Gülhüseyn Kazımlı – 75

Ondan bir də olmayacaq…

Gülhüseyn Kazımlı – 75

Şair yaxşı söyləyib: “Dünya sənin, dünya mənim, dünya heç kimin”. Artıq əbədiyyətə qovuşan Gülhüseyn Kazımovu yaxşı tanıyırdım. İçi dolu, məzmunlu və dəyərli dostlarımdan biri idi.
Kim deyibsə düz deyib, həqiqətən də insanlar işdə, vəzifədə, fəaliyyətdə bir-birini əvəz edə bilsələr də, amma həyatda heç kim əvəz olunmur. Barmaq izləri bir-birini təkrarlamadığı kimi, insanlar da bir-birini təkirarlamırlar, fərqli-fərqli təyinatları icra edirlər. Onun da öz təyinatı vardı, varlığına biçilən, taleyinə yazılan İlahi təyinat…

1950-ci il fevralın 4-də Cəbrayıl rayonunun Kavdar kəndində dünyaya gəlmişdi. Dörd ali təhsili vardı. Muzey işçisi də olmuşdu, redaktor da işləmişdi, dövlət qulluğunda da çalışmışdı. Üstəlik dövri mətbuatda xeyli elmi-publisistik yazıları da çap olunmuşdu. Filologiya elmləri namizədi idi…

Deyirdi ki,- “Hara getsəm də filologiya, jurnalistika sahəsində qazandığım təcrübə həmişə əlimdən tutub. 10 il Nazirlər Kabinetinin redaktə qrupunun rəhbəri işlədim, hökumət sənədlərinin dil-üslubuna, orfoqrafiyasına baxırdıq. Bir neçə il Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparat rəhbəri işlədim, orada da təxminən bu işlərlə məşğul idim, sənədlərin tərtibatı, sənəd dövriyyəsi, ərizə və şikayətlərə baxılması, kollegiyaların keçirilməsi və s.. Reyestr Xidmətində işlədiyim müddətdə mülkiyyət hüquqlarının qediyyatı haqqında qanunvericiliyi, torpaq qanunvericiliyini mənimsədim, bizim qanunvericiliyə görə əmlak üzərində olduğu torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qediyyata alınır, bunları öyrənməsəydim, nə işçilərlə, nə də müraciət edən şəxslərlə işləyə bilərdim. Xidmətdə çalışdığım müddətdə Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı tarixi ilə bağlı da müəyyən araşdırmalar aparmışam. Milli arxivimizdə bu sahədə xeyli bəlgələr var. Gözəl bir doktorluq işinin mövzusudur, həvəs göstərib yazan olsa, kömək etməyə hazıram. Mülkiyyət hüquqlarının tarixi xalqımızın ümumi tarixinin ayrılmaz tərkib hissəsidir. Bu sahənin tədqiqinə çox ciddi ehtiyac var.
Ümumiyyətlə, mən təbliğatçı olmuşam, təbliğatçı qulluq etdiyi dövrün, zamanın ideologiyasını təbliğ etməlidir. Təbliğatçı bir günə yetişmir, nəyisə təbliğ etməyin özü də böyük bir istedaddır. Təbliğ edən təbliğ olunanı inandıra bilmirsə demək təbliğatçı deyil. Ona görə işlədiyim illərdə çalışmışam ki, təbliğatı elə aparım ki, insanlığa yönəlmiş təbliğat olsun”…

Şair, yazıçı, ictimai xadim Gülhüseyn Kazımov çox işgüzar adam idi. Yaşı yetmiş dördü keçsə də bir yerdə dayanmağı xoşlamırdı, necə deyərlər, civə kimi qaynayırdı.
Son illər özünü Azərbaycan musiqisinin şahı- muğama həsr etmişdi. Tez-tez korifey muğam ustalarının həyat və yaradıcılığına həsr olunmuş tədbirlər təşkil edirdi. Doğrudur, bu tədbirləri Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində icra edirdi, amma böyük ürəklə, xüsusi həvəslə həyata keçirirdi. İndiyədək Bülbülcanın, Seyid Şuşinskinin, Hacıbaba Hüseynovun, Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, məşhur qarmon ifaçıları Kor Əhədin, Teyyub Dəmirovun və s. sənətkarların həyat və yaradıcılığına həsr olunmuş musiqili gecələr təşkil etmişdi. Onların arasından Kor Əhəd və Bülbülcan haqqında iki kitab da ərsəyə gətirmişdi…

1978-ci ildən üzü bəri ona yaxın həm nəsr və həm də nəzm kitabı işıq üzü görmüşdü. Şeirlərinə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar mahnılar da bəstələmişdi. Bu mahnıları İlhamə Quliyeva, Təranə Vəlizadə, Baba Mahmudoğlu, Flora Kərimova və başqa tanınmış sənətçilər ifa etmişdilər…

Marqlı insan idi. Səyahət etməyi xoşlayırdı. Ömrü boyu otuza yaxın Avropa, Amerika, Asiya ölkələrində səfərdə olmuşdu. Klassiklərin əsərlərini mütaliə etməkdən zövq alırdı. Muğamın vurğunu idi. Dinlədikcə vəcdə gəlir, gözləri yaşarırdı. “Muğam mənim yaralı yerimdir”- söyləyirdi.

Arzuları çox idi. İstəyirdi ki, ata-baba yurdu Cəbrayıla rahat gedib gələ bilsin…

Deyirdi ki:- “Mən qarabağlıyam. O torpaqlar mənə çox əzizdir. Babalarımın ruhları orada toxtaqlıq tapıb. Kaş biləydiniz, dogma Cəbrayılım üçün nə qədər darıxıram. Ömrümün bir hissəsi orada qalıb. İnanın ki, Cəbrayıl, eləcə də doğma kəndim Kavdar məndən ötrü Məkkə-Mədinə qədər müqəddəsdir…”

Bəli, hər kəs öz varlığına biçilən taleyi yaşayır. Gülhüseyn Kazımov da öz taleyini yaşayıb, sonda əbədiyyətə qovuşdu. Heyf ki, ondan bir də olmayacaq. Yeri behişt olsun! Allah rəhmət eləsin!

Yaşasaydı fevralın 4-də 75 yaşını qeyd edəcəkdik…

Dərin hüznlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

Gülhüseyn Kazımlının yazıları

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Arzum Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır

Arzum Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır

Dünən ölkəmizdə “Gənclər günü” qeyd edildi. Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncamı ilə hər il olduğu kimi yenə də bir qrup gənci mükafatlandırdı. 2020-ci il sentyabrın 27-də başlanan və böyük qələbəmizlə başa çatan 44 günlük Şanlı Vətən Müharibəsindən sonra Azərbaycan gənclərinin özünə inamı daha da artdı. Bunu gənc jurnalist, AZƏRTAC-ın Video informasiya şöbəsinin əməkdaşı Fərid Səlimovla söhbətimizdə bir daha hiss elədim.
Jurnalist olmağı arzulayırdım

Fərid İlham oğlu Səlimov əslən Kəlbəcər rayonundandır. O, 2002-ci il aprelin 28-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Laçın rayon 15 nömrəli tam orta məktəbdə birinci sinifə qədəm qoyub. Onun ailəsi Kəlbəcər rayonunun Çıraq kəndindən keçmiş məcburi köçkündür. Fərid deyir ki, məktəbdə sinif yoldaşlarının çoxu məcburi köçkün idi. Onlar yay tətilini baba evində keçirə bilməyən bir nəsil kimi böyüyüblər. Amma o inanırdı ki, bir gün doğma yurduna – Kəlbəcərə qayıdacaq… Fərid deyir ki, həmişə məktəbdən evə qayıdanda çalışırdım, elə edirdim ki, televiziyada axşam xəbərlərini izləyə bilim. Bu vərdişim mənim gözümdə əlində mikrafon xəbər çatdıran jurnalistləri qəhrəmana çevirmişdi, böyüyüb jurnalist olmağı arzulayırdım. Ali məktəbə qəbul zamanı Sumqayıt Dövlət Universitetinin filologiya (Azərbaycan dili və ədəbiyyat) fakultəsinə qəbul olundum. Birinci kursu başa vurmamış qərar verdim ki, mən mütləq jurnalist olmalıyam. Ona görə də, elə ilk kursun sonunda Azərbaycan Dillər Universitetinin filologiya fakultəsinin jurnalistika (tədris ingilis dili) ixtisasına qəbul olundum. Artıq bütün daşlar yerinə otururdu elə bil, dərslər mənə daha maraqlı gəlirdi.

AZTV-də sevdiyin işin çətinlikləri ilə tanış oldum

3-cü kursda oxuyanda Azərbaycan Televiziyasında ilk təcrübəyə başladım. O zaman AZTV-də “Çıxışa doğru” adlı bir veriliş yayımlanırdı. O veriliş üçün müxbirlik edirdim. Həmin vaxtlar mənə çox maraqlı gələn sahənin çətinlikləri ilə tanış oldum. İlk çəkilişim bugünkü kimi yadımdadır. Həmin gün Elmlər Akademiyasının qarşısında insanlarla sorğu aparmalıydım. Mikrafonu görənlər elə qaçırdı ki, bizdən. Amma çətin olsa da o gün verilən tapşırığı yerinə yetirdim. 9 aylıq təcrübə dövründə dövlət televiziyamız olan AZTV-dən çox şey öyrəndim. “Jurnalist kimdir?”, “ Necə maraqlı mövzu tapmaq olar?”, “Xəbərin doğruluğunu necə bilməliyik?” kimi sualların cavabını qismən də olsa öyrəndim.

AZƏRTAC-da işimin necə məsuliyyətli olduğunu anladım

Fərid deyir ki, 4-cü kursun sonunda qocaman agentlik olan AZƏRTAC-a yolum düşdü. Qeyd edir ki, bu il 105 yaşı tamam olacaq bu agentliyin tarixi nə qədər qədim olsa da, müasirliyin tələblərinə gözəl cavab verir. Burada 1 ay 15 günlük təcrübədən sonra rəsmi olaraq Video informasiya şöbəsində işə başladım. AZƏRTAC dövlətin rəsmi informasiyalarının dərc olunduğu agentlik olduğundan burada işim daha da məsuliyyətli idi. Sözün əsl mənasında xəbər dəqiqliyin süzgəcindən keçməli idi. İşimi sevirdim, buna görə də xoşbəxt idim. Məncə, əsas şərt də elə budur. Xoşbəxt olmaq üçün sevdiyin işi görməlisən…

Ən sevdiyim reportajım…

Fərid bildirir ki, çalışdığı müddət ərzində bir çox videoreportajlar hazırlayıb. Amma onların arasında ən sevdiyi reportajı atası və nənəsi ilə birlikdə Kəlbəcəri ziyarət etməyi və doğmalarının yurduna qovuşduğu o unudulmaz anları kameranın yaddaşına köçürmək olub. O gün 3 nəslin nümayəndəsi Kəlbəcərə yollanıb. Nənəm, atam və mən. Viran qalan doğma yurdu görəndə nənəm gənclik illərindən, atam uşaqlığından danışırdı. Hər kəs qürurluydu. Mən də bir gənc olaraq həyatda ən qürurlu anımı yaşadım bəlkə də, o gün Ali Baş Komadanımızla qürur duydum, dövlətimizlə, ordumuzla fəxr elədim…
Mənim babalarımın hər ikisinin evi Kəlbəcərin Çıraq kəndindəydi. Həmin evləri eyni vaxtda rahat görə biləcəyim bir yüksəklik tapdım. Ora çıxıb o iki evə doyunca baxdım. Mən bu evləri görməyin xəyalını hələ məktəb vaxtından qurmuşdum. Mənim “ev” deməyimə baxmayın, onlardan yerdə ancaq daşlar qalmışdı… Amma indi bu torpaqlarda evlərimiz yenidən tikilir. Kəlbəcər yenidən qurulur. Bu torpaqlara qayıdan hər bir sakin ora yeni bir nəfəs verir. İşimlə əlaqədar demək olar ki, işğaldan azad olunmuş bütün ərazilərimizdə olmuşam. Doğma yurdun hər yanı ayrı bir gözəlliklərlə doludur. Burada həmsöhbət olduğum insanlar da çox mehriban və istiqanlıdırlar…

Arzum Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır

Onunla gənclər günündə görüşürdük. Fərid deyir ki, bu gün mən bir gənc kimi çox qürurluyam. Dövlətimizin dəstəyini daima hiss etmişəm, buna bir çox misallar çəkə bilərəm. Məsələn, mən ali məktəbdə ödənişli ixtisasda oxuyanda bu xərc dövlət tərəfindən qarşılanıb. Ali Baş Komandanımızın gənclərimizə böyük qayğısı, bu sahədə yürütdüyü siyasətin nəticəsidir ki, mən 4-cü kursu bitirən kimi özümə belə iş tapa bilmişəm. Bu siyahını çox uzatmaq olar. Düşünürəm ki, hər bir Azərbaycan gənci azərbaycanlı olduğu üçün fəxr etməlidir.
Ən böyük arzum gündən-günə gözəlləşən doğma torpaqlarımızda aparılan quruculuq işlərindən süjet və reportajlar hazırlamaq və Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır.

Yolun açıq olsun, Fərid balamız!

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Beynəlxalq Sülh Liderləri İnstitutu Bakıda (Azərbaycan) EcoVision Qlobal Saziş Konfransına və IIPL Mükafat Mərasiminə ev sahibliyi edir

Beynəlxalq Sülh Liderləri İnstitutu Bakıda (Azərbaycan) EcoVision Qlobal Saziş Konfransına və IIPL Mükafat Mərasiminə ev sahibliyi edir
Bakı, Azərbaycan – 30 yanvar 2025-ci il: Beynəlxalq Sülh Liderləri İnstitutu (IIPL) AlNassar Group Jordan, Azərbaycan Milli Aviasiya Akademiyası, Səudiyyə Ərəbistanı AlAhsa Readymix və Türk Ticarət Mərkəzi Bakı Azərbaycan ilə əməkdaşlıq edərək EcoVision Qlobal Saziş Konfransını uğurla təşkil etdi. və IIPL Mükafat Mərasimi, Cümə axşamı, 30 Yanvar 2025. Nüfuzlu tədbir Bakıda, Azərbaycanda, Türk Ulduzu Konfrans Salonunda və ekoloji davamlılığa və qlobal sülhə həsr olunmuş beynəlxalq ekspertlər, sülh tərəfdarları və görkəmli şəxsiyyətlərdən ibarət hörmətli bir panel topladı.
Qlobal Vizyonerlərin Toplantısı
Konfransı Azərbaycan Milli Aviasiya Akademiyasından Həcər Məmmədova aparıb, o, məruzəçiləri təqdim edib və tədbirin rahat keçməsini təmin edib. O, açılış nitqində qeyd etdi: “Qarşıdakı gün iki əsas sessiyaya bölünür. Bugünkü tədbir sadəcə bir konfrans deyil; bu, əməkdaşlığın və dialoqun gücünün sübutudur. Bu, yeni ideyaları alovlandırmaq, fikir mübadiləsi aparmaq üçün platformadır. daha güclü şəbəkələr yaradır və sərhədləri, inancları və mədəniyyətləri aşan birlik ruhunu qeyd edir”.
Konfransın Baş Qonağı AlNassar Group İordaniya və BƏƏ-nin sədri cənab Həsən Əli Mustafa Əlvəhdni olmuşdur. Tədbiri görkəmli natiqlər qrupu bəzədi, o cümlədən:
Muhammad Atta Ur Rehman – Beynəlxalq Sülh Liderləri İnstitutunun (IIPL) sədri
 Dr. Camal Hüseynov – Milli Aviasiya Akademiyasının müəllimi, Azərbaycan
Caroline Laurent Turunc – Qlobal Sülh Səfiri, IIPL Fransa; Türk, fransız və ərəb dillərində şairə və yazıçıdır
Sebahat Adalar – Türkiyə üzrə Qlobal Sülh Səfiri; Türk Film və Dram Sektorunun Tanınmış Aktrisası
Zəhra Lakhani – IIPL ABŞ-ın İcraçı Direktoru
Joao ​​Bernardo Vieira – Qlobal Sülh Səfiri, IIPL Qvineya Bisau
 Dr. Əhməd Alwakeel – Yaxın Şərq üzrə Regional Direktor, IIPL; Baş redaktor, JordanZad, İordaniya
Dahoua Anica – Qlobal Sülh Səfiri, IIPL Əlcəzair
Zaid Tayem – Qlobal Sülh Səfiri, IIPL Hollandiya; Ərəb əsilli müğənni, yazıçı və sənətçi
Prof. Dr. Muhammed Ali Abdullah Shah – Professor, Arid Agriculture University Ravalpindi, Pakistan
ZİNİN YEVGENİY – GSSE Limited şirkətinin icraçı direktoru, Bakı, Azərbaycan
İqlim Dəyişikliyi və COP29 Nəticələrinə diqqət yetirin
Konfransın birinci yarısı, EcoVision Qlobal Saziş Konfransı COP29-un nəticələrini müzakirə etmək və ekoloji davamlılığa, iqtisadi inkişafa və qlobal sülhə aparan yolları araşdırmaq üçün kritik platforma rolunu oynadı. Tanınmış natiqlər iqlim dəyişikliyinin azaldılması strategiyaları, davamlı inkişaf məqsədləri (SDG) və daha yaşıl planet üçün beynəlxalq əməkdaşlıq haqqında fikirlərini bölüşdülər.
IIPL-nin sədri Muhammad Atta Ur Rehman bütün hörmətli qonaqları səmimiyyətlə salamladı və aktual ekoloji problemlərin həllində qlobal tərəfdaşlığın əhəmiyyətini vurğuladı. O, “Biz COP29-dan sonra irəliləyərkən, dövlətlərin, sənayelərin və icmaların iqlim dəyişikliyini azaltmaq və gələcək nəsillər üçün davamlı gələcəyi təmin etmək üçün əməkdaşlıq etmələri zəruridir” dedi.
Dr. Camal Hüseynov davamlı inkişaf səylərinin inkişafında akademik institutların rolunu vurğulayaraq dedi: “Təhsil və tədqiqat ətraf mühitin mühafizəsi üçün innovativ həllərin işlənib hazırlanmasında mühüm rol oynayır. Milli Aviasiya Akademiyası qlobal iqlim problemlərinə dair bilik və məlumatlılığın artırılmasına sadiqdir”.
Caroline Laurent Turunc ehtirasla ədəbiyyat və incəsənətin sülh quruculuğundakı rolundan danışıb: “Sözün ruhlandırmaq və müalicə etmək gücü var. Bir şair və yazıçı kimi inanıram ki, ədəbiyyat mədəniyyətlər arasında körpü ola bilər, qarşılıqlı hörmət və anlaşmanı gücləndirə bilər”.
Sebahat Adalar əyləncə sənayesinin sosial dəyişikliyə təsirindən danışıb: “Film və televiziya qavrayışları və münasibətləri formalaşdırır. Sənətçilər olaraq sülh, tolerantlıq və ekoloji şüur ​​mesajlarını təbliğ etmək öhdəliyimiz var”.
Zəhra Lakhani davamlılıq səylərində liderliyin vacibliyini vurğuladı: “Daha yaşıl planetə doğru səyahət bütün sektorlardan güclü liderlik və öhdəlik tələb edir. Birgə səylər vasitəsilə biz mənalı dəyişikliklərə səbəb ola bilərik.”
Joao Bernardo Vieira kütləvi fəallığın əhəmiyyəti haqqında fikirləşdi: “İcmalara hərəkət etmək səlahiyyəti verilməlidir. Ekoloji problemlərdən birbaşa təsirlənənləri cəlb etmədən davamlı inkişafa nail olmaq mümkün deyil.”
Dr. Ahmed Alwakeel iqlim dəyişikliyi ilə bağlı ictimai rəyin formalaşmasında medianın rolu haqqında danışıb: “Jurnalistika və media platformaları ictimaiyyətin iştirakını və siyasət islahatlarını təşviq etmək üçün ekoloji problemləri dəqiq və təcili şəkildə işıqlandırmalıdır”.
Dahoua Anica sülh quruculuğu sahəsində qlobal əməkdaşlığa müraciət edib: “Sülh və davamlılıq bir-biri ilə əlaqəlidir. Biz harmoniya və təbiətə hörmətə əsaslanan gələcək qurmaq üçün sərhədləri aşmalıyıq”.
Zaid Tayem incəsənət və mədəniyyət diplomatiyası haqqında fikirləşdi: “Musiqi və incəsənət dil baryerlərini aşır. Onlar iqlim hərəkətinin və sosial ədalətin aktuallığını çatdırmaq üçün güclü bir vasitə təklif edirlər.”
Prof. Dr. Muhammed Ali Abdullah Şah iqlim dəyişikliyi ilə bağlı elmi araşdırmalar haqqında məlumat verdi: “İqlim dəyişikliyi ilə mübarizədə innovativ texnologiyalar və elmi tədqiqatlar əsasdır. Siyasətçilər uzunmüddətli təsir üçün tədqiqata əsaslanan həlləri dəstəkləməlidirlər.”
ZININ YEVGENIY korporativ davamlılıq təşəbbüslərini müzakirə edib: “Bizneslər ekoloji məsuliyyətə üstünlük verməlidirlər. Davamlı biznes modelləri təkcə etik deyil, həm də iqtisadi dayanıqlıq üçün vacibdir”.
Məhəmməd Səid Qaimxani Pakistanda Beynəlxalq Sülh Liderləri İnstitutunun fəaliyyəti ilə tanış olub.
Tədbirin ikinci yarısı sülh quruculuğuna, humanitar xidmətə və davamlı inkişafa əlamətdar töhfələr vermiş görkəmli şəxslər və təşkilatları təltif edən IIPL Sülh Mükafatlarına həsr olunub.
Hörmətli Baş Qonaq, cənab Həsən Əli Mustafa Əlvəhdni, dünya miqyasında sülhün, sosial ədalətin və ekoloji məsuliyyətin gücləndirilməsinə göstərdikləri fədakarlıqları nəzərə alaraq, görkəmli namizədlərə mükafatlar təqdim etdi.
Mərasimin diqqətəlayiq məqamı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından Miss Fərqanə Zülfüqarovanın IIPL üzvlüyünə dair müraciəti olmuşdur. Sülh və liderliyə sadiqliyinin tanınması üçün o, İnstituta rəsmi mənsubluğunu simvolizə edən IIPL loqosu ilə bəzədilib.
EcoVision Qlobal Saziş Konfransı və IIPL Mükafat Mərasimi dünyanın ən aktual problemlərinin həllində qlobal əməkdaşlığın gücünün sübutu oldu. Tədbir daha yaxşı gələcək üçün davamlı həll yollarını müzakirə etmək üçün iqlim ekspertlərini, siyasətçiləri, rəssamları, alimləri və sülh səfirlərini uğurla birləşdirdi.
Beynəlxalq Sülh Liderləri İnstitutu davamlı səyləri ilə qlobal sülhün, ətraf mühitin davamlılığının və sosial bərabərliyin inkişaf etdirilməsinə sadiqliyini bir daha təsdiqləyir. Azərbaycanda, Bakıda keçirilən tədbir IIPL-in dialoq, innovasiya və kollektiv fəaliyyətə əsaslanan dünyanı təşviq etmək səyahətində daha bir əlamətdar hadisə oldu. Tədbirdən fotolar:

Yazarlar.az

Çingiz Abdullayevin yeni kitabı işıq üzü görüb

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin “Xəyanət sənin adındadır” adlı yeni kitabı işıq üzü görüb. Kitabı kitab mağazalarından və internet üzərindən sifarişlə əldə etmək olar.

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Faruq Nafiz Camlıbel “Mələk“ şeiri

Bəzən uşaqlar valideynlərinə və ya digər doğmalarına düşündürücü suallar verirlər. Uşağın kiçik təfəkkür dünyasının maraqlı suallarından birini türk şairi Faruq Nafiz Camlıbel “Mələk “ şeirində görək necə cavablandırıb:

Ana dünən Zeynəbə

“Mələk balam “ deyirdi.

Eşidincə bu sözü

Qız belə sual verdi:

-Mələk balam nə demək?

Doğrusu, anlamadım.

Mələk qanadlı olar,

Hanı mənim qanadım?

Cavab verdi anası,

-Üç balam daha vardı,

Onlar qanadlanaraq

Əlimdən uçdu… qurtardı.

Üçü də yalnız qoydu-

Bu talesiz qadını

Barı sən uçma deyə-

Qopardım qanadını.