
Bir gün gəlsə göz önünə surətim,
biləsən ki , yozum üçün gəlmişəm.
Ömür boyu çözmədiyim,sirr qalan,
çözülməzə çözüm üçün gəlmişəm.
Gözüm qalıb rəsmindəki baxışda,
ilmə-ilmə mən azdığım naxışda,
payız çağı o getdiyim yağışda ,
itirdiyim izim üçün gəlmişəm .
Yaşadığım payız kimi, qış kimi,
baş, ayaqdı ruh evimin iqlimi ,
məktub-məktub ürəyimin hakimi,
yayım üçün, yazım üçün gəlmişəm.
Baxışların baxışlara naz çağı ,
o dumduru gözlərinin qız çağı,
təravətli cavanlığın yaz çağı ,
apardığın özüm üçün gəlmişəm.
Müəllif: Mahir Diniyev
Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru