Taтарстан Язучылар Берлеге – Fotolar

Tanınmış şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi  Səlim Babullaoğlunun Tatarıstan Yazıçılar Birliyinin yubiley tədbiri zamanı çəkdirdiyi maraqlı fotolar:

Qeydlər:

Səlim Babullaoğlu: “Tatarıstan Respublikasının Baş nazirinin müavini hörmətli Leyla Fazleyeva Muhammədyar adına Beynəlxalq Türk Ədəbiyyatı Festivalının iştirakçılarını qəbul etdi. Hörmətli xanım vitse-premyerə Azərbaycanda nəşr olunmuş Quran hədiyyə etdim. Kitabın hər səhifəsində 2 qr code vardı ki, onların vasitəsi ilə ərəb və Azərbaycan dillərində Quranın dörd müxtəlif qiraətini dinləmək olar.
Əziz dostum Rəşid Çolaka bu nəfis və orijinal nəşrə görə təşəkkür edirəm…”

Səlim Babullaoğlunun yazıları

Məlumatı hazırladı: GÜNNUR AĞAYEVA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Çingiz Abdullayev haqqında yeni kitab Almaniyada nəşr olunub.

Almaniyada yazıçı Ramiz Dənizin Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev haqqında yazdığı “Oxucuların fatehi Çingiz Abdullayev” adlı kitabı ışıq üzü görüb.

В Германии вышла книга Рамиза Дениза посвящённая Чингизу Абдуллаеву.

Məlumatı hazırladı: GÜNNUR AĞAYEVA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuz Mustafanın ilk kitabı

Firuz Mustafanın ilk kitabı – ədəbiyyat tariximiz:
“Göyəm kolları”. 1985-ci il. “Gənclik” nəşriyyatı.

Mənbə: Firuz Mustafa

Məlumatı hazırladı: GÜNNUR AĞAYEVA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ramiz Əskərin yoxluğu son dərəcə üzücüdür.

Azərbaycan jurnalistikasına, elm ictimaiyyətinə, bütövlükdə ziyalı mühitinə ağır itki üz verib. Respublikamızın əməkdar jurnalisti, yazıçı, publisist və alim Ramiz Əskər dünyasını dəyişib. Mərhumun ailə üzvlərinə, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.
1954-cü ildə Gümrünün Amasiya rayonuna bağlı Qaraçanta kəndində (Ermənistan ərazisi) doğulmuş R.Əskər 1972-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə keçib və 1978-ci il¬də həmin ali təhsil ocağını bitirib.
1978-1983-cü illərdə “Azərbaycanın Səsi” radiosunda işləyib. 1983-1984-cü illərdə Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman dillərində çıxan “Azərbaycan bugün” jurnalının baş redaktoru olub.1984-1991-ci illərdə latın, kiril və ərəb əlifbaları ilə işıq üzü görmüş “Odlar yurdu” qəzetinin baş redaktoru vəzifəsini tutub. 1991-1993-cü illərdə Türkiyənin “Hürriyet” qəzetinin və Uluslararası Haber Ajansının (UHA) Azərbaycan üzrə müxbiri olub. 1993-1997-ci illərdə “Yeni Forum” jurnalının (Ankara) təmsilçisi kimi fəaliyyət göstərib. 1993-1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi işləyib. 1994-1996-cı illərdə “XXI əsr” qəzetinin baş redaktoru, 1992-1997-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi kimi çalışıb.
R.Əskər, həmçinin, 2003-2006-cı illərdə Bakı Dövlət Universitetindəki Türkologiya kafedrasında işləyib, azərbaycanca və rusca Türk mədəniyyət tarixi, Türkologiyanın əsasları, “Divanü lüğat-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Qutadğu Bilig”, “Manas” dərsləri deyib. 2007-2012-ci illərdə filologiya fakültəsində bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri olub. 2012-ci ildə türk xalqları ədəbiyyatı kafedrasının, 2016-cı ildə isə türkologiya kafedrasının müdiri seçilib. 2023-cü ildən Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri olub. 80-ə yaxın beynəlxalq simproziumun və konfransın iştirakçısı olmuş R.Əskər Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çapdan çıxmış 94 kitabın, xeyli sayda tərcümənin müəllifi kimi də tanınb. O, 2010-cu ildə Əməkdar jurnalist fəxri adına, 2014-cü ildə “Şöhrət” ordeninə, 2024-cü ildə II dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. Ramiz Əskər 2022-ci ildə Özbəkistanın “Dostluq” ordeni ilə də təltif edilmişdi.
Zəngin, ölkəmiz, bütövlükdə türk dünyası üçün faydalı ömür yaşamış, çoxşaxəli yaradıcılıq diapazonu ilə seçilmiş Ramiz Əskərin yoxluğu son dərəcə üzücüdür. Uca Tanrıdan məhrumun doğmalarına, əzizlərinə, onu tanıyan, bənzərsiz və təkrarsız əməyinə yüksək dəyər verən hər kəsə səbr diləyir, kədərlərini bölüşürük.
Allah rəhmət eləsin!

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti

Mənbə: Azerbaijan Press Council/Azərbaycan Mətbuat Şurası

YAZARLAR olaraq , Ramiz Əskərin vəfatından kədərləndiyiimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Ruhu şad olsun. Amin.

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“İnsanlar dərin görünməsi üçün suyu bulandırırlar”

“İnsanlar dərin görünməsi üçün suyu bulandırırlar”
Fridrix Nitsşenin bu müşahidəsi insan təbiəti və aldatma sənəti haqqında dərin bir həqiqəti açır. Bu, təkcə xarici aləmi yox, zehnimizin mürəkkəb işlərini əks etdirir. Bir gölməçə təsəvvür edin, onun şüşə kimi təmiz suları göy üzünü aydınlıqla əks etdirir. Sonra isə kiminsə bu gölməçəyə onu kirlədəcək nəsə tökdüyünü, bir vaxtlar şəffaf olan səthi buludladığını təsəvvür edin. Su daha dərin, daha sirli görünür, lakin səthin altında qaranlıq aldatmadan başqa bir şey yoxdur.
Həyatda biz tez-tez dərinlik illüziyası üçün aydınlığı gizlədən fərdlər və ya ideologiyalarla qarşılaşırıq.Bəziləri öz həqiqi niyyətlərini ört-basdır etmək üçün dili manipulyasından, bəziləri isə boşluğu gizlətmək üçün jarqondan istifadə edirlər. Onlar diskurs sularını bulandırır, yalnız səthiliyin olduğu yerdə dərinlik illüziyası yaradırlar.
Bəs niyə biz özümüzü aldatmağa icazə veririk? Ola bilsin ki, biz mürəkkəbliyə can atırıq, qarışıqlıq ilə mürəkkəbliyi səhv salırıq. Və ya bəlkə də aydınlıq introspeksiya tələb etdiyi üçün biz öz cəhalətimizlə xoşagəlməz bir qarşıdurma yaşayırıq. Beləliklə, biz qeyri-müəyyənliyin təsəllivericiliyini həqiqətin sərt işığından üstün tutaraq qaranlıqlığı həvəslə qəbul edirik.
Nitsşenin bu cümləsi sual vermək, nəzəri və illüziya səthinin altında araşdırmaq üçün xatırlatma rolunu oynayır, bizi xaos arasında aydınlıq axtarmağa, səthi dərinliyin cazibəsinə qarşı durmağa çağırırlar. Çünki yalnız bulanıqlıqla üzləşməklə, altında gizlənən həqiqəti üzə çıxara bilərik.

Müəllif: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Professor Ramiz Əskər 22 may 2024-cü il tarixində, 70 yaşında vəfat edib.

Mədəniyyət Nazirliyi tanınmış türkoloq-alim Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda deyilir:

“Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış türkoloq-alim, filologiya elmləri doktoru, tərcüməçi, jurnalist, Bakı Dövlət Universitetinin (BDU) professoru Ramiz Əskər 22 may 2024-cü il tarixində, 70 yaşında vəfat edib.

Ramiz Baxşəli oğlu Əskərov 10 yanvar 1954-cü ildə Qərbi Azərbaycanda, Amasiya rayonunun Qaraçanta kəndində anadan olub. 1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Bir sıra qəzet və jurnallarda məsul vəzifələrdə çalışıb.

2003-cü ildən taleyini Bakı Dövlət Universitetinə bağlayan R.Əskər burada türk xalqları ədəbiyyatını tədris edib, Bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi və müdiri olub. 2012-ci ildən BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb. Bu təhsil ocağının professoru kimi fəaliyyət göstərib.

R.Əskərin müəllifi və tərtibçisi olduğu “XX əsr özbək şeiri antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Baburnamə”, Sultan Hüseyn Bayqaranın “Divan”, Yusif Balasaqunlunun “Qutadqu bilik” və digər nəşrlər ona Azərbaycanla yanaşı, bütün Türk dünyasında şöhrət qazandırıb. O, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd və qaqauz dillərindən tərcümələr edib.

Ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə dövlət başçısının sərəncamları ilə R.Əskər “Əməkdar jurnalist” (2010) fəxri adına, “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb. O, həmçinin türk respublikalarının yüksək mükafatları ilə təltif olunub.

Mədəniyyət Nazirliyinin kollektivi tanınmış elm və mətbuat xadiminin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin”.

YAZARLAR olaraq , Ramiz Əskərin vəfatından kədərləndiyiimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Ruhu şad olsun. Amin.

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru