitab mağazasının yanından ötüb keçdim. Kitab mağazalarının açılması həmişə məndə xoş hisslər oyadır. Çünki kitab satılan məkanlar mənim üçün sadəcə ticarət obyekti deyil, mənəvi nəfəs yerləridir.
Təxminən doqquzuncu dəqiqədə artıq demək olar ki, hər gün qəzet və jurnal aldığım, vaxtilə Yunus Oğuzun “Cığır” romanını da əldə etdiyim “Ensiklopediya”nın qarşısındakı köşkün önündə idim. Köşkün qarşısında iki gənc oğlan dayanmışdı. Onlardan biri növbə gözləyir, digəri isə aldığı bir ədəd siqareti köşkün pəncərəsinə zəncirlənmiş alışqanla yandırmağa çalışırdı.
Elə həmin vaxt səliqəli geyinmiş, mehriban çöhrəli bir dayı ilə köşkün qarşısına eyni anda çatdıq. Üzündəki ifadə və davranışındakı səmimiyyət mənə xoş təsir bağışladı. Bir addım geri çəkilib nəzakətlə:
— Buyurun, — dedim.
Dayı dərhal irəli keçərək satıcıya müraciət etdi:
— Bir “Ədalət”, iki “525″.
Əslində mən də məhz “525-ci qəzet” almaq üçün köşkdə ayaq saxlamışdım. Dayının sifarişini eşidəndə istər-istəməz ətrafa boylandım. Çünki içimdə müəyyən bir təxmin yaranmışdı. Həqiqətən də yaxınlıqda dayanmış avtomobilin ön oturacağında Aqil müəllim oturub nəsə oxuyurdu. Bu mənzərə mənim zənnimi təsdiqlədi.
Bilirdim ki, köşklərə hər qəzetdən cəmi bir-iki nüsxə verilir. Ani olaraq “525” arzusunun boşa çıxdığını anlayıb gecikmədən:
— Mənə də bir “Təzadlar” verin, — dedim.
Təbii ki, dayı da bu sözləri eşitdi. Bir anlıq yenə baxışlarımız qarşılaşdı. Sanki hər ikimiz kitabın, qəzetin və sözün dəyərini anlayan insanların səssiz anlaşmasını yaşayırdıq. Sonra hərəmiz öz yolumuza davam etdik.
Maraqlıdır ki, dayı avtomobilə əyləşdikdən sonra Milli Məclis istiqamətinə deyil, “Ensiklopediya”nın yanından dönərək Azərbaycan Nəşriyyatına tərəf getdi.
Mən isə əlimdə yenicə işıq üzü görmüş “Sevgi dolu şeirlər” kitabımın və “Yazarlar” jurnalının fevral sayının hərəsindən üç nüsxə olmaqla yoluma davam etdim. Hüseyn Cavidin heykəlinin yanındakı yeraltı keçiddən keçərək Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına tərəf addımlayırdım.
Otuz üçüncü dəqiqənin tamamında artıq kitabxanada idim. Özümlə gətirdiyim yeni nəşrləri qəbul şöbəsinin əməkdaşına təqdim etdim. Xanım təhvil-təslim aktını hazırlayana qədər bir neçə dəqiqə gözləməli oldum.
Bu qısa müddətdə kitabxananın həyatı gözlərimin önündə canlandı. Bir neçə gənc oxucu yaxınlaşaraq götürdükləri kitabları qaytarır, yenilərini seçirdi. Onlardan biri Rövşən Abdullaoğlunun “Abaddon” kitabını qaytarıb “Əli və Nino” əsərini istədi.
Kitabxana əməkdaşının:
— “Əli və Nino”nun müəllifi kimdir? — sualına verilən cavabları dinləyərkən istər-istəməz söhbətin iştirakçısına çevrildim.
Qeyri-ixtiyari olaraq gənc xanımdan Makulunun “Səttarxan” romanını oxuyub-oxumadığını soruşdum.
— Xeyr, oxumamışam, — dedi.
Mən də ona:
— “Əli və Nino”dan sonra mütləq “Səttarxan”ı da oxuyun, — tövsiyə etdim.
Bu zaman həm mənim təhvil-təslim aktım hazır oldu, həm də gənc xanımın sifariş etdiyi kitab gətirildi. O öndə, mən isə arxasınca kitabxanadan çıxdıq.
Kitabxananın qarşısında dayanarkən onun filologiya fakültəsinin tələbəsi olduğunu düşündüm və soruşdum:
— Yəqin ki, tələbəsiniz?
— Bəli, Tibb Universitetinin birinci kurs tələbəsiyəm, — deyə cavab verdi.
Bu cavab məni xoş mənada təəccübləndirdi. Çünki mütaliəyə maraq göstərən gənclərin yalnız humanitar sahələrdən deyil, bütün ixtisaslardan olması sevindirici haldır.
Mən yenə eyni tövsiyəni təkrarladım:
— “Əli və Nino”dan sonra Makulunun “Səttarxan”ını mütləq oxuyun.
Sonra sağollaşdıq.
Mən Mərkəz Parka daxil oldum. Parkın sakitliyi, səhərin təravəti və yaşıl mənzərələr insanı düşüncələrə qərq edirdi. Elə bu vaxt təxminən iyirmi-iyirmi beş yaşlarında bir xanım qəfil yaxınlaşdı.
— Mən sizi tanıyıram. Sizinlə bir şəkil çəkdirmək olar? — dedi.
Bu gözlənilməz müraciət qarşısında təbəssümlə:
— Əlbəttə olar, — cavab verdim.
Şəkil çəkdirəndən sonra marağıma hakim ola bilmədim.
— Məni haradan tanıyırsınız? — soruşdum.
Xanım bildirdi ki, yaxınlıqdakı orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Həm dördüncü siniflərə, həm də gələn il birinci sinfə başlayacaq şagirdlərə dərs deyir. Mənim şeirlərimi uşaqlara sevə-sevə öyrətdiyini söylədi.
Bu sözləri eşidəndə kövrəldim.
Bir şair, bir müəllif üçün bundan böyük mükafat varmı? Yazdığın misraların uşaqların yaddaşında yaşaması, onların dilində səslənməsi, müəllimlərin həmin şeirləri sevə-sevə tədris etməsi söz adamının əldə edə biləcəyi ən qiymətli mənəvi qazancdır.
Həmin an danışmağa söz tapmadım. Sadəcə təşəkkür edib sağollaşdım.
Parkın içi ilə “Beşmərtəbə” istiqamətində addımlayırdım. Birdən gözüm saatıma sataşdı.
Saat 9:39-u göstərirdi.
Dayandım.
Bu otuz doqquz dəqiqə ərzində kitab mağazası, qəzet köşkü, kitabxana, gənc oxucular, tələbə qız, müəllimə xanım, kitablar, jurnallar, yeni nəşrlər və sözə olan sevgi bir-birinə qarışaraq mənə qəribə bir xoşbəxtlik hissi yaşatmışdı.
Öz-özümə dedim:
— İlahi, bu nə gözəl otuz doqquz dəqiqə…
Bəzən insanın ömrünün ən dəyərli hissələri saatlarla, günlərlə deyil, cəmi bir neçə dəqiqə ilə ölçülür. Əgər həmin dəqiqələr kitabın, mütaliənin, müəllif əməyinin və insan sevgisinin işığı ilə doludursa, onlar adi zaman parçası olmaqdan çıxır, ömrün yaddaş kitabına çevrilir.
23.04.2024. Bakı

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

DAŞLAŞMIŞ ZAMANIN DANIŞAN SƏSSİZLİYİ

DAŞLAŞMIŞ ZAMANIN DANIŞAN SƏSSİZLİYİ
(Zaur Ustacın – “Daş oğul” essesi haqqında)
Azərbaycan ədəbiyyatında bəzi əsərlər var ki, onların təsir gücü hadisələrin böyüklüyündən deyil, duyğuların dərinliyindən qaynaqlanır. Şair-publisist, tərcüməçi, naşir və ictimai xadim Zaur Ustacın qələmə aldığı “Daş oğul” essesi də məhz belə nümunələrdəndir. Əsər ilk baxışda sadə bir ziyarət səhnəsini təsvir etsə də, mahiyyət etibarilə analıq duyğusunun əbədiliyinə, söz adamının ölümsüzlüyünə və xalq yaddaşının gücünə həsr olunmuş dərin fəlsəfi düşüncə nümunəsidir.
Müəllif oxucunu hadisələrin mərkəzinə aparmaq üçün xüsusi bədii üsula müraciət edir. Əsərin ilk cümlələrindən etibarən oxucu özünü Bakı şəhərinin müqəddəs məkanlarından biri olan Fəxri xiyabanın səssizliyində hiss edir. Burada daş, ağac, qərənfil və insan duyğuları bir-birinə qarışaraq xüsusi emosional mühit yaradır. Yazıçı məkan təsvirini sadəcə dekorasiya kimi təqdim etmir; Fəxri xiyaban əsərdə canlı obraz kimi çıxış edir və hadisələrin mənəvi fonunu formalaşdırır.
Essenin əsas gücü onun mərkəzində dayanan iki obrazdan qaynaqlanır: daşlaşmış oğul və yaşlı ana. Bir tərəfdə xalqın yaddaşında yaşayan böyük şairin mərmər heykəli, digər tərəfdə isə onu dünyaya gətirən, böyüdən və şöhrətə aparan yolda mənəvi dayaq olan ana dayanır. Müəllif bu qarşılaşmanı adi görüş kimi deyil, zamanın, taleyin və insan ömrünün fəlsəfi dialoqu kimi təqdim edir.
Əsərin emosional yükünü artıran mühüm məqamlardan biri də şairin anası Güllü ananın obrazıdır. O, burada təkcə bir insan deyil, ümumiləşdirilmiş Ana obrazıdır. Onun baxışlarında bütün anaların həsrəti, sevgisi və övladına bağlılığı cəmlənmişdir. Müəllif çox incə müşahidələrlə göstərir ki, ana üçün övlad heç vaxt böyümür, heç vaxt yaşlanmır və heç vaxt tam ayrılmır. İllər keçsə də, məşhurluq qazansa da, ömür yolu başa çatsa da, ana gözündə övlad yenə həmin körpə olaraq qalır.
“Daş oğul” essesində ən təsirli məqamlardan biri “Balam…” kəlməsi ətrafında qurulan bədii-fəlsəfi yükdür. Müəllif bu bircə sözü bütöv bir həyatın, bir ömrün, bir taleyin xülasəsi kimi təqdim edir. Əslində, əsərin kulminasiya nöqtəsi də məhz budur. Burada söz artıq dil vahidi olmaqdan çıxır, analıq hisslərinin daşıyıcısına çevrilir. Müəllif göstərir ki, bəzən minlərlə kitabın ifadə edə bilmədiyini bir ana sözü ifadə edə bilir.
Esse həm də böyük şair Zəlimxan Yaqubun yaradıcılığına və şəxsiyyətinə verilmiş mənəvi ehtiram nümunəsidir. Müəllif onun adını sadəcə xatırlatmır, xalqın yaddaşında yaşayan söz adamı kimi təqdim edir. Yazıda şairin fiziki yoxluğu ilə mənəvi varlığı arasında maraqlı paralel qurulur. Heykəl sussa da, onun yaratdığı söz dünyası danışmağa davam edir. Bu fikir Azərbaycan ədəbi düşüncəsində sənətkarın ölümsüzlüyü ideyasının müasir ifadəsi kimi səslənir.
Publisistik baxımdan əsərin mühüm üstünlüklərindən biri də müəllifin sadə və anlaşıqlı dil ilə yüksək emosional təsir yaratmağı bacarmasıdır. Zaur Ustac ağır fəlsəfi mühakimələri mürəkkəb ifadələrə deyil, canlı müşahidələrə və həyat həqiqətlərinə söykəyir. Bu səbəbdən esse həm ədəbiyyatşünaslar, həm də adi oxucular üçün eyni dərəcədə təsirli görünür.
“Daş oğul” eyni zamanda Azərbaycan milli-mənəvi dəyərlərinin təbliği baxımından da əhəmiyyətlidir. Əsərdə ana müqəddəsliyi, övlad sevgisi, sənətkara ehtiram, xalq yaddaşı və milli kimlik kimi anlayışlar bir-biri ilə üzvi şəkildə əlaqələndirilir. Müəllif oxucuya göstərir ki, xalqın böyüklüyü yalnız yaratdığı şəxsiyyətlərlə deyil, həm də həmin şəxsiyyətləri yetişdirən analarla ölçülür.
Nəticə etibarilə, “Daş oğul” sadəcə bir esse deyil, analıq haqqında yazılmış mənəvi himndir. Bu əsərdə daş danışmır, amma susqunluğu ilə böyük həqiqətləri çatdırır; ana ağlamır, amma baxışları ilə bir ömrün tarixini söyləyir; şair görünmür, amma sözü ilə yaşayır. Zaur Ustacın bu əsəri Azərbaycan publisistikasında duyğu ilə düşüncənin, sənədiliklə bədii təsvirin uğurlu vəhdətini nümayiş etdirən qiymətli nümunə kimi yadda qalır.
“Daş oğul”un əsas mesajı isə çox sadə və eyni zamanda çox böyükdür: zaman insanları aparsa da, ana sevgisini, böyük söz adamlarının xatirəsini və xalqın yaddaşını məhv edə bilmir. Dünyanın ən böyük kitabı bəzən həqiqətən də bircə sözdən ibarət olur:
– Balam…
Ümumilikdə Zaur Ustacın “Daş oğul” essesi müasir Azərbaycan publisistikasında analıq duyğusunun, xalq yaddaşının və söz adamına göstərilən ehtiramın bədii-publisistik ifadəsi kimi diqqəti cəlb edən təsirli nümunələrdən biridir. Müəllif bu əsərdə təkcə Azərbaycan Xalq şairi Zəlimxan Yaqubın xatirəsini anmır, eyni zamanda ana məhəbbətinin zaman və ölüm üzərindəki mənəvi qələbəsini təsvir edir.
07.06.2026. Bakı.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İgidlər yurdunun nər övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Daş oğul

DAŞ OĞUL
(esse)
Fəxri xiyabanın səssizliyi bəzən min kitabdan artıq danışır. Ağacların kölgəsi altında dayanan ağ mərmər heykəllər, üzərinə qoyulmuş qərənfillər, dua pıçıltıları və nisgilli baxışlar burada zamanın özünü də susmağa məcbur edir. Elə həmin səssizliyin içində bir mənzərə vardı ki, onu nə foto tam göstərə bilər, nə də söz tam ifadə edə bilərdi.
Bir tərəfdə daşlaşmış oğul dayanmışdı.
Digər tərəfdə isə ömrünün bütün baharlarını, yaylarını, payızlarını yaşamış bir ana…
Bu, adi görüş deyildi. Bu, torpaqla daşın, ömürlə xatirənin, analıqla əbədiyyətin görüşü idi.
Azərbaycanın böyük söz ustadı, xalq şairi Zəlimxan Yaqubun doğum günü münasibətilə insanlar onun məzarını ziyarətə gəlmişdilər. Hər kəs öz ehtiramını ifadə edir, şairin misralarını xatırlayır, ruhuna dualar oxuyurdu. Ancaq həmin gün gələnlərin arasında elə bir qonaq vardı ki, onun varlığı bütün sözləri kölgədə qoyurdu.
Bu, şairin anası – Güllü ana idi.
Ana oğlunun heykəlinə baxırdı. Uzun-uzadı, səssiz-səmirsiz baxırdı. Sanki gözləri qarşısında duran mərmər heykəli deyil, bir zamanlar qucağında böyütdüyü körpəni görürdü. O körpəni ki, ilk addımlarını onun əlindən tutaraq atmışdı. O körpəni ki, sonralar sazın, sözün, elin-obanın sevimlisinə çevrilmişdi.
Daş oğul susurdu.
Ana isə ürəyində danışırdı.
Bəlkə də həmin an xatirələr bir-bir gözlərinin önündən keçirdi. Uşaqlıq çağları, ilk şeirlər, ilk uğurlar, ilk ayrılıqlar… Bəlkə də zaman geri qayıtmışdı və ana yenidən oğlunun saçlarını oxşayırdı xəyalında.
Sonra o, asta addımlarla heykələ yaxınlaşdı.
Dodaqlarında oğlunun misraları vardı:
“Baş yastığa gələndə…”
Bu misra artıq şeirdən çox ananın nəfəsinə çevrilmişdi. O, oğlunun dizinin dibində əyləşdi. Dünyanın ən böyük kitablarını yazanlardan birinin qarşısında oturdu. Və həmin anda elə bir kitab yazdı ki, onu heç bir nəşriyyat çap edə bilməz, heç bir kitabxana qoruyub saxlaya bilməz.
Bu kitab cəmi bir sözdən ibarət idi.
Bircə kəlmədən.
Ana ürəyinin, ömrünün, taleyinin, nisgilinin bütün yükünü bir sözə sığdırdı:
– Balam…
Bu söz nə müraciət idi, nə nida.
Bu söz bir ömrün xülasəsi idi.
O sözün içində laylalar vardı. Gecə yuxusuz qaldığı günlər vardı. Oğlunun sevincinə sevinən, dərdinə yanan illər vardı. O sözün içində həm ayrılıq, həm həsrət, həm də sonsuz məhəbbət yaşayırdı.
Daş oğul yenə susurdu.
Ancaq bəzən daşlar da danışır.
Bəzən heykəllər də cavab verir.
Bəzən bir xalqın yaddaşında yaşayan şairlər ölümün fövqünə yüksəlirlər.
Çünki söz adamları torpağa tapşırılsalar da, unudulmurlar.
Həmin gün Fəxri xiyabanda yalnız bir şair anılmırdı. Həmin gün analıq da ucalırdı. Ana sevgisinin zaman və ölüm qarşısında necə əbədi olduğunu göstərən müqəddəs bir səhnə yaşanırdı.
Ağaclar şahid idi.
Qərənfillər şahid idi.
Daş oğul şahid idi.
Və tarix də şahid oldu ki, dünyanın ən böyük kitabı bəzən yalnız bir sözdən ibarət olur:
– Balam…
21.01.2024. Bakı şəhəri – Fəxri xiyaban.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Təxəyyül Art qrup”dan yeni layihə

“GÖZƏL İSMAYILLIM”

31.05.2026 -cı il tarixində “Təxəyyül Art Group”un təşkilatçılığı ilə “GÖZƏL İSMAYILLIM” adlı İsmayıllı, Basqal, İvanovka gəzintisi baş tutmuşdur. İlk növbədə səhər yeməyi Savalan restoranında təşkil olunmuşdur. Daha sonra İsmayıllıya gedilərək, qrupun çox istedadlı aşıqı – aşıq Elçinin əmisinin vaxtsız vəfatı ilə bağlı qrup adından başsağlığı verildi. Bunun ardınca İsmayıllı Dövlət Rəsm Qalereyasının direktoru – İkram İsmayılov ilə birlikdə Basqala gedildi. Basqalda iştirakçılar kəlağayı hazırlanan emalatxanada, kəlağayı ustası – Nizami usta ilə tanış oldular. Kollektiv xatirə fotosu çəkildi. Daha sonra isə “Məhsul” istirahət kompleksində yeni üzvlərlə birgə çay süfrəsi təşkil olundu. “Təxəyyül Art Group”un İsmayıllı səfərinin, qrupun şairləri Mayıl Məmmədli və Vüsal Ağanın ad günü şərəfinə tort hazırlanmışdır. İlk növbədə qrupun rəhbəri, xalçaçı rəssam Natiq Nəcəfzadə gələn iştirakçıları salamlayaraq, Mayıl Məmmədli və Vüsal Ağanı ad günləri münasibəti ilə təbrik etdi. Daha sonra isə çıxış üçün söz qrup müavini, rəssam, qrafik dizayner Vüsalə Yunusovaya verildi. O da öz ürək sözlərini bildirdi. Bunun ardınca sənətşünas – Şəhanə Mansırova, AZMİU-nun dosenti Gülağa Ələsgərov çıxış edərək öz təbriklərini çatdırdılar. Şair Zaur Ustac, Vüsal Ağanın, Sara Quliyevanın, Mayıl Məmmədlinin qələmindən çıxmış şeirlər söylənildi. Tort kəsildi. Qrupun rəqqası Yəhya Cəlilov və qızların ifasında “Arşın mal alan” filmindən rəqs ifa olundu. “Məhsul” istirahət kompleksinin administratoru – Elman Kazımova təşəkkürnamə təqdim edildi. Xatirə fotoları çəkildi. Elə bu minvalla Təxəyyül Art Groupun üzüvləri üz tutdular İsmayıllının İvanovka kəndinə. Orada oranın yerli sakinləri ilə tanış olub, onların adət və ənənələrini öyrəndilər. Kənd məhsullarından əldə etdilər. Bunun ardınca iştirakçılar ilə Aşıqbayramlıda yerləşən “Sahil ailəvi istirahət” mərkəzinə gedildi. Orada iştirakçılara sertifikatlar təqdim olundu və xatirə fotoları çəkildi. Göyçayda nahar yeməyi yeyildi və gözəl rəqslər olundu. Bununla da gözəl gündən bir xoş xatirə qalaraq hamı üz tutdu Bakıya.


Fotoqraf: Şakir Rəhman

Məqaləni hazırladı: Vüsalə Yunusova
Sayta yerləşdirdi:  Zaur Ustac

    DAHA ÇOX MƏLUMAT BURADA

    QƏNDABIN DİGƏR YAZILARI

    Oxuyun >> Gözündə tük var

    YAZARLAR.AZ

    I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

    I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

    Babəklər yurdunun hürr övladıyam!

    ÖVLADIYAM
    Müzəffər ordunun şanlı əsgəri,
    Ərənlər yurdunun ər övladıyam!
    Zalımın zülmünə təhəmmülüm yox,
    Babəklər yurdunun hürr övladıyam!
    * * *
    Ustadım Nəsimi, sözümüz sözdü,
    Ədalət, həqiqət bağrımda közdü,
    Ziyadar dühası bir deyil, yüzdü,
    Mövlalar yurdunun nur övladıyam!
    * * *
    Dərvişəm, müqqəddəs sayılır təkkəm,
    Hülqumdan yuxarı dayanır öfkəm,
    Od, ocaq diyarı tanınır ölkəm,
    Alovlar yurdunun nar övladıyam!
    * * *
    Unutma, şah babam Xətai başdı,
    Nadir şah, mətədə tərpənməz daşdı,
    İlham, nə keçilməz sədləri aşdı,
    İgidlər yurdunun nər övladıyam!
    * * *
    Tarixdə Nəbisi, Koroğlusu var,
    Gen dünya yağıya daim olub dar,
    Düşmən qarşımızda yenə oldu xar,
    Aslanlar yurdunun şir övladıyam!
    * * *
    Göydən Yer üzünə ərmağan, payam,
    Gündüzlər Günəşəm, gecələr Ayam,
    Ən parlaq ulduzdan törəyən boyam,
    Ozanlar yurdunun sirr övladıyam!
    * * *
    Ustacam, vətənim vətən içində,
    Axıb duruluruq zaman köçündə,
    Min bir anlamı var, adi “heç”in də,
    Aqillər yurdunun pir övladıyam!
    13.11.2020. Bakı.

    Müəllif: Zaur USTAC

    Nisə Kərimovanın yazıları

    I>>>> Rənglərin Şahzadəsi

    Daha çox məlumat burada

    ZAUR USTACIN YAZILARI

    Oxuyun >> Gözündə tük var

    Zaur Ustacın şeirləri haqqında

    YAZARLAR.AZ

    I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

    I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

    Zaur Ustacın “Desən” şeiri haqqında publisistik düşüncələr

    Sevginin poetik təcəssümü və nəzirə ənənəsinin müasir təzahürü
    (Zaur Ustacın – “Desən” şeiri haqqında publisistik düşüncələr)
    Azərbaycan poeziyasında sevgi mövzusu hər zaman öz aktuallığını qoruyub saxlamış, müxtəlif dövrlərdə müxtəlif poetik biçimlərdə ifadə olunmuşdur. Klassik irsimizdən başlayaraq müasir dövrümüzə qədər sevgi şeirləri insan ruhunun ən incə duyğularını, mənəvi dünyasının ən həssas qatlarını əks etdirən ədəbi nümunələr kimi dəyərləndirilmişdir. Bu zəngin ənənənin davamı kimi tanınmış şair və ədəbiyyatşünas alim Qəndabın “Gəl qoynuma Sevgilim” şeiri və həmin əsərə nəzirə olaraq qələmə alınmış Zaur Ustacın “Desən” şeiri xüsusi maraq doğurur.
    Nəzirə yazmaq Şərq və Azərbaycan ədəbiyyatında qədim və zəngin ənənəyə malikdir. Bu ənənə sadəcə bir şeirə cavab vermək deyil, həm də müəllifin öz poetik dünyasını, bədii düşüncə tərzini və yaradıcılıq imkanlarını ortaya qoyması deməkdir. Uğurlu nəzirə həm orijinal əsərin ruhunu qoruyur, həm də ona yeni məna qatları əlavə edir. Zaur Ustacın “Desən” şeiri də məhz bu baxımdan diqqəti cəlb edir.
    Şeir ilk misralardan etibarən sevginin sədaqət və təslimiyyət fəlsəfəsini ön plana çıxarır:
    “Harda olsan gələrəm,
    Bircə dəfə gəl desən.”

    Bu iki misrada aşiq obrazının mənəvi bütövlüyü, sevgiyə sonsuz bağlılığı və sevdiyi insanın bir sözünə belə hazır olması ifadə edilir. Burada sevgi yalnız hiss deyil, həm də könüllü fədakarlıq kimi təqdim olunur. Şair sevgini insanın mənəvi seçimlərinin zirvəsi kimi dəyərləndirir.
    Növbəti misralarda bu bağlılıq daha da dərinləşir:
    “Gül qoynunda ölərəm,
    Bircə dəfə öl desən.”

    Bu ifadələr Azərbaycan məhəbbət lirikasında tez-tez rast gəlinən aşiqanə mübaliğənin müasir və səmimi nümunəsi kimi çıxış edir. Burada ölüm anlayışı faciə kimi deyil, sevginin müqəddəsliyi qarşısında könüllü fədakarlığın rəmzi kimi təqdim olunur. Şairin poetik düşüncəsində sevgi insanın varlığını aşan mənəvi dəyərə çevrilir.
    Şeirin ikinci bəndində müəllif sevgilinin sözünü müqəddəs məna daşıyan ifadə səviyyəsinə yüksəldir:
    “Ehtiyac yox öyəsi;
    Kəlmən Quran ayəsi…”

    Bu misralarda klassik poeziyanın təsirini hiss etmək mümkündür. Sevgilinin sözü ilahi hikmətə bənzədilir, onun danışığı mənəvi işıq mənbəyi kimi təqdim olunur. Burada müəllif dini-mənəvi simvollardan istifadə etməklə sevgiyə ucalıq qazandırır. Bununla yanaşı, “Çox sözüm var deyəsi, / Bülbül ollam, ol desən” misralarında sevginin ilhamverici gücü vurğulanır. Sevgili aşiq üçün təkcə məhəbbət obyekti deyil, həm də yaradıcılıq qaynağıdır.
    Şeirin son bəndi isə əsərin ideya yükünü tamamlayır:
    “Ruhum ruhunla qoşa,
    Sən de, verək baş-başa…”

    Bu misralarda artıq fiziki yaxınlıqdan deyil, ruhların vəhdətindən danışılır. Şair sevgini iki qəlbin, iki taleyin, iki mənəvi aləmin birləşməsi kimi təqdim edir. Buradakı səmimiyyət və sadəlik oxucunun diqqətini xüsusi şəkildə cəlb edir.
    “Qalan ömrü xoş yaşa, / Ustac qalar, qal desən.”
    Son misra isə şeirin ən təsirli poetik məqamlarından biridir. Müəllif öz təxəllüsünü bədii mətnə ustalıqla daxil edərək həm klassik ənənəyə sadiqliyini göstərir, həm də sevgidə qalmağın, sədaqətdə sabit olmağın mənəvi dəyərini vurğulayır. Burada “qalmaq” sözü sadəcə fiziki mövcudluq deyil, həm də sevginin, vəfanın və mənəvi bağlılığın davamlılığı mənasında işlədilir.
    Zaur Ustac müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq xətti ilə seçilən şairlərdəndir. Onun poeziyasında vətənpərvərlik, mənəvi dəyərlər, sevgi, insanlıq və həyat fəlsəfəsi əsas mövzulardan biri kimi çıxış edir. Şairin yaradıcılığı həm oxucu auditoriyası, həm də tədqiqatçılar tərəfindən maraqla qarşılanır.
    Zaur Ustac Azərbaycan ədəbiyyatında müasir nəzirə ənənəsini yaşadan müəlliflərdən biri kimi “Desən” şeirində həm klassik poetik düşüncəyə bağlılığını, həm də fərdi yaradıcılıq üslubunu nümayiş etdirir. Onun sevgi lirikasında emosional səmimiyyət, xalq şeirinin ahəngi və klassik poeziyanın estetik çalarları üzvi şəkildə birləşir.
    Nəticə etibarilə, “Desən” şeiri təkcə bir nəzirə nümunəsi deyil, həm də sevginin mənəvi böyüklüyünü, sədaqətin gücünü və insan ruhunun ülvi duyğularını əks etdirən poetik əsərdir. Qəndabın “Gəl qoynuma Sevgilim” şeirindən doğan bu bədii dialoq Azərbaycan ədəbiyyatında nəzirə ənənəsinin bu gün də yaşadığını və yeni poetik çalarlarla zənginləşdiyini göstərir. Şeirin əsas uğuru ondadır ki, müəllif sevgi hissini pafossuz, səmimi və oxucunun qəlbinə yaxın bir dillə ifadə etməyi bacarmışdır. Məhz buna görə də “Desən” sevgi lirikasının müasir nümunələri arasında özünəməxsus yer tutan poetik əsər kimi dəyərləndirilə bilər.
    30.05.2026. Bakı.

    Müəllif: Günnur Ağayeva

    ədəbiyyatşünas-tənqidçi

    SƏNİ ELƏ SEVDİM Kİ!..

    Zaur Ustacın “Buta”sı

    Zaur Ustacın “Buta”sı haqqında

    ZAUR USTACIN YAZILARI

    QƏNDAB XANIMIN YAZILARI

    GÜNNUR XANIMIN YAZILARI

    Oxuyun >> Gözündə tük var

    YAZARLAR.AZ

    I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

    I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I