Qəzənfər Məsimoğlu – Dərdim

DƏRDİM

Mənim ağrılarım özümə təndi,
Başımda dumandı, gözümdə çəndi,
Bağlanmır bərəsi, açılmır bəndi,
Üst-üstə yığılır, çox olur dərdim.

Eşitmir, anlamır, qanmır dəlitək,
Gəlib dincliyimi sorur zəlitək,
Canımı, qanımı dədə malıtək,
Didir, yeyir, içir, tox olur dərdim.

Axtarsan tapılmaz, yoxdu tayından,
Fələk də baş açmaz haqqı-sayından.
Süzüb bir insafsız, yağı yayından,
Sinəmə sancılan ox olur dərdim.

Üfürüb içimdə köz ağardıram,
Kağızı qaraldıb, söz ağardıram.
Elə ki, üstünə göz ağardıram,
İncəlir, nazilir, yuxalır dərdim.

Arzular qəlbimdə çiçək açanda,
Ümidim dünyaya işıq saçanda,
Qəmim səngərini qoyub qaçanda,
Çəkilir, sovrulur, yox olur dərdim.

Müəllif: Qəzənfər Məsimoğlu

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir