Sona Amal – Naxçıvandadır

NAXÇIVANDADIR

Xəyalım dolaşır Araz boyunca,
Haqqa əmanətim Naxçıvandadır.
Dağları sədd çəkib, ucadan-uca,
Qürur, əzəmətim Naxçıvandadır.

Sevdim çəmənini, sevdim düzünü,
Gördüm sinəsində Nuhun izini,
Tarixə həkk etdin, söhbət, sözünü,
Dosta sədaqətim Naxçıvandadır.

Zirvələr buludla edir həsbi-hal,
Zümrüd bulaqların suyu baldı, bal,
Nur saçır qoynuna gecələr hilal,
İlahi zinətim Naxçıvandadır.

Torpağı, dağ-daşı inci, mirvarı,
Qoynuna sığıbdır sərvəti, varı,
Cənnət bağlarının bəhəri, barı,
Ruzi-bərəkətim Naxçıvandadır.

Burda igidlərim at oynadıbdır,
Dahilər zirvəyə burda çatıbdır,
Amal məhəbbətin burda tapıbdır,
Qədərim, qismətim Naxçıvandadır.
İnsana hörmətim Naxçıvandadır.

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin doğum günüdür

Bu gün əmim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin doğum günüdür.
Asif Rüstəmli 16 fevral 1954-cü ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində dünyaya göz açmışdır.
“Çırpınırdı Qara dəniz”, “Tufanlardan keçən ömür”, “Susmaz duyğuların səltənətində”, “Ədəbi istiqlalımız”, “Cəfər Cabbarlı: həyatı və mühiti”, “Mütərcim Cəfər Cabbarlı” ,” “Cümhuriyyət məfkurəsi”, “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” və s. kitabların müəllifidir.
Asif Rüstəmli böyük alim, Cabbarlışünas, mühitinə dəyər verən, müdrik bir insandır. Onun Cəfər Cabbarlı irsinin tanınmasında, Cabbarlının arxivdə qalmış əsərlərinin tapılmasında əməyi çox böyükdür.
Asif Rüstəmli Cəfər Cabbarlının natamam pyeslərini, yazılarını ortaya çıxarmışdır. Hətta o, Cabbarlının “Kazım bəy” romanını və neçə-neçə yazılarını tədqiqat yolu ilə aşkar etmişdir. Hesab edirəm ki, bu araşdırma sahəsində qırılması çətin olan bir rekorddur.
Asif Rüstəmli mənim fəaliyyətimi və yaradıcılığmı sosial şəbəkələrdən izləyərək məsuliyyətimi artıran, hər sözü, hər söhbəti mənə bir akademik dərs olan, mühitə dəyər verən müdrik bir alimdir. Onu da qeyd edim ki, əmim mənim məqalələrimi sosial şəbəkələrdən və ya “Kredo” qəzetindən oxuyaraq öz münasibətini bildirəndə mən çox sevinirəm. Həmin gün uçmağa qanadım olmur. Xüsusən də “İtirilmiş cövhər-Maqsud Məmmədov”, “Qələbənin simvolu, Zəfər tağı”, Şəhid Sahil Məmmədova həsr etdiyim “Savaşlardan alnı açıq, üzü ağ çıxan qəhrəman”, “Böyük ocaq, böyük insan, böyük sevinc”, “Ana Vətənimdə unudulmaz bir gün” və s. məqalələrimi deyə bilərəm.Həmin məqalələrimi publisistik məqalələrimin ən uğurlusu və ya tacı hesab edirəm.
Nəslimizin əzizi, fəxr və qürur yerimiz, xalqımızın dəyərlisi Asif Rüstəmlini doğum günü münasibətilə ürəkdən təbrik edirəm! Ona can sağlığı, uzun ömür və xoşbəxtlik arzu edirəm! Mənə və gənclərə yüksək dəyər verdiyinə, elm və pedaqoji sahədə danılmaz xidmətlərinə və əməyinə görə əmimə sonsuz minnətdarlığımı bildirirəm!
XALQIMIZIN DƏYƏRLİSİ, SİZİNLƏ FƏXR EDİRƏM! DOĞUM GÜNÜNÜZ MÜBARƏK OLSUN! ALLAH SİZİ VƏ ƏZİZLƏRİNİZİ QORUSUN! AMİN!

Hörmətlə: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Lev Tolstoyun “İnsan nə ilə yaşayır?” kitabı

Lev Tolstoyun “İnsan nə ilə yaşayır?” kitabında yer alan bu ibrətamiz hekayə, kəndli Pahomun acınacaqlı taleyindən bəhs edir.

“Pahom adi, sadə, lakin daha varlı bir həyat arzusunda olan kəndli idi. Bir gün uzaq bir diyarda bir Rəisin insanlara qarşılıqsız torpaq verdiyini eşitdi. Daha çox torpaq sahibi olmaq ümidi ilə həmin yerə yollandı və Rəisə istəyini bildirdi. Rəis həqiqətən də comərd bir adam idi və Pahoma belə dedi:

“Səhər Günəşin doğuşundan batışına qədər qət etdiyin bütün torpaq sənin olacaq. Lakin Günəş batmadan başladığın yerə qayıtmalısan. Əks halda, hər şeyini itirəcəksən.”

Pahom səhər tezdən yeriməyə başladı. Tarlalar, bağlar, çəmənliklər keçdi. Geri dönmək üzrə idi ki, gözəl, münbit bir ərazi gördü.

“Bunu da götürüm, bu da mənim olsun” – deyə düşündü.

Bağça, çayır, sulaq torpaqlar – hər şeyi əldə etmək istədi. Lakin bir də gördü ki, Günəş batmaq üzrədir. Qayıtmaq üçün qaçmağa başladı. Qaçdı, qaçdı… Amma gücü tükəndi. Yorğunluqdan ayaqları titrəyirdi. Burundan qanlar axırdı. Son gücünü toplayıb başladığı yerə çatmağa çalışdı… Lakin yerə yıxıldı və bir daha qalxmadı. Bütün olanları sakitcə izləyən reis başını tərpədib dedi:

“Bir insana bu qədər torpaq yetər!”

Adamları Pahom üçün bir qəbir qazdılar və onu dəfn etdilər. “

Bu hekayə insanın doymayan tamahını və ehtirasını gözəl bir şəkildə təsvir edir. Yeyə bilməyəcəyimiz qədər yemək, geyə bilməyəcəyimiz qədər paltar, yaşaya bilməyəcəyimiz qədər evlər… Axırda isə insanın ehtiyacı olan yalnız bir qarış torpaqdır. Pahomun faciəsi, əslində çoxlarımızın həyatında müxtəlif formalarda özünü göstərən bir həqiqətdir: Daha çox şeyə sahib olmaq istəyi, əlimizdəkiləri dəyərləndirməyi unutmağımıza səbəb ola bilər.

“Bir insana məhz bu qədər torpaq yetər!” sözü, həyatın sonunda sahib olduqlarımızın deyil, onu necə yaşadığımızın vacib olduğunu vurğulayır. Bu gün də bu hekayədən çıxarılacaq çox dərs var. Həqiqi xoşbəxtlik və dinclik daha çox şey əldə etməkdədir, yoxsa əlimizdəkilərlə kifayətlənməyi bacarmaqda?

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Emiliya Rəcəbova – Fərqli

FƏRQLİ

(hekayə)

Mart ayının 2-si…Çin oyuncaq Fabriki”Eastun Tekstil RX661″Günlük 12.000 Ədəd oyuncaq ayı istehsal etdi. Amma bunların arasından bir oyuncaq fərqli idi.
Bu ayının digər oyuncaq ayılardan fərqli cəhəti odur ki, o, danışa bilir. Fabrikdə naməlum olmayan bir maddəylə birləşərək ortaya çıxan bir nəticədir. O istehsal olunduqdan sonra gözlərini açdı və bu fabriklə tanış oldu. O, ilk dəfə gözlərini açanda çox təəccüblənmişdi. Sonra o, dedi:
— Vay, burası haradır?!
Orada işləyən Min-su Kangchi onu eşidib çox təəccübləndi:
— Kim danışdı
— Hey, mənəm!
O, qutunun içindən çıxmış ayının danışığını fərq etdi.O, qorxdu:
— Aaa, sən kimsən? Necə danışa bilirsən?! Bu mümkün ola bilməz!
— Suallarını biraz yavaş verə bilərsən? Mən də bilmirəm necə danışa bilirəm.
—Waow! Beləsini heç görməmişəm. Bax, sənə təklifim var. Gəl sənin haqqında bir araşdırma aparaq.
— Əlbəttə, mən razıyam.
— Oldu onda. Tanış olduğumuza şad oldum!
— Mən də
Bu hadisədən 1 həftə keçdi. Min-su Kangchi oyuncaq ayıya Tedi adını verdi. O arşdırma apararkən Tedinin Etiketində bir şey gördü. Onun üzərində qara bir maddə var. Məgərsəm onun dostunun parçalarını fabriklərdən gələn artıqların içindən alınıb sonra isə bu maddə ilə parça birləşərək mutasiyası nəticəsində danışmağa başlayıb. O bu maddəylə araşdırmalar apardı. Amma bir nəticə tapa bilmədi. O isə bu araşdırmadan ayrıldı.
Ertəsi gün yəni, martın 10- da o işə gedərkən fabrikin qabağında dostunu görüb tez onun yanına qaçdı . Yazıq ayı çirk içindəydi. Min-su Kangchi ona niyə görə belə olduğunu, nələr baş verdiyini soruşdu. Təəssüf ki, İşçinin iş yoldaşı Felix Kim-jang ayını danışdığını eşidib müdürə xəbər vermişdi. Müdür qanunsuz yollarla fabrikə giriş edildiyini zənn etdi. Və onu fabrikdən çölə atdı. Min-su Kangchi bunu eşidib dostunu da qucağına alıb müdirin yanına getdi. O, qapını döydü:
— Gəl!
Kobud bir səs eşidildi. Əsəbi müdir Kim Changbingiydi. İşçi içəri girən kimi müdir ayını görüb dedi:
—Bu çirkli ayını da gətirmisən. Onun heç kəsə faydası falan yoxdu. Sənə də!
— Axı bu ayının…
— Sözümü kəsmə! Onu at getsin. Mənasız, keyfiyyətsiz mala ehtiyacımız yoxdur!
— Zəhmət olmasa, icazə verin sözümü deyim!
— De görək.
O, hadisələri danışdı.Müdir dedi.
— Amma bu ola bilməz.Hmm. Yaxşı səni bu araşdırmada kömək edə bilərəm.
Tedi dedi:
— Uraaaaa
— Çox təşəkkür edirəm, müdir
— Dəyməz.İndi işin başına bir ay sonra….
Araşdırma əsasında məlum oldu ki, maddə dünyanın ən zəhərli maddəsi taban yəni(Etil N,Ndimetilfosforomidosiniat~C5H11N2O2P)-dır. Bu maddə insan təması ilə zəhərlənmədən sonra ölümə qədər gedə bilər. Və ya başqa maddə ilə təmas halında Hidrogen Siyanür ola bilər.Bu maddədən ehtiyatlı olmalıyıq.Deməki bütün hər şeyin ipi söküldü. Və iki dost Ömürlərini qədər dost olaraq qaldılar
———————————————————————
Müəllif: Emiliya Rəcəbova
Mövzu:İki dostun heç qarşılaşmadığı bir məcəra…