
“Qalx ayağa, millət”
Ən məşhur şeirlərinizdən biri “Qalx ayağa, millət”dir. Dillər əzbəridir…
Bu şeir musiqiyə yazılıb. 1988-ci ildə “Heyratı” ritmik muğamına yazdığım marşdır. Milli Azadlıq Hərəkatının marşıdır.
Onu yaradıcılığınızın kuliminasiyası adlandırmaq olar?
Fərqli yanaşmalar ola bilər. Elə insanlar var ki, mənim sevgi şeirlərimi daha çox sevirlər. Daha çox dillər əzbəri olan, Azadlıq marşından daha çox dinlənilən şeirlərim var. “Ürəyim yanar” heç də Azadlıq marşından az sevilən mahnı deyil. Mərhum dostlarımız, bəstəkarlarımız Nailə Mirməmmədlinin, Hikmət Mirməmmədlinin, daha sonra Xanım İsmayılqızının bəstələri var. Onların arasında da kifayət qədər sevilənlər var. Amma Azadlıq marşının yeri tamamilə fərqlidir. Bu marşda həm də milli düşüncənin kodları var. Çünki 1988-ci ildə Azərbaycan müstəqil deyildi, siyasi basqı altında idi. Həmin dövrdə 21 yaşlı bir gəncin “Qalx ayağa, millət, boğmasınlar səsimizi. Bir bayraq altında birləşdir bizi” fikrini ortaya atması qeyri-adi yanaşma idi. Çünki mən o yaşda bir bayraq altında birləşmək anlayışını da bilmirdim.
Deputat Elçin Mirzəbəylinin “Qafqazinfo”ya müsahibəsinin tam mətni: https://qafqazinfo.az/news/detail/21-yasli-gencin-bu-fikri-ortaya-atmasi-qeyri-adi-idi-videomusahibe-495930
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var