Uzun illər jurnalistikada fəaliyyət göstərən şair-jurnalist Rəhman Babaxanlı “Azərbaycan” radiosunda redaktor, AzTV-də “Ədəbi abidələr” verilişində rejissor və aparıcı kimi çalışıb.
Rəhman Babaxanl 1948-ci ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olub.
Ağdam rayonunun Üçoğlan kəndində Eşqabdal qəbiristanlığında dəfn olunub.
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabu, bil!!! 19.02.2023. Bakı.
Uzun illər jurnalistikada fəaliyyət göstərən şair-jurnalist Rəhman Babaxanlı “Azərbaycan” radiosunda redaktor, AzTV-də “Ədəbi abidələr” verilişində rejissor və aparıcı kimi çalışıb.
Rəhman Babaxanl 1948-ci ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olub.
Ağdam rayonunun Üçoğlan kəndində Eşqabdal qəbiristanlığında dəfn olunub.
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair-dramaturq Şəkər Aslanın 85, “Söz” jurnalının 30 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbiri giriş sözülə Xalq yazıçısı, Yazıçılar Birliyinin l katibi Çingiz Abullayev açıb. Sonra tədbiri aparmaq üçün sözü jurnalın baş redaktoru Sevda Əlibəyliyə verib. Sevda xanım övladı qədər əzizlədiyi “Söz”ün işığına toplaşaları salamlayıb, onları bir-bir təqdim etdi və təbrik üçün söz verdi. Dünya şöhrətli uroloq-alim, akademik Sudeyf İmamverdiyev, Xalq yazıçısı Elmira Axundova, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli, ilk poliqrafçı alim Şəddat Cəfərov, tibb elmləri doktoru Paşa Qəlbinur, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, “Dünya Azərbaycanlılarının həmrəyliyinə dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə, Buzovna məscidinin axundu Hacı Soltan Əlizadə, Əməkdar jurnalistlər Zemfira Məhərrəmli və Şəmsiyyə Kərimova, prokurorluğun baş ədiyyə müşaviri,şair Əli Şimşək, naşir-pebliist Hacı Mehman Fərzullayev, şair Əlisəmid Kür və başqaları baş redaktor Sevda Əlibəylini təbrik edib, jurnalın hansı çətinliklərlə üzləşib işıq üzü görməsindən söz açıblar. Xalq arfisti Eldost Bayram Xalq şairi Nəriman Həsənzadənin Şəkər Aslana həsr elədiyi “Söz”adlı heykəl” şeirini oxuyub. Şair-publisist Ağamir Cavad, şuşalı qonaq Şükür Həsənov Sevda Əlibəyliyə həsr etdikləri şeirləri oxuyublar. Sevda Əlibəyli müəyyən səbəblərdən tədbirə qatıla bilməyənlərdən Xalq şairləri Nəriman Həsənzadənin, Sabir Rüstəmxanlının, Vahid Əzizin, Əməkdar incəsənət xadimi Hidayətin, akademik Rafael Hüseynovun, hüquq elmləri doktoru, professor Ibrahim Quliyevin, yazıçı-dramaturq Hüseynbala Mirələmovun, yazıçı-publisist Gülnar Əsədlinin, millət vəkili Rəşad Mahmudovun salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb. Mətbuat Şurasının diplomunu idarə heyətinin üzvü Eıçin Mirzəbəyli, görkəmli dövlət xadimi Əziz Əliyev adına “Dünyada sülh naminə” ordenini Milli Dədə Qorqud Fondunun prezidenti Eldar İsmayılov, “Bakı Mətbəəsi” ASC-nin sədri Şakir Acalovun təbrik məktubunu poliqrafçı alim Şəddat Cəfərov təqdim edib. Sonda Sevda Əlibəyli “Söz”ün yubiley iştirakçılarına minnətdarlığını bildirib. Yubiley tədbiri müxtəlif televiziya kanallarında,mətbu orqanlarda və saytlarda yayımlanıb. Fotolar:
Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə “Dan ulduzu” qəzetində çalışmışdır. 2015-ci ildən “Kitab dünyası” qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir.
“HANCARI” (HƏNCARI, HƏNCƏRİ) ÜMUMİŞLƏK SÖZÜNÜN LÜĞƏTİ MƏNASI.
Dilçiliyin leksikasında işlənən sözlər təsnifatca iki hissəyə bölünür:hamı tərəfindən anlaşılan ümumişlək sözlər və yalnız ayrı-ayrı bölgələrdə (dialektlərdə) işlənən sözlər.Dialektdə işlənən azsaylı və ixtisas terminləri ümumişlək olmayan sözlər kimi təsnif olunur. Bu gün ölkəmizin Qazax, Tovuz, Şəmkir rayonlarında və onlara yaxın ərazilərdə əsasən yaşlı nəsil arasında “HANCARI” sözü işlənməkdədir.İstər elmi, istərsə də xalq etimologiyasında bu söz çox vaxt “necə” kimi mənalanır.Bir çox hallarda “necə” sual cümləsindən fərqli olaraq, hadisənin nə yolla baş verdiyini öyrənməyə yönələn sual kimi də işlənilir.Əsasən düşüncə tərzi kimi adam özü-özünə də bu sualı verir.Bəzən də hal-əhval tutulanda “hancarısan” kimi də işlənilir. Xalq etimologiyasında da əsassız olaraq “xəncər” sözü kimi məna kəsb etdiyi bildirilir. Bəs əslində “HANCARI” sözünün etimologiyası haradandır? “HANCARI” sözü fars dilində olan “həncar” sözündəndir.Mənası: tərz, yol, qayda və s. kimi izah olunur.Demək olarki “üslub” mənasını tamamlayır.”Hancarı” sözünün semantik mənasının “necə” kimi verilməsi aktın yolunu, tərzini öyrənməyə yönəlmiş sual kimi formalaşmışdır.Dilimizdə işlənən çoxsaylı fars mənşəli sözlərdən biridir.”Həncar” sözü dilimizdə ahəng qanununa salınaraq “HANCARI” kimi işlənməkdədir.”Necə və necəsən” sual formaları sözün məntiqi semantikasından dialektləşmiş və müəyyən bölgələrdə işlənməkdədir. O ki qaldı “həncar” sözünün xalq etimologiyasında “xəncər” kimi mənalanmasına, bu tamamilə doğru olmayan bir etimoloji yanaşmadır. Əslində “həncər” sözü ərəb dilində “qırtlaq” mənasını bildirir.Ta qədimdən baş kəsilərkən xəncərin qırtlaqdan icra olunması praktik olmuşdur.Qədim slenq kimi də“qırtlatmaq” (başını qırtlaqdan xəncərlə kəsmək) gizli mənada dilimizdə işlənmişdir.Xalq etimologiyasında sözün orfoepik oxşayışı bu mənanın verilməsinə səbəb olmuşdur.Əslində ərəb əlifbasında bu sözlərin orfoqrafik yazılışında “h” hərfinin yazılışı fərqlidir. Məhz ərəb dilində bu yanaşma sözlərin məna çalarının göstəricisidir. P.S.Doğrusu “HANCARI” sözü mənim üçün də həmişə sual doğururdu.Bu yazıları yazarkən mən özüm də bu anda öyrənirəm.İnsan ömrü boyu öyrənir.Bəlkə də insan hər şeyi bilsə həyat maraqsız olardı.İnsanı həyata bağlayan tək şey “niyə, necə” sualıdır.Bu sualın cavabı isə elmdədir.Ələlxüsus da dilçilik elmində.Çünki bütün elmlər dilin(nitqin) sayəsində yaranmışdır. Təşəkkür edirəm.
Yazarlar Jurnalının baş redaktoru Zaur Ustac reaksiya heyəti və üzvləri adından filologiya elmləri doktoru, professor, tanınmış şair Vüqar Əhmədə kiçik bacısı
Zita xanım Mikayıl qızı Əhmədlinin
vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.