Zəhra Həşimova – Dekartın kitabı

Dekart, kitabında elmi və ya intellektual metodların işlənib hazırlanmasında istifadə oluna biləcək mülahizə qaydalarını qaydanın ümumi tərifi, sonrasında təfərrüat və misallarla, izahatları ilə təqdim etmişdir. “İnsan şüurunun heç bir məhdudiyyətə ehtiyacı yoxdur” deyən Dekartın fikrincə, ağlımızı idarə etməyin ən vacib yolu özümüzü idarə etməkdir. İnsan şüuru sonsuz bir düşüncə quruluşuna malikdir, ağıl da düşüncələrimizin ardınca öyrənməyi də önəmsəyir. Məlumatın dəqiqliyi üçün öyrəndiyimiz hər bir məlumata intuisiya ilə yanaşmalıyıq.


Dekart əsərində yazırdı ki, “Tədqiqatın sonu zehni qarşısında duran bütün məsələlərdə sağlam və düzgün mühakimələr söyləməyə yönəltmək olmalıdır”.Bəs bu nə dərəcədə düzgündür? Fikrimcə, bu məsələyə daha prozaik yanaşsaq, bir uşaq kimi həyata ehtiyatla, sağlam düşüncə və bacarıqla yanaşmağı və ya diqqətsizlik, axmaqlıq və səriştəsizliyin nəticələri ilə üzləşməyi, bir müddət sonra, yetkinləşdikcə, bu siyahıya xeyirxahlığı əlavə edərək qəddarlığın nəticələrini mənimsəməyi öyrənməliyik. Nəhayət öyrənməli olduğu isə odur ki, başqalarına və dünyaya etdiyimiz hər şeyi özümüzə aiddir.
Əsərdə ağıldan istifadədə doğru yola çatmaq üçün Dekartın təklif etdiyi 21 qayda yer alır. Hər bir insan təbiətcə düşünür, lakin bu düşüncə hər dəfə heç bir yerə aparmır. Bu, bəzən fikrin çatacaq yerinin olmamasından, bəzən də təfəkkür tərzlərindəki xəta və nöqsanlardan qaynaqlanır. Dekart izah edir ki, hansı mövzular haqqında düşünmək olmaz və əgər belədirsə, hansı düşüncə yolu ilə getmək lazımdır. Bəzi qaydalar bir-birini tamamlayır və dəstəkləyir. Buraya qeyd olunan bütün qaydalar haqqında ətraflı və izahlı izahatlar daxildir. Dekart, bir çox anlayışları riyazi üsullarla izah etmişdir. Kitabda o, ağıl və intuisiyaya üstünlük verərək digər başqa üsulları, hətta məntiq prinsiplərini də tənqid etmişdir. Dekart qeyri-ziddiyyət prinsipinə riayət edir ki, kitabı oxuduğumuz zaman bunun “Cogito ergo sum” devizinə görə olduğunu görürük. Dekartın qarşımıza qoyduğu tələb isə belədir : Aydın ifadələri, baş verən hadisələri götürüb onları parçalara ayırın və ya alma ilə dolu bir səbət götürüb tamamilə boşaltdığınız kimi onları bir-bir araşdırın. Bənzətmədə olduğu kimi, “Çürükləri çeşidləyin və qalanlarını səbətə diqqətlə qoyun.”

Müəllif: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir