
Gəncliyim
Heç bilmədim, necə getdi bu ömür,
Parçalandı, heçə getdi bu ömür.
Sabah deyil, gecə getdi bu ömür,
Qara taxıb, küsüb getdi gəncliyim.
Qübarlandım, neçə zillət, dərd gördüm,
Yıxdırdılar, neçə yara, qan gördüm,
Əyilmədim, az yolumda çox gördüm,
Namərd duyub, tez qocaldı gəncliyim.
Ağarıbdır, qara şəvə tellərim,
Əsibdir, ağ bəniz gül əllərim,
Qırılıbdir, yumruq boyda ürəyim,
Yaşamadı, ölüb itdi gəncliyim.
Zəfər çalar, düşündüm hey yaxşılar,
Alma düşər, nağıllardan baxarlar,
Sevinərlər, sinəyə al taxarlar,
Yanılmışam, yaman çaşdı gəncliyim.
Aytac dedi, anladızmı bilmirəm,
Lal olmuşam, danışmıram, dinmirəm,
Neçə vaxtdır, lap ürəkdən gülmürəm,
Sınıb düşdü, başa çatdı gəncliyim…
Yazarların redaksiya heyəti üzvü, Qax təmsilçisi.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında