Təvəkkül Goruslu – Ay Ana!

AY ANA!

Düz keçəmmədim yolu, ay ana,
Təpənin üstündən əl etdin mənə.
İçim kədər, nisgil dolu, ay ana ,
Yelləndim, yel kimi tez gəldim sənə.

Sıxdım dodağımı gülər gözünə,
Qəlbimə yeridi daşın sərini.
Əl çəkdim şalına, nurlu üzünə,
Öpdüm mələyimi, öpdüm pərimi!

Baxışların elə mehribandı ki,
Çiçək nəfəsini duydum, ay ana!
Bu elə duyğulu mərhəm andı ki,
Başımı dizinə qoydum, ay ana!

Xəyalım təndirə apardı məni,
Lavaşın ətiri burnuma dəydi.
Xəyalım dünyadan qopardı məni,
Bu bir röya idi, yoxsa ki, nəydi?

Saçıma əl çəkdin, təsəlli verdin,
Dedin, ” özünə gəl, ağlama oğul “.
Dedin, ” mənə gəlsin qəhərin, dərdin ,
Daha qəm çələngi bağlama oğul “!

Bağışla, naxələf oğlunu, əfv et,
Hər gün gələmmirəm sənə, ay ana!
” Dayanma ay oğul”, Ruhum deyir, ” get “,
Darıxma gələcəm yenə, ay ana!

09. 08. 2016

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir