
Tarix yazan Sərkərdə!
Qələbəmiz sərvətimiz,xalqımızın,dövlətimizin varlığıdır…
Azərbaycam Müəllimi olaraq qürurluyuq! Yetirmələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mənfur düşmən üzərində Şanlı Qələbəyə imza atmışlar! Cənnət Məkan Qarabağ torpaqlarının mənfur düşmən tapdağından azad olunması Azərbaycan respublikasının sərhədlərinin bərpası, torpaqlarımızın mənfur düşmən tapdağından təmizlənməsi, yeni Tarixin yazılması ,Xalqın, Ordunun, Güclü liderin birliyinin təntənəsidir! Ədalət Zəfər caldı! Həyata kecirilən siyasi kursun böyük, möhtəzəm nəticəsidir:-Son 200 ildə torpaqlarımızın azad olunmasında əldə edilmiş Qələbə! Güclü Liderin siyasi arenada səriştəli diplomatik fəaliyyəti, siyasi iradə, möhkəm Xalqın Birliyini əks erdirən Dəmir Yumruq düşmənin bel sütünu qırdı! Dünya Azərbaycanın hərbi qüdrətinə, XXI əsrin müharıbə taktikasına heyrət etdi! Öyrənilməli Nümünə!
Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir.
Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə, dövlətçiliyə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi və xidmətlər, xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq vacibdir. “Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq”- istiqamətində aparılan işlərin nəticələri sevindiricidir.
Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! Allahın qüdrəti, Zamanın diqtəsi: Azərbaycan dövlətinin Zəfər yürüşü, Qayıdışın başlanmasının nəticəsidir Qələbə! Dünyanın Azərbaycan maraqları, heyranlığı, dilə gətirdiyi: -Azərbaycannın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Xalqın, dövlətin, Silahlı Qüvvələrin birliyi! Vətən sevgisi!!!Ali Baş Komandan İlham Əliyevin Qətiyyətı! İgid oğulların göstərdikləri rəşadətlərlə Qürurlanırıq! Azərbaycanın hər bir vətəndaşı səfərbərdir! Müstəqil dövlətimizin müdafiəsi, qorunması dünyanın hər çür var-dövlətindən, nemətindən qiymətlidir! Məkrli düşmən hiyləsinə qalib gəlmək üçün bir olub yumruq olmaq zamanın diqtəsi və tələbidir! Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir! Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq. Cözün aydın Azərbaycan Dünyası! AZƏRBAYCAN BAYRAĞI QARABAĞDA DALĞALANIR! Eşit Dünya, Qarabağ Azərbaycandır! Bunu Ali Baş Komandan deyir! Azərbaycan Xalqı, Qüdrətli Ordumuz deyir! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz! Şəhid yatan Qarabağımız var! Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz!!! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan, gözlərin aydın, Bayrağımız Şusada ,Ağdərədə, Xocalıda, Xocavənddə, Xankəndində Dalğalanır! Müharibə şəhidsiz olmur. Bu da müharibənin yazılmamış qanunlarından biridir. Qarabağsız Azərbaycan ola bilməz! Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. Bəli Azərbaycan ordusunun döyüş taktikası, az itki ilə düşmən ordusunun darmadağın etməsində yeni texologiyadan istifadə məharəti dünya güclərinin heyrətinə, bu təcrübənin öyrənilməsi, ədalətli müharibə, yeni əsrin müharibəsi kimi dəyərləndirilir. Ordumuzla qürur duyuruq!. Dünya buna şahid olsun: – Tarix yazır Azərbaycan! Allah bizə köməkdir! Dostlar bizə dəstəkdir! Dünya nizamına imza atır Azərbaycan – Türkiyə! Qarabağ Azərbaycandır, Nida! Ad günləri Xocalıda, Toy düyünlər Xan kəndində, Şuşada keçiriləcək! Birliyimiz Ən Parlaq Qələbəmiz! Qətiyyət və Şücaət Qələbəyə aparan yol!
Vətəni Sevmək İmandandır!Vətəndən öncə heç nə yoxdur! Hamılıqla məsuliyyət daşıyırıq! Bir olaq güclü olaq, ədalətli olaq! Vətən hamının dünyaya göz açdığı, torpaqinda uyuduğu məkandır! Vətənini, dilini, dinini sevəsən, sevmək azdır, həm də onu sevdirə bilmək! Olum-ölüm məqamında edilən səhvi Allah heç bir bəndəsinə bağışlamaz!Qəlbimizdə olan ambisiyaları öldürək, Vətənimizin, dövlətimizin,dövlətçiliyimizin qorunması üçün bir olaq!
Hər zaman düşünək:- Vətən bizim üçün hər şeydir. Biz Vətən üçün nə etmişik! “Vətən anadır” – kəlməsi eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izləri vardır. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir. Hər bir insan üçün əvəz olunmaz məkandır onun Vətəni. Olan Vətən sevgisi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Qarabağda Vətənin azadlığı uğrunda əbədiyyətə qovuşmuz şəhidlərin məzarı başında hörmətlə dayanıb, sevinc göz yaşları içində: -Gözünüz aydın Vətən oğullarl, biz yurdumuzu yağılardan azad etdik sözünü deyə bildik! Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürurvericidir. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.
VƏTƏNİN OLMAQ GƏRƏK!
Gözün aydın Azərbaycan Dünyası!
Tarix sevir güclüləri, onunla İtifaqdadır!
Acizləri bil sevməyir, onunla İxtilafdadır!
Güclü Lider, Güclü Dövlət, Güclü Xalq,
Güclü Ordu od ələyir, bax başına düşmənin!
Dünya sənin Qüdrətinə heyrət edir!
Nümünəni Öyrənir!!!
Ədalətli, haqqlı olan kəslərə,
Allah özü kömək edir!!!
Seçib sınayır, sınağından cıxanına,
Var Allahın Məhəbbəti, Mükafatı!!!
Başı üstə Allah dayanan,
Əlləri haqq dərgahında,
Dilində duası olan,
Qətiyyətı, Cəsarətli ,
Arxasında Xalq dayanan,
Qarşısında Qüdrətli Ordusu Var!
Yolumuz Haqq yoludur!
Bir yumruquq, Birliyimiz Əbədi!!!
Sözümüzün var kəsəri!!!
Dünya nizamına imza atırlq!!!
Azərbaycan Sərq ilə Qərb arasında Qapıdır!!!
Dünya üçün Böyük İpək Yoludur!!!
Xüdafərin körpüsündə dalğalanır Bayrağımız!!!
Qarabağın hər güşəsindədalğalanır Bayrağımız!!!
Üzüyünün Qaşı, Başimizın Tacı, Qarabağ!
Qürurumuz Dövlətimiz, Millətimiz, Ordumuz!
Tarix yazan Ali Baş Komandanımız!
Şəhidlər ölməz, Vətən bölünməz!
Qarabağda dalğalanır Bayrağımız!!!
Hec Zaman Enməz!!!

ADPU-nun ETM-nin elmi işçisi,
Respublikanın Əməkdar müəllimi
Azərbaycan Jurnalistlər Bliyinin üzvü
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru