
Müəllif: Zilaləbanu Xalıqova
Zilaləbanu Xalıqovnın yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Gecə tanqosu
Qədəmlər dindi,
İzdihamın şövqünü duyub.
Hər tərəfdə pıçıldayıb duran
Aşiqlər sakitcə baxar, durub.
Bax, qasırğa qopdu və
Səma üzündə parladı ulduz
Baş üstündə elədi cilvə.
Əlvida deyib çəkildi gündüz
Vəhmim gəldi gah sükunətin,
Qulağı dolub qaldı heyran.
Dan sonunda sığırçınları
Şad uşaqlar yamsılar bu an.
Varlıq tamam sarındı
Gecənin qara çadrasına
Hisslər ilə həyəcan saldı
Gah girdi qəlb arasına
Ay gizlənər şah gecədə elə
Sanki ruhlar qına giribdir.
Dinazavr dayanıb durantək
Ürəyimə qorxu axmaqdadı.
Qışqırıqlar gəlməkdə gizli
Yuxularımda həqiqət bozarar
Axşam çağı açılan üzgün.
Bəxtiqara namazgülülər
Yenə dönüb nifrətlə oxuyar
Bayılmağın naxoş sədası
Belə boşluqda sakit daranar
Tənha qızın gecə tahqosu
Müəllif: Zilaləbanu Xalıqova
Zilaləbanu Xalıqovnın yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Əziz həməsrim!
Həyata gəldiyimdən bu yana özümdəki qeyri-adi dəyişikliklərdən bəzən lal qalan, bəzən çıxılmaz vəziyyətə düşən vaxtlarım çox olub. “Mən kiməm?” sualı məni heç vaxt tərk etməyib. Özümlə baş verə bilən hər cür hadisələri gah zövqlə yola salsam, gah da üzümə təşviş əlamətləri xətt çəkməyə başladı. Qəlbən olduqca zəkalı qız kimi böyüsəm də, yaddaşımda ən incik, inadkar, söz başa düşməyən qızcığazlara xas şıltaqlıqlarımla kimlərisə yaralamağım, hətta yaxınlarıma da əzab verməyim mümkündür.
Uşaqlığın əyləncəli günlərinə qayıtdığımda çox əhvalatların xatirəmdən uçub getdiyini sezirəm. Yaradıcılıq qabiliyyətimi öz vaxtında hiss edəndə, bəlkə hər anımdakı hadisələri maraqla ağ vərəqlərə köçürməliydim… Daim yüz yaşlı qoca ürəyimə girib ordakı laylaları aydınlaşdırıb oturar, özümü həyatda uşaqtək zənn etməyə, yaşıma yaraşan iş görməyə məcbur olunan kimi olurdum. Gah dələduz uşaqlığa, gah ağıllı Zümrədxanıma, gah qəddar zalıma çevrilərək öz təsəvvürümdəki qəhrəmanımı formalaşdırırdım.
Bağçada da çox fəal olmuşam. Ən çox əzizləndiyimi və özümü mələklər kimi aparmağımı bağçada hiss etmişəm, öyrənmişəm desəm təəccüblənməyin. Onda dörd-beş yaşında olsam da, tərbiyəçilərimin bir dəfə də sərt danışmalarını, toxunmalarını yada sala bilmirəm. Digər qrupdaşlarıma çox rəhmim gələrdi. Bir uşaq yatmasaydı yaxşıca kötək yeyərdi, hətta oyuncağı da icazəsiz oynada bilməzdi. Bunun məndə ilk dəfə oyanan rəhm, şəfqət duyğusu olması təəccüblü deyil.
Müxtəlif bayramlarda ata-anam bağçamıza öz sazəndələri ilə gəlib fərqli tədbirlər keçirər, mən isə rəqs edərdim. Tamaşaçıların baxışlarını hiss edəndə ilk dəfə fəxr duyğusunun məni bürüməyə başladığını hiss etdim. Sonda hamının baxışı məndə, hamı əl çalmaqda idi…
Uşaqlığımı dönə-dönə yada salıram. Sanki məsud anlarıma qayıtmağı və orada ömrü boyu qalmağı istəyən tək… Ata-anamın sənətkar olması və mənim də əksər səfərlərdə olmağım üçünmü bu barədə xeyli təcrübəyə yiyələnmişdim. Hər bayramda yaşayış yerimizdəki oğlan və qızlar toplaşıb binalarımızın girişlərini mövsümə uyğun bəzəyərdik. Babamın evdəki bütün “instrument”lərini çölə çıxarıb, yerləşdirib konsert verərdik. Əlbəttə, kağızdan düzəldilmiş biletlərimiz də olardı. Bəzən pul, bəzən də digər hədiyyələr verərdilər.
Məktəb dövrü mənim üçün ən əzablı, anlaşılmaz, boynumu bərkidən, beynimi incidib keçən vaxtlar, laylaya bənzər riyazi terminlər, coğrafiya, yer üzünün bir kağız üstündə ilan olub düzülüb duran bilgilərini höccələyib öyrənmək ərimək duyğusu verirdi. Mənə bu dərslərin marağı yox kimi idi, zəngin çalınmasını gözləyərdim.
Musiqi dərsinə marağım artmağa başlayanda dördüncü-beşinci sinifdə oxuyurdum. Məktəb dövründən mənə xoş olan, yaddaşımda qalan tədbirlər, gəzintilərdir. Nəğmələr, folklor mahnıları, deyişmələr, tamaşalar olduqca maraqlı olardı. Belə vaxtlarda ədəbiyyata da yavaş-yavaş girişməyə başladım.
Xoşbəxt uşaqlığımı ağır xəstəlik dəlik-dəlik etdi və on dördüncü baharımdan bu yana ancaq xəstəliklərlə keçdi.
Arzulamaqdan, can atmaqdan, öz üzərimdə işləməkdən yorulmadım. Səhvlər, maneələr, daxili çəkişmələr, üsyanlar vaxt keçdikcə məni yaradıcı olmağa, qələm tutmağa məcbur etdi.
Xəstəlik mənə nə verdi? O, məni ömür boyu insan səsini eşitməkdən məhrum etdi… Bununla həyat dayanıb durmadı, əksinə, daha güclü davam etdi və xəstəlik mənə ağı qaradan tanımağı öyrətdi. Ən mühümü, insan qəlbini eşidə bilməyənlər tayfasından deyiləm.
Xatırlayıram, eşitməməyimlə bağlı yeganə yadımda qalan özümü itirən günüm yalnız bircə dəfə olub. Uzunmüddətli müalicədən sonra xəstəxanadan evə qayıtdım. Həmin günlərdə doğum günüm keçirildi. Mən o vaxtlar indi çoxlarında olan pleyerə sahib olmağı daim arzu edirdim. Böyük bacım və yeznəm mənə zərif çəkmələr və pleyer bağışladılar. Sevincimin həddi yox idi, qulaqcığı qulağıma oturdana qədər eşitməməyim heç kimin xəyalına da gəlmədi. Belə dinləməyə hərəkət etsəm də, səsi yüksəltsəm də eşidə bilmədim. O vaxtkı halımı sözlə ifadə edə bilmirəm. Özümü kütlədən aralı duydum. Sakitcə qulaqcığa son deyib, onu kiçik bacıma hədiyyə etdim və çəkmələri götürüb geyindim, yetərincə yaraşıqlı oldu. Atılıb-düşərək, sanki dərdimi unutmaq istəyirmiş kimi bağıraraq güldüm, özümü yaxınlarımın önündə özümü itirmiş, kədərli kimi göstərmək istəmədim… Başlıcası, yaxınlarım var. Məni bundan sonra da saxlayıb, qüvvətləndirib yaşadacaqlarına inanıram.
Əziz oxucum! Bu yazdıqlarımı dostlarım, sirdaşlarım, yaradıcı həmkarlarım üçün yazdım. Qəlbnamə tərzində o qədər mükəmməl olmasa da, ürəyimin səsini bir qədər dinləsəniz, mən bundan sevinərəm!
Hörmətlə: Zilaləbanu Xalıqova
Zilaləbanu Xalıqovnın yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Zilaləbanu Xalıqova 1987-ci ildə Jizzax şəhərində anadan olub. 6 yaşında birinci sinfə gedib. 6-cı sinfə qədər oxuyub. Sənət Kollecinin xoreoqrafiya – milli rəqs bölməsinə imtahansız qəbul olunub. 9 yaşından yaradıcılıqla məşğuldur.
Onun “Unutmaq asan deyil”, “Leyli mahnısı”, “Gövhərim var”, “Könülə yol”, “Sükunət mələyi”, ”Yalqız quş” adlı şeir kitabları çapdan çıxıb. Beynəlxalq, Respublika səviyyəli almanax
və antologiyalarında, dövri mətbuatda şeirləri çap olunub. 2021-ci ildən Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. Bir sıra Beynəlxalq festivalların iştirakçısıdır.
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Dəniz nəğməsi
Haray çəkir dəniz gurultusu.
Pıçıldayır şəfəqə baxıb.
Çalınmaqda payız tənburu,
Dalğa getdi nədən tez axıb?
Qumluqlara çırpılar arxayın.
Tullantıları səpər üstünə
Duyğu kimi köpüklədər ağın,
Aşıq edər qəfil özünə.
Gəmilərin qanadı yüksək,
Arzumtək vüqarlı güya.
Xəyalımda olunca sevincək,
Dəniz olub duyular dünya.
Dalğa olub coşdum hər səfər
Baxışın səslənər, yaxşıca aldadar.
Gözlərinə həsrət getsəm əgər.
Ey yar, məni gəzmədən axtar.
Müəllif: Zilaləbanu Xalıqova
Zilaləbanu Xalıqovnın yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında