
Dəniz nəğməsi
Haray çəkir dəniz gurultusu.
Pıçıldayır şəfəqə baxıb.
Çalınmaqda payız tənburu,
Dalğa getdi nədən tez axıb?
Qumluqlara çırpılar arxayın.
Tullantıları səpər üstünə
Duyğu kimi köpüklədər ağın,
Aşıq edər qəfil özünə.
Gəmilərin qanadı yüksək,
Arzumtək vüqarlı güya.
Xəyalımda olunca sevincək,
Dəniz olub duyular dünya.
Dalğa olub coşdum hər səfər
Baxışın səslənər, yaxşıca aldadar.
Gözlərinə həsrət getsəm əgər.
Ey yar, məni gəzmədən axtar.
Müəllif: Zilaləbanu Xalıqova
Zilaləbanu Xalıqovnın yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında