Qardaş Türkiyədən Etibar Həsənzadəyə hədiyyə

Aktruk Hədiyyəlik Əşya Reklam Ajansının Genel Başkanı sayın Erdogan Akturk tərəfindən ortaq Zəfərimizin kitabı olan ‘Vətən Uğrunda” kitabının maketi Etibara, şəhidlərimizə və qazilərimizə hədiyyə olundu.
Qeyd edək ki, kitabda bayraqlarimizi Qarabağda ucaldan döyüşçülərimizin həyat və döyüş yolları haqqında məlumatlar yer almışdır. Bu baxımdan tasarimda bayraqların yer alması çox anlamlı olmuşdur. Maketin tasarimi Erdogan Akturkə, kitabın üz qabığının tasarimi isə Hikmət Əliyevə məxsusdur.

İsmayıl Şıxlı və onun rəqibi

İsmayıl Şıxlı cəbhədən qayıtdıqdan sonra aspiranturaya sənəd verir. Həmin il İsmayıl Şıxlının seçəcəyi ixtisasa cəmi bir yer ayırıblar. Və taleyin işinə bax ki, həmin yerə yazıçı Əzizə xanım Cəfərzadə də namizəddir… Böyük gün gəlib çatır. Hər iki rəqib imtahanda iştirak edir. Həyəcandan, yoxsa stressdən…imtahan zamanı bir sual İsmayıl Şıxlının yadından çıxır. Bunu hiss edən Əzizə Cəfərzadə cavabı kağıza yazıb ona ötürür. Nəzarətçi müəllim bunu görür və təəccüb içində deyir:
– Əzizə, nə edirsən, axı siz rəqibsiz…
– Bilirəm!
– Bəs nə üçün sualın cavabını ona ötürürsən!?
– Axı o cəbhədən gəlib…
– Nə olsun, Əzizə!? Qəribəsən…
Əzizə Cəfərzadə sakit tonda belə cavab verir:
– Həyat qəribədir, müəllim…
Bu hadisənin üzərindən bir neçə həftə keçir. Nəticələr açıqlanır. İsmayıl Şıxlı istədiyi ixtisasa qəbul olur. Ancaq bu xəbər onu sevindirmir. Əksinə, çox məyus olur. Üzülür. Düşünür ki, o, bu nəticəyə layiq deyil. O yer, bu nəticə rəqibinin – Əzizə Cəfərzadənin haqqıdır. Buna görə o, Bakıda qalmır. Rayona qayıdır. Lakin bir neçə gündən sonra ona bir məktub göndərirlər. Məktubdan belə aydın olur ki, aspiranturadakı həmin ixtisasa daha bir yer əlavə olunub. Bu, o deməkdir ki, hər iki namizəd – İsmayıl və Əzizə həmin ixtisasda oxuya bilərlər. Bu xəbəri aldıqdan sonra İsmayıl Şıxlı Əzizə xanıma bir məktub yazır. Aldığı şad xəbəri onunla bölüşür. İmtahan zamanı etdiyi fədakarlığa görə ona təşəkkür edir. Məktubun imza hissəsində isə belə yazır: “Sənin rəqibin…”
İsmayıl Şıxlı bu hadisəni sonrakı illərdə qələmə aldığı “Mənim rəqibim” hekayəsinin ideyasına çevirmişdi. Özü bu barədə yazırdı: “Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır…“Mənim rəqibim”, “Qızıl ilan”, “Görüş”, “Namus qaçağı”, ”Təyyarə geçikir“ kimi hekayələr öz həyatımla bağlıdır…

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli Rza Xələfli – İradə Musayeva…

Baxış bucağı…
(ölümə elegiya)

Düşünürdüm… İradə Musayeva haqqında yazım… çap olunmuş kitabı əlimə gəlmədi.. illər öncə Müşfiqin məzarı ilə bağlı söz söhbət yayıldı… iradə xanım da münasibət bildirmişdi… mən də həmin münasibətə görə məktub yazmaq istədim… həmin yazıda ziyalı qətiyyəti məsələsini qoymaq, İradənin sərt obyektiv, qorxmazlıq nümunəsi olan obrazını əsas götürməklə, şəxsiyyətə qarşı qərəzlərin qaynağını məhz bu yöndə açmaq istəyirdim…
“İradə Musayevaya məktub” belə, yəni bu yöndə yazılmalı idi…
Təəssüf ki, bir dördlük həmin düşüncələrimin əks sədası kimi fb nin yaddaşında yaşamalı oldu…

Dəli könül həsrəti diləyində axtarsın,
Tənha uçan durnanın lələyində axtarsın…
Həsrətin sorağında Müşfiqi axtaranlar
Müşfiqi sevənlərin ürəyində axtarsın…

Altı il əvvəlki mətn birdən birə yaddaşımda oyandı… bəli, bircə bəndlə İradə Musayevaya məktub yazmışam….
Yəqin geniş yazı niyyətim olub… həyatımızın İradələri məhv edən qayğıları sözümüzü də beləcə öldürür… İradənin ölümü açıq sözün faciəsidir…

Köz basdı ölümüylə sözümüzün qəlbinə,
Acı xəbər gətirdi bu səhərin küləyi..
Nə deyəsən bu qəddar ölümlərin dəbinə,
Ruhumuzda yaşayar mələklərin diləyi…

İradəni zaman zaman gözümüz gəzəcək… cəsarətli söz yanğısı onu yaddaşımızda həmişə boya boy göstərəcək…
İradəni sevənlər könül dünyalarına baxsınlar…

07.02.2024

Mənbə:Elirza Xelefli

MÜƏLLİF: ƏLİ RZA XƏLƏFLİ

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

زائور اوستاج – گزدیم

گزدیم

گزدیم، قاریش-قاریش وطن تورپاغین
هر داغدا، دره‌ده ایزیم وار منیم
هله کئچیلمه‌میش اوجا داغلارین
اوجا ذیروه‌سینده گؤزوم وار منیم

گزدیم، یورولمادان آرانی، داغی
سئیر ائتدیم ان اوجقار چمنی، باغی
هئچ واخت قینامادیم زامانی، چاغی
چوخ بولاق باشیندا اوزوم وار منیم

گزدیم بو تورپاغی من اویماق-اویماق
اَن عادی داشا دا اولموشام قوناق
هر اوتون، چیچه‌یین حالین سوراراق
سینه‌مه ییغدیغیم سؤزوم وار منیم

زائور اوستاج

Əski əlifbaya çevirdi: Əli Çağla

SSRİ və İranın keçmiş liderlərinin şeirlərini təqdim edirik

İki tanınmış liderin- SSRİ və İranın keçmiş liderlərinin şeirlərini təqdim edirik:

İosif Stalin
(1879-1953)
Səhər
Çəhrayı bir qönçə açdı
Bənövşənin yaxasında.
Əsən mehlə oynayaraq
Zanbaq “çıxdı” yuxusundan.

Buludların üstdə uçan
Quşcuğaz da cilvələndi.
Bülbül kollar arasından
Həzin-həzin nəğmə dedi:

“Çiçəklən, ey Gürcüstanım,
Qoy sülh olsun nəsibimiz.
Gənc dostlar, yaxşı oxuyun,
Yurda şöhrət gətirin siz!”
(Громов Е.С. Сталин: искусство и власть. М., 2003, С. 27;
РГАСПИ, Ф. 558, Д. 669, Л. 46-47).

Ruhulla Xomeyni
(1902-1989)

BAHAR DİLƏKLƏRİ
Mən yenə qazmadayam, həmişə olduğutək,
Qəlbim sevgiylə dolu, oxşamıram ahıla.
Bağçalar gül açanda sanki gəncləşir ürək,
Daha payızı unut, uzaqdadır o hələ.

Sən qəfəsdə boğulan o quşa bir nəzər sal,
İndi fır-fır fırlanır, çəkir onu göy üzü.
Uçub getdi şimala coşan fırtına, külək.
Mübarək yağış isə yudu çəməni-düzü.

Bir gün pərdə enəcək, yazın gözəl camalı
Gözləri qamaşdırıb, ötəcəkdir bulud tək.

Mənbə: Firuz Mustafa

Tərcümə və təqdimat: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru