Qəzənfər Məsimoğlu. Ömür.

Ö M Ü R

Əşrəf Veysəllinin “Qorxusu yoxdur” şeirinə…

Yaşın gözəlliyi altmışacandı,
Altmışdan o yana heç nədi ömür.
Hardasan, cavanlıq? – Deyir haçandı,
Ötən günlərinə təşnədi ömür.

Nə qədər nadanın güldü matına,
Çəkdi qılıncını yeddi qatına.
Minib Əzrayılın köhlən atına,
Yetmişdən o yana düşmədi ömür.

Neçə çiy olanlar tələdə getdi,
Kərəmin badına lələ də getdi.
Necə gəlmişdisə elə də getdi,
Səksəndə qaynayıb bişmədi ömür.

Kövrəkdi, qurumaz gözünün nəmi,
Sızladı, inlədi sazının simi.
Sonunu hiss edən bir kəhər kimi
Doxsanda taqətsiz kişnədi ömür.

Ayları, illəri bir-bir didərsən,
Gül açan əmələ demə hədərsən.
Yüz yaş da yaşasan gəldi-gedərsən,
Arğacdı, ilmədi, çeşnədi ömür.

Müəllif: Qəzənfər Məsimoğlu



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir