Pərvanə Salmanqızının şeiri

SEVİRƏM YURDUMU

Sevirəm yurdumun,dörd bir yanını,
Payızda tökülən,hər yarpağını,
Qışın boranını,buz bulağını,
Baharda oyanan, baxça bağını.

Sevirəm yurdumun,hər nemətini,
Nər igidlərini,xatun qızını,
Gözəldir yurdumun,bu gün dörd yanı,
Yaşılbaş sonası,ahu-ceyranı.

Sevirəm yurdumun,hər qarışını,
Qələbə müjdəli,səs-sorağını,
Sərkərdə oğlunu,Şah İlhamını,
Qalib ordumuzun,marşın sevirəm.

Sevirəm yurdumun,ölməz Şəhidin,
Şəhidlər Anasın,həm də Atasın,
Bizə əmanət qızını,həm də oğlunu,
Həm də sevirəm,ömür yoldaşın.

Sevirəm yurdumun,al Bayrağını,
Önündə and içən,hər övladını,
Bu növrağı quran,İlham oğlunu,
Sevirəm xalqımın bu növrağını.
18.11.2021

“PAYIZ OVQATI” kitabı çapdan çıxıb

“PAYIZ OVQATI” kitabı çapdan çıxıb

Şair Məhəmməd Əlinin növbəti kitabı çapdan çıxıb. Kitab “Payız ovqatı” adlanır. Yüz səhifədən ibarət kitaba şairin son illərdə qələmə aldığı poeziya nümunələri toplanıb. “Payız ovqatı” bütövlükdə Məhəmməd Əlinin təbiət, cəmiyyət, habelə yaşadığımız zamanda baş verən hadisələrə münasibətinin poetik ifadəsidir.
Şair bu kitaba toplanan əsərlərində də əvvəlki ənənələrinə sadiq qalmış, təbiət və cəmiyyətin harmoniyasını vəhdət şəkildə ifadə etməyə nail olmuşdur. Onun əsərlərinin ana xətti vətən sevgisi, ilahi sevgi, insani sevgi, təbiət hadisələrinin tərənnümü və cəmiyyətdə baş verənlər tutur.
Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəridir.
Xatırladaq ki, Məhəmməd Əli 2005-ci ildən Yazıçılar Birliyinin üzvüdür. 2017-ci ildən “Xəzan” ədəbi-bədii jurnalın redaksiya heyətində təmsil olunur. Yaradıcılıqda fəaldır.
Hacıyev Məhəmməd Əli Namət oğlu 1 mart 1950-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. İxtisasca mühəndisdir, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Ali təhsilini başa vurduqdan sonra Bakı şəhərində qalaraq ixtisası üzrə işləyib. Hazırda təqaüddədir.
Gənc yaşlarından yaradıcılıqla məşğul olub. “Dağlardan ayrı”, “Sevincim acıdır, kədərim şirin”, “Özümü axtarıram”, “Söz sənindir”, “Çörəyimin duzu yoxdur”, “Gedirəm üzü gün doğana”, “Duyğularımı səpdim dənizə”, “Etiraf” və digər şeir kitablarının müəllifidir. 2020-ci ildə yaradıcılığına yenidən nəzər salaraq bəzilərini təkmilləşdirmiş, böyük əksəriyyətini bir yerə toplayaraq 740 səhifəlik “TOPLU” çap etdirmişdir.
Azərbaycan Dövlət Televiziyasında və radiosunda, eləcə də dövrü mətbuatda müntəzəm olaraq şeirləri və aktual mövzuları əhatə edən publisistik yazıları ilə çıxışlar edir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və “Dirili Qurbani” ədəbi məclisinin üzvü olan şair “Qızıl Qələm”, “Məmməd Araz”, “Həsənbəy Zərdabi”, “Araz”, “Yurd və vətən fədaisi” və sair ədəbi mükafat və diplomlara layiq görülüb.
Şair Məhəmməd Əlinin bir çox şeirləri vardır ki, indiyə kimi heç bir şair həmin mövzulara toxunmamışdır.
İnanırıq ki, şairin “Payız ovqatı” kitabı da əvvəlkilər kimi qədirbilən oxucular, xüsusən də poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacaqdır.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Ustacam

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina RƏŞİD yazır

Azərbaycanlı iş adamının xeyirxahlığı
Qazaxıstanda yüksək qiymətləndirilir

Azərbaycandan kənarda yaşayıb-işləyən, amma öz fəaliyyəti, xeyirxah əməlləri ilə xalqımızın adını ucaldan, şərəfləndirən həmyerlilərimizin xoş sorağını eşidəndə qəlbimiz fərəhlənir, qürur hissi keçiririk. Qazaxıstanda bizneslə məşğul olan azərbaycanlı sahibkar Amil Turab oğlu Yusifov haqqında növbəti dəfə qardaş ölkədən gələn xəbər də bizə eyni hissi yaşatdı…
Ötən il dekabrın 24-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin anmaq üçün bir neçə gün əvvəl Azərbaycanın Qazaxıstandakı Səfirliyi və Mangistau Vilayət Hakimliyi tərəfindən Aktau şəhərində ehsan mərasimi təşkil olunub.
Mərasimdə vilayətin rəhbər şəxsləri, azərbaycanlı diplomatlar, ictimaiyyət nümyəndələri, təyyarə qəzasında həlak olan Qazaxıstan vətəndaşlarının ailə üzvləri iştirak ediblər. Türksoylu iki xalq arasında birliyin və qardaşlıq əlaqələrinin möhkəmliyinin baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı bir daha özünü bariz şəkildə göstərdiyini mərasində çıxış edənlər xüsusi vurğulayıblar.
Mərasimdə Amil Yusifov Almatı şəhərində yerləşən yeni yaşayış kompleksində ikiotaqlı tam təmirli və əşyalı beş mənzilin açarlarını qəzada həlak olmuş qazaxıstanlıların ailələrinə təqdim edib. Bundan əlavə, iş adamı tərəfindən Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, xəstəxanaya, Aktau şəhərinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil hədiyyə olunub.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Amil Yusifovun xeyriyyəçilik təşəbbüsünü yüksək qiymətləndirib və xalqlarımız arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə verdiyi töhfəyə görə səfirlik adından ona təşəkkürnamə təqdim edib.
Amil Yusifovun xeyirxahlığı Qazaxıstan mətbuatında geniş işıqlandırılıb və sosial mediada böyük rezonans doğurub. Məsələn, Qazaxıstanın tanınmış media resurslarından olan “BES.media” özünün internet səhifəsində və sosial şəbəkə hesablarında azərbaycanlı biznesmenin təyyarə qəzasında həlak olanların ailələrinə mənzil hədiyyə etməsini Aktauda keçirilən tədbir haqqında xəbərin başlığına çıxarıb. “BES.media”nın Instagram səhifəsində yerləşdirilmişbu xəbərə 62 istifadəçi rəy yazıb və ilk növbədə, Amil Yusifovun xeyirxahlığını alqışlayaraq, digər iş adamlarını da ondan nümunə götürməyə, xeyihxah olmağa çağırıblar. Belə mesajlar digər sosial şəbəkələrdə də yüzlərlədir…
Xatırladaq ki, Amil Yusifov qazax xalqının qəhrəman oğlu,1992-ci ildə iyirmi yaşında Qarabağa gələrək burada erməni işğalçılara qarşı döyüşən, Ağdərədə şəhid olduqdan sonra Bakıda Şəhidlər Xiyabanında dəfn edilən Yerbol Barımbetovun xatirəsinə öz ehtiramını bildirmiş, onun haqqında qazaxıstanlı jurnalist Nasiha Humarqızının yazdığı və 3 dildə -Azərbaycan, qazax, rus dillərində çapdan buraxılan kitabın bütün maliiyyə xərclərini qarşılamışdı. Şəhidin ailəsinə Amil Yusifovun və Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyəddin Həsənovun adından mənzil də hədiyyə olunmuşdu.
O zaman – 2023-cü ildə Qazaxıstanın “Ər Namusu” İctimai Birliklər Şurası Amil Yusifovu “Böyük Döyüş Qəhrəmanı” ordeni ilə təltif etmiş, türk dünyasının ağsaqqllarından biri – Qazaxıstanın Əmək Qəhrəmanı, “Şərəf” ordenli, Xalq yazıçısı və şair, Azərbaycan xalqının yaxın dostu Oljas Süleymenovun ona təşəkkür məktubu ünvanlamışdı.
Xalqımızın ən gözəl milli xüsusiyyətlərini yaşadan və ölkə xaricində təbliğ edən, Qazaxıstanla qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə öz sanballı töhfələrini verən Amil Yusifovun bundan sonra da öz xeyriyyəçilik fəaliyyətini davam etdirəcəyinə əminliyimizi bildirərək, ona iş və şəxsi həyatında uğurlar arzulayırıq.

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru