YARADICILIQLA MƏŞĞUL OLAN HƏR KƏSƏN AZI BUNLARI BİLMƏLİ

YARADICILIQLA MƏŞĞUL OLAN HƏR KƏS
ƏN AZI BUNLARI BİLMƏLİ
və qurbağa ilandan qaçan kimi qaçmalıdır

  1. Plagiat – elm və incəsənətdə digər müəllifin yaradıcılığının, ideyasının şüurlu surətdə mənimsənilməsi. Plagiatlıq digər şəxsə məxsus əsərin (elmi, ədəbi, musiqi), ixtiranın və ya səmərələşdirici təklifin mənbəyinə istinad etmədən öz adı altında tamamilə və ya qismən istifadə edilməsi;
  2. Epiqonçu – özünün, müstəqil yaradıcılıq sistemi olmayıb, hər hansı bir bədii, siyasi, ədəbi, elmi və başqa cərəyanı təqlid edən yazıçı, alim (adam) və b. təqlidçi;
  3. Diletant- xüsusi hazırlığı, sistematik biliyi olmadan hər hansı bir elm və ya sənətlə məşğul olan adam;
  4. Qrafomaniya – ədəbi nəşrlərdə dərc olunmağa iddia edən əsərlərin, psevdo-elmi traktatların və s. yazılmasına olan patoloji meyl; (Bu özünü daha çox mübahisəyə meyilli psixopatlarda göstərir)
  5. Psevdomüəllif – özü heç nə yaza bilməyən, amma müəyyən məbləğ müqabilində ədəbi, elmi, rəsm, musiqi və s. əsərlərinin müəllifliyini əldə edən, yəni müəllifliyi satınalan deməkdir.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tomris Xatunun heykəli

Almaniyanın məşhur Drezden Krankenhauspark Friedrichstadt-da Azərbaycan-Skif Çarlığını 50 il idarə edən qüdrətli hökmdar Tomris Xatunun heykəli (əlində Kirin başı) 1770li illərdə hazırlanıb. Parkda dünyanın ən güclü 7 liderinin heykəli var və burada yeganə Türk Tomris Xatundur

Mənbə: #tvexo

Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirilib

Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirilib

31 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə YAP Səbail Rayon Təşkilatı gənclərinin Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirildi.
“Heydər Əliyev və mədəniyyət” mövzusunda keçirilən tədbiri giriş sözü ilə YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev açdı. O, tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin siyasi fəaliyyətindən, müasir və müstəqil Azərbaycan dövlətinin keçmişindən və bu günündən söhbət açdı, Heydər Əliyevin daxili və xarici siyasətinin əhəmiyyətindən danışdı. Sonra sözü
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılova verdi.
Hacı İsmayılov Azərbaycan gəncliyinin bu günki uğurlarını qeyd edərək Heydər Əliyevin gənclərə hər zaman diqqət və qayğı ilə yanaşdığını, müstəqil Azərbaycanın gələcəyinin məhz gənclərin siyasi, ictimai fəaliyyətindən asılı olduğunu vurğuladı.
Tədbirdə Heydər Əliyevin mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş olundu.
Səmimi şəraitdə davam edən görüşdə Hacı İsmayılov gəncləri maraqlandıran sualları cavablandırdı.
Tədbirdə çıxış edən İttifaqın sədr müavinləri – Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov Azərbaycan gəncliyinin inkişafından danışdılar, gənclərə dəyərli tövsiyələr verdilər. Sonda xatirə şəkli çəkildi.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ FEVRAL – 2025 № 02 (50)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ FEVRAL – 2025 № 02 (50)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB- PDF: yazarlar-50

Məlumatı hazırladı: Günnur Ağayeva


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru