
AĞACIN KÖLGƏSİN GÜNƏŞ ƏYƏNDƏ.
Bir qətrə o torpaqla yaranmaqda nə var ki?
Bir gün də o torpâğa qayıtmaqda nə var ki?
Pərvanə olub gəzməyə çıxmış belə ruhu
Cism ilə bərabər qoşa atmaqda nə var ki
Ruhun belinə’ yüklə günah ilə savabı,
Məhşər gününə’ ruhu aparmaqda nə var ki?
Tövrat kimi min dəfə dəyişmiş təhrif olan
Ömrün səhifə’lər’ini cırmaqda nə var ki?
Razı qala bilsən mənim eşqimdən əgər SƏN,
Musa kimi dəryaları yarmaq nə var ki?
Bel bağlaya bilsə’m uca Allaha imanla,
İsa təki çarmıxda uzanmaqda nə var ki?
Yal’an yerə söz söyləmə,şövq ilə demə Xəttat
Yetmiş iki aşîqə qoşulmaqda nə var ki?
Hərkəs əllərin açmış göyə Allahdan səni istəyir.
Əllərdən üzlərə çəkilən dualar yaradandan səni diləyir.
Dualar səni gözləyir.
Qələmə dustaq olan ilhamım çırpınır azad olmaq üçün,
Mürəkkəblər ağlayır vərəq üstə misradan səni istəyir.
Misralar səni gözləyir
Bəhrə pərçim olan kəlmələrim vəzni qırmaq üçün can atır,
Azad olmaq üçün sözlərim əruzdan səni diləyir.
Əruzlar səni gözləyir.
Gecələr gündüzü kölgədə qoydu,nur üzünü görmək üçün,
İntizarda saxlama,gəl gecələr ulduzlardan səni istəyir.
Ulduzlar səni gözləyir.
Dağlar fəryad edib, göz yaşlarını dağıdır yanaqlarına,
Düşən hər damla daş adını zikr edib, dağlardan səni diləyir.
Dağlar səni gözləyir.
Tələs,Allah yenidən qaytarmaq istəyir məni özünə,
Allahı razı saldım,gözlərim bir dəfə səni görmək istəyir.
Tələs
Allah səni gözləyir.
Bir axşam çağında səni özlədim
Ağacın kölgəsin günəş əyəndə.
Mən həmin sahildə səni gözlədim,
Küləklər dənizi vərəqləyəndə.
Sözlərim vərəqdə yenə karıxır,
Misralar içində səni axtarır,
Bil ki,bu ürəyim sənsiz darıxır
Göz yaşlarım sətirlərə dəyəndə.
Saçlarını soraqlayır əllərim,
Dodağımda sənsizləyir sözlərim,
Gözlərini gözləyir bu gözlərim,
Sinəmin qapısın ürək döyəndə
Müəllif: TANRIVERDİ ƏLİYEV
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru