Fəridə Ləman – Ömür yolun uzun olsun, Rəfail!

Ömür yolun uzun olsun, Rəfail!

Rəfaillə bir məktəbdə təhsil almışıq -Kəmərli kənd orta məktəbində.Bir yaş fərqimiz var,belə ki,o məndən bir sinif aşağı oxuyurdu.Rəfail çox dəyərli el-oba ağsaqqalı, dil-ədəbiyyat müəllimimiz Ağakişi İsmayılovin övladıdır.Onun bütün məziyyətləri müəllim ailəsində böyüdüyünü təsdiqləyirdi-nizam-intizamlı,tərbiyəli, məsuliyyətli və s.
Orta məktəbdə oxuduğumuz illərdə onun bədii yaradıcılıqla məşğul olmasından xəbərsiz idim.Bakı mühiti ədəbi yaradıcılığın üzə çıxmasında bilavasitə vasitəçi olur,mətbuat,çap imkanları,müxtəlif tədbirlər və s.Bu mühit eyni zamanda insanları yaxınlaşdırır,doğmalaşdırır,isnişdirir…söz-sözə söykək olur.Onun söz dünyası əl-ələ tutmaq üçün qırılmaz bir halqa yaradır, mənəviyyatı cilalayır.Rəfail İncəyurd milli təəssübkeşdir,onun ünvanı zəhmətdir, and yeri Vətəndir,güvənci doğma Qazax mahalıdı.İncə dərəsinin təşnəsidir.Uşaqlığının həsrət yuvası,atalı-analı günlərin qım-qımalı,laylalı , bayatılı yaddaş xatirələri onu tez-tez yurda çəkir.Ayaq izlərini ot basmış,gözü yolda qalan ata evinə tələsir.Qəribliyin ağuşuna aldığı ev,həyət-baca indi yalnız acılı-şirinli xatirələrdən söz açır.:

Çoxdandı almırıq yol havasını,
Gəl orda darıxan Qazağa gedək.
Tale çox oldurur özü deyəni,
Gəl hərdən dartınıb yasağa gedək.

(Gedək)

Hərdən şəhər sıxlığından təngə gələn ruh adamı başını götürüb harasa getmək istəyəndə yenə “sığınacaq yeri” ata-ana evini görür.Təsəlli yeri,qəlbinin rahatladığı ocaqdır o yurd…

Başımı götürüb kəndə gedəcəm,
Beş-on duru adam tapmaqdan ötrü.
Neynim, çalışıram boz niyyətlərin
bəyaz əllərindən qopmaqdan ötrü.

(Bəlkə də)

Rəfailin şeirlərini gözdən keçirirəm,sözlər, misralar ürəyimə hopur və gözümün leysanına dönür.Çünki bu şeirlərdə yaşanmış insan taleləri var,aman Allah,bu “yoxluqlar”adamı necə yandırıb -yaxır.Bu qara yollar bitmir,tükənmir…

Kəndin ortasına düşüb gedirəm,
Yolların gördüyüm adamı yoxdu.
Bağı yerindədi, dağı yerində,
Hayıf ki, o dadı, o tamı yoxdu.

     (Yoxdu)

Hər günü imtahan,sınaq olan ömür,başın nələr çəkib,eh,bilsən nələr?!
70-i haqladım göz açammadım,indi sevinc yaşat yolu 100-ə var!

Səndən 70 yaş asılıb,
Nələr çəkən baş asılıb.
Kürəyimdən daş asılıb-
Onu ordan itir, gedək.

(Gedək)

Rəfail “Xəyal” şeirində yazır ki,

Oturub bir əsər yazacam bir gün,
Mən özüm olacam baş qəhrəmanım…

Əla,gərək çoxdan yazmağa başlayaydın, Rəfail.Yaşadığın ömür buna haqq verir.Ömür yolun uzun olsun, inşallah,yaxşı adam.Yaxşılıqlardan usanma,qocaldım demə,duman uca zirvələrə sinir…

Daha yoxuşlara dirənmir dizim,
Daha bənd-bərəni dolanmır izim.
Deyəsən, qocalıq yenir, əzizim,
Yadımdan çıxanlar yadıma gəlmir.

(Deyəsən)

Bu gözəl dünyanı yaradanın bir adı da Salamdı.Salam olsun gələn günlərinə,Salam olsun varlığına,Rəfail!

Adam varsa, dünya da var,-
kainata salam olsun.
Axan çaya, açan gülə,
solan ota salam olsun.

(Salam olsun)

Müəllif: FƏRİDƏ LƏMAN

FƏRİDƏ LƏMANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ İYUN – 2024 № 06 (42)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR”JURNALININ MAY – 2024 № 05 (41)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB. PDF: yazarlar-42

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QURBAN BAYRAMOVUN DOĞUM GÜNÜDÜR!

DOĞUM GÜNÜ TƏBRİKİ

30 MAY TANINMIŞ ƏDƏBİYYATŞÜNAS ALİM, TƏNQİDÇİ, BÜTÜN ƏLİ QƏLƏM TUTANLARIN DOSTU VƏ YARDIMÇISI, EL AĞSAQQALI, YAZARLAR CAMEƏSİNİN FƏXRİ, QÜRUR MƏNBƏYİ, ƏSL ZİYALI QURBAN BAYRAMOVUN DOĞUM GÜNÜDÜR!!!

Bu münasibətlə QURBAN müəllimi təbrik edir, Uca Yaradandan sağlıqlı uzun bir ömür və bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun, QURBAN müəllim!!!

HÖRMƏTLƏ: ZAUR USTAC

QURBAN BAYRAMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı

III TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI

24 may 2024-cü il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində III TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALInın təntənəli açılış mərasimi baş tutub.

Festivalın açılış nitqində Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Türk dünyasının sarsılmaz birliyinə, türk dövlətləri arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətindən danışıb.

Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və digər qurumların dəstəyi ilə təşkil olunub.

Səkkiz gün davam etmiş festivalın hər günü bir ölkəyə – Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Festival çərçivəsində kitab və hədiyyələrin satış yarmarkası təşkil olunmaqla bərabər ədəbi-bədii kompozisiyalarla, türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunub. Eyni zamanda, müxtəlif nəşriyyatların yeni nəşrləri təqdim edilib.

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mayın 31-dək davam edib.

Festivalın müxtəlif günlərində çəkilmiş fotolar:

III TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru