
QOY DEYİM BUNLARI MƏN BƏRİ BAŞDAN
(varsağı)
Yalançı iftira deməkdən bezməz,
Qoy deyim bunları mən bəri başdan.
Oğru ilə bostan əkən bar üzməz,
Qoy deyim bunları mən bəri başdan.
Qarınqulu məclisdə üz ağartmaz,
Xain kəsdə kin çox olar, sevinc az,
Təb yoxdursa, söz qanadsız – ha düz yaz,
Qoy deyim bunları mən bəri başdan.
Mən – Valehəm, gözə nurdu yaxşılar,
Qəlb aynası – hər bir kəsdə baxışlar,
Xeyir əməl ömrü bəzər, naxışlar,
Qoy deyim bunları mən bəri başdan.
Müəllif: VALEH HEYDƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru