Geçtiğimiz hafta dört gün boyunca Nahçıvan’daydım. Sevimli bir Güney Kafkas şehri… Binaların mimarisi, şehrin yeşilliği, bahçeli evler, üniversite ve resmi binaların mütevazı ama görkemli görünümü beni derinden etkiledi. İran, Avrupa ve Anadolu burada birleşiyor…
Fakat asıl dikkatimi çeken başka bir ayrıntı vardı: Köylerde bile müzik okullarının bulunması ve Nahçıvan Devlet Üniversitesi’nin 150 kişilik bir senfoni orkestrasına sahip olması. Gurur duydum, hayran kaldım ve ister istemez kendi kendime sordum: “Atatürk’ün musiki devrimi yaptığı ülkemizde niye yok?” Konferanslar, orada karşılaştığım sorular, gösterilen ilgi beni büyüledi. Rektör Prof. Dr. Elbrus İsayev ve Azerbaycan Ombudsmanı, değerli hukukçu Sabina Aliyeva’nın davetiyle çıktığım bu yolculuk içimi aydınlattı.
Nahçıvan, mutfağıyla, sanatıyla, kültürüyle bambaşka bir ruh taşıyor. Kafkasya, Azerbaycan’ın varlığıyla şekilleniyor. Haydar Aliyev’in de dediği gibi: “Bir millet, iki devlet.” Askerî, ekonomik ve diplomatik alanda sağlanan denge dikkat çekici. Cumhurbaşkanı temsilcisi Fuad Necefli Bey beni kabul etti. Bütün hemşerileri gibi musiki ve gramer bilgisinin getirdiği bir beceri var. İstanbul Türkçesi konuşuyor. Avrupa dillerine de hâkim. Türkçe anadilin verdiği bu özelliği maalesef bizim memleketimizdeki gençlik yanlış telaffuzla bozmaktadır. Yani artık Türkçeyi güzel konuşanları dinlemek için Azerbaycan’a gideceğiz. Azerbaycan halkı Türkiye’ye büyük bir ilgiyle bağlı; yayınlarımız takip ediliyor, tercümeler yapılıyor, üniversite gençliği Türk kültürüne gönülden yöneliyor. İki ülke arasındaki bağların en güçlü yönü sadece askerî ve ekonomik alanlar değil, aynı zamanda kültürdür. Bu da tarihsel mirasın doğal bir sonucudur.
Nahçıvan’ın havası, suyu güzel. Kırsal alandaki problemleri eskiye göre çok düzelmiş. Karayolları gelişiyor. Türkiye tarihiyle de derin bağlara sahip. Özellikle 15. yüzyıldan 20. yüzyıl ortalarına kadar süren yakınlık dikkat çekicidir. Bu özelliği her daim göz önünde bulundurmak gerekir. NDU her zaman hafızamda örnek üniversiteler arasında kalacaktır.
Bu fotoşəkil Vətən müharibəsinin gedişində lentə alınıb
Zaman: 29 sentyabr 2020-ci il
Məkan: Tərtərin Talış kəndi istiqaməti
Şəkildə gördüyünüz üstdəki BTR bizimkilərin, altdakı BMP-2 isə ermənilərindir.
“1353” adlanan yüksəklik Talış yaşayış məntəqəsinin əldə saxlanılması üçün böyük strateji əhəmiyyətə malik idi. Yüksəkliyi müdafiə etmək üçün polkovnik-leytenant Əfqan Abdurahmanovun (şəhid olub, Vətən Müharibəsi qəhrəmanıdır) rəhbərliyi ilə əsgərlərimiz müdafiə mövqeyi qurmuşdular, müxtəlif istiqamətlərdən yüksəkliyin mühafizəsi təşkil edilmişdi.
Sentyabrın 29-u günortaya yaxın düşmən qəfildən bir tank, bir BMP-2 və təxminən 30 nəfərdən artıq canlı qüvvə ilə hücuma keçir.
Kəhrilər (Kəhillər) xarabalığı yaxınlığında qanlı, əlbəyaxa döyüş başlayır. Düşmənin irəliləməsinə, zirehli texnikanın mövqeyimizə girməsinə imkan vermək olmazdı. İlk növbədə zirehli texnika sıradan çıxarılmalı, sonra canlı qüvvə məhv edilməli idi.
Əsgər Oruc İbişli yaxın məsafədən qumbaraatanla erməni tankını vurur. Xeyli irəli soxulmuş BMP-2 isə daha böyük təhlükə yaradırdı. Çıxılmaz vəziyyət yaranmışdı. BMP-2-dən durmadan mövqelərimizə atəş açılırdı.
Zerehli texnika məhv edilməli idi, əks halda itkilərimiz çox olacaqdı. Bu ağır və təhlükəli vəziyyətdə müddətdən artıq xidmət edən hərbi qulluqçu, gizir Nəriman Atakişiyev böyük qərəmanlıq göstərir. O, gözlənilmədən BTR-ə minərək, onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürür. Düşmənin BMP-2 maşınındakı heyəti nəyin baş verdiyini anlayana qədər gizirimiz idarə etdiyi BTR-i düşmənin döyüş texnikasının üstünə mindirir və onun qülləsinin hərəkətini məhdudlaşdırır. Bundan sonra hərbçilərimiz düşmən texnikasına doğru hər tərəfdən əl qumbaraları tullayırlar. Qarışıqlıqdan istifadə edən polkovnik-leytenantlar Əfqan Əbdurahmanovla Soltan Məmmədov da mövqelərindən çıxaraq düşmən BMP-2-nə tərə qaçıb “lyuk”dan içəri əl qumbaraları atırlar və beləcə zirehli maşında olan düşmən əsgərləri məhv edilir.
AMEA MEK-DƏ “SUVERENLİYİMİZİ TƏMİN EDƏNLƏR” ADLI KİTABIN TƏQDİMATI KEÇİRİLDİ 26 sentyabr 2025-ci ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında gənc yazar, 8 kitab müəllifi, AJB və AYB üzvü Sevindik Nəsiboğlunun 19-20 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan qəhrəmanlarımıza həsr etdiyi, sayca 8-ci olan “Suverenliyimizi təmin edənlər” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə elm və mədəniyyət xadimləri, şəhid ailələri və gənc fəallar iştirak etdilər. Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Prezident təqaüdçüsü, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli tədbiri öz giriş sözü ilə açıq elan etdi və sonra Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Əli Rza müəllim çıxışında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun unudulmaz qələbəsi və 19-20 sentyabr 2023-cü il tarixlərdə aparılmış lokal xarakterli antiterror tədbirlərində 23 saat 43 dəqiqədə qazanılan zəfərin təntənəsindən söz açdı. Həmçinin təqdimatı keçirilən “Suverenliyimizi təmin edənlər” kitabından və kitabın müəllifi, gənc yazar Sevindik Nəsiboğlundan danışan Əli Rza Xələfli çıxışında gənc yazarın timsalında Azərbaycan ədəbiyyatının yeni mərhələsində şanlı qələbəmizin önəmli yeri və ifadəsini də vurğuladı. Filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vaqif Yusifli çıxışında Məhəmməd Füzuli kimi Azərbaycan dahilərindən misallar gətirərək vətənimizin qəhrəmanlar ölkəsi olduğundan və xalqımızın, dövlətimizin öz qəhrəmanlarına verdiyi yüksək dəyərdən danışdı. 18-19 yaşında sinəsini güllələrə sipər edən igidlərimizin yaşının kiçik olmasına baxmayaraq, ürəklərinin və vətən sevgilərinin böyüklüyünü vurğuladı. Təqdimatı olan kitabın müəllifi, gənc yazarın əməyini yüksək qiymətləndirərək, “Suverenliyimizi təmin edənlər” kitabının uzunömürlü, illər sonra da aktuallığını itirməyəcək ensiklopedik məlumat bazası olduğunu söylədi. Filologiya elmləri doktoru, professor Asif Rüstəmli 44 günlük Vətən müharibəsindəki və antiterror tədbirlərindəki qələbəmizdən, Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasından danışaraq gənc yazar Sevindik Nəsiboğlunun müharibədən əvvəlki və sonrakı dövrdə vətənpərvərlik istiqamətində gördüyü işlər və yaradıcı fəaliyyətindən söz açdı. O da öz növbəsində gənc yazara fəaliyyətində uğurlar arzuladı. AJB və AYB üzvü Nəzakət Kərimova-Əhmədova kitabın müəllifi olan Sevindik Nəsiboğlunun azyaşlı olmasına rəğmən gördüyü işlər və yaradıcılıq fəaliyyətindən söz açdı, onun yaradıcılıqla bərabər təhsilində də qazandığı uğurlardan və Milli Aviasiya Akademiyasının birinci kurs tələbəsi olmasından danışdı. “Günaz.az” saytının redaktoru, Cabir Novruz Mədəniyyət Mərkəzinin əməkdaşı Rəsmiyyə Heybətağaqızı çıxışında şəhidlərimizə Allahdan rəhmət diləyərək gənc yazara uğurlar arzuladı və onun antiterror şəhidi Cavid Cavanşir oğlu Zülfüqarova həsr etdiyi “Qarşıla məni, ana!” şeirini səsləndirdi. Sonra söz tədbirdə ön sıralarda iştirak edən şəhid ailələrinə verildi. Onlar şəhid övladlarının kitabda yer aldığı səhifəni tədbir iştirakçılarına göstərərək özlərini təqdim etdilər və çıxışlarında Allahdan şəhidlərə rəhmət, gənc yazara və onun timsalında şəhidlərə dəyər verən, onları işıqlandıran vətənpərvərlərə can sağlığı və uğurlar dilədilər. Qəhrəmanlarımızın bir çoxunun Vətən müharibəsindən, eləcə də “Qisas” əməliyyatından alnıaçıq çıxdığı, antiterror tədbirlərində də düşmənə son zərbəni vurub Şəhidlik zirvəsinə ucaldığı vurğulandı. Şəhid polis serjantı Rasim Məmmədovun anası, Bakı şəhəri Xətai rayonu 254 nömrəli tam orta məktəbdə şəhidin adını daşıyan sinifdə dərs deyən Xuraman xanım çıxışında bildirdi ki, şəhidləri tanımaq və tanıtmaq üçün ən yaxşı vəsait kitab, ən yaxşı yer məktəb və kitabxanalardır. Biz cənab Ali Baş Komandanın və şəhidlərimizin sayəsində ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdik. Xankəndi şəhərində Zəfər Paradı keçirildi. Həmçinin Xuraman xanım öz övladı Rasimin qəhrəmanlığından, polis orqanlarında 14 illik qüsursuz xidmətindən söz açdı. Hər gün övladının adını daşıyan sinifdə dərs keçməsinin onun üçün nə qədər ağır olduğunu söylədi. Gənc yazar Sevindik Nəsiboğlunun şəhidlərin tanınması yolunda gördüyü işi yüksək qiymətləndirərək ona öz dəstəyini və xoş sözlərini çatdırdı. Tədbir zamanı gənc yazarın fəaliyyətinin önəmli hissəsini əhatə edən video-çarx tədbir iştirakçıları tərəfindən maraqla izlənildi. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi, gənc fəal Əli Xudatzadə çıxışında gənc yazarla olan tanışlığından fəxrlə danışaraq, onun gənc yoldaşlarına bir nümunə olduğunu bildirdi. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin çox böyük təşəbbüs olduğunu söyləyərək bu yolda gənc yazara uğurlar arzuladı. Gənc yazar, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi Şəhriyar Məmmədzadə müharibə mövzusunun və bu mövzuda yazı yazmağın, fəaliyyət göstərməyin çətin və bir o qədər də şərəfli olduğunu qeyd etdi. Vaxtilə müharibə zonasında yaşayan biri olaraq öz xatirə və təəssüratlarının əsasında bir daha şəhidlərin qəhrəmanlığından danışaraq onların valideynlərinin də qəhrəman olduğunu söylədi. Sevindik Nəsiboğlu ilə olan tanışlığından da söz açaraq onu çoxdan tanıdığını və fəaliyyətini izlədiyini söylədi, gördüyü işləri vurğulayaraq vətənpərvərliyini yüksək dəyərləndirdi və gənc yazar dostuna təhsil və yaradıcılıq yolunda uğurlar arzuladı. Bakı şəhəri 200 nömrəli məktəb-liseyin 7-ci sinif şagirdi Günəş Ramazanova əvvəlcə tədbir iştirakçılarını, o cümlədən şəhid ailələrini salamladı, daha sonra musiqisi Xeyransa Ramazanlıya, sözləri gənc yazar Sevindik Nəsiboğluna məxsus olan “Azərbaycanımızsan” adlı mahnını ifa etdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri üzrə şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva çıxışında dövlətimizin şəhidlərimizə, şəhid ailələrinə verdiyi böyük dəyər və qiymətdən söz açdı. Şəhidlərimizdən və onların qanları, canları bahasına əldə etdiyi zəfərimizdən danışdı. Gənc yazar Sevindik Nəsiboğlunun vaxtilə Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndəsi kimi fəaliyyətini xüsusi vurğuladı və onun ictimai fəaliyyətini yüksək qiymətləndirdi. Sonda kitabın müəllifi Sevindik Nəsiboğlu çıxış edərək kitabın yazılma prosesindən və məzmunundan danışdı, kitab təqdimatında əməyi keçən və tədbirdə iştirak edən hər kəsə, xüsusilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə, AMEA MEK-in rəhbərliyinə və şəhid ailələrinə təşəkkürünü bildirdi. O, çıxışının sonunda müəllifi olduğu “Var ol, Azərbaycanım!” şeirini söylədi. Elm və mədəniyyət xadimləri olan Asif Rüstəmli və Əli Rza Xələflinin yekun çıxışları ilə kitab təqdimatı sona yetdi. Xatirə fotoşəkilləri çəkildi və gənc yazar oxucularına hədiyyə etdiyi kitablarını imzalayaraq təqdim etdi. Biz də inanırıq ki, antiterror tədbirlərində şəhid olan qəhrəmanlarımızı tanıtmaq üçün edilən bu böyük təşəbbüs böyük oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq, tədbirdə deyildiyi kimi bundan illər keçsə də “Suverenliyimizi təmin edənlər” kitabı bədii-publisistik, eləcə də bioqrafik və ensiklopedik mənbə kimi istifadə ediləcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin! NƏZAKƏT EMİNQIZI Yazar-publisist, AYB, AJB və PEN Klubun üzvü 27.09.2025
Salam olsun, çox dəyərli oxucum! Mahirə Nağıqızının 65 illliyinə həsr etdiyim “İnsan, yurd və ana dili” adlı silsilə yazımın yekun – altıncı bölümü ilə qarşınızdayam.
Mahirə Nağıqızının yaradıcılığı Azərbaycan ədəbi düşüncəsində milli dəyərlərin, mənəvi bütövlüyün və insanilik fəlsəfəsinin parlaq ifadəsidir. Onun poetik və nəsr əsərlərində “insan”, “yurd” və “ana dili” anlayışları yalnız bədii motiv deyil, həm də milli kimliyin, varlıq fəlsəfəsinin əsas dayaqları kimi təqdim olunur. Bu üç mövzu – insan, yurd, ana dili – Mahirə Nağıqızının bütün yaradıcılıq istiqamətlərini birləşdirən mənəvi üçbucaqdır. Biz bu çuğlaşmanı ümumilikdə “yurdsevərlik” – vətənpərvərliyin ən ali mərtəbədə təzahürü kimi dəyərləndirdik. Bu yekun yazımda bir daha Mahirə Nagıqızının yazdıqlarını bu üç aspektdən nəzərdən keçirib, ümumi tezislərlə silsilə yazımı yekunlaşdıracam.
İnsan – ruhun güzgüsü
Mahirə Nağıqızının əsərlərində “insan” anlayışı sadəcə bioloji varlıq kimi deyil, mənəvi dünyası, vicdanı və ruhu ilə dərk olunan canlı varlıq kimi təqdim olunur. O, insanı həm cəmiyyətin, həm də tarixin daşıyıcısı kimi görür. Yazıçının qəhrəmanları çox zaman daxili mübarizə aparan, mənəvi seçim qarşısında qalan insanlardır. Onlar həm öz “mən”lərini, həm də toplumun ağrısını daşıyırlar. Nağıqızının qələmi ilə insanın həyat yolunun, taleyin və inamın toqquşduğu nöqtələr açılır. O, insanı əzabları ilə sevir, onun zəifliyində böyüklük, səssizliyində müdriklik görür. Beləliklə, insan Mahirə Nağıqızının yaradıcılığında bəşəri varlığın mənəvi güzgüsünə çevrilir.
Yurd – ruhun məkanı
Mahirə Nağıqızının ədəbi aləmində “yurd” anlayışı sadəcə coğrafi məkan deyil, sevginin, kökün və yaddaşın ünvanıdır. Onun şeirlərində və hekayələrində yurd həsrəti insanın ən dərin hisslərindən biri kimi ifadə olunur. Bu həsrət həm doğma torpağın itkisi, həm də mənəvi uzaqlaşmanın ağrısıdır. Nağıqızı üçün yurd – təkcə torpaq deyil, həm də tarixdir, milli kimlikdir, keçmişlə gələcəyi bağlayan körpüdür. Onun qəhrəmanları vətənə qovuşmaq, torpağın qoxusunu duymaq, uşaq səsinə, ana nəfəsinə qayıtmaq arzusu ilə yaşayır. Yazıçı üçün yurd sevgisi millətin yaşamaq iradəsidir.
Ana dili – ruhun səsi
Mahirə Nağıqızının yaradıcılığında ana dilinə münasibət xüsusi bir sevgi və məsuliyyətlə ifadə olunur. O, dili sadəcə ünsiyyət vasitəsi kimi deyil, milli varlığın qoruyucu qalxanı kimi təqdim edir. Nağıqızının fikrincə, ana dilinə sevgisi olmayan xalqın gələcəyi də ola bilməz. Onun şeirlərində dilin saflığı, milli sözün gücü, ana laylasının sehri təntənə ilə tərənnüm olunur. Ana dili onun üçün həm şəxsiyyətin formalaşması, həm də millətin öz kimliyini, milli mənsubiyyətini yaşatması və milli özünüdərkin tamamlanması üçün ən vacib amildir.
Yekun – yurdsevərlik
Mahirə Nağıqızının yaradıcılığında insan, yurd və ana dili bir-birindən ayrı mövzular deyil, bir bütöv mənəvi sistemin parçalarıdır. İnsan – o dili danışan, o yurdda yaşayan və o torpağın ağrısını duyan varlıqdır. Yurd – insanın ruhunda yaşayan torpaq, dil isə həmin torpağın nəfəsidir. Nağıqızının yaradıcılığı oxucunu mənəvi oyanışa, milli özünüdərkə və insanlıq dəyərlərinə çağırır. Onun qələmində hər söz bir dua, hər obraz bir yaddaş, hər fikir bir çağırış kimi səslənir.
Mahirə Nağıqızı bu üç mövzunu — “insan”, “yurd” və “ana dili”ni — milli ruhun təməl sütunları kimi ucaldaraq Azərbaycan ədəbiyyatında özünəməxsus bir mənəvi xətt yaratmışdır.
Bununla da bu mövzuda söhbətimizin sonuna gəldik, əziz və çox dəyərli oxucum. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun!
Əziz dostlar, sentyabrın 29-u görkəmli alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Azad Mirzəcanzadənin doğum günüdür. Allah rəhmət eləsin.
Dünyada demək olar ki, bütün insanların ad günləri qeyd edilir. Uşaq ikən yalnız valideynləri və ən yaxın qohumları, bir az sonra sinif yoldaşları, yaşıdları, dostları həmin gün onun yanında olurlar. Zaman keçdikcə bu insan ətrafındakılardan seçilərək şəxsiyyətə çevrilə bilirsə, onun ad günləri – 50, 60, 70 və s. illik yubiley tədbirləri geniş çərçivədə keçirilir. Məşhur şəxsiyyətlərin arasında elə seçilmişlər də olur ki, onlar öz əməlləri, xidmətləri, fərdi xüsusiyyətləri ilə yalnız yubileylərində yox, hər ad günündə, bəlkə də hər gün, hər saat xatırlanırlar. Xalqımızın XX əsrdə yetişdirdiyi belə xoşbəxt insanlardan biri də universal zəka sahibi, zəngin məntiqi təfəkkürlü görkəmli alim, aldığı məlumatı bir anda aşılayıb yeni keyfiyyətlərlə ideyalar çoxluğuna çevirmək bacarığına malik fitri istedad, geniş elmi maraqları olan unikal şəxsiyyət, ən mürəkkəb fikirləri adi insanların başa düşəcəyi tərzdə şərh edə bilən mahir pedaqoq və digər qeyri-adi fenomenal xüsusiyyətləri ilə adı tarixə yazılmış akademik Azad Mirzəcanzadədir. Zənnimcə, o, Azərbaycan elmində elə bir iz qoyub getmişdir ki, bugünkü gənclik onu yaxşı tanıyır və bəlkə də onun titullarını və tərcümeyi-halını yazmağa ehtiyac yoxdur. Bu məqalədə qeyd edilməsə də, hamı bilir ki, 78 illik ömründə insan nə edə bilərsə, hamısının artıqlaması ilə öhdəsindən gəlmiş Azad Xəlil oğlu Mirzəcanzadə ölkəmizdə neft və qaz mədən mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Təbiət Elmləri Akademiyası, Başqırdıstan Elmlər Akademiyası və Ukrayna Neft qaz Akademiyasının həqiqi üzvü, Fəxri neftçi, Fəxri qaz sənayesi işçisi, iki dəfə Azərbaycan Dövlət mükafatı, üç dəfə İ.M.Qubkin adına mükafat, 2 dəfə “Qırmızı əmək bayrağı” ordeni, Azərbaycan Respublikasının “İstiqlal” ordeni laureatı, Azərbaycan Respublikasının Əməkdar elm və texnika xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. Azərbaycan elminin inkişafında mühüm tarixi xidmətləri, tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli tədqiqatları olan, neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqini araşdıran akademik Azad Mirzəcanzadə mürəkkəb və şərəfli bir həyat yolu keçmişdir. 1928-ci il sentyabrın 29-da Bakıda anadan olmuş Azad Mirzəcanzadə 1936-cı ildə 14 nömrəli məktəbin birinci sinfinə getmişdir. Onun uşaqlıq və gənclik dövrü İkinci Dünya müharibəsi illərinə təsadüf etmişdir. Sonralar həmin məktəb hərbi hospitala çevrildiyindən o, sinif yoldaşları ilə bərabər 18 nömrəli məktəbə köçürülmüşdür. Məktəbdə oxuduğu illərdə xüsusi riyazi qabiliyyəti ilə seçilən Azad eksternat yolu ilə imtahan verərək vaxtından əvvəl – 15 yaşında orta məktəbi bitirmişdir. Müharibənin yaratdığı ağır şərait, anası – Asya xanım və bacısı – İradə xanımla birgə yaşadıqları çətin həyat onu hələ gənc yaşlarından zəhmətə, mübarizəyə alışdırmışdı. 15 yaşından axşam fəhlə-gənclər məktəbində riyaziyyatdan dərs deməklə ailəsinə kömək edən Azad bu fəaliyyətini 1944-1951-ci illərdə orta məktəbdə dərs deməklə davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Sənaye İnstitutuna (indiki ADNSU) sənəd vermək istəyir. Yaşı az olduğundan onun sənədləri qəbul edilmir. Gənc Azad institutun rektoruna müraciət edir. Rektor institutun neft-mədən ixtisasında oxumaq istəyənlərin sayı az olduğundan, müstəsna hal kimi onun həmin fakültəyə qəbul olunmasına razılıq verir. Azadı dərin ağıl, böyük istedad sahibi hesab edən sinif yoldaşları bu “ədalətsiz” qərarla razılaşmır və hətta “neftçi” ixtisasına qəbul olmağa razılıq verdiyinə görə onu qınayırlar. Azad cavabında deyir: “siz yerin təkinin hansı elmi imkanlarının olduğunu başa düşmürsünüz”. O, 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Dövlət Neft Akademiyası (indiki ADNSU) nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir. Azad Mirzəcanzadə həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edərək 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında (indiki ADNSU) kafedra müdiri işləmişdir. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, Azad Mirzəcanzadə elmin təşkili və idarə olunması prosesində fəal iştirak edərək 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir. Özünəməxsus xarakteri olan Azad Mirzəcanzadə ətrafındakı istedadlı insanlara çox diqqətlə yanaşardı, ancaq daha böyük uğurlar əldə etməsi naminə həmin insan hətta gözəçarpacaq elmi nailiyyətlər əldə edəndə belə, onu tərifləməzdi. Özünə də, ətrafdakılara da tələbkarlıqla yanaşan akademik deyərdi ki, “Mənim arzum özümdən sonra yolumu davam etdirən, məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir”. Ondan soruşanda ki, tələbələrinizin təhsilinə çox üstünlük verirsiniz, yoxsa intizamına, belə deyərdi: “Nə oxumaq, nə də intizam əsas deyildir, bunlar ancaq nəticədir. Əsas isə insanın mənlik və talantının olmasıdır. Bu iki amil olduqda təhsil də, intizam da öz-özünə əmələ gəlir. Düşünmədən cavab verdi ki, heç bir elm sahəsi riyaziyyatdan ayrı deyil! Ədəbiyyatın özündə də riyaziyyat var. Yer üzündə elə bir sahə yoxdur ki, orada riyaziyyat olmasın. Riyaziyyat bütün elmlərin açarıdır. İnformatika riyaziyyatdır, fizika riyaziyyatdır, ədəbiyyat, tarix, kimya, coğrafiya, biologiya riyaziyyatdır. Riyaziyyatsız nə var? Heç nə! Ona görə də şagirdə birinci riyaziyyatı sevdirmək lazımdır. Yaxşı xatırlayıram, Qərbi Azərbaycanın ucqar bir kəndində orta məktəbdə oxuduğum 1960-cı illərdə bizə riyaziyyatdan dərs deyən Mürsəl müəllim böyük fəxrlə danışırdı ki, Bakıda bir cavan riyaziyyatçı-alim meydana çıxıb, deyilənə görə çox istedadlı adamdır, qeyri-adi zəkası var, 23 yaşında (o dövrdə!!!) namizədlik, 29 yaşında doktorluq dissertasiyası müdafiə edib, 34 yaşında Akademiyanın müxbir üzvü seçilib. Moskvanın və Rusiyanın bütün alimləri ona heyran qalıblar. Mürsəl müəllim ağızdolusu danışdıqca biz kənd məktəbinin şagirdləri ona heyranlıqla qulaq asır, haqqında danışdığı Azad müəllimi görmək arzusu ürəyimizi pörşələyirdi. O biri uşaqları dəqiq deyə bilmərəm, şəxsən mənim Bakıya gəlib ali məktəbə daxil olmaq arzumu şərtləndirən səbəblərdən biri də Azad Mirzəcanzadəni görmək ehtirası idi. Ancaq mən onu ilk dəfə yaxından 1964-cü ildə Bakıya gəlişimdən 33 il sonra – 1997-ci ildə Bakı Dövlət Universitetinin rektoru olarkən görə bildim. Himnimizin sözlərinin müəllifi, istiqlal şairimiz Əhməd Cavadın oğlu Yılmaz Axundzadənin vasitəsilə tanış olduq. Mən bu böyük insanın nə qədər unikal, qeyri-adi zəka sahibi olduğuna məəttəl qaldım və uzun müddət gözlədiyim bu günü görməyimdən çox məmnun oldum, həm də 35 ildən artıq ürəyimdə saxladığım bir sualı yarızarafat, yarıgerçək ondan soruşdum:
-Azad müəllim, bizə orta məktəb müəllimimiz Sizi riyaziyyatçı kimi tanıtmışdı. Ancaq sonralar bildim ki, Siz neft-mədən ixtisası üzrə təhsil almısınız və neft-qaz mexanikası sahəsində mütəxəssissiniz. Mənə doğma olan riyaziyyatın neftə nə qədər aidiyyəti var? Düşünmədən cavab verdi ki, heç bir elm sahəsi riyaziyyatdan ayrı deyil! Ədəbiyyatın özündə də riyaziyyat var. Yer üzündə elə bir sahə yoxdur ki, orada riyaziyyat olmasın. Riyaziyyat bütün elmlərin açarıdır. İnformatika riyaziyyatdır, fizika riyaziyyatdır, ədəbiyyat, tarix, kimya, coğrafiya, biologiya riyaziyyatdır. Riyaziyyatsız nə var? Heç nə! Ona görə də şagirdə birinci riyaziyyatı sevdirmək lazımdır. Sonralar bildim ki, Azad müəllim özü yaratdığı 147 nömrəli Texniki-humanitar liseydə hər şənbə şagirdlərə mühazirə oxuyarkən məşhur riyaziyyatçı A.Kolmoqorovun elmi işləri haqqında geniş məlumat verirmiş və onlara riyaziyyatı sevdirməyə çalışırmış. Musiqi alətlərində professional şəkildə ifa etməyi bacaran Azad Mirzəcanzadə musiqi melodiyalarının strukturunda, qanın kapilyarlarda və damarların hərəkətində, neftin boru kəmərləri ilə axını və məsamələrdə süzülməsində riyazi məntiq elementlərinin olmasını sübut edirdi. Akademik Azad Mirzəcanzadə Qərbi Sibirdə, Tümen vilayətində, Tatarıstanda, Almaniyada, Başqırdıstanda, Əlcəzairdə, Vyetnamda, Çində və digər ölkələrdə geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, 1962, 1965, 1966 və 1972-ci illərdə Polşada, 1965 və 1966-cı illərdə Almaniya Federativ Respublikasında, 1969, 1972 və 1986-cı illərdə Almaniya Demokratik Respublikasının Frayberq şəhərində keçirilən konfranslarda, 1967-ci ildə Azərbaycanın hökumət nümayəndə heyətinin tərkibində Kanada EKSPO-67 sərgisində, Yaponiya, Kanada, Rumıniya, Norveç və İngiltərədə keçirilən Beynəlxalq Elmi konqreslərdə, o cümlədən 1969-cu ildə Yaponiyanın Kioto şəhərində Beynəlxalq Hidravlik Tədqiqatlar Assosiasiyasının XIII konqresində iştirak etmiş və Əlcəzair, Suriya, Türkiyə, Bolqarıstan və Vyetnamda neft sənayesi işçilərinə mühazirələr oxumuş və məsləhətlər vermişdir. Azad müəllim 1973-1987-ci illərdə Başqırdıstan Dövlət Universitetində, 1979-cu ildən ömrünün sonuna qədər hər il Ufada Neft və neft məhsullarının nəqli, yığımı və hazırlanması Ümumittifaq Elmi Tədqiqat İnstitutunda “Neft və neft məhsullarının boru kəmərləri ilə nəqlində hidrodinamika, texniki diaqnostika və təhlükəsizlik məsələləri” və 1967-ci ildən başlayaraq Almetyevsk, Kiyev, Tümen, Bakı, İvano-Frankovsk, Krasnodar və s. kimi şəhərlərdə hər il “Yuyucu mayelərin və tamponaj məhlulların hidravlikası” mövzularında elmi seminarlar keçirmiş və mühazirələr oxumuşdur. 1975-1985-ci illər ərzində Tümen şəhərində keçirilən “Neft-qaz mexanikasının problemləri” seminarlarına rəhbərlik etmişdir. Belə geniş beynəlxalq nüfuzunun nəticəsi idi ki, dərs dediyi universitetdən kənara bir addım atmayan, Rusiyanın bir çox tanınmış alimləri Azad Mirzəcanzadənin dühası qarşısında heç bir söz demədən Bakıdakı elmi konfranslarda, simpoziumlarda məmnuniyyətlə iştirak edərdilər. Bunların sırasında SSRİ Elmlər Akademiyasının vitse-prezidenti akademik M.D.Millionşikov, akademiklər L.İ.Sedov, A.Y.İşlinski, S.A.Xristanoviç, P.A.Rebinder, X.A.Raxmatullin, A.A.İlyuşin, Q.Q.Çornıy, Yeryomenko, professorlar Q.İ.Barenblatt, L.A.Qalin, P.M.Oqibalov kimi dövrün məşhur alimləri var idi. Yadımdadır ki, ABŞ-da, Çində, Norveçdə və Almaniyada xidməti ezamiyyətdə olarkən və həmin ölkələrdə Azad Mirzəcanzadənin görkəmli alim kimi tanındığını və dəyərləndirildiyini eşidərkən bir azərbaycanlı kimi qürur hissi keçirirdim. Bu böyük alimin elmi irsinə dünyanın nüfuzlu jurnallarında çap olunmuş 500-ə yaxın elmi məqalə, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti, 50 ixtira və elmi kütləvi əsərlər daxildir. Fikrimizcə, akademik Azad Mirzəcanzadə dünyanın nadir alimlərindən biri, bəlkə də yeganə şəxsdir ki, elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirmişdir. Bu sahədə dünya üzrə dəqiq hesabat aparılsaydı, Azad müəllim hətta Ginnesin rekordlar kitabına da düşə bilərdi, çünki bir ömür ərzində bu qədər doktorluq və namizədlik işinə rəhbərlik etmək, 400 ideya, yeni mövzu, istiqamət müəyyənləşdirmək, onları həyata keçirmək üçün qeyri-adi istedad sahibi, parlaq və fenomenal insan, yorulmaz və fədakar alim, çoxşaxəli fəaliyyəti uzlaşdıran şəxsiyyət olmaq lazım idi. Həm də yetişdirdiyi alimlər yalnız Azərbaycan vətəndaşları olmayıblar, 20-yə yaxın ölkənin kadrları ilə paralel işləyərək akademik Azad Mirzəcanzadə ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində öz xidmətlərini göstərib. Qeyd edim ki, Azad müəllimin rəhbərliyi ilə yalnız Başqıdıstanda 34 nəfər elmlər namizədi, 18 nəfər elmlər doktoru hazırlanmışdır. Ondan soruşanda ki, bir rəhbərin 400 alim yetişdirməsi nə qədər realdır? Cavabında belə deyərdi: “Mənim yüzlərlə ideyalarım olmuşdur ki, həmin ideyalar həm geologiya, həm qazma, həm neft və qazın hasilatının, nəqlinin, mədən mexanikasının və s. elm sahələrinin əsaslarının formalaşmasına xidmət etmişdir. Beləliklə, bir ideya bir neçə istiqamətin elmi bünövrəsini təşkil edərsə, onda burada qeyri-adi bir şey yoxdur”. Azad müəllim azad adam idi – zəkası insan təxəyyülünün çata biləcəyi ən uzaq nöqtələrinə qədər inkişaf etmiş bu şəxsiyyətin məhdudiyyətsiz təfəkkürü kimi, hərəkətləri, münasibəti, qərarları da çərçivəsiz idi. Onun üçün kiminsə vəzifəsi, hökmü, səlahiyyəti, yaxud imkanı, nüfuzu, var-dövləti heç bir əhəmiyyətə malik deyildi. Dünyanın ali, xüsusi istedadlı dahi şəxsiyyətlərin əksəriyyəti kimi onun üçün də həqiqət, ədalət, mərdlik, əyilməzlik hər şeydən yüksək idi. Ali Attestasiya Komissiyasının və Dövlət Elm və Texnika Komitəsinin sədrliyi kimi yüksək vəzifələrdən istefa verəndə də, Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kafedra müdirliyindən “papağını götürüb gedəndə” də Azad müəllim heç kəsin qarşısında əyilmədi, həmişə kişi jesti etdi. Onun nəinki sınmağını, hətta bir balaca əyilməyini görmək istəyən bədxahlarının arzusu isə həmişə ürəklərində qaldı. Gördüyü və həyata keçirdiyi bu ölçüyəgəlməz işlərin, xidmətlərin müqabilində Azad müəllim “Mən hələ xalqıma çox borcluyam” deyirdi. Bu, əsl Azad Mirzəcanzadə milli vətəndaşlığı idi. O, öz mövqeyi, məhsuldar əməyi, parlaq ideyaları, yüksək mədəniyyəti, mənəviyyatı, şəxsi nümunəsi ilə bütün məsləkdaşlarını elmi axtarışların əlçatmaz zirvəsinə sövq edir, doğma Azərbaycanımıza vicdanla, ləyaqətlə xidmət etməyə səsləyirdi. Xatirimdədir, Azad müəllim Ali Attestasiya Komissiyasının sədri işlədiyi 9 il ərzində onu müxtəlif yollarla ələ almağa çalışan saxta alimlərin birini də yaxın buraxmırdı, bir insan kimi nə qədər humanist, xeyirxah olsa da, bu məsələdə çox sərtlik, prinsipiallıq nümayiş etdirirdi. Ən maraqlısı budur ki, ixtisas baxımından mexanik olsa da, bu adam o qədər zəngin və hərtərəfli biliyə malik idi ki, istər filologiya, tarix, hüquq, ya tibb sahəsi olsun, istərsə də elmin yeni istiqamətlərindən biri, AAK-a gələn dissertasiyaları özü vərəqləyib onun elmi səviyyəsini müəyyən edirdi, yalnız bundan sonra ekspert komissiyasına göndərirdi. Böyük zəhmət hesabına başa gəlsə də belə şəffaf, obyektiv və sərt yanaşması ilə Azərbaycan elmini təsadüfi adamlardan qoruyaraq milli təəssübkeşliyi sözdə yox, əməldə həyata keçirməyi bacardı. Açıq deyirəm ki, əgər istəsəydi, Azad müəllim dövrünün ən imkanlı adamlarından biri ola bilərdi, ancaq ləyaqəti, milli mənafeyi hər zaman uca tutan bu müdrik şəxsiyyət imzasını var-dövlətə satmadı. Müdrik Azad müəllim əyri yollarla elmi dərəcə almaq istəyən adamlar haqqında deyirdi ki, “bunlar professor adını ancaq öləndə başdaşı üzərində yazdırmaq üçün istəyirlər”. Mən şahidəm ki, hətta çox yüksək mənsəb sahibləri də, onunla bir məclisdə əyləşib əhvali-ruhiyyəsinin yüksək olmasından istifadə etmək arzusunda olanlar da Azad müəllimin sərt reaksiyası ilə rastlaşardı, sahibsiz, “qohum”suz, “adam”sız onlarla istedadlı alim isə çox qısa müddətdə dissertasiyasının təsdiqini alardı. Onlarla, bəlkə də yüzlərlə şahid var ki, bu fikirləri təsdiq edər. Mən onlardan birini, görkəmli alim, Əməkdar hüquqşünas Firudin Səməndərovun xatirələrini yada salmaq istəyirəm. O danışırdı: “Bir gün mənə dedilər ki, Azad Mirzəcanzadə səni öz yanına dəvət edir. Doğrusu, narahat oldum, şəxsən tanımasam da, onun qəribə xasiyyətləri haqda eşitmişdim, bilirdim ki, nəinki kitab, dissertasiya, hətta hansısa məqaləni oxuyub bəyənməsə, amansız münasibət bildirəcək, həm də vəzifədə olan adamlara qarşı çox sərt mövqeyi var. Digər tərəfdən, təbiət elmləri sahəsində mütəxəssis olsa da, bütün elmləri, o cümlədən hüququ da yaxşı bilir, pisi-yaxşını dəqiq ayırd edir, o zamanlar neçə-neçə vəzifəli şəxsin namizədlik, doktorluq dissertasiyasını plagiat, ya da zəif olduğuna görə müəllifin gözləri qarşısında cırıb zibil qabına atmışdı. “Görəsən hansı yazım xoşuna gəlməyib, mənə nə deyəcək”, – fikirləşə-fikirləşə ehtiyatla qapısını döydüm. Rus dilində “zaxodite” (gəlin) qışqırtısından bir az da özümü itirib içəri keçdim. “Kimsiniz, nə istəyirsiniz?” soruşdu, özümü təqdim edəndə ayağa qalxıb ikiəlli görüşdü, yer göstərdi. “Cinayət hüququ. Cinayət və cəza məsələləri” kitabımla bağlı suallar verməyə başladı. Elə suallar ki, bu sualları dünyanın cinayət hüququ üzrə ən yaxşı mütəxəssisləri fikirləşə bilərdi. Onun güclü aurasının təsiri altında özümü böyük həyat təcrübəsinə malik insan, universitetdə rektor, Hüquq fakültəsində dekan işləmiş, uzun illər mühazirə oxumuş müəllimdən daha çox 5-ci sinif uşağı kimi hiss edirdim. Digər tərəfdən isə onun bu dərin, həm də bilavasitə ixtisasla bağlı suallarına cavab verdikcə rənginin açıldığını görüb özümə gəlirdim. Nəhayət, soruşdu ki, niyə doktorluq işi müdafiə etməmisiniz? Dedim ki, Azad müəllim, doğrusu, həmişə vaxt problemim olub, ancaq gələn ilə planlaşdırıram. “Xeyr”, – dedi, “bu iş gələn ilə qalmamalıdır. Siz yazdığınız kitablara və intellektinizə görə həmin ada bu gündən layiqsiniz”. Düyməni basıb kimisə çağırdı, sənədlərin hazırlanmasını tapşırdı, “bugünkü tarixdən Siz elmlər doktorusunuz, gedə bilərsiniz”, – deyib əlimi sıxdı. Həqiqətən, bir müddət sonra məni AAK-a dəvət edib həmin tarixlə Hüquq elmləri doktoru diplomunu təqdim etdilər”. Xoş hisslərlə xatırlayıram ki, onun Dövlət Elm və Texnika Komitəsinə və Ali Attestasiya Komissiyasına rəhbərlik etdiyi dövrdə mən də Azərbaycan təhsilinə rəhbərlik etmişəm və bu səbəbdən onunla arabir görüşürdük. Onun çox maraqlı, həm də qəribə xüsusiyyətləri var idi. Məsələn, bu adam neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masasının üzərində yalnız Üzeyir Hacıbəylinin şəkli olardı. Ali Attestasiya Komissiyasının sədri olan zaman stolunun üstü dəftər-kitabla, müxtəlif qeydlərlə, kağız-kuğuzla dolu olardı. Çox səliqəsiz, üst-üstə yığılmış bu kağız qalaqları adamı darıxdırdı. Ancaq Azad müəllim istənilən kitabı və ya dissertasiyanı kağızların arasından o dəqiqə tapa bilirdi. Maraqlı idi ki, iş masasının üstünü təmizləməyi, oranı sahmana salmağı qadağan etmişdi. Deyərdi ki, masanın üzərindəki qarışıqlıq onun həyat tərzini, iş rejimini əks etdirir. Akademikin elmi əsərləri və monoqrafiyaları ingilis, fransız, türk, polyak, rus, bolqar, Çin və digər onlarla dilə tərcümə edilmişdir. Hazırda dünyanın bir çox ölkələrində “Mirzəcanzadə məktəbi”, “Mirzəcanzadə tənliyi”, “Mirzəcanzadə modeli”, “Mirzəcanzadə qanunu” və s. ifadələri elmi ədəbiyyatda geniş surətdə işlədilir və həmyerlimiz elmi əsərlərinə dünyada ən çox istinad edilən alimlər sırasındadır. Gördüyü və həyata keçirdiyi bu ölçüyəgəlməz işlərin, xidmətlərin müqabilində Azad müəllim “Mən hələ xalqıma çox borcluyam” deyirdi. Bu, əsl Azad Mirzəcanzadə milli vətəndaşlığı idi. O, öz mövqeyi, məhsuldar əməyi, parlaq ideyaları, yüksək mədəniyyəti, mənəviyyatı, şəxsi nümunəsi ilə bütün məsləkdaşlarını elmi axtarışların əlçatmaz zirvəsinə sövq edir, doğma Azərbaycanımıza vicdanla, ləyaqətlə xidmət etməyə səsləyirdi. Hesab edirəm ki, Azad Mirzəcanzadənin adı Azərbaycan xalqının son min ildə yetişdirdiyi Nizami Gəncəvi, Nəsirəddin Tusi, Üzeyir Hacıbəyli, Lütfi Zadə, Yusif Məmmədəliyev və digərləri kimi dühalarla bir sırada çəkilməli şərəfli adlardandır. Özünün məşhur ifadəsi ilə desək, bilmirəm “deyə bildimmi?”, Azad müəllim.
Prof.Mahirə Hüseynova Fəxri Fərmanla təltif olunub
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, Filologiya fakültəsinin fəxri professoru Mahirə Nağı qızı Hüseynova Qərbi Azərbaycan İcmasının təşkilatlanmasında və Qərbi Azərbaycan həqiqətlərinin təbliğindəki səmərəli fəaliyyətinə görə QAİ İdarə Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif edilmişdir.
Tarihte İran’ı Yönetmiş 10 Türk Devleti İran coğrafyası 1600 yıl Türk hakimiyetinde kalmış şu anda da 50 milyon Türkün yaşadığı bir coğrafyadır.
Gazne Devleti Samanîler’den ayrılıp Afganistan’ın Gazne kentine yerleşen Alp Tegin’in 961 yılında kurduğu devlettir. Tam anlamıyla bağımsızlığı 977’de Sebük Tigin’in başa geçmesiyle gerçekleşmiştir. Daha sonraları İran üzerine yayılan Gazneliler, en parlak dönemini Sultan Mahmut ile yaşamıştır. Bu dönemde hem Hindistan’a 17 kez sefer yapılarak İslam bu bölgede yayılmış, hem de Abbasi Halifeliği Büveyhoğulları’ndan korunmuştur. Selçuklular’ın 1040 yılında yapılan Dandakan Savaşı ile güç kazanmasının ardından Gazneliler dağılmış, 1186’da Gurlular’ın son Gazneli sultanı Hüsrev Melik’i tutsak almasıyla devlet resmen son bulmuştur.
Büyük Selçuklu Devleti Selçuk Bey’in Müslüman olduktan sonra Oğuz Yabgu Devleti’ne vergi vermeyi istemeyişi ile kurulan Selçuklu Devleti, Selçuk Bey’in torunları Tuğrul ve Çağrı’nın 1038’de Gazneliler’den ayrılmasıyla bağımsız olmuştur. Selçuklu Sultanı Alparslan, Malazgirt Savaşı’nda Bizans’a karşı zafer elde ederek günümüz Türkiye’sinin temelini atmıştır. Her açıdan mükemmel bir uygarlık kuran Büyük Selçuklu Devleti, Katvan savaşı’nda Karahıtaylar’a yenilince büyük ölçüde dağılmış, 1157 yılında Sultan Sencer’in göçebe Oğuzlar’a tutsak düşmesiyle resmen yıkılmıştır.
İldenizliler Şemseddin İldeniz, Selçuklu Devleti’nde kölemen bir askerken, gösterdiği kahramanlıklar nedeniyle çöküş sürecindeki Selçuklu içerisinde kısa sürede atabeyliğe yükselmiştir. 1142 yılında Irak Selçukluları’na karşı güç kazanarak bağımsız olmuştur. Gürcüler ve Ermeniler üzerine birçok başarılı sefer yaparak, Nahçıvan’dan yönettiği devletini genişletmiştir. İldenizliler ilerleyen yıllarda İran içlerine kadar yayılmıştır. Ancak, 1220’deki Moğol saldırılarıyla zayıflayan İldenizliler, 1225 yılında Harezmşahlar Devleti’ne bağlanmıştır.
Harezmşahlar Devleti Büyük Selçuklu Devleti’nin Hive kentinde vali olan Anuş Tekin’in oğlu Kutbuddin Muhammed, 1097 yılında ‘Harezmşah’ unvanı alarak bu bölgeyi yönetmeyi sürdürmüştür. Atsız Harezmşah döneminde yarı bağımsızlık elde eden Harezmşahlar, İl Arslan döneminde Büyük Selçuklu Devleti’nin yıkılmasıyla bağımsız olmuştur. Türkistan, İran ve çevre bölgelere yayılan Harezmşahlar Devleti’nin yönetim biçimi ve sanat tarzı Selçuklular’ın devamı niteliğindedir. Celaleddin Harezmşah’ın Yassıçemen Savaşı’nda Anadolu Selçukluları’na yenilmesiyle zayıflayan Harezmşahlar Devleti, Moğol Hanı Ögeday tarafından 1231’de yıkılmıştır.
Timur İmparatorluğu Çağatay Hanlığı’ndaki iç karışıklıklar sırasında güçlenen Emir Timur, 1370 yılında kendi adıyla anılacak devleti kurmuştur. Bu devlet, kısa sürede Harezm, İran, Kafkas, Deşt-i Kıpçak, Hindistan, Irak, Suriye ve Anadolu’ya yayılan büyük imparatorluğa dönüşmüştür. Bu sürede Çağatay Hanlığı, Altın Orda, Celayiriler, Karakoyunlular, Osmanlılar gibi birçok devlet, Timur tarafından yıkılmıştır. Timur, 1405 yılında Çin’i fethetmeye giderken ölmüştür. Onun ardından Timurlular siyasi olarak yeniden güçlenememiş olsa da, birçok bilim ve sanat alanında ilerleme sürmüştür. Timur İmparatorluğu, 1507’de Şeybani Han’a bağlı Özbekler’in başkent Herat’a girmesiyle yıkılmıştır.
Karakoyunlular Göçebe bir Türkmen boyu olan Karakoyunlular, İlhanlılar’ın çöküşünü fırsat bilip 1380’de Bayram Hoca önderliğinde bağımsız olmuştur. 1400 yılında Karakoyunlular’ın başındaki Kara Yusuf, Timur’dan kaçıp Osmanlı’ya sığınmıştır. Timur öldükten sonra Tebriz’i alarak hükümdarlığa devam etmiştir. Karakoyunlular, ilerleyen yıllarda İran içlerine kadar yayılsa da, Akkoyunlular’dan Uzun Hasan’ın Karakoyunlu önderi Cihan Şah’ı öldürmesiyle çöküşe geçmişlerdir. 1469 yılında bu devlet resmen yıkılmıştır.
Akkoyunlular Diyarbakır, Elazığ ve Azerbaycan yörelerinde etkin bir Türkmen boyu olan Akkoyunlular, Kara Yülük Osman Bey döneminde 1378’de bağımsızlık elde etmişlerdir. Devletlerini korumak için Ankara Savaşı’nda Timur’a yardım etmişlerdir. Timur da bu yardımlarından dolayı Malatya ve Diyarbakır’ı Akkoyunlular’a vermiştir. Kara Yülük Osman Bey’in ardından Akkoyunlular’ın başına Uzun Hasan geçmiştir. Onun döneminde Akkoyunlular, Horasan’dan Anadolu’ya, Kafkaslar’dan Umman Denizi’ne kadar uzanan büyük bir devlet olmuştur. Bu büyüme Osmanlılar’ın dikkatini çekmiştir. Fatih Sultan Mehmet, Trabzon Rum İmparatorluğu’nu yıktıktan sonra yönünü Akkoyunlular’a çevirmiştir. Otlukbeli Savaşı’nda Osmanlı’dan ağır bir darbe alan Akkoyunlular çöküş sürecine girmiştir. Uzun Hasan’ın ölümünden sonra çıkan kargaşadan yararlanan Safevi Şahı İsmail, 1508’de bu devlete son vermiştir.
Safevi Devleti Anadolu çevresindeki sekiz Türkmen boyunun 1501 yılında Şah İsmail önderliğinde birleşmesiyle kurulmuş ve Akkoyunlular’ın yıkılmasıyla Tebriz’de hüküm sürmeye başlamış Türk devletidir. Sonraki yıllarda İran’ın tamamını ele geçiren ve bu coğrafyada Şii inancı yayan Safeviler’in en büyük düşmanları, mezhep çatışmasından dolayı Osmanlılar ve Özbekler olmuştur. 1510 yılında Safevi Kızılbaşlar, Özbekler’e karşı büyük bir zafer elde etmiş ve Horasan’ı almışlardır. Ancak bu başarıyı Osmanlı’ya karşı gösterememişlerdir. Çaldıran Savaşı’nda Yavuz Sultan Selim, Tebriz’i alarak Safeviler’e karşı üstünlük sağlamıştır. Yağmalamalar ve ayaklanmalarla zayıflayan Safevi Devleti, Afganlar tarafından 1736’da yıkılmıştır.
Afşar Hanedanı Afşar Hanedanı, Nadir Şah’ın 1736’da İran’ı ele geçiren Afganlar’a karşı kurduğu devlettir. Nadir Şah başa geçtikten sonra Afganları İran’dan geri püskürtmüş ve Delhi’ye kadar ilerlemiştir. Delhi’den elde ettiği servet ile üç yıl vergi almamış, Safevi Devleti’nin çökmesiyle darmadağın olan İran’ın yaralarını sarmıştır. Bu nedenle İran’ın onarıcısı olarak bilinir. Nadir Şah, Afganlar’ın yeniden ayaklanmasını önlemek için Sünniliğe yakın durmuştur. 1747’de Nadir Şah’ın ölmesiyle dağılan devlet, 1796’da tarih sahnesinden çekilmiştir.
Kaçar Hanedanı Kaçarlar, Safevi Devleti’nin kurulmasına yardım etmiş bir Türkmen boyudur. Afşar Hanedanı’nın yıkılmasından sonra İran’da siyasi karışıklık başlamış ve birçok yeni devlet ortaya çıkmıştır. Bunlardan biri de Ağa Muhammed Han’a bağlı Kaçarlar olmuştur. Ağa Muhammed Han, Kaçarlar’ın siyasi birliğini sağladıktan sonra İran’daki diğer devletlerle mücadele etmiştir. 1796’da İran siyasi birliğini sağlayan Ağa Muhammed Han, başkenti Tahran olan Kaçar Hanedanı’nı kurmuştur. Bu Türk kökenli hanedan, 1925 yılında Rıza Şah Pehlevi’nin Kaçar hükümetini kontrolü altına alıp Pehlevi Hanedanı’nı kurmasına dek İran’ı yönetmiştir.
” Ədəbiyyat qəzeti” mənim sevdiyim qəzetdi.Hər dəfə səbirsizliklə növbəti buraxılışını gözləyirəm. Bu qəzetdə çap olunan şeirləri, publisistik yazıları, ayrı- ayrı müəlliflərin hekayələrini oxuyanda sözün tam mənasında ruhum dincəlir. Demək olar ki, bütün ədəbi cameə, tanınmış imzalar burdadır. 29 avqust 2025- ci il nömrəsini alıb nəzərdən keçirəndə, tanınmış şair, özünə də, sözünə də hörmət bəslədiyim Nazim Əhmədlinin şeirlərinə rast gəldim.Nazim Əhmədli özünə məxsus və heç kimə bənzəməyən şairdi. Sosial şəbəkələrdə paylaşdığı elə bir şeiri yoxdur ki, adamı heyrətləndirməsin, silkələməsin.Bu dəfə isə on şeiriylə baş- başayam.Biri birindən gözəl olan on şeirin hansının başına dönəsən, dolanasan bilmirsən. Görün ” Bu ömür gün yuxudu” şeirində şair nə deyir:
Baxın, hara yurd düşüb, Könlümə qurut düşüb Dağda qara qurd düşüb, Hələ qalır, üç ildi.
Nə vardı, nə yoxuydu, Fələk hördü, toxudu. Bu ömür- gün yuxudu, Sonrası bir şəkildi.
Misraların qanadlarının səsində pərvazlanmaya bilmirsən. Ruhuna qəribə bir rahatlıq gəlir.Hər bir şairin psixoloji dəyərlər sisteminə özünün münasibəti olmalıdır.Şairin şeirləri oxucunun qəlbini oxşamırsa, ruhunu təzələmirsə qələmindən vaz keçməlidi, sərsəm söz yığınıyla oxucunun zəhləsini tökməməlidir.Şeirlərində özünə məxsus poetik çəkini hiss etməmək mümkün deyil. Bu yerdə bir vacib məqamı qeyd etmək istəyirəm. Mən Nazim Əhmədlinin şeirlərini oxuyub necə sevinmişdimsə, hətta feysbuk səhifəmdə bir bəndlik şeirimi paylaşmışdım.
Axtarıb tapmadım özümə bir tən, Mənimdir hər kəsin toyu, bayramı. Nə çıxar könlümün sevinməyindən, Özgə uğuruna sevinsin hamı.
Mənim qənaətimə görə ürək sevgi istehsal eləməlidir. Ürəkdə kinə, küdurətə, paxıllığa yer olmamalıdır. Bir ürəyə yatımlı, adamın hisslərini tarıma çəkən şeir oxuyanda uşaq kimi sevinirəm. Özümə yer tapmıram. Həmin şairin telefon nömrəsini axtarıb tapandan sonra zəng edib duyğularımı, sevincimi çatdırandan sonra rahatlıq tapıram.Oxuduğum bu on şeirin hər biri, əslində ədəbi və həm də təbiət hadisəsidir.Hiss olunur ki, Nazim Əhmədli sözün, hissin, duyğunun incəliklərinə varmağı, qəvvas kimi dayazda yox, dərində üzməyi sevir.Hansı şeirini oxuyursan, içindən bir duyğu keçir. Düşünürsən ki, axı bu hisslər içimdən keçib, niyə yazmamışam.Sənin yaza bilmədiyini özgə yazanda şeir doğulur.Bir də şeirlərində xoşuma gələn bir cəhəti də qeyd etmək istəyirəm. Poeziyası cəsarət poeziyasıdır. yəni nəyi qələmə alırsa, əminliyini ifadə edir. Qorxmur, çəkinmir. Tərəddüd olanda şeir doğulmur, ya da ölü doğulur.” Unutdum o baharı” şeirində insan necə də təbiətlə həmahəngdi.
Bir çəhrayı yuxudan, Yıxıldım yer üzünə. Buludlar ağladılar, Hönkür- hönkür üzümə
Nə saxladım, sirr kimi, Qalmışam əsir kimi. Dumanı həsir kimi, Dağlar çəkib üzünə.
Bu şeirdə uğurlu təşbehlər, metaforalar şeirə bir az da gözəllik qatır, insanı ilkinliyinə, adət- ənənələrinə qaytarır.Bu mənada qeyd etdiyim kimi şeir təbiət hadisəsidir.Şəlalə kimi çağlayıb doğulur, şimşək çaxışında misralanır. ” Adsız liman” şeirində səni düşündürən misraların sehrinə düşürsən.
Buludların səsindən, Qulağımda küy qalıb. Ötən eşqin odundan, Canımda kösey qalıb.
və ya
Hər göyün öz Tanrısı, Hər göyün öz adı var. Hələ yağışlar yağır, Qurumayıb buludlar
deyəndə adamı təbiətlə üz- üzə qoyur. Nazim Əhmədlinin yaradıcılığı ilə şəxsiyyəti üst- üstə düşür.Doğulub boya başa çatdığı Laçın rayonunun Əhmədli kəndi əsil ziyalılar yetişdirən kənddir.Tənqidçi, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Şirindil Alışanlı, mərhum tanınmış şairimiz Hüseyn Kürdoğlu, dilçi alim Muxtar Həmzəyev və adını unutduğum neçə dəyərlimiz o kəndin havasını udmuş, suyunu içmişlər. Təbii ki, belə bir mühitdə Nazim Əhmədli öz poetik yolunu, səmtini tapmaya bilməzdi.Mən hörmətli şairimizə indən belə də yazacağı gözəl şeirləri ilə oxucularını heyrətləndirməyi arzulayıram. Gümrah və sağlam olmaq şərtilə!