Təranə Məmməd: Daxili çevriliş

Daxili çevriliş

(hekayə)

Bu çayxana əvvəllər mənim idi. Uzun müddət işlətdim buranı. Sonra satdım.Ancaq yenə tez-tez gəlirəm buraya. Mənə xüsusi hörmət edirlər uşaqlar. Sağ olsunlar. Tək onlar üz döndərməyib məndən hələki. Bu çayxanada içki olmur. Amma mən son illər heç ayıq olmuram. Sərxoşluq çox şeyi unutdurur adama. İçkiyə qurşandıqdan sonra çox şey itirdim. Ailəmdən ayrı düşdüm.Yeganə qızım mənimlə heç danışmır.
Eh! Kimə lazımam indi? Pulsuz, işsiz kişi kimə lazımdır? Heç kimə.
Mənim bu çayxanada öz yerim var. Orada heç kim oturmur. Hamı bilir ki,o yer mənimdir.
Bu gün adam çoxdur. Bayaqdan nəsə müzakirə edirlər. Burda olan söhbətlərə qarışmıram adətən. Amma bu gün qarışası oldum.

– Nə olub? -deyə çayçıdan soruşdum.
-Heç, məllim, Quran kitabı satır biri, uşaqlar da deyir ki,Quranı satmazlar,-deyə cavan oğlan cavab verdi.
-Neçəyə verir ki?
-Baha e,məllim, deyir 100 manatdan aşağı vermərəm.
Mən əlimi cibimə aparıb orada olan bir neçə manatı kitab satana uzatdım və:
-Ver onu mənə!- dedim,

-Qalanını sabah gətirərəm.
Kitab satan oğlan tutuldu.
-Yoox.Verə bilmərəm. Ehtiyacdan satıram. Yoxsa heç…

-Ver kitabı müəllimə,pulun mən verirəm, -deyə çayxanada oturanlardan biri irəli çıxdı. O, Quranı öpüb mənə uzatdı. Etiraz etmək istədim,lakim imkan vermədi. Mən Quranı götürüb evə gəldim. Başım bərk ağrıyırdı. Evə girər girməz araq şüşəsini axtardım. Boş idi. İstədim mağazaya gedim, pulumu hesabladım.Çatmırdı. Dəli kimi olmuşdum. Evimdə olan köhnə sınıq divanın üstünə uzanıb Quranı səhifələməyə başladım. 7 gün heç bir yerə çıxmadım evdən. Evdə olan-olmazdan yeyib çay içirdim və oxuyurdum. Azərbaycan dilində olsa da bəzi sözləri anlamırdım,ancaq oxuyurdum. O səhər azan səsinə oyandım. Evimdə azan yaxşı eşidilirdi. Əvvəllər buna o qədər fikir vermirdim. Mən geyinib əl üzümü yudum. Üzümü tük basmışdı. Saçlarım ağarmışdı. Güzgüdə tamamilə başqa bir adamı gördüm. Əlimi saçlarıma, üzümə sürtüb özümün mən olduğumu hiss etmək istədim. Hə. Bu mən idim. Bir həftə ərzində mən bir dəfə də olsun içki içməmişdim və artıq şərxoş olmadan yaşaya bilirdim. Yenidən güzgünün qarşısında dayandım… Ötən günlərim,vəzifəm, ailəm, qızım- hamısı bir-bir yadıma düşdü. Kövrəldim.Deməli mən yenidən həyata qayıda bilərəm! Mənim buna gücüm çatar! Birdən gözüm divanın üstündəki Qurana sataşdı. Müqəddəs kitabı üç dəfə öpüb rəfin üstünə qoydum və evdən çıxdım. Hava çox gözəl idi.Ətraf tamam başqa rənglərdə görünürdü bu gün.Həzin meh üzümə vurduqca canki kimsə məni səsləyir və “gör həyat nə gözəldir!”-deyirdi. Yenə çayxanaya getdim. Ürəyimdə mənə çox əziyyət verən bir suala cavab axtarırdım. “Görəsən qızım,yoldaşım məni bağışlayarlar? Görəsən yenidən məni kimsə işə götürər?” Bu fikirlərlə çayxananın qapısından içəri girdim.

-Salam, məllim, hardasız? Çoxdandı görünmürsüz? Dəyişmisiz e. Siz olmayanda nələr oldu buralarda, məllim!-deyə çayçı oğlan həyacanla söylədi.
-Nələr oldu?

-Məllim, müdir qəzada vəfat etdi. Qaldıx başsız, məllim.Hələ ki, o sizə kitab alan cavan oğlan yola verir.
Arxadan kiminsə əllərinin çiyinlərimi sıxdığını hiss etdim. Arxaya çöndüm.
Həmin adam idi.

-Salam, müəllim. Bu çayxana əvvəl olduğu kimi yenə sizindir. Gəlin, işlədin. Onu mən pulla almışam.Sizin üçün.

-Siz nə danışırsınız?Siz kimsiniz axı? Mən sizi heç tanımıram da.
-İşinizə başlayın,inşallah, tanıyarsınız.
Mən nə edəcəyimi bilmirdim.
On il bundan əvvəlki kimi işə başladım. Ancaq bu dəfə” Allahın adıyla” deyərək başladım.
Beləcə hər gün işə gəlir, gecələr də Quran oxuyurdum. Aydın olmayanları tanış din xadımlərindən öyrənirdim.
Bir gün Həmin adam yenidən gəldi . Amma bu dəfə tək yox, mənim qızımla. Qızım məni qucaqlayıb ağladı. Mən onu bağrıma basıb əvvəllər olduğu kimi saçlarını sığalladım və alnından öpdüm.
-Məni bağışla, qızım!- dedim.
O isə həmin adamın əlindən tutub mənə tərəf çəkdi və:

-Ata,sənin icazən olmadan ona “hə ” deyə bilmərəm.
Mən onların ikisini də qucaqladım.
Göz yaşlarımı saxlaya bilmirdim
O qədər xoşbəxtidim ki!!
-Qızım,bəs anan razıdırmı?-deyə soruşdum.
Bu zaman kənarda dayanıb bizə baxan həyat yoldaşımı gördüm. O da ağlayırdı.
Mən iki əlimi göyə qaldırıb hardasa məni eşidən, bəlkə də görən Varlığa

-ŞÜKÜR SƏNƏ, YA RƏBBİM! – dedim.

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir