Sosial şəbəkə hesablarının aqibəti hüquq müstəvisində – Vəfat etmiş şəxsin sosial şəbəkə hesabının taleyi hüquqi baxımdan necə həll oluna bilər?
Bu gün sosial media insan həyatının ən ayrılmaz hissəsinə çevrilmişdir. Onlarsız insan həyatını təsəvvür etmək mümkün deyil. Hamımıza məlumdur ki, günümüzdə texniki səbəblərdən hansısa bir sosial şəbəkə bir saat, hətta dəqiqələrlə olsa belə, fəaliyyətini dayandırdıqda nəinki insanlara, hətta şirkətlərə, sahibkarlıq subyektlərinə milyonlarla dollarlıq zərərlər dəyə bilir. Danılmaz faktdır ki, bu gün bloqerlər sosial şəbəkələr vasitəsilə maddi qazanc əldə edirlər. Fərz edək ki, məşhur bir bloqer vəfat edir və təbii ki, belə halda onun yüksək gəlir mənbəyi olan sosial şəbəkə hesabının taleyinin necə olacağı məsələsi gündəmə gəlir. Bu sosial şəbəkə hesabını kim idarə edəcək? Bu məsələnin hüquqi həll yolu nədən ibarətdir? Qeyd edək ki, bir qrup hüquqşünas məsələyə şəxsi toxunulmazlıq hüququ prizmasından yanaşaraq, rəqəmsal resursların miras əmlakın predmeti ola bilməyəcəyini söyləyirlər. Digər qrup hüquqşünasın fikrincə isə, bir çox insanın sosial şəbəkə vasitəsilə internetə köçürdükləri foto, video və sənədləri “rəqəmsal miras” (“igital inheritance”) hesab etmək olar. Mən də bir hüquqşünas kimi bu fikirdəyəm. Müəyyən ölkələrdə artıq hüquq leksikonuna daxil olan “Rəqəmsal vəsiyyətnamə” adlı bir institut meydana çıxmışdır. Rəqəmsal vəsiyyətnamə dedikdə, şəxsin ölümündən sonra rəqəmsal aktivlərini idarə etmək üçün hazırlanmış hüquqi sənəd başa düşülür və bu sənəd çox vaxt ənənəvi vəsiyyətnamənin bir hissəsi hesab olunur. Bu, sosial şəbəkə hesabları, e-poçt hesabları, bloqlar, onlayn bank hesabları və digər rəqəmsal məzmun kimi aktivlərin necə idarə olunacağını tənzimləyir. Düzdür, Azərbaycan Respublikasında “vərəsəlik hüququ” ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin X bölməsində “Rəqəmsal vəsiyyətnamə” institutuna dair müddəalar yoxdur. Lakin sözügedən məcəllənin 1151-ci maddəsi “Miras əmlak” adlanır və həmin maddəyə görə “Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. “Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir”. Məcəllənin 1166-cı maddəsi isə vəsiyyətə belə anlayış verir: “Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər”. Sual oluna bilər ki, ölkəmizdə sosial şəbəkə hesabında olanlar miras əmlaka daxil edilirmi? Yaxud da şəxs sosial şəbəkə hesabını kiməsə vəsiyyət edə bilərmi? Bəlkə də bu suallara verilən istənilən cavab mübahisələndirilə bilər. Lakin düşünürük ki, qanunvericiliyin verdiyi anlayışlar bu suala müsbət cavab verməyə əsas verir. Lakin sosial şəbəkə hesabının meydana çıxardığı vərəsəlik münasibətlərini birbaşa tənzimləyən müddəaların qanunvericiliyə daxil edilməsi məqsədəuyğun olardı. Çünki məsələ düşünüldüyündən də mürəkkəbdir və bununla bağlı təfərratlı prosedur qaydaların olmasına ehtiyac vardır. Sosial şəbəkə hesabında paylaşılanları əmlak hesab etmək nə dərəcədə düzgün hesab edilə bilər? Yaxud sosial şəbəkə hesabına olan hüququ əmlak hüququ saymaq olarmı? Sosial şəbəkə hesabında paylaşılanların əmlak hesab edilməsinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Avropa Məhkəməsinin presedent qərarları müstəvisində yanaşa bilərik. Belə ki, Mülki Məcəllənin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Məcəllənin 135.2-ci maddəsi isə “əmlak” anlayışına belə tərif verir: “Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur”. Maraqlıdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (Mülkiyyətin müdafiəsi) mənası baxımından mülkiyyət anlayışı Avropa Məhkəməsi tərəfindən geniş şərh olunur və daha əhatəli həcmdə hətta iqtisadi maraqlar da bu maddənin mənası baxımından mülkiyyət hesab oluna bilir. Məsələn, “Bramelid and Malmström İsveçə qarşı” işdə Avropa Məhkəməsi şirkətin səhmlərinə sahibliyi mülkiyyət hesab etmişdir. Həmin işdə qeyd olunmuşdur ki, səhm, onun sahibinə müvafiq şirkətdə pay hüququ, səsvermə hüququ, həmçinin dolayı yolla şirkətin aktivlərinə tələb hüququ verən sertifikatdır. Bu baxımdan o, mülkiyyət sayılır. Mülkiyyət anlayışına analoji geniş şərhi Avropa Məhkəməsi “Stran Greek Refineries and Stratis Andreadis Yunanıstana qarşı”, “Pine Valley Developments ltd. İrlandiyaya qarşı”, “Vanmarle Hollandiyaya qarşı” işlərdə də nümayiş etdirmişdir. Mülkiyyət anlayışının geniş şərhini rəhbər tutsaq, o nəticəyə gələ bilərik ki, sosial şəbəkə hesabında paylaşılanlar da əmlak sayıla bilər. Digər maraqlı sual ölkəmizdə “Rəqəmsal vəsiyyətnamə”nin tərtib olunmasının mümkünlüyü məsələsidir. Hərhalda bu sual da düşündürücüdür və yaşadığımız rəqamsal dünyanın sürətli inkişafı kontekstində ona qanunvericilik müstəvisində münasibət bildirilməlidir. Bəs, görəsən, sosial şəbəkələrin özləri hesab sahibinin ölməsi halı üçün hansı qaydaları nəzərdə tutur? Bir neçəsinə nəzər salmaq maraqlı olar. “Facebook”, istifadəçinin ölüm xəbəri ilə onun hesabını xatirləşdirmə hesabına çevirə və ya tamamilə silə bilər. Xatirələşdirmə (ingiliscə “Memorialization”) hesabın saxlandığı, lakin müəyyən dəyişikliklərin edildiyi bir vəziyyətdir. Hesabı silmək üçün isə qanuni nümayəndə və ya yaxın qohum müraciət etməlidir. Sorğu proseduru necə həyata keçirilir? Bu zaman hesabı xatirə hesabına çevirmək və ya silmək üçün ölüm şəhadətnaməsi və digər lazımi sənədlərlə birlikdə “Facebook”a müraciət edilməlidir. “Facebook” əməliyyatı hesab sahibinin ölümünü yoxladıqdan sonra həyata keçirir. Qeyd edək ki, “Facebook” kimi “Instagram” da xatirələşdirmə və hesab silmə seçimlərini təklif edir. Xatirələşdirilmiş hesablar mövcud yazıları və izləyiciləri saxlayır, lakin daxil olunmanı bloklayır. Hesabı silmək üçün ölüm şəhadətnaməsi və digər zəruri sənədlərlə “Instagram”a müraciət etmək tələb olunur. Sorğu prosedurana gəlincə, “Instagram”da da hesabın xatirələşdirilməsi və ya silinməsi tələbləri üçün istifadəçinin yaxınları “Instagram” dəstək komandası ilə əlaqə saxlamalı və lazımi sənədləri təqdim etməlidir. “Twitter” vəfat edən istifadəçilərin hesablarının bağlanmasına icazə versə də, xatirələşdirmə variantı təklif etmir. “LinkedIn” ölən istifadəçilərin hesablarını bağlamaq və ya onları ziyarət səhifəsinə çevirmək seçimini təklif edir. Maraqlıdır ki, “Google hesabları” və “YouTube” istifadəçilərin ölümü halında hesabın idarə edilməsi üçün varislərin təyin edilməsi seçimini təklif edir. İstifadəçilər “Google hesabları” vasitəsilə “Hesab varisi” təyin edə bilərlər. Vərəsə hesab sahibinin ölümündən sonra müəyyən məlumatlara daxil ola və hesabları idarə edə bilər. “eBay”, “Spotify”, “iTunes” kimi hesabların istifadəsi üçün xidmət müqavilələrində bu hesabların başqa şəxslərə ötürülə bilməyəcəyi, şəxsin ölümü ilə onların bağlanacağına dair müddəalar nəzərdə tutulmuşdur. Maraqlıdır ki, “Rəqəmsal miras”la bağlı ayrı-ayrı ölkələrin məhkəmələrində baxılaraq qərarlar çıxarılmış müəyyən işlər mövcuddur. Bununla bağlı xarici dövlətlərin məhkəmə təcrübələrinə nəzər salmaq maraqlı olar. Məsələn, bu məsələ ilə əlaqədar Türkiyədə ilk dəfə olaraq yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən şəxsin həyat yoldaşı iddia qaldıraraq vəfat edən arvadının mobil telefonunda olan “iCloud” hesabındakı övladı və həyat yoldaşına aid olan fotoşəkillərin ona verilməsini tələb etmişdi. Ərizədə həyat yoldaşının qəzada öldüyünü, yanlış şifrəyə daxil olunduğu üçün bloklanan hesabına daxil olmaq istədiyini bildirmişdi. Qaldırmış iddia şəxsi həyat toxunulmazlığı hüququnu pozması səbəbinə görə Dənizli 4-cü Sulh Hüquq Məhkəməsi tərəfindən rədd edilsə də, yuxarı məhkəmə olan Antalya Bölgə Ədliyyə Məhkəməsinin 6-cı Hüquq Dairəsi iddiaçının şikayətinə baxaraq “iCloud” hesabınında əmlaka, e-ticarətə, hədiyyə çeklərinə və kuponlara aid olan aktivlər olduğunu və buna görə də “iCloud” hesabının miras əmlakı tərkibinə daxil olması yönündə qərar qəbul etmişdir. Αlman Federal Məhkəməsi isə rəqəmsal məlumatları “universal varislik prinsipi” müstəvisində qiymətləndirərək onun vərəsələrə külli şəkildə keçməsinə dair diqqəti cəlb edən maraqlı bir qərar qəbul etmişdir. Belə ki, 2012-ci il tarixdə 15 yaşlı uşaq Berlində metro girişində ölü olaraq tapılmışdır. Onun ölümündən sonra valideynləri bu ölümün cinayət yaxud intihar olduğunu aydınlaşdırmağa cəhd göstərmiş, bunun üçün uşağa məxsus “Facebook” hesabındakı məlumatları əldə etməyin onlara kömək edə biləcəyini düşünmüş və Berlin Bölgə Məhkəməsinə bununla bağlı müraciət etmişlər. Birinci instansiya məhkəməsi valideynlərin tələbini qəbul etsə də, ikinci instansiya məhkəməsi bunun gizlilik qaydasına zidd olduğuna qərar vermişdir. Sonda valideynlərin müraciəti əsasında daha yuxarı instansiya məhkəməsi olan Almaniya Federal Məhkəməsi informasiya məxfiliyinə xələl gətirmədiyinə qərar vermişdir. Hətta qərarda “Facebook” sosial şəbəkəsinin istifadəçi ilə razılaşmasında olan “üçüncü şəxslərə ötürülə bilməz” ifadəsinin heç bir hüquqi qüvvəsi olmadığı bəyan edilmişdir. Ümumiyyətlə, sosial şəbəkə hesabları ilə bağlı təcrübədə qarşılaşılan sadalamadığımız bir çox başqa problemlər də vardır və onların hüquq müstəvisində həlli üçün “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu zərurətdən qaynaqlanır. Ümid edirik ki, bu və ya buna oxşar adda qanunun yaxın gələcəkdə qəbul edilməsi və sözügedən sahədə münasibətlərin tənzimlənməsi tezliklə həyata keçiriləcəkdir.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
26 avqust həssas və qayğıkeş ana, dövlətimizin, xalqımızın rifahı, inkişafı naminə yorulmadan çalışan, bütün fəaliyyəti boyu humanizm, bəşəri dəyərləri özünə rəhbər tutmaqla, mənsub olduğu xalqın kiçikdən-böyüyə hər bir fərdinin sevimlisinə çevrilən ölkəmizin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.
Yazarlar cameəsi adından Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!
Эту историю, рассказанную Владиславом Розенфельдом, нельзя пропустить… А история эта случилась в советское время. Санаторий Академии наук: процедуры, прогулки, сплетни, одним словом, скука смертная. И тут прошёл слух: должен приехать академик! Событие! В означенный день любопытные увидели, как подъехала машина, из которой вышел импозантный седовласый мужчина. Симпатичный. За ним семенила невзрачная пожилая женщина — жена, с внешностью, которую называют “серая мышь”. Стали они в санатории отдыхать и лечиться. Супруга постоянно суетилась вокруг мужа, заботилась. Тот принимал все заботы с усталой благосклонностью. В столовой посадили их рядом с молодой красоткой. Дама несколько дней оценивала обстановку. Оценила — и пошла в атаку. Ведь академик — это же такой шанс! Да и зачем ему рядом такая невзрачная старушка? И постепенно — а барышня была образована и коварна — начал завязываться роман. Уже и гуляют вместе, и на лавочках сидят, и… в общем, любовь не на шутку. Когда произошедшее уже не вызывало сомнений, жена не выдержала и пошла выяснять отношения с захватчицей. Просто подошла к ней и спросила, очень вежливо: «Скажите, пожалуйста, зачем вам мой муж?» В ответ — куча трескучих фраз о любви, свободе, судьбе… Пожилая женщина не унималась: «Но вы ведь знаете, он очень больной человек. За ним нужен постоянный уход, к тому же он должен соблюдать строгую диету, это всё не каждая женщина выдержит». Молодая красотка развеселилась: неужели непонятно, что на зарплату академика можно организовать великолепный платный уход, вовсе не обязательно при этом превращаться в такое умученное заботами существо, как её собеседница. Пожилая дама несколько секунд рассматривала нахальную молодку, потом спокойно сообщила: «Понимаю. Но дело в том, что академик — это я».
Əmir Teymurla Şah İsmayılın ulu babası Şeyx Əlinin görüşü
Xoca Əli, Əmir Teymurla yaxşı münasibətlərə malik olmuş və onunla üç dəfə (Ceyhun çayı kənarında, Dizfulda və Ərdəbildə) görüşmüşdür. Sonuncu görüş 806-cı ilin şəvvalında / 1404-cü ilin aprelində baş tutmuşdur
Onun (Şeyx Əlinin) zamanında Səfəvilərin şöhrəti o qədər artmışdı ki, ariflərə və şeyxlərə ehtiramı ilə seçilən Əmir Teymur “Rum qeysəri” üzərindəki qələbədən (1402-ci ildə Əmir Teymurla Osmanlı sultanı İldırım Bayəzid arasında baş vermiş Ankara vuruşması nəzərdə tutulur) sonra Anadoludan qayıdarkən Ərdəbildə olmuş, Xoca Əli ilə görüşüb, Ərdəbil bölgəsində “Həzrət Şeyx Səfi övladına və onun astanasına vəqf olaraq” torpaqlar bağışlamışdı.
Onun fərmanına əsasən, Ərdəbildəki Səfəviyyə xanəgahı “Bəst●” elan edilmişdi: “Əgər bir şəxs min günah etmiş olsa, istər məşriq, istərsə məğrib tərəfdən qaçıb o astanaya pənah gətirsə, həmin müqəddəs rövzədə olduğu və oranı öz iradəsi ilə tərk etmədiyi müddət ərzində amanda olacaqdır”. Teymur həmçinin şeyxin xahişi ilə Anadoludan gətirdiyi minlərlə əsiri azad etmişdi. Azadlığa çıxanların “hamısı Şeyx Səfi ocağının müridlərinə çevrildilər, bir hissəsi Sultan Xoca Əlinin xidmətində qaldılar, qalanları isə öz vətənlərinə getdilər”. Onun kəramətləri və söhbətləri Əmir Teymurun üzərində dərin təsir buraxmışdı…
●Bəst elə bir müqəddəs yer idi ki, təqib olunan bir kimsə orada sığınacaq alsaydı, onu orada həbs etmək mümkün olmazdı. Bu statusu alan məkanlar toxunulmazlıq imtiyazına malik idilər və oraya hökumət dairələri zorakı müdaxilələr edə bilməzdilər…
Mənbələr: Aləmara (Sahib), s.19-26 B.Səfəri. Ərdəbil, s.73; О.А.Эфендиев. Тимур и сефевидский шейх Хадже Али
Şiire her gittiğimde, benim için sonsuzluğa açılan bir orman oldu
Orada oturuyorum, bakıyorum, dertlerimi anlatıyorum, ağlıyorum, sızlanıyorum ve nehirlerin, ağaçların ve kuşların manzarasıyla bir oluyorum.
Ve sık sık perdenin diğer tarafında bir tarla olduğunu ve birinin beni dinlediğini düşünüyorum.
Belki bu asırda belki bu asırdan sonra gelecek biri, belki de başka bir evrende veya başka bir dünyada halihazırda var olan biri.
Bilmiyorum, tek bildiğim
Benim için şiir, varoluş ve varlıkla daha geniş bir ilişki için bir araçtır
Bununla ilgili güzel olan şey, bir kişi şiir yazdığında, “Ben de öyleyim” veya “Ben de öyleydim” diyebilmesidir… Başka nasıl “Ben de öyleyim” veya “Ben de öyleydim” diyebilirler?
Yaşanmış ve yaşanmakta olan tüm hain aşklar arasında, hangi aşk seni var edebilir veya hangi aşk seni aşmamıştır
Hangi aşk dudaklara suskunluk kilidini koymamıştır
Varlığımı ve bütünlüğümü şiirde hissettiğim günden beri, beni gerçekten var edebilecek en büyük aşkın şiir olduğunu anladım.
Səni görən kimi tutulur dilim, Kəlmələr dolaşır biri birinə. Od tutub sevgindən alışan qəlbim, Bilmir necə açsın sirrini sənə.
Gözüm kora dönür, dilimsə lala, Hislərim içimdə boğulu qalır. Uyuyub yenə də şirin xəyala, Qəlbim nağıllardan təsəlli alır.
Gecələr ən şirin anımdır mənim, Hər gecə sabaha ümid əkirəm. Sabah, zəhmətimə kəsilir qənim, Barsız bostanımda əzab çəkirəm.
Hər gün eyni nağıl danışsamda mən, Sənli nağılımdan çox xoşum gəlir. Mənim xəyalımı bəzədikcə sən, Dönüb gözlərimdə dünya kiçilir.
Dünyanın üzünə yaxdığı bəzək, Aşiqin gözünə ucuz görünür. Bu fani dünyanı anlaya bilsək, Eşqin səbəbinə hər şey öyünür. Göyçay şəhəri
Eşqin yolu
“Əvvəl xamdım, yandım, bişdim “ Həzrəti Mövlanə
Dərdə düşdüm, tapılmadı çarə bilən, Öz dərdimlə əriyirdim içimdə mən. İçin- için qovrulurdum öz odumla, Yana- yana çarpışırdım həyatımla. Dedilər ki, “Baba” dağda bir loğman var, Olsa -olsa o, dərdinə çarə tapar. YARADANa dönə -dönə dua etdim, Gecə, gündüz dayanmadan yollar getdim. Axır, çatdım o,loğmanın hüzuruna, Ey nurani, əlac eylə, dedim, ona. O,təpədən dırnağadək süzüb məni, Dedi, sevin, eşq atəşi yaxır səni. ALLAH Vədud ismi ilə səni sevir, Sən də dönüb öz qəlbini Ona çevir! Görkəmindən divanəyə oxşasan da, Məcnunluqdan bir nişanə yoxdur səndə. Sənin sevgin içindədir, qəlbindədir. Alışmağın ilhamında, təbindədir. Yazmaq üçün qələm götür, varaq götür, İlhamlanıb kəlmələrdə hikmət bitir. Vaqif olsan Mövlananın sözlərinə, Alışdıqca, bişmək nəsib olar sənə. Yana- yana dolacaqsan qəlibinə, Bişə-bişə sığacaqsan öz qəlbinə. Bir sehrli qələm verir sənə ALLAH, Sən qələmə YARADANın eşqiylə bax. Onda, sənə hər şey gözəl, pak görünər, Qəlbindəki qaranlıqlar nura dönər. Dinlədikcə, o,nurani loğmanı mən, Anladım ki, xəbərsizəm məhəbbətdən. Dedi, eşqin tərifini bilən yoxdur, Bilən varsa, gözlərində sevgi xordur. Aşiqlərin qəlbindədir vəfa bağı, Bəslənməsə, çəkdirəcək cəfa dağı. Hər alışıb yanan könül aşiq deyil, Külə dönər nəfsə tabe olan könül. Külək külü sovurduqca göyə uçar, Düşər yerə hamı üstə ayaq açar. Şəhvətindən yananların küldür sonu, Könül, saflıq ilə tapar eşq yolunu. Göyçay şəhəri
“Zaur Ustacı tanıyırsan?” – sualına “Süni İntellekt”in cavabı belə olub (Azərbaycan):
-“Zaur Ustac, 1979-cu ildə (əslində 1975. Red.Z.U) doğulmuş bir Azərbaycan şairi və yazarıdır. Ədəbiyyat dünyasında xüsusilə şeirləri ilə tanınır və müasir Azərbaycan poeziyasında əhəmiyyətli bir yerə sahibdir. O, eyni zamanda sosial media vasitəsilə geniş bir oxucu kütləsinə malikdir.”