
MƏNİ
Dərgahına əl açdığım o Allah,
Neyləmişəm, yada salır az məni.
Qoşulub kamanın, neyin ahına,
Qoy ağlasın pərdə-pərdə saz məni.
Gördüyüm yuxunu tapılmır yozan,
Hansı günahımdı verdiyin cəzan?!
Nolar, bir dəfə də, ay yazı yazan,
Xoşbəxtlərin cərgəsinə yaz məni.
İmanam, bilmirəm kim etdi qarğış,
Əsdirir ömrümə tufanları qış…
Tale-bəxt dediyin bu başıbatmış,
Bir dəfə bir yerdə yarıtmaz məni.
MÜƏLLİF: AQİL İMAN
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru