14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür

14 fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə “Xəzan” jurnalının baş redaktoru – yazıçı Əli Bəy Azəri və Yazarlar Jurnalı nın baş redaktoru – şair Zaur Ustac öz kitablarından, şəxsi kitabxanada olan faydalı kitablardan və jurnalların bu gün üçün xüsusi olaraq seçilmiş nömrələrindən oxuculara hədiyyə edəcəklər. Bütün kitabsevərlər dəvətlidir. Giriş sərbəst.

Məkan: Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən “Novella” Kitab evi.
Vaxt: 24 fevral 2025-ci il, saat: 16:00-18:00

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ana haqqında şeir

A Nərgiz

(Anam Nərgizin əziz xatirəsinə)

Hər səhər yolumu bağdan salıram,
Gözəllik önündə çaşıb qalıram.
Anamın ətrini səndən alıram,
Mən necə ətrindən doyum, a nərgiz.

Dərdimi- sərimi üzümdən oxu,
Qarın üstündəki izimdən oxu.
Ana həsrətimi gözümdən oxu,
Başımı sinənə qoyum, a nərgiz.

Ruhumun üstünə ruhun ələnib,
Əzəldən sevgiyə könlüm bələnib.
Ləçəklər üstündə şeh gilələnib,
İzn ver, əlimi yuyum, a nərgiz.

Qoy əsim meh kimi, ötüm eləcə,
Sevgi dumanında itim eləcə.
Əyilib yanında bitim eləcə,
Yaraşır boyuna boyum, a nərgiz.

    1. 2024.

Müəllif: Fəxrəddin Teyyub

Fəxrəddin Teyyubun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SONA AMAL – MƏNİ

MƏNİ

Küsüb ilham pərim, təbim perikib,
Səsləmir çağlayan bulağa məni.
Hicran erkən gəlib, vüsal gecikib,
Qoymurlar eşq adlı o bağa məni.

Gəldin, ürəyimdə sevgi oyatdın,
Sevirdin, araya həsrəti qatdın?
Köhnə-küləş kimi atdın, sən atdın,
Atəşsiz, alovsuz ocağa məni.

Sanırdım qəlbini qəlbimin təni,
Sevgimə çox gördün, təmiz sevgini,
Əlimi buraxıb, tərk etdin məni,
Həsrət qoydun niyə, o çağa məni?!

Sənin gedişinlə, bil, çəkdim nələr,
Dərdimə ağladı, bu yerlər, göylər,
Gündüzüm fərəhsiz, zülmət gecələr,
Dərdkeş eyləmisən çırağa məni.

Amalam, tapmıram bir çarə, çözüm,
Susubdur ürəyim, tükənib sözüm,
“Sevənlər günüdür!” – ay canım-gözüm,
Atma ürəyindən qırağa məni.
Sevənlər çəkərlər, qınağa məni.

13.02.2025-ci il.

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Ustacam

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hacı İsmayılovla “Asan könüllüləri”n görüşü keçirilib

Hacı İsmayılovla “Asan könüllüləri”n görüşü keçirilib

“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı ilə görkəmli teatr və kino aktyoru, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüş keçirilib.
“Milli və mənəvi dəyərlər” layihəsi çərçivəsində keçirilən görüş zamanı sənətkarın teatr və kino yaradıcılığı, sənətdəki uğurları, təcrübəsi ilə bağlı könüllülərlə müzakirələr aparılıb. “Sənətçinin ən vacib missiyası” mövzusunda keçirilən görüşdə gənclərə maraqlı olan suallar cavablandırılıb.
Sonda xatirə şəkilləri çəkilib.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sona Amal – Sevdim

SEVDİM

Sabah – fevralın 14-ü – “Sevgililər günü”dür. Mən bütün sevənləri kiçik bir şeirimlə təbrik edirəm. Allah sevənləri ayırmasın!

Elə ki, göz açdım, mən bu dünyaya,
Ulu Yaradanı – Allahı sevdim.
Vuruldum Günəşə, Ulduza, Aya,
Ata-analıykən sabahı sevdim.

Sevən sevdiyiylə olar tarazı,
Dörd fəsil içində baharı, yazı,
Qaval, tar, kamanı, üçtelli sazı,
Qəlbləri göynədən “Segahı” sevdim.

İllərlə oduna oldum pərvanə,
Rəsmi önümdədir, dönsəm hayana,
Fərqi yox, dəli de, ya da divanə,
“Məhəbbət” bildiyim “günahı” sevdim.

İnsanı güldürən qədərdir, qədər,
Ha çalış, ha vuruş, hədərdir, hədər,
İki qəlb bir olsa, neylər qəm, kədər?
Qəlbimi kəşf edən səyyahı sevdim.

Uymadım şöhrətə, dövlətə-vara,
Hər kəs dəyər versin, namusa, ara,
Amalam, nə deyim, mən bəxtiqara?
Yeddi rəng içində siyahı sevdim.
Haqdan gələn ümid, pənahı sevdim.

13 fevral 2025

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – DÜŞÜNCƏ SELLƏRİ

DÜŞÜNCƏ SELLƏRİ

Bir yağış gəldi ki, tufan gücündə, –
Səngərdən yan ötüb, Kəpəzi tutdu…
Yoxsa qərq olardıq sel-su içində,
Bizi bu leysanın şəpəsi tutdu…

Gövdəsi mamırlı qoca palıddan
Quru budaqları ayırdı gəldi…
Görünməz bir qüvvə qara buluddan
Şimşək qılıncını sıyırdı gəldi…

İldırım çevrildi qorxunc fişəngə,
Leysan ot tapdayır, çiçək əzirdi.
Buludlar dönmüşdü topa, tüfəngə
Gurultu səsindən yer, göy əsirdi…

Güllə yağışıydı elə bil dolu,
Hara dəyirdisə, yaralayırdı…
Quşlar, kəpənəklər dibində kolun
Başını soxmağa yer arayırdı…

Qara buludlardan üzülən yağış,
Qarışqa boydaydı, filə dönürdü…
Dağın dabanından süzülən yağış
Dərənin qoynunda selə dönürdü…

Bir-birinə dəyib axırdı daşlar,
Hücuma keçmişdi leysan qoşunu…
Susurdu qanadı islanan quşlar,
İnsan düşünürdü tutub başını…

Özü tənzimləyir dünya balansı,
Perikən durnalar gölə dönərmiş.
Buluddan ayrılıb damla olan su
Yerlərdə birləşib selə dönərmiş.

Gözlər boylansa da ulduza, aya,
Yaralı quş kimi ürək ağlayır.
Güman buludları dönüb damlaya,
Düşüncə selləri coşub çağlayır…

06.07.2021

ƏBİLİN HƏRBİ XİDMƏT ZAMANI YAZDIĞI GÜNDƏLİYİNDƏN


XX ƏSR VƏ XXI ƏSRİN İLK 8 İLİ HAQQINDA DÜŞÜNCƏLƏRİ

12 oktyabr 2008.. Hır şeyin öz tarixi zamanı var.Hərdən özüm-özümə fikirləşirəm ki,niyə indi mətbuatımız,fikir adamlarımız XX əsrin əvvəllərində olduğu kimi deyil. İndi də təəssübkeş elm,fikir,mətbuat adamlarımız var,amma səviyyə bir əsr bundan əvvəlkinin yarısi qədər deyil.Radionun,televizorun olmadığı bir vaxtda onlar (bir əsr öncəkilər) daha çox iş görə bildilər,nəinki indikilər.Əksinə indi daha effektli işlər görmək olar.Çünki telekommunikasiya,rabitə dünyanın isrənilən nöqtəsiylə əlaqə saxlamağa imkan verir.Bizdən bir əsr əvvəl ( əsrin əvvəlində) yaşayanların kitablarl indi hazır şəkildə əlimizdə var,üstəğəl 100 il ərzində dünyada yazılan kitablar ( və baş vermiş hadisələr) tərcümə edilərək dilimizə qazandırılmışdır.Amma yenə də onlardan geriyik.Səbəb bir əsr öncə bütün dünyada hadisələr eyni xətt üzrə,yəni mətbuatla cərəyan edirdi.O cümlədən,Azərbaycanda da…Radişşevin “Peterburqdan Moskvaya səyahət” kitabı Çar hakimiyyıtini yıxan səbəblərdən biri oldu.
Valideyn öz körpəsinin ayaq açıb yeriməsiylə sevindiyi kimi mühərrir və elm fədailəri də mətbu orqanın xalq arasında yayılmasına və cahilliyi ortadan qaldırmasına sevinirdilər.Bu hər yerdə belə idi.Misirdə də,ABŞ da da,Fransa,Türkiyə,Rusiya… və Azərbaycanda da.
Mətbuat inqilabları doğurdu.İnqilablar I Dünya müharibəsini,I Dünya müharibəsu ədalətsiz torpaq bölgüsünü və müsrəqil respublikaları.Ədalətsiz torpaq bölgüsü də II Dünya mqharibəsini başlatdı.II Dünya müharibəsi isə öz növbəsindı sənayeləşməyə ehtiyac yaratdı.Bekəliklə,əsrin əvvəlini mətbuatın inqilabı kimi xarakterizə etsək,ikinci dövr olaraq əsrin ortalarını sənayeləşmə olaraq səciyyələndirə bilərik.Sənayeləşmə də öz növbəsində rəqabəti gücləndirdi.Rəqabət də öz növbəsində eloktronikanın inkişafına sürərlu təkan verdi.Beləliklə,əsrin sonu da kompüterləşmə ilə yadda qaldı.
Beləliklə,hər şey öz tarixi zərurətindən diğur.İndi “mətbuarın dövranı keçib” deyə düşünmək o demkj deyil ki,bu insanlar cahil qalacaq.Xeyr,inşallah bu da bütün müşküllər kimi öz yoluna düşəcək.Amin.
50-60-cı illər sənayeləşməsindən sonra 70-ci ildə dünya böhranı başladı.Bunu Sovet ölkəsi vətəndaşları hiss etməsə də,Sovet dövləri strukturi bunu hiss etdi.1980-lərin sonunda xalqın bilmədiyi böhranın səbəbindən sovet imperiyası dağıldı.Xalqı gecə- gündüz niğaranlıq keçirən dövlət isə 70-çi il böhranından çıxdı,Sovet İttifaql vətəndaşlarına dəyər vermədiyi və onları dünya həqiqətləri barəsindı aldatdlğı üçün məhv oldu. Xalq böyük qüvvədi və xalqına dəyır verməyən dövləri heç bir güc qoruya bilməz.
Bu gün kompüterləşmənin nəticəsi olaraq dünyada iqtisadi böhran öz zirvəsinə çatıb.Bundan da xalqıyla bərabər olab dövlət sağlam çıxacaq.Xalqını aldadanlar isə məhvə məhkumdur.Onlar xalqla öz aralarında Sakit okeanı belə qoysalar xalq Berinq boğazını taparaq okeanı adlayacaq.
Cahil kütlə maariflənmiş bir topluluqdan daha qorxuludu Onları bir cümləylə inqilaba qaldırıb,hər hansı bir quruluşu dəyişmək olar.Amma sonra sən istəsən belə,cildlərlə kitab yazsan ki,kütlə sakitləşsin -bunu bacarmazsan.Onlar sənin istədiyinlə hücuma keçir və yaxud ayaöa qalxır,öz istədiklərini almyınca da sakit olmurlar.Onlar,eyni zamanda,nə istıdiklərini də bilmirlər Çünki cahildirlər,başı pozuq hərəkət edirlər və vahid rəhbərlik tərəfindən idarə olunmirlar.Beləliklə,onların qısa bir zaman sonra oz aralarında konflikt başlayır.Bu da onların parçalanmasına,nəricədə məhvinə səbəb olur.Bütün inqilablar belə başlayıb, belə qurtarıb.
Bolşeviklər kütləni ayağa qaldlrdl,sonra kütlə sakitləşməyincə bolşeviklər onu sakitləşdirməyə və məhv etməyə başladı.
…Allah müharibəyə lənət etsin.
Yaşasın Türkün savaş ruhu.Amin!

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Lev Tolstoyun yaratdığı “Yasnaya Polyana Məktəbi”

Fotoda: Lev Tolstoy Yasnaya Polyana yolunda

“Yasnaya Polyana Məktəbi”

Lev Tolstoyun yaratdığı “Yasnaya Polyana Məktəbi”, onun maarifçilik ideyalarını əks etdirən unikal bir təhsil modelidir. Bu məktəb 1859-cu ildə Tolstoyun öz mülkündə – Yasnaya Polyana kəndində təsis edilmişdi. Məqsəd kənd uşaqlarına azad, təbii və zorakılıqdan uzaq bir təhsil vermək idi.

Tolstoy Məktəbinin Əsas Prinsipləri

  1. Məcburiyyət Yoxdur – Tolstoy inanırdı ki, uşaqlar məcbur edilmədən, maraq və həvəs əsasında öyrənməlidirlər. Bu səbəbdən dərslərə iştirak məcburi deyildi.
  2. Azadlıq və Təbii Tərbiyə – Şagirdlər sərbəst şəkildə öz maraq dairələrini kəşf edirdilər. Müəllimlər onlara yol göstərir, lakin məcbur etmir, sərt nizam-intizam tətbiq etmirdilər.
  3. Praktik və Həyati Təhsil – Tədris planı sırf akademik biliklərdən ibarət deyildi. Tolstoy hesab edirdi ki, uşaqlar həyatda istifadə edə biləcəkləri bacarıqları da öyrənməlidirlər. Buna görə məktəbdə kənd təsərrüfatı, sənətkarlıq və əl işləri də tədris edilirdi.
  4. Özünütəşkil və Şagirdlərin Rolu – Şagirdlər məktəbin idarəçiliyində iştirak edirdilər. Onlar dərs proqramı, tədris materialları və hətta məktəb qaydaları barədə söz sahibi idilər.
  5. Kitablar və Maarifçilik – Tolstoy özü şagirdlər üçün xüsusi dərsliklər yazırdı. Onun fikrincə, ən yaxşı dərsliklər sadə və uşaqlar üçün maraqlı olmalıdır.

Tolstoy Məktəbinin Sonu

Məktəb 1862-ci ildə Çar hökumətinin təzyiqləri və Tolstoyun mühacirət etməsi ilə fəaliyyətini dayandırdı. Amma onun ideyaları sonrakı dövrlərdə bir çox müasir təhsil sistemlərinə təsir göstərdi. Tolstoyun pedaqoji baxışları daha sonra azad və demokratik təhsil modellərinin əsasına çevrildi.

Beləliklə, Tolstoy məktəbi sərt qaydalara və mexaniki öyrətməyə qarşı çıxaraq, uşağın maraqlarına, azadlığına və yaradıcı inkişafına əsaslanan bir yanaşma idi.

Müəllif: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cahangir NAMAZOV – YOL

YOL

Həyatda elə yollar var ki, onlar yalnız öz ürəyiniz və ruhunuzla keçilə bilər… Bu yollar, özünüzü anlamaq, həqiqi məqsədinizə çatmaq üçün yalnız öz gücünüzə arxalanmalı olduğunuz yollardır. Hər bir insan bu yoldan bir dəfə olsa da keçməli olur, amma bəzilərimiz qorxu və tərəddüdlərlə başqalarının ardınca gedərək, öz yolumuzu tapa bilmirik və çaşaraq gedirik. Bəziləri isə, çətinliklərə boyun əyməyərək, sınaqlara tab gətirməyərək, möhkəm iradə ilə öz yolunu tapır. Bu yol elə bir yoldur ki, burada heç kim sizə kömək edə bilməz, istiqamətinizi göstərə bilməz… Ürəyiniz və ruhunuzun səsinə qulaq asaraq, bütün çətinliklərə və əzablara göz yumub səbr etməsəniz, yolunuzu tapa bilməzsiniz və başqalarının yolundan çıxa bilməzsiniz. Bu yolu keçərkən, bəzən təklik, kədər və nigarançılıqlar ruhumuzu batıra bilər. Mən də hal-hazırda həmin mərhələdəyəm – özümü, öz varlığımı tapmağa doğru bu yolları keçməkdəyəm… Maneələr və çətinliklər mənə çox dəfə qarşı durmağa çalışsa da, “Əlhəmdülillah”, ruhum zəifləmədi, iradəm sınmadı… Qüdrətli və mərhəmətli Allahımın mərhəməti və lütfü sayəsində öz varlığımı itirmədim… Rəbbim, hamımızı Öz yoluna və öz yolumuza yönəltsin…

Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.