
Çarəsizlik
(bəlkə də sənsizlik)
Çarəsizlik –
Gözlərin onu axtararkən başqasının sənə gülümsəməsi, onun səsini eşidirsən kimi özünü aldatmaq,
“Can, sənə qurban” kəlməsinin iki damla yaş olub gözlərindən süzülməsidir…
Bir kəlmə sözü ilə ovunmaq,
sükutu ilə qovrulmaqdır.
Ürəyində çiçək açan sevginin ləçəklərindən baxışlarının yağış olub yağması,
qəfil təbəssümünün dünyanı sənə bağışlamasıdır…
Həm dərd, həm dəvadır.
Həm ağrı, həm də ağrıların ən şirinidir.
Təkliyin ən qorxuncu,
qorxunun ən bəyazı…
Gözünü yumub dünyadan uzaqlaşmaq, göylərə sığınmaq ağrısıdır…
Ayın üzünə sığal çəkib buludlara hayqırmaq,
onu görmək arzusu ilə yer üzünün zindanında yaşamaqdır…
Sənə adi gələr, doğru.
Dadını bilmədiyin təam kimi yad duyğu, bilirəm.
Özünə demək istəyib deyə bilmədiklərimdir çarəsizlik…
Və çarəsiz Yadigar Təvəkgül olmaqmış sənsizliyin adı…
Ayrılığın mübarək, şeirlərimin səbəbi, bir gün sənlə açılacaq sabahların ümidi..
Müəllif: Yadigar TƏVƏKGÜ
YADİGAR TƏVƏKGÜLÜN YAZILARI
Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru