Mən onu hər gün anıb eşq ilə yad eyləyirəm, Yaradan, yada salıb könlümü şad eyləmir, heç. Soxulub qəlb evimə, sevincimi hey talayır, Bir dəfə dur deyərək dərdlərimi əyləmir, heç.
Baş çəkib Ulduz, Aya özümü yolda yoruram, Qayıdıb yer üzünə dəryalara baş vururam. Əl açıb dərgahına, dürlü xəyallar qururam, Lütf edib, öz quluna bircə uğur söyləmir, heç.
Rahimin, başın qatıb qolun söz ilə sarıyır, Guya ki mindirəcək, Dəvə gəzib, At arıyır. Nə çəkib xəncərini ruhumu qəmdən qoruyur, Nədə ki, əl eyləyib öz yanına haylamır, heç.
Bir ucu Şərqə, digəri Qərbə baxan, amma ikisinin arasında öz yolunu axtaran bir düşüncə körpüsü olan “Üç mədəniyyət” əsəri bir millətin taleyinin, bir düşüncənin, bir mədəniyyətlərarası dialoqun simvolik mənzərəsidir. Mədəniyyət nədir? – Bu sual Hüseynzadənin əsərində sanki göy üzündə asılmış bir ay kimi parlayır. Mədəniyyət bir ruhdur, bir xalqın özünü dərk etməsidir, öz yolunu tapmaq cəhdidir. Hüseynzadə bu əsərində İslam, Türk və Qərb sivilizasiyalarını təkcə tarixi fenomen kimi deyil, həm də düşüncə, həyat tərzi və dünyagörüşü kimi müqayisə edir. Hüseynzadə Osmanlı dövlətinin və türk dünyasının hüquqi sisteminin modernləşməsini vacib hesab edirdi. Onun fikrincə, millətlərin tərəqqisi təkcə mədəni və elmi inkişafdan deyil, həm də güclü və ədalətli hüquq sistemindən asılıdır. Hüseynzadə böyük ümidlər bəsləyirdi ki, mədəniyyətlər birləşərək insan hüquqları və ədalət anlayışında inkişaf edəcək, amma bu gün bunu çox vaxt “simvolik” olaraq görürük. İdeal ədalət, demək olar ki, heç vaxt tam olaraq gerçəkləşmir. Bəlkə də biz yalnız bəzən bu idealları daha çox “kultivasiya” edir, amma əslində onları həyatımıza tətbiq etməkdə daha çox çətinlik çəkirik. Bu dövrümüzdə, ədalət daha çox “məşhur olan”ların əlinə keçir və biz yenə də bərabərliyə doğru irəliləməkdə bir qədər zəifik. Hüseynzadə, əgər yaşasaydı, bəlkə də dediyi “Ədalət, hamıya bərabər imkanlar verməkdir” fikrinin nə qədər mürəkkəb olduğunu görərdi. Hüseynzadə, Osmanlıda Tənzimat islahatlarını və Məşrutiyyət dövrünün hüquqi yeniliklərini dəstəkləyirdi. O inanırdı ki, Osmanlı hüquq sistemi köhnəlmiş və müasir çağırışlara cavab verə bilməyən şəriət qanunları ilə məhdudlaşmamalıdır. Konstitusionalizm və hüquqi dövlət quruculuğu türk-islam dünyasının inkişafı üçün zəruridir. Osmanlıda və digər türk dövlətlərində Qərb hüquq sistemindən faydalanmağın vacib olduğunu vurğulayırdı. Hüseynzadənin fikrincə, Qərbin hüquq normaları dövlət və cəmiyyət üçün müsbət dəyişikliklər gətirə bilərdi, lakin bu, milli və dini kimliklə uzlaşdırılmalı idi. Əsərdə dolayısı ilə bir hüquqi problem müzakirə olunur: Şəriət qanunları müasir hüquqla necə uzlaşdırıla bilər Hüseynzadə qeyd edirdi ki, İslam hüququ bəzi sahələrdə müasir hüquq normaları ilə uyğunlaşdırılmalıdır. O, islahatçı yanaşmanı müdafiə edirdi: yəni milli-mədəni və dini dəyərləri qorumaqla hüquqi sistem modernləşdirilməlidir. Osmanlıda tətbiq olunan Məcilisi-Məbusan və Məcilisi-Əyan kimi parlament və qanunverici orqanların yaradılmasını müsbət qiymətləndirirdi. Hüseynzadə Osmanlıda və türk dünyasında demokratik institutların formalaşmasının tərəfdarı idi. O, II Məşrutiyyətin elan edilməsini müsbət hadisə kimi görürdü, çünki bu, xalqın hüquqlarını qoruyan və dövlət idarəçiliyini qanun çərçivəsində tənzimləyən bir sistem idi. O, idarəetmədə qanunun aliliyini dəstəkləyirdi və Avropa konstitusiya sistemlərinin bəzi elementlərinin Osmanlıda tətbiq edilməsinin tərəfdarı idi. Hüseynzadə, avropalaşma ideyasını irəli sürərkən, Avropa mədəniyyətinin və elminin təkcə intellektual deyil, həm də hüquqi, siyasi və sosial dəyişiklikləri gətirməyini istəyirdi. “Əkinçi” qəzetinin başlıqlarında və Axundzadənin əsərlərində bu ideya, düşüncə azadlığı, hüquqi bərabərlik və ictimai irəliləyiş olaraq özünü göstərir. Əli bəy Hüseynzadənin “Üç mədəniyyət” əsərində əsas vurğulardan biri milli inkişafın Avropa elmi və texnologiyasına açıq olmasıdır. Bu baxış 19-cu əsr Azərbaycan maarifçilərinin, xüsusən Mirzə Fətəli Axundzadənin ideyaları ilə uzlaşır. Axundzadə “Qərbləşmə”ni tək çıxış yolu kimi görürdü və bunu maarifçilik, latın qrafikalı əlifba islahatı və teatr yolu ilə yaymağa çalışırdı. Onun “Hacı Qara”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Molla İbrahimxəlil kimyagər” əsərlərində Şərq və Qərb mədəniyyətlərinin mübarizəsi açıq şəkildə əks olunmuşdur. Axundzadənin tənqid etdiyi “Şərq dünyasının fanatizmi və geriliyi” Hüseynzadənin də diqqət yetirdiyi əsas problemlərdən biri idi. Lakin fərq ondadır ki, Hüseynzadə İslamı tamamilə tərk etməyi yox, onu elmi inkişafla sintez etməyi təklif edirdi, Axundzadə isə İslam dünyasının bütün dini və feodal təsirlərdən qurtulmasını istəyirdi. Cəlil Məmmədquluzadə isə “Ölülər” əsərində, cəmiyyətin geriliyi və dini xurafata qarşı mübarizə aparan obrazlar vasitəsilə, Qərb təfəkkürünü Azərbaycanda yaymaq istəyirdi. Onun əsərlərində dini sərt təbliğatın qarşısında yenilik və təhsil həyəcanı yüksəlir. Bu əsərlər Hüseynzadənin avropalaşma düşüncəsinin ədəbiyyatdakı təsirini əks etdirir.
Əsəri oxuyarkən böyük bir mədəniyyət dənizində üzən bir gəmini təsəvvür etmək olar. Bu gəminin kapitanı türk millətidir – o, nə sahilə tam çatıb, nə də fırtınada batıb, sadəcə öz yolunu axtarır. Hüseynzadə isə bu gəminin kompası olmaq istəyir, ona istiqamət göstərməyə çalışır.
O, bizə deyir:
Ruhunu itirmə, mənəviyyatını qoru! Dövlətini gücləndir, tarixini unutma! Elmə və biliyə açıq ol, inkişafdan geri qalma!
Bu üç prinsip, əslində, Hüseynzadənin bütün dünyagörüşünü ifadə edir. O, nə tam İslamçıdır, nə tam millətçi, nə də tam Qərbçi – o, bu üç ruhu birləşdirən bir aydınlanma yolçusudur.
Türk Dünyası Sivil Toplum Çalıştayı Ankara’da Yapılacak
Türk dünyasında sivil toplum kuruluşları arasında işbirliği ve koordinasyonu daha da güçlendirmek, ortak stratejiler ve projeler oluşturmak amacıyla önemli bir etkinlik gerçekleşecek. EkoAvrasya Vakfı, İpekyolu Kamu Diplomasisi Teşkilatı ve Türk Dünyası Sivil Toplum İşbirliği Derneği (TÜRKSİT) tarafından ortaklaşa düzenlenen “Türk Dünyası Sivil Toplum Çalıştayı”, 10 Nisan 2025 tarihinde Ankara’da yapılacak. Çalıştay, Türk dünyası arasında güçlü bir işbirliği ve koordinasyon sağlamak, ortak bir vizyon belirlemek ve gelecek için sürdürülebilir stratejiler oluşturmak adına büyük bir fırsat sunuyor.
Etkinlikte, Türk dünyasında karşılaşılan ortak meseleler tartışılacak, bu meselelerin çözümü için sivil toplumun rolü masaya yatırılacak ve Türk devleri arasındaki bağları güçlendirecek çözümler üretilecektir. Çalıştay, sivil toplum kuruluşlarının birbirleriyle daha verimli bir şekilde çalışabilmesi için deneyimlerin paylaşılmasına ve ortak projelerin geliştirilmesine olanak tanıyacak.
Uluslararası Türk Dünyası İşbirliği ve Dayanışması
Uluslararası Turan Kızılelma Teşkilatı Türk Dünyası Genel Başkanı Mehmet Açık, Türk Dünyası Sivil Toplum Çalıştayı’nın önemini vurguladı. Açık, Türk devletlerinin kültürel ve tarihi bağlarının gücünü hatırlatarak, bu tür etkinliklerin bu bağları daha da derinleştireceğini ve Türk dünyasının dünya sahnesinde daha etkin bir şekilde temsil edilmesine olanak sağlayacağını ifade etti. Ayrıca, çalıştayın Türk dünyası için bir dönüm noktası olacağına ve ortak vizyon ile stratejilerin belirlenmesinde önemli bir rol oynayacağına dikkat çekti.
Mehmet Açık, Türk dünyasının her bir ülkesinin kendine özgü kültürel, ekonomik ve siyasi dinamiklere sahip olduğunu ancak bu çeşitliliğin, aynı zamanda işbirliği için büyük bir fırsat sunduğunu belirtti. EkoAvrasya Vakfı, İpekyolu Kamu Diplomasisi Teşkilatı ve TÜRKSİT’in bir araya gelerek düzenlediği bu çalıştayın, hem Türk dünyası ülkelerinin iç işbirliğini güçlendirecek hem de Türk devletleri arasında küresel ölçekte daha etkili bir dayanışmanın temellerini atacak bir etkinlik olduğunu söyledi.
Çalıştayın Amaçları ve Beklentiler
Türk Dünyası Sivil Toplum Çalıştayı’nın en önemli amaçlarından biri, Türk devleri arasındaki işbirliği fırsatlarını keşfetmek ve mevcut ilişkileri daha da derinleştirmektir. Bu çalıştayda, Türk devletlerinin sivil toplum kuruluşlarının katkılarıyla kültürel, ticari, sosyal ve siyasi alanlarda ortak stratejiler belirlenmesi, bölgesel ve küresel düzeyde daha etkin bir işbirliği sağlanması hedefleniyor.
Ayrıca, etkinlik sırasında Türk dünyası ülkeleri arasında ortak projelerin hayata geçirilmesi için bir dizi somut adım atılması bekleniyor. Eğitim, kültür, ticaret, teknoloji ve çevre gibi alanlarda ortak girişimler oluşturulacak ve bu girişimlerin uygulama aşamasına geçmesi için ön çalışmalar yapılacaktır. Çalıştay, Türk dünyası ülkelerinin stratejik hedeflerine ulaşmalarını sağlayacak bir platform olacak.
Türk Birliği’nin Güçlendirilmesi
Türk Dünyası Sivil Toplum Çalıştayı, aynı zamanda Türk Birliği’nin güçlendirilmesi adına önemli bir adım olarak görülüyor. Türk devletlerinin ortak hedefler doğrultusunda işbirliği yaparak bölgesel ve küresel arenada daha güçlü bir ses oluşturması, Türk dünyasının dünya siyaseti ve ekonomisi üzerindeki etkisini artıracaktır. Çalıştay, Türk dünyasında siyasi, kültürel ve ekonomik entegrasyonu daha ileriye taşıyacak bir platform sunacak.
Mehmet Açık, Türk dünyasının sadece coğrafi anlamda değil, kültürel ve stratejik bakımdan da bir bütün olarak hareket etmesi gerektiğini ifade etti. Çalıştayın, Türk dünyasının ortak kimliğini ve potansiyelini ortaya koyarak, ortak değerler ve vizyon doğrultusunda birleştirici bir güç oluşturacağına inandığını belirtti.
Sonuç Olarak
Türk Dünyası Sivil Toplum Çalıştayı, Türk dünyasında güçlü bir işbirliği ve strateji geliştirme platformu olacak. Bu etkinlik, Türk devletleri arasındaki bağları güçlendirerek ortak projeler, kültürel değişim ve uluslararası işbirliği açısından önemli bir adım atılmasına olanak sağlayacak. Aynı zamanda, Türk dünyasının gelecekteki kalkınma hedeflerine ulaşmasını destekleyecek ve Türk Birliği’nin gücünü daha da pekiştirecektir.(GHAFerman Müsazade)