Ənvər Çingizoğlunun “Təbriz xanlığı” adlı yeni kitabı işıq üzü görüb

Ənvər Çingizoğlunun “Təbriz xanlığı” adlı yeni kitabı işıq üzü görüb

Ənvər Çingizoğlunun “Təbriz xanlığı” adlı yeni kitabı işıq üzü görüb. Bu, tanınmış yazarın vəfatından sonra çap olunmuş dördüncü kitabıdır.

Məlumat üçün bildirək ki, mərhum yazıçı Ənvər Çingizoğlunun vəfatından sonra oğlu Erkin tərəfindən kitabları çap olunmağa başlayıb. Erkin bəyin verdiyi məlumata görə Ənvər Çingizoğlunun 100-dən çox əsəri işıq üzü görməyib. 100-ə yaxın kitabı dərc edilən yazarın oğlunun ən böyük istəyi atasının bütün kitabları çap etdirməkdir.

Ustad yazarı rəhmətlə anır, oğluna boynuna götürdüyü bu şərəfli və məsuliyyətli işdə uğurlar arzulayırıq.

ƏNVƏR ÇİNGİZOĞLUNUN KİTABLARI

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – O gecə saatın əqrəbləri…

Fuadımın böyük qardaşı Vüqarımın əziz xatirəsinə. Hiss etdiklərim və yaşadıqlarım..

O gecə saatın əqrəbləri
2 -nin üstündə ilişib qaldı,
Tutub çəkə bilmədim səhərə sarı.
Adını pıçıldadım Göy üzünə
ən azı min kərə o gecə,
Səni Tanrıya, ulduzlara , aya , səmaya tapşırdım ,
Səsim göy üzündə azdı.
Başımın üstündə dayanıb sakit-sakit
üzümə baxdı qaranlıq,
Kimsə Göy üzünə daş atmışdı deyəsən,
O gecə pəncərəmdən işıq düşmədi.
Kölgə xatirələr boylandı zülmətin dörd tərəfindən ,
Dolandım yarımçıq arzularının başına,
Çıxa bilmədim sənsizlikdən.
Qaldım gecəylə səhərin arasındakı alatoranda,
Ümidlərim çilik -çilik olub
töküldü sənin otuz üç yaşına.

Bilal Alarlı (Hüseynov) – ƏDƏBİYYAT SEVDALILARI

ƏDƏBİYYAT SEVDALILARI
Atlaz Rzayi və Rüfət Abbasovun söz dünyası

Yaddaşımızda Rəsul Rza və Nigar Rəfibəyli ədəbiyyat sevdalısı olan cütlük kimi yaşayır. Buna qədər belə bir ənənə olubmu, daha doğrusu, klassik ədəbiyyatda ailə sütununu təşkil edən ərlə arvadın birlikdə şeir, yaxud hekayə yazması faktı ilə qarşılaşmışıqmı? Bəlkə də olub, amma yaşam qazana bilməyib. Bu yaşamı Rəsul və Nigar ədəbiyyata gətirdi. Bir nəsildə bir neçə mərhələ ədəbiyyat adamı yetişə bilir, məsələn, Səməd Vurğundan sonra övladlarından biiri –Yusif nəsr əsərləri yazdı, digər oğlu – Vaqif isə gözəl lirik nümunələr yaratdı. Böyük şairin qızı Aybəniz də ədəbiyyata biganə deyildi, məqalələr yazırdı. Amma ədəbiyyat sevdalı cütlüklər az olub. Belə cütlüklərdən biri haqqında söhbət açmaq istəyirəm: Atlaz Rzayi (Abbasova) və Rüfət Abbasov. Atlazla Rüfət 2022-ci ildə ailə həyatı qurub, Elif adlı övladları var.
Atlaz Rzayi 26 oktyabr 1991-ci ildə, Rüfət Abbasov 30 oktyabr 1989–cu ildə dünyaya göz açıb. Hər ikisi Əqrəb bürcü altında doğulub. Əqrəblər mövqelərini güzəştə getməyən, lakin qarşı tərəflə razılaşa bilən şəxslərdir, həmişə nail olduqlarından daha böyük arzularla yaşayırlar. Atlaz Rzayinin ata yurdu Cəlilabaddır, lakin o, valideynlərinin işlədiyi Salyanın Yenikənd yaşayış məntəqəsində anadan olub. İndi ailəsi ilə birlikdə Bakıda yaşayır. Rüfət Abbasov Lənkəranda doğulsa da, Bakıda tam orta məktəbi bitirib.
Atlaz yaxşı qiraətçidir, öz şeirlərini məharətlə səsləndirir. Çoxlu şeirinə musiqi bəstələnib. Atlazı həmkarlarına və oxucularına sevdirən çağdaş poeziya nümunələrini öz ifasında internet səhifələrində yayımlamasıdır. Gənc xanım şairin “Atlaz sətirlər” adlı ilk poetik toplusu “Gənclik” nəşriyyatında işıq üzü görüb. Kitabın redaktoru və korrektoru Sevil Gül Nur, ön sözünün müəllifi Gün Ay Ümiddir.

Fırtına qoynunda
sevginin ətəyindən
yapışmaq da hünərdi.
çarpışmaq da hünərdi.
Qəhrəman əsgər kimi
nifrətimlə döyüşdüm
ən sonuncu görüşdə.
Özümə qalib gəldim,
ürəyimi dəyişdim.
o sonuncu döyüşdə
Gedən çox şey öyrədir
arxada qalanlara…

Şeirə bu cür təlatümlü, üsyankar fikirlərlə gələn Atlaz xanımın qınaqları da sərtdir. “İnsafsız” şeiri iddialar və ittihamlar üzərində qurulub:

Yaman insafsızsan,
mənə bir iynənin ucu qədər
ümid vermədin
sənə gələn o qaranlıq yollarıma şam olsun.
Qoymadın ki, öz ömrümü yaşayım,
mənimçün də gündüz olsun,
axşam olsun.
Əvvəllər hansı üzlə
insafına and içmişəm?
Səni kimim bilmişəm?
Hələ sənə “sevgim” deyə ad seçmişəm.
Yerdə yeriməyə ayağımı qırarkən
mən kor olmuş
səni uçmağa qanad seçmişəm.
Sevgi yelləncək kimi…
mən də uşaq,
əyləncə kimi
alıb göyə
çırpdı yerə.
Sevən ürək qanadı.
ürkək-ürkək qanadı.
Sənin könül pəncərəndən
qara pərdə asılıb
O pərdələr indi mənə dərd olub,
mənim gözəl arzularım
həmin dərdə asılıb.

Atlas xanımın şeirlərindəki sərt üzün arxasında həyat acıları, ağrıları durur. Xanım olaraq çiyinlərini verdiyi yükün ağırlığını çəkməkdən çəkinmir, dərdini çəkənlərin qayğısını çəkir. “Biz bir şəhərə sığa bilmədik, bir şeirə sığdıq” deyir, qəmini öz acılarında gizlədir:

Bir ürəyə sığdıq.
Kamına çatmayan arzularımızı
gizlətmək üçün göz yaşına yığdıq.
Gizləndik öz acılarımızda
kimlərisə sevindirməmək üçün
özümüzü şad göstərdik.
Hamının yanında
özümüzü özümüzə yad göstərdik.
Rəngimiz bir heyva misalı,
asıldı payız vaxtı budaqdan.
Yaza çıxa bilmir
əhvalımız o vaxtdan..

Sən demə, hicranın odunda dəmlənən çay imiş bu sevgi… Amma haçansa “əllərinin içindən qızıl günəş doğulur”, həsrəti, hicranı, ağrılı yaşantıları ana sevgisi əvəzləyir. Qadın narahatlığı ana qüruru ilə kədərə-qəmə meydan oxuyur:

Bir ana sevgisinə
sığışıbdı bu aləm,
Bir na baxışında
yox olur dərd-qəm.

Böyük sevgi həyat eşqidir, həyat eşqi bəhrə versin deyə yaşam ruhu yüksək olmalıdır. Adi sözlə ifadə edilməyənlər incə, zərif misralara köklənəndə şeir də “kövrək” olur:

Əllərindən uçmağa
Ruhum kəpənək deyil.
Belə yemə ömrümü
Yağlanmış çörək deyil.

Yolların da uzunu,
Yolların qısası var.
Elə ayağının da
Səndə öz qisası var.

Hara getsən dalınca
Çiyin-çiyin yük verər.
Bir baş hədiyyə vədin
Əvəzinə tük verər.

Taleyim qarğa deyil
Gəlib qonsun çiyninə.
Sevgimi libas etsən,
Böyük olar əyninə.

Atlazdan fərqli olaraq, Rüfət nəsrlə məşğuldur və kiçik hekayələr yazır. Rüfət də yaxşı qiraətçidir, hekayələrini səsləndirib internet çəbəkələrində yayımlayır. Qələmə aldığı yazılarda günümüzün actual mövzularına toxunur, cəmiyyətin narahatlığına səbəb olan mövzuları qabardır. Bəri başdan deyim ki, bəzən həcmi bir səhifəni aşmayan bu hekayələrdə iri həcmli romanların mövzusu qoyulur və məharətlə xırdalanır. Belə kiçik hekayələr oxucu səbrinə hesablanır, desəm, yanılmaram. “Qapı zəngi” hekayəsində yeni ili tənha qarşılayan Kamala qonşunun qızı Aysel şirniyyat payı gətirir və anasının göndərdiyini bildirir. Kamal bağlamanı açanda içərisindən bir vərəq də çıxır. Vərəqdə isə Kamalın nəinki ovqatını, hətta həyat haqqında düşüncəsini dəyişən bir cümlə yazılmışdı: “Həyatda hər qapını açmaq üçün sevgi ən güclü açardır”.
Açığını deyim, bu hekayə məni kövrəltdi. Səbəbi budur ki, oxşar anları mən də yaşamışam. Evdə tək olduğum hallarda qonşularımın biri çörək, o biri yemək, hətta süd, qatıq göndərib. Humanist münasibətlərin ölmədiyi cəmiyyət ən güclü cəmiyyətdir. İlk anda hekayə oxucuya və dinləyiciyə yarımçıq görünür, birdən birə tamamlanır, halbuki oxucu bağlama əhvalatından sonrakı hadisələr üçün müəllif şərhi gözləyir. Bu gözləmə ənənəsi klassik nəsr ənənəsindən gəlir. Rüfət bu ənənəni pozur, oxucuya imkan verir ki, baş verənlərin gerisini özü üçün götür-qoy etsin.
İnternetdə “Bir hekayə dinlə” rubrikasında təqdim olunan hekayələr qısa olsa da dərin mənalıdır. “Ata mirası” hekayəsində Orxan illər sonra boş qalmış ata evinə dönür, mizin üstündə atasının onunçün yazdığı vəsiyyətnaməni görür və oxuyur. Cəmi bir neçə cümlə sözdən ibarət ümidverici və inamverici mətn Orxanın həyatını dəyişir. Vəsiyyətnamə-məktub bu cümlələrlə başlayır: “Əgər bu dəftəri oxuyursansa, demək, mən həyatda yoxam”. Orxan başa düşür ki, atası ona mal-mülk miras qoymağı deyil, aldığı tərbiyəni üstün tutur.
Rüfətin “Sual”, “Qırmızı şərf”, “Bir an”, “Cəsur sərçə”, “Şəhidlərin səsi”, “Gecələr kraliçası”, “Bir qəribə hədiyyə”, “Qəfil zəng”, “Qəribə tanışlıq”, “Yeni kitab” və başqa hekayələri də belə yığcam məzmunludur. Ən təsirli hekayələrdən biri “Son görüş” adlanır. Tanıdığı Lalə adlı tələbə qızın birdən-birə çəkilib getməsi, yoxa çıxması hekayənin qəhrəmanının narahatlığına səbəb olur. Həmişə gözlərindən kədər oxunan Lalənin həyat haqqında sualları da düşündürücüdür. Lalənin həmsöhbəti Kamranın cavabı isə mükəmməldir: “Bir gün Lalə qəfil dedi:
-Kamran, səncə, insan həyatda həmişə xoşbəxt ola bilərmi?
Kamran gülümsədi:
-Həmişə yox. Amma bəzən bir anlıq xoşbəxt olmaq da bəs edir”.
Gözlərini dənizə dikən Lalə susur. İllər sonra Kamran Laləni xatırlayır və həmişə onunla dənizkənarı gəzintidə olduğu yerə gedir və Laləni burada görür. Lalə də Kamranı görəndə donub qalır. Son görüşdə Lalə Kamrana xəstə olduğunu deyir və bildirir ki, onu görməyinə xoşbəxtdir. Sonra Lalə çıxıb gedir və izdihamın içində yox olur. Həmin gecə Kamran onun adını internetdə axtarır və görür ki, Lalə on il bundan qabaq xərçəng xəstəliyindən dünyasını dəyişib. Onu fikir götürür, bəs bu gün görüb-danışdığı kim idi?
Müəllifin sualı oxucunu da düşündürür: “Ölmüş biri ilə danışmaq mümkündürmü?”
Rüfət Abbasovun hekayələri bir az da folklor motivlidir, məsəlləri xatırladır. Amma kontominativ xarakterlidir, hadisə nağıl olunur, mühakiməsi oxucunun ixtiyarına verilir.
Sonda oxucu kimi bir münasibətimi də bildirmək istəyirəm. Əlbəttə, ədəbiyyat sevdalısı olan bu cütlüyün yaratdıqları şedevr deyil, çağdaş ədəbi proseslə ayaqlaşa bilən nümunələrdir. Mənə maraqlı gələn isə ciddi iş yerləri olmayan, açığını deyim, bir qədər də ehtiyac məngənəsində vurnuxan, üstəlik, hələ dil açmamış körpənin qayğısını çəkən bir ailənin hər iki başçısının romantik dünya yaşaması, birinin şeir, o birinin hekayə yazması və hər ikisisinin öz əsərlərini mükəmməl səviyyədə səsləndirib internet məkanında yayımlamasıdır. Təqdirəlayiq işdir.
Şübhəsiz, ədəbi yaradıcılığa meyil edən digər cütlüklər də var. Necə deyərlər, romantik bir dünyanın təmsilçiləri olan, lakin realda romantik həyat yaşamayan belə yaradıcı şəxslərə oxucu auditoriyası da ehtiramla yanaşmalı, ən azından, layiq olduqları dəyəri verməlidir.

Bilal Alarlı (Hüseynov),
ADPU Cəlilabad filialının müəllimi,
NDU-nun elmlər doktorluğu üzrə dissertantı,
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyin üzvü, “Qızıl Qələm” və Beynəlxalq Rəsul Rza mükafatları laureatı

İslam Ələsgərov – Dədə Ələsgər haqqında – Uğur

İslam Ələsgərov: “Babamın əsərlərini toplamağım nəvə istəyi ölçüsündən çıxdı, yurdumuza, elimizə gərək oldu”

Ələsgər bir məclisə düşəndə dalbadal onlarla şeir deyər və oxuyarmış

Uğur

Azərbaycan aşıq sənətinin inkişafında Aşıq Ələsgərin müstəsna xidmətləri olub: fitri söz qoşmağı, iti hafizəsi, ustadlığı bu gün də dillər əzbəridir. Bugünlərdə dövlət səviyyəsində 190 illiyi qeyd edilən aşığın irsi Azərbaycan ruhunun aşıq sənətində ifadəsinə ən gözəl misaldır. Aşıq Ələsgərin nəvəsi, folklorçu İslam Ələsgərovu Azərbaycan ictimaiyyəti Aşıq Ələsgər irsinin toplayıcısı və araşdırıcısı kimi yaxşı tanıyır. O, deyir: “Hələ ağlım kəsməyən vaxtlar evimizdə saz havası səslənərdi, sonradan aşıq sənətinə ciddi şəkildə bağlandım, təbii ki, burada gendən, nəsildən gələn ənənənin təsiri olmamış deyildi. Aşıq Ələsgərin şeirlərindən bir neçəsilə tanışlıqdan sonra bu qənaətə gəldim ki, babamın irsini toplamalı, soydaşlarımıza çatdırmalıyam. Hər halda babamın əsərlərini toplamağım istədim-istəmədim nəsil çərçivəsindən, bir nəvə istəyi ölçüsündən çıxdı, beləliklə də yurdumuza, elimizə gərək oldu. Aşıq Ələsgər irsinin həm toplayıcısı, həm də tədqiqatçısı olmuşam. Bu zəngin irsi topladıqca və araşdırdıqca həmin dövrü, eləcə də Azərbaycan aşıq sənətinin tarixini, ondan sonrakı aşıq mühitini diqqətlə öyrənməli oldum. Əks təqdirdə Aşıq Ələsgərin Azərbaycan ruhunda, aşıq sənətindəki mövqeyini qiymətləndirmək mənim üçün çətin olacaqdı. Təvazökarlıqdan uzaq olaraq deyə bilərəm ki, babası aşıq olmuş bir şəxsi bu qədər cidd-cəhdlə, ardıcıl şəkildə araşdıran bir şəxsəm. Bilirsiniz ki, Aşıq Ələsgərin ustadı Aşıq Alı olub. Ancaq onun nəslindən şeirlərini toplayan, ictimaiyyətə çatdıran, tədqiq edən təəssüf ki, olmayıb. Əlimdən gələni etdim ki, Aşıq Ələsgərlə bağlı olan bütün soraqları toplayıb sabaha çatdıram”.
İ.Ələsgərov uzun müddət Göyçə aşıqları və şairlərinin şeirlərini toplamaqla məşğul olub. 1999-cu ildə “Sazlı-sözlü Göyçə” adlı kitab nəşr etdirib, 34 aşıq və el şairinin həyatı və əsərlərindən nümunələr verib: “Bir daha mənə yəqin oldu ki, Göyçə aşıq mühitinə Aşıq Ələsgərin son dərəcə böyük təsiri olub. Aşıq Ələsgər Azərbaycanın böyük şəxsiyyətlərindən biridir, belə nadir şəxsiyyətlər az-az doğulur. İnanın, bu fikri deyərkən qohumluq amilinə qətiyyən söykənmirəm. Aşıq kimi onun misli-bərabəri yoxdur. Habelə də əvəzsiz ifaçı olub. Burada onun şairliyinin də başqalarından tamamilə fərqli olduğunu görmək mümkündür. Bir şəxsiyyət olaraq Aşıq Ələsgərdə elə keyfiyyətlər var ki, bunu ancaq övliyalarda görmək mümkündür. Aşıq Ələsgər üz-üzə söhbət elədiyi adamın ürəyindən keçənləri, yaşadığı ərazidən kənarda baş verəcək hadisələri əvvəlcədən duyurmuş. Şeirlərini bədahətən deyərmiş. Onun alqışı da, qarğışı da təsirsiz ötüşməzmiş. Hansısa işdən narazı qalsaydı, o iş baş tutmazmış”.
Aşıq Ələsgərin şeirlərini oxuyanda onların elmliyini görməmək olmur. O deməkdir ki, ustadın fitrəti elmilikdən xali deyilmiş. Hər halda dövrünün elmlərindən xəbərdar olması poeziyasında aydın görünür. Tarixə, dini kitablara bələdlik bu qəbildəndir. İ.Ələsgərov deyir: “Babamın əsərlərini topladıqca diqqətlə onları araşdırmışam və müəyyən qənaətlərə gəlmişəm. Aşıq Ələsgərin çox güclü hafizəyə malik olması haqqında onu tanıyanlar heyranlıqla danışırdılar. Bir dəfə eşitdiyi şeiri ömürlük yadında saxlayarmış. Digər tərəfdən də Aşıq Ələsgər daim oxumuş, elmli adamlarla ünsiyyətdə olub. Getdiyi yerlərdə həmişə kitab oxutdurar, onlara diqqətlə qulaq asarmış. Deməli, Ələsgər şeirlərini şifahi şəkildə yaradıb, şübhəsiz, özü bunları daim yadında saxlayarmış; maraqlıdır ki, ustadın şagirdlərinin çoxu savadsız olub. Atam da yazı-pozu bilməyib. Şagirdləri də fitri yaddaşlarının köməyilə bu şeirləri hafizələrində saxlayarmışlar. Danışırlar ki, Ələsgər bir məclisə düşəndə dalbadal onlarla şeir deyər və oxuyarmış. O, hədsiz geniş yaradıcılığa malik şəxsiyyət olub, aşıq şeirinin bütün şəkillərində nümunələr yaradıb. Əgər o dövrdə bu şeirlərin heç olmasa, yarısı köçürülsəydi, indi bu qədər əziyyət çəkməzdik. Təəssüf ki, Aşıq Ələsgərin yaradıcılığının çoxu it-bata düşüb. Aşıq Ələsgərin bizə yazılı şəkildə bir şeiri belə gəlib çatmayıb. Hə toplamışamsa, onun şagirdlərindən, eləcə də Aşıq Ələsgəri görmüş şəxslərdən eşitmişəm”.
Aşıq Ələsgərin irsinin yazıya alınması, toplanması və tədqiqatı məsələləri ilə bağlı danışan araşdırmaçı deyir ki, Aşıq Ələsgərin yaradıcılığının yazıya alınması keçən yüzilin 30-cu illərindən başlayır: “İlk dəfə onun şeirlərini həyatdan çox cavan getmiş mərhum folklorçu Hümmət Əlizadə yazıya alıb, bu şeirləri bir neçə dəfə çap etdirib. Həmin
toplularda Ələsgərin çox şeiri yoxdur. 1937-ci ildə çıxan kitabda olan səhvlər indiki kimi yadımdadır, o zaman 4-cü sinifdə oxuyurdum. Atam şeirləri oxutdurdu, başını buladı. Məlum oldu ki, Hümmət Əlizadə həmin dövrün ab-havasına uyğun olaraq Ələsgərin şeirlərindəki dini adları, ifadələri dəyişdirməli olub. Elə bundan sonra Aşıq Ələsgərin irsilə özüm də bilmədən məşğul olmağa girişdim. 1946-cı ildə folklorçu-alim Əhliman Axundov Göyçəyə gəlmişdi. Müəyyən şeyləri atamdan soruşdu, öyrəndi, yazdı. Sonradan “Aşıq Ələsgərin yaradıcılığı” adlı dissertasiya müdafiə elədi. Həmin dissertasiyada kifayət qədər səhvlər var. Düzdür, Ə.Axundov Ələsgər irsinin öyrənilməsində xidmətlər göstərib, ancaq həqiqəti demək lazımdır. Məsələn, Aşıq Ələsgərin hərfi mənada ailəsinə – qadınına müraciətlə yazdığı şeiri əslində birbaşa onun ailəsinə aid deyil. Burada ustad “Qızım, sənə deyirəm, gəlinim, sən eşit” prinsipinə əsaslanıb. Hənəmi görənlərdən soruşmuşam, o, Aşıq Ələsgərin adına layiq mərifətli, nəcabətli, ləyaqətli bir qadın olub. Şübhəsiz, gərək belə məsələlərdə tədqiqatçı çox diqqətli olsun”.
Aşıq sənətində türkün ucalığı, tanrısına sevgisi həm havacatlarda, həm də ki, aşıq oxumalarından açıq-aydın sezilir. “Yanıq Kərəmi”də türkün həm zərifliyi, həm də döyüşkənliyi ifadəsini tapıb. “Misri” havası başdan-ayağa döyüş ruhundadır. Aşıq poeziyasında işlədilən ərəb-fars kəlmələrinin, rəmzlərinin sənətə nə dərəcədə ziyanı barədə araşdırmaçının qənaətləri maraqlıdır. Aşıq poeziyası xalq ruhunu, dilimizin bütün çalarlarını özündə ifadə etməli ikən ərəb-fars sözlərinin təsiri istər-istəməz onun təbii imkanlarını məhdudlaşdırıb: “Dilimizə ərəb-fars sözlərinin gəlməsi, işlənilməsi bədii ədəbiyyatımızda daha çox ifadəsini tapıb, sonradan bu, təbii olaraq aşıq poeziyasına da təsir edib. İndi aşıq sənətində ərəb-fars sözləri nə dərəcədə yerinə düşür, ya düşmür; bu, başqa. Hər halda bu cəhət aşıq poeziyasına da ədəbi bir ənənə kimi keçib, uzun müddət təsirini göstərib. Ancaq Aşıq Ələsgər şeirlərində ərəb-fars sözlərini elə işlədib ki, onu demək olar, hər bir soydaşımız xüsusi çətinlik çəkmədən anlaya bilər”.
Aşıq Ələsgərin sağlığında az qala əfsanələşməsi şəxsiyyətinə, yaradıcılığına olan böyük sayğıdan irəli gəlir. Ustadın haqqında topladığı müxtəlif soraqlarda Ələsgərin ömrü, reallıqla danışılanlar arasında təzada çoxmu rast gəldiyini deyən araşdırmaçı danışır ki, real hadisələrə, olmuşlara əsaslananları, digər tərəfdən də rəvayətlərə söykənənləri ayırıb: “Folklorda rəvayətləşdirmək meyli hədsiz güclüdür. Elə rəvayətlər var, bunlarda Aşıq Ələsgərin şəxsiyyətinə toxunan məqamlar açıq-aydın sezilir. Hər halda belə uydurma məqamların geniş şəkildə intişar tapmasına imkan vermək olmaz. Aşıq Ələsgərin həyat və yaradıcılığı ilə bağlı xalq arasında müxtəlif məzmunlu söz-söhbətlər mövcuddur. Bunların bir qismi Ələsgərin həyatında baş vermiş hadisələr və bu hadisələr səbəbilə deyilmiş
şeirlərdən ibarətdir. Dastan söyləyən aşığın bir az bəzək-düzəyi olsa da, bunlar sənətkarın həyat və yaradıcılığını öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir. Bu əhvalatlar Ələsgərin gənclik illərindən başlayaraq xronoloji ardıcıllıqla ömrünün son illərinə qədər onun həyatının müəyyən məqamlarını əks etdirir. Aşığın həyatı ilə əlaqələndirilərək söylənilən hadisələrin bir qismi isə reallıqdan çox uzaqdır. Burada nağıllanan əhvalatlar ağlasığmayan uydurmalardan quraşdırılıb. Bunların bir çoxunda hamıya məlum olan hadisələr bilərəkdən təhrif edilib. Təəssüf ki, belə qəbuledilməz söyləmələrdən çoxu müxtəlif mətbuat səhifələrində özünə yer tapıb”.
Tədqiqatçı Aşıq Ələsgərin həyatı və yaradıcılığı ilə bağlı yaranmış söyləmələri iki qismə ayırır: real həyat hadisələri əsasında yaradılmış dastan-rəvayətlər, xəyalən yaradılmış “dastanlar”: “Aşıq Ələsgər o qədər də uzaq keçmişin adamı deyil. Onun barəsində söylənilənlərin həqiqəti ilə yalanını biri-birindən asanlıqla ayırmaq mümkündür. Unudulmamalıdır ki, yazdıqlarımız bugünkündən daha çox gələcək nəsillər üçündür. Gələcək nəsilləri isə bugünün həqiqətləri daha çox maraqlandıracaq. Araşdırılmalı bir məsələdir ki, Ələsgərin haqq aşığı olması fikri elə-belə yaranmayıb. Ustad deyəndə ki, “Ələsgərəm, hər elmidən halıyam”, bu elə-belə deyildi”.
Ələsgərin doğulub boya-başa çatdığı torpaq əzəli türk məskəni olan Azərbaycan torpağıdır. Bu gün həmin torpaqlar ermənilərin tapdağı altındadır: “Şübhəsiz ki, təbiəti zəngin olan həmin torpaq, yəni ki, dağlı-daşlı, çaylı, əngin səmalı, bulaqlı Göyçə Ələsgərin fitrətinin inkişaf etməsində əvəzsiz rol oynayıb. Yeri gəlmişkən deyim ki, Aşıq Ələsgərin babaları Güney Azərbaycandan gəlmədirlər. Həmişə Ələsgər deyərmiş ki, bizim babalarımız Arazın o tayından gəlib.
1988-ci ildə biz elliklə Ermənistandakı dədə-baba torpaqlarımızdan çıxmağa məcbur olduq. O hadisələrdən bir neçə il sonra eşitdim ki, babamın məzarı olduğu kimi durur. Təəssüf ki, sonrasından xəbərim yoxdur. Babamın ölümü də çox maraqlı olub. Danışırdılar ki, ölümünü əvvəlcədən duyubmuş. Evdəkilərə deyir ki, bəs hazırlıq görün, bu yaxında öləcəyəm. Deyirlər ki, nədən öləcəyini bilirsən. Deyir neçə il qabaq qaçqın düşən vaxtı Allaha yalvardım ki, mənə möhlət versin, indi isə dünyadan getməyin vaxtıdır”.

2 Fevral – Azərbaycanda Gənclər Günüdür!

2 Fevral – Azərbaycanda Gənclər Günüdür!

Əziz və dəyərli gənclərimiz! Müstəqil, suveren, qalib Azərbaycanımızın gələcəyi, inkişafı və tərəqqisi Sizin əllərinizdədir.
Biz əminik ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla həyata keçirdiyi saysız-hesabsız inkişaf layihələri və bu günü 2 fevral 1997-ci il tarixində bizə ərmağan etmiş Ulu Öndər Heydər Əliyevin ideyaları ətrafında sıx birləşərək ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, dövlətimizin əsas gücü və siması olacaqsınız!
Bu yolda Sizə tədris, təhsil və bütün ictimai, siyasi, sosial yönümlü fəaliyyətlərinizdə bolluca uğurlar arzulayırıq! Uğurlarınız bol olsun! Biz də görək, qürur duyaq! Fəxarət hissi bir başqadır. Fəxarət hissi qəlbi rövlənqləndirir, ruhu qidalandırır. Sizə ruh yüksəkliyi arzu edirəm! Qoy gözlərimiz həmişə sevincdən yaşarsın!
Gününüz mübarək olsun! Sağ olun!

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Nigar Səttarzadənin əsəri haqqında

Salam, əziz dostlar! Yəqin ki, Nigar xanımı hamınız tanıyırsınız. İnstagramın mənə tanıtdığı gözəl insanlardan biridi. Keçən il özü ilə kitab yarmarkasında tanış olmaq qismət oldu. Çox mədəni, zərif, mehriban xanımdır. Söhbətimiz o qədər xoş alındı ki, gedəsi yerim olsa da, sağollaşa bilmirdik. Biz də sonra vaxt təyin edib rahat görüşməyə razılaşdıq. Kitabını əldə etdim və sağ olsun ki, imzaladı. “20 yanvar” ərəfəsi oxumağı planlayırdım və oxudum. Kitaba gəldikdə, onu deyim ki, axşam çox yuxum gəlsə də maraqdan kitabı əlimdən qoya bilmədim. Mən tarixdən ilhamlanan, həm araşdırma, həm də xəyal gücünün nəticəsi olan əsərləri sevirəm. Nigar xanım həm tariximizin ən önəmli dövrlərindən birini canlandırıb, həm də bunu oxucunu sıxmadan, həyəcanlandıraraq, maraqda qoyaraq etməyi bacarıb. Yad millətlərə edilənləri biz qarışıq, dünya oxuyur. Amma öz çəkdiklərimiz də az deyil. Kaşki xalqımıza edilənlər də dünyada oxunsa.. İnşallah bu vəzifəni “Axıdılmış qanın izi ilə” romanı yerinə yetirəcək. Əsər həm də çox doğma gəlirdi, milli ünsürlər, gözəl adətlərimiz, ədəb-ərkan qaydalarımız öz əksini tapmışdı. Xalqımızın necə mərd, qəhrəman oğulları və qızları olduğunu göz önünə sərirdi. Həmçinin ailə-məişət mövzularına toxunulub, qəzəbin, səbrsizliyin, dinləməməyin necə böyük fəsadlara gətirə biləcəyini də bu romanda görürük.

Bir sözlə, əsər böyük həcmli olmasa da, içinə çox seyi sığdıra bilmiş gözəl yazıçımız Nigar Səttarzadə. Qələminizə sağlıq! Yenə yazın, yenə oxuyaq!

Hörmətlə: Fərizə Zahirova

Zaur Ustac – Ustacam

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” romanını oxuyuram

Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” romanını oxuyuram. Oxunaqlı, maraqlı, eyni zamanda psixoloji təsir gücünə malik kitabdır. Mən heç vaxt tərif yaza bilmədiyimə görə tənqidləri yazım. İlk növbədə romanda altı mövzunun eyni zamanda işləməsi insanın beynini qarışdıra bilir. Fikrimcə Qədir həkimin həyatını ayrıca yazmaq daha maraqlı olardı. Romanın əvvəlində bizə təqdim olunan üç cəfakeş, öz gücləri ilə ayaqda durmağa çalışan azərbaycanlı xanım bir yerdən sonra yoxa çıxır. Hər üçü danışılan hekayələri dinləməklə məşğul olurlar. Obrazların cizgiləri və otaqların təsviri bir qədər daha çox olsa əla olardı.
Ümumillikdə oxunaqlı və maraqlı kitabdır. Bədii üslub, yazı dili əla seçilib. Bir çox unudulmuş sözləri özüm üçün də kəşf etmək şansım oldu. Tarixi roman hesab etmək nə qədər doğrudur müzakirə etmək olar, buna baxmayaraq bəyəndiyimi deyə bilərəm. Mənə görə oxunması lazım olan kitablardandır. On bal üstündən yeddi bal verdim.


Nigar xanıma bolca oxucu və uğurlar arzulayıram.
Hər kəsə xoş mütaliələr.

Hörmətlə: Nurlan Yunusov

Dosent Fərqanə Zülfüqarovanı Beynəlxalq Sülh Liderlərinin İnsitutuna üzv seçilib

Dosent Fərqanə Zülfüqarovanı Beynəlxalq Sülh Liderlərinin İnsitutuna üzv seçilməsi münasibəti ilə səmimi qəlbdın təbrik edir, ona möhkəm can sağlığı və bütün fəaliyyətində bol-bol uğurlar arzulayırıq.

Dosent Fərqanə Zülfüqarovanın 30 yanvar 2025-ci il Bakı konfransındakı çıxışı:

Hörmətli xanımlar və cənablar!

Hər bir kəsi salamlayıram. Biz bugün nəcibliyin, bəşəriyyətin indi həmişəkindən daha çox ehtiyac duyduğu ən böyük insani dəyərlərdən biri olan Dünya Sülhünü müzakirə etmək üçün toplaşmışıq.Çünki, məsələ yalnız müharibələrin, münaqişələrin ziddiyyətlərin qarşısını almaq deyil, həm də təhlükəsizliyin, sevginin, ədalətin hökm sürdüyü bir dünya qurmaqdır.

Dəyərli qonaqlar,
Bizim Sülh və dostluğa ehtiyacımız var. Unutmamlıyıq ki, vicdan və layaqət, mərhəmət və xoş niyyət, ədalət, qarşılıqlı hörmət, mənəvi dəyərlər uca Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Rəng, din, irq fərqlərimizə baxmayaraq bizi birləşdirən qüvvə sülhdür.Əsasən insanlığa, insaniliyə səy göstərməliyik…
Bu yüksək tribunadan çıxış edərək qeyd edim ki, biz hər birimiz zamanın, Ulu Tanrının sınağındayıq, qarşılıqlı anlaşılmaya və mənəvi dəyərlərin uca tutulmasına ehtiyac duyuruq. Biz gələcək fəaliyyətimizdə əsasən mənəvi dəyərləri üstün tutmalı, Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümüzlə çalışmalıyıq.Sülhə nail olmaq üçün hamımız, fərqimizdən asılı olmayaraq, dünya sülhünə nail olmaq üçün, birləşməliyik.
Qürurla qeyd edə bilərik ki, sülhün təmsilçiləri ən ali insani dəyərləri əks etirən əbədiyaşar prezidentimiz ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı, dünya şöhrətli rəhbər cənab İlham Əliyevin fəaliyyəti bütün dünya rəhbərlərinə, xalqlarına örnəkdir.


Xatırlamalıyıq ki, sülh zəiflik deyil, ədalətin bərpası, ümid və gerçəklik toxumlarını səpən həqiqi gücdür.Sülhün təmsilçisi olmaq, əziyyət çəkən insanları dəstəkləmək üçün sülh elçiləri olaq..Qeyd edim ki, bu konfransın təşkilinə gorə Beynəlxalq Sülh İnsitutunun Rəhbərlərinə, dərin təşəkkürümü bildirirəm.

30 Yanvar, 2025