Tacir Səmimi “Yurdum, yuvam Ağbabam” kitabının ərsəyə gəlməsində uzun bir yaradıcılıq yolu keçibdir. Bu yolun hər günü, hər ayı, hər ili ilə qürur duymaq olar. Bu yol çətin olsa da, məsuliyyətli yoldur. Elmin, mədəniyyətin daim yüksələn xətti ilə inkişaf edən bu yol ən əsası Qərbi Azərbaycana gedən yoldur. Çünki elmi və bədii yaradıcılığının ilk dövrlərindən bu günə qədər tədqiqatçılıq obyektivliyi, bundan irəli gələn yüksək mədəniyyət və məsuliyyət onun yol yoldaşı olmuşdur. Zamanın tələbini yüksək vətəndaşlıq hissi ilə duyan, ona öz qiymətli əsərləri ilə cavab verən Tacir Səmiminin digər kitabları kimi, inanırıq ki, “Yurdum, yuvam Ağbabam” kitabı Qərbi Azərbaycan tarix, mədəniyyət və folklorunun keşiyində dayanıb qeyd etdiyimiz kimi, o istiqamətə doğru gedən yola bir güzgü olacaqdır. Bu güzgüdə bütöv Azərbaycanı görmək olur.
Bilirik ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Səmimi folklorumuz haqqında bir çox qiymətli kitabların müəllifidir və onun yaradıclığının mərkəzində Qərbi Azərbaycan mövzusu dayanır. Bu kitabların mövzuları və yazılma tarixləri fərqli olsa da, alimin tədqiqat və yaradıcılığının istiqamətini təşkil edən məqsəd və ideya onları bir-birinə bağlayır. Müəllifin əsərlərinə diqqət yetirən oxucu Qərbi Azərbaycan ədəbiyyatının, etnoqrafiya və folklorunun bütün istiqamətlər üzrə inkişafını izləmiş, keçdiyi yola nəzər salmış olur. Məhz buna görə qeyd edək ki, Tacir Səmiminin elmi yaradıcılıq yolu dəyərli bir mənbədir ki, ondan elm də, ədəb də, insana, vətənə xidmət də öyrənmək olar.
Tacir Səmiminin həm zamanına, həm də xəritəsinə görə geniş əhatə dairəsinə malik çoxcəhətli yaradcılığında Qərbi Azərbaycan ədəbi prosesi xüsusi yer tutduğuna görə “Yurdum, yuvam Ağbabam” kitabının da Qərbi Azərbaycan ədəbiyyatının keşiyində dayanmaq, ədəbi prosesi düzgün qiymətləndirmək nümunəsidir desək yerinə düşər. Kitab Qərbi Azərbaycan folklorunun öyrənilməsi, ədəbi-bədii təhlili baxımından Tacir Səmiminin çoxcəhətli yaradıcılığında xüsusi yer tutur. Kitabın “Sərhəd bayatıları”, “Cəfərzadələr və mən”, “Söyləyici-toplayıcı münsibətləri” bölümlərində Qərbi Azərbaycan folklorunun şeir dilindən ətraflı söhbət açaraq təhlilini verir. Bu və digər məqamlar, nümunələr göstərir ki, Tacir Səmiminin elmi-nəzəri yaradıcılığında şifahi xalq ədəiyyatının dili, eləcə də ədəbi-bədii dil məsələləri üsusi yer tutur.
Alimin qələminə xas olan bir sıra xüsusiyyətlər- elmə sədaqət, vətənə sevgi, mübarizlik bu kitabda da öz ifadəsini tapıb. “Yurdum, yuvam Ağbabam” kitabını vərəqlədikcə alimin mövzu və tədqiqat xəritəsinin müsbətə doğru necə dəyişdiyini görürük. Mövzuların genişliyi, tədqiqat sahəsinin planlı olmağı Tacir Səmiminin elmi və bədii yaradıcılığına yeni fikir və problemlər gətirir. Bu kitabda biz insan və təbiət, insan və zaman, şəxsiyyət və cəmiyyət kimi mühüm ictimai-fəlsəfi problemlərin inikasını görürük. “Hekayələr”, “Xatirələr”, “Yurdumun müəllimləri”, “Ağabanın sənət adamları”, “Unudulmaz insanlar haqqında xatirələrim”, “Müsahibələr”, “Tələbə dostlarım” və sair digər bölümlər bu cəhətlərdən səciyyəvidir. Tacir Səmiminin elmi və bədii yaradıcılığına xas olan xüsusiyyətlərdən biri də budur ki, o nədən yazırsa yazsın, ondan ictimai nəticə çıxarır, məsələnin ictimai əhəmiyyətini ön plana çəkir.
Tacir Səmiminin “Yurdum, yuvam Ağbabam” kitabını oxuduqca gözümüüz qarşısında bütün varlığı ilə yurduna-yuvasına, elinə-obasına, tarixinə, keçmişinə bağlı olan bir alim dayanır. Kitabın hər bölümü mənalı və hikmətlidir. Həyatiliyi və məqsəd aydınlığı ilə seçilən “Yurdum, yuvam Ağbabam” kitabı forma, məna və mündəricəsi ilə bitkin bir sənət nümunəsidir. Burada müəllifi qələmə aldığından da daha böyük məsələlər düşündürür, xatirələr yada düşür, hisslər üz-üzə gəlir, insanlığın, humanizmin aliliyi tərənnüm olunur. Burada vətən var, elə-obaya sevgi var, əbədiyyətə qovuşsalar da əbədi yaşayan şəxsiyyətlər var, xatırlanan dostlar var. “Yurdum, yuvam Ağbabam” kitabı müəllifin xalq ruhuna, xalq ədəbiyyatı nümunələrinə münasibəti, bunun fonunda həyata baxışı, arzu və diləkləridir,- desək yanılmarıq.
“Ayı çınqılı” adlı povest və hekayələrlə başlayan kitabın mövzu dairəsi geniş, təsvir obyektləri rəngarəngdir. Bir mövzu- Vətən müəllifin yaradıcılığından qırmızı xətt kimi keçir. Vətən mövzusunun təməlində isə Qərbi Azərbaycan dayanır. Elə-obaya sevgi, vətənə bağlılıq və xatirələr kitabın bütün səhifələrində özünü biruzə verir. “Yurdumun müəlimləri”, “Ağbabanın sənət adamları” haqqında tədqiqat yazıları müəllifin uzun illəri əhatə edən zəhmətinin, ürək çırpıntılarının, həyacanlarının bədii ifadəsidir. “Unudulmaz insanlar haqqında xatirələrim”, “Müsahibələr”, “Tələbə dostlarım”, “Yeni yazılar”, “Söyləyici-toplayıcı münsibətləri” bölümlərini oxuduqca, elmi-bədii dəyəri yüksək olan hər birinin yaşından, həyata baxışından, həyat tərzindən, düşüncələrindən asılı olaraq hər bir oxucuya müxtəlif cür təsir bağışlayır. Kitabın bu bölümlərinin təlqin etdiyi saf insani hisslərə, münasibətlərə oxucu biganə qala bilməz. Çünki bu kitab məlum bir Vətən məhəbbəti fonunda, ümumi şəkildə Qərbi Azərbaycan haqqında unudulmaz bir sevgisinin real nümunəsidir. Nəticədə, mənbələrlə tanış olan oxucu düşünür, düşündüyünü təhlil edir, təsirlənir. Bununla belə, kitabın ictima dəyərini “Tələbə dostlarım”, “Yeni yazılarım”, “Qaçaq Nəbi haqqında rəvayətlərim” hissələrindəki bir-birindən maraqlı, orijinal yazılar daha da artırır. Maraqlıdır ki, “Söyləyici-toplayıcı münasibətləri” adlı hissədə isə bayatı, layla, nağıl və dastanların poetik ifadəsinin mövzu dairəsi müxtəlifdir, maraqlıdır.
Xalq ədəbiyyatı nümunələrinə istinad edərərk müəllif vətənimizin, yurdumuzun, Ağbabanın, bir sözlə, Qərbi Azərbaycanın tarixi keçmişinə müraciət edərək “bayatılar sözlərin dəyərlisi, qiymətlisidir” yazır.
Kitabda xüsusi həssas məqamlarla dolu olan “Ötən günə gün çatmaz”, “Ağbabadan Qoca Qarsa salam var”, “İtgin oğullar qayıtdılar” başlıqlı yazıların müəllifi Tacir Səmimi tarixə milli vətəndaş gözü ilə baxaraq Azərbaycanın Türk dünyasının bir parçası olduğunu göstərir.
Kitabda bitkin həyat lövhələri əks olunur, insanları düşündürən ən vacib məsələlər haqqında ətraflı məlumat verilir. Hər bir bölüm bütövün fonunda xüsusi əhəmiyyət kəsb edir. Bu məsələlərin izahında kitabın öz materiallarına, cəmiyyətdə cərəyan edən hadisələrə, ədəbi-bədii faktlara, xüsusən xalq ədəbiyyatına müraciət xoş təsir bağışlayır.
“Köhnə kişilər”, El sənətkarları”, “Yurdun, elin müəllimləri”, “Gümü duyğuları”, “Doğmalarım”, “Duyğular, düşüncələr”, “Ötənlərin işığında”, “Mənə belə danışıblar”, “Arif Bayramovun xatirələri” və Qərbi Azərbaycanın digər görkəmli şəxsiyyətləri haqqında müxtəlif yazılar da öz əksini tapmış, onların həyatı hər tərəfli işıqlandırılmışdır. Bunlar onu göstərir ki, Tacir Səmimi Ağbaba mahalının üzdə olan şəxsiyyətləri haqqqında bir sıra məqalə və əsərlər də yazmışdır. Onların heç biri təsadüfi deyil, hər biri yazıçının yaradıcılığı üçün səciyyəvi olan ədəbiyyat nümunələridir. Kitabda onların hər biri öz əksini dolğunluğu ilə tapmış, bəzi mühüm məsələlər haqqında qeydlər verilmişdir. Onu da qeyd edək ki, kitabın dili rəvan oxunan düşündürücü tərzdədir.
“Yurdum, yuvam Ağbabam” kitabı bir daha təsdiq edir ki, tədqiqatlarında Qərbi Azərbaycan mövzusu xüsusi yer tutan folflorşünas alim Tacir Səmiminin tərtib etdiyi kitablar Qərbi Azərbaycan diyarı ilə bağlı aparılan araşdırmalar üçün dəyərli mənbə, tarixi yaddaşdır. “Yurdum, yuvam Ağbabam” kitabında yüksək toplayıcılıq peşəkarlığı ilə toplanmış rəvayət, bayatı və xatirələrin, müdrik fikirlərin, kəlamların dərin mənalı silqəti Qərbi Azərbaycan soydaşlarımızın dilinin, nitqinin xəlqiliyini şərtləndirən amillərdəndir. Məlumdur ki, xalqların dillərində tarix boyu ən qiymətli yaradıcılıq nümunələri zaman keçdikcə cilalanır, əbədiyyətə qovuşur, folklorlaşır. Nə zaman və kim tərəfindən deyilməsindən asılı olmayaraq bu ifadələrə xalqımızın hər zaman ehtiyacı var. Buna görə “Yurdum, yuvam Ağbaba” və bu sırada dayanan folklor, tarix kitabları elmi-nəzəri əhəmiyyətini hər zaman saxlayır.
Azərbaycan folklorşünaslığında da Vətən sözünün mənası böyükdür. Vətən öz insanı ilə, daşı-torpağı ilə, tarixi keçmişi və indisi ilə Vətəndir. Kitabda özünə yer almış bu bayatılarda necə möhtəşəm hisslər, duyğular var:
Torpağına qarışım,
Qurbandı sənə başım.
Ay mənim torpaq-daşım,
Gəldim burda ölməyə.
Vətən, gəldim, görüşək,
Sonu ölüm-itimdi.
Dərdi-qəmi bölüşək,
Könlüm sənsiz yetimdi.
Vətən məhəbətinin belə səmimi hisslərlə tərənnümü tədqiqatçı alimin, kitabın müəllifinin vətənpərvərlik hissinin xalq üçün bir mənəviyyat olduğunu deməsi, lazım gələrsə real qüvvəyə çevrilə bilməsini vurğulamasıdır.
Bir daha əmin oluruq ki, kitabı oxuduqca kitab bitir, amma ondan aldığımız mənəvi qida, təəssüratlar bitmir. Kitabda olan orijinal nəfəs, yeni bədii fikir, müəllifin özünəməxsus ifadə tərzi bizi inandırır ki, Qərbi Azəraycana həsr edilmiş ən dəyərli əsərlərdən biri olan “Yurdum, yuvam Ağbabam” kitabında həyata çağırış var, o diyara çağırış var.
Qeyd edək ki, Qərbi Azərbaycan tarixinin, etnoqrafiyasının, ədəbiyyatının, ədəbi-bədii dilinin tədqiqi və nəşri ikinci Qarabağ müharibəsindən sonra da dövlət əhəmiyyətli bir məsəslə kimi gündəmə gəlmiş və bu sahədə xeyli işlər görülməkdədir. Söz və qələm sahiblərinin Qərbi Azərbaycan diyarına hər tərəfdən həssas münasibəti sayəsində, dövlətimizin milli mədəniyyatimizi, tariximizi tədqiq və inkişaf etdirmək sahəsindəki siyasəti və qayğısı nəticəsində ölkəmiz bütöv Azərbaycan xalqının öz zəngin irsinin sahibi olduğunu bir daha sübut etmişdir.
Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın yaradıcılığına həsr olunmuş “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb.
“Zaur Ustac 50 seriyasından” nəşr olunmuş növbəti kitabın müəllifi Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən olan, Prezident təqaüdçüsü, şair-publisit Vaqif İsaqoğludur.
Kitab haqqında girişdə müəllif özü belə məlumat verir: “Bu monoqrafiyanı müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri kimi oxucular tərəfindən sevilən, şeirləri ilə ürəkləri ovsunlayan, yazıçı, şair, tərcüməçi və publicist, dəyərli ziyalı Zaur Ustacın 50 yaşına hədiyyə edirəm.”
Zaur Ustacın yazdığı ilk nümunələrdən başlayaraq ən yeni nəşr olunmuş bütün əsərlərinin sistemli şəkildə geniş aspektdə təhlilindən ibarət olan kitab böyük bir auditoriya – filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar, müstəqil təhqiqatçılar və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.
Kitabın redaktoru Tural Cəfərli, dizayneri Səbinə Hüseynzadə, naşiri Səbuhi Aslandır. Üz qabığının rəsm tərtibatıçısı Rahilə Qaralovadır.
Vaqif İsaqoğlu öz monoqrafik təhlillərində mötəbər mənbələrə və Azərbaycanın Qurban Bayramov, Vaqif Yusifli, Əli Rza Xələfli, Ülviyyə Hüseynli kimi tanınmış filoloqlarına, naşirlərinə, ədəbiyyat tənqidçilərinə istinad edir.
Kitab “Zaur Ustac – 50” layihəsi çərçivəsində nəşr edilib.
“Yazarlar” olaraq, bu münasibətlə ZAUR müəllimi təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Professor Mahirə Nağıqızının (Hüseynova )“ANA dilim” şeiri haqqında fikirlərim ( >>>Mahirə Nağıqızı – Ana dilim)
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”
Ümummilli Lider Heydər Əliyev.
Professor Mahirə Nağıqızının “Ana dilim” adlı şeiri milli varlığımızı, milli kimliyimizi əks etdirən, oxuduqca qürurverici, iftixar edici duyğular yaşadan ən dəyərli şeirlərimizdəndir. Bu şeir başdan- başa vətənpərvərlik, milli- mənəvi dəyərlərimiz, soy kökümüz, min illiklərdən gələn tariximiz üzərində köklənmişdir. Müəllif – “Bu dünyanın yaşı qədər tarixin var/ Sonu qədər, başı qədər tarixin var” – deyərək dilimizin dünya qədər dərinliyini, qədimliyini, zənginliyini anladır.
Nizaminin hikmətini sən yaratdın,
Nəsiminin qüdrətini sən yaratdın
Füzulinin fitrətini sən yaratdın,
Hikmət dolu söz büsatı, ana dilim
Dədəm- babam əmanatı, ana dilim.
Şair bu dəyərli misraları ilə ana dilimizn hikmətini, qüdrətini, Nizami, Nəsimi, Füzuli kimi dahi şairlərimizin dünya mədəniyyət xəzinəsinə ana dilimizdə bəxş etdiyi töhfələri xatırladır.
Orxonlardan üzü bəri yazın qalıb,
Altaylardan Balkanlara izin qalıb –
Misraları ilə şair xalqımızın qədim yazı mədəniyyətimizin, əlfba tariximizin qədimliyini bildirir, Orxon – Yenisey abidələri üzərində müdrik fikirləri bizə xatırladır: “Üstdən göy çökməsə/ Altdan yer dəlinməsə/ Türk yurdu, Türk törəsi dağılmaz”.
Ucsuz Qıpçaq çöllərindən havalandın,
Qədim Oğuz ellərindən havalandın,
Qopuzumun tellərindən havalandın,
Sənlə atdım qaramatı, ana dilim.
Dədəm-babam amanatı, ana dilim.
Bu qiymətli misralarda qədim yurdlarımız, Oğuz elləri, Qıpçaq çölləri, Dədəm Qorqudun Qopuzu, Sazı, sözü xatırladılır, necə ki Qorqud Dədəm demiş: “Allah-Allah deməyincə işlər olmaz. Qadir tanri verməyincə ər bayılmaz. Əzəldən yazılmasa, qul başına qəza gəlməz. Ölən adam dirilməz, çıхan can geri gəlməz. Təkəbbürlik eyləyəni tanrı sevməz. Könlün uca tutan ərdə dövlət olmaz. Qaravaşa don geydirsən qadın olmaz. Yapa-yapa qarlar yağsa, yaza qalmaz. Qarı düşmən dost olmaz. Ər malına qıymayınca adı çıxmaz. Qız anadan görməyincə öyüd almaz. Oğul atadan görməyincə süfrə açmaz. Oğul atanın yetiridir, iki gözünün biridir…”
“Ana dilim” şeirinin hər bir misrası zəngin mədəniyyətimizi, kökümüzü, soyumuzu, mənəvi dünaymizi əks etdirir, qan yaddaşımızı oyadır.
Professor Mahirə Nağıqızının “Ana dilim” şeiri yetişən gənc nəslimizin, tələbə gənclərimizin milli – mənəvi ruhda tərbiyəsində əhəmiyyətli rolu olduğunu vurğulayaraq müəlifi təbrik edir və uğurlar arzulayırıq.
Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın və ölkələrimizin qardaşlığına söykənir. Buna görə də, Azərbaycanla təhdid dili ilə danışmaq istəyən mənfurlar Azərbaycanın İkinci Qarabağ müharibəsinə müdaxilə etmək fikrinə düşəndə qarşılarında Türkiyə kimi güclü və dayanaqlı bir dövlət gördülər. Azərbaycan-Türkiyə münasibətləri əsrlərin sınaqlarından çıxaraq, “dəmir yumruğ”a çevrilə bilmişdir. Bu münasibətlərin inkişafında Azərbaycan və Türkiyə prezidentləri ilə yanaşı xalqlarımızın və ölkələrimizin də çox böyük rolları vardır. Əsrlərin sınaqlarından çıxmış Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya dəqiq bir mesajdır. Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər paradındakı tarixi və möhtəşəm çıxışları bu münasibətləri daim gücləndirməyə xidmət etmişdir. Bu münasibətlərin qorunması hər bir zaman Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqət mərkəzində olan mövzulardandır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə simvollarından birinə çevrilmişdir. Azərbaycan-Türkiyə münasibətlərində ən böyük uğurlardan biri də “Şuşa Bəyannaməsi” oldu. Bu bəyannamə Azərbaycan və Türkiyənin strateji müttəfiqlik münasibətlərini rəsmi səviyyədə təsbit edir. “Şuşa Bəyannaməsi”- də öz əksini tapan strateji müttəfiqlik məsələləri Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə sıx əməkdaşlığı, təhlükəsizlik və müdafiə sahələrini nizama saldı. Bu Müttəfiqlik Bəyannaməsi xalqlarımızın və ölkələrimizin gücünə güc qatıb, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan Türk xalqlarının möhkəm bir şəkildə birləşməsini təmin etdi. Azərbaycan-Türkiyə münasibətləri daim dünya dövlətlərinə örnək olmuşdur. Bu iki qədim tarixə malik olan xalqın böyük uğurlar qazanaraq böyük dövlət qura bilməklərində Azərbaycan və Türkiyə qardaşlığının çox böyük rolu vardır. Azərbaycan və Türkiyə qarşılıqlı əməkdaşlığının belə yüksək səviyyədə olmasında hər iki ölkənin dövlət başçılarının apardıqları ikitərəfli əlaqələrin mühüm əhəmiyyəti vardır. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ölkələrimiz arasında müttəfiqlik, strateji tərəfdaşlıq, güclü iqtisadi və mədəni əlaqələrin ən yüksək həddə olmasında rolları əvəzolunmazdır. İkitərəfli əlaqələrin hazırkı yüksək səviyyədə olması tamamilə məntiqə əsaslanır. Qarşılıqlı güvənə əsaslanan münasibətlərin ən bariz nümunəsi Azərbaycanın müstəqilliyinin ilk dəfə Türkiyə tərəfindən tanınmasıdır. Ümumilikdə, Azərbaycan və Türkiyə dövlətləri arasında olan müttəfiqlik əlaqələri bölgədə daimi sülh və inkişafa xidmət edir. Azərbaycan və Türkiyə hər zaman bir- birinin sevincini öz sevinci, kədərini isə öz kədəri bilmişdir. 2023-cü ilin fevral ayında Türkiyədə başverən dəhşətli zəlzələ xalqımızı və ölkəmizi dərindən kədərləndirmişdir. Azərbaycan bu dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında qardaşlıq dəstəyi və yüksək həmrəylik nümunəsi olmuşdur. Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələrin yaranmasına və bütün bölgənin inkişafına mühüm töhfələr vermişdir. Azərbaycan və Türkiyə münasibətləri beynəlxalq və regional səviyyəli olub, regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına güclü təminat yaradır. Azərbaycan-Türkiyə münasibətləri türkdilli ölkələr və xalqlar arasında birliyin və əməkdaşlığın inkişafında ortaq tarixi köklər, iqtisadi əlaqələr, dövlət maraqlarının və gələcəyə birgə baxışın təsiri baxımından olduqca böyük əhəmiyyətə malikdir. Dost və qardaş olan Azərbaycanın və Türkiyənin dövlət başçılarınında arasında şəxsi dostluq və qardaşlıq münasibətləri vardır. Buda, həmçinin, əlaqələrin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən ən əsas amillərdəndir. Azərbaycan və Türkiyə dövlətlərini mədəniyyət ümumiliyi, sosial-iqtisadi əlaqələr, tarixi köklər, yaxın münasibətlər, liderlərinin bir-birinə olan güvən və etibarı, regiona olan münasibətləri, dünyaya sülh və rifah arzusu arzulamaqları, dövlət siyasətləri, strateji müttəfiqlikləri birləşdirir. Qardaş Türkiyə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunmasının bütün mərhələlərində Azərbaycanın yanında idi. Türkiyə dövlətinin Azərbaycana açıq, dəqiq və birmənalı dəstəyi əsgər və zabitlərimizin döyüş qüdrətini daha da yüksəltdi və müharibənin gedişatı proseslərində əhəmiyyətli təsir yaratdı. Türkiyə kimi hərtərəfli imkanlara malik güclü bir dövlətin Azərbaycanın yanında olması və hərtərəfli dəstəyini açıq bir şəkildə bəyan etməsi işğalçı Ermənistanın havadarlarına və özünə güclü bir zərbə oldu. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəkdir. Çünki Türkiyə ilə Azərbaycanı və Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması o deməkdir ki, Naxçıvan-Qars dəmir yolunun fəaliyyətə başlaması zəruri olacaqdır və hər iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələri intensivləşəcəkdir. Naxçıvan-Qars dəmir yolunun fəaliyyətə başlaması bütün Türk dövlətlərinin inkişaf etməsində mühüm rol oynayacaqdır. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsi regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanması deməkdir. Türk Dövlətləri Təşkilatını təşkil edən- Türk dünyası üçün xalqlarımızın birlik olması məsələsi daim prioritetdir və aparılan siyasət də bunu aydın göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərini xüsusi vurğulayaraq, ümumən, türk dünyasının birliyi məsələsini ön planda tutmuşdur. Türk Dövlətləri Təşkilatının birliyi yaxın gələcək üçün potensial qlobal güc kimi çox böyük perspektivlər daşıyır. Birləşmiş Türk dünyası gələcəkdə böyük coğrafiyaya, böyük əraziyə, böyük hərbi gücə, böyük iqtisadiyyata, təbii sərvətlərə, nəqliyyat yollarına, bir soydan, kökdən olan gənc və artan əhaliyə sahib olacaqdır. Bir soydan, kökdən olan xalqların güclü və müştərək birlik yaratmağa nail ola bilməkləri olduqca önəmli bir məsələdir. Azərbaycanın və Türkiyənin qarşılıqlı səyləri bu birliyin möhkəmlənməsinə xidmət edərək türk dövlətlərinin sıx birliyini daha da gücləndirir. Türk Dövlətləri Təşkilatının qlobal önəmi, miqyası və rolu olduqca yüksəkdir. Azərbaycanın və Türkiyənin qarşılıqlı atılan doğru addımları türk dünyasının beynəlxalq məkana inteqrasiyasını və iqtisadi potensialını gücləndirmişdir. Günü-gündən Azərbaycan və Türkiyə arasındakı hərbi sahədə əməkdaşlıq əlaqələri inkişaf edir və birgə ordu quruculuğu istiqamətində atılan addımlar möhtəşəm nəticələr verir. Azərbaycan və Türkiyə dövlətləri arasında təhsil, texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələri olduqca gücləndirilmişdir. Azərbaycan və Türkiyə dövlətləri hər bir zaman fəal əməkdaşlıq etmiş və birgəliyimizin gücü ilə dünya üçün sülh, təhlükəsiz inkişaf dəyərləri yaratmışdırlar. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin böyük bir tarixi vardır. Bu tarix ortaq kökə, dilə, din birliyinə, oxşar mədəniyyətə, adət və ənənələrə söykənir. Hər iki dövlət və xalq tarixlərin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olaraq çıxmışdırlar. Bunun bariz nümunəsi kimi Nuru Paşanın komandanlığı ilə 1918-ci ildə Türk Qafqaz İslam Ordusunun Bakını xilas etməsi üçün Azərbaycana gəlməsini göstərmək çox doğru olardı. Nuru Paşanın komandanlığı ilə Türk ordusu Azərbaycana, Bakıya gəldi və Azərbaycanı daşnakların təcavüzündən xilas etdi. Bakını xilas etməsi ilə Türk ordusu hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan və Türkiyə xalqları ağır dövrlərində bir-birilərinə göstərdikləri köməyi heç vaxt unutmayıblar. Hər iki dövlət bir-birilərinə daim maddi və mənəvi yardım göstərmişdir. Azərbaycan dünyaya hərtərəfli inteqrasiya edə bilmək üçün Türkiyə dövlətinin imkanlarından yararlanmışdır. Azərbaycan Türkiyənin Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə yarada bilmək üçün ən yaxın müttəfiqidir. Bu müttəfiqlik Azərbaycan – Türkiyə münasibətlərinin inkşafında mühüm vasitə rolunu oynayır. Türkiyə dövləti ilə Azərbaycan dövləti bir-birinə beynəlxalq aləmdə müttəfiq və dayaqdır. Azərbaycanın güclü dövlət olmasında Türkiyənin dünya siyasətindəki gücünün rolu danılmazdır. Hər iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normaları prinsiplərinə əsaslanması dayanıqlı inkşafı zəruri edir.
Bir millət, iki dövlət arasındakı münasibətlərin tarixi olduqca qədimdir. Perspektivlərə əsaslanan ikitərəfli siyasi münasibətlər Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa edəndən sonra daha da inkişaf etdi. Belə ki, 1991-ci il noyabrın 9-da Azərbaycan müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. Bundan sonra münasibətlər daha da irəliləyərək 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Azərbaycan və Türkiyənin diplomatik fəaliyyətə başlaması ilə hər iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı geniş perspektivlər açdı. Qarşılıqlı əlaqələrin əsas prinsiplərinin və inkişaf perspektivinin müəyyən edilməsi hər iki dövlətin qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanmasının nəticəsi idi. Türkiyə hər bir zaman Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasında, regional təhlükəsizliyin qorunmasında, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasında Türkiyə dövləti ilə yaradılan hərtərəfli əməkdaşlığın xüsusi əhəmiyyəti danılmazdır. Azərbaycan – Türkiyə münasibətləri həmişə yüksələn xətt üzrə inkişaf etmişdir. Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabili olan Türkiyə daim bu münasibətlərin inkişafına xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasını təmin etmişdir. Azərbaycan – Türkiyə münasibətlərinin həmişə yüksələn xətt üzrə inkişaf etməsi tərəflərin ümummilli liderlərinin xarici siyasət konsepsiyasınada verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateji birliyində göstəricisidir. Hər iki ölkənin əlaqələri və bu əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin atdığı addımlar iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşlıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər qarşılıqlı əlaqələri möhkəmləndirməyə xidmət edir. Strateji əməkdaşlığın dərinləşdirilməsi üçün Türkiyə və Azərbaycanın atdığı bütün addımlar dostluq və qardaşlıq əlaqələrinin yeni bir mərhələyə daxil olması üçündür. İki dövlət arasında münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivləri daim müzakirə mövzusu olmuşdur. Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsi qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsinə ən əsas səbəblərdəndir. Bayram Salmanov Respublika qəzetində dərc olunan “Dünyaya örnək qardaşlıq” məqaləsində Azərbaycan və Türkiyə münasibətlərini geniş bir şəkildə şərh etmişdir. “Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni əlaqələrinin formalaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə əlaqələri yüksək səviyyədə təmin etdi. Prezident Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verdi” [8,4].
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinə görə seçilən şəxslərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan və Türkiyə arasında birgə bəyanatlar, mülki aviasiya və mədəniyyət sahəsində əməkdaşlıq daim diqqət mərkəzində saxlanılan mövzulardandır. Türkiyə və Azərbaycan arasında münasibətlər köklü tarixə, mədəni bağlara, qardaşlıq təməlinə söykənir. Hər iki qardaş dövlət bir-birinə olan hər sahədə dəstəyi ilə inkişaf edib, günü-gündən güclənməkdədir.
Türkiyə və Azərbaycan arasında münasibətlərin ən əsas memarlarından biri böyük lider, hörmətli Heydər Əliyevdir. İki ölkə arasındakı əlaqələrin ideal vəziyyətdə saxlanıla bilməsində ən vacib məqam eyni millətin iki ayrı dövlətinin olmasıdır. Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının real təzahürü Azərbaycanın neft-qaz sektoru sahəsində Türkiyə dövlətinə verdiyi dəstəkdir. Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlığın qurulması ilə Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsi formalaşdırıldı. Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı tamamilə rəsmiləşdi. Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışının reallaşdırılması ilə Azərbaycanın və Türkiyənin, eləcə də Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunması baş tutdu. Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışı ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələrin həyata keçirilməsinə əsas oldu. Bu layihələrdən ən əsası Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsidir. Türkiyə dövləti Azərbaycanın həmişə ən əsas ticarət tərəfdaşlarından biri olmuşdur. İqtisadi sahədə əməkdaşlıq uzun illər boyu davam etdirilir. Azərbaycan Respublikasının beynəlxalq mədəni fəaliyyətində istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından Türkiyə mədəniyyətinə yaxındır. Çünki bir-birinə çox yaxın olan hər iki xalq mədəni-kulturoloji əlaqələri ilə də doğmadır. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə, xüsusəndə, mədəni münasibətlərdə Türkiyə ilə daha da yaxınlaşdı. Azərbaycan və Türkiyə mədəni əlaqələrinin inkişafında hər iki ölkə arasında keçirilən qarşılıqlı tədbirlərin mühüm rolu vardır. Ümumilikdə, Azərbaycan və Türkiyə mədəni əlaqələri son dövrdə daha yüksək templə inkişaf edir. Bununda ən əsas səbəbləri odur ki, bu məsələyə dövlət və hökumət rəhbərləri səviyyəsində baxılır. Buna görə də cəmiyyətlər və diasporalar əməkdaşlığı daim yüksək səviyyədə saxlayırlar. Azərbaycan və Türk diaspor təşkilatlarının beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlərə dair mövqeləri çox yaxındır və ya üst-üstə düşür, tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, daim bir-birinə qarşılıqlı dəstək verirlər. BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində baş tutan konfranslarda ölkələrimizin əməkdaşlığı olduqca əhəmiyyətlidir. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi ilə Qafqaz bölgəsində sabitlik təmin edildi. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü Türkiyə tərəfindən dəstəkləndi.
İki sahil qəzetində Azərbaycan və regionun vəziyyəti tamamilə geniş bir şəkildə şərh olunmuşdur. “Ancaq əhəmiyyətli olan ermənilərin geosiyasi proseslərə və dövlətlərarası münasibətlərə yanaşmasıdır. Onlar utanmadan Azərbaycanı aqressor adlandırmağa çalışırlar. Bu “aqressorluq” nədən ibarət imiş? Sən demə, Azərbaycan 2016-cı ilin Aprel döyüşlərində öz halal torpağının bir qismini hərbi yolla azad etməklə “aqressiya” nümayiş etdiribmiş?! Dünya tarixində bu qədər həyasızlıq nümunəsi olmayıb! Ermənilərin xəstə qafaları adi bir şeyi anlamır: insanlar axmaq deyillər və görürlər ki, erməni işğalçı qüvvələri rəsmən tanınmış Azərbaycan torpaqlarındadırlar! BMT-nin Nizamnaməsinin konkret maddəsinə görə, indiyə qədər beynəlxalq aləm işğalçıların oradan çıxmasını təmin etməli idilər. Ancaq havadarlar və BMT-nin qətiyyətsizliyi ucbatından erməni təcavüzkar qüvvələri hələ də Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır. Buna görə də Azərbaycan Ordusu hər an öz funksiyasını yerinə yetirmək üçün tam hüquqi əsasa malikdir. Aprel döyüşləridə kənardan təsir nəticəsində yarımçıq bitdi, yəni Ordumuz bütövlükdə işğal altında olan ərazilərimizi azad etmək haqqına malik idi! İndi Azərbaycanın öz hərbi qüdrətini daha da artırması region üçün prinsipial müsbət əhəmiyyət daşıyır” [6,4]. Türkiyə və Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olmasında strateji faktorlarla yanaşı, dostluq, qardaşlıq prinsipləridə olduqca mühümdür. Xalqlarımızı və ölkələrimizi birləşdirən tarixi köklər, mədəni əlaqələr, keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Hər iki dövlət arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır, çünki bu dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Bütün dünyaya örnək ola bilən Türkiyə və Azərbaycan əlaqələrini şərtləndirən amillər sırasında ortaq kökümüzün, dilimizin, dil birliyimizin, oxşar mədəniyyətimizin və adət-ənənələrimizin olması əsas amillərdəndir. Hər iki qardaş xalq və dövlət həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib. Bu ortaq kök, din, dil birliyi, oxşar mədəniyyət və adət-ənənələr bir millət, iki dövlətə əsrlərin əmanətidir. Türkiyə hər bir zaman müstəqil dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycan Respublikasını dəstəkləyərək hərtərəfli əlaqələrin inkişafına geniş yardımlar göstərmişdir.
Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ölkəmizin siyasi-iqtisadi, elmi-mədəni maraqlarının reallaşmasında, hərtərəfli əməkdaşlığın genişlənməsində, xalqlarımızın rifah halının yaxşılaşdırılmasında Türkiyə çox böyük əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı müstəqilliyimizin ilk günündən etibarən başlamışdır. Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım, müdafiə sənayesi, təlim-tədris və maddi-texniki təminat sahələrindəki əməkdaşlıq, Qərblə Şərqin qovuşduğu nəqliyyat dəhlizləri, neft-qaz boru xətləri yüksək səviyyəli strateji əməkdaşlığın yaradılması nəticəsində ərsiyyə gəlmişdir. Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daimi əlaqələrlə dayanmadan inkişaf edir və möhkəmlənir. Nəticədə də, hər iki qardaş ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Türkiyə və Azərbaycan əlaqələri strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan və Türkiyə dövlətləri bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini hər bir zaman dəstəkləyirlər və ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində mühüm addımlar atırlar. Hər iki qardaş ölkənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir və bu enerji layihələri ölkələrimizin Avropanın enerji təhlükəsizliyindəki rolunu günü-gündən daha da artırır. Hər bir zaman Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən ən yüksək qiymətə layiq qiymətləndirilib. Türkiyə və Azərbaycan əlaqələri regionda geosiyasi və geoiqtisadi münasibətlərin tənzimlənməsində olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dövrün siyasi reallıqlarını nəzərə aldığı üçün qarşılıqlı əlaqələr hər bir zaman müsbət tempdə inkişaf edib, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan yüksək səviyyəyə çatmışdır.
Ədəbiyyat:
Azadi, Sevinc. Bölgənin söz sahibi olan iki qardaş ölkə: Türkiyə və Azərbaycan ən çətin zamanlarda bir-birinə dayağıdırlar / S. Azadi // İki sahil. – 2024.- 1 oktyabr. – № 179. – S.5.
Bağırlı, Musa. Tarixin sınağından uğurla çıxan qardaşlıq / M. Bağırlı // Respublika. – 2024.- 16 yanvar. – № 8. – S. 4.
Əliyeva, İradə. Dünyaya örnək olan Azərbaycan-Türkiyə münasibətləri / İ. Əliyeva // Azərbaycan. – 2024.- 24 fevral. – № 42. – S. 1,5.
Əliyeva, Mehparə. Azərbaycan-Türkiyə: İki ölkə arasındakı diplomatik əlaqələr regional sülhə töhfə verir / M. Əliyeva // Respublika. – 2024.- 14 yanvar. – № 7. – S. 1-2.
İbrahimova, Aygün. Azərbaycan ilə Türkiyənin enerji tandemi: İğdır-Naxçıvan qaz kəməri / A. İbrahimova // Respublika. – 2024.- 25 sentyabr. – № 209. – S. 4.
İki sahil. – 2018.- 30 iyun. – № 121. – S. 2,4.
Qurbanov, Füzuli. Azərbaycan-Türkiyə birliyi: “Geosiyasi layları” tərpədən müttəfiqlik: II məqalə / F. Qurbanov // Xalq qəzeti. – 2024.- 4 iyul. – № 137. – S. 5.
Salmanov, Bayram. Dünyaya örnək qardaşlıq//Respublika. – 2024.- 15 iyun. № 126. – S. 4.
Вышла в свет новая книга под названием «Поэтический мир Заура Устаджа»
Вышла в свет новая книга под названием «Поэтический мир Заура Устаджа», посвященная творчеству известного поэта и главного редактора журнала «Язярлар».
Автором очередной книги, изданной в серии «Заур Устадж 50», стал Вагиф Исагоглу — один из первых профессиональных военных журналистов в Азербайджане, президентский пенсионер, поэт-публицист.
В предисловии к книге сам автор сообщает следующее: «Представляю эту монографию к 50-летию Заура Устаджа — писателя, поэта, переводчика, публициста, ценного интеллектуала, любимого читателями как один из видных представителей современной азербайджанской литературы, пленяющий сердца своими стихами».
Книга, представляющая собой системный и широкий анализ всех произведений Заура Устаджа, начиная с первых написанных им образцов и заканчивая недавно опубликованными, рассчитана на широкую аудиторию — филологов, журналистов, преподавателей высших и средних учебных заведений, студентов, докторантов, независимых исследователей, а также всех интересующихся азербайджанской литературой и культурой.
Редактор книги — Турал Джафарли, дизайнер — Сабина Гусейнзаде, издатель — Сабухи Асланд. Художник обложки — Рахила Гаралова.
В своих монографических анализах Вагиф Исагоглу ссылается на авторитетные источники и известных азербайджанских филологов, издателей и литературоведов, таких как Гурбан Байрамов, Вагиф Юсифли, Али Рза Халафли, Ульвия Гусейнли.
MƏHƏMMƏD ƏLİ YARADICILIĞINDA ŞƏRQLƏ QƏRBİN VƏHDƏTİ
(şair Məhəmməd Əlinin 75 yaşına ərməğan)
Qloballaşan dünyada bir tərəfdən qırğınlar, müharibələr, soyuq savaşlar hər yeni günün mövzusuna çevrilib insan beynini zəbt edir, başqa şey düşünməyə imkan verməməyə çalışır, digər tərəfdən isə inkişaf etməkdə olan ölkələr, mədəni xalqlar bir-birinə yaxınlaşmaq, aradakı çəpərləri götürmək istəyir. Coğrafi cəhətdən alınmasa belə insanlar, xüsusən də yaradıcı insanlar buna cəhd göstərirlər. Get-gedə hiss-həyəcan, duyğu, emosiya aləmi zəka, ağıl, düşüncə, təfəkkür dünyası ilə yaxınlaşmaq əzmindədir, sanki birləşmək astanasındadır. Bu, cərəyan uzun müddət ayrılıq rəmzi kimi sayılan Şərqlə Qərbin vəhdəti deməkdir. Hər ötən gün bu vəhdət bir az da inkişaf etdirilir, yaxınlaşdırılır. Əlbəttə ki, qəlbi nurlu günəş işığı kimi bol olan sənətkarların, söz adamlarının sayəsində. Belə adamlardan biri şair Məhəmməd Əlidir. Özünü heç vaxt gözə soxmağa, yaradıcılıq nümunələrini yaymağa, təbliğatını aparmağa, geniş oxucu kütləsinin rəğbətini qazanmağa çalışmayan, heç cəhd də göstərməyən Məhəmməd Əli. Hansı ki, texnikanın inkişaf etdiyi bir dövrdə və əsas auditoriya olan məktəblərdə ümumiyyətlə şair və yazıçıların təbliğatının aparılmadığı bir zamanda bu məsələ çox vacibdir.
Gün həftəyə calandı,
Ay ötdü, il dolandı.
Faydalı keçən ömür
Məna ilə dolandı.
Sinəsi xalq folkloru ilə dolu olan nənəmdən (Allah ona qəni-qəni rəhmət eləsin, müəllimlərimlə bərabər onun rolu böyükdür. Bizdə anaya nənə, nənəyə qoca deyərdilər – Ə.A) uşaq vaxtı eşitdiyim, heç vaxt fərqinə varmadığım, lakin yaddaşımın hansısa qatında qoruyub saxladığım bu həzin nəğməni niyə məhz indi xatırladım? Özü də şair Məhəmməd Əlinin yetmiş beş yaşının tamam olması ərəfəsində! Şairin yaradıcılığı haqda düşünə-düşünə payız küçələri ilə gedə-gedə, ayağımın altındakı xəzəlləri tapdalaya-tapdalaya, beynimdəki fikirlər öz işini görür, ilməsinin hərəsini bir yerdən götürərək xəyalındakı xalçasını toxuyur.
Tam kamillik, müdriklik dövrünə çatan Məhəmməd Əli yaxşı bir ağsaqqal, aktual fikir və təfəkkür sahibi nurani baba, bənzərsiz deyimləri, təkrar olunmayan ifadələri ilə könül ovsunlayan istedadlı şair kimi tanınmış, bu gün də gözəl insani xüsusiyyətlərini özündə saxlayaraq yazıb-yaratmaqdadır.
Ən əsası, onun xoşbəxtliyi ürəyinin genişliyindədir, ədəbi mühitə xas olan paxıllıqdan kənardır, qibtə və həsəd hissləri isə onun təbiətinə ümumiyyətlə yaddır. Necə deyərlər, daima başını aşağı salıb ulu Yaradanın verdiyi təb, istedad müqabilində öz yaradıcılığı ilə məşğul olmuşdur. Şair bəzən əhatəsində baş verənlərə qarşı üsyanını lirik qəhrəmanın dili ilə Tanrıya üz tutmaqla bildirir, zamanın ağır yükünü çiynində çəkə bilmədiyindən giley-güzarını ona söyləyir:
Rəbbim, yaratdığın əşrəti-insan
Haqq yolunu azıb, şeytana dönüb.
Gözləri kor olub, ağlı da çaşıb,
İnsanlıqdan çıxıb, nadana dönüb.
Hər yanda qırğınlar, müharibə, qan,
Titrədir göyləri qalxan ah-fəqan.
Sanki son ömrünü yaşayır cahan,
Dünya çalxalanır, virana dönüb.
Bununla belə Məhəmməd Əli poeziyası onlarla nüfuzlu simanın və ədəbiyyatşünasın diqqətini çəkmişdir. Xalq şairi: Məmməd Araz, şairlər: Adil Cəmil, İlyas Tapdıq, Oqtay Rza və Fərqanə Mehdiyeva, ədəbiyyatşünaslardan: akademik Teymur Kərimli, professorlar Vaqif Yusifli, Hafiz Əlimərdanlı və Nadir Məmmədli, söz adamlarından: Elxan Zal Qaraxanlı, Məhəmməd Ələkbərli, Əli bəy Azəri, Ramiz İsmayıl, Sabir Şirvanlı, Şahməmməd Dağlaroğlu, Vaqif Osmanov, Xəzər Miraj, Ayaz İmranoğlu, Hikmət Məlikzadə və başqaları onun yaradıcılığına müraciət etmiş, bənzərsiz fikirlərini, deyilməmiş ifadələrini, yeni poetik tapıntılarını alqışlamışlar.
Cəmiyyət elə düşünür ki, bütün ibarəli fikirlər səsləndirilmiş, deyilməli hər nə varsa dünyanın müdrikləri, eləcə də Azərbaycanın dahi klassikləri Nizami Gəncəvi, Xəqani Şirvani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və başqaları tərəfindən deyilmişdir. Mümkün olanları da Azərbaycanın görkəmli şair və yazıçıları ədəbiyyatın qızıl dövrü sayılan XIX və XX əsrlərdə yaşayıb-yaratmışlar demişlər. Daha bundan sonra yeni nə demək olar?
Dilimizi, folklorumuzu ilk olaraq anamızdan (nənəmizdən) öyrənməyə başlayırıq. Burda yenə də nənəmin bir kəlməsini xatırlatmağa məcburam. “Dünya həmişə tuluq kimi çalxalanır, yağı yağ tərəfə ayrılıb üzə çıxır, ayranı aşağıda qalır”. (Biz tərəflərdə – Zəngəzurda keçi dərisindən hazırlanmış tuluqdan daha çox istifadə edərdilər, nəinki taxta nehrədən Ə.A) Sonralar bu hikməti Mirzə Ələkbər Sabirin yaradıcılığında gördüm. Yaxşı ki, Sabir bunu nəzmə çəkmiş, ədəbiyyata həkk etdirmişdir. Hərdən mənə elə gəlir ki, Sabir özü də bu hikməti folklor nənəsindən eşidib.
Bu da bir hikmətdir ki, hər dövrün özünün dillərdə dastana çevrilən Leyli-Məcnunu olub. Dillər əzbəri aşiq-məşuqu kimi qılınc vuran igid oğulların da şan-şöhrəti hər yana yayılıb. Onlarla bərabər düşünən beyinləri ilə seçilən söz adamlarının cəmiyyətdə rolu danılmazdır. Məhəmməd Əli də indiki dövrün düşüncəsi ilə xalqın fərqlənən şair oğullarından biridir. Təkcə təbiətin füsunkarlığını deyil, həm də onun fəlsəfəsini nəzmə çəkən şairin “Dağlarda qış” şeirinə bir nəzər salaq.
Dağlar bir-birinə qısılıb,
çəkib qar yorğanını başına.
Təpələr üşüməsin deyə,
onları basıb ağuşuna.
Günəşin şəfəqlərindən
parıldayır qayaların tunc libası.
Susub, gəlmir göylərdən
qartalların qıy sədası.
Ağaclar gəlintək bəzənib,
budaqlarına sazaqdan mirvarilər taxıb.
Dağ kəli sola-sağa boylanaraq
keşik çəkir, şiş qayalara çıxıb.
Bulaqlar əvvəlkitək coşub çağlamır,
bürümür ətrafı şaqraq səsi.
Çayların zil səsi batıb,
Pəsdə oxuyur,
güclə eşidilir nəğməsi.
Binə yerləri görsənmir,
yerlərini qar örtüb, boş qalıb.
Dağlar rahat uyusun deyə
təbiət sükut lövbərini salıb.
Görün nə qədər yeni deyim var. Düzdür, köhnə deyimlərdən də istifadə olunub, ancaq onlar da yeni formada deyilib. “Təpələr üşüməsin deyə”, “Ağaclar… budaqlarına sazaqdan mirvarilər taxıb”, “Dağ kəli… keşik çəkir”, “Çayların zil səsi batıb”, “Dağlar rahat uyusun deyə” və başqa yeni ifadələr hansısa şair tərəfindən deyilibmi?
Azərbaycanın gözəl sonet ustadı Mirəfsəl Təbib də öz poeziyası ilə Şərqlə Qərbin vəhdətinə çalışan şairlərdən biri olub. O, qeyd edirdi ki, “… bəşəriyyətdə yeni fikir yoxdur, qədim və hətta çox qədim fikrin yeni, müasir ifadəsi var. Həyat davam edir və təkrar olunur, insan və insanlıq haqqında fikirlər, mülahizələr yalnız zamana uyğun formada yeni şəkil alır”.
Məhəmməd Əliyə görə poeziya, elə ədəbiyyatın özü də zövq məsələsidir. Hər hansı bir əsər, poetik nümunə mininə xoş gələr, onuna yox! Mininə xoş gəlmək hələ ədəbiyyat demək deyil. Necə ki, sinifdə bir müəllimin fikri otuz şagirdin zövqündən üstün tutulur. Müəllim ölçüb-biçəndir, düşünəndir, şagirdlər isə ilk görünüşdə aldana bilərlər.
Yazda baş verən təbiət hadisələri ilə hamı rastlaşır. Birdən gün çıxır. Bir də görürsən ki, hardansa peyda olan qara buludlar günəşin qabağını kəsib hər yeri qaranlığa bürüdü. Yağış yağmağa başladı. Yağış birdən leysana çevrildi. Sel suları aləmi başına götürdü. Dağlardan üzüaşağı axan çaylar daşdı. Çaylar iri daşları qabağına qatıb üzüaşağı aparmağa başladı. O sahilə, bu sahilə çırpıb şaqqaşaraq səslər çıxartdı. Elə ki, düzənliyə çıxdı, çaylar yavaşıdı, bayaqkı əsib-coşmaqdan əsər-əlamət qalmadı.
Sadaladığım bütün bunlar Məhəmməd Əli yaradıcılığına xarakterikdir. Sözsüz ki, təbiətə qarşı çox diqqətli olan şairin poeziyasında ecazkar aləm ilk növbədə öz əksini tapıb. Şair çay aşağı axaraq bir-birinə dəyib şaqqıltı çıxardan daşların səsini qoç, kəl döyüşünə bənzədib, buynuzlar da bir-birinə dəyəndə şaqqaşaq səs çıxardır. Dağ, yamac aşağı axan çay sanki əzəmətli dağlardan güc alıb sürətlə axır, düzənliyə çatanda gücü zəifləyir. Məhəmməd Əlinin canlı bənzətmələri heç bir çağdaş Azərbaycan şairinin poeziyasında yoxdur.
Beləliklə, onu demək mümkündür ki, füsunkar təbiətdən ilham alan şair ruhu adətən, gözəllik, sevgi üzərində köhlənir. Başdan-başa gözəl təbiətlə əhatələnmiş doğma yurdun ecazkar sehrinə düşən Məhəmməd Əli çoxşaxəli poeziyasında təkcə təbiət təsvirlərləri ilə qane olmamış, bir qəvvas kimi təbiət hadisələrinin dərinliklərinə baş vurmuş, onları dönə-dönə təhlil edərək mənalandırmağa çalışmışdır. Əksər hallarda bu, uğurla nəticələnmişdir.
Payız barədə, demək olar ki, bütün şairlər yazmışlar. Sözün qüdrətindən bəhrələnən yaradıcı insanlar payızın qəribə hallara düşməsini yüzlərlə etüdlər, mənzərələr vasitəsilə göz önündə canlandırmağa çalışıblar. Şair Məhəmməd Əli də onlardan biridir.
Qərib quşlar apardı
İsti yayı özüylə.
Payız gəldi, – dağlardan
Enən köçün iziylə.
Məhəmməd Əli az sözlə böyük məna ifadə etməyə çalışır və bacarır. Tər-təzə deyimlər zövq oxşayır, adamın ruhunu ovsunlayır. Elə bu şeirdə “dağlara yağan ilk qarla”, “bağlarda yetişən sərvət-barla”, “dəlisov küləklərin səsində”, “aşıb-daşan suların, sellərin ahəngində” payızın gəlişi təsvir olunur. Payızın gəlişi ilə saralmış, qızarmış yarpaqlar pürrəngi olur. Bir də Məhəmməd Əliyə görə payız iki fəsildir: günəşli günü yaydandır, çovğunlu günü isə qışdan. Şairin təbiətlə “canlı” təması bir çox gözəl poetik nümunələrin yaranmasına gətirib çıxardıb.
Gölü əmək yarışlı,
Gah günlü, gah yağışlı.
Bir yanı qarlı, qışlı,
İki fəsilli payız.
Şair Məhəmməd Əlinin yaradıcılığı rəngarəngdir. O, poeziyanın müxtəlif növlərində: qoşma, gəraylı, qəzəl, sərbəst və moderində nümunələr yaratmışdır. Klassik janra sədaqəti qoruyub saxlamaqla bərabər onun poeziyasında müasirliyə cəhd, yeniliyi nümayiş etdirmək elementləri açıq-aşkar görünməkdədir. Bayatı, rübai və dördlüklərində az söz ilə böyük mənalar ifadə etməyə çalışmışdır. Bu da dahi Nizami Gəncəvini “hər sözü az demək daha xoş olar” vəsiyyətinə əməl etməkdir. Şairin şeirlərinə və həm də özünün nəğmə olaraq yazdıqlarına mahnılar bəstələnib.
Məhəmməd Əli ixtisasca mühəndisdir. Uzun illər öz ixtisası üzrə işləmiş, ölkənin inkişafında və yenidənqurmada öz dəqiq ixtisasının təhfəsini əsirgəməmişdir. Bu gün ədəbi mühitdə qələmini göydə qılınc kimi oynadan ixtisasca dəqiq elmlər mütəxəssisləri öz bacarıqları ilə seçilirlər. Onlar fəlsəfə üzrə ixtisaslı söz adamlarından sözə yanaşmaqda, ədəbi təsvirlərdə, mühakimələrində dəqiqlikləri ilə fərqlənirlər. Şərq dahiləri arasında Nəsrəddin Tusi də həmişə dəqiqliyi ilə seçilib və ona görə də məşhurdur.
Şairlər, adətən, cəmiyyətdən şikayətlənəndə özlərinə qapanırlar, məsum uşaq kimi kövrək olurlar, tənhalıq hiss edirlər. Bu tənhalığı Məhəmməd Əli “Qar yağır” şeirində ifadə edib. Qar yağması da bir təbiət hadisəsidir.
Qar yağır.
Heç kim məni görməyir, duymayır.
Yaddan çıxmışam, unudulmuşam,
Bilmirlər ki, yoxam, varam.
Olmuşam gözdən, könüldən uzaq.
Atılmış buz heykəl,
Cansız qar adam.
Bütün dahilər ən gözəl əsərlərini tənha qalanda düşünüb ortaya çıxardıblar. Tənha qalmaq heç də unudulmaq demək deyil. Məhəmməd Əlinin yazdıqları, şair haqqında başqalarının yazdıqları haralardasa həkk olunub, qorunur, saxlanılaraq gələcək nəsillərə ötürüləcəkdir. Nə olsun ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən hələ incələnib dəyərləndirilməyib. Onsuz da hamı bilir ki, onlar siyahı və sifarişlə işləyirlər. Məhəmməd Əlinin isə heç kimin sifarişi ilə siyahıya düşməsinə ehtiyacı yoxdur. Onun yaratdığı gözəl poeziya nümunələri özü elə bir siyahıdır. Nə vaxtsa dəyərləndiriləcək, ana südü kimi öz halal qiymətini alacaq.
Martın ilk günü, baharın təbiətə hər havası ilə xoş bəvş etdiyi başlanğıcda şair Məhəmməd Əlinin 75 yaşı tamam olur. Əlbəttə ki, bu nisbi astronomik təqvim hesabıdır. Dədə Qorquddan üzübəri böyük bir epoxanı canında yaşadan söz adamının yaşını heç bir təqvim hesablaya bilməz. Bununla belə onun doğum gününü qeyd etmək borcumuzdur. Bu münasibətlə şair Məhəmməd Əlini səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, yeni poetik axtarışlarını davam etdirmək yolunda bol-bol uğurlar arzulayırıq.
Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın yaradıcılığına həsr olunmuş “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb.
“Zaur Ustac 50 seriyasından” nəşr olunmuş növbəti kitabın müəllifi Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən olan, Prezident təqaüdçüsü, şair-publisit Vaqif İsaqoğludur.
Kitab haqqında girişdə müəllif özü belə məlumat verir: “Bu monoqrafiyanı müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri kimi oxucular tərəfindən sevilən, şeirləri ilə ürəkləri ovsunlayan, yazıçı, şair, tərcüməçi və publicist, dəyərli ziyalı Zaur Ustacın 50 yaşına hədiyyə edirəm.”
Zaur Ustacın yazdığı ilk nümunələrdən başlayaraq ən yeni nəşr olunmuş bütün əsərlərinin sistemli şəkildə geniş aspektdə təhlilindən ibarət olan kitab böyük bir auditoriya – filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar, müstəqil təhqiqatçılar və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.
Kitabın redaktoru Tural Cəfərli, dizayneri Səbinə Hüseynzadə, naşiri Səbuhi Aslandır. Üz qabığının rəsm tərtibatıçısı Rahilə Qaralovadır.
Vaqif İsaqoğlu öz monoqrafik təhlillərində mötəbər mənbələrə və Azərbaycanın Qurban Bayramov, Vaqif Yusifli, Əli Rza Xələfli, Ülviyyə Hüseynli kimi tanınmış filoloqlarına, naşirlərinə, ədəbiyyat tənqidçilərinə istinad edir.
Kitab “Zaur Ustac – 50” layihəsi çərçivəsində nəşr edilib.
“Yazarlar” olaraq, bu münasibətlə ZAUR müəllimi təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Tarix üçün “etnonim” anlayışının öyrənilməsinin vacibliyini bu sahədə çalışan çoxsaylı alimlər həmişə qeyd etmişlər.
“Etnonimin yaranması, coğrafi inkişafı, məhv olunması, olması və ya başqa keyfiyyətlərə keçməsi, başqa sözlə, etnonimin bütün tarixi bu və ya digər şəkildə etnosun tarixi ilə bağlıdır. Tarixin dərin əsrlərinə endikdə etnonim və etnos anlayışları daha dolğunlaşır” və bunları tədqiq etmək daha da asanlaşır. R.Q.Kuzev yazır ki, etnonimin öyrənilməsi mürəkkəb və çoxpilləli etnik tarixin dərin qatlarının tədqiq edilməsinə imkan verir. M.B.Kryukov “Eramızdan əvvəl II-I minilliklərdə Qədim Çin yazılı abidələrində dünyanın etnik xəritəsi” adlı əsərində yazır: “Etnonimin nəzəri problemlərinin tədqiqatı (ən əsası onların yaranması və funksiya daşıyıcıları) etnik insanların tarixi tipologiyası üzrə mürəkkəb xüsusiyyət yaratmaqla bərabər, həm də mürəkkəb komplekslərin çözülməsinə imkan verir”.
Etnonimlərin həqiqi etimologiyasını öyrənmədən və bilmədən tarixçilər ictimaiyyəti çaşdırıcı yola apara bilərlər. Bu barədə rus tarixçisi D.İlovayski xəbərdarlıq edir: “Xalqların əsrlər tarixində, daim adların dəyişməsini görürük, bu da bizi mənbələrdən uzaqlaşdırır və rus, bulqar, xəzər xalqlarının tarixinin öyrənilməsində çox güclü təsirini göstərir; ancaq tarixşünaslıq elmi dediklərimdən kənarda qalır və yeni xalqlarla rastlaşdıqda, onları yeni xalq kimi qeydə alır”. D.E.Yeremeyev isə özünün “Türk etnonimlərinin semantikası” adlı əsərində qeyd edir ki, türk etnonimləri həm məzmun, həm də formaca müxtəlif və çoxşaxəlidir. Çox zaman isə bu sosiumun etnik tarixinin yaranmasını əks etdirir və etnogenetikanın tədqiqatında əlavə mənbə rolunu oynayır.
Etnonimlərin etimologiyası türkşünaslıqda ən çətin məsələ olaraq qalır və bunun həlli üçün yeni mənbələr axtarmaq və araşdırmanı davam etdirmək lazımdır.
Avropada eramızın VII əsrində ilk dəfə olaraq Troya (Truva) haqqında əfsanələr gəzəndə, əvvəlcə “türk” sözünə ciddi diqqət yetirməyə başladılar, çünki Troya çarının adı TORQURUS “türk” etimologiyası ilə çox uyğun gəlirdi.
Qeyd etmək lazımdır ki, “Avesta”nın qəhrəmanlarından biri Tur olub.
Firdovsinin “Şahnamə” əsərində də “Turan” sözünün “tur”, daha sonra isə “türk” termini ilə bağlılığı göz qabağındadır.
“Divanü luğat -it-Türk” əsərində Mahmud Kaşğari “türk” sözünü üç mənada verib:
1. Türk kudaş edi – günəş göyün ortasında
2. Türk üzüm edi – üzümün dəymiş vaxtı
3. Türk yigit – ər türk, döyüşkən cavan
“Qədim türk sözlüyü”ndə isə “türk” termini aşağıdakı mənaları verir:
1. Türk – güclü, qüdrətli
2. Türk – tayfalar ittifaqı
Azərbaycan tarixçisi Altay Məmmədov Türkiyə alimi Adilə Aydana istinadən qeyd edir ki, ərəb əlifbası ilə iki şəkildə yazılan “türk” sözü dörd cür oxuna bilər: “TÜRK,TÜRÜK,TÖRK,TÖRƏK”. Daha sonra o yazır: “Türk qrammatikası formalaşma mərhələsində ikən bir qisim türklər verimli – məhsuldar bir torpağa yerləşib köçərilikdən əl çəkəndə, bunlara başqa türklər – “TUR”lar, “TURUK”lar, DURALLAR demişlər”.
Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz “türk” sözünün dörd cür oxunuşuna təəssüflər olsun ki, uzun illər diqqət yetirilməmiş, eyni məna daşıyan bu sözlərə müxtəlif interpretasiya verilmişdir.
Professor F.Ağasıoğlu “Azər xalqı” kitabında sözlərimizin təsdiqi kimi yazır: “Qədim Azərbaycanda türk adlı boylar m.ö. III minillikdə qurulan Aratta, Quti, Lullu dövlətləri zamanında üzdə olmasalar da, həmin dövlətlərin qurulmasında digər türk boyları ilə birgə iştirak etmişlər”
Assurları (aşşurlar- Y.O.) ən çox narahat edən məlumat türk dəstələrinin kiçik və ya böyük qüvvə ilə basqın edəcəyi xəbəri idi. Bu baxımdan, 21 №-li tabletdə verilən məlumat xarakterikdir.
“Turuk düşmanı çıxdı və (…)yə getdi.
O, Kakkulatimi işğal etdi…bu hücumdan bəzi tutukların sayı çox görünmür.
Ancaq arta bilər. Onlar gəlməyə davam edəcək”.
Umumiyyətlə, “türk” termininin mənasını dünya alimləri müxtəlif cür yozmuşlar. Məsələn, Vamberi və L.Munkaçi “türk” sözünə “yaradıcı”, “insan”, V.Tomson və Y.Nemət “güc”, “qüvvət” mənasının verilməsini daha məqsədəuyğun hesab edirlər.
Bununla yanaşı “türk” termininə yanaşmada iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyə tərəfdarları hesab edirlər ki, “türk” etnoqrafik termindir. İkincilər isə belə düşünürlər ki, bu sözə yalnız siyasi anlamda yanaşmaq düzgün olardı. Akademik V.V.Bartold ikinci nəzəriyyənin tərəfdarıdır və “türk” sözünü etnoqrafik termin hesab etmir. O iddia edir ki, “türk” sözü “qanun”, “adət” deməkdir və “türk” f”türü”g xalqların qanun əsasında birləşməsi” mənasını verir. Lakin akademiklər A.N.Kanonov və N.Y.Marr V.V.Bartoldun bu fikri ilə razılaşmır və belə hesab edirlər ki, V.V.Bartoldun yazdıqları mülahizələrdən başqa bir şey deyil və bunun inkişafı bu sahədə özünə yer tapa bilmədi.
Qeyd etməliyik ki, A.N.Kononov N.Y.Marrın “türk” sözünün “tar-xan”dan yaranması fikri ilə razılaşır və bu termin altında Tanrı tərəfindən seçilmiş təbəqə və tayfa birləşmələrinin eyni kökdən olan ittifaqı kimi qəbul edir.
A.N.Kononov yazır: “Burada mən diqqəti N.Y.Marrın dediyi yerlərə yönəltmək istəyirəm. Belə ki, “türk” termini Allaha bərabər olan seçilmiş təbəqə ilə bağlıdır”.
Qeyd etməliyik ki, “tar” sözünün “türk” termininə sinonim olması bir çox müasir alimlərimiz tərəfindən təsdiq olunur. Məsələn, professor F.Ağasıoğlu yazır: “Proto-azərilərin (həmçinin prototürklərin) mənşəyinə işıq salan teonimlərdən biri də tar / tur allamorfu ilə işlənən Tar sözüdür ki, bu da sonralar türk (tur-uk) etnoniminin yaranmasına səbəb olmuşdur. Azər dialektində bu gün də Tarı sözü “Allah” anlamında işlənir”.
Sonralar Tar / tur termini müxtəlif toponim, etnonim, hidronim, həmçinin adlarda öz əksini tapmışdır. Turan, Turova, Tural, Tarkan, Trek, Taran, Tar. Qəribədir ki, Troyadan İtaliyaya məlum səbəbdən köç etmiş etruskların ulu babasının adı Tarkan olmuşdur. Çinin qərbində yaşayan uyğurlara, həm də “tarançı” deyirlər. Tatar sözü “tarlıq tatarları” sözünə bərabərdir.
Qeyd etmək yerinə düşərdi ki, tarixin atası Herodot iskitlərin (skiflərin) soy-kökü haqqında yazarkən aşağıdakı önəmli sözləri qeyd edir: “…Bir vaxtlar hələ məskunlaşmamış bu ölkənin ilk sakini TARQITAY (kursiv- Y.O.) adlı bir adam olmuşdur. İskitlərin (skiflərin) dediyinə görə, Tarqıtayın atası Zevsdir, anası isə Borisfen çayının qızıdır (iskitlər buna israr etsə də, mən buna inanmıram). Belə bir əsil-nəsəbi olan Tarqıtayın da üç oğlu varmış”.
Yeri gəlmişkən, eyni dilə və inanca malik olan bütün tayfaların birləşmiş adı türk olsa da, siyasi baxımdan bunu “el” adlandırırdılar. Maraqlıdır ki, “el” sözü həm siyasi ittifaq, həm ordu, həm də tayfaların birliyi kimi nəzərdə tutulurdu.
“El” termini tarixi semantika baxımından indiki ənənəvi çalarlarla (“Oğuz elləri”, “Kafir elləri”, “El-oba”) yanaşı, siyasi səpkidə – dövlət mənasında işlədilir. Bu sözə “Kitabi – Dədə Qorqud”da tez-tez rast gəlirik. Burada “el” sözü həm də siyasi məna daşıyır. Məsələn, “Eldə yağı yox ikən, sənin babanın üstünə yağı gəldi” cümləsində “el” siyasi termin kimi verilmişdir.
Mahmud Kaşğarinin lüğətində də “el” termini öz mahiyyətini itirmir:
El = el, vilayət
El = açıqlıq, boşluq
Elbaşı = atabaxan, mehtər, vilayətin başçısı
El = iki bəy arasında barışıq
Elboy = sülh, barışıq etmək
L.N.Qumilyova görə isə qədim türklər böyük bir ərazini “el” adlandırırlar.
F.Ağasıoğlu “el” sözünə başqa bir nöqteyi-nəzərdən yanaşır. Biz onun fikirlərinə diqqət yetirməyə və bölüşməyə borcluyuq. O yazır: “Ulu soydaşlarımızın qurduğu Quti elinin tarixi həm də demokratiya tarixi kimi qiymətlidir, çünki əsl xalq hakimiyyəti olan demokratik seçki ilə formalaşmış iqtidar institutu olan Quti eli hakimiyyətin atadan oğula keçdiyi qonşu Akkad, Şumer, Elam dövlətlərindən fərqlənirdi. Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə – “el” sözü ilə ifadə olunması da türk etnosunun demokratik ruhundan yaranmışdır”.
“Qədim türk sözlüyü”ndə də “el” sözü müxtəlif mənalarda işlənir:
1. El – tayfa ittifaqı; (men elig etmiş men – mən tayfaların ittifaqını yaratdım)
2. El – xalq
3. El – dövlət
4. El begi – vəzifədə olan
5. El kün – xalq
6. Elçi – səfir, qasid, elçi
A.N.Baskakov “türk” termininin qohum tayfaların münasibətlərindən və ittifaqından yaranan bir söz olduğunu iddia edir.
A.N.Kononov isə hesab edir ki, müasir xüsusi ədəbiyyatda rast gəlinən “türk, turuk, türkü, türküt” sözlərindən ən düzgün olan variantı və düzgün oxunası “türk” terminidir.
L.N.Qumilyov isə qeyd edir ki, istənilən xalqın tarixi kök etibarı ilə qədimə çıxıb gedir və konkret tarixdən başlanır.
Qədim türk lüğətində, əgər semantika nöqteyi -nəzərdən yanaşsaq “türk” sözünü “tör” ilə də başlatmaq olar. Bu zaman bunun mənası “layiqli yer” kimi də başa düşülə bilər.
E.M.Murzayeva, M.N.Pavlova kimi alimlər qeyd edirlər ki, qazax, qırğız, pamir, ispan, katalon və başqa dillərdə “tör”, “tor” sözləri “yuxarı”, “yüksək”, “zirvə”. “dağ”, “qüllə”, “bürc”, “dağın ən yüksək zirvəsi”, “yüksək dağlıq yer”, “layiqli yer” mənalarını verir.
Bu açmalar bir daha göstərir ki, “tör”, “tor” sözləri müxtəlif mənalarda işlənsə də, hamısı “yuxarı”, “yüksəklik” anlamları ilə üst-üstə gəlir, yəni bu sözlərdən yaranan “türk” sözü də yüksəkdə duran bir xalq, yaxud tayfa kimi nəzərdə tutulur və bu yüksəklik “güc” və “qüvvə” olaraq cəmiyyətin iyerarxiyasına tətbiq olunur. XIII əsrdə Qaraqorumda olan səyyah Marko Polo xaqanın ziyafətində iştirak edərkən bu iyerarxiyanı belə təsvir edir: “Ziyafətdə böyük xaqan (Xubilay xan) masa arxasında belə oturur; onun masası digər masalardan çox yuxarıda durur. Xan zalın dərinliyində arxası şimala, üzü cənuba əyləşir. Sol tərəfində böyük və sevimli xatunu, bir az aşağı masada oğulları və yaxın qohum-əqrabası otururlar. Özü də onlar masalarına əyləşərkən başları xaqanın ayaqları bərabərliyində olmalıdır. Bir az aşağıda isə adlı-sanlı əyanlar və onların xanımları yerləşirlər… Burada hər kəs öz yerini bilir və hər kəs böyük xaqanın müəyyən etdiyi qaydada əyləşməlidir”.
Göründüyü kimi “türk” sözünün anlamına XIX – XX əsrlərdə müxtəlif cür yanaşsalar da, iqtibas gətirdiyimiz alimlər, yanaşmaları müxtəlif olsa da, eyni fikirdə olurlar ki, bu söz “güc”, “qüvvət” mənasını verir. Təbiidir ki, “güc”, “qüvvət” olan bir yerdə millətin “layiqli”, “yüksək”də yer tutması heç kimi təəccübləndirməməlidir.
Biz də belə fikirləşirik ki, birinci element “türk” termini “TÜR” sözünün fonetik variantıdır. Bu söz bizi qəbilələrin, tayfaların, xalqların çox qədim vəziyyətinə gətirib çıxarır. TÜR (TİR-TÖR-TÖS) elementi bizi türk elementilə ibtidai totem baxışlarına aparır. TİR-TÖR-TÖS-ün semantikası imkan verir ki, bu söz “məbəd yeri”, “seçilmiş yer”, “obada ən yaxşı yer”, “ocaq başında ən başlıca yer” mənasında “hakim”, “ağa”, “qanun”, “adət”ə qədər uzun bir yol keçsin. Elə M.Kaşğaridə də TÖR-TÖRƏ evin yuxarı başı, divanı, kürsüsü, TÖRÜ sözü adət-ənənə və törədilmək, yaradılmaq kimi başa düşülür. “El kalır, törü kalmas, yəni eldən vaz keçmək olar, törədən vaz keçmək olmaz”.
Törələr haqqında yazmamışdan öncə bizi daha bir sual maraqlandırır. “Türk” hansı coğrafiyadan yayılıb. Mərkəzi Asiya tarixinə nəzər yetirsək görərik ki, türklərin adı “hun” etnonim olaraq e.ə. IV əsrdən dövlət olaraq çəkilir. Doğrudanmı Ön Asiyada, Anadoluda, Azərbaycanda eramızdan əvvəlki minilliklərdə yaşamayıblar. Əlahəzrət fakt bunun əksini deyir. Başlayaq şumerlərdən. Məlumdur ki, qədim şumerlərdən bizə gələn dastanın baş qəhrəmanı Bilqamısdır. F.Ağasıoğlu bu barədə yazır: “Bilqamıs adında “Bilikli” anlamı olduğu üçün şumerlər də bu qəhrəmanı “hər şeyi bilən” el (dövlət) başçısı kimi öygüləmişlər. Akkadlarda bu dastanın ilk misrasını “Dünyagörmüş barədə” sözlərilə vermişlər. Bilqamısın adı türk dövlət başçılarına verilən “Bilgə” titulu ilə izah oluna bilər, məsələn 581-ci ildə göytürklərin batı qolunda xaqan elan edilən Tardu Xaqan “Bilgə” titulu almışdı, məşhur Toyukuk da bu titulu daşımışdır.
İndi baxaq, aydınlaşdıraq, görək ki, “bil” sözü türklərdə hansı anlamı verir.