ƏLƏSGƏR ƏLİOĞLU. DÖYÜŞCÜ CƏNGİ.

1998-ci ildə “Hərbi Nəşriyyat” tərəfindən nəşr olunmuş “Hərbi marşlar, döyüş nəğmələri, qəhrəmanlıq şeirləri” kitabından bir nümunə:

DÖYÜŞCÜ CƏNGİ

Qardaşlar, silaha sarılaq bu gün,
Qoymayaq düşmənin gözləri gülsün.
Qılınc kimi qından sıyrılaq bu gün,
Vətənin üstündən bulud çəkilsin…

Döyüşdə başqa bir arxa nə gərək,
Qoy arxamız olsun dəyanətimiz.
Nə külüng axtaraq, nə də bel gəzək,
Səngər qazmağa…
Səngərimiz olsun cəsarətimiz!

Qəlbimiz çırpınsın Zümrüd quşutək,
Çatsın bu Vətənin, çatsın dadına.
İrəli yeriyək sinə gərərək,
Çevrilək bu yurdun qol-qanadına…

Göstərək meydanda biz güc, biz qüdrət,
Yaraq düşmənlərin bağrını, yaraq!
Olaq hər birimiz bir Məlikməmməd,
Düşdüyü quyudan xalqı çıxaraq!..
1996

Müəllif: ƏLƏSGƏR ƏLİOĞLU.


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir