www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Zaur Ustac – Dağlar

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəmsiyyə Qaramanlı – Payız

Payız

Payız döyür pəncərəmi,
Yağış-yağış, külək-külək.
Payız döyür pəncərəmi,
Həzin-həzin, kövrək-kövrək.

Yay da yığır ətəyini
Sükutunda gecələrin.
Quşlar kəsir nəğməsini,
Səsi gəlmir cücülərin.

Leylək yığır boğçasını,
Durnalar şələ bağlayır.
Bülbül son cəh-cəhin vurur,
Naləsi sinə dağlayır.

Bir əsim mehdən diksinən
Çəmən, çiçək başın tutur.
Sarı yarpaq rəqs eləyir,
Ağac ana yasın tutur.

Payız sarır ağacları
Yarpaq-yarpaq, budaq-budaq.
Boz buludlar için çəkir,
Sinə açır ana torpaq.

Qayğı olur, həsrət olur,
Ömrümüzdən keçir payız.
Xatirədən kəfən biçir,
Ruhumuzu seçir payız.

Biz də fəsildən fəsilə
Cismimizi daşıyırıq.
Payız-payız qocalırıq,
Bahar-bahar yaşıyırıq.

Müəllif: Şəmsiyyə Qaramanlı

Şəmsiyyə Qaramanlının yazıları

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sərraf Şiruyə – LAÇINDA GÖRDÜM

LAÇINDA GÖRDÜM
Vətən torpağını gəzdim, dolandım,
Ən üivi isməti Laçında gördüm.
Dostlar ürəyinin saf duyğusunu,
Səmimi ülfəti Laçında gördüm.

Müqəddəs varlıqdı bu eldə qonaq,
Çıxdı görüşümə Şəlvə, Dambulaq.
Çalbayır halımdan çox tutdu soraq,
Tükənməz hörməti Laçında gördüm.

Zəmanə nə gözəl veribdi təkan,
Cənnəti-rizvana dönüb bu məkan,
Zirvələr yurd olub, qayalar məskən,
Gül açan zəhməti Laçında gördüm.

Babalar ah çəkdi,ağadan dedi,
Nənələr boylandı ağa dan dedi.
Cavanlar dilləndi, Ağadan dedi, *
Şeiri, sənəti Laçında gördüm.

Şiruyə, ömründən ötüşən bu an,
Ölüncə yadından silinməz inan.
Düşmənə qəzəbli, dosta mehriban,
Mən, zərif xisləti Laçında gördüm.

1983-cü il LAÇIN

1* Ağadan – Ağa Laçınlı


Müəllif: Sərraf Şiruyə

SƏRRAF ŞİRUYƏ HAQQINDA

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

26 avqust – Laçın şəhəri günüdür!

Natəvan Uğurlu Zaur Ustac Laçın şəhərində

26 avqust – Laçın şəhəri günüdür

Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.

Ziyalılar Laçın şəhər “Simurq” kitabxanasında

QISA ARAYIŞ: 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. 

Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb.

Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.

Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.

Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.

Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib.

Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, 26 avqust – Laçın şəhəri günü kimi təsis edilib.

Şəhər günlərinin təntənəli şəkildə qeyd olunması nəzərdə tutulur.

Zaur Ustac Laçın şəhərində

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Milli Kitabxanada “Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

Bu gün Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın doğum günüdür.

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olan Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətlərdəndir.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günü ilə əlaqədar “Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva” adlı elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Mehriban Əliyevanın dəyərli fikirləri”, “Görkəmli şəxslər Mehriban Əliyeva haqqında”, “Nəşrlər”, “Mükafatları”, “Mehriban xanım Əliyevanın xalqa qayğısı”, “Fotoqalereya”, “Videoqalereya” və s. özündə əks etdirən materiallar nümayiş olunur. Elektron məlumat bazasında təqdim olunan materiallar tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/M.Eliyeva/index.html linkindən istifadə edə bilərlər.

Mənbə və Ətraflı:

https://www.millikitabxana.az/news/milli-kitabxanada-azerbaycanin-birinci-xanimi-mehriban-eliyeva-adli-elektron-melumat-bazasi

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina RƏŞİD – KƏLƏĞAYI

KƏLƏĞAYI

Bu nə gözəl örpəkdi,
Kələğayıdır adı.
Elə bil ki, üstümə
Göydən naxışlar yağdı.

Albuxarı, Yelanı,
İstiotu, Heyratı.
Nənəmin çarqatıdır
Bayatıdır, bayatı.

Onunla xalça üstə
Sanki göylərə uçdum.
Sehrli rənglərə bax,
Göyqurşağını qucdum.

O Basqaldan başlanan
Nağılımdı, nəğməmdi.
Şəki, Şirvandan keçib
Qarabağıma gəldi.

O cıdır atlarının
Boynunda qırmızıdır.
Xonçaların bəzəyi
Min istək, min arzumdur.

Heyran etdin dünyanı,
Hamı səndən danışır.
Sənə buta yaraşır,
Xarıbülbül yaraşır.

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Qarabağa qayıdırıq” adlı poemadan parça

“Qarabağa qayıdırıq” adlı poemadan parça

Həm birinci xanımdır,
Həm də Vitse Prezident.
Azad olan yurdları
Gəzir,dolanır kənd-kənd.

Zərif,incə əlinə
Cəsarətlə alır bel.
Alqışlanır,sevilir
Oba-oba,elbəel!

Cənab Prezidentimin
Ən yaxın silahdaşı!
Şanlı zəfər yolunda
Addımlayır yanaşı!

Onlar böyük zəfərə
Gəldilər bu cür qoşa.
Dövlətin uğurunda
Mehirban xanımın da
Əməyi var birbaşa!

Hər zaman Komandanın
Yanındadır,yanında!
Vətən sevgisi vardır
Ürəyində,canında!

Xalqını,millətini
Sevir candan,ürəkdən.
Sevgi dolu qəlbiylə
Seçilməyir mələkdən!

Müəllifin “Zəvər sənin zəfərindi,
Sayın Ali Baş Komandan”
adlı şeir kitabından

Müəllif: Gəray GÖYYURD

GƏRAY GÖYYURDUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vəfat etmiş şəxsin sosial şəbəkə hesabının taleyi hüquqi baxımdan necə həll oluna bilər?

Sosial şəbəkə hesablarının aqibəti hüquq müstəvisində Vəfat etmiş şəxsin sosial şəbəkə hesabının taleyi hüquqi baxımdan necə həll oluna bilər?

Bu gün sosial media insan həyatının ən ayrılmaz hissəsinə çevrilmişdir. Onlarsız insan həyatını təsəvvür etmək mümkün deyil. Hamımıza məlumdur ki, günümüzdə texniki səbəblərdən hansısa bir sosial şəbəkə bir saat, hətta dəqiqələrlə olsa belə, fəaliyyətini dayandırdıqda nəinki insanlara, hətta şirkətlərə, sahibkarlıq subyektlərinə milyonlarla dollarlıq zərərlər dəyə bilir.
Danılmaz faktdır ki, bu gün bloqerlər sosial şəbəkələr vasitəsilə maddi qazanc əldə edirlər. Fərz edək ki, məşhur bir bloqer vəfat edir və təbii ki, belə halda onun yüksək gəlir mənbəyi olan sosial şəbəkə hesabının taleyinin necə olacağı məsələsi gündəmə gəlir. Bu sosial şəbəkə hesabını kim idarə edəcək? Bu məsələnin hüquqi həll yolu nədən ibarətdir?
Qeyd edək ki, bir qrup hüquqşünas məsələyə şəxsi toxunulmazlıq hüququ prizmasından yanaşaraq, rəqəmsal resursların miras əmlakın predmeti ola bilməyəcəyini söyləyirlər.
Digər qrup hüquqşünasın fikrincə isə, bir çox insanın sosial şəbəkə vasitəsilə internetə köçürdükləri foto, video və sənədləri “rəqəmsal miras” (“igital inheritance”) hesab etmək olar. Mən də bir hüquqşünas kimi bu fikirdəyəm. Müəyyən ölkələrdə artıq hüquq leksikonuna daxil olan “Rəqəmsal vəsiyyətnamə” adlı bir institut meydana çıxmışdır. Rəqəmsal vəsiyyətnamə dedikdə, şəxsin ölümündən sonra rəqəmsal aktivlərini idarə etmək üçün hazırlanmış hüquqi sənəd başa düşülür və bu sənəd çox vaxt ənənəvi vəsiyyətnamənin bir hissəsi hesab olunur. Bu, sosial şəbəkə hesabları, e-poçt hesabları, bloqlar, onlayn bank hesabları və digər rəqəmsal məzmun kimi aktivlərin necə idarə olunacağını tənzimləyir.
Düzdür, Azərbaycan Respublikasında “vərəsəlik hüququ” ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin X bölməsində “Rəqəmsal vəsiyyətnamə” institutuna dair müddəalar yoxdur. Lakin sözügedən məcəllənin 1151-ci maddəsi “Miras əmlak” adlanır və həmin maddəyə görə “Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. “Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir”.
Məcəllənin 1166-cı maddəsi isə vəsiyyətə belə anlayış verir: “Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər”.
Sual oluna bilər ki, ölkəmizdə sosial şəbəkə hesabında olanlar miras əmlaka daxil edilirmi? Yaxud da şəxs sosial şəbəkə hesabını kiməsə vəsiyyət edə bilərmi? Bəlkə də bu suallara verilən istənilən cavab mübahisələndirilə bilər. Lakin düşünürük ki, qanunvericiliyin verdiyi anlayışlar bu suala müsbət cavab verməyə əsas verir. Lakin sosial şəbəkə hesabının meydana çıxardığı vərəsəlik münasibətlərini birbaşa tənzimləyən müddəaların qanunvericiliyə daxil edilməsi məqsədəuyğun olardı. Çünki məsələ düşünüldüyündən də mürəkkəbdir və bununla bağlı təfərratlı prosedur qaydaların olmasına ehtiyac vardır.
Sosial şəbəkə hesabında paylaşılanları əmlak hesab etmək nə dərəcədə düzgün hesab edilə bilər? Yaxud sosial şəbəkə hesabına olan hüququ əmlak hüququ saymaq olarmı?
Sosial şəbəkə hesabında paylaşılanların əmlak hesab edilməsinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Avropa Məhkəməsinin presedent qərarları müstəvisində yanaşa bilərik. Belə ki, Mülki Məcəllənin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.
Məcəllənin 135.2-ci maddəsi isə “əmlak” anlayışına belə tərif verir: “Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur”.
Maraqlıdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (Mülkiyyətin müdafiəsi) mənası baxımından mülkiyyət anlayışı Avropa Məhkəməsi tərəfindən geniş şərh olunur və daha əhatəli həcmdə hətta iqtisadi maraqlar da bu maddənin mənası baxımından mülkiyyət hesab oluna bilir. Məsələn, “Bramelid and Malmström İsveçə qarşı” işdə Avropa Məhkəməsi şirkətin səhmlərinə sahibliyi mülkiyyət hesab etmişdir. Həmin işdə qeyd olunmuşdur ki, səhm, onun sahibinə müvafiq şirkətdə pay hüququ, səsvermə hüququ, həmçinin dolayı yolla şirkətin aktivlərinə tələb hüququ verən sertifikatdır. Bu baxımdan o, mülkiyyət sayılır.
Mülkiyyət anlayışına analoji geniş şərhi Avropa Məhkəməsi “Stran Greek Refineries and Stratis Andreadis Yunanıstana qarşı”, “Pine Valley Developments ltd. İrlandiyaya qarşı”, “Vanmarle Hollandiyaya qarşı” işlərdə də nümayiş etdirmişdir.
Mülkiyyət anlayışının geniş şərhini rəhbər tutsaq, o nəticəyə gələ bilərik ki, sosial şəbəkə hesabında paylaşılanlar da əmlak sayıla bilər.
Digər maraqlı sual ölkəmizdə “Rəqəmsal vəsiyyətnamə”nin tərtib olunmasının mümkünlüyü məsələsidir. Hərhalda bu sual da düşündürücüdür və yaşadığımız rəqamsal dünyanın sürətli inkişafı kontekstində ona qanunvericilik müstəvisində münasibət bildirilməlidir.
Bəs, görəsən, sosial şəbəkələrin özləri hesab sahibinin ölməsi halı üçün hansı qaydaları nəzərdə tutur?
Bir neçəsinə nəzər salmaq maraqlı olar. “Facebook”, istifadəçinin ölüm xəbəri ilə onun hesabını xatirləşdirmə hesabına çevirə və ya tamamilə silə bilər. Xatirələşdirmə (ingiliscə “Memorialization”) hesabın saxlandığı, lakin müəyyən dəyişikliklərin edildiyi bir vəziyyətdir. Hesabı silmək üçün isə qanuni nümayəndə və ya yaxın qohum müraciət etməlidir.
Sorğu proseduru necə həyata keçirilir? Bu zaman hesabı xatirə hesabına çevirmək və ya silmək üçün ölüm şəhadətnaməsi və digər lazımi sənədlərlə birlikdə “Facebook”a müraciət edilməlidir. “Facebook” əməliyyatı hesab sahibinin ölümünü yoxladıqdan sonra həyata keçirir.
Qeyd edək ki, “Facebook” kimi “Instagram” da xatirələşdirmə və hesab silmə seçimlərini təklif edir. Xatirələşdirilmiş hesablar mövcud yazıları və izləyiciləri saxlayır, lakin daxil olunmanı bloklayır. Hesabı silmək üçün ölüm şəhadətnaməsi və digər zəruri sənədlərlə “Instagram”a müraciət etmək tələb olunur. Sorğu prosedurana gəlincə, “Instagram”da da hesabın xatirələşdirilməsi və ya silinməsi tələbləri üçün istifadəçinin yaxınları “Instagram” dəstək komandası ilə əlaqə saxlamalı və lazımi sənədləri təqdim etməlidir.
“Twitter” vəfat edən istifadəçilərin hesablarının bağlanmasına icazə versə də, xatirələşdirmə variantı təklif etmir.
“LinkedIn” ölən istifadəçilərin hesablarını bağlamaq və ya onları ziyarət səhifəsinə çevirmək seçimini təklif edir.
Maraqlıdır ki, “Google hesabları” və “YouTube” istifadəçilərin ölümü halında hesabın idarə edilməsi üçün varislərin təyin edilməsi seçimini təklif edir. İstifadəçilər “Google hesabları” vasitəsilə “Hesab varisi” təyin edə bilərlər. Vərəsə hesab sahibinin ölümündən sonra müəyyən məlumatlara daxil ola və hesabları idarə edə bilər.
“eBay”, “Spotify”, “iTunes” kimi hesabların istifadəsi üçün xidmət müqavilələrində bu hesabların başqa şəxslərə ötürülə bilməyəcəyi, şəxsin ölümü ilə onların bağlanacağına dair müddəalar nəzərdə tutulmuşdur.
Maraqlıdır ki, “Rəqəmsal miras”la bağlı ayrı-ayrı ölkələrin məhkəmələrində baxılaraq qərarlar çıxarılmış müəyyən işlər mövcuddur. Bununla bağlı xarici dövlətlərin məhkəmə təcrübələrinə nəzər salmaq maraqlı olar. Məsələn, bu məsələ ilə əlaqədar Türkiyədə ilk dəfə olaraq yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən şəxsin həyat yoldaşı iddia qaldıraraq vəfat edən arvadının mobil telefonunda olan “iCloud” hesabındakı övladı və həyat yoldaşına aid olan fotoşəkillərin ona verilməsini tələb etmişdi. Ərizədə həyat yoldaşının qəzada öldüyünü, yanlış şifrəyə daxil olunduğu üçün bloklanan hesabına daxil olmaq istədiyini bildirmişdi.
Qaldırmış iddia şəxsi həyat toxunulmazlığı hüququnu pozması səbəbinə görə Dənizli 4-cü Sulh Hüquq Məhkəməsi tərəfindən rədd edilsə də, yuxarı məhkəmə olan Antalya Bölgə Ədliyyə Məhkəməsinin 6-cı Hüquq Dairəsi iddiaçının şikayətinə baxaraq “iCloud” hesabınında əmlaka, e-ticarətə, hədiyyə çeklərinə və kuponlara aid olan aktivlər olduğunu və buna görə də “iCloud” hesabının miras əmlakı tərkibinə daxil olması yönündə qərar qəbul etmişdir.
Αlman Federal Məhkəməsi isə rəqəmsal məlumatları “universal varislik prinsipi” müstəvisində qiymətləndirərək onun vərəsələrə külli şəkildə keçməsinə dair diqqəti cəlb edən maraqlı bir qərar qəbul etmişdir. Belə ki, 2012-ci il tarixdə 15 yaşlı uşaq Berlində metro girişində ölü olaraq tapılmışdır. Onun ölümündən sonra valideynləri bu ölümün cinayət yaxud intihar olduğunu aydınlaşdırmağa cəhd göstərmiş, bunun üçün uşağa məxsus “Facebook” hesabındakı məlumatları əldə etməyin onlara kömək edə biləcəyini düşünmüş və Berlin Bölgə Məhkəməsinə bununla bağlı müraciət etmişlər. Birinci instansiya məhkəməsi valideynlərin tələbini qəbul etsə də, ikinci instansiya məhkəməsi bunun gizlilik qaydasına zidd olduğuna qərar vermişdir. Sonda valideynlərin müraciəti əsasında daha yuxarı instansiya məhkəməsi olan Almaniya Federal Məhkəməsi informasiya məxfiliyinə xələl gətirmədiyinə qərar vermişdir. Hətta qərarda “Facebook” sosial şəbəkəsinin istifadəçi ilə razılaşmasında olan “üçüncü şəxslərə ötürülə bilməz” ifadəsinin heç bir hüquqi qüvvəsi olmadığı bəyan edilmişdir.
Ümumiyyətlə, sosial şəbəkə hesabları ilə bağlı təcrübədə qarşılaşılan sadalamadığımız bir çox başqa problemlər də vardır və onların hüquq müstəvisində həlli üçün “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu zərurətdən qaynaqlanır. Ümid edirik ki, bu və ya buna oxşar adda qanunun yaxın gələcəkdə qəbul edilməsi və sözügedən sahədə münasibətlərin tənzimlənməsi tezliklə həyata keçiriləcəkdir.

YUNİS XƏLİLOVUN DİGƏR YAZILARI

Müəllif: Yunis XƏLİLOV ,
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi

YUNİS XƏLİLOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Sadəcə iki şeir

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür!

26 avqust həssas və qayğıkeş ana, dövlətimizin, xalqımızın rifahı, inkişafı naminə yorulmadan çalışan, bütün fəaliyyəti boyu humanizm, bəşəri dəyərləri özünə rəhbər tutmaqla, mənsub olduğu xalqın kiçikdən-böyüyə hər bir fərdinin sevimlisinə çevrilən ölkəmizin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

Yazarlar cameəsi adından Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!! 

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru