www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Mükafatlar təqdim olundu

MÜKAFATLAR TƏQDİM OLUNDU.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində biri- birindən maraqlı keçirilən tədbirlər artıq hamıya məlumdur.Bu dəfəki tədbir isə daha yaddaqalan oldu.Belə ki,bu tədbir
“Heydər Əliyevin 100 illiyi”çərçivəsində Ulu Öndər Heydər Əliyevin siyasətinin təbliğində səmərəli fəaliyyət göstərən bir qrup təşkilat əməkdaşlarının Ali Mükafla təltif edilməsinə həsr olunmuşdu.
Sevindirici haldır ki, bu dəfəki toplantımızda dəvətimizlə xarici ölkələrdə yaşayan azərbaycanlılarımlzla səmərəli fəaliyyət göstərən diaspora təmsilçisi,Sankt-Peterburqdakı “Xan Qızı Natəvan”DAQİB-nin sədri Könül Abbasova da iştirak edirdi.O,xaricdə yaşayan azərbaycanlı qadınlarımızın ictimai həyatda göstərdikləri əməli fəaliyyətlərindən,qadınlarla baglı problemlərdən və b.məsələlərdən ətraflı söhbət açdı,faydalı təkliflər irəli sürdü.Xoş əhvali ruhiyyədə keçirilən müzakirələrdə tədbir içtirakçıları da öz səmərəli fikirlərini bildirdilər…
Tədbir zamanıı DAMM-nin I vitse prezidenti Ruhiyyə Poladova bu sahədə görülən və görüləcək işlər barədə ,.gənclərimizlə işin necə qurulduğundan,onlara qayğı və dəstəyin zəruriliyindən danışdı.Belə ki,tədbirimizdə iştirak edən gənc yazıçı-şair publisist,AJB- nin üzvü,6 sanballı ,irihəcmli kitabların müəllifi,”Kredo” qəzetininredaksiya heyətinin üzvü ,Xırdalan şəhər,9nömrəli məktəbin 10 cu sinif şagirdi Sevindik Nəsiboglu ədəbi fəaliyyəti barədə DAMM- nin EŞ – nın sədri Nəzakət Əhmədova iştirakçıları tanış etdi.İl ərzində onun da Ülu Öndərimizə həsr etdiyi yazıların geniş oxucu kütləsi tərəfindən maraqla qarşılandıgından məlumat verdi.Zəngin dünyagörüşünə,bilik və bacarıqlara malik bu gənc yazara daim qayğı və dəstəyin zəruriliyini diqqət mərkəzində saxlamağı təklif etdi. Mövzu ətrafındakı maraqlı çıxışlardan sonra təqdimat keçirildi.DAMM-nin I vitse prezidenti Ruhiyyə Poladovaya, vitse prezident,” Afrodita” gözəlik salonunun rəhbəri Lalə Həşimovaya,Ramil Məlikova,DAMM-nin EŞ-nın sədri ,yazıçı- publisist Nəzakət Əhmədovaya,DAMM-nin “Gənclər Şurası”nın sədri Kamil İskəndərzadəyə və gənc yazıçı -şair Sevindik Nəsibogluna Ali mükafatlar–Azərbaycan KİVİNİ-nin” H.Əliyev 100 illiyi”yubiley medalları təqdim edildi.Sevindik Nəsiboglu hələ 5-ci sinifdə Ulu Öndərimizə həsr etdiyi şeirini sevinclə,həyəcanla söylədi və alqışlandı.
Tədbir iştirakçılarından Fəxri qonaqlarımız olan Könül Abbasova,xalq artistimiz Rasim Balayevin bacısı Təranə Balayeva, “C.Novruz MM- nin əməkdaşı,”Gün az .az”saytının redaktoru,tanınmış bədii qiraət ustası Rəsmiyyə Heybətagaqızı,gənc yazıçı-publisist Sevindık Nəsiboglu,””Gənclər Təşkilatı” mızın sədri Kamil İskəndərzadə DAMM-nin Fəxri Diplomları illə təltif edildilər.Sonda xatirə şəkilləri çəkildi…
Çay süfrəsi ətrafındakı maraqlı söhbətlər üç saatdan çox çəkdi və yaddaqalan oldu. Fotolar:

Müəllif: Nəzakət EMİNQIZI

DAMM-nin EŞ – nın sədri, “Yazarlar” jurnalının İƏ üzrə meneceri, AJB-nin üzvü, yazıçı- publisist.

NƏZAKƏT EMİNQIZININ YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli Kərim. Şəhidlik zirvəsi.

Şəhidlik zirvəsi

“Zahidin bir barmağın kəssən,
dönüb həqdən qaçar
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz”

İmadəddin Nəsimi

I

Altı yüz ildir idrakçırpınır pələng kimi
Nərə çəkir
ağlayır
tapa bilmir ki, bilmir –
o bir sirri-xudanı.
Təpədən dırnağadək
soyalar bir adamı;
Necə ola dinməsin,
Böyük əqidəsindən
Bir misralıq enməsin.
Gözündən bir nöqtə yaş
sinəsinə düşməsin.
Qaşları çatılmasın
bir xırda vergül qədər,
Diri-diri soyulsun,
əqidədən keçməsin.
Altı yüz ildir bəşər
ağrılardan inidlər
Altı yüz ildir bəşər
düşünər,
çatmaz yenə
Məşəqqətli ölümün
Nəsimi zirvəsinə.
Altı yüz ildir,
altı
Nəsimini soyurlar,
Qanlı yaralarına hələ də duz qoyurlar.
“Uf” da demir
Nəsimi
Əmmaməlilər baxır
dəli suçlular kimi
Təpədən dırnağadək
soyurlar
özləri qorxur neçin?
Göylərə göz dikirlər.

Şəhidigörməməkçün,
İlahi də görünmür! –
Onun qorxusu nədir?
Niyə azad eləmiş,
Hər ağrıdan şəhidi?
Şəki-şübhə başını
qaldırdı,
dedi,
“Ay aman,
Tanrı dəhşətə gəlmiş
qaçmış yaratdığından!”
Təpədən dırnağadək
Əqidə olan kəsi
Dırnaqdan təpəyədək
Soydu xəncər tiyəsi
Şəhid, odur
nə dindi
göz yaşı tökdü nə də,
O oldu yer də
göy də
ilahi də
bəndə də
Amalıyla ağrısı
biləşib daha güclü
bir qanadla
Tanrı tutası yerə
uçub, o bülənd oldu
Küfr edən də çox oldu
duyub bilən də oldu

II

Yarım ölümdən ötrü
azmı ağlayan olmuş
Azmı könlə,
beyinə
qorxu qurşunu dolmuş?
Xırda yarasının da
ağrısını
doğmaca balasıyla
bölənlər
Ölümün gəlişini
eşidəndə ölənlər
Bir qəzəbli baxışın
ucunda tir-tir əsən
Adam görsən, Nəsimi,
əlbət, heç nə deməzsən
Ləkələnməzsən əsla
Yazmaq istedadını,
ölmək istedadını,
Dinməzsən ucalardan,
Enməzsən ucalardan.

Epiloq

O, altı yüz il qabaq
Dərisindən çıxaraq
Göylərə baxa-baxa
Dözüb hər məşəqqətə
Getdi əbədiyyətə
Al-qanı axa-axa,
Yeridi, gücü artdı
Tarixləri qızartdı.

İlkin mənbə: /manera.az/

MÜƏLLİF: ƏLİ KƏRİM

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq…

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azər Turanın “vizit kartı” – Azərturançılıq – Bir yubileyin benefisinə – Tehran ƏLİŞANOĞLU

Azər Turanın “vizit kartı” – Azərturançılıq

(Bir yubileyin benefisinə)

Azər Turanın 60 yaşı tamam olur; rəsmən Azər İmamverdi oğlu Əbilov. Və yada salanda ki, ədəbiyyatda(n) keçən şüurlu ömrünün əksər hissəsi (məhz Azər Turan dövrü!) müstəqilliyimizə yaşıddır, elə belə də deyə bilərik: Azər Turan müstəqilliyimizin yetirdiyi parlaq ədəbi simalardan biri, ədib-publisist, ədəbiyyatşünas-tarixçi, tənqidçi və esseist, ümdəsi əqidə və fikir adamıdır.

Şöhrətinin bu çağında (60-ında!), ölkənin yeganə ədəbiyyat qəzeti olan “Ədəbiyyat qəzeti”nin baş yazarı, üstəlik, mənimcə, bugün ölkədə başlıca fikir hərəkatlarından olan “azərturançılığ”ın təmsilçilərindən birisi üçün bütün bu ad-ünvanları yada gətirib sadalamaq bəlkə də ziyadə bir şey. Neçə ay öncə Azər Turan “Atam, anam, qardaşım, mən və Stalin. Cavidlərin ailə dramı” tamaşasına, görünməmiş bir iş, az qala ölkənin bütün ədəbiyyat ictimaiyyətini yığa bilmişdi, – bu incəlik barədə o an düşündüm; həm yenə də simvolik olaraq – Cavid (azərturançılıq!) işığına.

O ədəbiyyat işini, ideya-fikir xəttini ki, Azər Turan müstəqilliyimiz boyu çalışmalarında durmadan yeridir, sovet dönəmində şəksiz ki mümkünsüz bir şeydi. Və hətta bəzən heyrət edirsən, bu qədər aşırı türkçülük həvəsi-ehtirası-enerjisini, turançılıq (öz sözləri ilə: “panturanizm”) bazası-potensialı və başlıcası manifestasiyasını cavanlığından, hələ ilk debüt yazılarından başlayaraq az bir zamanda Azər necə qazana bilmişdir?! Axı ol zamanlar türkçülüyə tam qapalı bir Azərbaycanda yaşayırdıq. Doğrudur, bilirik ki, Azər Əbilov məşhur ədəbiyyat adamı, ədəbiyyatşünas İmamverdi Əbilovun oğludur; necə deyərlər, ortada məşhur İmamverdi Əbilov evi/kitabxanası faktoru var. O da doğru ki, Azərin ədəbi şəxsiyyət kimi yetişməsində məşhur 60-cılar ədəbiyyatının da öz rolu; bizim nəsil ədəbiyyat sevdalılarının cəmisinin bir kumiri olmuş – Anar!, bir az o yana, bir az bu yana. (Bioqrafisi barədə daha təfsilatlı tədqiqatçıları söz deyə bilər; məsələn, bax: Elnarə Akimova, “Uzun, incə bir yolda”. Bakı, “Elm və təhsil”, 2021. 496 səh.) Amma yenə də, yenə də…  Azər Turan olmaq axı başqa bir sevda!

O ad-ünvanları ki, bugün Azər Turanın şöhrətinə yaraşdırırıq, sadəcə yubiley qutlaması olmasın gərək; hər birisində Azərin öz payı-xidməti, halalca zəhmətləri vardır. Mənimcə, Azər Turan başlıcası missiya-əqidə daşıyıcısı, fikir adamıdır; türkçü və Turançıdır, bütünlükdə fəaliyyəti və yaradıcılığının nüvəsi, generatoru da bu. Seçdiyi təxəllüsə və bu səmtdə əməliyyəyə görə hər yerdə mən bunu Azər-turançılıq adlandırıram. Türklüyün tarixi minillərlə ölçülür, azərbaycançılığın yaşı yüzillərlə. Azər Turanın öz tədqiqatlarına görə, bir fikir cərəyanı olaraq Turan ideyası (panturanizm) cəmisi yüz əlli-  yüz il öncə panslavizmə qarşılıq irəli gəlmiş və “türkçülüyün babası” da, bildiyimiz kimi, Əli bəy Hüseynzadə. Sovetin qürubunda Əli bəy Hüseynzadə ismi və irsi birdən-birə həyatımıza, ədəbiyyatımıza və əməl meydanına girəndə, etiraf olunmalıdır ki, yetmiş il ayrı (yad) qaldığımız bu fikir nəhənginə əvvəlcə şaşırmış, vaqeən həm valeh olmuşduq; Əli bəy Hüseynzadə bizə nəinki yaşadığımız günü (1990-lar və s.-ini) ifadə və izah edirdi, hakəza gedəcəyimiz, gələcək yönü-səmti-konteksti də nişan verir, diktə edirdi. Olsun ki (tədqiqatçılarına borc), Azərin qəlbinə bu sevda (Azər-turançılıq) ruhca da, torpağı-sanı qədər də ona daha yaxın Əli bəy Hüseynzadə sevgisindən düşmüş, sonrakı hadisələrdə, yaşadıqca və yaşandıqca böyümüş, böyümüş, nəhayətdə bugün olmuşdur… 

Şəksiz olanı budur ki, Azər Turan bugün bizdə Əli bəy Hüseynzadə irsinin ən sanballı, dərin, şəriksiz araşdırıcısıdır və bunu ardıcıl, təkrar-təkrar təsbit etməkdən yorulmur da. Ol zamanlarda (1990-larda) Əli bəy Hüseynzadə adı çox populyarlaşdı; günün əzbəri oldu, bayrağımızı daşıyan üçlü simvolun müəllifi kimi sitatlardan sitatlara çox qanadlandı. Yaradıcılığı tədqiqata cəlb olundu, dissertasiyalar yazıldı; tədqiqatçı Ofelya Bayramlının zəhmətləri sayəsində əsərləri kitab şəklində çap olundu, “Füyuzat”ın bütün sayları toplu halında işıq üzü gördü. Hələ “Füyuzat” adına imitasion bir dərgi də çıxmağa başladı (unutmayaq ki, 1920-ci illərdə sovetlər də yeni əyyamlara alternativ-imitasion “Yeni füyuzat”dan başlamışdı)… Vəssalam. Sanki bəs elədi, sanki həzm olundu getdi. Yenidən tarixə çəkildi; Əli bəy Hüseynzadə adı getdikcə az yada düşdü, zamandan zamana, lüzum olanda. Amma “Sanki” deyirəm. Çün Azər Turan dəfələrlə yazılarında üzə çıxarır, göstərir, əyan edir: o böyük türkçüdən özləyəsi-öyrənəsi-öyrəşəsi hələ çox nəsnəmiz var.

O da heç təsadüf deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin latın qrafikalı nəşrlərin həyata keçirilməsi ilə bağlı sərəncamına əsasən Əli bəy Hüseynzadənin “Seçilmiş əsərləri” (2007) məhz Azər Turanın ön sözü və elmi redaktorluğu ilə nəşr olunmuş; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 21 yanvar 2014-cü il tarixli sərəncamının işığına Azər Turanın “Əli bəy Hüseynzadə. Həyatı, mübarizəsi, yaradıcılığı, şəcərəsi” (2014) monoqrafiyası işıq üzü görmüşdür.

Bu ki, Azər Turan Əlibəy Hüseynzadə barəsində sanballı monoqrafiya müəllifidir (Azər Turan, “Əli bəy Hüseynzadə. Həyatı, mübarizəsi, yaradıcılığı, şəcərəsi”. Bakı, “Letterpress”, 2014.- 544 s.), həyat və yaradıçılığını hərtərəfli araşdırdığı doktorluq dissertasiyası yazmışdır. “Sistemli bir Turan, siyasi türk birliyi” düşüncəsi (s. 39), “İttihad və Tərəqqi” Cəmiyyətinin qurucularından biri (s. 44), “Yunanıstan müharibəsi” və “Məcidiyyə” ordenləri ilə təltif (s. 56), “Azərbaycanda ilk siyasi proqramın müəllifi” (s. 62), “Bütün Rusiya islamlarının ilk yövmi qəzetəsi olmaq üzrə “Həyat” namilə bir qəzetin imtiyazı” (s. 76), “Azərbaycan türkoloji elminin qurucusu” (s. 80), “Həyatın mənayi-həqiqisi meyli-füyuzatdır” (s. 102), “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli – Avropa qiyafətli fədai!” – Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq (s. 107), “Əli bəyin təlqinləriylə, irşadları ilə az zamanda gənclik pək bir istiqamət aldı” (s. 122), “Şeyxülturan” (s. 126), “Panislamist” Vətən Məcnunu (s. 134), “Erməni terror təşkilatının başçısı Şaan Natali Əli bəy Hüseynzadə barədə, yaxud Əli bəyə görə erməni məsələsi” (s. 141), 1908-1910-cu illər. “Səadət” məktəbinin müdiri Əli bəy Hüseynzadə (s. 144), “Siyasəti-fürusət” (s. 147)… – Əli bəy Hüseynzadənin doğuşundan (həm də bir hadisə olaraq) ölümünə və əbədiyyətinəcən əhatəli bir kontekstdə, maraqlı bir roman tərzində, zəngin arxiv materialları, bioqrafik faktlar, tarixi personajlar, müasirlərinin şahidliyi, bədxahların böhtanları, opponentləri ilə, o cümlədən 70 illik saxta ittihamlarla açıq polemikada tarixi həqiqətləri bircə-bircə dənələyib üzə çıxaran irihəcmli, çəkinmirəm deməkdən, təkrarsız monoqrafiyanı, əlbəttə, axıracan da vərəqləmək olar; doymadan. Amma xatırlatmaq üçün bu da kifayətdir məncə.

Azər Turanın bu və bu kontekstdə daha neçə kitabları: “Ölüm süvarisi” (1999), “Hüsni-Xuda şairi. Hüseyn Cavid” (1999), “Əbədi Turan” (2001), “İrfan çobanı” (2003), “Cavid əfəndi” (2004),  “Tahir Rasizadə” (2005), “Turan Cavidin son söhbəti… Son yaşantıları… Son günü…” (2005), “Əzəl-axır dünya türkün dünyası” (Bakı, 2007, Ankara, 2009), “Yorğun şəhərin işığı” (türk, ingilis, rus dillərində. İstanbul, 2007), “Hüseyn Cavid” (2007), “Əli bəy Hüseynzadə” (Moskva, 2008), “1918-ci ilin 31 günü” (2008), “Şəhid türkoloq Xalid Səid Xocayev” (2009), “Əli bəy Hüseynzadə Turan” (Q.Paşayeva ilə birgə, 2009), “Cavidnamə” (2010), “Darülmöminin” (2012) və b.-ları – bir sözdə deyildiyi kimi, “müəllifin yaradıcılığında müstəsna rol oynamaqla bərabər milli ədəbiyyatşünaslığın dəyərli tədqiqatlarından hesab olunur” (Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”,  2017, Nəşriyyat sözü).

Amma bütün bu mononoqrafik işlərin tarixi və tarixən dəyərini qəti azaltmadan, öz payıma, Azər Turanın ədəbiyyatşünaslıq sahəsində və ümumən humanitaridə daha böyük xidmətini başqa bir ali niyyətində görürəm: Azər Turanın təsbitinə görə, Əli bəy Hüseynzadə türkolojidə və Vətən tarixində yalnız başlanğıc, mənbə, məxəz, “dünən” deyildir, bütün yaradıcı ideyaları və proyektləri ilə bugündür; ideya və fikirləri potensialını tam tükətməmiş, kinetikasını içində saxlamış, bugün də gerçəkdır. Məqsəd onu gəlişdirməkdən, günün istifadəsinə verməkdən ibarətdir. Həm də yalnız ideolojidə (Turan dünyası!) deyil, fəlsəfədə, sənətdə, ədəbiyyatda, estetikada, milli varlığın hər bir sahəsində…

Azər Turanın tənqidçi və bir ədib olaraq günün ədəbiyyat hərəkatında yeri və rolu barəsində dəfələrlə, yazılarımda söz açmışam; hələ 22 il öncə “Yeni Azərbaycan” qəzetində, qəzetin “Ədəbiyyat” əlavəsinin redaktoru olaraq başlatdığı Ədəbi Turançılıq forpostundan… Məsələn, bu: “…yaxşıdır ki, Hacı Azər Ədəbiyyatın məqsədini onun qarşısında duran fəlsəfi məsələlərdən hesablayır və bu məqamda, sanki qırıldığımız tarixi sınırlara – turançılıq-türkçülük zamanlarına (həmən Cavid dövrünə) üz tutur; Qarabağda qalib olası Ədəbiyyatdan Turan hərbinin romantiki Ənvər Paşa hünəri istəyir… Hacı Azər bu fikirdədir ki, milli ədəbiyyatımız məhz həmin dönəmdən – “Şərqdən, öz ruhumuzdan uzaqlaşıb Qərbə üz tut”duğundan və “Qərbə doğru səfərində rastına çıxan bütün təriqətləri-izmləri qanına hopdur”duğundandır ki, biz hərbi uduzuruq…” (Sadiq Vəli, Manifest, “Bizim əsr” qəzeti, 14 noyabr 2001);

Son illərdə “Ədəbiyyat qəzeti”ndə gerçəkləşdirdiyi geniş tənqid platformalarına: “Azər Turan günün ədəbiyyatında missiya daşıyıcılığını öhdəsinə götürmüş şəxsdir… Azər Turan tənqidinin “məxrəc”i hələ 110 il öncədən, Əlibəy Hüseynzadənin mədəni turançılıq hərəkatından gəlir… Eyni zamanda, təqribən iyirmi il əvvəl “Yeni Azərbaycan” qəzetində başlatdığı həmin istiqaməti baş mühərriri olduğu “Ədəbiyyat qəzeti”ndə hərəkata çevirməyə cəhd edir… Bütünlükdə Qərb parametrləri ilə, Azərbaycan miqyasında, bu bir modernizm hərəkatıdır… (T.Əlişanoğlu, 2018-ci il: ədəbi tənqid refleksləri. “Ədəbiyyat qəzeti”, 29 iyun 2019);

Ta ki, Vətən müharibəsi, Qarabağ savaşında qalibiyyətimizəcən: “Turan qapısı” anısını Əlibəy Hüseynzadənin 1915-ci ildə Çanakkala döyüşünə ithafən yazdığı şeirdən günümüzə Azər Turan iqtibas edir və ardıcıl Qarabağ esselərində (“Burası Turan qapısı” – ƏQ, 3 oktyabr 2020; “Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi” – ƏQ, 24 oktyabr 2020; “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər”. – ƏQ, 14 noyabr 2020…) Ali Baş Komandanın Zəfər dastanı səhifələrinə Türkün ulu tarixindən dürüst, hər dəfə hədəfi vuran sərrast analogiyalar gətirir (T.Əlişanoğlu, Ədəbiyyatda Ali Baş Komandan. “Ədəbiyyat qəzeti”, 6 noyabr 2021)

Azər Turanın yeni və əsaslı “milli modernizm” konsepsiyası vardır; maraqlıdır ki, Qərbin inkarından başlanıb, Qərb “izm”lərini də həzm etmiş alternativinəcən (modern Şərq, özümlü Şərq!) yol gəlir. İndiyəcən bizim ədəbiyyatşünaslar lokal Azərbaycandan (“Rusiya Azərbaycanı”ndan) çıxış edərək, Əli bəy Hüseynzadədə “Həyat” və “Füyuzat” ilə başlanan böyük romantizm hərəkatının banisini görmüş və tədqiq etmişlər. Azər Turan bir az da irəli gedir; bütünlükdə türk dünyası və Şərqdən baxaraq, konteksti böyüdür, üstəgəl “Siyasəti-fürusət”də həm başqa bir güc, özgə bir başlanğıc da görür – modernizm!; və sistemli tədqiqinə girişir.

Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət”inin (1908) Ceyms Coysun “Uliss”i ilə (1914-1920) birgə təhlil-təfsirə cəlb edilməsi (“Ceyms Coys və Əli bəy Hüseynzadə” // Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”,  2017, s. 17-24) az qala Azərbaycan modernizmini daha qabağa salır (Deyək, professor Qorxmaz Quliyevin “C.Məmmədquluzadə və çağdaş teatr” məqaləsində C.Məmmədquluzadənin “Dəli yığıncağı”nı Öjen İoneskonun “Kərgədanlar” pyesi ilə müqayisəsində olduğu kimi // bax: Qorxmaz Quliyev, Cəlil Məmmədquluzadə və dünya dramaturgiyası. Bakı, 2012); bu ki, Azərin təsbitinə görə: heç də “XX yüzilin əvvəllərində Azərbaycan ədəbiyyatı Avropa ədəbiyyatından geri qalmırdı…” (Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”,  2017, s. 24).

Əslində, modernizm konsepsiyasını Azər əvvəlcə elmi hipotez olaraq (Əli bəyin fikir dünyasında Şopenhauer, İppolit Ten, Nitsşe kimi filosofların yeri və rolundan təkanlanaraq) irəli sürür. Həməncə Şopenhaueri, Gyöteni, Nitsşeni, Hartmanı, Bodleri, Merimeni, Verleni, Emil Zolyanı…, dekadansı, simvolizmi, Qərbin qürubunu  eyni qədər  Əli bəy Hüseynzadə də görür, qeydə alır (Azər Turanın tədqiqlərində faktlar konkret, sitatlı-sübutludur), amma təkcə çağdaş, bugünlü Avropanı bizə xəbər verməsi ilə bitmir ki; bu öz yerində. Əli bəy çağdaş Şərqin özündə dekadans və “yeni tarix”i “görür”, ifadəsi və realizəsinə rəvac verir. Araşdırmalarında perspektivlərini “görüb”, Azər Turan konsepsiyasını bütün əsr boyu gəlişdirir: bir Əli bəydə yox, Məhəmməd Hadidə, Hüseyn Caviddə… və bugündə; modern türk (Türkiyə) şeiri və bütünlükdə türk dünyası paralellərində…

Etiraf olunmalıdır: bu cəsarətli baxış tərzi bütünlükdə XX yüzil ədəbiyyatını (və ümumən milli varlığımızı) yenidən görməyə və çözələməyə təklif və şanslar verir. Tədqiqatçısı Elnarə Akimovanın təqdir etdiyi kimi: “Məncə, uzun müddət özü ilə arasına sədd çəkilmiş universal baxış sistemlərinin düşüncə strukturumuza gətirilməsi və bunun sağlam müstəvidən realizəsini tapması XX əsr tarixinin və mədəniyyətinin özünüdərk proseslərini anlamağa, onu bütün məzmun-mahiyyəti ilə meydana qoymağa imkan verir. Azər Turan haqlı olaraq, XX əsri fəryadın metafizikası kimi simvolizə edir, ümumi əhval və üslub konkretliyi ilə şərh etsək, bu, bütün parametrləri ilə əsrin məzmununa, onun psixoloji hal və vəziyyətinə tam adekvat anlayışdır” (Elnarə Akimova, Azər Turanın modern dünya savaşı. // Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”,  2017, s.3-11; s.4)

Deyim ki, Azər Turanın XX əsr gəzişmələrində tətbiq etdiyi effektiv tədqiq üsulu, geniş tipoloji müqayisələr və paralellər metodolojisi mənə də çox doğmadır. Əyani olsun deyə, daha bir sitatdan çəkinməyəcəm: “Belə ki, XX yüzilin astanasında milli-ictimai fikrin simasında Şərq Qərblə bir sırada əsr həqiqətlərini çözələməyə, problemlər qoyub-həll etməyə hazırdır. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin yaradıcılığı bütünlükdə bu ehtirasın təcəssümü kimi təzahür edir… Bu zaman Əlibəy Hüseynzadənin ümum-Şərq, ümum-Türk, ümumbəşər dəyərləri sorağında fikir yönəmləri Mirzə Cəlilin realiya axtarışları ilə yanaşıdır… Qərb və Şərq, Qərblə yanaşı, bir sırada duran Şərq – indi məsələ bu şəkildə qoyulur. Qərb ölçüləri, Qərb dəyərlərinə müqabil müstəqil Şərq! – ictimai fikirdə, ədəbiyyatda, sənətdə istər romantik, istərsə də satirik-ironik planda problem indi bu tərzdə aktuallanır…” (T.Əlişanoğlu, Əsrdən doğan nəsr. Bakı, “Elm”, 1999, s. 32-33)  Amma bir var, T.Mustafayi sayaq, analoji və tipolojini “quru nəzəriyyə” olaraq yürüdəsən (bax: “Daha bir morfologiya”, “Analoji və tipoloji”, “Tipolojiyə qeydlər”, “…və başqaları, həm T.Mustafayi” və s. // T.Mustafayi, Ədəbiyyat söhbəti. “press-Fakt” qəzeti, 1995-1997); bir də var zəhmətinə qatlaşıb, Azər Turan sayağı, çiynini nəhəng filoloji yükün altına verməkdən qətiyyən çəkinməyəsən, “XX əsr – Fəryadın metafizikası”nda olduğu kimi.

Azər Turanın 2017-ci ildə işıq üzü görmüş “XX əsr – Fəryadın metafizikası” kitabı (Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”,  2017, 424 səh.) konsepsiyasını hərtərəfli açıqlayan və ümumən ədəbiyyatda modernizm estetikası üzərinə bizdə ilk sistemli işdir. O da maraqlıdır ki, Azərbaycan ədəbiyyatında və ümumən türk dünyasında modernizm epoxasını Əli bəy Hüseynzadə ilə başladan və dəfələrlə bu məqamın üzərinə qayıdan Azər Turan, amma kitabda “Modernizm dalğa”sını başlıca olaraq modern türk (Türkiyə) şeiri və şairlərinin nümunəsində izləməyi lazım bilir (bax: Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”,  2017, s. 13-90). Güman ona görə ki: türk şeiri hadisəni (“modernizm dalğası”nı) müdaxilələrdən (ideolojidən) kənar, sırf poeziya, “sənət sənət üçündür” gəlişməsi üzərinə, bütöv bir axarda görməyə daha çox şans verir; və bəlkə bir də: Azərbaycan poeziyası üçün də mühüm olan həmin (modern) konteksti daha da görükdürmək, aktuallandırmaq üçün. Axı Azər Turanın fikrincə: “Əfsus ki, Azərbaycan poeziyası özünün əlahiddə bir “Sərvəti-Fünun” dövrünü yaşamadı. Yeniləşən ədəbiyyat dünyasında Azərbaycan poeziyası Avropadan 40-50 il geri qaldı. Sonra da modernizmə qarşı acıq və qıcıq dolu savaşını fasiləsiz və amansızcasına sürdürən yetmiş illik sovet dönəmi…” (Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”,  2017, s. 68)

Modern türk şeirini bizə yaxından, sistemli, XX yüzil boyu bütün estetik təmayülləri, poetik axtarışları və kəşfləri, şeirdə inqilabları ilə, başlıcası şair fərdləri, bioqrafiləri, portretlərində tanıdan “Modernizm dalğası” silsiləsini bu sahədə Azərbaycan oxucusu üçün mükəmməl bir bələdçi, müfəssəl yol xəritəsi kimi qiymətləndirmək olar (bu baxımdan bizdə bu, bəlkə bir Anarın “Türkün sözü” silsiləsi ilə müqayisəyə gəlir – bax: Anar, Söz dünyası, I cild, Bakı, “Şərq-Qərb”, 2018). Silsilədə Azər Turan XX yüzil klassiklərinin hər birinin (Cənab Şəhabəddin, Əhməd Haşim, Yahya Kamal Bayatlı, Nazim Hikmət, Nəcib Fazil Qısakürək, Orxan Vəli, Cahit Sıtkı Tarançı, Edip Cansever, Cemal Süreya, Sürəyya Berfe…) çağdaş türk şeirinə, Vətən düşüncəsinə, dünya poeziya tarixinə nələr verdiyini ayrıca, əsl poeziya bilicisi kimi üzə çıxarır, incələyir, təqdim edir.

Və bir də, silsiləni izlədikcə, arzu edirsən: kaş Azərbaycan poeziyasını da bir növ vərdiş olunmuş, qəlibləşmiş formatda, yalnız adlar-siyahılar, onilliklər, ədəbi nəsillər, “döyülüb-döyülməmiş qapılar” şəklində deyil, beləcə ardıcıl: lirik rübab sahiblərinin, “əsrin yükü”nü çiyinlərinə götürmüş poeziya nəhənglərinin simasında, sırf sənət-şeir-həzziyyat müstəvisində “oxumaq”, tarixi poetikasına varmaq olaydı. Yalnız hardasa 1930-larda qıırılmış, 1980-lərdə yenidən dirçəlməyə başlamış hadisə kimi yox, eləcə də sovet əyyamlarının içində(n) və fövqündə, özünə çəkilmiş, küncdə-hücrədə, şeirlər sırası və misralar arasında, incəlmiş-süzülmüş-üzülmüş, “həqiqət incələr, lakin qırılmaz” tərzində. Son bir sıra yazıları, əslində,  Azər Turanın bu məqama da hazır olduğunu xəbər verir…

Azər Turanın yazı üslubu – esseist tərzdədir. Esseizm yalnız onun tənqid yazılarına xas deyil, monoqrafiyalarına da sirayət edibdir. Bir qayda: dominantı fikir-düşüncə çırpınışı üzərinə emosional-milliyyətçi mövqe diktə edir; amma heç də boşca bəlağət olmayıb, bu, konseptual yüklənmiş, tədqiqatla, arqument və fakt həqiqəti ilə möhkəmləndirilmiş, təhlil və analitikaya bələnmiş bir üslubdur. Azər Turanın monoqrafiyaları essevari gəlişdiyi kimi, esseləri də əksərən monoqrafik oriyentirlidir. Bu ki, Azər tənqid esselərini çox vaxt silsilələr şəklində qələmə alır; tematik, aktual və bir qayda, Turan dünyasına ünvanlayır. Azər Turanın esseləri problemlər üzərə kitablaşmağa meyllidir.

Məxsusi qabartmasa da, Azər Turan hər yerdə həm də geniş məlumatlı türkoloq kimi əvəzsiz; fərqli və təkrarsızdır. Canlı, ayaqda olan, qədimləri bugünlə, tarixi keçmişi aktual gündəmlə bir nəfəsdə birikdirən türkologiya onu daha çox cəzb və məşğul edir. Azər Turan müasir Azərbaycan varlığının, mədəniyyətinin, ədəbiyyat və sənətinin gəlişməsini çağdaş dünya və Turan kontekstində görür, tərcih edir. Turan tarixini min illər qədimə və yüz sənə öncəyə müfəssəl bilən Azər tarixin və ideologiyanın cızdığı mənəvi coğrafiyanı təkrar-təkrar gündəmə gətirməklə əməli olaraq addımlar atır. Zəngin türkoloji bilgiləri Azəri hər gün, hər həftə, hər dəm dindirməyə, yeni sıralar-silsilələr çizməyə, vaxt var ikən tarixi dəyərləri günə çevirməyə ilhamlandırır, vadar edir. Belə:

Mifoloji qədimlərdən (“Turanın Troyaya dəxli varmı”, “Alp Ər Tonqa”,  “Alp Ər Tonqa – Turanın qurucusu”, “Oğul atanın sirridir”…), Ortaçağlara (“Hz. Yusifə bənzədilən kitab”, “Sultanın süd qardaşı şair. Nəvai və Sultan Hüseyn Bayqara”, “İstanbulun fəthi, Amerikanın kəşfi, qızıldərililərin soyqırımı…”, “Tarix yazanlar: Professor Fuad Körpülü barədə düçüncələr”, “Ruh dəyişmə, birin ikiləşməsi. İskəndər Palanın “Şah və Sultan” romanı barədə”…);

Türk dünyasında dekadans, modernizm çabaları (“Görmədim”dən başlayan estetik qürub”, “Panislamizmin qurucusu, türk milliyyətçi şeirinin mürşidi, Renanın İbn-Rüşdlə qiyaslandırdığı Azərbaycan kökənli Şeyx Cəmaləddin Əfqani”, “Qaspıralı dalğası”, “İsmayıl bəy Qaspıralı – “məfkurələr fabriki”, “Ulusu sevmək fənni. Əhməd Ağaoğlu”,  “Qafqazın birinci adamı. Yaxud bir ailədə iki Şeyxülislam”, “Hüseyn Cavid və modernizm dalğası”, “Türkçülüyün qurucularından Yusuf Akçura”, “Zəki Vəlidinin təlqinləri”, “Birinci Türkoloji Qurultay”…); və repressiya dalğası (“Bəkir Çobanzadə – milli kədərdən doğulan, 44 yaşında güllələnən böyük alim”, “Müşfiq – Azərbaycan ədəbiyyatının cavabsız sualı”, “Sirli” seyfin tilsimini kim qıracaq, yaxud “Divanü Lüğat-it-Türk”ün Azərbaycanda ilk tərcüməçisi niyə üzə çıxarılmır? Xalid Səid Xocayev”…);

Və bu ki, əzəl-axır dünya türkün dünyası: “Turan Heyəti”, “Azərbaycanın gücü”, “Çingiz Aytmatovun ağ buludu”, “Abidə insan. Anar”, “Ədəbiyyatdan Vətən yaradanlar. Özbəkistan qeydləri”, “Sən dəniz qoxuyursan, Çingiz Dağçı”, “Burası Turan qapısı”, “Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi”, “Erməni məkrinə qarşı yüz il diri qalan düşüncə – Əli bəy Hüseynzadə örnəyi”, “Fatehin Avnidəki gizli ruhu və Selcuk Bayraktarın Kızılelma PUA-ları”, “Gelib sana çarpan gücü, yavaştan Anlamazsa, haritadan sil gitsin!”, “Zəfər paradı və Nihal Atsız”…

Müasir Turan ideyasının həm türk xalqlarının mədəni birliyi və vahid müstəvidə çağdaş dünyaya inteqrasiyası, həm də ictimai-siyasi gerçəklər, geopolitika baxımından zirvədə olduğu günümüzdə Azər Turanın bu yöndə durmadan, usanmadan publisist fəaliyyəti necə də vacib və önəmli görünür!

Ulu Öndər Heydər Əliyevin Çağdaş Azərbaycançılıq ideologiyası və çağdaş Azərbaycanın lideri, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Türk dünyası konseptləri daxilində gəlişən, ilhamlanan azərturançılıq bugün bütünlükdə dövlətçilik, milliyyətçilik, azərbaycançılıq məqsədlərinə səfərbər olunmuş. Məxsusən, II Qarabağ savaşı, 44 günlük Vətən müharibəsi günlərində və sonrası Azər Turanın bir an belə susmayan publisist qələmi, habelə redaktoru olduğu “Ədəbiyyat qəzeti”ndə gedən yazılar həm bunu təsdiq edir.

Qəzetin materialları əsasında qələmə aldığım “Ədəbiyyatda Ali Baş Komandan” adlı yazıda (“Ədəbiyyat qəzeti”, 6 noyabr 2021) həmin faktları təsbit etməyə çalışmış, qeydə almışam: “Üçrəngli bayrağımız nə 1918-ci ildə, nə də 1992-ci ilə qədər Qarabağda dalğalanmayıb. Buna tarixi fürsətimiz olmayıb. İndi o ilk dəfədir ki, Qarabağ səmasında dalğalanır. Bəlkə də yüz ildən çoxdur ki, Şuşa məscidinin minarəsində azan verilmirdi. İlk dəfədir ki, Gövhər Ağa məscidinin minarəsindən azan səsi eşidilir…” (Azər Turan, “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər”. – ƏQ, 14 noyabr 2020) “Bu mənada İlham Əliyevi yalnız Alparslan, Fateh, Ənvər paşa və Atatürklə müqayisə etmək olar. Hətta savaş üslubları, savaş ritorikaları da bəzən üst-üstə düşür. Sakarya müharibəsi zamanı “Səddi-müdafiə yoxdur, səddi-vətən vardır” deyən Atatürk kimi, İlham Əliyev də “status-kvo yoxdur, təmas xətti yoxdur, onu biz ləğv etdik” deyir” (Azər Turan, “Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi” – ƏQ, 24 oktyabr 2020)

Vətən müharibəsi və Zəfər dönəmində Azər Turanı bir ədib olaraq daha bir fikir dərindən məşğul etməyə başlayır. Azərbaycan Ordusu və Siyasi liderimizin möhtəşəm qələbələri fonunda ədəbiyyatımızın uğurları necə görünür: “…Ədəbiyyatımız millətimizi dünyada tanıda bilməsə də, qırx dörd gündə ordumuz onu dünyaya təqdim etdi. Kaş ki, müzəffər Ali Baş Komandanımızın yanında da Atatürkün çevrəsində olduğu kimi, azərbaycanlı bir Mehmet Akif Ərsoy olaydı…” (Azər Turan, “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər”. – ƏQ, 14 noyabr 2020)

Son illərdə bizim yubilyarı Azərbaycan ədəbiyyatının son durumu, çağdaşlıq problemləri, ali ideallar naminə estetik qayğıları daha da çox düşündürür. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin ədəbi tənqid kürsülərindən etdiyi yüksək tələbkarlıqlı məruzələri (“Çağdaş Azərbaycan şeirində modernist estetikalar”, “Publisistika. Janrın sərhədlərinə sığan və sığmayan mətnlər”, “Berqsonun zamanı, yaxud çağdaş poeziyamız”), milli modernizm məcrasında “təzə imza” ehtirasları (“Sonuncu Yeni – Şəhriyar del Gerani”, “Ayrılıqların sürreal mənzərəsi. Ümid Nəccari”…), bu yöndə “Ədəbiyyat qəzeti”nin səhifələrini gənc yazarların qələminə geninə-boluna açması və s. bu kimi işləri  zatən belə deməyə əsas verir. Bu yazılarda, həm geniş fəaliyyət platformasında mən bəzən aşkar bir nostalji, az qala yanımızdan ötüb-keçmiş bir əsrin, “modern epoxa”nın kədər və həsrətini də duyuram. Və doğrusu, Azər Turanın ədəbi-tənqidi fədakarlığına böyük önəm verməklə, həmin nisgil və qayğıları çox da  bölüşmürəm. Qlobal çulğaşmaların eninə-geninə üstümüzə yeridiyi yeni dünya düzənində bəlkə bir az da təbəssüm, qəzavü-qədərin üzünə gülümsünmək (necə deyərlər, “postmodern ironiya”) pis olmazdı… – demək istəyirəm, qardaşım!

Hərçənd hələ yeniSi ilə “Yeni Azərbaycan” zamanından Azərlə aramızda “açıq-gizli” bir polemika da var; yaradıcı-qurucu polemika isə həmişə gərəkdir, ələlxüsus ortada Ədəbiyyat söhbəti varsa. Cürət edib, Mirzə Cəlil demiş, “dağarcığımızı çuvalların yanına çəksək”, özlüyümdə bunu belə yozuram ki: Ədəbiyyat  düşüncələrimdə mən başlıcası M.F.Axundzadə-C.Məmmədquluzadə xəttinə amadəyəm, Azər Turan – C.Əfqani-Ə.Hüseynzadə paradiqmasına… Ədəbiyyat-əbədiyyət kontekstində ayrılıqları çox da prinsipial olmasa belə. Olsa-olsa, mən daim “analitik Azərbaycan” modelinin yanlısı olmuşam, Azər Turan – “ideal Azərbaycan” xəyalının. Bütün xəyallar zor-xoş, ən nəhayət gerçəkləşir, gerçək olur…

Bu yubiley dəmində, son dərəcə dəyər verdiyim “opponentim”in nəfinə, qeydlərimi son yazılarımdan birindən sitatla tamamlayıram: “Belə. Əli bəydən yüz on, “Yeni Azərbaycan”dan on il sonra axar suya ayağı təkrar salmaq Sevdası. Azər-turançılıq… “Sevdalar” yaxşı, artıq vaxtıdır ki, söhbət “yeni konsepsiya”nın ədəbi-tənqidi prosesə nə qədər yansıması, yeriməsi ətrafında getsin. Məsələ burasındadır ki, XX yüzil boyu “axar sular”dan biz ayağımızı heç cəkmədik ki. Nə qədər (ideoloji) yanıltmağa çalışsaq da (ax bu Sos-realizm!), məgər bütün əsr uzunu ədəbiyyatımız (estetik) “mollanəsrəddinçiliy”in üstünlüyü, dominantlığı üzərində gəlib-gəlişməmişmi?! Elə hey Günün qarşımıza çıxardığı (ağır) gerçəklərə aludə-pərçim olub, İdeallar peşində olmağı az qala yadırğamışıq da… Məgər aşkar görünmürmü ki, bütünlükdə XX yüzili vahid tipoloji hadisə (və Realiya!) kimi, parçalara bölmədən götürüb, Azərbaycan həyatında əsri bütöv əhatə edən böyük Dekadansdan danışmağın zamanı çatmışdır?!; o ictimai-siyasi, tarixi-mədəni, milli-mənəvi, qlobal-fəlsəfi – dərin Azərbaycandan ki, müstəqil (modern) Azərbaycanı içindən doğmuşdur…” (T.Əlişanoğlu, “Şuşa ili”ndə ədəbi tənqid. “Ədəbiyyat qəzeti”, 22 iyul 2023)      

Bu işıqlı yolun uğuruna ömür xərcləmək, uzun-uzun yaşamağa dəyər. Müdrik yaşın mübarək, Azər Turan!

İlkin mənbə: /edebiyyatqazeti.az/

Müəllif: Tehran ƏLİŞANOĞLU

TEHRAN ƏLİŞANOĞLUNUN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


AZƏR TURANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“XƏZAN” jurnalının SENTYABR (avqust-sentyabr, 2023) sayı çapdan çıxıb

“XƏZAN” jurnalının SENTYABR (avqust-sentyabr, 2023) sayı çapdan çıxıb

Jurnalın redaksiya heyəti bir qrup şairi yubileyləri münasibətilə təbrik edir. Jurnalın səhifələrində həmin qələm sahiblərinə aid həmkarlarının yazıları yerləşdirilib. BUDAQ TƏHMƏZ – 85, MURAD MƏHƏRRƏM – 70, VÜQAR ƏHMƏD – 60, ARAZ YAQUBOĞLU – 50, İLHAM QAZAXLI – 50
Beləliklə, zəngin publisistik məqalələri, poeziya və nəsr nümunələri ilə bol olan jurnalın yeni nömrəsi aşağıdakı qaydada görüşünüzə gəlib. Buyurun, sevə-sevə oxuyun!

Redaktor guşəsi
-Əli BƏY AZƏRİ – “Dəllallar fürsət gözlər”

Publisistika
-Əli BƏY AZƏRİ – “Ədəbiyyatın dil problemi”
-Zaur USTAC – “Sənətin seşdiyi adam – şəhid Həmdəm Ağayev”
-Ələsgər TALIBOĞLU – “İlhamı sinəsində çağlayan şair” (Budaq Təhməz – 85)
-Hacıməmməd MƏMMƏDOV – “Onun sənət dünyası” (Murad Məhərrəmin 70 yaşına)
-Vüqar ƏHMƏD – “Bədii publisistika ədəbi mətbuatda”
-Ələddin ALLAHVERDİYEV – “Daim axtarışda olan yaradıcı, nəcib insan” (Araz Yaquboğlunun 50 yaşına)
-Əhməd HAQSEVƏR – “Aynur Qafarlının poeziya dünyası”
-Xuraman ZAKİRQIZI – “Dəyanət simvolu” (oçerk)
-Vüsal AĞA – “”Haqqın sədası”nda bir “Ömür qatarı” gedir” (Minarə Sığnaqın yaradıcılığı haqqında)
-Əbülfət HƏSƏNOĞLU – “Məhəbbət və ehtiyac”
-Ələsgər TALIBOĞLU – “Qumru Qüdrətin könül çırpıntıları”
-Zaur USTAC – “İlham Qazaxlı ümumbəşəri şairdir”
-Əli BƏY AZƏRİ – “Qax – Azərbaycanın Gürcüstanıdır!”

Poeziya
-Anar ƏHMƏDOV – “Azərbaycan-Özbəkistan”
-Leylam LEYLAM – “Qəzəl”, “Müzare”, “Dürdanə” (şeirin müəllifi Şahin Tağıyevdir, Leylam Leylamın “Ata evimdəyəm” şeirindən təsirlənərək yazıb), “Gedir”, “Antalya”, “Anlaya bilmirəm”
-Budaq TƏHMƏZ – “Qızlara açıq məktub”, “Şəhid məzarları and yerimizdi”, “Küsmə məndən, ay ilhamım”, “Səni kim unudar?”
-Murad MƏHƏRRƏM – “Vətən”, “Baş Komandanım”, “Baxıram qaranlıq pəncərələrdən”, “Hələ də gözümdən tökülür bu yaz”, “Göyərtdi”, “Yaxşılıq”, “Qum saatıdır”, “Azərbaycanım”, “Dağlar məni sevir”, “Yazdı, ay Allah”, “Gedirəm”, “Ağlıma batmır”, “Oxuyur ustad Alim”, “Üstünə”, “Ağlama şəhid anası”, “Qayıdaram”, “Bu payız mənə oxşayır”, “İki daşın arasında”, “Bunu hardan biləcəksən?”, “Tanıdım”
-Məhəmməd ƏLİ – “Bu söz”, “Dərdim”, “Ömür yolu”
-Hafiz ƏLİMƏRDANLI – “Qəzəllər”, “Rübailər”
-Qənirə ƏSGƏROVA – “Hörmət”, “Heç səndən gözləməzdim”, “Namus”
-Aynur QAFARLI – “Azərbaycan”, “Qumardı dünya”, “İstəmirəm bu yuxudan oyanım”, “Gəlmədin”, “Bu dünyadan hara çıxıb gedək ki…”, “Mən səni başqa cür sevə bilmədim”, “Bəlkə yaxındadır, bəlkə uzaqda”, “Mənim ehtiyacım tək elə sənsən”, “Hardan girdin gecə-gecə yuxuma”, “Duraram sən gələn yolların üstdə”, “Sənə bir məktub yazdım”, “Hər səni düşünəndə”, “Olar bir sual verim?”, “Ehh, nə isə…”, “Bundan o yana da var”
-Kirman RÜSTƏMLİ – “Ay şəhid bulağı”, “Yazıram”, “Gəncliyim, qayıt”, “Mən Nərgizəm”, “Xarı bülbülüm”, “Arazım”, “Anasız günlər”, “İtirilmiş güman”, “Bir ömür yaşadız”, “Əlincə duyğuları”, “Nəsimi tövhəsi”, “Vətənsiz qalma”, “Bu daş üstdə oturmuşam”, “Bir sərdar tanıyıram”, “Bu qızım baldı”, “Tükənən ümid”, “Sabahınız xeyir”, “Qəlbin səsi”, “Vətən bölünərmi?”, “Sovur, xırman olaram”, “Şeir”
-Şahməmməd DAĞLAROĞLU – “Var olaq, yar olaq”, “Mən özüməm”, “Nə yaxşı ki”, “Axı, hardan biləsən”, “Sən indi anlamazsan”
-Seymur SÖNMƏZ PAŞAYEV – “Səni necə sevim ki?”, “Dərdini içində çəkir bu gözəl”, “Qocalıram”, “Şairlər”, “Heç vaxt gözlərini çəkmə gözümdən”, “Yaxşını yamandan seçən yaşdayam”, “Sev onu”, “Bir gözəl qismətim ola, olmaya”, “Öldürəcək nazın məni”, “Dilim”, “Xəbərin varmı?”, “Ya sən dəlisən, ya mən”, “Sən eləsən, mən belə”, “Danış”
-Ələsgər TALIBOĞLU – “Təbrizə gəldim”, “Bəslədim”, “Mənim yolum Təbrizə”, “Təbriz bayatıları”, “Biz bir idik”, “O sahildə, bu sahildə”, “Uol ver, Araz, yol ver mənə”, “Vətən – o tay, Vətən – bu tay”, “Təbriz qalxıb ayağa”
-Ramiz İSMAYIL – “Budaq Təhməz”, “Var”, “Sənin”, “O mənəm”, “Yerdən”, “Biridir”, “Düşməz”
-Könül HƏSƏNOVA – “Mənim Aforizmlərim”, “Axirətə saxla məni”, “Hərdən xatırla məni”, “Sevgim”, “Sevgi bir az mən kimidir”, “Sev məni”, “Gedirəm”, “Unudaq”
-Qumru QÜDRƏT – “Ayrılmışam ağır eldən”, “Bülbül kimiyəm”, “Arəstə”, “Al-qırmızı qərənfilsən”, “Əlini ver əlimə”, “İlahi sevgi”, “Kaş yanımda olaydı”, “Yenidən doğ, günəş”, “Yaradıb Allah”, “Ölərəm yazmayanda”

Nəsr
-Ayaz İMRANOĞLU – “Sevgilimin oğlu qardaşımdır” (romandan parça)
-Fərhad ƏSGƏROV (RAMİZOĞLU) – “Axşamkı məclisin davamı” (hekayə), “Filin dərdi böyükdü” “Alleqorik poema”
-Firavan MAHİR – “Yadigar sırqalar” (hekayə)
-Xaliq AZADİ – “Taran” (hekayə)
-Zaur USTAC – “Doğum günü hədiyyəsi” (hekayə)
-Kübra MUSAYEVA – “Murov qartalı” (hekayə)

“Xəzan” jurnalı da digər ədəbi-bədii jurnallar kimi müəlliflərin dəstəyi hesabına nəşr olunur. Dəstəyinizi əsirgəməyin ki, daima dəyərli əsərlərinizi çap etdirə, oxucuların hüzuruna çıxarda biləsiniz.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qazi Şair: – Hülqumdan yuxarı dayanır öfkəm!!!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cavanşir Qənbər. Payız gəldi.

PAYIZ GƏLDİ

Payız gəldi, kövrəkləşdi buludlar,
Payız gəldi, tez başladı yağışlar.
Görüşüm var, gecikirəm yenə də,
Yağış yağır, gözləyənlər bağışlar…

Payız gəldi, dəcəl oldu ürəyim,
Gecə- gündüz yumruqlaşır sinəmlə.
Çox dərdimin dərmanını tapmışam,
Dərdlərimi sağaldıram qələmlə.

Payız gəldi sarı- sarı yarpaqlar,
Həzin- həzin budaqlardan üzülür.
Bir ayrılıq havası var , havada…
Kirpiyimdən yağış suyu süzülür.

Payız gəlib, xatirələr boy verir,
Bir az yaşım, bir az saçım callanır.
Bir söz deyim…
-Eh doğrusu a dostlar,
Bu dünyaya adam yaman allanır…

Müəllif: Cavanşir Qənbər

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qədəmlərin mübarək “İrəvan”

Qədəmlərin mübarək “İrəvan”

Xəbər verdiyimiz kimi iki gündür futbol üzrə Azərbaycan I Liqasında 1-ci turun oyunları keçirilir
Bu gün Zaqatala rayonundakı Olimpia İdman Kompleksinin stadionunda “İrəvan ” futbol komandası ilə ” Zaqatala ” futbol komandasının oyunu baş tutdu .
” İrəvan” komandası 2:0 hesabı ilə qələbə qazandı.

Mübariz SÜLEYMANLI

İrəvan FK-nun mətbuat katibi.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İddia edirəm ki, dünyada tək bircə əsl rəng var o da qırmızıdır, al-qırmızı…

HƏRB MÖVZULU YAZILAR

                            və  ya

DÜNYANIN BİR RƏNGİ VAR

ON  YEDDİNCİ  YAZI

Salam olsun, çox dəyərli oxucum. Min şükür Uca Yaradana ki, Sizlərlə yeni bir görüş də qismətdə var imiş hələ… Bu dəfəki söhbətimizin mövzusu hərflər, sözlər, kitablar silsiləsindən olan, müasir dövrümüzdə bəlkə də ən vacibi, ən yaralı yerimiz, xüsusi diqqət və qayğıya ehtiyacı olan sahə hərb mövzulu yazılardır. Günümüzdə – yeniyetmə və gənclərimizin bu qədər informasiya bolluğu içində itib-batdığı bir vaxtda bizim bundan vacib mövzumuz ola bilməz deyə düşünməkdəyəm. Məncə, gəncliyin lazımlı-lazımsız, çox vaxt zərərli məlumatlarla istər-istəməz yükləndiyi vaxtda bu məsələyə xüsusi diqqət göstərilməlidir. Bundan əvvəlki yazılarda bir çox tanınmış və hələ bir o qədər də tanınmamış yazarlardan çoxlu misallar gətirərək, nələrin, hansı istiqamətlərin bizə faydalı ola biləcəyi barədə mülahizələr irəli sürmüşdük. Ancaq, indi vəziyyət tamam fərqlidir. Ümumi yazılardan, standart romançılıqdan fərqli olaraq, hərb mövzulu yazılar yazardan xüsusi dəqiqlik tələb edir ki, yazıçı müəyyən kriteriya və dəyərlərə ciddi əməl etməli, bu işə səthi yanaşmamalıdır. Əgər, ehtiyac yaranarsa mütləq peşəkar hərbçilərdən, mütəxəssislərdən məsləhət və tövsiyələr almalı, bunu özünə eyib saymamalıdır. Əks təqdirdə, yəni öz bildiyi kimi, bir az hissə qapılıb, bir az da eşitdiyi real vəziyyəti əks etdirməyən şişirdilmiş söhbətlərdən bəhrələnərək qələmə alınan yazılar, povest, roman (indi dəb halını almış sənədli romanlar da daxil olmaqla) deyil, olsa-olsa nağılvari publisistika şəklində, çox gülünc formada təzahür edir. Və əlbəttə, bunu çox az sayda oxucu kütləsi, o kütlə ki, onlar işin əsli ilə maraqlanır, bu yeni kitabı oxumaq üçün büdcələrindən pul ayırır, alır, oxuyur və gülür… Acı-acı gülür… Bilirsiz, daha yaxşı anlaşılan olması üçün belə bir misal çəkim, hərb mövzulu yazılar əslində məsələn, tibbə, coğrafiyaya, idarəetməyə və s. konkret obyekti olan, dəqiq məsələ və terminlərdən istifadə olunan yazılardan heç nə ilə fərqlənmir. Nəsə xırda bir qeyri-dəqiqlik olsa, təxminən hamımızın sevə-sevə dəfələrlə izlədiyi “Bəxtiyar” flimindəki o məşhur səhnəni (“10 metr – 5 metr ” məsələsi) xatırladan gülünc vəziyyət ortaya çıxır. Hansı ki, xüsusi ilə son dövrlər Birinci Qarabağ Müharibəsindən bəhs edən yazılmış əsərlər belə səhvlərlə zəngindir. Bu qəbildən olan qeyri-müəyyənliklər əsasən subardinasiya məsələlərində və döyüş səhnələrini təsvir edərkən məlumatsızlıqdan baş verir. Bu proses bir yandan təbiidir, çünki, məşhur yazarların da belə problemləri olub. Məsələn, dünyaca məşhur Remarkın (Erich Maria Remarque) əsərləri bu tip çatışmazlıqlarla doludur və onun fikirləri, təxəyülü bir tərəfli olub, gənc əsgər düşüncələrindən o yana keçə bilmir… Halbuki, ordu, müharibə təkcə əsgərlərdən ibarət olmayıb, daha mürəkkəb quruluşa malik bir təsisat və hadisədir. Hələlik bizim Remarkla heç bir işimiz yoxdur. Misalı sadəcə ruh düşkünlüyünə qapılmağa əsas olmadığını göstərmək məqsədi ilə çəkdim. Bir də axı biz hal-hazırda müharibə vəziyyətində yaşayan ölkənin vətəndaşlarıyıq. Hardasa, az qala hamımızın ətrafında döyüş yolu keçmiş qazilərimiz, haliyədə hərbi xidmətini davam etdirən hərbçi dost-tanışlarımız var. Sadəcə bu məsələdə bir balaca diqqətli və məsuliyyətli olmaq tələb olunur. Bütün şübhəli məqamlarda təxəyülün məhsulunu və ya real hadisəni kağız üzərinə köçürüb, tarixin yaddaşına atmazdan əvvəl mütləq “dosta ganaşmaq” lazımdır. Necə deyərlər, – “məsləhətli don gen olar”. Bir cümləni yazarkən düşünün ki, nə vaxtsa bu sətirləri saatlarla qızmar Günəşin istisində qanlı döyüşün od-alovunu unudan və ya şıdırğı yağışın altında islanıb, çim su mundirdə ayağını qoymağa bir barmaq quru yer axtarışında soyuq güllənin hər an bəxş edə biləcəyi buz kimi ölümü unudaraq, ilan-çayınlı, qarlı-şaxtalı, çovğunlu-boranlı məşəqqətli yollar keçərək sağ qalmış əsgərlə yanaşı, həmin döyüşləri təşkil edən, tək-tək əsgərləri deyil, yüzlərlə, minlərlə nəfərlərdən ibarət bölmələri şahmat taxtasındakı fiqurlar kimi döyüş sahəsinə düzən və hər nəfərinə görə məsuliyyət daşıyan, döyüşlərə rəhbərlik edən, müharibələri udan, bəzən uduzan – bu qaçılmazdır – generallar da oxuya bilər… Düşünürəm ki, hərb mövzulu yazının uğurlu alınmasının birinci şərti yazarın hadisələrə reala yaxın təfəkkürlə baxmasından, və qəti olaraq hissə qapılmamasından ibarət ola bilər. Bu yazıdan əvvəlki on beşinci və on altıncı yazılardakı prinsipə sadiq qalaraq, yenə böyük əksəriyyətimizə məlum olan yazarlar və onların əsərləri üzərindən mühakimə yürüdərək bu məsələyə aydınlıq gətirməyə çalışacağam. Bu söhbətə başlamazdan əvvəl kiçik bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ
Bəşər övladı əlinə qələm alan gündən onu əsas iki məsələ; döyüş və eşq düşündürüb. Demək olar ki, lap qədimdən üzübəri yazı nümunələri ya döyüş və ov səhnələri ilə zəngin müharibələrdən, ya da eşqi, sevgini tərənnüm edən məhəbbət dastanlarından ibarət olub. Ən uğurlu nümunələr bu iki mövzunun birlikdə işləndiyi, hadisələrin həmahəng inkişaf etdiyi əsərlərdir. Belə nümunələr lap qədim zamanlardan mövcuddur və günümüzdə də var. Bu hadisə öz-özlüyündə onu göstərir ki, dünya nə qədər rəngarəng, hadisələrlə zəngin görsənsə də əslində onun bircə rəngi var, bizim onu hansı məqamda, hansı rəngdə görməyimizdən asılı olmayaraq, dünya qırmızı rəngdədir. Dünya müharibələrin qırmızı qanı, eşq məclislərinin qırmızı şərabı rəngdədir. İddia edirəm ki, dünyada tək bircə əsl rəng var o da qırmızıdır, al-qırmızı… Yerdə qalan ağdan qarayadək olan rənglər sadəcə qırmızının ağa doğru solğunlaşmasından, nəhayətdə “AĞ”dan – XEYİR (GÜNDÜZ) – və qaraya doğru tündləşməsindən sonda “QARA” dan – ŞƏR (GECƏ) – ibarətdir. Al-qırmızı rəng bu spektrin düz mərkəzində dayanır və həyat mənbəyi rolunda çıxış edir. Yəqin ki, bəşər övladının kəşf edib, adlandırdığı ilk rəng də məhz qırmızı, al-qırmızı olmuşdur. Bu proses çox sadə – insanın özü yaralandıqda və ya ovladığı ovun axan qanı ora-bura bulaşdıqda (yəqin ki, insan əlini ocaq qalamazdan əvvəl yaralayıb) baş verə bilərdi… Çox güman ki, insan oğlu ilk müharibənin başlaması xəbərini də, elə ilk sevgi məktubunu da məhz öz qanı ilə, qırmızı rəngdə yazmışdır…
Yuxarıda, haşiyədə tanış olduğumuz məlumatlar üzərindən belə bir mühakimə yürütmək olar ki, qırmızı elə, mükəmməlliyin rəngidir. Al-qırmızı rəng əslində elə, mükəmməllikdir. Özündə sevgi ilə nifrəti, savaşla barışı, sülh ilə müharibəni birləşdirən vəhdətin, birliyin, tamlığın, bərabərliyin simvoludur, qırmızı… Bəli, məhz tamlığın, mükəmməlliyin rəmzidir, qırmızı… Yerdə qalan rənglər onun çalarları, sadəcə bu rəngin mövcudluğunu göstərmək, mütləq hakimliyini sübut etmək üçündür. 
Mətləbdən uzaqlaşmayaq, əlbəttə,yazılı nümunələrin içərisində misal göstərmək üçün belə bir əsər var. Hansı ki, onu böyük əminliklə qırmızı, mükəmməl adlandırmaq olar. Bu, dahi Lev Tolstoyun “Hərb və sülh” əsəridir. Əslində əsərin adı artıq özü barədə tam məlumat verir. Ancaq, bu sadəcə təsadüfi belə seçilimiş maraqlı, cəlbedici ad da ola bilərdi. Əsərlə tanış olanlar bilir ki, bu belə deyil. “Hərb və sülh” yuxarıda sadalanmış və sadalanmamış bütün vacib kriteriyalara, meyarlara tam cavab verən mükəmməl bir əsərdir. Olduqca geniş spektrli müşahidə qabiliyyətinə, vacib biliklərə, dərin dünyagörüşünə malik olan böyük sənətkar döyüş səhnələrindəki ən xırda detalları, rütbə və statuslardan asılı olmayaraq hərbçilərin hiss və fəaliyyətlərini, mülki həyatda olan münasibətləri, sevgi məsələlərini elə yüksək zərgər dəqiqliyi ilə təqdim etmişdir ki, sadəcə deməyə söz tapmırsan. Bu əsərdən bütün insanlığa tövsiyə ola biləcək bir vacib məsaj da çıxır. Qərarsızlıq, elə yoxluğun özünə bərabərdir. “Etməyib peşman olmaqdansa, et peşman ol…” – deyir mütəfəkkir. Bəli, dahi Lev Tolstoyun, məşhur “Hərb və sülh”- ü mükəmməldir. Ancaq, görək, bu əsər müasir azərbaycan oxucusunun tələblərinə cavab verirmi? Mən deyərdim ki, çox az bir qisim oxucu kütləsi bu cür iri həcmli əsərlərə maraq göstərib oxuyur. Nə qədər dəyərli və mükkəmməl olsa da ilk baxışda müasir gənclərin olduqca böyük əksəriyyəti üçün “KİM OXUYACAQ???” baryeri yaradan belə vacib əsərlər günümüzdə rəflərdə qalmağa məhkumdur. “Hərb və sülh”-ü misal çəkməkdə məqsədim sadəcə böyük əksəriyyətimizə məlum olan, tanıdığımız belə bir əsərin varlığını xatırlatmaqdan ibarətdir. “Hərb və sülh” ümumi bir əsər olsa da, sırf hərb mövzulu yazılar üzərində işləyən yazarlarımız bu, məlum və məşhur əsərdən faydalana bilərlər. Sual ola bilər ki, bu əsər təkdirmi? Yəni heç alternativ variant yoxdurmu? Bu suala böyük əminliklə belə cavab verərəm ki, Miladi ilə 19 fevral 2019 – cu il saat 13:31 – ə qədər mənə ikinci belə bir variant məlum deyil. İndi fikrimi əsalandırmaq üçün yenə böyük əksəriyyətimizə məlum, məşhur nümunələrdən istifadə etməklə qısa açıqlama verəcəyəm. Başqa –başqa nümunələrə keçməzdən əvvəl ümumi olaraq onu qeyd etmək istəyirəm ki, sovet ədəbiyyatı döyüş yolu keçmiş müxtəlif rütbəli zabit memuarlarından tutmuş, olduqca dəyərli sovet yazıçılarının müharibədən, qələbədən bəhs edən əsərləri ilə zəngin idi. Sovet dönəminin kitabxanaları xidmət etdiyi ideologiyadan asılı olmayaraq hərb mövzulu əsərlərlə yetərincə, tam təmin olunmuşdular. Və biz istər-istəməz bu nümunələrlə tanış olurduq. Sovet yazıçılarından əlavə rus dilinə çoxlu tərcümələr də olurdu. Yəni bizim şəxsiyyət kimi formalaşdığımız dövrdə hərb mövzulu yazıların qıtlığı olmayıb. Ayrı-ayrı məşhurlara gəldikdə, gənclər arasında yayğın şəkildə mütaliə olunan Remark tam birtərəfli yazıb. Onun haqqında dördüncü yazıda ətraflı yazmışam. Remarkın yazdıqlarının nəinki, bizim gəncliyə faydası var, hətta düzgün başa düşülmədikdə zərəri ola bilər. Sonra, məsələn vaxtında rus dilində belə bir əsərlə tanış olmuşdum (öz dilimizdə rast gəlməmişəm və adı tərcümə edəndə də çox uyğunsuzluq yarandığına görə belə qeyd edirəm – əvvəlcədən üzr istəyirəm) müəllifi Кирст Ганс olan “Фабрика офицеров”. Məşhurdur ancaq yenə birtərəfli, çatışmazlıqlarla dolu olan əsər. Ümumiyyətlə istər qərb, istər sovet – rus ədəbiyyat nümunələrində ya xidmət etdiyi ieologiyadan dolayı, ya sadəcə məlumatsızlıqdan natamam hərb mövzulu əsərlər çoxdur. 
Ümumi olaraq keçid üçün bundan əvvəl “Yazarlar və yazılar” adlı on beşinci yazıda da adlarını çəkdiyim Vasiliy Yan və Tarle, eyni zamanda onların yazdıqları bir neçə əsər haqqında qısa fikir bildirmək istəyirəm. Vasiliy Yan və onun digər əsərləri ilə yanaşı xüsusi ilə diqqət çəkən, faydalı ola biləcək “Çingiz Xan” , “Kurqanlardan gələn işıq” tarixi –müharibələrlə dolu romanları. Tarle (Евге́ний Ви́кторович Та́рле) və onun da müharibə mövzulu digər əsərləri ilə yanaşı “Napoleon” əsəri. Tarle bu əsərində Napoleonun timsalında çəlimsiz, cılız lakin, olduqca çalışqan bir uşaqdan ölkələr fəth edən, papanı hüzuruna gətirən, tirana qədər inkişaf etmiş, anında mühüm qərarlar verməyi bacaran, müharibə qərarları alanda qətiyyətli sərkərdə, döyüşdə öndə gedən, cəsur, qələbəyə susamış əsgər, sevgidə aciz və eyni zamanda odlu – atəşli aşiq, idarəetmədə incə, adi detalı da unutmayan, dərin düşüncəli, sonunda baş əymədən təslim olmağı bacaran insan obrazı yaratmağı bacarmışdır. Bu iki yazardan və onların yazdıqlarından bəhrələnmək olar. 
Qismən nümunə ola biləcək, yəni müəyyən məqamlarda faydalanmaq mümkün olan Ernest Heminquey, Sent-Ekzüperi barədə onu qeyd edə bilərəm ki, bu yazarların təsvirləri, ifadə vasitələri güclüdür.
Belə ümumi baxışdan sonra dünya ədəbiyyatından üç yazar və üç əsər timsalında fikirlərimi daha dəqiq formada Sizə çatdırmağa çalışacağam. Bu əsərlərin birində hərbçinin mülki həyatda hissləri və istəkləri, ikincisində həm mülki, həm də xidmətdə olan hissləri və fəaliyyəti, üçüncüsündə isə həm mülki, həm xidməti, həm də döyüşdə başına gələnlər, düşdüyü real vəziyyətlər, həyat həqiqətləri oxucunun gözləri önündə canlanır… 
Birinci, dünyaca məşhur, kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazdığı və ilk dəfə 1961-ci ildə dərc etdirdiyi “Polkovnikə məktub yoxdur” povesti – hamını özünə borclu bilən bir hərbçinin xidmətdən (bütün həyatını nəyinsə və ya kiminsə uğruna xərclədikdən) sonra keçirdiyi hisslər…
İkinci, yenə məşhur, görkəmli İtaliya yazıçısı Dino Bussatinin ilk romanı olan “Tatar çölü”. Bu roman haqqında bir az ətraflı yazmaq istəyirəm. Romandan və qəhrəmandan söhbət açmazdan əvvəl bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. İnanın ki, əgər bu romanın adını dəyişib məsəl üçün “Gözlərimiz üfiqdə”, “Səngərlərdən sonra”, “Qarşı duran dağlar” və s. və i… qoysaq və Covanni Droqonu Məlikşah adlandırıb, bəzi adları, təbir və terminləri müasirləşdirib, özümüzünküləşdirsək, hadisə və hisslər atəşkəsdən sonra, son iyirmi beş ildə bizim orduya və hərbçilərə elə uyum sağlayır ki, sanki, bu yazı iyirmi il Azərbaycan ordusunda, Haramı düzündə və ya digər bir bölgədə – təmas xəttində xidmət etmiş zabitin qələmindən çıxıb… Bu dərəcədə oxşardır vəziyyətlər…
Dino Bussatinin “Tatar çölü” əsərinin qəhrəmanı Bastiani qalasında xidmət edən Covanni Droqonun bütün həyatı, gənc zabit kimi seçim qarşısında qalması, ümidlərlə dolu xidməti, mülki həyatla ordu həyatı arasında çırpıntılar, dünyadan istədikləri, ala bildikləri, nələrin uğrunda nələrdən vaz keçdikləri və son… Hamısı elə ustalıqla təqdim olunub ki, yazarın ustalığına heyran olmamaq mümkün deyil. Və onu qeyd edim ki, heyran olmaq azdır, nümunə götürmək, əxz etmək lazımdır… Və nəhayət üçüncü, Emmanuil Kazakeviç və onun 1948 – ci ildə qələmə aldığı “Двое в степи” povesti

( Эммануи́л Ге́нрихович Казаке́вич, “Двое в степи”). Təəssüfki, bu povestin dilimizdə olan tərcüməsinə rast gəlməmişəm. Kazakeviçin bu povestdən başqa da hərb mövzulu bir-birindən maraqlı əsərləri var. Kazakeviç İkinci Dünya Müharibəsinin sovetlər birliyində yaşayanlar üçün Böyük Vətən Müharibəsi adlanan əsas və həlledici hissəsinin başlandığı ilk gündən qələbəyədək döyüşən ordunun tərkibndə, olduqca müxtəlif cəbhələrdə şərəfli döyüş yolu keçmiş, tanınmış sovet yazıçısıdır. Görkəmli yazarın həyat və fəaliyyəti ilə tanış olduqda görürsən ki, həqiqətən də o fərqlidir və bütün xüsusiyyətlərinə görə öz müasirlərindən fərqlənir… Bu fikri onun öz müasirləri səsləndiriblər. Onun haqqında hələ sağlığında belə bir deyim olub: “Kazakeviç başqaları kimi isti kabinetlərdə, orda-burda, küncə-bucağa qısılıb yazmayıb…” Kazakeviçin yaratdığı Oqarkov obrazı dahi Lev Tolstoyun, məşhur Qabriel Qarsiya Markesin, görkəmli Dino Bussatinin qəhrəmanlarından nümunə ola biləcək dərəcədə fərqlənir. Əlinə qələm alıb hərb mövzusunda nəsə yazmaq istəyən şəxsin Emmanuil Kazakeviçin yaradıcılığı ilə, ələxsus bu povesti ilə tanış olması olduqca faydalı ola bilər deyə düşünməkdəyəm. Povestdəki istər döyüş səhnələri, insan taleləri, qəbul olunan qərarlar istərsə də əsərin qəhrəmanı gənc zabit Oqarkovun başına gələnlər, onun ən müxtəlif; həm döyüş, həm şəxsi münasibətlər zəminində aldığı doğru qərarlar ibrətamizdir. Əgər fikir verdinizsə, Lev Tolstoyun “Hərb və sülh” əsərindən başqa misal gətirdiyim və əslində ən faydalı ola biləcək əsərlər sırasında adı hallanan nümunələr ikisi povest, biri isə o qədər də böyük həcmli olmayan roman oldu. Bu nümunələr xarici – dünya ədəbiyyatından seçmələr idi. Bəs görək bu qəbildən özümüzün olan, milli, nəyimiz var? 
Və əlbəttə, yenə keçid üçün tarixilik baxımından İsa Hüseynovun (İsa Muğanna), İsmayıl Şıxlının, Bayram Bayramovun adlarını çəkib, onların ekranlaşdırılmış əsərlərini misal göstərmək olar. Sırf hərb mövzusunda (şəxsi münasibətlərin inkişafı, döyüş tapşırıqlarının yerinə yetirilməsi səhnələrinin təsviri baxımından) mükəmmələ yaxın, yəni, qırmızımtıl olan yeganə nümunəmiz var. Bu, ötən əsr, 50-ci illərin əvvəllərində İmran Qasımovla Həsən Seyidbəylinin birgə qələmə alıb, nəşr etdirdikləri “Uzaq sahillərdə” əsəridir. Kitab az vaxt içərisində geniş oxucu kütləsinin rəğbətini qazanır və əldən-ələ gəzir. Xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin Böyük Vətən müharibəsində (1941-1945) əfsanəvi igidlikləri barədə oxuculara geniş məlumat verən əsərin populyarlığı onun filmə çevrilməsinə səbəb olur. Aradan uzun müddət keçməsinə, cəmiyyətdə və ictimai şüurda müəyyən dəyişikliklər olmasına baxmayaraq, görkəmli rejissor Tofiq Tağızadənin quruluşu, H.Seyidzadə ilə İ.Qasımovun ssenarisi əsasında 1958-ci ildə lentə alınan eyni adlı film Azərbaycan kinosunun nadir incilərindən biri olaraq qalmaqdadır. Əgər diqqətinizdən qaçmayıbsa, yuxarıda sovet və dünya ədəbiyyatından adı çəkilən nümunələrin də əksəriyyəti ekranlaşdırılıb. Elə əsərlər var ki, dövrün tələbinə görə dəfələrlə təkrar-təkrar müraciət olunub. Bu faktın özü həmin əsərlərin vacibliyinin və tərbiyəvi əhəmiyyətinin hansı dərəcədə yüksək olmasının bariz nümunəsidir.
Bütün bunlarla bərabər bizim bir sevimli yazarımız da var ki, tarixiliklə müasirliyi yaradıcılığında böyük ustalıqla birləşdirməyi bacarıb. Onun “Batmanqılıncı” nə qədər tarixidirsə, “Dolu” – su da o qədər müasirdir. Bu şəxs doğru olaraq, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” deyən Aqil Abbasdır. Aqil Abbasın “Dolu” romanı da eyni adlı ekran əsəri olaraq tarixin yaddaş səhnəsində öz yerini almışdır. İstər roman kimi, istərsə də film kimi “Dolu” yuxarıda sadaladığımız tələblərin çoxuna cavab verən, faydalana biləcəyimiz nümunələr sırasına daxildir. Ancaq, bütün bunlara rəğmən, nə dünya, nə sovet, nə müasir ədəbiyyatımızda elə bir nümunə yoxdur ki, bundan əvvəlki – on beşinci – “Yazarlar və yazılar” adlı yazıda “Əli və Nino” kimi misal gətirib, nümunə göstərəsən. İndi mükəmməl yazı ortaya qoymaq istəyən yazar, “Hərb və sülh”-dən, “Двое в степи” – dən, “Uzaq sahillərdə”-dən, “Dolu”-dan eyni dərəcədə bəhrələnib, təxminən 70 – 80 səhifə həcmində iri həcmli povestlər və ya yığcam romanlar ortaya qoymaqla dövrümüzün standartlarını yaratmalıdırlar. 
Demək olmaz ki, heç bir iş görülməyib, əksinə çox iş görülüb. Müxtəlif yaş təbəqələrindən olan çoxlu yazarlarımız öz səyləri, vəsaitləri hesabına nələrsə etməyə çalışırlar. Hələ ötən əsrin 90-cı illərindən başlayaraq, müharibə, onun gətirdiyi problemlər, cəmiyyətdə törətdiyi fəsadlar haqqında hekayələr, povestlər, romanlar, publisistik yazılar yazılmağa başlayıb. Son on illikdə (2010-cu ildən), xüsusi ilə Mübarizdən və Aprel hadisələrindən (2016-cı il) sonra silsilə əsərlər ortaya qoyulub ki, əslində bu yazının yaranma səbəblərindən biri, bəlkə də birincisi elə bu yazılar olmuşdur. Son illər nəşr olunmuş bəzi əsərlərlə tanış olduqda yazarın ən elementar məlumat və biliklərdən xəbərsiz olduğu ortaya çıxır. Yuxarıda buna aid “Bəxtiyar” filmindən “qazmaçı”


“yoldaş oynayanlar”-in vəziyyətini misal gətirmişdim. İnanın, elə misallar var ki, rəqqaslar onların yanında toya getməlidir. Rast gəlinən ən çox və yolverilməz səhvlər aşağıdakılardır: 
– Subardinasiya məsələlərinin pozulması (buna maksimum Aqil Abbasın “Dolu”-sundakı “Komandir” xitabı səviyyəsində icazə verilə bilər ki, bu da Birinci Qarabağ Müharibəsi və hal-hazırda bəzi döyüş postlarındakı təcrübədən qaynaqlanır), 
-Rütbələrin və vəzifələrin qarışdırılması (X – XI sinif səviyyəsindəki hərbi bilikdir), 
-Bölmə (bölük, tabor və s.) adlarının səhv salınması, -Döyüş səhnələrinin təsvirində adı keçən silah-sursatın texniki göstəricilərinin bilməməzlik ucbatından nəzərə alınmaması (çox gülünc mənzərlər ortaya çıxır ki, əgər qiyaslasaq, heç nağıllarımızda belə söhbətlər olmayıb) və s. bu qəbildən olan digər məsələlər.
Unutmayaq ki, həkimlik, rəssamlıq, memarlıq, coğrafiyaşünaslıq, mühəndislik, hesabdarlıq kimi, hərb işi də spesfik bir sənətdir. Və sadaladıqlarımın hamısından çətin, məsuliyyətli, dəqiq olduğu qədər də yaradıcılıq tələb edən bir işdir. Yuxarıda nümunə göstərdiyimiz əsərlərin müəlliflərinin həyatına bir də qısa nəzər salaq:
-Həm Lev Tolstoy, həm də Emmanuil Kazakeviç müharibədə iştirak etmiş, real qanlı döyüş səhnələrinin və bütün digər proseslərin canlı şahidi olmuş peşəkar zabit idi.
-Həsən Seyidbəyli və İmran Qasımovun ömürlərinin yeniyetməlik-gənclik çağları, təhsil illəri, demək olar ki, şəxsiyyət kimi formalaşdıqları vaxtlar müharibənin ən amansız, qızğın dövrlərinə təsadüf edir. Məncə, bu nəsil yaradıcı insanlar üçün “onlar müharibənin şinelindən çıxmışdılar” ifadəsi vəziyyəti tam izah edir. Üstəgəl bu şəxslər daim yazdıqlarını ilk öncə bir-birlərinə oxuyur, cavabdeh qurumların qarşısına çıxmazdan əvvəl dost-tanışdan məsləhət alırdılar.
-Müasirimiz Aqil Abbas – Qarabağ həsrəti-dərdi ilə qovrulan həsas, şair ürəkli qələm adamı və eyni zamanda Birinci Qarabağ Müharibəsinin başlandığı ilk gündən istər-istəməz daim baş verən hadisələrin tən ortasında qalmış, bütün baş verənlərdən az-çox xəbəri olan ictimai-siyasi xadim. 
Məncə, müəlliflərin keçdiyi həyat yolu və onların yaratdıları əsərlərlə tanış olduqdan sonra bu məsələdə qaranlıq heç nə qalmır.
Son söz: – müharibə, hərb mövzusunda yazdıqda, xüsusi ilə əgər orda döyüş səhnələri varsa, mütləq bu işdən anlayışı olan bir nəfərlə məsləhətləşin, verin ilk oxucunuz dəyərli qazilərimiz olsun, şübhəli məqamları peşəkarlarla dəqiqləşdirin, yox əgər bunların heç birini etmək istəmirsizsə, “Google” dostumuzun xidmətindən yararlanın (internetdə istənilən məlumatı tapıb dəqiqləşdirmək olar). Əvvəlki yazılarda da mütəmadi olaraq bu barədə qeydlər edirəm. Ümumiyyətlə, onu unutmayaq ki, indi nə yazırıqsa, sabahkı gənclik bizim bu günümüzdən xəbərdar olmaq üçün böyük acgözlüklə o yazıları tapıb oxuyacaqlar. Gəlin elə yazaq ki, onları aldatmayaq… Baxmayaraq ki, biz çox aldanmışıq… Qoy onlar aldanmasınlar…
Sona qədər həmsöhbət olduğunuza görə təşəkkürlərimi bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Uğurlarınız bol olsun. Bu yazının ilk sözündən sonuna qədər bir məqsədi olub – faydalı olmaq, uğura xidmət etmək…
19.02.2019. Bakı.



QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON YEDDİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda; I – “Dünyanın bir rəngi var”, “Həftə içi”, 21.06.2019, say: 110 (3158), s.7.
II – “Dünyanın bir rəngi var”, “Həftə içi”, 25.06.2019, say:112 (3160) s.8.
I – “Hərb Mövzulu yazılar”, “Ədalət”,26.06.2019, say: 113 (5577), s.4.
II – “Hərb Mövzulu yazılar”, “Ədalət”,28.06.2019, say: 114 (5578), s.4. dərc olunmuşdur.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yaqub Zurufçu – Elman Eldaroğlu

Ruhuna rəhmət diləyirəm

Altmış yeddi il bundan əvvəl də dünya sarsaqların əlində girinc qalmışdı. SSRİ-nin baş katibi Nikita Xruşov BMT-nin iclas zalında ayaqqabısını masaya döycələyərək dünyaya meydan oxuyurdu. İranda isə feodalizm tüğyan edirdi. Daha doğrusu, şah Məhəmməd Rza Pəhləvinin dövranı idi. Ölkənin Təbriz şəhərinin Çərandab məhəlləsində Qulu adlı bir kişi ömür-gün yoldaşı Xədicəsultan xanımla birlikdə zəmanənin çətinliklərinə sinə gərərək övladlarını böyüdürdü. Bu gün sizə həmin övladlardan biri- Yaqubdan söhbət açmaq istəyirəm…

Necə deyərlər, Yaqub çox fərasətli uşaq idi. Təhsilə maraq göstərər, zirəklikdə tay-tuşlarından geri qalmazdı. Gözəl avazı, məlahətli səsi onu məhəllənin sevimlisi etmişdi. Yeddi yaşı olanda Qulu kişi onu Fərvərdin Mədrəsəsinə aparıb adını şagirdlər siyahısına yazdırdı. Tezliklə təhsil almağa başlayan Yaqubun sevincinin həddi-hüdudu bilinmirdi. Qarşıda onu gözləyən uğurlardan hələ xəbərsizdi…

İllər ötdü, bir gün onu Təbriz televiziyasının uşaqlar üçün proqramına dəvət etdilər. Oxuduğu “Cücələrim” mahnısı ilə Azərbaycan, eləcə də İranda dillər əzbəri olanda özünü kəşf etməyə başladı. Çox keçmədən xalq və bəstəkar mahnılarıyla tanış olan və məharətlə ifa edən Yaqub on beş yaşında Təbrizin Milli Televiziyasında “Evləri var xana-xana”, “De gülüm gəlsin ay nənə” və “Dilbər” mahnılarını oxudu. Sonra Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirdi…

1979-cu ildə İranda baş verən xalq inqilabından bir il sonra Almaniyaya köçən Yaqub Zurufçu öz musiqi təhsilinə Hamburq şəhərindəki universitetlərdən birində başlayıb. Oranı vokal sənəti üzrə bakalavr kimi bitirərək, daha sonra ABŞ-ın Florida ştatının Mayami Universitetində magistr dərəcəsinə yiyələnib…

1989-cu ildə mərhum xalq artisti Gülağa Məmmədov Almaniyda səfərdə olarkən Yaqub Zurufçunun “Ayrılıq” mahnısını əks etdirən, həvəskar kamera ilə çəkilən klipini görüb heyrətlənir və həmin klipin videosurətini Azərbaycana gətirərək televiziyada yayınlanmasına nail olur. Çox keçmir ki, Gülağa Məmmədovun dəvəti, “Vətən Cəmiyyəti”nin dəstəyi ilə Yaqub Zurufçu ilk dəfə Azərbaycana gəlir…

O, ABŞ vətəndaşı olmaqla bərabər, 2009-cu ildən həm də Azərbaycan Respublikasının vətəndaşı idi. “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüşdü…

Deyirdi ki,- “Bir müğənni gün ərzində neçə televiziya kanalında qonaq olar? Bəlkə də bir gündə bir neçə kanalda görünmək kimlərəsə xoş gəlir, amma o müğənni düşünməlidir ki, bu insanlara mənfi təsir də edə bilər. Mənim aləmimdə əsl sənətkar efirə az-az çıxmalı və gözəl mahnılarla dinləyicilərinin zövqünü oxşamalıdır”…

Bu gün – sentyabrın 14-ü mərhum sənətkarın vəfatının ikinci ildönümüdür. Ruhuna rəhmət diləyirəm…

Müəllif: ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

RÜSTƏM BEHRUDİNİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru