
QƏDİM SÖZLƏRİMİZİN TARİXİZM VƏ ARXAİZMƏ QOVUŞMASI PROBLEMLƏRİ
(DÜYÜNÇƏ, BOĞÇA, QABÇIQ SÖZLƏRİNİN LEKSİK NORMALARI )
Bu gün əcdadlarımızdan bizə miras qalmış sözlər dilimizə daxil olan neologizmlərin hesabına nitqimizdən uzaqlaşır və nəticədə arxaizm və tarixizm fəallaşır.Məlumdur ki, arxaizmdə məfhum qalır, söz unudulur.Tarixizmdə isə məfhum da, söz də unudulur.Yalnız yaşlı nəsil keçmiş həyatdan, məişəti yada salanda, tarixi hadisələrdən danışanda bu sözlərdən istifadə edir.
Bəzi dlçi alimlər bu leksik hadisəni “… obyektiv qanunauyğunluq kimi baxmaq lazımdır” tərzdə yanaşmalar edirlər.
Müasir dövrdə neologizmlər ağla gəlməyən bir sürətlə dilimizdə çoxlu sayda uğurlu və uğursuz sözlər yaradır.Yaxud da onlar hazır şəkildə nitqimizə daxil olurlar.Bu söz və ifadələrin çox hissəsi internetin payına düşür.
Əslində dilçilikdə müasirlik heç də bizə əcdadlarimizdan qalma miras sözlərin unudulma prosesi rolunu oynamamalıdır.Heç də təsadüfi deyildir ki, bundan istifadə edən mənfur qüvvələr vardır.Erməni əsilli, Türkiyə vətəndaşı dilçi mütəxəssis Aqop Dilaçar Türkiyə türkcəsinin izahlı lüğətini hazırlayarkən, orada cəmi on beş faiz türk mənşəli sözün olduğunu bildirmiş, qalan 85 faiz sözləri erməni, yunan və digər yabançı sözlər kimi təqdim etmişdir.
Əslində sovet dönəmində xaricə çıxış məhdud olduğundan, onların mədəniyyətlərinin təbliği yasaq sayıldığından dilimizdə sabitlik uzunömürlü olmuşdur.
Əgər biz dilçilik baxımından adamları yaş psixologiyası ilə düzümünü təyin etsək, onları şərti olaraq 2 yaşqrupuna bölmək məqsədəuyğun olardı: 40 yaşa qədər və 40 yaşdan yuxarı.40 yaşdan yuxarı olanların milli söz lüğətləri 40 yaşa qədərki adamlardan daha zəngindir.Onlar dilimizdə olan qədim sözləri işlədir, yeri gəldikdə “türkün sözü” və ya “kürək sözü” kimi ifadələrlə bu gün arxaikləşmiş sözlərdən istifadə edirlər.
Əgər biz 40 yaşa qədər olan qrupdan mövzuda olan “dyünçə, boğça və qabçıq” nəsnələrinin nominativliyinin semantikasını xəbər alsaq, bunların hansı əşyaya aid olmasını izah etməkdə çətinlik çəkdiklərini etiraf edəcəklər.
40 yaşdan yuxarı olan qrup “boğça və düyünçə”nin hansı əşyaya aid olduğunu bilsələr də, “qabçıq” sözünə rast gəlmədiklərini bildirəcəklər.
Psixolinqvistik tədqiqat nəticəsində məlum olur ki, “qabçıq” sözünün tarixizmə qovuşmasının ömrü daha qədimdir.
Bəs “qabçıq” sözünün leksik semantikası haradan gəlir?
Əgər biz dilçiliyin əsas tədqiqat obyekti olan müqayisəli paralelizmlə “qabçıq” sözünü incələsək, sözün bir çox dillərdə paralel inkişaf yolu keçdiyi mənzərəni görəcəyik.
İngilis dilində “purse” isimi “pul kisəsi, çanta, redikül ” kimi mənalanır.Zooloji termin kimi “kisə” mənasını da bildirir.
”Purse” sözü feil kimi “qırışdırmaq, büzüşdürmək, büzmək” mənaları bildirir.Hətta feil kimi frazeloji mənada “pul kisəsinə qoymaq” kimi mənalanır.
Ərəb və fars dilində “kis” sözü “qırışıq, bükük, büzük” deməkdir.
Ərəb dilndə “”kisəvü həmyan” sözü “pul kisəsi, qızıl pulun belə bağlanan uzunsov parça və ya meşin qab” mənasını bildirir.Pul kisəsi bu gün Orta Asiya respublikalarında “əmiyan”, “hamyan” kimi adlanır.
Qədim dövrlərdə ölkələr arasında ticarət əlaqələrinin genişlənən vaxtında “kis” sözü avropa xalqlarının dillərinə hazır ticarət termini kimi keçmişdir.
İngilis dilində “cash” – “nəğd pul, kassa”; “cashier” – “kassir” və s. kimi.
Rus dilində «кошелок» -“pul qabı”; «киса, кисанка» -“kisə, torba”; «кисет» -“tənbəki kisəsi”və s.Bu sözlərə sözduyumu ilə baxsaq, bunların hamısının nüvəsində “kisə” sözü vardır.
Rus dilində «кислый» sözünün “turş” mənasını bildirməsi yəqin ki, ingilis dilində “purse” sözünün feil kimi “ büzmək” (turş, ağız büzən) sözünün semantik cəhətdən eyni psixolinqvistik derivativi kimi yaranmışdır.
Qədim Oğuzlar da qızıl axçalarını kisəyə (torbaya) qoyub qablaşdırır, ağzını ipi çəkərək büzüb, bağlayırdılar.
Türklərin hamamda işlətdikləri kisə də ta qədimdən sapla büzüşdürülmüş şəkildə hazırlanırdı.
Heyvanların anatomik üzvünə də türklər “büzdüm” deyirlər.Geydikləri paltarların bir növü də “büzməli” adlanır.
Dilçiliyin paralel müayisəsindən bu nəticəyə gəlmək olur ki, Qədim Oğuzlarda da pul qabı olmuş, ağzı iplə büzülmüş bu nəsnəni onlar “qabçık, kabçık, qabcıq, kabjuk” və s. kimi adlandırmışlar.
Rus dilində olan “kablok” sözü də, “ayaq qabı” sözündəndir.”Sumka” dözü monqol yürüşündən qalma sözdür.Monqol dövründə “som” pul vahidi olmuşdur.Yəni “pul qabı”.Bu gün Qırğızstanda pul vahidi “som”dur.
“Ka” sözü Kaşğarinin lüğətində (tərcümə böyük alm Ramiz Əskərindir) “qab, yığmaq, sandığa qoymaq” kimi mənalanmışdır.
Təşəkkür edirəm.
Müəllif: Həsən ƏLİYEV
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru