(“Qarabağ Azərbaycandır və nida işarəsi” İlham ƏIiyev.)
Yalalnların dönüb qurumuş arxa, Yad torpaqda yaşarsan qorxa-qorxa. Tarix olsun söykəndiyin güc-arxa, Gör, nə ətir saçır burda baxça-bağ Azərbaycan torpağıdır Qarabağ!
Sən işğalçı, mən sahibəm, unutma, Bağa girib bağbanına daş atma. Ulağını cən atıma tay tutma, Böhtanınla, öz-özünə çəkmə dağ, Azərbaycan torpağıdır Qarabağ !
Bir daş göstər.adı dilində olsun. Bir gül göstər, orda, elində olsun. Elə şər de faktı əlində olsun, Cıdır düzü mərd meydanı, etmə ağ, Azərbaycan torpağıdır Qarabağ!
Gözdən olub özgə yurda göz tikən, Vurub-tutan babaların qan tökən. Sən dağıdan,parçalayan, mən tikən, Aşkar olur gələn dövran, gələn çağ, Azərbaycan torpağıdır Qarabağ!
Əlin qanlı,get əlinin qanın yu, Haqlı danış, böhtan demə, dinc uyu. Yolun sərtdir, son uçurum, son quyu, Fərəhlənmə öndə görüb zirvə-dağ , Azərbaycan tirpağıdır Qarabağ!
Ay İldırım, dünya bilir haqq sənin, Gözəlliyi gül-çiçəkdir çəmənin, Özgə yurdda gor evində kömənin, Yurdu itər, ruhu çəkər zülüm,ah, Azərbaycan torpağıdır Qarabağ!
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * * Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
Mən onu İsmayıllımızın günəşi adlandırardım. İnsanların həyatına ümid işığı olan, İşini sevən peşakar həkim Xalidə Muştaqova təhlilləri və müşahidələri xəstələrinə göstərdiyi qayğı, ana qayğısıdır. Dost qayğısıdır. Təbii ki, belə həkimlər qürur yerimizdir.
Bu yazını yazmazdan əvvəl doğrusu bir az tərədüd etdim. Ancaq yazmaq qərarına gəldim. Xalidə Muştaqovanın tərifə ehtiyacı yoxdur. O, öz sözünü artıq deyib. Bu gün də deyir. Xalidə Muştaqovanı İsmayıllımızın günəşi adlandırmağımda məqsədim həkimlik elə ali bir peşədir ki, günəş kimi əl çatmazdır. Alilik də o peşəylə birgə doğulur, əlçatmaz olur. Bu əlçatmazlığın bir adı da alilikdir.
Xalidə Muştaqovanın təvazökarlığı və sadəliyi digər insanlar üçün nümunədir. Peşəsində aliliyi qazanan insanlar həyatda da o, aliliyi qazanırlar.
Bu günlərdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və Sabitlik və İnkişaf Mərkəzi İb-nin İdarə heyətinin xətti ilə Bərdəli şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım Qəribovanın dəvəti ilə Bərdəyə səfərə- Mehparə ananın təşəbbüsü və rəhbərliyi ilə Bərdə Mədəniyyət Mərkəzində təşkil etdiyi “Cənnətdən cənnət mələyinə hədiyyə” adlı tədbirə yola düşdük.
Kürdəmirə çatanda təşkilatımızın direktor müavini Ruhiyyə xanımla Şəhidlər xiyabanını ziyarət etdik. Bizim buraya gəlməyimizdən xəbər tutan Simuzər ana da Xiyabana gəldi. Biz Kürdəmir şəhidlərini və Simuzər ananın şəhid oğlu Cəmil Həşimlinin də ziyarət edərək məzarına tər qərənfillər qoyduq.
Bizimlə Bərdəyə getməyi lazım bilən şəhid anası yol boyu oğlundan elə şirin xatirələr danışırdı ki, tədbir məkanına nə vaxt çatdığımızı hiss etmədik.
Mədəniyyət Mərkəzində ciddi hazırlıq gedirdi. Mehparə ana gəlişimizə sevindi. Məlum oldu ki, buraya yalnız Bərdənin deyil, Bakıdan, Kürdəmirdən digər qonşu rayonlardan yüz nəfər şəhid valideynləri, şəhid anaları dəvət olunub. Mərkəzin səhnəsində yüz şəhidin şəkilləri və onlara uyğun gül dibçəkləri, tər qızılgüllər, müxtəlif hədiyyələr düzülmüşdü.
Eyni zamanda gənc rəssam, şəhid analarına, “ana və oğul” şəkilləri ilə şəxsən hazırladığı foto-kompozisiyaların müəllifi Ayxan İsayev də xüsusi hədiyyələri ilə burada idi. Onu da qeyd etmək yerinə düşərdi ki, Ayxan demək olar respublikamızın rayonlarında və Bakıda keçirilən bir çox anım və mövlud günlərində fəal iştirak etdiyinə görə bir çox diplom və döş nişanları ilə təltif olunmuşdu.
Tədbirə başlamazdan əvvəl Qazilərimiz Dövlət Bayrağımızı təntənəli marsın sədaları altında zala gətirdilər. Dövlət Himnimiz bir dəqiqəlik sükutla yad edildilər.
Aparıcı Səbinə Mirzə qızı şəhid analarını və dəvət olunan digər qonaqları salamladı. Tədbirdə rayonun İH-nin məsul şəxsləri, millət vəkili Fatma Yıldırımı, Bərdə rayon YAP-nın sədri Fəqət Şadlinskaya, Mədəniyyət Mərkəzinin sədri İlyas Hacıyev və başqaları iştirak edirdi. Söz millət vəkili Fatma Yıldırıma verildi.
O, 44 günlük müharibədə cəsarətlə döyüşən, vətənimizin şəhid igid oğullarının analarına can sağlığı və səbr dilədi. Digər çıxışçılar da şəhidlərimizin sayəsində torpaqlarımızın azad olunmasını təmin etdikləri bir daha söyləndi. Sonra şəhidlərimizə həsr olunmuş videoçark və slayd nümayiş olundu.
Tədbir günü Mehparə ananın ad günü olduğu da qeyd olundu.
Gözəl təşkilatçı-şəhid anasına təşəkkür edildi ki, Fəxri kimi oğulu vətən üçün tərbiyə edib böyüdüb. Suqovuşan fatehi, Murov Qartalı Fəxri göstərdiyi şücaətə görə üç medalla təltif olunub.
Tədbirdə Bərdənin Birinci Vətən Müharibəsi və Aprel döyüşlərinin şəhidi Ziya Həsənovun ailə üzvləri, Bakıdan şəhid Emin İsmayılovun anası Məlahət xanım və digər yüzə yaxın şəhid anaları da gəlmişdilər.
Rayon uşaq gənclər təşkilatının hazırladığı ədəbi-bədii kompozisiyanı dinləyicilər alqışladılar.
“Qazilər” Vətən müharibəsi iştirakçılarına və ailəsinə sosial Dəstək İctimai Birliyinin döş nişanları və vəsiqələri təqdim olundu…