
Şəkildə: Səməd Vurğunun evi. Atam və Səməd Vurğunun qızı Aybəniz xanım Vəkilova.
Əvvəli burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
VII yazı
Mən Səməd Vurğun haqqında bu silsilə yazıları yazmağa başlayarkən,bilirdim ki,onun Hüseyn Cavidə həsr etdiyi “Səadət düşmənlərinə” şeirindən də yazacağam.Əlbəttə çox istərdim ki,bu şeir haqda yazmayım.Eyni zamanda daha çox istərdim ki,Səməd Vurğun kaş bu şeiri hec yazmamış olaydı..Amma mən bu silsilədə ” Səadət düşmənlərinə”şeirindən yazmasam elə bilirəm ki,bu yazımda tam səmimi olmaram.Haqlı olaraq. buna görə mənə irad da tutarlar…
“Səadət düşmənlərinə” şeiri Səməd Vurğunu istəməyənlərin,onu qəbul etməyənlərin böyük şairə qarşı əllərində dəstəviz tutduqları şeirdir.Səməd Vurğunu təhqir edənlər,bu şeirə görə təhqirlərinə haqq qazandırırlar….Təəssüf ki,bu belədir…Səməd Vurğun heç şübhəsiz ki,bu şeiri sifarişlə yazıb (Bəlkə də heç özü yazmayıb- bu haqda bir qədər sonra).Və yenə də mənim qənaətimə görə bu şeri Səməd Vurğuna dönə- dönə,təkrar- təkrar yazdırıblar … O vaxta qədər ki, şeir,sifarişçiləri təmin edənə qədər…Çünki Səməd Vurğun öz şeirlərində heç kəs haqqında elə bədnam,kəskin,təhqiredici ifadələr işlətməyib.Hətta II Cahan savaşında da yazdığı şeirlərdə belə,faşistlər haqqında elə kəskin,təhqiramiz ifadələr işlətməyib.Mən yuxarıda dedim ki,bu şeiri Səməd Vurğuna təkrar-təkrar yazdırıblar.Bunu şeirdən də bilmək olur.Bu şeir Səməd Vurğunun həm üslub,həm forma,həm süjet baxımından ən zəif şeiridir.Sünilik hər sətirdə hiss olunur.Şeirdə boş pafos,şüarçılıq adamı yorur.Əsasən süjet dağınıqlığı,pərakəndəlik aydın nəzərə çarpır ( Mənə görə burda Səməd Vurğun üslubundan əsər-əlamət yoxdur)…Şeir “bizim yerlərin” tərənnümü ilə başlayır.Şeirin böyük hissəsi də bu tərənnümə həsr olunub…Sonra,qəfil ( qəfil sözündən uyğun söz tapa bilmirəm) Cavid yada düşür.Özü də necə:
“Sən ey böyük günlərin adına böhtan atan”.
Cavid hansı əsərində,hansı böyük günə böhtan atıb? Sonra o Cavidə “şarlatan” deyə xitab edir.Bu Səməd Vurğunun üslubudurmu?.Əlbəttə yox.
“Gözəllik aşiqiyəm” deyən deyilmidin sən?
Ömründə bir yaxşılıq gəlməyibdir əlindən?”.
Bir-birini tamamıamayan iki cümlə.Bəli,Cavid özünə “gözəllik aşiqi” deyib. Amma onun hansı yaxşılığından,daha doğrusu pisliyindən söhbət gedir? ( Söhbət,qondarma vətənə xəyanətdən gedirsə ,bu ittiham da da öz təsdiqini hələ tapmayıb)….Sonra:
"Adına millətçilər dedi "Böyük sənətkar" .
Məsələ burasındadır ki,Cavidə böyük sənətkar deyənlərdən biri yox,birincilərdən biri,elə Səməd Vurğun olub.Özü də bütün ömrü boyu.Sonra davam edir :
Gəlin düz araşdıraq,sənin sənətinmi var?"
Bunu Səməd Vurğun Cavid haqqında deyir.İnandınızmı buna?.Kim bilməsə də Cavidin böyüklüyünü ən çox elə Səməd Vurğun bilirdi.
"Sən gecələr "Hamidi"vurub cilməyə getdin.
Bu şeirdə uzun müddət anlamadığım cümlə,bu misra olub.Hamidin bura nə dəxli var? Hamid Türk şairi idi,Cavidin də çox sevdiyi şairi idi, amma millətçi deyildi,türklər onu avropapərəst bir şair kimi qəbul edir.Amma məni dolaşığa salan “Hamidi”nin dırnaq içərisinə yazılışı olub.Özü də Hamid yox,”Hamidi”.Sonradan bildim ki,”Hamidi” 1937 – ci ildə Bakıda məşhur olan spirtli içki olub.Bu da Cavidə böhtandır.Səməd Vurğun da diğər qələm yoldaşları kimi Cavidin içgi aludəçisi olmadığını bilirdi.
Hərədən bir tük çəkib kosaya saqqal etdin.
Cümlənin qeyri-müəyyənliyini görürsünüzmü?
"Azərbaycan şairi" olsa da murdar adın"...
Az qala and içəsən ki,Səməd Vurğun heç kimə, “murdar” deməz.Onda ki,qala Cavid ola.
"Sultanların, şahların sinisini yaladın".
Cavidi tanıyanlar çox gözəl bilirdilər ki,Cavid qədər məğrur insan təkcə Azərbaycanda yox,dünyada az olub. Bunu Səməd Vurğun da bilirdi.
"Utanmadın Vaqifin,Füzilinin üzündən
Utanmadın Sabirin "Ay satıram" sözündən
Yenə də,fikir anlaşılmazlığı.
"O murdar arzuların torpaqlara kömüldü
Sənin yaratdıqların özündən əvvəl oldu".
Hüseyn Cavid 1937-ci ilin 4 iyununda həbs olunub,bu şeir isə həmin müdhiş ilin16 iyununda “Ədəbiyyat qəzeti”ndə çap olunub ( şeir özü tədqiqatçıların dediyinə görə 11 iyunda yazılıb).Cavidin həbsindən cəmi 6 gün sonra yazılıb.Cavidin arzuları nə tez (həbsindən cəmi 6 gün sonra) torpağa kömüldü? Səməd Vurğun hardan bilə bilərdi ki,Cavidin yaratdıqları özündən əvvəl ölüb.Axı Cavid hələ ölməyib,cəmi 6 gündür həbs olunub…Məni qınamayın,bəzən mənə elə gəlir ki,bu şeiri Səməd Vurğun yazmayıb ( O illərdə nə desən olardı).Sadıcə olaraq Səməd Vurğunun adından yazıblar.Səməd Vurğun yazıbsa da,ustalıqla hər cümlədə,bu şeiri ona zorla(1937-ci il) yazdırdıqları barədə elə bu şeirlərin cümlələri içərisində açıq- aydın dəlillər qoyub…
Bu şeiri oxuduqda, mənfur sovet diktaturasının, Stalinin Bağırovun,onların məslək daşlarının,əlaltılarınınn xalqımızın tarixinə,mənəviyyatımıza nə qədər ağır,sağalmaz yaralar vurduqlarının bir daha şahidi oluruq. Bu olaylarda Səməd Vurğunu günahlandırmayın. . Bir xalq olaraq, bizə bu acıları yaşadan Stalinə Bağırova…dönə- dönə lənətlər oxuyun.
Ardı burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
Müəllif və mənbə: Etibar Əbilov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında